تبليغاتX
Guney Sesi

 
İran Azərbaycanında təhlükəsizlik tədbirləri gücləndirilib

Əbülfəzl Paşaoğlu

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMƏK) ۲۰ may tarixli hesabatına görə son iki həftə ərzində İranda ۱۵۰-dən çox azərbaycanlı fəal həbs edilib, başqalarının isə ev və iş yerləri daimi nəzarət altına alınıb və ETTELLAT-a çağırılan minlərlə vətəndaşın yığıncaqlardan imtina etməsinə göstəriş verilib.

Ötən ilin karikatura qalmaqalında ən çox qanlı hadisələrə şahid olan Sulduz (Nəqədə) şəhərində bu günlər daha ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi bildirilir. ASMƏK-in verdiyi məlumata əsasən son ۱۰ gün ərzində burada təxminən ۶۰ fəal nəzarət altına alınıb. Şəhərin Furudabad məhəlləsində beş CD satışı dükanı Azərbaycan CD-lərini yaydığı üçün qapadılıb və şəhərə nəzarət Qərbi Azərbaycan vilayətindəki yüksək rütbəli ordu zabiti Sərdar Kərəmiyə tapşırılıb. Sulduzda həbs olunanlar arasında ۲۱ yaşlı tələbə Mehdi (Elman) Nuri, «Bilim Yolu» mədəniyyət mərkəzinin yaradıcısı Mir Əli Rzayi, professor İbrahim Müini, özfəaliyyət Azərbaycan milli rəqs qrupunun üzvü Fəramərz Qulamzadə, yazıçı və jurnalist İsa Yeganə, «Yanan» təxəllüsü ilə tanınan Azərbaycan şairi mühəndis İsmayıl Bəhrami, orta məktəb müəllimi Kərim Nəimi, tanınmış fəal Behzad Qoçayi, Mustafa Qasimi və Mehdi Vahidinin adları çəkilir. Azərbaycanlıları təhqir edən karikaturalara qarşı bir il bundan əvvəl keçirilən etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi. Digər tərəfdən «Urmu News» xəbər saytının verdiyi məlumata görə, mayın ۱۹-u gecə saatlarında Urmiyə universitetinin üç tələbəsi şəhərin küçələrində ETTELAAT məmurları tərəfindən tutularaq, naməlum istiqamətə aparılıb. Bununla son bir həftə ərzində Urmiyədə tutulan fəalların sayı ۲۸-ə yüksəlir. Təbriz fəallarından isə Fərrux Haşımzadə mayın ۱۵-də yenidən həbs edilib. O, mayın ۸-də nəzarət altına alındıqdan üç gün sonra azad edilmişdi. Bu haqda bəyanat verən ASMƏK Haşımzadənin dükanından may hadisələrinin il dönümü ilə bağlı çağırış vərəqələrinin tapıldığını bildirir. Həmin məlumata görə ötən həftə Təbrizdə həbs edilən Hüseyn Nəsiri və Əmrulla Hüseyniyana qarşı bu günə qədər rəsmi ittiham irəli sürülməyib. Təbrizdə tutulanlar arasında ۲۲ yaşlı fəal Fərəc Nuri, onun kiçik qardaşı ۱۵ yaşlı İbrahim Nuri, Riza Xəzrinin adı çəkilir. Hazırda BMT-nin Cenevrədəki ofisində milli azlıqların insan haqları üzrə tədqiqat aparan Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sədri Faxtə Zamani mayın ۱۹-da «Amerikanın Səsi» radiosuna verdiyi müsahibədə bildirib ki, mayın ۱۴-də Təbrizdə həbs edilən Əmir Abbas Bənaye Kazıminin Azərbaycan dilində olan kitabları və evindəki CD-ləri müsadirə edilib. Xanım Zamani eyni zamanda bildirib ki, Abbas Lisani məxfi şəkildə və silahlı şəxslərin müşayiəti ilə gözü bağlı və əl-ayaqları qandaxlı Ərdəbil həbsxanasından məxfi şəkildə Təbrizə aparılıb. Orada onun ۲۰۰۵-ci ildə Babək qalasına yürüşlə bağlı aldığı ۱ illik həbs hökmündən apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarı bu günə qədər aşkar edilməyib. ۲۰۰۶-cı ilin mayın ۲۲-də İranın rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikatura dərc olunmuşdu. Bu da İranda yaşayan azərbaycanlıların narazılığına səbəbə olmuş və kütləvi etiraz aksiyaları keçirilmişdi.

