تبليغاتX
Guney Sesi

İRAN'IN INSAN HAKLARI IHLALLERI DOSYASI KABARIYOR

Sevda Zenjanlı -Tahran - BİA Haber Merkezi -11 Mayıs 2009, Pazartesi

Dilara'nın 17 yaşında "işlediği" suçtan idamı, hak ihlallerini yeniden gündeme getirdi.

Gözaltında ve hapishanede ölüm, çocuk yaştakilerin idamı, Fars olmayanlara baskı ve ayrımcılık, onaylanmayan düşüncelerin cezalandırılması, giderek yaygınlaşıyor.

Bir hafta önce İran'da 23 yaşındaki Dilara Darabi'nin idam edildiği haberi, dünyanın dikkatinin yeniden ülkedeki insan hakları durumuna çevrilmesine neden oldu. Dilara Darabi, 17 yaşındayken işlemekle suçlandığı bir cinayet yüzünden idam cezasına çarptırılmış ve bu durum uluslararası insan hakları kuruluşlarının tepkisini çekmişti. Cinayeti işlediğine dair, daha sonra değiştirdiği kendi ifadesi dışında hiçbir kanıt bulunmayan Dilara için birkaç yıldır yürütülen kampanyalar, İran devlet yetkililerinin 19 Nisan Pazar günü bu idamı 2 ay için ertelediklerini ilan etmelerine neden olmuştu. Ancak İran yetkilileri, bu açıklamadan sadece 19 gün geçtikten sonra Darabi'yi avukatına bile haber vermeden idam ettiler.

Çocukların idamı

İran'ın da imzaladığı Birleşmiş Milletler Çocuk Hakları Bildirisi, suçun işlendiği tarihte 18 yaşından küçük olan çocuk suçlular için ölüm cezasını yasaklıyor. Buna rağmen Af Örgütü rakamlarına göre 8'i geçen yıl olmak üzere 1990'dan bu yana 42 İran vatandaşı, işlediği suçlardan ötürü reşit olmadan idam edildi. Başta Uluslararası Af Örgütü -Amnesty International- olmak üzere pek çok kuruluş cezanın bu şekilde infaz edilmesini kınadı. Dünyanın dört bir yanından insan hakları savunucuları bugünlerde Dilara'nın idamını İran konsolosluklarının önünde toplanarak protesto ediyorlar.

"Düşünce suçluları"na zulüm

Yine bundan kısa bir süre önce, biri internet günlüğü (blog) yazarı olan üç düşünce suçlusu İran Hapishanelerinde gözaltındayken hayatını kaybetmişti. 29 yaşındaki webblog yazarı Ümid Rıza Mirsayafi "Dini Lidere (Hamaney) Hakaret Etmek" suçlamasıyla tutuklanmış ve 18 Mart günü işkenceleriyle ünlü Evin Hapishanesinde ölmüştü. Bunun üzerine Sınır Tanımayan Gazeteciler örgütü başta olmak üzere birçok kuruluş İran devletinin bu ölümden sorumlu olduğunu açıkladı ve olayın aydınlanması için bir soruşturma komisyonu oluşturulması talep edildi. Mirsayafi, tutuklanmasının ardından internet günlüğünde yayınladığı yazıların çoğunun geleneksel Fars müziği ile ilgili olduğunu ve sadece kendi arkadaş çevresinin okuduğu özel bir alan olduğunu söylemişti.

İran'ın insan hakları ihlallerinin gündeme gelmesine neden olan bir diğer gelişme de ABD-İran çifte vatandaşı gazeteci Roxana Saberi'nin 8 yıl hapis cezasına çarptırılması oldu. Tutukluğu bulunduğu Evin Hapishanesinde açlık grevine başlayan Saberi önce sadece alkol satın almakla suçlanmış, ancak daha sonra casusluk suçlamasıyla mahkemeye çıkarılmıştı. Saberi'nin yargı sürecinin adaletsizce yürütüldüğünü savunan uluslararası kuruluşlardan Sınır Tanımayan Gazeteciler (RSF) örgütünden gönüllüler, gazeteciyi desteklemek için Mayıs ayının başından itibaren dönüşümlü açlık grevi başlattılar. Saberi'nin serbest bırakılması için yürütülen uluslararası imza kampanyasına katılım 27.000'i aştı.

Fars olmayanlara ayrımcılık

İran'ın insan hakları ihlallerinden halkın her kesimi nasibini alıyor. Gündemde görünür olan bu vakalar bir yana, rejimin hak ihlallerinin bir de daha az bilinen boyutları var. Nüfusunun yarısından fazlası Fars olmayan etnik gruplardan oluşan İran'da Azerbaycanlı üniversite öğrencileri, gazeteciler ve aydınlar bu tavrın en büyük mağdurları.

İran Devleti, ülkenin sınır bölgelerinde yaşayan milletlere son yıllarda giderek artan bir kuşkuyla bakıyor ve bu toplumların huzursuzluğunu Batı'nın ve ABD'nin kışkırtması olarak yorumluyor. Azerbaycan kültürel kimliğini ve anadil haklarını savunanlar genellikle "Pan-Türkizm yayılmacılığı yaparak ülke güvenliğine karşı eylemlerde bulunmak" gibi ucu açık suçlamalarla karşılaşıyorlar.

İran Anayasasının 15. maddesine göre "İran halkının resmi ve ortak dili Farsçadır. Resmi yazışmalar, metinler ve senetler ve okullarda okutulan ders kitaplarının bu dilde olması gerekir. Fakat basında ve toplu iletişim araçlarında yerel ve etnik dillerin kullanılması ve okullarda Farsçanın yanında yerel edebiyatın okutulması (öğretilmesi) serbesttir".

Ancak İran Devleti, 30 yıldır kabul ettiği kendi Anayasasını uygulamıyor ve Farsça olmayan dillerin kullanımına büyük zorluklar çıkarılıyor. Örneğin 10 Aralık ve 2 Şubat tarihlerinde ülkenin kuzeyindeki Erdebil şehrinde, anadilde eğitim hakkıyla ilgili kültürel çalışmaları olan 6 aktiviste beşer yıl sürgünde hapis cezaları verildi. "Milli güvenlik aleyhine faaliyet etmek"le suçlanan bu kültürel aktivistlerin dördü üniversite öğrencisi, biri ise gazeteciydi. İran Anayasasına ve uluslararası hukuk kurallarına göre bir suça iki ayrı cezanın (hapis ve sürgün) verilmesi mümkün değil ancak mahkeme "tutukluların bulundukları eyaletin güvenliğini tehdit edebilecekleri" bahanesiyle aktivistleri İran'ın 6 ayrı eyaletinin hapishanelere gönderme kararını verdi. Temyiz başvurusunda bulunan Azerbaycanlı gençlerin geleceği belirsiz.

ADAPP (İran'da Azerbaycanlı Siyasi Tutukluları Savunma Birliği) kuruluşunun yıllık raporunda belirttiğine göre gözaltına alınan Azerbaycanlı kültürel aktivistlerin neredeyse tamamı işkence ve kötü muameleye maruz kalıyorlar.Yine İran'ın kendi Anayasasında maksimum gözaltı süresinin 48 saat olarak belirtilmesine rağmen aylar boyunca suçlamaları belirtilmeden gözaltında tutulanlar oluyor. İran Azerbaycanlısı gazeteci ve insan hakları aktivisti Said Metinpur, 2007 yılının Mayıs ayında gözaltına alınmış ve 278 (yaklaşık 9 ay) boyunca mahkemeye çıkarılmadan sorgulanmıştı. Gözaltına alınmasına gerekçe olarak "Türkiye'deki bir insan hakları konferansına katılımı" gösterilen Metinpur 9 ay süren gözaltından sonra tam 650 bin dolarlık kefalet karşılığında geçici olarak serbest bırakılmıştı. Azerbaycanlı gazeteci, mahkemede tıpkı Roksana Saberi gibi "İran'a karşı olan ülkelerle işbirliği yapmak"la suçlanıp 8 yıl hapis cezasına çarptırıldı.

Gözaltında ölüm

İran'ın gözaltındaki aktivistlere nasıl davrandığını gösteren çarpıcı bir örnek de Ferhad Mohseni'nin durumu... Ferhad,Mayıs 2008'de gözaltına alınmış ve 20 gün sonra işkence edilmiş cesedi Tebriz şehrindeki gölün kenarında bulunmuştu. Raporlara göre yetkililer, henüz 25 yaşındayken sorgu merkezinin hücresinde hayata gözlerini yuman Ferhad'ın ailesinin otopsi talebini reddettiler. Yurtdışından yayın yapan Farsça bir radyoya bu konuyla ilgili röportaj veren İranlı bir gazeteci de daha sonra gözaltına alındı.

İran İslam Cumhuriyeti, Uluslararası Medeni ve Siyasi Haklar Sözleşmesi'ni (ICCPR) imzalayan ülkelerden biri. Buna göre ülkede suçlaması ne olursa olsun gözaltındaki mahkumlara işkence etmek kesinlikle yasak. Ancak kendi anayasasının maddelerini çiğneyen devlet, imzaladığı uluslararası sözleşmeleri de hiçe sayıyor.

Devletin hukuksuz tavrı devam ettikçe İran halkının geleceğe yönelik tek umudu, insan haklarının evrenselliği doğrultusunda dünyanın bu ihlalleri her boyutuyla görmesi ve mağdur olan her kesime desteğini göstermesi oluyor. Zira İran'ın 80 yıldan uzun süredir içine hapsedildiği diktatörlük çemberini aşmanın tek yolu uluslararası dayanışmadan geçiyor. (SZ/EK)

______________________________________

Kaynaklar:

Uluslararası Af Örgütü

İran'da yargılanan 6 Azerbaycanlı kültürel aktivistle ilgili köşe yazısı

Azerbaycanlı Siyasi Tutukluları Savunma Birliği

Güney Sesi Webblogu

İran İslam Cumhuriyeti Anayasası


http://www.bianet.org/bianet/dunya/114419-ahmedinejadin-ulkesinde-farkli-olan-hersey-tehdit-altinda

http://www.birgun.net/actuel_index.php?news_code=1242176827&day=13&month=05&year=2009

yazilib گونئی سسی GuneySesi Fri 15 May 2009 saat 9:30 | link |

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı , Aprel 2009 -ci il

İran dövlətinin azərbaycanlı mədəni fəallara qarşı təyziq və həbləri keçən ayda da davam etmişdir. Azərbaycanlı fəallar əsassız olaraq həbs edilməkdə, haqlarındakı ittihamlar açıqlanmadan və vəkil tutmaq hüquqları verilmədən işgəncə və pis rəftar görmək təhlükəsi altında saxlanılmaqdadırlar.

Saxlanılanlar:

Müxtəlif xəbər mənbələrindən alınan məlumatlara görə Təbrizdə azərbaycanlı yazar və mədəni fəal Neği Əhmədi Azər Müqəddəmin 16 aprel şənbə günü saxlanılaraq şəhərin Ettelaat (xüsusi xidmət orqanı) istintaq mərkəzinə aparılmışdır.

Müqədəmin ailəsinin yazarın həb edilmə səbəbilə əlaqədar məlumat ala bilmədikləri, ancaq bunun adı çəkilən fəalın yayımlanan kitabları ilə bağlı ola biləcəyini düşündükləri açıqlandı.

Azərbayan tarixi,dil və ədəbiyyatı sahəsində “Türk dili və Azərbaycan Tarixi”, “Məşrutiyyət Olayları”, “Sultan Məmməd və Təbriz Minyatur Məktəbi” kimi bir çox kitabın müəllifi və tərcüməçisi olan Əhmədi Azər Müqəddəm İran Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

Məhbus Ramin Sadiqinin Səhhətilə əlaqədar narahatlıqlar

5 fevral 2009 tarixində Ərdəbildə atasının evində tutularaq şəhərin Ettelaat (xüsusi xidmət orqanı) istintaq mərkəzinə aparılan azərbaycanlı mədəni fəal Ramin Sadiqi 12 aprel 2009 tarixindən etibarən Ərdəbil həbxanasının ümumi kalonuna köçürülmşdür.

Tutulanın ailəsinin, özünün vəziyyəti və saxlanma səbəbini öyrənmək səbəbilə məhkəmə və həbsxana səlahiyyətlilərinə edikləri müraciətlər nətiəsiz qalmışdır. Ailəsi fəalın şiddətli işgəncə gördüyünə inandıqlarını və hal-hazırda vəziyyətinin yaxşı olmadığını bildirmişdir.

Bundan əvvəl də yerli əbər mənbələri adı çəkilən şəxsə saxlanılma zamanı əsassız cinayət senariləri qəbul etdirmək məqsədilə şiddətli fiziki və psioloji işgəncələr verdikləri bildirmişdi. Verilən məlumatlara görə Sadiqinin saxlanılma müddəti işgəncə altında verdiyi etirafları daha sonra inkar etməsi səbəbilə uzadılmışdı.

Adı çəkilən fəalın qardaşları olan İbrahim və Məmməd Sadiqi özü İlə eyni vaxda 20 gün nəzarətdə saxlanılan sonra 30 min dollar təminatı qarşılığında azad edilmişdi. İbrahim və Məmməd Sadiqinin saxlanıldıqları müddət boyunca işgəncə və pis rəftara məruz qaldıqları, vəkil tutma və ailələr ilə görşmə hüququndan məhrum edildikləri bildirildi.

Ramin Sadiqi daha əvvəl 21 fevral 2007 tarixində Dünya Ana dili tədbirlərində bildirişlər yaydığı üçün saxlanılmış və bir aydan sonra təminat qarşılığında azad edilmişdi. Beynəlxalq Əfv Təşkilatı bu mövzuda yayımladığı hesabatda Ramin Sadiqini vicdan məhbusu elan edərək dərhal azad edilməsinə çağırmışdı.

Verilən Həbs Cəzaları

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində 17 yaşındakı azərbaycanlı tələbə fəal İbrahim Nuri, beş il boyunca təxirə salınacaq 10 aylıq həbs cəzasına məhkum edildi.

İbrahim Nuri 6 aprel 2009-cu İl tarixində Əhər İnqilab Məhkəməsinin birinci şöbəsində vəkilsiz və bağlı olaraq keçirilən məkhəməə 2006-cı ilin may ayında İranda azərbaycanlıların dövlət qəzetində yayımlanan təhqir məzmunlu karikaturaya qarşı etiraz nümayişlərinə qatılmaq və “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edildi. İbrahim Nuri verilən qərarla əlaqədar appelyasiya məhkəməsinə müraciət etdi.

17 yaşındakı azərbaycanlı fəal daha əvvəl mədəni fəaliyyətləri səbəbilə dəfələrcə həbs edilibdir.

O, ilk dəfə 7 may 2007-ci ildə Əhər şəhərinin Ettelaat (xüsusi xidmət orqanı) mərkəzinə çağırılmış və 3 gün nəzarətdə saxlanıldıqdan sonra təminat qarşılığında azad edilmişdi. Həmin ilin 21 mayında isə “Qanundan kənar yığıncaqlara əvət bildirişlər yaymaq” ittihaı ilə təkrar həbs edilmiş və bir həftə sonra təminat qarşılığnda azad edilmişdi. Adı çəkilən fəal keçən il mədəni fəaliyyətləri əsas göstərilərək təhsil alığı lisseyin müdiri tərəfindən 3 gün ərzində məktəbdən kənar edilmişdi.

Azərbayanlı işçi fəal Məmməd Cərrahi Şərqi Azərbaycan Appelyasiya Məhkəməsinin 6-cı Şöbəsindən Hakim İmani tərəfindən 4 ay şərtli (təxirə salınma) həbs əzasına məhkum edildi.

Cərrahi 2006-cı ildə işçi hüquqları ilə əlaqədar bir jurnalın yayımı səbəbilə “rejim əleyhinə təbliğat aparmaq” itihamı ilə 4 ay –təxirsiz- həbs əzasına məhkum edilmişdi. Adı çəkilən fəal 20 sentyabr 2008 tarixində Təbrizdə saxlanılaraq şəhərin mərkəzi həbsxanasına aparıldı.

Göstərilən tarixdə məhkəmə qərarı fəala bildirilməmiş və appelyasiyaya müraciət emək hüququ əlindən alınmışdı.

Məmurların bu cəzasının dəqiq olduğunu demələri ilə fəalın vəkili appelyasiya məhkəməsinə müraciət etmiş və Cərrahi 20 gün saxlanılandan sonra Təbriz həbsxanasından azad edilmişdir. Vəkilin etirazından sonra ərrahinin ittiham işi Şərqi Azərbayan əyaləti Appelyasiya Məhkəməsinin 6-cı Şöbəsinə köçürülmüş və 2009-u ilin fevral ayında verilən hökmə görə 4 ay həbs cəzası iki il üçün təxirə salınmışdır. Fəal Məmməd Cərrahi həbs edilməsi səbəbilə 2008-ci ilin sentyabr ayında işdən qovulmuşdur.

