GÜNEYDƏ 16 YAŞLI TƏBRİZLİ FƏALI TUTUBLAR. ONUN HARDA
SAXLANDIĞI MƏLUM DEYİL
2007-06-22 - 18:38:00
İyunun 19-da ETTELAAT-ın nəzarətində fəaliyyət göstərən «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) qüvvələri Təbrizin «Yekə Tukan» məhəlləsində yaşayan 16 yaşlı milli fəal Məhəmmədrza Əvəzpurun evinə basqın edərək onu özləri ilə naməlum istiqamətə aparıblar.
![]() |
|
Məhəmmədrza Əvəzpur |
Güney Azərbaycandakı mənbələrdən «Media forum» saytına verilən məlumata görə, həbs edilən milli fəalın valideynləri onun harda saxlandığı barədə heç bir məlumat əldə edə bilməyiblər Azərbaycan dilinin tədrisinə qoyulmuş qadağaya qarşı etiraz aksiyasında iştirakına görə özündən böyük iki qardaşı (Mustafa və Murtuza) ilə birlikdə tutularaq bir müddət həbsə salınıb. M.Əvəzpurun dediyinə görə, həbs zamanı ona müxtəlif işgəncələr verilib və hətta istintaq zamanı onu bir sutka ayaqlarından asaraq sorğu-suala tutublar
«Amnisti İnternəşnl»ın məlumatına görə, M.Əvəzpur 2006-cı il mayın 5-də keçirilən aksiya zamanı divarda «Mən türkəm, ana dilim isə türk dilidir» şüarını yazdığına görə ETTELAAT əməkdaşları tərəfindən tutulub
İyunun 30-da Bəzz qalasına yürüş keçiriləcək
Babəkin doğum günü ilə bağlı bu il iyunun 30-da Bəzz qalasına ənənəvi yürüş keçiriləcək. “Yaşmaq” qəzetinin əməkdaşı Atilla Təbrizlinin İrandan APA-ya verdiyi məlumata görə, bununla əlaqədar İranın türklər yaşayan şəhərlərində bildirişlər paylanılıb. Bildirişlərdə aksiyanın vaxtı göstərilib və türkləri bu mərasimdə fəal iştirak etməyə çağırıblar. Bununla yanaşı, həmin gün Təbrizin Rasta hissəsində və “Elgölü” bağında da aksiya keçirilməsi planlaşdırılıb
Abbas bey lisaniye teziqler Artir
İran Devleti nəinki Guneydeki Azerbaycanli feallarini həbs edir, hətta həbs olunan milli hərəkatçıları yenə də rahat buraxmırlar. Guney Azərbaycanli Hüquq Müdafiə chilerinin verdiyi məlumata görə, Devlet tərəfindən həbsə alınmış İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri olan Abbas Lisani Ərdəbil həbs xanasında teziqler məruz qalır .A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani Guney Sesi Muxbirine Melumat Verib : 2 heftedir Abbas bey le bize ve aile bashqa ozvleri gorush imkani verilmir Abbas bey telfoun acaraq nece aydir həbsxana nəzarətçiləri tərəfindən təzyiqlərə məruz qaldığını söyləyib. Onun saxlanıldığı otağa Narkamanlar veribler, her behane ile bulari incidirler.bir deqiq melumata gore zindan mesullari deyibler qoymayin lisani rahat ola. Abbas bey le 1 ay hech gorush verilmeyecek zindan mesollari deyibler, Abbas beyde deyibler bele gederse Acliqa bashlayacam
ETTELAAT ƏMƏKDAŞLARI URMİYA ZİNDANINDA REYD KEÇİRİBLƏR
SİYASİ MƏHBUSLARA İŞGƏNCƏ VERİLİB
Urmiya zindanında saxlanan siyasi məhbusların ETTELAAT əməkdaşlarının hücumuna məruz qalaraq döyülüb təhqir edilməsi barədə müxtəlif xəbərlər yayılır
«Media forum» saytının məlumatına görə, İranda Demokratiya və Hüquq Müdafiəçiləri Fəalları adlı qurum məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə deyilir ki, iyunun 6-da ETTELAAT əməkdaşları həbsxananın Fəthi soyadlı rəisinin və Qərbi Azərbaycan əyalətindəki bütün həbsxanaların baş direktoru Cabbar Baqirinin birbaşa iştirakı ilə Urmiya zindanında reyd keçiriblər. Bu zaman onlar siyasi məhbuslara məxsus korpusda saxlanan şəxslərə hücum çəkiblər və onları müxtəlif alətlərlə vəhşicəsinə döyüb təhqir ediblər. ETTELAAT əməkdaşları həmçinin məhbus ailələrinin göndərdiyi geyimləri və ərzağı müsadirə ediblər. Onların hərəkətinə etiraz edən məhbus Səid Əmirini isə döyə-döyə kameradan çıxararaq «Karantin» adı ilə məşhur olan işgəncə otağına aparıblar
İranda Demokratiya və Hüquq Müdafiəçiləri Fəallarının müraciətində «Karantin»də məhbuslara nə cür işgəncə verilməsindən də bəhs edilir. Bildirilir ki, bu işgəncə otağında məhbusun əl-ayağını bağladıqdan sonra onu bayılana qədər təpik və yumruqla döyür, sonra isə onu yarıcan vəziyyətdə, ac- susuz halda iki həftə ayrıca təcridxanaya aparırlar.