yazilib گونئی سسی GuneySesi Mon 21 May 2007 saat 23:40 | link |

 

ADAPP İranda azərbaycanlılara qarşı işgəncələr barədə hesabat hazırlayır

faxte22
Faxtə Zamani

İran Azərbaycanında yeni həbslər barədə məlumatlar gəlməkdə davam edir. Ərdəbilli fəal Mehdi Məhəmmədpur bazar günü bir neçə gün Ettelaat idarəsində saxlandıqdan sonra azadlığa buraxılıb və ağır vəziyyətdə olduğu üçün dərhal xəstəxanaya aparılıb. Bu barədə Amerikanın səsinə məlumat verən Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası – ADAPP-ın sədri Faxtə Zamaninin sözlərinə görə, son günlər işgəncələr səbəbilə xəstəxanaya yatırılan fəalların sayı artıb

Faxtə Zamaninin sözlərinə görə, bir çox hallarda həbslər ordersiz həyata keçirilir və fəallara qarşı heç bir qanuni əsaslı ittiham irəli sürülmür

Mehdi Məhəmmədpura gəlincə, onun günahı həm də İran Azərbaycanlılarının milli mədəni hüquqları uğrunda hərəkatın liderlərindən biri, hazırda Ərdəbil həbsxanasında olan Abbas Lisaninin bacısı oğlu olmasıdır

ADAPP sədri fəallara qarşı həm ruhi həm fiziki işgəncələrin tətbiq olunduğunu deyir

Xanım Zamani Təbriz və digər şəhərlərdən də həbslər barədə xəbərlər gəldiyini, birçox fəalların isə gizlənməyə məcbur olduğunu söylədi

Hüquq müdafiəçisi yeni həbs dalğasının May mitinqlərinin ildönümü ilə bağlı planlaşdırılan nümayişlərdən öncə profilaktik tədbir olduğunu və başçılıq etdiyi təşkilatın qeyri-qanuni həbslərlə bağlı Beynəlxalq Amnistiya, BMT və digər qurumlara müfəssəl hesabatlar göndərdiyini deyir

yazilib گونئی سسی GuneySesi Thu 17 May 2007 saat 17:26 | link |

 

URMİYADA «KOROĞLU»nun DİREKTORU və UNİVERSİTE  TƏLƏBƏSİ TUTULUB


Ötən ilin mayında Təbrizdə baş vermiş hadisələrin ildönümü ərəfəsində İranda azərbaycanlı fəallara qarşı aparılan təqib və təzyiqlər davam edir

verilən məlumata görə, mayın 15-də axşamçağı ETTELAAT əməkdaşları qəfildən Urmiyanın Mədəni küçəsində yerləşən «Koroğlu» reklam müəssisəsinə daxil olaraq müəssisənin direktoru, tanınmış milli fəal Eyvaz Təhamini tutub naməlum istiqamətə aparıblar

E.Təhami ötən ilin may hadisələrinin ildönümünə həsr olunmuş vərəqələr çap etməkdə günahlandırılır. Həmin vərəqələrdə şəhər əhalisi ildönümü ilə əlaqədar keçiriləcək aksiyalarda aktiv iştiraka çağırılıb

Son məlumatlara görə, E.Təhami hazırda ETTELAAT Urmiyanın Həmafər küçəsində yerləşən yerli idarəsində saxlanılır

Mayın 15-də ETTELAAT məmurları Azərbaycan milli hərəkatının fəal iştirakçılarından olan tələbə Əkbər Paşaini də tutublar. Urmiya Universitetindən tutulub aparılan tələbənin hazırda harda saxlandığı hələ bilinmir.

 

yazilib گونئی سسی GuneySesi Thu 17 May 2007 saat 16:42 | link |
 
Guney Azerbaycan may HADİSƏLƏRİNİN İLDÖNÜMÜ ƏRƏFƏSİNDƏ
HƏBSLƏR və İŞGƏNCƏLƏR BAŞLAYIB
 

Güney Azərbaycanda milli fəalların təqibi davam edir

teqiblerinyeni dalğası ötən il mayın 22-də Təbrizdə baş vermiş hadisələrin ildönümü ilə bağlıdır. Milli fəallar bununla bağlı çağırış xarakterli CD-lər yaymağa başlayıblar

CD-lər yaydığı üçün mayın 10-da milli fəallardan Hüseyn Səbab həbs edilib. ETTELAAT əməkdaşları daha iki gənci saxlayıblar. Həbsxanaya salınan milli fəallara, o cümlədən H.Səbabiyə ağır işgəncələr verilib

Mayın 11-də H.Səbabi may ayının sonuna qədər evdən çıxmamaq barədə iltizamla həbsdən buraxılıb.