Həbs edilənlər

Azərbaycanlı mədəni aktivist Əli Hüseyinnejad, 4 Aprel 2009 günü həbs olunaraq 8 aylıq həbs cəzasını çəkməsi üçün Maku həbsxanasına aparıldı. Bu aktivist xalqı 2006-cı ildə azərbaycanlıların İran qəzetinin təhqir məzmunlu karikaturasına qarşı etiraz nümayişlərinin 1-ci ildönümü nümayişlərinə dəvət etməsi səbəbiylə nəzarətə alınmışdı. "rejim əleyhinə təbliğat aparmaq" ittiham ilə mühakimə olunan aktivist 1 il həbs cəzasına məhkum edilmiş, bu cəza apelyasiya məhkəməsinin qərarıyla 8 aya endirilmişdi.

Əli Hüseyinnejad daha əvvəl 2006-cı ilin May ayında da nəzarətə alınmışdı. O bir ay boyunca nəzarətdə tutulduqdan sonra İnqilab Məhkəməsi tərəfindən 500 dollar pul cəzası kəsilmişdir.

Azərbaycanlı Fəal Din Adamı Hüccetü'l-islam Əzmi Qədim azadlığa buraxıldı:

Azərbaycanlı fəal din adamı Hüccet'ül-İslam Əbdüləziz Əzmi Qədim, 16 Aprel 2009 ildə bir illik həbs cəzasının sona çatmasıyla Qum şəhərinin Lengrud Həbsxanasından azadlığa buraxıldı.

Əzmi Qədim, 2005-ci ilin Aprel ayında Din Adamları Xüsusi Məhkəməsi tərəfindən "Din adamlığı şərəfinə hərəkat" ittihamı ilə 10 il müddətinə din adamlığı paltarı geymək qadağan edilmiş, ancaq verilən hökmə əməl etməməsi səbəbiylə 2008-ci ilin May ayında eyni ittihamla mühakimə olunaraq Qum şəhərinin Din Adamları Məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilmişdi. Əzmi Qədim, 2008 May 3 -də həbs olunaraq Qumun Lengrud Həbsxanasına aparılmışdı.

Əzmi Qədim keçdiyimiz illərdə dəfələrlə nəzarətə alınmış və həbsxanaya aparılmışdır. O, 5 Avqust 2005 tarixində Təbriz parkında Məşrutiyyət inqilabının ildönümü mərasimlərində iştirakı səbəbiylə nəzarətə alınmış və 3 ay sonra təminat qarşılığında sərbəst buraxılmışdı. Əzmi Qədim, çıxarıldığı məhkəmədə 18 ay həbs, Azərbaycan bölgəsindən 5 il sürgün və "din adamlığı şərəfinə təhqir" cinayətindən 10 il müddətlə din adamlığı paltarı geymək qadağası cəzalarına məhkum edilmişdi. Azərbaycanlı din adamı, 2006-cı ilin Mart ayında həbs cəzasını çəkmək üzrə Təbriz həbsxanasına göndərilmiş, ancaq 6 ay sonra şərtli əfv ilə çıxarılmışdı.

Beynəlxalq Əfv Təşkilatı, 24 Avqust 2005, 4 May 2006 və 27 Oktyabr 2006 tarixlərində Hüccet'ül-İslam Əbdüləziz Əzmi Qədimin vəziyyətiylə əlaqədar 3 ay bildiriş yayımlamışdır.

Azərbaycanlı Əhli Haqq (Şiə) Məhbuslar Aclıq Tətili Başlatdılar:

Yerli qaynaqlardan alınan xəbərlərə görə, İranın Yəzd həbsxanasında məhbus olan Azərbaycanlı Əhli Haqq (Şiə) məhbuslar Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadullah Qasımzadə, həbsxana səlahiyyətlilərinin pis rəftarına məruz qalmaqdadırlar. Adı çəkilən məhbusluların, həbsxanadakı əlverişsiz vəziyyəti və əsas insan hüquqlarının tapdalanmasına etiraz etmək adına 21 Aprel 2008 Çərşənbə axşamı günündən etibarən aclıq tətilinə başladıqları bildirildi.

Məhbus yaxınlarının ifadə etdiklərinə görə, Yəzd Həbsxanasının səlahiyyətliləri, gecə vaxtı ibadət edən İbadullah Qasımzadəyə maneə törətməyə təşəbbüs göstərmiş ancaq məhbus, ibadətinə davam etməkdə israr edincə özünü döyərək həbsxananın hücrə hissəsinə aparmışlar. Qasımzadənin hücrədə ibadətinə davam etdiyini fərqinə varan vəzifəlilər hücrəyə girərək məhbusun üzünə bibər qazı sıxmış və özünü şiddətlə döymüşlər.

Bu hadisədən sonra, eyni həbsxanadakı digər Şiə məhbuslar olan Səhənd Əli və Baxşəli Məhəmmədi, həbsxana vəzifəlilərinin rəftarlarına və əsas insan hüquqlarının tapdalanmasına qarşı aclıq tətilinə başlamışlar. Hələ də həbsxana hücrəsində tutulan İbadullah Qasımzadənin vəziyyəti bilinməməkdədir.

Bu üç məhbus, Yunis Ağayan və Mehdi QasımzadƏ ilə birlikdə Əhli Haqq (Şiə) inancının Atəşbəyli təriqətinə mənsub olub Qərb Azərbaycan əyalətinin Qoşaçay (Miyandoab) əyalətində 4 il əvvəl asayiş keşikçiləri ilə Şiə kəndlilər arasında çıxan qarşıdurmada həbs olunmuşlardı. Məhkəmədə edam cəzasına məhkum edilən azərbaycanlı Şiələrin üçünün cəzası, apelyasiya məhkəməsinin qərarıyla Yəzd həbsxanasında 13 il həbs cəzasına çevrilmiş, ancaq Mehdi Qasımzadə və Yunis Ağayanın edam cəzaları ləvğ edilməmişdi. 27 yaşındakı Şiə məhbus Mehdi Qasımzadə 28 Fevral 2009 səhəri edam edildi, hələ də Urmiya həbsxanasında məhbus olan Yunis Ağayanın edam hökmünün nə vaxt həyata keçiriləcəyi isə bilinmir.

Beynəlxalq Əfv Təşkilatı, 27 Aprel Bazar ertəsi günü nəşr etdiyi təcili hərəkat çağırışında Yunis Ağayanın vəziyyətilə əlaqədar narahatlıqlarını bildirərək edam hökmünün ləvğ edilməsinə çağırdı.

Məhkəməyə Çıxarılanlar:

Azərbaycanlı mədəni aktivistlər Saleh Molla Abbasi və Məhərrəm Kamrani, 11 Aprel 2009 Şənbə günü Əhər şəhərinin İnqilab Məhkəməsində mühakimə olundular.

Molla Abbasi və Kamrani 2006-cı ilin Aprel ayında Əhər şəhərində nəzarətə alınmış və sırayla 45 və 20 gün nəzarət müddətindən sonra, təminat qarşılığında Əhər və Tebriz şəhərlərinin Ettelaat (kəşfiyyat və təhlükəsizlik təşkilatı) sorğu mərkəzindən sərbəst buraxılmışdılar.

Adı çəkilən aktivistlərə istiqamətli ittihamlar, "məlumat yayaraq rejim əleyhinə təbliğat etmək", "Pan-Türkizm təbliğatı" və "Qanunsuz yığıncaqlara qatılmaq" olaraq açıqlanmışdır.

Mühəndis Mollaabbasi, Təbriz Universiteti əkinçilik fakultəsindən məzun olub universitetdəki şagird hərəkatının köhnə fəallarındandır. Doktor Məhərrəm Kamrani isə Urmiya Universiteti baytarlıq fakultəsindən məzun olub, Şəhriyar Birliyinin idarə heyəti üzvü, bağlanılmış şagird jurnalı Oyanışın məsul müdiri və Azərbaycan Nəşrləri Birliyi üzvüdür.

Saleh Molla Abbasi daha əvvəl 2006-cı ilin May ayında Azərbaycanlıların dövlət qəzetindəki təhqir məzmunlu karikaturaya istiqamətli etiraz nümayişlərinin birinci il dönümündə nəzarətə alınmış və bir həftə sonra azadlığa buraxılmışdır.

Beynəlxalq Əfv Təşkilatı 2 və 3 May 2006 tarixlərində nəşr etdiyi iki bildirişdə Saleh Molla Abbasi və Məhərrəm Kamraninin nəzarətdə tutulmasını qınamış və sərbəst buraxılmaları çağırışını etmişdir.

yazilib گونئی سسی GuneySesi Fri 15 May 2009 saat 9:24 | link |

Birlikdə kiçik bir qığılcımı, irqçilik duvarlarının kərpiclərini yaxacaq olan şiddətli yanğınlara çevirə bilərik

Faxtə Zamanı, İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyi (ADAPP) sədri, 23 Aprel 2009 Cümə axşamı günü, Birləşmiş Millətlər Təşkilatının İrqçiliklə bağlı konfransdakı "Voices: Everyone affected by racism has a story that should be heard" (İrqçiliyə məruz qalmış hər kəsin anladacaq bir hikayəsi vardır) panelində danışaraq Azərbaycanlıların İranda məruz qaldıqları irqi ayrı-seçkilikdən söz açdı.

İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyi sədrinin Danışıq Mətni:

Mən Faxtə Zamanı, İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyinin qurucusu və indiki başçısıyam. Üç ildən bəri, İranda Fars olmayan millətlərin ana dili və mədəni haqqları üçün verdikləri mübarizəyə diqqət çəkmək məqsədiylə dəfələrcə Quzey Amerika və Avropaya səfər edərək müxtəlif yığıncaqlarda danışdım. Fəaliyətlərimi durdurmaq üçün saysız təhdidlərə baxmayaraq, insan haqları pozuntularına məruz qalanları və onların ailələrini təmsil etmək üçün əlimdən gələni edirəm. Bu insanlar yalnız ana dillərini işlətdikləri və ya ana dildə təhsil haqqı tələb etdikləri üçün həbs olunub işgəncə görürlər. Bütün bunlar İranın, toplum içinə qədər yayılmış irqçi sisteminin bir sonucudur.

Çox təəssüf ki, İranda böyümüş bir Azərbaycanlı olaraq irqçiliyə bir çox kəz tanıq oldum. Bunun bir sonucu olaraq irqçiliyə məruz qalan digər bütün toplumları anlayır və hisslərini paylaşıram. İrandakı irqçiliyi və buna qarşı çıxanların məruz qaldıqları insan haqqları pozuntularını anlatmaq məqsədi ilə Durban Konfransında olduğum üçün sevinirəm. Danışığıma başlamadan öncə, bəlli bir irqi ya da toplumu anlatmaq üçün deyil, İran irqçiliyini ictimai bir problem olaraq müzakirə etmək üçün burada olduğumu açıqlamaq istəyirəm. Söz etdiyim irqçilik, yalnız dövlət tərəfindən deyil, İran cəmiyyətinin bütünü tərəfindən mənimsənmişdir. İran əhalisinin yarısından çoxunu təşkil edən, Fars olmayan millətlərin, məruz qaldığı bu ayrı-seçkilik, uşaqlıqdan etibarən insanların yaşamında etgisini göstərməkdədir.

Danışığıma İranda bir Azərbaycanlı olaraq yaşadığım təcrübələrdən söz açaraq başlamaq istəyirəm. Azərbaycanlıların çoxu kimi, evdə ana dilimi danışıb və dilimiz, mədəniyyətimiz və tariximizlə qürur duyan ailəmdən Azərbaycanlıların İran toplumundakı böyük önəmini göstərən hikayələr dinləyərək böyüyürdüm. Bu hikayələr mənə güclü və dəyərli bir xalqın nəsilindən gəldiyimi hiss etdirərdi. Bütün bunlar, ilk oxula (məktəbə) başlayıb irqçiliyi tanıdığımdan sonra dəyişdi. Bu irqçiliyi sinif yoldaşlarımdan deyil, müəllimlərimdən görməyim vəziyyəti daha da pisləşdirirdi. Oxulda Farsca danışmağı öyrənməyə məcbur edilərdik və ana dilimizi istifadə etmək böyük bir günah sayılardı. Tarix kitablarımızda bütün hadisələr, Fars irqinin görkəmini göstərəcək şəkildə təhrif edilmişdi. Heç birimiz ana dilimizdə yazılmış kitabları oxuya bilmirdik və Fars mədəniyyəti bizə bütün İranlıların ortaq şəxsiyyəti olaraq göstərilirdi. Azərbaycan Türklərinin İranın tarixindəki önəmli rollarını görməməzlikdən gəlirdilər. Bir çox yerdə, Azərbaycan Türklərindən, Fars mədəniyyətini yıxıb yandıran vəhşi bərbərlər olaraq bəhs edilirdi.

Təhsil Nazirliyinin müfəttişləri siniflərimizə girərək müəllimlərin dərs məzmunlarını birə-bir izləyib izləmədiklərini kontrol edərdi. Əks halda işlərini itirəcək olan müəllimlərimiz, çoxunluqla Azərbaycanlı olmalarına baxmayaraq, bu sistemə uymuşdular. Təhsil Nazirliyi, Farsca xaricindəki dillərdə danışan uşaqların sinifdə döyülərək və ya məktəbdən uzaqlaşdırılaraq cəzalandırılmasını təsdiqləyirdi. Farsca xaricində bir dildə tualetə getmək üçün icazə istəyən şagirdlər belə cəzalandırılırdı. İrqçilik yalnız oxula sınırlı qalmırdı, mənsubu olduğum millətin düzənli olaraq radiolarda, televiziya kanallarında və rəsmi mətbuat nəşr orqanlarında aşağılandıqlarına tanıq olurdum.

Bu gün bu durum hələ davam edir. Azərbaycanlılar radiolarda və milli mətbuatda zəkası yetərsiz, insanlıqdan uzaq "hamam böcekleri" (Tarakan) olaraq təsvir edilirlər. Fars olmayan millətlərin əhalisinin sıx olduğu bölgələrin iqtisadi inkişafı əngəllənir. Çoxunluqla Azərbaycanlıların yaşadıqları məhəllələrdəki esnafın mağaza və dükanları üçün Farsca xaricindəki dillərdən ad seçmələri belə əngəllənir, əks halda dükanlarına zərər verilir və ya bağlanılırlar.

İranın Fars olmayan millətlərinə irqçilik yalnız ölkə sərhədləri içərisində bitmir. Şəxsən İranın xaricində, Qərbliləşmiş İranlılar tərəfindən, bir çox irqçi hərəkətə tanıq oldum. Əsas rahatsız edici olan, bu irqçi hərəkətlərin təhsil səviyyəsinin yüksəlməsiylə sona çatmamasıdır. Elitlər, professorlar, doktorlar vs. hələ özlərinə son dərəcə təbii gələn bu rəftarı davam etdirirlər. İranın siyasi müxalifət qrupları da eyni durumdadırlar.

Bir çox insan bu məsələni, İranın nüvə proqramı ya da genəl insan haqları qonularının yanında daha əhəmiyyətsiz görür. Ancaq İranda Fars olmayan millətlərin məruz qaldığı irqçilik, ən az İran hökumətinin üzləşdiyi digər məsələlər qədər ciddiyə alınması lazım olan son dərəcə əhəmiyyətli bir mövzudur. Fars olmayan millətlər İran əhalisinin yarısından çoxunu oluşdurduqları üçün, bu problem əslində İran toplumunun çoxunluğunun problemidir.

İran əhalisinin dörddəbirindən çoxunu oluşduran Azərbaycanlılar, Azərbaycan Respublikasının əhalisinin təxminən üç qatıdırlar. Sərhədin iki tərəfindəki Azərbaycanlılar ortaq dili və mədəniyyəti paylaşmaqdadırlar, ancaq Quzey Azərbaycan 1991-ci ildən bəri müstəqilliyini qazanıb mədəni olaraq inkişaf edərkən Güney Azərbaycanlılar 80 ildən uzun sürədir Farslaşmağa zorlanmaqdadırlar. İranda asimilasyona boyun əyməyən Azərbaycanlılar tərd olmaqda və ictimai irəliləmələri əngəllənməkdədir. Ayrı-seçkilikçi nizama qarşı səsini yüksəltməyə cəsarət edənlər həbs olunmaqda, işgəncə edilməkdə və hətta öldürülməkdədirlər.

Bu durum, 2006-cı ilin May ayında rəsmi "İran" qəzetində nəşr olunan və Fars bir uşaq ilə Azərbaycan Türkcəsində danışan bir hamam böcəyi (tarakan) arasındakı ünsiyyətsizliyi anladan karikaturalar nəticəsində açıqca ortaya çıxdı. Bu nəşrə təpgi olaraq Azərbaycanlı əhalinin sıx olduğu Təbriz, Urumiye, Ərdəbil, Zəncan, Xoy, Nəğədə (Sulduz) və digər bir çox şəhərdə xalq küçələrə-xiyavanlara çıxaraq etirazlara başladı. İran hökumətinin bu etirazlara təpgisi sərt və sürətli oldu. Verilən hesabatlarda yüzlərlə insanın həbs olunduğu və onlarla silahsız etirazçının təhlükəsizlik gücləri tərəfindən öldürüldüyü bildirilməkdədir.

Tanınmış siyasi məhbus (vicdan məhbusu)
Abbas Lisani, bu etirazlar əsnasında nəzarətə alınmış və mühakimə olunmuşdu. Ona verilən cəza, dükanının Azərbaycan Türkcəsindəki adını dəyişdirməyi rədd etməsi səbəbiylə verilən digər cəzayla birləşdirildi və həbs sürəsi təxminən 6 ay öncə sona çatdı. Lisani, həbs sürəsində gördüyü əziyətlərə etiraz etmək üçün bir neçə dəfə aclıq etirazı başlatmasına baxmayaraq vəzifəlilər ona şiddət göstərməyə davam etdilər.