Müraciətdə məhbuslara işgəncə verən bir sıra həbsxana rəsmilərinin adları da göstərilir: Fəthi (Urmiya zindanının rəisi), Əkbər Əfşar (siyasi məhbuslar korpusunun rəisi), Firidun Kərdur (ETTELAAT-ın zindandakı nümayəndəsi), Peyman Xanzadə, Söhrabi və Bəhreyni (ETTELAAT-ın zindandakı əməkdaşları)
İranda Demokratiya və Hüquq Müdafiəçiləri Fəalları beynəlxalq təşkilatları siyasi məhbuslara qarşı təzyiq və işgəncələrin dayandırılması üçün İran hökumətinə təzyiq göstərməyə çağırır
Müraciət BMT İnsan Hüquqları Şurasına, Beynəlxalq Əfv Təşkilatına, İşgəncəyə Qarşı Beynəlxalq Komitəyə, Avropa Birliyinin insan hüquqları bölməsinə və «Hyuman Rayts» təşkilatına ünvanlanıb
Bir neche Ardabilli Feal Azadliqa Buraxildi
May ayinin 22 sində gostəriyə qatilan ve ya ondan onc Ettelat quvvələri tərəfindən tutuqlanan Ərdəbilli fəallar işgəncə ve sorqulanmaqdan sonra zindana gondərib ve nece hefte hebs de olduqdan sonra girovla Azadliqa Buraxiliblar. Bunlarin icində Mehdi mehemmedpoor, Huseyin sebebi, Vədood səadati ,Asif İbrahimzadeh,Ədalət Əbbasi , Nemat shahabi niyari, Mehemmed Əhmədi niyari,Yusuf gənizadeh niyari, Islam xudaii, Əmir Əbbasizadeh, Əlirza həmidəxo,Erdeshir Kerimiye Xiyavi ,Ramin Cehani, Adil Lutfi yer aliblar
Güney Azərbaycan Təbrizdən tutulan milli fəallar haqqında son məlumat
Süleyman Şəbani,24 yaşında, atasının adı Hüseyn və Təbrizin bağmeşə(4.üncü bölüm, İrdak apartmanları, bluk C, Q.S 31) yaşir nəsə o Təbrizin 22May(1.Xordad) günü Mənsür dörtyolayrılımında tutuqlanmışdır və indi işkəncə altındadır.
Onun dostlarından birisinin gördüyünə görə o dünən Çərşəmbə 24.Xordad saat 2:30da İmam.Xomeyni Xəstəxanasında görmüşdü ki Əmniyət qüvvələrinin nəzəri altındaydı. Onun gördüyünə görə Süleyman Şəbanı işkəncə üzərində o fizikal baxımdan ağır bir durumdadır və bədəni gövərib və yaralıdır və indi Xəstəxananın MRİ bölümündə Əmniyət qüvvələrinin gözaltında olaraq saxlanılır.
Biz onun ailisiylə danışdığımıza görə onun işkəncə olunmuş bədənindən şəkil salınıb və onları bir neçə günə qədər bizim əlimizə çatınca sizlərə göndərəcəyik.
Indiki durumda Süleyman bəy Şəbani çoz ağır durumda Xəstəxanada Məmurların qoruğundadır və onun ailəsi də belə onunla görüşə bilməyir. Biz onun ailəsiylə mühasıbə etmək istəyimizə baxmayaraq onlar məlumatın az və naqis olduğu nədəniylə buna razı olmadılar və bir neçə gün sonra hər şeyi açıqca olaraq diyeceyik və onun rəsimləri ilə birlikdə sizə buraxacağıq dedilər.