  H.Səbabinin qardaşı Manaf Səbabi hazırda İsveçdə mühacir həyatı yaşayır 

 

yazilib گونئی سسی GuneySesi Tue 15 May 2007 saat 20:30 | link |

URMİYADA İKİ AZƏRBAYCANLI FƏAL TUTULUB

Mayın 14-də səhər saat 10 radələrində geyim tikişi və satışı il məşğul olan azərbaycanlı milli fəal Məhəmmədhüseyn Purqurbani öz mağazasında tutulub

Güneydəki mənbələrdən «Media forum» saytına verilən məlumata görə, ETTELAAT əməkdaşları milli fəalın mağazasından Azərbaycan xalqını ötən ilin may-iyun aksiyalarının ildönümü ilə bağlı mərasimlərdə iştirak etməyə çağıran çoxlu vərəqə aşkar ediblər. Mağazada çalışan və yazılı vərəqələri yaymaqla məşğul olan bir qadın da həbs edilib

Son məlumatlara görə, hər iki şəxs ETTELAAT-ın Urmiyadakı Həmafər küçəsində yerləşən şöbəsinin təcridxanasına aparılıb

M.H.Purqurbani ötən oktyabr ayında Azərbaycan türkcəsində təhsilə icazə verilməsi tələbi ilə bağlı yaydığı vərəqələrə görə də tutulmuş və 20 gün həbsdə saxlandıqdan sonra zaminə buraxılmışdı

yazilib گونئی سسی GuneySesi Tue 15 May 2007 saat 20:23 | link |
 
Mehdi mehemmedpoor" Ardabilli fealin hebsi"
 
kecen gun 21 ordibehesht 1386 gunesh ili ( may ayinin 11/2007) Ardabil
sheherinde ettelat memorlari terefinden geyre qanuni olaraq tutuqlanan mehdi mehemmedpoor gizli yerde saxlanilmaqdadir.
Abbas lisaninin Ardabil sheherinde taninmish simalarindan olan fealin bacisi oglu olan "Mehdi bey" daha once xurdad qiyamlarinda da tutuqlanmishidi , 2 ay hebs den sonra boraxilmish idi.
indi onun aile si xebersizdiler ve ettelat edaresi soallara cevab vermeyiir. mehdi mehemmedpoor ochun vekil tutmasinada ise icaze verilmir.
qeyd edek ki Abbas lisani helelik zindanda agir dorum ile qarshi qarshiyadir. onun kimse ile danishmaqa icazesi yox, kamera ile izlenir ve dishari ile baglantisi qisitlanib
 
 
yazilib گونئی سسی GuneySesi Sat 12 May 2007 saat 16:29 | link |



TƏBRİZDƏ və SULDUZDA MİLLİ FƏALLAR TUTULUB
2007-05-11 - 19:15:00

Güney Azərbaycan mənbələrindən «Media forum»a verilən məlumata görə, ETTELAAT məmurları Təbriz və Sulduzda 2 milli fəalı həbs edib.

Mayın 8-də ETTELAAT məmurları qurumun əməkdaşı kimi tanınan Hacı Mehdi Rzapurun bələdçiliyi ilə Sulduz tələbə yataqxanasında Azərbaycan milli fəalı Elman Təbrizlinin (Elman Nuri) otağına basqın edərək onu tutublar. Məlumatda bildirilir ki, məmurlar onu əvvəl Sulduzun, sonra isə ailəsinə xəbər vermədən Urmiyanın ETTELAAT idarəsinə aparıblar. E.Təbrizlinin ailəsi min bir əzabla onun qaldığı yeri öyrənəndə Elmanın hələ 2 il müddətinə həbsdə qalmalı olacağını eşidiblər.

Məlumatda o da deyilir ki, E.Təbrizli ötən ilin may-iyun kütləvi aksiyalarında fəal iştirak etdiyinə görə ETTELAAT məmurlarının daimi nəzarəti altındaymış.