Abbas Lisani ilə eyni qədəri paylaşan çox sayda aktivist var. Karikatura etirazlarının ildönümündə nəzarətə alınan 25 yaşındakı mədəni aktivist Fərhad Möhsüni, 20 gün boyunca gördüyü şiddətli işgəncələr üzündən həyatını itirdi. Bunlar, yaşanan durumların yalnız bilinən örnəkləridir. İran mühakimə sistemi gizliliklə icra edildiyi üçün, bir çox adam anlatdığım durumları yaşamış ola bilər.

İranda gələnək və ənənə halına gəlmiş irqçilik sistemi və etnik ayrı-seçkilik, əsla daha önəmli görünən ayrı məsələlərin kölgəsində buraxılmamalıdır. İrqçilik, mənim kimi insanlar üçün, yaşamı boyunca ayrı-seçkilikçi önyarqılar və irqçi lətifələr (Joke) eşitmək, ana dilinə və mədəniyyətinə özgələşməyə zorlanmaq anlamını verməkdədir. Ancaq İranda açıqca irqçilik nizamına qarşı səsini yüksəltməyi seçmiş olan daha cəsur insanlar üçün bu həbs olunmaq, işgəncə görmək və hətta öldürülmək deməkdir. Bunlar İran toplumunda yerləşmiş problemlərin əlamətləridir. Əgər bu özgədən nifrət (xenophobia) fəlakətini müalicə edə bilsək, digər dilləri eşidəcək, mədəniyyətlərin inkişafına və toplumun irəliləməsinə şahid ola biləcəyik. İranın çeşid çeşid mədəniyyətinin, öz mədəniyyətlərini ana dillərində öyrənmələrini və milli qəhrəmanlarını xatırlamalarını təmin edə biləcəyik. Hər şeydən önəmlisi, təməl insan haqları üçün mübarizə edən aktivistlərin işgəncə edilərək öldürülməsini önləyəcəyik.

Bütün bunlara gedən ilk addım, bu irqi ayrı-seçkilik sistemini dünyaya eşitdirməkdir. Birlikdə kiçik bir qığılcımı, irqçilik duvarlarının kərpiclərini yaxacaq olan şiddətli yanğınlara çevirə bilərik. Dr. Martın Luther Jing Jr'nin dediyi kimi: " Ən sonunda, düşmənlərimizin sözlərini deyil, dostlarımızın səssizliyini xatırlayacağıq". Bu səbəblə bütün dünyanı İran toplumuna yerləşmiş olan irqi ayrı-seçkilik problemini bildirməli və bunun sona çatması üçün çaba göstərməliyik.

Verdiyiniz zaman üçün çox təşəkkür edirəm.

yazilib گونئی سسی GuneySesi Sun 10 May 2009 saat 11:26 | link |

İranda türkçü molla həbsdən çıxdı

 

... Heç təbrikə imkan da vermədi, tez-tələsik dedi ki, milləti zindanda ikən, özünün həbsdən buraxılmağını azadlıq hesab etmir. Bircə ailəmə görə sevinirəm deyir, uşaqlar başsız qalmışdılar.

... İranda azərbaycanlı fəal, din xadimi Əbdüləzim Əzimiqədimi Qum şəhərindəki «Ləngəvud» həbsxanasından bir neçə gündür ki, buraxıblar. Bu, fəalın üçüncü həbsi idi.

Sonuncu ittihamı bu imiş ki, fəala molla paltarı geymək qadağan olunubmuş, o da bu qərarı ədalətli saymayıb, ana dilində təhsil tələbi ilə keçirilən aksiyalara molla paltarında gedib:

- Əbdüləzim bəy, İranda həm molla, həm də türkçü olmaq nə dərəcədə çətindir?

- Bilirsiniz, bu libas məsələsi üzdə təqdim olunan bəhanədir ki, kənardan baxıb siyasi məhbus qiyməti verməsinlər. Əslində, məqsəd milli hüquqları qoruyan fəallara təzyiq etməkdir. Bundan başqa, İranda türkçü olmaq o demək deyil ki, biz radikal millətçiyik, hədəfimiz ancaq haqlarımızı müdafiə etməkdir. Onlar istəyirlər göstərsinlər ki, azərbaycanlıların istəkləri islam dinindən uzaqdır. Əslində, biz sübut edəcəyik ki, fars şovinizmi islamdan uzaqdır. Hesab edirik ki, mollalıq müstəqil bir fəaliyyətdir və bunun hökumət tərəfindən tənzimlənməsi hüquq pozuntusudur.

- Axırıncı bir ili həbsdə idiniz, nədir təəssüratınız, bu bir ildə İranda azərbaycanlı fəalların vəziyyətində dəyişiklik varmı?

- Fəallıq getdikcə artır. Təbrizdə, Ərdəbildə, Sulduzda, Urmu, Qoşaçayda fəallıq daha da yüksəkdir.

- Bəs sadə xalq arasında necə?

- Sadə xalq arasında da əvvəlki illərə nisbətən fəallıq çox yüksəlib. Əvvəllər ana dili haqda çox da danışmaq istəmirdilər, deyirdilər ki, dövlət dili bir olar. İndi heç olmasa deyirlər ki, onlar ana dilində təhsil istəyirlər, sadəcə, hökumətə qarşı çıxmaqdan çəkinmirlər.

- Belə bir arqument də vaxtaşırı səslənir ki, İran təbii olaraq separatçılıqdan çəkinir, ona görə də azərbaycanlılara ana dilində təhsil haqqı vermir.

- Bir millətin haqqını versən, ayrılmaz, verməsən, ayrılmaq istəyər. Hökumət də bunu bilir. Amma bir qrup fars şovinisti var ki, hökumətə təsiri yüksəkdir, bu adamların məqsədi Azərbaycan xalqını farslaşdırmaqdır, bizi farslara assimilyasiya etməkdir. Haqqını alan millət ayrılıq istəməz, odur ki, inanmıram ki, təzyiqlərin səbəbi ayrılıq qorxusudur.

- Əbdüləzim bəy, milli mətbuatla bağlı vəziyyət necədir?

- İranda problem təkcə ana dili təhsili ilə bağlı deyil. İranda haqqı istəmək də qadağandır. Bizim millətlə danışmaq imkanımız yoxdur. Fəalların kiçik qəzetlərini də bağlayırlar, özlərini həbs edirlər. Gedin Təbriz televiziyasına baxın, adı Azərbaycan dilində televiziyadır, əsas verilişlər farsca verilir. Azərbaycan dilində olan verilişlər də hökuməti təbliğ edirlər.

- Təbrizdəkilərin Bakıdan gözləntisi nədir?

- Rəsmi Bakıdan ciddi dəstək hiss etmirik. Amma hökumətdən intizar çox olmaz. Çünki yeni müstəqillik qazanmış dövlətdir, qonşusu ilə münasibətləri pisləşdirmək istəmir. Azərbaycan hökumətindən bir istəyimiz var ki, Qarabağ problemini İran azərbaycanlıları arasında təbliğ eləsin. Buradakı azərbaycanlılar Qarabağ haqda az məlumatlıdırlar. Amma əsas intizarımız Azərbaycan xalqından, ictimai təşkilatlardan, televiziyalardandır. İstərdik ki, bizi özgə yox, özlərinizdən bilsinlər.

yazilib گونئی سسی GuneySesi Thu 30 Apr 2009 saat 11:31 | link |

Bu səsləri gərək dünya eşitsin!

şəkli tiklayin

yazilib گونئی سسی GuneySesi Tue 21 Apr 2009 saat 21:33 | link |

Faxtə Zamani, BMTnın irqçilik əleyhinə konfransında iştirak edir

Iranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyinin katibi və Azərbaycanlı insan haqları müdafiəçisi, Faxtə Zamanı də, Birləşmiş Millətlər Təşkilatının İrqçiliklə bağlı konfransına qatılanlar arasındadır.

Faxə xanımın Cümə axşamı günü konfransda çıxışı gözlənilir.

Faxtə Zamani öz çıxışını, İranda Azərbaycanlılara qarşı aparılan irqçilik və ayrı seçkilik siyasətinə həsr edəcək.

BMT İnsan Haqları Kommissiyasının təşkilatçılığı ilə, 20-24 April 2009-cü il tarixində, Geneva şəhərində keçirilən konfransın açılış mərasimində, bir sıra insan haqları təşkilatlarının təmsilçiləri ilə yanaşı həm də dövlət başçıları və hökümət nümayəndələri, o cümlədən İran prezidenti Mahmud Əhmədinəjad da iştirak edir.

Mərasimin başlanğıcında, BMTnin İnsan Haqları Kommissarlığının hazırladığı “Dinlənilməsi lazım olan səslər” ünvanlı 7 dəqiqəlik bir video klip nümayiş etdirilib. Həmin klipə dünyanın müxtəlif yerlərində irqçilikdən əziyyət çəkən azlıqları təmsil edən fəalların qıssa çıxışları salınıb. Faxtə xanım da həmin klipdə çıxış edənlər arasındadır. Həmin klipdə O, “ Mən İranlı Azərbaycanlıyam və doğulduğum gündən bəri mili mənsubiyyətimə görə ayrı seçkiliyə məruz qalmışam. Xatırlayıram ki, məktəbdə mənə öz ana dilimdə danışmağa icazə verilmirdi!” sözlərini dilə gətirir.

İrqçıliklə bağlı bundan öncəki beynəlxalq konfrans, 2001-ci ildə Cənubi Afrikanın Durban şəhərində keçirilmişdi. Durban Konfransının sonunda irqçılik və ayrı seçkiliklərə qarşı mübarizə ilə bağlı müxtəlif qərarlar qəbul edilmişdi.

“İrqçılıyə qarşı birlik, hamiya hörmət və ədalət!” şüarı ilə keçirilən Geneva Konfransı isə, Durban Konfransının qəbul etdiyi qərarların gərçəkləşdirilib- gərçəkləşdirilmədiyini araşdırır.

Durban konfransına qatılan dövətlər, öz ərazilərində yaşayan etnik azlıqların sosyal durumlarının və peşə mövqelərinin yüksəldilməsi, eləcə də, kütləvi informasiya vasitələrində irqçiliyə və yabancılaşmağa qarşı mübarizənin tənzimlənməsi haqda məcburi olmayan öhdəlikər götümüşdürlər.

4 günlük Geneva konfransının zamanı bir sıra iclaslar keçirilməsi planlaşdırılır. Həmin iclaslarda iştirakçılar məruz qaldıqları diskriminasiya ilə bağlı şəxsi təcrübələrini bölüşürlər.

Faxtə Zamanı də həmin iclasların birində, ayrı seçkiliklə bağlı öz şəxsi təcrübələri haqda danışacaq, İranda Azərbaycanlıların qarşılaşdığı ayri seçkilik və irqçilik haqda iclas iştirakçılarının suallarını cəvablandıracaqdır.

yazilib گونئی سسی GuneySesi Tue 21 Apr 2009 saat 21:27 | link |

«Məhbusların sayını tam dəqiqləşdirə bilmirik»

Faxte Zamani

Azadlıq Radiosu © Şəhla Sultanova - 19.04.2009

İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının prezidenti Faxtə Zamani «Azadlıq» radiosuna müsahibə verib.

-Uzun illərdir ki, İranda Azərbaycanlılar öz haqları uğrunda vuruşurlar. Onlara həm ölkə daxilində, həm də xaricdə olan fəallar da yardım edir. Vəziyyəti dəyişirmi?

-Neçə illərdir ki, bizim bu məsələnin üstündə çalışmağımıza baxmayaraq İranda azərbaycanlıların vəziyyəti hələ də ağır olaraq qalır. Hələ də həbslər, məktəblərdə ana dili tədrisinin tələbi üçün təqiblər davam edir, işgəncələr var. 2006-cı ilin may ayına olan hərəkatdan bu yana azərbaycanlıların üzərində nəzarət və basqı var. bizim gənc tələbə fəallarımızdan həbsdə olanlar var. Hətta Əhər şəhərindən 17 yaşında gəncə 11 ay həbs veriblər. Qum şəhərindən olan ruhanilər hələ də həbsdədirlər. Mədəniyyət sahəsində məşğul olan fəallarımız da həbsə atıblar.

-Bu gün İranda həbsdə neçə azərbaycanlı məhbus var və onların neçəsi siyasi məhbusdur?

-Biz məhbusların sayını tam dəqiqləşdirə bilmirik. Çünki İran qapalı məmləkətdir. Həm özü məhbuslarla bağlı məlumatı gizli saxlayır, həm də siyasi məhbusların ailələrinə basqı var ki, onlar QHT-lərə, mərkəzlər tutulan ailə üzviləri haqqında məlumat verməsinlər.

Bizdə olan məlumata görə isə hazırda həbsdə onlarla azərbaycanlı var. Azərbaycanlı məhbuslar 15-16 yaşından başlayaraq yaşlılara qədər var. Məhbusların elələri var ki, onların həbsdə olduğu uzun müddət məlum olmur, sonradan məlum olur ki, bu şəxslər həbsdə imişlər.

-Siz İran azərbaycanlılarının vəziyyəti ilə bağlı bir sıra ölkələr və onların parlamentlərində, beynəlxalq konfranslarda çıxış edirsiniz. Bu nə dərəcədə o insanlara yardım etmiş olur?

-Hər dəfə beynəlxalq səviyyədə bu məlumatlar açıqlandıqca vəziyyətə təsir edir.

Məsələn Abbas Lisani, Səid Mətin və başqa fəallarımızın adları BMT, «Amnesty International» və ayrı təşkilatlarda hallanıb. Düzdür onlara yenə də işgəncə verilir, ailələri təqibə məruz qalıb. Amma yenə də bu cür çıxışlar onların vəziyyətinə az da olsa müsbət təsir edib. Biz çalışırıq ki, bunu daha ada artıraq ki, təsiri də güclənsin.

-Bəs Azərbaycan və Qərb mətbuatı İran Azərbaycanlılarının vəziyyətini nə dərəcə qənaətbəxş şəkildə işıqlandırır?

-Azərbaycan mətbuatı bu vəziyyəti çox yaxşı işıqlandırır. Biz bu haqda fəallarımızdan da eşidirik. Həm azərbaycanlılar İrandakı həmvətənləri haqqında məlumat alırlar, həm də bu İran azərbaycanlılarının vəziyyətinə təsiri olur. Düzü, nə qədər çox işıqlandırsalar da yenə azdır.

Amma beynəlmiləl səviyyədə bu vəziyyət o qədər də işıqlandırılmır. Bu bizim öz fəaliyyətimizi genişləndirməyimizdən asılıdır ki, ölkələrin və beynəlxalq medianın diqqətini buna cəlb edək.

Bizim təşkilatımız Kanada təşkilatıdır. Üzvilərimizin çoxu kanadalılardır. Deyim ki, beynəlxalq ictimaiyyətin bizim fəaliyyətimizə marağı günbəgün artır. 2006-cı il Təbriz və digər şəhərlərdə qiyam olanda azərbaycanlılara xeyli işgəncə verildi, həbsə atıldılar. Amma biz bunu dünyanın diqqətinə çatdıra bilmədik. Amma getdikcə daha geniş auditoriyanı əhatə edə bilirik. Burada da həm Azərbaycan, həm də İrandan olan həmvətənlərimizin rolu böyükdür. Mən bu yaxınlarda Kanada parlamentində İran Azərbaycanlılarının vəziyyəti ilə bağlı çıxış elədim. Bu da kiçik uğur deyil.

yazilib گونئی سسی GuneySesi Sun 19 Apr 2009 saat 16:54 | link |

Beş illik qadağa

Azadlıq Radiosu ©18.04.2009

 İbrahim nuriAzərbaycanlı məktəbli beş il müddətində ana dilində təhsil istədiyini dilə gətirə bilməz.

Aprelin 17-də İran Əhər İnqilab Məhkəməsi ana dilində təhsil istəyən 16 yaşlı azərbaycanlı İbrahim Nuri haqqında belə qərar çıxarıb. İ. Nurini qanunazidd tələblər səsləndirməkdə təqsirləndirən məhkəmə onun 10 ay azadlıqdan məhrum edilməsini istəyirdi. Amma sonda məhkəmə həbs cəzasını şərti verib. Beş il ərzində İ. Nurinin qanunu pozduğu aşkarlanarsa, o, 10 aylıq həbsini çəkməli olacaq.

Məhkəmədə İ. Nuriyə belə izah olunub ki, o, beş il ərzində ana dilində təhsil, ana dilli məktəblərin açılması barədə fikirlər səsləndirə bilməz.

16 yaşlı məktəbli deyir: «Mən hansısa qanunazidd addım atmamışam. Sadəcə, ana dilində yazıb-oxumaq istəyirəm və öz dilimdə məktəblərin olmasını dilə gətirmişəm. Bizə ana dilində yazıb-oxumaq yasaqlanıb».