HƏBSDƏKİ QOŞAÇAYLILARI NARKOMANLAR OLAN KORPUSA KÖÇÜRÜBLƏR
ELİN SƏSİ MAĞAZASININ SAHİBİNDƏN DÜKANIN ADINI DƏYİŞMƏK TƏLƏB OLUNUR
2006-cı il mayın 22-də Təbrizdə baş vermiş hadisələrin ildönümü ilə əlaqədar Sulduzda keçirilən aksiyalar zamanı tutulmuş milli fəalların əksəri hələ də həbsdədir. Onların arasında taksi sürücüsü Əmir Fərahani də var. Bu barədə «Media forum» saytına məlumat Güney Azərbaycandakı mənbələrdən verilib.
Məlumatda bildirilir ki, bundan əvvəl ETTELAAT-ın Urmiya şöbəsində saxlanan milli fəallar Hüseyn Hüseynzadə, İrəc Xudai və Səid Nəsiri 10 milyon tümənlik mülk girovu müqabilində sərbəst buraxılsalar da, həmin şöbədə saxlanan Əkbər Paşayi və Mehdi Hacməhəmmədiyə ağır işgəncələr verilir.
Məlumatda qeyd edilir ki, milli fəal Elyaz Yekənli Urmiyanın mərkəzi həbsxanasından 12-ci korpusa aparılıb. 22 may aksiyasında tutulan qoşaçaylı milli fəalları isə Urmiya həbsxanasının narkomanlar saxlanan 14-cü korpusuna köçürüblər. Milli fəal Daryuş İsmayılzadənin də Urmiya həbsxanasında saxlandığı bildirilir.
Bundan başqa, 22 may aksiyaları zamanı Təbrizdə tutulan milli fəallar Əli Şadi, Kamal İşraqi, Vəhid Əbdüli, İbrahim Fərəczadə, Cavad Salmani, Fərrux Haşımzadə, Hüseyn Nəsiri, Nurullah Hüseyniyan, Hüseyn Rüstəmi, Səttar Məhəmmədi və Əbülfəzl Nəsiri hələ də Təbriz həbsxanasında işgəncə və təzyiq altında saxlanır.
Qoşaçayda məşhur musiqi müəllimi Məhəmməd Rza Muxtari ETTELAAT əməkdaşlarının təzyiqinə məruz qalıb. ETTELAAT əməkdaşları milli fəaldan öz mağazasına qoyduğu adı («Elin səsi») fars adı ilə dəyişməyi tələb ediblər. Məhəmməd Rza Muxtari buna etiraz etdikdə ETTELAAT-çılar onu hədələyiblər.
Təbrizli deputat həbsxanaya baş çəkib
Əkbər Ələmi siyasi məhbuslarla görüşüb
İran Məclisinə Təbrizdən seçilmiş deputat, əslən türk olan Əkbər Ələmi həbsdə olan Güney Azərbaycan Milli Hərəkatının fəalları ilə görüşüb. məlumata görə, görüş Təbriz həbsxanasında baş tutub. Məlumata görə, həbsxananın rəisi, Təbriz prokuroru da Əkbər Ələmi ilə birgə olub. Təbrizli deputat Milli Hərəkat fəalı Həsən Əsədinin durumu ilə maraqlanıb. H.Əsədi bildirib ki, Ərdəbildə Abbas Lisaninin azadlığa buraxılması üçün keçirilən etiraz aksiyasında həbs edilib, ETTELAAT təcridxanasında işgəncəyə məruz qalıb. Ə.Ələmi deputatdan aclıq aksiyasını dayandırmağı xahiş edib və bildirib ki, onun şikayətini dövlət qurumlarına çatdıracaq
Abbas Lisani məhkəməyə müraciət edib

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisani məhkəməyə müraciət edib. A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani İrandan APA-ya açıqlamasında deyib ki, müraciətdə A. Lisani azadlığa çıxmaq istəmədiyini və cəza müddətini sona qədər çəkməkdə israrlı olduğunu bildirib. Bunun səbəbini isə A. Lisani cəza müddətinin bitməsinə çox qalmaması ilə izah edib. R. Lisani mayın 16-da Abbas Lisaninin işinə baxan Təbriz Şəhər Məhkəməsinin qərarının hələ də açıqlanmadığını diqqətə çatdırıb: “Məhkəmənin keçirildiyi gündən 20 gün keçməsinə baxmayaraq, qərar açıqlanmayıb və bu da bizi narahat edir. Vəziyyətlə bağlı bütün nüfuzlu beynəlxalq təşkilatlara müraciət edilib”. Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra aksiyaların təşkil olunmasında təqsirli bilinərək saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-də Təbriz Şəhər Məhkəməsində keçirilən prosesdə isə A. Lisani 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində ittiham olunub