Mayın 8-də digər Azərbaycan milli fəalı Fərrux (Babək) Haşımzadə Təbrizin Şəhriyar bulvarında yerləşən mağazasından naməlum istiqamətə aparılıb. ETTELAAT məmurları onun şəxsi vəsaitini, o cümlədən də şəxsi kompüterini və disketlərini də aparıblar. F.Haşımzadənin harada saxlanması barədə hələlik hər hansı bir məlumat yoxdur

«Media forum»
yazilib گونئی سسی GuneySesi Sat 12 May 2007 saat 16:2 | link |


Beynəlxalq qurumlar Güneyli məhbsularla maraqlanır

İsveçdəki Azərbaycan Federasyonununin başqanı Məmməd Rza Ağapur Beynəlxalq Amnistiya Təşkilatının nümayəndəsi Katrina Bergehedlə görüşüb və həbsdə olan Güney Azərbaycan fəalları, o cümlədən Abbas Lisaninin durumu haqda bilgi verib.
Katrina Bergehed isə Güney Azərbaycanda yaşanan olaylarla ilgili təmsil etdiyi təşkilatın gördüyü işlərdən bir neçə nümunə söyləyib və İsveçdə yayımlanan "AMNESTY PRESS" jurnalının son sayında həbsdə olan güneyli fəal Əsgər Əkbərzadənin durumu haqda məlumat verdiklərin bildirib
 

yazilib گونئی سسی GuneySesi Thu 10 May 2007 saat 10:25 | link |

İran Azərbaycanında həbslər və məhkəmələr davam edir

Əbülfəzl Paşaoğlu

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) xəbər verir ki, aprelin 26-da iki azərbaycanlı fəal Təbrizdə nəzarət altına alınıb. Hüseyn Nəsiri və Nurullah Hüseyniyan adlı bu fəallar aprelin 27-də evlərinə zəng edərək, ETTELAAT-ın təcridxanasında olduqlarını bildiriblər.

Aprelin 27-də Təbrizin Zəfəraniyyə məhəlləsində Araz Təbrizli adlı digər bir fəal ETTELAAT əməkdaşları tərəfindən tutularaq evindəki kompüter və diskləri müsadirə edilib.

ASMƏK-in 28 aprel tarixli növbəti hesabatında eyni zamanda bildirilir ki, 10 gün bu tarixdən əvvəl ETTELAAT əməkdaşları tərəfindən tutulmuş Həbib və Həmid Purvəli qardaşları 3 gün həbsdə saxlandıqdan sonra azadlığa buraxılıblar. Hər iki qardaşa həbsdə ikən işgəncə verildiyi güman edilir.

Aprelin 9-da Marağada nəzarət altına alındıqdan sonra Təbriz həbsxanasına aparılan Kamal Bərzi və Arslan Azməndiyanın vəziyyəti haqda məlumat yoxdur. Onlar bu yaxınlarda dövriyə buraxılan 5000 tümənlik əsginasın üzərindəki yazılara etiraz əlaməti olaraq vərəqələr payladıqları zaman tutulmuşlar. Burada nüvə simvolu ilə yanaşı Məhəmməd peyğəmbərə aid edilən belə bir cümlə yazılıb: «Elm sürəyya ulduzlarında olsa da, Pars ( Fars ) yurdunun kişiləri onu ələ keçirəcək». Belə bir hədisin saxta olduğuna inanan fəallar bununla İran hökumətinin farslara üstünlük verməsinə etiraz edir. Yazını qaralayan şəxslər və yeni əsginaslardan imtina edən bazar əhalisi də təqiblərə məruz qalır

ASMƏK-in başqa xəbərinə əsasən fevralın 21-də Beynəlxalq Ana Dili Günü nümayişləri zamanı Urmiyədə tutulmuş beş fəalın məhkəməsi aprelin 28-də keçirilib. İsmayıl Cavadi, Əbülfəzl Alilu, Əhməd Qüreyşi, Hüseyn Hüseyni Kiya və Cəmşid Hüseyni Kiyaya qarşı hansı hökmün çıxarılması barədə hələlik məlumat yoxdur. Sözügedən beş nəfər pantürkizm təbliğatı və İranın ərazi bütövlüyünə qarşı fəaliyyətdə günahlandırılırlar. Həmin şəxslər Beynəlxalq Ana Dili Günündən bir neçə gün əvvəl tutularaq 20 gün təcridxanada saxlandıqdan sonra müvəqqəti zaminə buraxılmışlar.