11 yaşından milli hərəkata qoşulan İ. Nuri ilk dəfə iki il əvvəl 2006-cı ilin may aksiyalarının birinci ildönümü tədbirlərində tutulub.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.

yazilib گونئی سسی GuneySesi Sun 19 Apr 2009 saat 16:7 | link |

GÜNEYLİ FƏAL ƏRDƏBİL HƏBSXANASINA KÖÇÜRÜLÜB

2009-04-16

Ramin SadiqiAzərbaycan milli kimliyi uğrunda dinc mübariz, fevralın 5-də həbs edilərək Ərdəbil ETTELAAT idarəsinin təcridxanasına salınan fəal Ramin Sadıqi Əslin Ərdəbil həbsxanasına köçürülməsi xəbəri yayılıb.

“Media forum” saytının məlumatına görə, fəalın valideynləri güney mənbələrinə Raminin vəziyyətini öyrənmək üçün hansı hökumət orqanına müraciət etsələr də, onlara konkret cavab verilmədiyini bildiriblər. Raminin ailəsi onun həbsdə saxlandığı müddətdə müxtəlif işgəncə və təzyiqlərə məruz qaldığını, valideynləri ilə əlaqə saxlamağa icazə verilmədiyini deyiblər.

Raminin səhhətinin son dərəcə ağır olduğu da bildirilir.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Fri 17 Apr 2009 saat 1:58 | link |

İranda «Çənlibel» sözü niyə təhlükəlidir?

Azadlıq Radiosu ©
Maarif Çingizoğlu - 09.04.2009

Abbas LisaniƏrdəbilli fəal Abbas Lisaniyə qarşı təzyiqlər davam edir. Bu dəfə onun ailəsinin yeganə dolanışıq mənbəyi olan «Çənlibel» adlı mağazasını bağlamaq istəyirlər.

Abbas Lisaninin dediyinə görə, əslində problem mağazanın adıyla bağlıdır. Ərdəbil Əyalətinin «Təmin Şurası» (qeydiyyat idarəsi) onun qarşısına iki şərt qoyub. Ya mağazanın türkcə adı fars sözüylə əvəz edilməlidir, ya da mağaza bağlanmalıdır.

Abbas Lisani deyir ona məxsus mağazanın üzərində ərəb əlifbasıyla «Çənlibel» sözü 10 ildən çoxdur yazılıb və o bu adı başqa bir adla əvəz eləmək fikrində deyil. Mağaza bağlansa belə:

«Mən başa düşmürəm niyə «Çənlibel» sözünü götürmək istəyirlər. Nə bu sözün anlamında bir xəta var, nə də yazılışında. Hər halda narahatdırlar. Guya şəhərin, bölgənin təhlükəsizliyinə «Çənlibel» dükanı təhlükə törədir. Amma mən o adı götürmək fikrində deyiləm, mağaza bağlansa da».

Abbas Lisani bildirir ki, onun mağazasının adını dəyişsələr, bundan sonra Ərdəbildə türk adıyla bir obyekt də qalmayacaq:

«Bizə hər şeyi hal edirlər, bircə öz dilimizdən başqa».

Abbas Lisani İrandakı azərbaycanlıların milli-mədəni hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunub. O, sonuncu həbs cəzasını yenicə başa vurub.

Son zamanlar İran Azərbaycanının müxtəlif şəhərlərində xüsusilə Təbriz, Urmiya, Zəncan və Ərdəbildə Azərbaycanca adlara və reklam yazılarına qarşı ciddi təzyiq dalğası başlayıb. Minlərlə şirkət, müəssisə, dükan və mağaza adları farscaya dəyişdirmək və ya bağlanmaq təhlükəsi ilə üzləşib.
yazilib گونئی سسی GuneySesi Sat 11 Apr 2009 saat 16:3 | link |

Məktəbli ana dilində təhsil istədiyi üçün məhkəməyə çağırılıb

Azadlıq Radiosu © Maarif Çingizoğlu - 07.04.2009

 
İbrahim Nuri İranın Əhər şəhərində 16 yaşlı azərbaycanlı məktəbli İbrahim Nuri ana dilində təhsil istədiyi üçün aprelin 7-də İran Əhər İnqilab Məhkəməsinə çağırılıb.

Məhkəmədə sorğu-sual edildikdən sonra sərbəst buraxılan məktəbliyə məhkəmənin yekun rəyi aprelin 8-də təqdim ediləcək.

Məhkəmə İbrahim Nurini qanunazidd addımlar atmaqda ittiham edib.

16 yaşlı məktəbli deyir: «Mən hansısa qanuna zidd addım atmamışam. Sadəcə, ana dilində yazıb-oxumaq istəyirəm və öz dilimdə məktəblərin olmasını dilə gətirmişəm. Bizə ana dilində yazıb-oxumaq yasaqlanıb».

11 yaşından milli hərəkata qoşulan İbrahim Nuri ilk dəfə 14 yaşında 2007-ci ildə İranda azərbaycanlıların keçirdiyi aksiyaların ildönümü ərəfəsində tutulub.

İbrahim Nuri deyir ki, o, ana dilində təhsillə bağlı tələblərini həm məktəbdə, həm də kənarda həmişə səsləndirib. Sonuncu dəfə Dünya Ana dili günündə keçirilən tədbirdə iştirak edib və bir daha doğma dilində məktəb istəyib.

İbrahim Nurinin sözlərinə görə, bu istəklərini hər dəfə dilə gətirənlər həmişə onu kimi məhkəməyə çağırırlar.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
yazilib گونئی سسی GuneySesi Thu 9 Apr 2009 saat 15:58 | link |

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı , Mart 2009-ci il

İran’da Azərbaycanlıların insan hüquqları pozulmaları Mart ayında da davam etmiş və Novruz (İran təqviminə görə yeni il) bayramında dövlət dairələri və məhkəmələrin tətil etmələrinə baxmayaraq təyziqlərin şiddəti azalmamışdır.

Azərbaycanlı mədəni fəallar əsassız olaraq tutulur, haqlarındakı ittihamlar bildirilmədən və vəkil tutmaq hüquqları verilmədən nəzarətdə saxlanılır.

Bu müddətdə təhlükəsizlik məmurları tutulanlara şiddətli işgəncələr tətbiq edərək onları əsassız ittihamları qəbul etməyə məcbur edir və bunun nəticəsində fəallara ağır hökümlər verilir.

Fəallara göstərilən işgəncələr

5 Fevral 2009 tarixində Ərdəbildəki evində nəzarətə alınan Azərbaycanlı mədəni fəal Ramin Sadiqi, hələ də Ərdəbil şəhərinin Ettelaat (Kəşfiyyat Təşkilatı) mərkəzində saxlanılmaqdadır. Müxtəlif mənbələrin verdiyi məlumata görə, Sadiqi şiddətli fiziki və psixoloji işgəncələrə məruz qalmaqdadır.

Müstəntiqlərin Ramin Sadiqi və qardaşı Məhməd Sadiqini bir neçə gün ərzində tək ayaqlarından tavana asaraq işgəncə etdikləri; əsassız cinayət senarilərini qəbul etdirərək etiraf almaq məqsədilə məhbusu müvəqqəti saxlama otaqlarında tutaraq, çarxıfələk adlı işgəncə alətindən istifadə edərək, bədəninin həssas yerlərinə elektrik şoku verərək, şiddətlə döyərək və şallaqlayaraq, uzun muddət yuxusuz saxlayaraq və təhqirlər edərək əziyyət etdikləri bildirilmişdir.

Bir şahidin ifadələrinə görə Ramin və Məhməd Sadiqi, şiddətli fiziki və psixoloji işgəncələr altında əsassız ittihamları etiraf etməyə məcbur qalmışdılar.

Bu etiraflarda məhbuslar, digər 3 Azərbaycanlı fəalla birlikdə Muğan şəhərində (İran və Azərbaycan Respublikaları arasındakı sərhəddi təşkil edən) Araz çayını keçərək sərhəddin digər tərəfindəki xarici güclərlə əlaqə qurub, onlardan CD və bildiriş alaraq Azərbaycan hərəkatının inkişafını təmin edəcək qaynaqları əldə etdiklərinə dair cinayət senarisini qəbul etmişlər.

Bununla yanaşı, məhbuslar digər Azərbaycanlı fəalların əleyhinə yalan etiraflar etməyə, xüsusilə də tanınmış fəal Abbas Lisani və həyat yoldaşıla əlaqədar əssasız ittihamları qəbul etməyə məcbur olmuşdular.

Səlahiyyətlilər, Sadiqinin ailəsinə özünün istintaqının başa çatmasından sonra, Novruzdan (İran təqvimində ilin ilk günü) əvvəl azad edəcəklərini söyləmişlər. Ramin Sadiqi, Ərdəbil məhkəməsində işi araşdıran məmurun suallarına verdiyi cavablarda, işgəncə altında verdiyi etirafları rədd etmiştir. Bunun ardınca işə baxan hakim Sadiqinin təkrar Ərdəbil Ettelaat Mərkəzinə geri qaytarılmasına və tutulmasının davam etməsi qərarını vermişdir.

Məhbusun qardaşı olan Məhməd Sadiqi 14 Mart 2009 tarixində 17 gün nəzarətdə saxlanılmasından sonra 30 min dollar təminat qarşılığıda sərbəst buraxılmışdır.

Ramin Sadiqi, daha əvvəl 21 Fevral 2007 tarixində Dünya Ana dili tədbirlərində bildirişlər yaydığı üçün nəzarətə alınmış və bir aydan sonra təminat qarşılığında sərbəst buraxılmışdı. Beynəlxalq Əfv Təşkilatı, bu mövzuda yayımladığı hesabatda Ramin Sadiqini vicdan məhbusu elan edərək dərhal sərbəst buraxılmasına çağırmışdır.

Həbs cəzaları

Rəşt şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin hakimi Mustafavi tərəfindan Azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədiye 1 il və Rəşt Universiteti İnşaat Mühəndisliyi ixtisası tələbəsi fəal Hüseyn Rəhimiyə 6 ay həbs cəzası verildi.

Son iclası 28 fevral şənbə günü vəkilsiz və bağlı olaraq keçirilən məhkəmədə Azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədi və tələbə fəal Hüseyn Rəhimi, "milliyyətçilik" və " rejim əleyhinə təbliğat " ittihamlarıyla mühakimə olundular.

Adı çəkilən fəallar 2008-ci ilin iyun ayında Rəşt şəhərinin asayiş keşikçiləri tərəfindan saxlanılaraq Ettelaat (Kəşfiyyat və Təhlükəizlik Təşkilatı) mərkəzində bir aydan çox vaxt ərzində nəzarətdə saxlanılmışlar. Tutulanların təxminən saxlanma müddəti sonunda müvəqqəti saxlama otaqlarında, fiziki və psixoloji təyziqlərə məruz qaldıqları bildirilmişdir. Bu müddət ərzində vəkilləri və ailələri ilə görüşdürülməyən tutulanların ailə üzvləri bütün cəhdlərinə baxmayaraq səlahiyyətli şəxslərdən fəallarin tutulduqları yer haqqında məlumat ala bilməmişlər.

Beynəlxalq Hüquq Müdafiəçilərini qoruma Təşkilatı " Front Line " tərəfindan 8 avqust 2008 tarixində yayımlanan bildirişdə Vədud Əsədinin azad edilməsi çağırışı etmişdi.

Geomorfoloji ixtisası məzunu olan Vədud Əsədi, Ərdəbil Azad Universiteti tələbə birliyinin keçmiş sədri və bağlanılmış Azərbaycan mədəniyyət və folklor jurnalı "Səhər"in yazı işləri müdiridir.

Vədud Əsədi daha öncə 2006-çı ilin may ayında İranda Azərbaycanlıların etiraz nümayişləri zamanı Ərdəbil şəhərində tutulmuş və 40 gün nəzarətdə saxlanıldıqan sonra azad edilmişdi.

Təbrizdə Şərqi Azərbaycan əyaləti Appeliyasiya məhkəməsi, Azərbaycanlı mədəni fəal İrəc Huseyniyə qiyabi olaraq 2 il həbs cəzası verdi. Daha əvvəl Təbriz cəza məhkəməsinin 11-ci şöbəsi tərəfindən "asayişi pozmaq və qanunsuz nümayişlərə qatılmaq" ittihamı ilə bu fəala 4 ay həbs və 30 şallaq cəzası verilmişdi. Hüseyni, 21 may 2008-ci il tarixində, İranda Azərbaycanlıların dövlət qəzetində dərc olunan təhqir xarakterli karikaturaya etiraz nümayişlərinin ikinci ildönümündə saxlanılmışdı.

İran İslam Respublikası Konstitusiyasının 27-ci maddəsinə görə, ölkədə İslam dininin əleyhine olmamaq şərtilə hər cür nümayişə qoşulmaq azaddır.

Ərdəbil əyalətinə bağlı Meskin şəhərində İslam İnqilab Məhkəməsi tərəfindan Azərbaycanlı mədəni fəal Beytullah Berzəgərə 5 ay şərtli həbs cəzası verildi. "CD və bildirişlər yayaraq rejim əleyhinə təbliğat və milliyyətçilik etmək" ittihamı ilə mühakimə olunan fəalın məhkəmə prosesi vəkilsiz və qapalı keçirildi.

Gənç Azərbaycanlı tələbə məhkəməyə çağırıldı

16 yaşındakı Azərbaycanlı tələbə İbrahim Nuri, Əhər şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindan məhkəməyə çağırılmışdır. İbrahim Nuri, İranda Azərbayanlıların dövlət qəzetində yayımlanan təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişlərinin birinci ildönümü olan 22 May 2007-ci il tarixində Əhər şəhərində saxlanılmışdı.

Məhkəmə tərəfindan göndərilən çağırışa görə İbrahim Nuri, İranda Novruz tətilindən sonraki ilk iş günü olan 25 Mart 2009-cu il tarixi etibarı ilə Əhər İnqilab Məhkəməsinə müraciət etməsi istənilmişdir. Müraciətindən sonra hakim, özünə 4 aprel 2009-cu il tarixində məhkəmədə hazır olmasını demişdir. Bir müddət əvvəl İbrahim Nuri, mədəni fəaliyyətləri səbəbiylə oxuduğu liseyin müdiri tərəfindan 3 gün müddətində məktəbdən uzaqlaşdırılmışdı.

Təhsil Hüququnun əngəllənməsi

Azərbaycanlı universitet tələbə fəalları son illərdə bir çox təyziqlərlə qarşılaşmaqda və bir çox dəfə intizam komitələrinə çağırılaraq təhsil hüququndan məhrum edilməkdədirlər.

İran Təhsil Nazirliyində universitetlər miqyasında Azərbaycanlı fəal tələbələrin siyahısının tutulduğu və bu tələbələrin magistr təhsili almalarının əngəlləndiyi bilinməkdədir.

Bu sahədə Tehran Universiteti tələbəsi fəal Qədir Qiyaninin şikayəti İdarə Ədalət Divanı və Məclis Komissiyası tərəfindan rədd edilmişdir.

Qiyani 2009-cu ildə daxil olduğu magistr pilləsində beynəlxalq münasibətlər ixtisasını qazanmasına baxmayaraq universitetdə qeydiyyatdan keçməsinə maneə törədilmiş və etdiyi müraciətlərə təhsil nazirliyi tərəfindan özünə mədəni fəaliyyətləri səbəbilə siyahıya salındığı və magist təhsilindən kənarlaşdırıldığı deyilmişdir.

Daha əvvəl Təbriz Universitetində Emin İmami, Nahid Babazadə, Səməd Paşayi və Nadir Mehdi Qarabağ adlı Azərbaycanlı mədəni fəallar magistr təhsili almaqdan uzaqlaşdırılmışdır.

Mağaza və Dükanların türkcə adlarının dəyişdirilməsi

Müxtəlif mənbələrin verdiyi məlumatlara görə son aylarda İran Azərbaycanının bir çox şəhərində adları türkcə olan məkanlara qarşı məhdudiyyətlər artmaqda və bu məkanların bir çoxu tək bir xəbərdarlıqdan sonra bağlanmaqdadır.

19 mart cümə axşamı günü Azərbaycanlı fəal Abbas Lisani, Ərdəbil əyalətinin təhlükəsizlik şurası tərəfindan göndərilən bir xəbərdarlıq məktubu ilə dükanın türkcə adının dəyişdirilməsi mövzusunda xəbərdarlıq edildi.

Göndərilən xəbərdarlıqda Lisaninin sahibi olduğu dükanın adı 21 mart şənbə gününə qədər dəyişdirilmədiyi halda, asayiş keşikçilərinin bu dükanı bağlayacaqları bildirildi.

Abbas Lisaninin sahibi olduğu dükan adını Koroğlu dastanının Azərbaycan nüsxəsindəki "Çənlibel" qalasından götürür. Dastanın Türkiyə nüsxəsində Camlıbel adıyla adlandırılan qala Azərbaycanda bu adla tanınır.

İranda Azərbayanlıların ən tanınmış fəallarından biri olan Abbas Lisani, 29 oktyabr 2008-ci il tarixində 30 aylıq həbs cəzası başa çatdıqdan sonra Yəzd həbsxanasından azad edilmişdir.