 

yazilib گونئی سسی GuneySesi Sun 6 May 2007 saat 15:36 | link |
 

İran Azərbaycanı May mitinqlərinin ildönümünə hazırlaşır

Bu arada İran Azərbaycanında 2006-cı il May - xordadın 1-i aksiyalıarının ildönümünə hazırlıq gedir. Əlirza Quluncunun sözlərinə görə, İran Azərbaycanının bütün şəhərlərində aksiyaların ildönümünə həsr olunmuş vərəqələr yayılıb. Vərəqələrdə aksiyalara çağırışlar səsləndirilib. Cənab Quluncunun sözlərinə görə, vərəqələrlə birgə son zamanlar İran qəzetlərində yer alan yeni alçaldıcı karikaturaların surəti də əhaliyə paylanılbı

Aftabe Yəzd" qəzetinin karikaturu etiraza səbəb olub

İran Azərbaycanında 2006-cı il May mitinqlərinin ildönümünə hazırlıq getdiyi məqamda həmin aksiyalara  səbəb olan karikaturaya bənzər şarjlar Aftabe Yəzd qəzetində dərc olunub. Yeni karikaturada da tarakan əks olunub. Türkcə "xalaqızı" adlandırılan tarakanın qəssabbaşı və digər peşə sahiblərilə anlaşa bilməməsi və sonunda siçanla evlənmək məcburiyyətində qaldığı əks etdirilən karikaturaya rəsmilərdən hələlik reaksiya verilməyib və qəzet nəşrini əvvəlki qaydada davam etdirir. Karikatura güneyli azərbaycanlılar arasında narazılıq doğurub.

 

yazilib گونئی سسی GuneySesi Fri 4 May 2007 saat 15:44 | link |
 

Bakıda İran səfirliyi qarşısında piket

Aprelin 27-sində Bakıda bir qrup milli İstiqlal Partiyasının üzvü İran səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları siyasi məhbuslara azadlıq tələbi ilə yanaşı rəsmi Bakıdan da İran rejimi ilə dissidentlərin təqibi üzrə əməkdaşlığa son qoymağı tələb ediblər. Polis piketin keçirilməsinə mane olub

yazilib گونئی سسی GuneySesi Fri 4 May 2007 saat 15:37 | link |
 
Abbas Lisani 24 saat nəzarət altındadır
 
Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, rejim tərəfindən həbsə alınmış milli hüquqlar uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani Ərdəbil həbsxanasında təqiblərə məruz qalır.

Bildirilir ki, əmniyyət qüvvələri Lisaninin saxlanıldığı həbsxana otaqlarına gizli kameralar quraşdırıb: "Cənab Lisaninin hər hərəkəti izlənilir, onun yazdığı yazılar oxunur. Onunla əlaqədə olan söhbət edən məhbuslara ağır cəzalar verərək, Abbas Lisanidən təcrid edirlər," deyə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasından Amerikanın səsinə bildiriblər.

yazilib گونئی سسی GuneySesi Fri 4 May 2007 saat 15:34 | link |

İran Azərbaycanında yeni siyasi hökmlər

Azərbaycanlı siyasi məhbusları müdafiə Komitəsi ASMEK İran Azərbaycanında daha bir neçə siyasi hökmün kəsildiyi barədə məlumat verir. Son məlumatı ASMEK-in sözçşüsü Əlirza Quluncudan almışıq

Quluncunun sözlərinə görə, bu günlərdə Urmiyəli fəal Əlirza Qomiyə bir il həbs cəzası kəsilib. O, Ana dili günü ilə bağlı nümayişlərdə telefonu ilə video çəkiliş apardığına görə həbs edilib

Amerikanın səsi apellyasiya hökmünü gözləmək üçün 20 gün vaxt verilən Əlirza Qomi ilə əlaqə saxlamağa nail olub. Əlirza Qomi ona verilən hökmün haqsız olduğunu bildirir. Cənab Qominin İran rejiminə sualları var. O, türk olduğuna görə, düşüncə tərzinə görə həbslərin hansı qanunlara sığdığını sual edir. Cənab Qumi həbsin onu sındıra bilməyəcəyini deyib

Bu gün isə Əlirza Qomi ilə eyni gündə həbs olunan Urmiyəli jurnalist İsmayil Cavadi və digərlərinin məhkəməsi başlanıb. Cənab Quluncunun verdiyi məlumata görə, məhkəmə dinləmələri hələ başa çatmayıb. ASMEK-in verdiyi məlumata görə, Apellyasiya Məhkəməsi Urmiyəli jurnalist, Yarpaq və Fərdaye Ma (Bizim Sabah) qəzetlərinin yazarlar şurasının üzvü Rəsul Cəfərinin və Xudayar Teymurinin altı aylıq həbs cəzalarını qüvvədə saxlayıb

Xədicə İsmayılova

 
yazilib گونئی سسی GuneySesi Fri 4 May 2007 saat 15:29 | link |

 

Urmiyədə Ana dili günü ərəfəsində həbs olunan fəalların məhkəməsi keçirilir

Aprelin 28-də İranın Urmiyə şəhərindəki 1 saylı İslam İnqilab Məhkəməsində Beynəlxalq Ana dili günü ərəfəsində həbs olunan 5 nəfərin işi üzrə məhkəmə iclası keçirilib

Əhməd Qüreyşi , Əbülfəzl Əlilu, Hüseyn Hüseynkiya, Cəfər Hüseynkiya və jurnalist İsmayil Cavadinin məhkəməsi başa çatsa da, hökm hələ də elan olunmayıb

Urmiyənin tanınmış jurnalistlərindən olan, həftəlik Fərdaye Ma (Sabahımız) nəşrinin yazarı İsmayil Cavadi Amerikanın səsinə müsahibəsində onlara qarşı pantürkizm və rejim əleyhinə təbliğat, eləcə də separatçılıq ittihamları irəli sürüb

21 fevral ana dili günü ərəfəsində həbs olunan müttəhimlər onlara qarşı irəli sürülən itrtihamları rədd edib, və basqı altında verilən ifadələrdən imtina ediblər

Cənab Cavadi 20 gün ərzində vəkilsiz və ailə ilə heç bir təmas olmadan saxlanıldıqlarını, ailələrinə və özünə edilən basqılarla bağlı heç bir xəbər verilməməsi haqda təhdidlərə tuş gəldiyini söylədi

Onun sözlərinə görə, həbsinin əsas səbəbi yazdığı yazılar olub

Jurnalist Beynəlxalq ana dili günündə qaldırılan tələblərin haqlı olduğunu deyir

İsmayil Cavadi və digər 4 müttəhim, hökm onlara təqdim edildikdən sonra 20 gün ərzində appelyasiya məhkəməsinə şikayət edə bilərlər. Amma jurnalist oradan ədalətli qərarın veriləcəyinə ümid bəsləmir

Hələlik hökm bəlli olmasa da, hüquq müdafiəçiləri belə hallarda adətən bir ildən iki ilədək həbs cəzası kəsildiyini bildirirlər


 

yazilib گونئی سسی GuneySesi Fri 4 May 2007 saat 15:26 | link |

 

Təbriz də 3 fəal tutuqlanib

 

Təbrizdən gələn məlumat əsasinda, Husen Nəsiri Və Nurullah Huseyniyan 26 Avril Təbriz Ettelat quvvələri tərəfindən tutuqlaniblar.onlar bu gun ailələrinə zəng açib və ettelat əli ilə tutuqlarini bildiriblər.

Hələlik onlarin harda və necə saxlandiqlarindan xəbər yoxdur.

 

Bir başqa xəbər əsasinda, Təbrizli Araz (araz təbrizli) taninan azərbaycanli fəal Cuma gecəsi saat 23;00 zəfəraniyə bolgəsində ettelat quvvələri tərəfindən tutuqlanib. Araz azərbaycanin feal və yetkənli yazarlarindandir.

Tutuqlanma asasinda ona aid computer (bilgi sayar), cd və şəxsi kitablari, yazilari aparilibdir.

 

 

yazilib گونئی سسی GuneySesi Sun 29 Apr 2007 saat 12:53 | link |

 

İranda türkləri təhqir edən daha bir karikatura

 Bu dəfə "Aftab Yəzd" türkləri tarakana bənzədib
"İran" qəzetində türkləri təhqir edən karikaturanın dərcindən sonra buna bənzər daha bir karikatura Tehranda çap edilən "Aftab Yəzd" qəzetində dərc edilib. DAK mətbuat xidmətinin rəhbəri Əli Nicatın "OLAYLAR"a verdiyi məlumata görə, bu dəfə də karikaturada tarakan əks olunub. Türkcə "xalaqızı" adlandırılan tarakanın qəssabbaşı və digər peşə sahiblərilə anlaşa bilməməsi və sonunda siçanla evlənmək məcburiyyətində qaldığı da karikaturada əks olunub. Ə.Nicatın sözlərinə görə, rəsmilərdən hələlik olayla bağlı reaksiya gəlməyib və qəzet nəşrini əvvəlki qaydada davam etdirir. Karikatura güneyli soydaşlarımız arasında narazılıq doğurub və xüsusilə universitet tələbələri karikaturanın dərcinə etirazlarını bildirirlər.