Yerli mənbələrin bildirdiyinə görə Qərbi Azərbaycan əyalətinin Negedə (Sulduz) şəhərində də türkcə adı olan mağaza və dükanlar asayiş keşikçiləri tərəfindan bağlanmaqdadır. Son olaraq Afşin Poyəndənin sahibi olduğu gözəllik salonu bağlanmış və dükanın fəaliyyət göstərməsinə verilən icazə ləvğ edilmişdir. Eyni şəhərdə Azərbaycan musiqisi çalınan bir çox taksi sürücülərinin dövlət tərəfindən verilən sürücülük vəsiqələri ləvğ edilmişdir.

Bu təyziqlər keçən il Azərbaycanlı millət vəkillərinin "mağaza adlarında və lövhələrdə türkcə ad istifadə etmə qadağası"na etirazları nəticəsində bu qanunun ləvğ edilməsinə baxmayaraq tətbiq edilməkdədir.

Azərbaycanlı Sənətkarlara qarşı Təyziq

Təbrizdə tanınmış musiqiçi Həsən Dəmirçinin müdiri olduğu "Azərbaycan" musiqi məktəbi 11 mart 2009-cu ildə asayiş keşikçiləri tərəfindan bağlanmışdır. Daha öncə məktəbin idarəçiləri Şərqi Azərbaycan əyaləti Təhlükəsizlik İdarəsi və Təbriz şəhərinin Ettelaat (kəşfiyyat təşkilatı) üzvləri tərəfindan bir neçə dəfə təhsil fəaliyyətlərini dayandırmaları ilə təhdid edilmiş və məktəb dəfələr bağlanmışdır.

Musiqiçi Həsən Dəmirçi, 2006-cı ilin may ayında İranda Azərbayanlıların dövlət qəzetində yayımlanan təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişləri zamanı saxlanılmış və bir il həbs cəzası verilmişdi. Bu zaman ərzində bağlanılan məktəb Dəmirçinin azad edilməsinən sonra ədalət məhkəməsinin verdiyi icazə ilə təkrar açılmışdı.

"Azərbaycan" musiqi məktəbi 12 müəllim və 180 tələbəsiylə Təbrizdəki Azərbaycan Türk musiqi mərkəzlərindən biri olub, son illərdə İran Azərbaycanının bir çox şəhərində və xaricdə müxtəlif konsertlər vermişdir.

Tələbə jurnallarının bağlanılması

Urmiya Azad Universitetində Əmir Qəhrəmaninin məsul müdirliyi altında Azərbaycan türkcəsi və Farsca olaraq hazırlanan "Yağış" jurnalı, ilk sayında yayımlanmadan əvvəl universitetin mədəniyyət şurası tərəfindan bağlanmışdır. Jurnalın məsul müdirinin bildirdiyinə görə, Urmiya Azad Universiteti mədəniyyət Şurası, daha əvvəl universitetdə eyni adda başqa bir tələbə jurnalının yayımının "Pan Türkizm (Türkçülük) fəaliyyəti" səbəbi ilə dayandırılmasını əsas göstərərək jurnalı bağlamışdır. Jurnalın bağlanma qərarı yazıların yayımdan əvvəl universitetin mədəniyyət şurasına təqdim edildiyi zaman verilmişdir.

Son illərdə İrandakı universitetlərdə mədəni fəaliyyətlərə müxtəlif maneə qaydalar qoyulmaqdadır. Tələbə jurnallarının redaktorları jurnal yayımlanmadan öncə hazırlanan yazıları universitet səlahiyyətlilərinə verərək təsdiqlətmək məcburiyyətindədirlər.

Universitetlərin tələbə Yayımlarından Məsul Qurumun bildirişlərində isə heç bir rəsmi və ya sivil strukturun, tələbə yayımlarında çıxacaq yazı və sənədləri yoxlamağa və senzura qoymağa haqqı olmadığı bildirilmişdir.

Keçən aylarda universitetlərin Azərbaycanlı tələbələri tərəfindan yayımlanan Ulus, Nəsim, Araz, Ölük, Oyanış, Səttar Xan, Kimlik, Yoldaş, Aydın Gələcək, Qıpcaq, Yarpaq, Teləngər, Çənlibel, Yaşıl Yol, Ana Yurd, Səhər, Açıq söz, Sayan, Bulud, Hələc və İsəlay jurnallarının yayınları, universitet idarəçilərinin qərarı ilə dayandırılmışdır.

yazilib گونئی سسی GuneySesi Sat 4 Apr 2009 saat 16:43 | link |

Hidayet Sultanzadə-nin Avropa Parlamentindaki Çıxışı

Xanımlar bəylər!

Hər şeydən öncə Azərbaycan Federal Demokrat Təşkilatının bir nümayəndəsi olaraq bu konfransı orqanizə edənlərdən mənə, İranda siyasi və kültürəl həqdən məhrum edilmiş ən böyük milliyətin, yə’ni Güney Azərbaycan həqqində ki, cəmiyyəti quzey də Azərbaycan cəmiyətinin uç qatıdır və ağırlıq və önəmi siyasi fəəal və elmi kadr baxımından farslar qədərdir,   danışma fürsəti verdikləri üçün təşəkürlərimi bildirirəm.

Azərbaycanlılar yeni əsirdə hər zaman bütün demokratik hərəkətlərin öncüsü olmüşlar, biz bu gələnəklərə və ənənələrə dayanaraq çalışırıq İranda yaşayan milliyətlərin Demokratik cəhətdə inkişafı uğrunda olan fəaliyətlrimzi bir yerə toplayaq.

Bunu söyləməliyəm ki, Azərbaycanın bütün siyasi və kültürəl fəalları öz qədərlərini təyin etmə həqqinə sahib olma düşüncəsində ortaqdılar ama onun  məzmuni və onu İranın ictimai və siyasi sahəsində gərçkləşdirmə yolu həqqində fərqli fikirlərə sahib olabilirlər.

Buna inanıram ki öz qədərini təyin etmə həqqi terimi öz anlamını dövlət-millət fikrindən alır və bəlli bir milliyətin dövlətçiliyi üçün siyasi cəhətdən malik olduğu həqləri özündə ihtiva edir və ilk tarixi təcrübəsi Fəransə inqilabında özünü göstərdiyi kimi, öz qədərini təyin etmə həqqinin gərçək anlamı bir milliyətin, dövlətin siyasi aparatı üzərində olan demokratik kontrol etmə həqqidır. Bir milliyətin hakimiyəti həqqində olan belə bir anlayışla Azərbaycan Federal Demokrat Təşkilatı öz qədərini təyin etmə həqqi düşüncəsini və gələcəkdə demokratik şəkildə bir hükümətin qurulmasını nəzərə alır.

Çox milliyətli bir ölkədə öz qədərini təyin etmə həqqi bu dövlətçilikdə ortaq olmaqdan, bütün milliyətlərin  ictimai hüquqa sahib olmalarından və bütün sahələrdə siyasi gücə ortaq olmaqdan başqa bir şey deyildir. Dövlətçilikdə belə bir ortaqlığın siyasi əbzarı və qədərini təyin etmə həqqinin gərçkleşməsi yalnız bir federativ sistemlə mümkün olabilir və  bunun üçün milliyətlərin fərqli höviyətləri rəsmiyətə tanınmalı, sayqı  ilə yanaşmalı və federativ ölkənin anayasasının ərkanlarından biri olmalıdır. Yeni əsirin tarixi, federalizm sahəsində bir çox nümunəyə sahibdir. Bizim burada qonağı olduğumuz dövlət, Kanada, Swıss, Berzil və başqa ölkələr də bu nümunə lərdəndirlər. Hamısından önəmli budur ki Avrupanın indiki hərəkəti bu məsirdədir.

Eyni şəkildə yeni tarix bu sahədəki teorik düşüncənin ilham qaynağıdır. Özəlliklə bunu göz önündə tutmalıyıq ki İranda yaşayan milliyətlərin bir çoxu məsəla biz Azərbaycanlılar özümüz bölünmüş millətlərik. Və bu aydın bir həqqiqətdir ki çox milliyətli bir ölkədə, milliyətlərin fərqli höviyətləri federalizmi səciyələndirən özəlliklərdən biridir.

Bizim ölkəmizin indiki siyasi quruluşu federalizm cəhətində ən kiçik bir dəyişməyə imkan vermir. Bundan əlavə onun siyasi quruluşu islah olamayacaq qədər sərt və qabadır.

İranın mətnində biz iki qaltlı qeyrinormal bir siyasi yapıyla  üzüzəyik və bu milliyətlərin məseləsində böyük təsir buraxır. Birincisi, məzhəbi, ideolojik və siyasi bir sistem ki, fərqli sahələrdəki apartayd siyasətiylə bütün toplumun qabağında durub. Mən bunu totalitər bir siyasi yapı olaraq dəyərləndirirəm və ikincisi, yalnız bir milliyətin yə’ni farsların siyasi gücünə dayanan tək milliyətli bir siyasi yapı.  Demək, çox milliyətli və çox kültürlü bir toplumda fars dilinin zorla ölkənin cəm’iyətinin çoğunluğunu təşkil verənlərə təhmil edilməsi.  Bu olay tək başına hətta opozisiyon quruplarının arasında da bir ideolojik qarışıqlığa yol açmışdır. Onların bə’zisi  demokratik həq istəyini ayırımcılıqla eşit sayabilirlər. Başqaları düşünürlər ki fərdi həqqin qurulması və ya insan həqlərinin uyqulanması adi və mütəaarif bir siyasi sistemin qurulmasına səbəb olabilər. Bu addımlar  Nə qədər dəyərli və mötəbər olsalar da, fərqli milliyətlərin toplu həqlərinin əsasında bəlirlənmiş federativ bir dövlətin zəruriyətlərini vahid bir dövletin qurulmuş mərzlərinin içində tamin edəbiləməz.

Bunu düşünmək mümkündür ki milli zülm də bir dəyişiklik olmadan mövcud ideolojik totalitər siyasi sistem İranın siyasi səhnəsindən yox olsun. Eyni olaya 1979 ilinin inqilabında şahid olduq və səltənətin islam cumhuriyətinə dəiyşməsi ilə taza rejim milli zülmün payalarını daha da möhkəmləşdirdi. Buna görə bir federativ dövlətin qurulması o zaman mümkün olur ki çox milliyətli bir toplumun, tək milliyətli siyasi yapısının ərkanında bir dəiyşmə olsun və onunla ilgili fars dilinin başqa dillərə imtiyaz sahibi olması da dəiyşməlidir. Tək böödlü bir siyasi yapının qorunması çox milliyətli bir toplumda daimi çatışmalara yol açıb, barış içində bərabər yaşamanın qabağı kəsiləcəkdir.

Milli təbizlərin bir sonucu da İran toplumunda birinci dünya və üçüncü dünya rabitəsinin  yaranmasıdır. Hətta əgər iqtisadi baxımdan bu ağıl və məntiqə uymasa da, bütün maddi yatırımlar və insani gəlişmələr əsasən fars bölgələrində olur. Toplumların insani sərmayəsində bilimin önəminin getdikcə artması, bizim toplulmumuzdakı milli zülm altında olan topluluqların haşiyəyə surulməsinə səbəb olub və məncə milli zülm toplumda təbəqələrin yaranmasında çox önəmli rol oynayıb və məzlum milliyətləri hakim milliyətin geyri mahir işçiləri halinə gətirmişdir.

Mənim burda sormaq istədigim soru budur: Demokratik bir sistemi, İranda zülm altındakı milliyətlərin məseləsinə bir çarə tapmadan təsəvür etmək mümkün mu? Məncə milli məselə üçün demokratik bir çarə düşünmək bizim ölkəmizdə demokrasini ortaya çıxardan əsaslardan biridir. Ayrıca buna inanıram ki bu gəlişmə eyni zamanda İranda demokratık dəiyşmə ilə bərabər irəli getməlidir. Bizim demokrasini gərçkləşdirmək üçün bir mərhələmiz və milli zülmə çarə tapmaq üçün başqa bir mərhələmiz yoxdur. Milli təb'izi yox etmək özü demokratik dəiyşimin bir bölümünü təşkil verir. Ona yetişmək üçün bu yetərli deyil ki zahirdə sekular bir sistem bu məzhəbi ideolojik hükümətin yerinə geçsin. Gərçi sekularizm və özgür seçim salim bir hükümətin zəruri ünsürləridir. Ama onlar tək başına tam demokratik bir sistemin varlığını qaranti edəbiləməzlər. Bizim bundan daha irəliyə getməmiz gərəkir. Bizim buna ehtiyacımız vardır ki fars milliyətinin hakimiyətinə dayanan tək böödli siyasi yapı ki «İran milləti» nin saxtə pərdəsinin arxasında gizlədilmişdir və buna təzahür etmək ki fars dili İrandakı bütün milliyətlərin ortaq dilidir, öz yerini çox milliyətli və çox dilli bir plural sistemə versin və bu İran toplumunun gərçəyini özündə münəkis etsin. Çünkü İran adı yalnız bir coğrafi bölgəyə xitab edilir və tək başına heç bir milli höviyyətin göstərgəsi deyildir. Onun şəkli və əndazəsi də heç bir zaman eyni olmayıb. O yüzdən  belə bir məselə milliyətlərin höviyyətini göstərirkən tarixdən yalnış bir təsvir yaradıb və onların hamısını ortaq bir göstərgə yəəni İran milliyəti ilə tanıtdırır ki bu da əməldə fars milliyəti və fars dilindən başqa şəkildə təfsir olmur.

Sonucda bu ki milli təbizi məhv etmək və demokratik və federativ bir siyasi sistemi qurmaq üçün düşünülən çarə ancaq İran toplumunun içindən çıxar . Demokrasini xarici güclərin nizami (hərbi) həmlələri ilə əldə etmək mümkün deyildir. Xarici nizami (hərbi) həmlə bəlkə uzun müdətli qarışıqlığa səbəb olabilir ama demokrasinin qurulmasına səbəb ola bilməz. Əfqanistan və İraqa olan həmlə yaxşı bir nümunədir. Biz buna inanmırıq ki demokrasini nizami (hərbi) həmlə və şidət qurbanilərinin başlarının cümcüməsinin üstündə qurmaq olur. Hətta əgər demokrasıya yetişmək daşlı və qayalı bir dağdan yuxarı çıxmaq kimi çətin olsa da, biz düşünürük ki İran toplumu o dərəcə də yetginliyə və mədəni bilincə sahibdir ki başarabilir salim bir hüküməti və milliyətlərin arasındakı bərabərlik arzusunu gərçəkləşdirsin.

Bunu gərçkləşdirmək ancaq ölkənin içindəki bütün demokratik hərəkətlərin birleşməsiylə, cinsi bərabərlik üçün qadın hərəkətləri və müəlimlərin hərəkətləri, özgürlük və ictimai ədalət üçün işçilər və millətlərin birlikdəliyi və əl ələ verməsiylə mümkün olabilir. Demokratik bir sistemin qurulması üçün bizim İrandakı bütün milliyətlərin əl birliyinə ehtiyacımız var. Eyni şəkildə buna ehtiyacımız var ki, ictimai ədalət istəyi, xəlqin özgürlüyü, və ictimai yaşayışın bütün sahələrində qadınlarınan kişilərin bərabərlik ideali, öz qədərini təyin etmə həqqinin önəmli bir bölümünü təşkil versin. Beləliklə demokrasinin əsasları fərqli mədəni hərəkətlərin birlikdəlikləri ilə oluşacaqdır və federativ və demokratik bir hükümətə yetişmək çox da uzaq olmayacaqdır. David hiyum bir zamanlar  söyləmişdi ki güc hər zaman insanların tərəfindədir və o ayağa qalxdığında onun iradəsindən təbəiyyət olunacaq.

Hörmətlə,

Hedayət Soltanzadeh 


Çevirəni- dr. Sidiqqə Adalati

yazilib گونئی سسی GuneySesi Sat 4 Apr 2009 saat 9:1 | link |

AZƏRBACANLILARI TƏHQİR EDƏN KARİKATURAYA ETİRAZINA GÖRƏ TUTULAN FƏAL MAKU HƏBSXANASINA SALINIB

Media forum(2009-04-06):

Ali Husein NijadAzərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən fəal Əli Hüseyn Nejad aprelin 4-də Maku həbsxanasına salınıb.

“Media forum” saytının məlumatına görə, Əli Hüseyn Nejad 2006-cı ildə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturaya etiraz olaraq aksiyalara qatıldığı üçün 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan onun həbs müddəti 8 aya endirilib.

Xoy İnqilab Məhkəməsi makulu fəalı dövlət quruluşuna qarşı çıxmaqda günahlandırıb.

yazilib گونئی سسی GuneySesi Sat 4 Apr 2009 saat 7:18 | link |

MARAĞA və CULFADA NOVRUZ HƏBSLƏRİ

Media forum(2009-03-29): Bir neçə azərbaycanlı fəalın Novruz bayramı günlərində həbs olunduğu xəbəri yayılıb.

«Media forum» saytının məlumatına görə, ETTELAAT əməkdaşları vətəndaşlara Azərbaycan dilində təbrik açıqcaları yayan marağalı fəallar - İsfahanın Malik-i Əştər Universitetinin tələbəsi Mehran Rastgar və Tehranın Pəyam-i Nur Universitetinin tələbəsi Firuz Yusifini həbs edib. Hər iki fəal mülk girovu müqabilində azadlığa buraxılıb.