Abbas Lisaniyə qarşı yeni kampaniya

Onun saxlanıldığı otağa kamera quraşdırıldı
İran rejimi nəinki Güneydəki soydaşlarımızı həbs edir, hətta həbs olunan milli  hərəkatçıları yenə də rahat buraxmırlar. Guney Azərbaycanli Hüquq Müdafiə chilerinin verdiyi məlumata görə, rejim tərəfindən həbsə alınmış Hərəkatın liderlərindən olan Abbas Lisani Ərdəbil həbsxanasında təqiblərə məruz qalır. rəsmisi bildirib ki, əmniyyət qüvvələri Lisaninin saxlanıldığı həbsxana otaqlarına gizli kameralar quraşdırıb: "Onlar Abbas bəyin hər hərəkətini izləyirlər. Hətta onun, yazdığı yazılar da oxunur. Onunla əlaqədə olan söhbət edən məhbuslara ağır cəzalar verərək, Abbas Lisanidən təcrid edirlər
"

yazilib گونئی سسی GuneySesi Fri 27 Apr 2007 saat 0:10 | link |

 

İRANDA BİR AZƏRBAYCANLI ASILDI

Milli fəal Hüseyn Fərhudən Urmiyada edam edilib

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi Xoylu milli fəal Hüseyn Fərhudənin (Hüseyn Xətibi) Urmiyada edam edildiyi barədə məlumat yayıb. “Media forum”a verilən xəbərdə bildirilir ki, 8 ay ETTELAAT-ın Urmiya şöbəsinin zindanında saxlanılan H.Fərhudə casusluqda və Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) ilə əməkdaşlıqda günahlandırılırdı .Həbsdə müxtəlif ruhi-fiziki işgəncələrə məruz qalan, döş qəfəsindən ciddi xəsarət alan, şallaq zərbələrindən bədəni qaralan H.Fərhudə Urmiya İnqilab Məhkəməsinin hökmüylə edam olunub. Hökm martın 14-də icra edilib.

Məlumatda bildirilir ki, 40 yaşlı H.Fərhudə İranla Türkiyə arasında tacirlik edirmiş. Onun ikinci arvadının MHP-nin rəhbər şəxslərindən birinin qızı oluğu deyilir.

Edam xəbərinin belə gec bilinməsinə gəlincə, məlumatda deyilir ki, ETTELAAT məmurları H.Fərhudənin meyitini anasına şərtlə veriblər. Anadan oğlunun edam edilməsi barədə heç kimə məlumat verməyəcəyi və dəfn mərasiminin tam səssiz keçiriləcəyi ilə bağlı iltizam alıblar.

GÜNEYLİ MÜHACİR İRANA TƏHVİL VERİLDİ


Hadi Mus
əvinin sonrakı taleyi məlum deyil


Aprelin 7-də Bakıda miqrasiya xidmətinin əməkdaşları tərəfindən həbs edilən güneyli mühacir Hadi Musəvi srağagün gecə saat 22:00 radələrində Azərbaycandan deportasiya olunub. Bu barədə qəzetimizə GAMOH-un Quzey Azərbaycan Bürosunun rəhbəri Ağrı Qaradağlı məlumat verdi.

Qeyd edək ki, dünənki sayımızda H.Musəvinin vəkili Əlövsət Əliyevə istinadən onun eprelin 12-i saat 4-də İrana təhvil veriləcəyini yazmışdıq. Lakin nədənsə Azərbaycan hakimiyyəti bu işi daha tez həll etməyə qərar verib. A.Qaradağlı dedi ki, H.Musəvi axşam 21:30 radələrində ona zəng edərək, aeroportda olduğunu deyib və yarım saatdan sonra Tehrana uçacaqlarını bildirib. Bundan sonra A.Qaradağlı və Bakı bürosunun digər əməkdaşları aeroporta getsələr də, hərəkatçının deportasiyası na mane ola bilməyiblər. A.Qaradağlı Tehrana zəng edərək, oradakı hərəkatçıları məlumatlandırıb. Lakin hələlik H.Musəvinin sonrakı taleyindən xəbər yoxdur.

H.Musəvinin vəkili Əlövsət Əliyev isə bildirdi ki, bir gün öncə daxili işlər naziri Ramil Usubova teleqram vursa da, bu, nəticəyə təsir etməyib: “Amma biz mübarizəmizi davam etdirəcəyik. İlk növbədə Apellyasiya Məhkəməsinə şikayət edəcəyik, daha sonra isə Avropa Məhkəməsinə qədər gedib çıxacağıq”.