Digər məlumatda bildirilir ki, martın 21-də Culfanın hüquq mühafizə qüvvələrinin əməkdaşları azərbaycanlı fəallar Babək Kəyumərsi və Yılmaz Mehrəli Bəylini həbs edib. Polis qüvvələri Mehrəli Bəylinin evində saxlanan Azərbaycan türkcəsindəki kitabları özləri ilə aparıb. Culfalı fəalların iltizam alınaraq müvəqqəti azadlığa buraxıldığı vurğulanır.

yazilib گونئی سسی GuneySesi Wed 25 Mar 2009 saat 7:14 | link |

«Onlar islam adı ilə bizə farsçılığı təlqin edirlər»

Azadlıq Radiosu © Xədicə İsmayılova - 08.03.2009

İran azərbaycanlılarının milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədi barəsində çıxarılan məhkəmə qərarından apellyasiya (təcridi-nəzər) şikayəti verib. Amma bildirir ki, İran məhkəməsi bunu nəzərə almayacaq və onun həbsi qaçılmazdır. Vədud Əsədi həbsindən əvvəl «Azadlıq» radiosuna müsahibə verib.

-Vədud bəy, artıq sizə hökm oxunub?

-10 gün olar hökm kəsilib. Bir il azadlıqdan məhrum ediblər. Rəşt məhkəməsi iddia edir ki, mən sistemin əleyhinə çıxmışam. Guya mən demişəm ki, bu fars nizamıdır, islam nizamı deyil. Bu faşist və zalım nizamdır. İki dostlarım, iki qardaş Hüseyn və Mvsüm Rəhimini də tutublar. Hüseynə 6 ay həbs kəsiblər, balaca qardaşının isə hökmü bəlli deyil.

-Bəs onları nəyə görə həbs ediblər?

- Eyni ittihamlar əsasında. Amma biz həmişə İslama baş əymişik. İranın yarısı türkdür. Amma onlar islam adı ilə farsçılığı bizə təlqin edirlər. Biz öz ana dilimizdə məktəbdən, yazı-pozmaqdan məhrumuq. Dünyada isə fars dilini və mədəniyyətini başqa xalqlar arasında təbliğ etmək, öyrətmək üçün yüzdən çox məktəb yaradıblar. Ya da ki, Çin kitabxanalarına İranın yalançı və qondarma tarixini yazıb hədiyyə verirlər. Həmin tarix kitablarında isə türklər vəhşi, geri qalmış millət kimi göstərilir. Biz yetişən yeni nəsil isə bunu qəbul edə bilmərik.

Bu qədər şəhid verdik, millətimiz inqilab yolunda çarpışdı amma bu fədakarlığın cavabını ala bilmədik. Millətimiz öz ana dilində bir məktəbə belə sahib deyil. Fəallarımızın anasını, bacısının gözü yaşlı qoyub, naməlum yerlərdə saxlayır, məhkəmələrə çəkir, zindanlarda çürüdürlər

30 il əvvəl İslam inqilabında Təbriz və digər şəhərlərimiz qalxıb şahı pəhləvi rejimini yıxdıq ki, islam bayrağı altında, qardaşlıq prinsipi ilə millətimiz inkişaf edəcək. Bu qədər şəhid verdik, millətimiz inqilab yolunda çarpışdı amma bu fədakarlığın cavabını ala bilmədik. Millətimiz öz ana dilində bir məktəbə belə sahib deyil. Fəallarımızın anasını, bacısının gözü yaşlı qoyub, naməlum yerlərdə saxlayır, məhkəmələrə çəkir, zindanlarda çürüdürlər. Mənə deyirlər ki, sistemə qarşı çıxmışam, halbuki mən ancaq milli hüququmu tələb eləmişəm. Əgər milli hüququ tələb etmək sistemə qarşı çıxmaqdırsa, deməli sistem mənim hüququmun əleyhimədir.

- Türklərin aşağılanması hansı kitablarda yazılıb?

-Bütün tarix kitablarında belə yazılır. Xüsusən orta məktəb dərsliklərində. Türkləri, onların dövlət rəhbərlərini qaniçən, geri qalmış şəxslər kimi təqdim edirlər. Yazırlar ki, fars hökmdarları abadlıq işləri görüblər, insan haqlarını tanıyan olublar. İranın əsas şəhərləri İsfahan, Şiraz, Tehran hamısı səfəvilər zamanında abadlaşdıb, indi niyə türk tarixinə qarşı belə iftira atırlar? Bizim tariximizin aşağılanması hələ Rza şah Pəhləvi zamanından başlayıb, indi də davam edir. Hələ o zamanlar analarımıza türkcə layla deməyi yasaqlamışdılar, uşaqlara türk adları qoymağa imkan vermirdilər. Onu da deyim ki, İranda türklər yaşayan regionların sosial vəziyyəti çox gərgindir. Rəştin yarısından çoxu türkdür, amma bir tikə çörəyə möhtacdırlar. Nə günahımız var ki, bir tikə çörəyi öz vətənimizdə tapa bilmirik. Yollarımız xaraba qalıb.

- Belə deyirlər ki, İranın rəhbərliyində xeyli türk var, buna görə də İranda türklərirn vəziyyəti yaxşıdır?

-Bir misal var, deyir ki, «elinə, dilinə yanmayan bir kəs tutaq ki, xandı, sultandı nə faydası». Bəli, sizin fikrinizi qəbul edirəm, İran əhalisinin əksəriyyəti 30 milyondan artığı türkdür. Diqqət yetirsəniz İranın futbolçusundan tutmuş, siyasətçiləri, hərbiçiləri türkdür. Amma təəssüf ki, təfəkkür fars təfəkkürüdür, ona görə də bunların hamısı o sisteminin xidmətindədir.

Ayətullah Xanneyi şüarlarında deyir ki, «Azərbaycan oyaqdı, inqilaba dayaqdı». Amma Əfqanıstan prezidenti gələndə onunla təmiz fars dilində danışır, amma Azərbaycanınkı gələndə tərcüməçi ilə danışır, hansı ki, o türkcəni çox gözəl bilir.

Orta məktəbin ədəbiyyat kitabında yazırlar ki, guya Teymurləng gəlib Firdovsinin qəbrini açır, görür ora gülüstandır, amma öz babasının qəbrin açır görür qan içindədir, tüpürüb geyir qayıdır. Bunu hansı tarix yazır, bunu hansı mənbə təsdiqləyir, yalandı, uydurmadı hamısı. Firdovsinin kitabı İran və Turan arasına ixtilaf salmaq kitabıdır, türkləri aşağılayan, fars şovinizmini təbliğ edən kitabdır. Bütün bunlar təəssüf doğurur. Onların təbliğ etdikləri islamın arxasında mən yaxşı bir şey siyasət görmürəm.

-Vədud bəy sizi necə həbs etdilər?

-Toyumdan dərhal sonra.

- İddiaları da o olub ki, toyda türk mahnıları ifa olunurmuş…

-Bu həbsin səbəbləri əvvəllərə gedir. Mən hələ Ərdəbil universitetdə olanda «Səhər» adlı qəzetim var idi, milli mədəniyyətimizi, yaddan çıxmış folklorumuzu öyrənirdik. Amma bizi həbs edə bilmirdilər, qanunsuz heç nə etmirdik. Universitetdən qayıdıb gələndə isə mənə öz dilləri ilə deyirdilər ki, «biz gözləyirik ki, sən toy edəsən, səni toyunda tutub aparaq».

Biz nə Allaha qarşıyıq, nə də ki, hər hansı başqa bir millətə. Deyirik biz də insanıq, bizim də dilimiz var, bizim haqqımızı tapdamayın.
Əgər, zülmlə, zindanla siyasət olsaydı gərək onda bizin yaşadığımız torpağa bir qapı qoysunlar desinlər ki, Azərbaycan zindandır.

-Vədud bəy sizin ixtisasınız nədir?

-Mən yerşünaslıq ixtisasına yiyələnmişəm, geamorfologiya üzrə. Əvvəlcə Ərdəbildə oxudum, sonra ailə vəziyyətimlə bağlı qayıdıb Rəştə davam etdirdim.

-Bəs təhsilinizi başa vura bildinizmi?

-Bir il olar ki universiteti bitirmişəm. 29 yaşım var, imkan versələr, təhsilmi hələ dəvat etdirmək istəyirəm.

-Məhkəmənin qərarından şikayət verəcəksinizmi?

-Yoldaşlar dedilər ki, vəkil tut. Amma burda məhkəmələr bəllidir necə işləyir. Bizim hüquqlarımız Quranda qorunur. İranın Konstitusiyasının 19-cu maddəsində də yazılıb ki, hamı qanun qarşısında bərabərdir. Amma onlar öz yazdıqları qanunlara məhəl qoymurlar.

Mənim ittihamnaməmdə yazılıb ki, guya mən demişəm ki, İranda rejim faşist rejimidir, bu, iftiradır. İndi məni zindana salmaqla məsələ həll olacaq? Mənim qardaşım var, elim-obam var. Qoy Azərbaycan xalqı bilsin ki, onun balalarını hansı adla aparıb zindanlarda ömürlərini çürüdürlər. Təcridi-nəzərə (apelliyasiya) gəldikdə şikayət hazırlamışam. Amma inanmıram bunun bir faydası olsun, onların verdikləri qərar əvvəldən məlumdur. 

                                                                                                ***
Milli fəal Vədud Əsədi bundan əvvəldə həbsdə olub. Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır.

Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində azərbaycanlıları tarakana bənzədən karikaturanın çapından sonra da həbs olunmuşdu.
Həmin vaxt universitetdə təşkil olunan etiraz tədbirinə və diskriminasiya əleyhinə aclıq aksiyasına qatılan Vədud Əsədini dörd aya yaxın həbsdə saxlasalar da, ona qarşı heç bir ittiham irəli sürməmişdilər.

İran konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz dilində təhsil və mədəniyyətlərini qorumaq haqqı tanısa da, azərbaycanlıların ana dilində təhsil tələbləri yerinə yetirilmir. İranda müxtəlif mənbələrə görə 20 milyondan 35 milyonadək azərbaycanlı yaşayır.

ABŞ Dövlət Departamentinin İnsan hüquqları hesabatında bildirilir ki, azərbaycanlı iranlılar etnik və linqvistik diskriminasiyaya məruz qalmalarından, o cümlədən, məktəblərdə azərbaycanca təhsilə qoyulan qadağalardan, coğrafi adların dəyişdirilməsindən şikayətçidirlər.

Beynəlxalq Amnistiya Təşkilatı İranda milli hüquqları uğrunda mübarizə aparan azərbaycanlı fəalların İranda təzyiqlərə, həbs və işgəncəyə məruz qaldığını, bu fəalları vicdan məhbusu kimi tanıdığını bildirir.

yazilib گونئی سسی GuneySesi Tue 10 Mar 2009 saat 15:53 | link |

GÜNEYLİ FƏAL 5 AY ŞƏRTİ HƏBS CƏZASINA MƏHKUM EDİLİB

Beytulla BerzegeriMedia forum(2009-03-16):Meşkinşəhər (Xiyav) İnqilab Məhkəməsi Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəal Beytulla Bərzigəri 5 ay şərti həbs cəzasına məhkum edib.

«Media forum» saytının məlumatına görə, qapalı keçirilən məhkəmədə B.Bərzigər dövlət quruluşuna qarşı təbliğatda, Güney Azərbaycan milli hərəkatı ilə bağlı disklər yaymaqda günahlandırılıb.

Fəalın vəkilinin məhkəmə iclasına buraxılmadığı bildirilir.

yazilib گونئی سسی GuneySesi Mon 9 Mar 2009 saat 7:21 | link |

2 GÜNEYLİ FƏALA HÖKM OXUNUB

2009-03-06

MehkemeRəşt İnqilab Məhkəməsində Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan 2 güneyli fəala hökm oxunub. Məhkəmənin qərarı ilə nəşrinə qadağa qoyulmuş «Səhər» tələbə jurnalının baş redaktoru Vədud Əsədi 1 il, Hüseyn Rəhimi isə 6 ay həbs cəzasına məhkum edilib.

«Media forum» saytının məlumatına görə, Rəşt Universitetinin tələbələri olan hər iki fəal dövlət quruluşuna qarşı təbliğat aparmaqda və pantürkizmdə günahlandırılaraq həbsə məhkum edilib.

V.Əsədi 2008-ci il iyulun 22-də Rəştdə tutularaq 34 gün həbsdə saxlandıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmışdı. V.Əsədinin ailəsi güney mənbələrinə fəalın yerli ETTELAAT idarəsinin həbsxanasında saxlandığı müddətdə psixi və fiziki işgəncələrə məruz qaldığını deyiblər.

V.Əsədi fevralın 28-də Rəşt İnqilab Məhkəməsinə çağırılmışdı.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Sun 8 Mar 2009 saat 7:34 | link |

TƏBRİZLİ FƏALA 2 İL HƏBS CƏZASI VERİLİB

2009-03-04

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan təbrizli fəal İrəc Həsəni 2 il həbsə məhkum edilib.

«Media forum» saytının məlumatına görə, Təbriz İnqilab Məhkəməsi  İ.Həsənini asayişi pozmaq, qanunsuz aksiya və toplantılarda iştirakda günahlandıraraq 4 ay həbsə və 30 şallaq zərbəsinə məhkum etsə də, işə apellyasiya instansiyasında baxıldıqda şallaq zərbələri ləğv edilib, həbs müddəti isə 2 ilə qaldırılıb.

İ.Həsəni 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz əlaməti olaraq düzənlənən may-iyun aksiyalarının ildönümündəki toplantılara  qatıldığı üçün tutulub.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Thu 5 Mar 2009 saat 7:38 | link |

AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN BURAXDIĞI JURNALA İLK SAYDAN QADAĞA QOYULUB

2009-03-03

Urmiya Azad Universitetində təhsil alan azərbaycanlı tələbələrin buraxdığı «Yağış» ədəbi-bədii jurnalına (baş redaktor Əmir Qəhrəmani) ilk sayındanca qadağa qoyulub.

«Media forum» saytının məlumatına görə, universitetin mədəniyyət işləri üzrə şurası ilk sayında Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə yazılar dərc edilən jurnalın materiallarına baxdıqdan sonra jurnalı pantürkizmdə günahlandırıb və yayımına qadağa qoyub. Şura qadağanı vaxtilə universitetdə eyni adla çıxan nəşrin «pantürkizmi yayması» ilə əsaslandırıb.

Son zamanlar İranda azərbaycanlı tələbələrin Azərbaycan türkcəsində çıxardığı «Ulus», «Nəsim», «Azər», «Özlük», «Oyanış», «Səttarxan», «Kimlik», «Yoldaş», «Yağış», «Aydın Gələcək», «Qıpçaq», «Günəş», «Yarpaq», «Tələngər», «Çənlibel», «Yaşıl yol», «Ana Yurd», «Səhər», «Açıq Söz», «Sayan», «Bulud» və «Xələc» kimi nəşrlər qapadılıb.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Sun 1 Mar 2009 saat 7:47 | link |

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı ,  Fevral 2009-ci il

Azərbaycanın mədəniyyət fəalları İran təhlükəsizlik və hüquq mühafizə orqanlarının davamlı təzyiqlərinə məruz qalırlar. Onlar, məhkəmə qərarı olmadan həbs edilir, rəsmi ittiham irəli sürülmədən və vəkil tutmaq haqlarından yoxsun bir şəkilə tutuqlanır və uzun müddət İranın təhlükəsizlik orqanlarının qapalı təcridxanalarında saxlanılırlar. Saxlandıqları müddətdə adətən siyasi məhbuslarla pis davranılır. Onlar işkəncə edilərək, törətmədikləri əməllərə etiraf etməyə məcbur edilirlər və nəhayət, onların haqqında ağır cəzalar verilir.

Yeni Həbslər

Ərdəbil Ettelaatının əməkdaşları 5 Fevral 2009-da Azərbaycanın tanınmış kültür fəallarından olan Ramin və İbrahım Sadiqi Əsl qardaşlarını həbs edib. Daha sonra isə ailənin axtarışda olan daha bir üzvü Məhəmməd Sadiqi tutuqlanıb.

İbrahım Sadiqi İki həftə saxlandıqdan sonra zaminə buraxılsa da, Məhəmməd və Ramin Sadiqi qardaşları hələ də Ettelaatın təcridxanasında saxlanılır. Sadiqi qardaşlarına qarşı irəli sürülmüş ittiham bəlli deyil və onlara, vəkil tutmaq və ya ailə üzvləri ilə görüşmək icazəsi verilməyib.

Ərdəbil Ettelaatında saxlanılan başqa məhbuslardan alınan məlumatlara görə, etiraf alınması məqsədi ilə Sadiqi qardaşlarına işkəncə verilir. Dəqiq məlumatlara görə, saxta etirafların alınması üçün Sadiqi qardaşları döyülür və onlara elektrik şok verilir.

Ramin Sadiqi 21 Fevral 2007-cı ildə keçirilən ana dili tədbirləri zamanı etiraz vərəqələri yayarkən həbs olunmuş, daha sonra isə zaminə buraxılmışdı. Beynəlxalq Əfv Təşkilatı Raminlə bağlı bəyanatla çıxış etmiş və onun azadlığını tələb etmişdi.

Həbsdən Azad olunanlar

Azərbaycanlı mədəni fəal və tələbə Mehdi Nuri 2 illik həbs cəzasını başa vuraraq, Cümə günü Fevralın 20-də Azdlığa buraxılıb. 2006-cı ilin Mayında Azərbaycanda baş vermiş üsyanlar zamanı, Mehdi Nuri də Sulduz(Neqədə) şəhərində həbs olunmuş, Nəqədə, Urmiyə və Təbriz Ettelaat orqanlarında fiziki işkəncələrlə müşayiət olunan 80 günlük dindirmələrdən sonra müvəqqəti azadlığa buraxılmışdı.

O, əvvəlcə Urmiyə İnqılab Məhkəməsi tərəfindən 4 il həbs, 3 il sürgün və daha 3 il azadlıqdan şərti məhrum edilmə cəzasına məhkum edilmişdi. Daha sonra isə işi yenidən araşdıran yuxarı məhkəmə cənab Nurini 2 il həbs və 3 il azadlıqdan şərti məhrum edilmə cəzasına məhkum etdi.

Ayrıca, Tehranın Rəcai Universitetinin müəllimi, azərbaycanlı fəal, Abdulla Abbasi Cəvan 105 gün müddətinə Evin həbsxanasında saxlandıqdan sonra, 25 Fevral 2009-da zaminə buraxılıb. Əslən Sulduzlu olan cənab Abbasinin azadlığa buraxılması yaşlı anasının vəfatında 2 gün sonra baş verib.

ADAPP- Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyinin mənbələrinin verdiyi məlumata əsasən, “Dövlətçiliyə qarşı əks-təbliğat”da ittiham olunan Cənab Abbasi 70 milyon tümən girov qoymaqla zaminə buraxılıb. Onun işinə Rey şəhəri İnqılab Məhkəməsində baxılır. Cənab Abbasi 13 Noyabr 2008?-də Səttarxan mərasimi zamanı həbs olunmuşdu.

Ailəsinin bildirdiyinə görə, saxlandığı müddətdə o, Evin həbsxanasının 209-saylı qapalı təcridxanasında müxtəlif psikoloj və fiziki işkəncələrə məruz qalıb. O, həbs olunduqdan 3 ay sonra bircə dəfə ailəsi ilə qıssa müddətə görüşə bilib. Bu vəziyyət isə bütün ailə üzvlərinə, özəlliklə fəalın yaşlı anasına olduqcaq pis təsir göstərib.

Abdulla Abbasi 2007-ci il Avqustun 18-də də həbs olunaraq 130 gün müddətinə təcridxanada saxlanmışdı.Bunun ardınca, Tehranın İnqılab Məhkəməsinin 3-cü şöbəsi onu 5 il müddətinə dondurmaqla 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi.

Bundan başqa, “Arman” Tələbə Birliyinin keçmiş üzvlərindən olan azərbaycanlı kültür fəalı Vəhid Şıxbəylı 49 gün həbsdə saxlandıqdan sonra, 50 milyon tümən girov qoyaraq, 11 Fevral 2009- cü il tarixində zaminə buraxılıb. Vəhid Şıxbəylı “Milli təhlükəsizliyi və ictimai asayişi pozmaq”da ittiham olunur.O, 24 Dekabr 2008-də Təbrizdə, evinin önündə həbs edilərək, Ettelaata aparılmış, 10 gün dindirildikdən sonra Təbrizin Ümumi rejimli həbsxanasının “Mali Bölümünə” köçürülümüşdü.

Azərbaycanlı Tələbə fəallarından olan cənab Şıxbəylı daha öncələr də bir neçə dəfə həbs olunub. O, ilk dəfə 2006-cı ildə İran qəzetinin Azərbaycan türklərini təhqir edən karikaturasının nəşrinə qarşı keçirilən May üsyanları zamanı həbs olunmuş, 50 gün saxlandıqdan sonra zaminə buraxılmışdı. Bunun ardınca, o, 91 gün həbs cəzasına məhkum edilmişdi.

Ağır cəzalar

Azərbaycanlı kültür fəalları, Behruz Əlizadə, Rəhim Qulami, Vədud Səadəti, Hüseyn Hüseyni və Ərdəşir Kərimi Xiyavi, bu il Yanvarın 19-da Ərdəbil İnqılab Məhkəməsində keçirilən qapalı iclasın sonunda hər biri 5 il həbsə məhkum edilmişlər.

Məhkəmə qərarına görə, “ milli təhlükəsizliyi pozmaq məqsədi ilə grup təşil etmək”də günahlandırılan həmin fəallar, həbs cəzalarını Kirman, Hormozgan, Bocnurd, Simnan və Həmədan həbsxanalarına keçirməlidirlər. Ərdəbil Əyalətinin təhlükəsizliyinin təmin olunması sürgün qərarına əsas səbəb kimi göstərilir.

Məhkəmə hökmündə, “Çənli bel” və “Azərbaycan Milli Hərəkatı” kimi “qanunsuz təşkilatlara” işarə edilir. Ərdəbil İnqılab Məhkəməsinin bu qərarı Azərbaycanlı insan haqları və mədəniyyət fəallarının ciddi etiraz və tənqidlərinə səbəb olub. Onların bildirdiyinə görə, “Çənli bel” və “Azərbaycan Milli Hərəkatı” adlı hər-hansı təşkilat yoxdur, “Çənli bel” Azərbaycanlı fəal Abbas lisaninin mağazasının adı olub və azərbaycanlıların haqlarının əldə edilməsi uğrunda gedən ictimai hərəkat “Azərbaycan milli hərəkatı”adlansa da, bu adlı hər-hansi siyasi partiya mövcud deyildir. Ərdəbil məhkəməsinin bu kimi ittihamları, Azərbaycanda gedən mədəni hərəkatı boğmaq üçün düşünülmüş siyasi addım hesab edilir.

Behruz Əlizadə, Rəhim Qulami, Vədud Səadəti və Ərdəşir Kərimi Xiyavi 8 Aprel 2009-da, Ərdəbilin Ettelaat orqanları tərəfindən həbs edilərək 20 gün müddətinə qapalı təcridxanada saxlandıqdan sonra, 30 milyon tümənlik girovlar qoyaraq zaminə buraxılmışdırlar. Azad edildikdən az sonra, onlar saxlandıqları Ərdəbil Ettelaatının təkadamlı təcridxanasında fiziki və psikoloji işkəncələrə məruz qaldıqlarını, yaxınları ilə görüşməkdən və vəkil tutmaqdan məhrum edidiklərini bəyan etdilər.

Təbriz Universitetinin tələbələri, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xacei, Əmir Mərdani və Ehsan Nəcəfinəsəb və İsfahan Universitetinin Gəmiqayırma üzrə tələbəsi, Məcid Makui hər biri 1 il müddətinə olmaqla həbs və daha 2 il şərti həbs cəzalarına məhkum ediliblər. Başqa tələbə fəalları, Mənsur Əminiyan və Məqsud Əhdi, eləcə də Hərbi xidmətdə olan ordu zabiti Dariyuş Hatəmi isə bəraət alıblar. Adı çəkilən fəalların işləri ilə bağlı məhkəmə iclası,18 Yanvar 2009-da Təbrizin İnqılab məhkəməsinin 1-ci şöbəsində keçirilib.Məhkəmə, onları “ milli təhlükəsizliyi pozmaq məqsədi ilə grup təşil etmək”də və “dölətçiliyə qarşı əks-təbliğat”da günahlandırıb.

ADAPP-ın əldə etdiyi məlumatlara görə isə, adı çəkilən azərbaycanlı fəalar yalnız veb səhifə açdıqlarına və “AZOH” adlı bir veb saytda Azərbaycanla bağlı tənqidli yazılar yazdıqlarına görə həbs edilibmişlər.

Onlar ötən ilin yayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və 3 ay müddətinə Ettelaat təcridxanasına pis davranışlar və işkəncələrə məruz qaldıqdan sonra zminə buraxılmışdılar. Saxlandıqları müddətdə, fəalların öz ailə üzvləri ilə görüşmələrinə qadağa qoyulmuş və onlara vəkil tutmaq icazəsi verilməmişdir.

Bundan başqa, Həmid Valai və Qulam Nəcəfi Təbrizin İnqılab Məhkəməsi tərəfindən 1 il azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər. Onlar, 28 Yanvar 2009-da “dölətçiliyə qarşı əks-təbliğat” ittihamı ilə hakim qarşısına çıxarılmışlar. Məhkəmənin qərarına görə, məhkumlar 1 illik həbs cəzalarının 3 ayını zindanda keçirməlidir. Cəzanın qalan hissəsi 5 il müddətinə döndurulur.

Onlar, ötən İyul ayında “Günəş” jurnaalının Azərbaycanda May Üsyanları başlıqlı özəl sayısını nəşr etdiklərinə görə Təbriz Ettelaatı tərəfindən tutuqlanmış 15 gün dindirmənin ardınca müvəqqəti azadlığa buraxılmıdılar.

İnsan haqları müdafiəçilərini beynəlxalq müdafiə təşkilatı- “Frant Line” 8 Avqust 2008-də bildirib ki, Ettelaat təcridxanasında verilən işkəncələr nəticəsində Həmid Valainin dişlərinin sınıb, damağında qan axmalar baş verib, sağ ayağı və başı əzilib.

Qəbri Azərbaycanlı sünni türklərə qarşı həbs, sürgün və şallaq cəzaları

Urmiyənin Qızıl Xənəyə(Xanqah-e Sorx) kəndinin 25 sakininə qarşı hökm oxunub. Onlar kəndin su qaynaqlarının istiqamət deyişdirilməsinə qarşı etiraz zamanı həbs olunmuşdurlar. Urmiyənin Nazlı Bölgə Məhkəməsi tərəfindən “İctimai Asayişi pozamaq” və “polisə müqavimət göstərmək”də ittiham olunan Süleyman İbrahimi, Məhımməd Səmədzadə, Murtuz Cəfəri, Allahverdi Aslani, Məhəmməd Mənafzadə, Əyyub Əzizpur, Əkbər Rüstəmi, Merac Əlipur, Səid Cəfərpur, Məcid Qulizadə və Ziyad Cəfərpur məhkəmə tərəfindən 2 il həbs, 1 il Minab şəhərinə sürgün və 74 şallaq cəzalarına, Behruz Məcidi 1 il həbs,1 il Minab şəhərinə sürgün, Barzad və Meqdad Nizami Əfşarlar və Məhəmməd Əşrəfi isə 6 ay 2gün həbsə məhkum ediliblər.Bununla yanaşı, Heydər Əlipur, Hüseyn Vahabzadə, Sülayman Əhmədi, Həbibolla Əhmədi və Məhəmməd Cəfəri 300 min tümən, Höccət Mükərrəm isə 200 min tümən cərimə ödəməyə məhkum ediliblər. Mehdi İsmaili, Əsgər Qarahacılı, Behzad Yəqubzadə və Cəfəriyə bəraət verilib.

Yanvarın 14-də Qızıl Xənəyə kəndinin əkinçiliklə məşqul olan sakinləri, yeraltı su qaynaqlarının yön dəyişdirməsinə etiraz olaraq Urmiyə-Salmas caddəsində dinc etiraz aksiyası keçiriblər. Polis dinc aksiyanı dağıtmaq üçün gözyaşardıcı gazlardan və odlu silahdan istifadə edib. Aksiyaçılardan azı 30 nəfəri həbs edilmiş, 10 gün müddətinə ağır işkəncələrə məruz qaldıqdan sonra zaminə buraxılıb. Həbs olunanlardan bir grupu yaralı olsa da, onlara hər-hansı tibbi yardım göstərilməmiş, bəziləri 5-6 saat qan axmalardan sonra xəstəxanaya çatdırılmışdı.

Qızıl Xənəyə, Urmiyənin Nazlı bölgəsində yerləşir. 2000 nəfər əhalisi olan bu kəndin sakinləri İslamın sünni təriqətinə inanan türklərdən ibarətdırlər. Onları “kürə sünni” və “sünni türklər”də adlandırılar. İranda Sünnilərə qarşı ciddi ayrı seçgiliklər həyata keçirilir. Onlara dini məktəblər açmaq, qeyri-hökümət təşkilatları yaratmaq icazəsi verilmir. Onların ali təhsil almaq və yüksək vəzifələr tutmalarına məhdudiyyətlər qoyulur. Əkinçiliklə məşqul olan kəndlərin su qaynaqlarının istiqamət dəyişdirilməsi əhalinin iqtisadi çətinlilərinin artmasına səbəb olur.

Urmiyədə “Haqq Əhli” təriqətçisi edam edilib

“Haqq Əhli”kimi tanınan “Ələvi” təriqətinin davamçılarında olan Mehdi Qasımzadə 28 Fevral 2009-da Urmiyənin mərkəzi həbsxanasına “Müharib” ittihamı ilə edam edilib.

Atəşbəyli firqəsinin davamçıları olan, Mehdi Qasımzadə, Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Yunus Ağayan Miyandab-Qoşaçay şəhərinin yaxınlığında yerləşən “Üç Təpə” kəndinin sakinləridir. Onlar, ötən il “Üç Təpə” kəndinin sakinləri ilə İranın Nizam İntizam Qüvvələri arasında baş vermiş qarşıdurmalardan sonra həbs edilərək İnqılab məhkəməsi tərəfindən ölümə məhkum edilmişdirlər. Edam qərarına yenidən baxılması zamanı, Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadulla Qasımzadənın ölüm hökmləri 13 il həbslə əvəzlənsə də, Mehdi Qasımzadə və Yunus Ağayanın edam qərarları təsdiqləndi.

Yayılan xəbərlərə görə, İran təqvimi ilə Abanın 27-də! İranın mərkəzində yerləşən Yəzd şəhər həbsxanasına köçürülən Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadulla Qasımzadə, mərhum M. Qasımzadənin haqqındakı edam qərarının icrasına qarşı etiraz olaraq aclıq aksiyasına başlayıblar. “Haqq Əhli” tərəfdarlarına təzyiqlər və Mehdi Qasımzadənin edam edilməsi, barəsində ölüm hökmü çıxarılmış,Yunus Ağayanın da yaxın günlərdə edam oluna biləcəyi ilə bağlı narahatlığa səbəb olub.

Məhkəmələrin Keçirilməsi

28 Fevral 2009-da Rəşt şəhərinin İnqılab məhkəməsində Azərbaycanlı insan haqları müdafiəçisi, Vədud Əsədiyə qarşı irəli sürülmüş “dölətçiliyə qarşı əks-təbliğat”ittihamı ilə bağlı 3-cü məhkəmə iclası keçirilib.

Vədud Əsədi, ötən İyun ayının 22-də Rəşt Ettelaatının əməkdaşları tərəfindən həbs olunaraq, 34 gün qapalı təcridxanada saxlandıqdan sonra zaminə buraxılıb. Ailəsinin dediyinə görə, təcridxanada saxalandığı müddətdə o, davamlı fiziki və psikoloji işkəncələrə məruz qalıb.Cənab Əsədinin ailə üzvlərinə ümumiyyətlə onun harada saxlanması haqda hər-hansı məlumat verilməyibmiş.

“Frant line” Avqustun 8-də və ABŞ-ın Dövlət Departamenti isə Avqustun 15-də ayrı-ayrılıqda cənab Əsədinin həbsini pisləyən bəyanat yaymışlar.

Ərdəbilli siyasi məhbus oğrularla birlikdə

“Milli təhlükəsizliyi pozmaq və Casusluq” maddəsi üzrə təqsirli bilinən Ərdəbilli milli hərəkat fəal, Əli Abbasi daha öncə saxlandığı Ərdəbil Zindanının 7-cı bölümündən çıxarılaraq, oğruların saxlandığı 4-cü bölümə köçürülüb. Yaxınları ilə görüş zamanı cənab Abbasi saxlanma şəraitinə etiraz etdiyini bildirib. Onun fikrincə oğruların saxlandığı 4-cü bölümə köçürülməklə ona psikoloji təzyiq göstərilir.

Əli Abbasi, 14 Oktoyabr 2007-ci il tarixində həbs olunub. O, 38 gün müddətinə Ərdəbil Ettelaatında işkəncə edildikdən sonra vəkilsiz və qapalı keçirilən məhkəmə iclasının sonunda İnqılab məhkəməsinin hakimi, Həsənzadə tərəfindən 11 il həbsə məhkum edilmişdi. Abbasının haqqında çıxarılmış 11 illik həbs cəzası, daha yuxarı məhkəmə tərəfindən 5 il həbslə əvəzlənib. Azərbaycan Respublikasına səfəri, onun“casusluq”da ittiham olunmasında əsas dəlil kimi göstərilib.

Beynəlxalq Ana Dili Günü , məhdudiyyətlər və təzyiqlər

21 Fevral, UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edildikdən sonra, İrandakı Azərbaycanlılar bu günü qeyd etməyə cəhd edir. Hər il olduğu kimi bu il də, Azərbaycan milli və mədəni hərəkatının fəalları bununla bağlı müxtəlif tədbirlər keçirməyə çalışıb.

Təbriz, Urmu, Ərdəbil, Zəncan, Marağa, Əhər, Mərənd və Sulduzda hərəkat fəalları, Beynəlxalq Ana Dili Günü ilə bağlı təbrik vərəqələrı və İranda Azərbaycan türkcəsində təhsil hüququnun təmin edilməsinə çağıran bəyanatlar yayıblar.