Ə.Əliyevin sözlərinə görə, qısa müddət ərzində H.Musəvinin sənədlərinin İran səfirliyi tərəfindən qaydaya salınaraq, Azərbaycandan çıxarılması onu deməyə əsas verir ki, bu, təkcə Azərbaycan hökumətinin arzusu olmayıb. Hüquqşünas hesab edir ki, ortada İranın sifairişi də rol oynayıb. Onun fikrincə, ola bilər hansısa Azərbaycan vətəndaşının Bakıya təhvil verilməsinin əvəzində H.Musəvini tələsik həbs edib, araşdırma aparmadan İrana göndəriblər: “Onun məhkəməyə müraciət etməsinə imkan verilməməsi də hansısa niyyətlərdən xəbər verir. Əgər Hadi Musəvi məhkəməyə müraciət etsəydi və məhkəmə onun iştirakına şərait yaratsaydı təbii ki, nəticə belə olmayacaqdı”.


yazilib گونئی سسی GuneySesi Tue 24 Apr 2007 saat 17:7 | link |


İSVEÇ PARLAMENTİNİN 20 DEPUTATI ABBAS LİSANİNİN AZADLIĞA BURAXILMASI TƏLƏBİ İLƏ AYƏTULLAH XAMNEİYƏ MÜRACİƏT EDİB




İsveç parlamentinin 20 deputatı İranda həbsdə olan azərbaycanlı fəal Abbas Lisani ilə bağlı İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneiyə və ədliyyə naziri, ayətullah Mahmud Haşemi Şahrudiyə müraciət edib.

Azərbaycan Gənclər Federasyonu İsveç təşkilatının rəhbəri Nərgiz Nedainin «Media forum» saytına bildirdiyinə görə, isveçli deputatlar öz müraciətlərində Lisaninin 2006-cı il mayın 27-də Ərdəbildə keçirilən dinc aksiyalara qatıldığı, fikirlərini qeyri-zorakı, dinc formada ifadə etdiyi üçün tutulduğunu bildirir, onu vicdan məhbusu adlandırır və Lisaninin dərhal, qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

Ərdəbil məhkəməsinin A.Lisani ilə bağlı hökmü tez-tələsik çıxarmasından təəssüfləndiklərini vurğulayan isveçli deputatlar Lisaninin ailə üzvlərinin təqiblərə, həbs hədələrinə məruz qaldığını da qeyd edirlər: «Biz Abbas Lisaniyə çıxarılmış fiziki cəza hökmünün dərhal ləğv olunmasına çağırır və ona öz vəkili ilə dərhal, qeyd-şərtsiz görüşməsinə, ailə üzvləri ilə davamlı görüşməsinə icazə verilməsini, onun lazımi tibbi müalicə ilə təmin olunmasını tələb edirik».

Müraciəti imzalayan deputatlar İsveç parlamentinin insan haqları üzrə İşçi Qrupunun üzvləridir. Müraciət Azərbaycan Gənclər Federasyonu İsveçin və «Amnisti İnternəşnl» beynəlxalq təşkilatının İsveçdəki nümayəndəliyinin, İsveç parlamentinin insan haqları üzrə İşçi Qrupunun rəhbəri İnger Renenin təşəbbüsü ilə hazırlanıb.

A.Lisani 2006-cı ilin oktyabrından həbsdədir. O, 2006-cı ildə İranda yeni dərs ilinin başladığı vaxt (23 sentyabr) Azərbaycan dilində təhsilin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyaların təşkilatçılığında günahlandırılır.

Hazırda Ərdəbil mərkəzi həbsxanasının 7-ci bölməsində saxlanılan A.Lisani -ci il yanvarın 1-dən 31-dək həbsxanada aclıq aksiyası keçirib2007.

Lisani 2006-cı ilin mayında «İran» qəzetində dərc edilmiş karikaturaya etirazına görə də həbs olunmuşdu. Həmin vaxt iyunun 3-də tutulmuş, Ərdəbil mitinqçilərinə başçılıq etmək, ictimai asayişi pozmaq və dövlət əleyhinə təxribat törətmək ittihamları ilə 16 aylıq həbs və 50 şallaq zərbəsi cəzasına məhkum edilmiş, sentyabrın 26-da isə 8 min ABŞ dolları məbləğində mülkü girov qoymaqla zaminə buraxılmışdı

«Media forum»
yazilib گونئی سسی GuneySesi Sun 22 Apr 2007 saat 22:5 | link |