Böyük şəhərlərdə polisin hazırlıq vəziyyətinə gətirilməsi ucbatından, hərəkat fəalları tədbir və toplantılarını gizlilik şəraitində keçirməyə məcbur olublar.Hər-hansı kütləvi etirazı boğmaq məqsədi ilə İranın başqa şəhərlərindən Azərbaycana əlavə qüvvələrin gətirildiyi bildirilir.

Tehranda isə azərbaycanlı tələbələrə, Beynəlxalq Ana Dili Günü münasibəti ilə hər-hansı tədbir və toplantı keçirməməklə bağlı xəbərdarlıqlar edilib. Ötən illlərdə Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən etirazlar zamanı çox sayda azərbaycanlı tələbə və fəal həbs olunmuş və bir neçə aylıq həbs cəzalarına məhkum edilmişdirlər. İran Konstitutsiyasının 15- ci maddəsi, İrandakı bütün millətlərin öz ana dillərində təhsil hüququ təzmin edir, amma bu maddə indiyənə dək icra olunmayıb. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qeyri- fars xalqlara öz dillərində təhsil imkanı yaradılmayıb.

Türkcə adlara qarşı məhdudiyyətlər

Azərbaycanın müxtəlif şəhərlərindən gələb xəbərlərə görə, “Əmakin” Orqanlarının əməkdaşları Türkcə adlar və reklam yazıları olan mağazalara gedərək, sahibkarları həmin adları dəyişdirməyə məcbur edirlər. Hökümət nümayəndələri xəbərdarlıq edir ki, dükan sahibləri hər-hansı problem yaşamaq üçün öz dükan və mağazalarına Farsca ad və reklam yazıları seçməlidirlər. Bu ilin 21 Fevralında, Şahin Dej şəhərinin təhlükəsizlik orqanlarının əməkdaşları bir neçə mağazanı, o cümlədən yerli yazar və şairlərin yığışdığı “Azərbaycan” Çayxanasını bağlayıb. Bütün bunlar, Azərbaycanlı millət vəkillərinin etirazlarından sonra “Türkcə adlar və reklam yazılarının qadağan edilməsi” ilə bağlı qanunun ləğv edildiyiyinə dair İranın Daxili İşlər və Ticarət Nazirliklərinin son iddiaları ilə eyni vaxtda baş verir.

Öyrənci jurnallarının bağlanması

Son bir ildə, Azərbaycanın tələbə jurnallarına qarşı basqılar daha da artıb. kültürəl sahədə çalışan tələbə dərgiləri davamlı təzyiqlərə məruz qalıb və ya qapadılıb.

Azərbaycan dilli nəşlərin sıxışdırlıması yönündə, Vəhid Əsgərinin baş yazarlığı ilə Yəzd Universitetində 1 nömrəsi işıq üzü görən, “İşıl Ay” jurnalının 2-cı sayısının nəşri universitet rəisinin əmri ilə dayandırılıb.

Bundan öncə isə Türk –Fars dillərində nəşr edilən “Ulus”, Nəsim, Araz, Özlük, Oyanış, Səttarxan, Kimlik, Yoldaş, Yağış, Aydın Gələcək, Qıpçaq, Günəş, Yarpaq, Tələngər, Çənli Bel, Yaşıl Yol, Ana Yurd, Səhər, Açıq Söz, Sayan, Xələc kimi tələbə nəşrləri İran Universitetlərinin rəhbərliyi tərəfindən qapadılıb.

yazilib گونئی سسی GuneySesi Sat 28 Feb 2009 saat 17:6 | link |

AZƏRBAYCANLI MƏHBUS EDAM EDİLİB

2009-03-02

Əlallahı təriqətindən olan azərbaycanlı Mehdi Qasımzadə dörd il yarım həbsdə saxlandıqdan sonra fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb.

M.Qasımzadə dörd il yarım əvvəl Qoşaçayın Üçtəpə kəndindən olan digər dörd əlallahı - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmmədi və Yunis Ağayanla birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla həbs edilmişdi. Məhkəmə üç nəfəri 13 illik həbsə, Mehdi Qasımzadə və Yunis Ağayanı edama məhkum etmişdi.

«Media forum» saytının məlumatına görə, M.Qasımzadənin meyiti ailəsinə təhvil verilməyib. Zindan rəsmiləri Mehdinin valideynlərinə ETTELAAT əməkdaşlarının meyiti naməlum istiqamətə apardığını deyiblər.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Fri 27 Feb 2009 saat 7:51 | link |

GÜNEYLİ FƏAL MƏHKƏMƏYƏ ÇAĞIRILIB

2009-02-27

Nəşrinə qadağa qoyulmuş «Səhər» tələbə jurnalının baş redaktoru Vədud Əsədi Rəşt İnqilab Məhkəməsinə çağırılıb. Fəal fevralın 28-də məhkəmədə olmalıdır.

V.Əsədi 2008-ci il iyulun 22-də Rəştdə tutularaq 34 gün həbsdə saxlandıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmışdı. Fəal dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır.

«Media forum» saytının məlumatına görə, Rəşt Azad Universitetində geologiya təhsili alan V.Əsədinin ailəsi güney mənbələrinə fəalın yerli ETTELAAT idarəsinin həbsxanasında saxlandığı müddətdə psixi və fiziki işgəncələrə məruz qaldığını deyiblər.

yazilib گونئی سسی GuneySesi Wed 25 Feb 2009 saat 7:53 | link |

Abbasi Cavan azadlığa buraxılıb

Azadlıq Radiosu © Xədicə İsmayılova - 25.02.2009

Abdulla Abbasi JavanAzərbaycanlı fəal Abbasi Cavan azadlığa çıxıb.

Abbasi Cavan bacısı oğlu ilə birlikdə ötən il noyabrın 13-də Rey şəhərində tutulub. Onlar 1906-1914-cü illər konstitusiya hərəkatının lideri Səttarxanı anma mərasiminə qatılarkən həbs ediliblər.

Ailəsindən «Azadlıq» radiosuna Abbasi Cavanın hazırda evində olduğunu təsdiqləyiblər. Ancaq Abbasi Cavan müsahibə verməkdən imtina edib.

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, azərbaycanlı fəal Tehranın Evin həbsxanasının İran təhlükəsizliyinə aid olan 209 nömrəli bölümdə saxlanılıb.

Abbasi Cavan 2007-ci ildə də Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zindanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə beynəlxalq təşkilatlar onun fiziki və mənəvi işgəncələrə məruz qaldığını bildirmişdilər.

Daha sonra Tehran İnqilab Məhkəməsi onu bir illik həbs cəzasına məhkum edib.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) Abbasi Cavanı vicdan məhbusu kimi tanıyıb.

yazilib گونئی سسی GuneySesi Mon 23 Feb 2009 saat 15:46 | link |

İranda azərbaycanlıların «Ana Dili Günü» kampaniyası

Azadlıq Radiosu © Xədicə İsmayılova - 20.02.2009

İran Azərbaycanında milli hüquqlar uğrunda hərəkatın fəalları Beynəlxalq Ana Dili Günü münasibətilə geniş kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində Təbriz, Əhər, Mərənd, Ərdəbil, Urmiya və Sulduz (Nəqədeh) şəhərlərində təbrik ismarışları paylanıb.

Sellofana bükülmüş şirniyyatla birgə paylanan ismarışlarda «21 fevral UNESCO tərəfindən Dünya Ana Dili Günü kimi elan edilib. Bütün azərbaycanlılara, özəlliklə də həmşəhərlilərimizə mübarək olsun!» sözləri, eləcə də Şəhriyarın türk dili haqqında şerindən misralar əksini tapıb.

Məktəblilərə üzərində «Ana diliniz qutlu olsun - Türk dilində mədrəsə olmalıdır hər kəsə» yazılmış qələmlər paylanıb. Divarlara Azərbaycan dilində təhsil tələbilə şüarlar yapışdırılıb, kütləvi SMS-lər göndərilib. (Yazı videonun altında davam edir)

İran Azərbaycanındakı mənbələr bu kampaniyanın gizli aparıldığını bildirir. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) verdiyi məlumata görə, böyük şəhərlərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilib, ölkənin mərkəzi bölgələrindən Azərbaycan şəhərlərinə qüvvə cəlb edilib.

Paytaxt Tehran da daxil olmaqla, azərbaycanlıların yaşadığı şəhərlərin universitetlərində tələbələrə xəbərdarlıq edilib ki, Ana Dili Günü ilə bağlı tədbirlər keçirməsinlər.

Ötən illərdə Ana Dili Günü münasibətilə azərbaycanca təhsil tələbilə keçirilən aksiyalardan sonra İranın bir neçə şəhərində kütləvi repressiyalar aparılmış, çoxu tələbə olmaqla, milli mədəni hüquqlar uğrunda hərəkatın fəalları bir neçə aylıq həbs cəzası almışdılar.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
yazilib گونئی سسی GuneySesi Fri 20 Feb 2009 saat 15:36 | link |

GÜNEYLİ FƏAL 2 İLLİK HƏBSİ BAŞA VURUB

2009-02-23

Mehdi Nuri«Media forum» saytının məlumatına görə, Azərbaycan milli kimliyi uğrunda mübariz Mehdi Nuri 2 illik həbsini başa vuraraq qazamatdan çıxıb.

M.Nuri 2006-ci ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz əlaməti olaraq Sulduzda keçirilən kütləvi aksiyalara qatıldığı üçün tutulmuşdu. Urmiya İnqilab Məhkəməsində fəala 3 il həbs hökmü çıxarılsa da, apellyasiya məhkəməsi cəzanı 2 ilə endirmişdi.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Fri 20 Feb 2009 saat 7:58 | link |

Həbsxanada fəal qardaşlara daimi işgəncə verilir

Azadlıq Radiosu © Xədicə İsmayılova -17.02.2009

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası Ramin Sadiqinin işgəncə altında olmasından narahatdır. Bunu «Azadlıq» radiosuna təşkilatın rəhbəri Faxtə Zamani bildirib.

Faxtə Zamaninin sözlərinə görə, Ərdəbil həbsxanasında olan digər məhbuslar məlumat verir ki, Ramin Sadiqi və onun qardaşına işgəncə verib, onlardan digər fəalları «ifşa edən» məlumatlar almağa çalışırlar.

Hələ ki, Ramin və Məhəmməd Sadiqiyə qarşı ittiham irəli sürülməyib. Sadiqi qardaşlarının hələ ki, vəkili yoxdur. Onlara ailəsi ilə görüş imkanı da verilməyib.

ETTELAAT-ın Ərdəbil bölməsi əməkdaşlarının azərbaycanlı fəallar Ramin və İbrahim Sadiqi Əsl qardaşlarını fevralın 5-də həbs ediblər. Həmin gün həbs edilmiş üçüncü qardaş - Məhəmməd Sadiqi Əslin durumu barədə məlumat yoxdur.

Həbsxanada qardaşlardan yalançı etiraf almaq üçün onların elektrik cərəyanına verildiyi, döyüldüyü bildirilir. Təzyiqlərə etiraz edən Raminin bir neçə gündür aclıq aksiyasına başladığı da xəbər verilir.

Bu, Ramin Sadiqinin ilk həbsi deyil. Ramin Sadiqi bir il öncə 2007-ci ilin fevralında 21 fevral Ana dili günü ilə bağlı vərəqələr yaydığı üçün də həbs olunmuş, bir aya qədər həbsdə qaldıqdan sonra, azad edilmişdi.

Beynəlxalq Amnistiya 2007-ci ildə Ramin Sadiqinin həbsini siyasi həbs adlandıraraq onun azad olunmasını tələb etmişdi.

yazilib گونئی سسی GuneySesi Mon 16 Feb 2009 saat 15:31 | link |

AZƏRBAYCANLI UNİVERSİTET MÜƏLLİMLƏRİ və TƏLƏBƏLƏRİ QURUMU BƏYANATLA ÇIXIŞ EDİB

2009-02-18

Azərbaycanlı Universitet Müəllimləri və Tələbələr Qurumu bəyanat yayaraq İranda milli fəallara qarşı təzyiqlərə və onların kütləvi həbsinə etiraz bildirib.

«Media forum» saytının məlumatına görə, bəyanatda Azərbaycan dili və mədəniyyəti uğrunda dinc mübarizə aparanlara qarşı təzyiqlərin ölkədəki xalqlar arasında uçurum yaradacağı bildirilir: «Son həftə və aylarda Azərbaycan tələbə fəalları müxtəlif əsassız bəhanələrlə təqib və təzyiqlərə məruz qalır, uzunmüddətli həbslərə məhkum edilirlər. Halbuki bu şəxslər, Azərbaycan türk xalqının ölkə çərçivəsində milli və mədəni hüquqlarının təmin edilməsindən başqa heç nə istəmirlər. Şübhəsiz ki, bu təzyiqlərin davam etdirilməsi, ölkədə etnik qarşıdurmaya və xalqlar arasında uçuruma gətirib çıxaracaq».

Bəyanatda ölkədə ədalətin bərqərar olunmasının bütün vətəndaşların milli və mədəni hüquqlarına hörmətlə yanaşılmasından asılı olduğu vurğulanır: «Biz Azərbaycan türk xalqının siyasi və mədəni hüquqları uğrunda dinc mübarizə aparan fəallara qarşı çıxarılan hökmlərin ləğvini, onlara qarşı təzyiqlərin dayandırlmasını tələb edirik».

«Media forum»
yazilib گونئی سسی GuneySesi Mon 16 Feb 2009 saat 8:1 | link |
Su münaqişəsinə görə 21 nəfərə hökm kəsilib

Azadlıq Radiosu ©
Babək Bəkir - 05.02.2009
 
Quluncuİranın Xaneqahe-Sorx - yəni yerli sakinlərin Qızıl Xənəyə adlandırdığı kənddə baş verən toqquşmada günahlandırılan 21 nəfərə məhkəmə cəzası kəsilib.
 
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin rəhbəri Əlirza Quluncu (Cavanbəxt) «Azadlıq» radiosuna deyir ki, məhkəmənin hökmü ilə 11 nəfərə 3 il, 1 nəfərə 2 il, 3 nəfərə 6 ay 2 gün həbs cəzası verilib. Qalan 6 şəxs isə 2 milyon rial cərimə ediliblər.
 
Günahlandırılan 10-dan çox şəxs həbsdən başqa, 74 şallaq cəzasına da layiq görülüb:
 
- Çox sərt cəzadır. Bunlar həm milli, həm də məzhəb sarıdan azlıqda qaldıqlarından belə təzyiqlərlə üzləşiblər. Hətta ittihamlar düzdürsə belə, bu cəza gözlənilən deyildi.

Əlirza Qulunc deyir ki, Qızıl Xənəyə kənd sakinləri sünnü təriqətinə mənsub azərbaycanlılardır.

Hələ ötən ay bu kəndin sakinləri ilə bir fabrik arasında su üzündən münaqişə yaranmışdı. Kənd sakinlərinin bildirməsinə görə, onların etiraz aksiyası yatırılarkən İran hüquq-mühafizə orqanları odlu silahdan istifadə etmişdi.
 
İki nəfər kənd sakini güllə yarası almışdı. Bu münaqişədən sonra 20-dən çox Qızıl Xənəyə sakini həbs edilsə də, az sonra zaminə buraxılmışdılar.
yazilib گونئی سسی GuneySesi Fri 13 Feb 2009 saat 15:27 | link |

ZİNDANA ATILMIŞ ƏRDƏBİLLİ QARDAŞLARIN İŞGƏNCƏLƏRƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR

2009-02-16

Fevralın 5-də ETTELAAT-ın Ərdəbil bölməsi əməkdaşlarının həbs etdiyi azərbaycanlı fəallar Ramin və İbrahim Sadiqi Əsl qardaşlarının həbsxanada müxtəlif psixi və fiziki işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb. Həmin gün həbs edilmiş üçüncü qardaş - Məhəmməd Sadiqi Əslin durumu barədə məlumat yoxdur.

«Media forum» saytının məlumatına görə, fəalların ailəsinə yaxın şəxslər güney mənbələrinə ETTELAAT əməkdaşlarının ərdəbilli qardaşlardan yalançı etiraf almaq üçün onları elektrik cərayanına verdiklərini, vəhşicəsinə döydüklərini, yatmağa imkan vermədiklərini, təhqir etdiklərini deyiblər. Məlumatda Raminin təzyiqlərə etiraz əlaməti olaraq bir neçə gündür aclıq aksiyasına başladığı bildirilir.

ETTELAAT əməkdaşları fevralın 5-də Ərdəbil Universitetinin tələbəsi Məhəmməd Sadiqi Əsli iş yerində, İbrahis Sadiqi Əsli isə atasının mənzilində tutublar. İbrahimin yaşadığı mənzildə geniş axtarış aparılıb, kompüter, CD diskləri, Azərbaycan dilində kitab və jurnallar müsadirə edilib. Raminin harada və necə həbs olunduğu bilinmir.

Ərdəbilli qardaşlara qarşı konkret hər hansı rəsmi bir ittihamın irəli sürülmədiyi vurğulanır.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Fri 13 Feb 2009 saat 8:4 | link |
 
offshore