Fars rejimi Güneyli məhbusların yeməyinə şüşə tozu qatır
İranın hakimiyeti həbsə atılan Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı aqressiv davranır. Güney Azərbaycan İstiqlal Partiyası Analitik Mərkəzinin rəhbəri Sadiq İsabəylinin verdiyi verdiyi məlumata görə, həbs olunanların yeməklərinə "büllur şüşə tozu" adlanan maddə qatılır. Məlumata görə, bu toz insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına, zəhərlənmələrə səbəb olur. Daxili orqanların zədələnməsi nəticəsində insan 3-5 ay ərzində həyatını itirir. Qeyd edək ki, may hadisələri ilə əlaqədar Təbrizdə həbs edilənlərin sayının 800-ə çatdığı bildirilir
Urmiya türməsində "Yaşasın Azərbaycan" şüarı
Urmiya zindanında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Əkbər Paşayi ağır durumdadır. Azad olunan siyasi fəallardan birinin verdiyi məlumata görə, Ə.Paşayiyə ağır işgəncələr verilir. Sonuncu dəfə rejim qulluqçularının fiziki təzyiqlərinə məruz qalan güneyli məhbus "Öldü var, döndü yox!", "Yaşasın Azərbaycan!" şüarını səsləndirib. Qeyd edək ki, Ə.Paşayi Şəhriyar" cəmiyyətinin sədri olub. Siyasi məhbus may hadisələri zamanı həbs edilib
Güneyli hərəkatçının yeri bilindi
Dariyuş İsmayılzadə Urmiya türməsindədir
May hadisələrinin ildönümü ilə əlaqədar keçirilən aksiyalarda həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Dariyuş İsmayılzadə Urmiya zindanında saxlanılır. Qeyd edək ki, o, mayın 22-də yaxalanmış və naməlum istiqamətə aparılmışdı. Onunla birgə həbs edilmiş Milli Hərəkat fəalları Araz Soltani və və Behnam Nurməhəmmədi barədə məlumat yoxdu
Esger esedi buraxildi
dunen axsham esger bey esedi 21 gun dostaga olanan sonra tebriz hebsxanasindan ozgur buraxildi
*esger bey xurdad ayin 1 de tebrizde tutuqlanmishdi
GÜNEYLİ MİLLİ FƏAL HƏBSXANADA KEÇİRDİYİ ACLIQ AKSİYASININ 7-ci GÜNÜNDƏ XƏSTƏXANAYA APARILIB
Ötən il mayın 22-də Təbrizdə baş verən hadisələrin ildönümü ilə əlaqədar İranda keçirilən aksiyalara görə tutulmuş qoşaçaylı Behbud Quluzadə həbsdəki digər milli fəallarla birgə başladığı aclıq aksiyasının 7-ci günündə xəstəxanaya aparılıb.
Güneydəki mənbələrdən «Media forum»a verilən məlumatda B.Quluzadənin səhhətində, xüsusən böyrəyində ciddi problemin yarandığı bildirilir.
B.Quluzadənin xəstəxanadakı vəziyyəti və digər məhbusların aclıq aksiyasını davam etdirib-etdirmədiyi barədə hələlik məlumat yoxdur.
Azərbaycanlı fəal Hüseyn Füruhidə İranda edamını gözləyir
İranda haqqında edam hökmü çıxarılmış, Xoyda yaşayan Azərbaycanlı fəal Hüseyn Furuhidənin taleyi ilə bağlı ailəsi heç bir məlumat ala bilmir. Bunu Amerikanın səsinə müsahibəsində məhbusun atası Qulamhüseyn Furuhidə deyib
Beynəlxalq Amnistiya təşkilatının haqqında təcili tədbir kampaniyası başladığı Hüseyn Furujidəyə qarşı Türkiyəyə casusluq ittihamı irəli sürülüb. Məhbusun atası ittihamların əsassız olduğunu deyir
Qulamhüseyn Furuhidənin bacısı oğlu İrəc Naci də keçən ilin may mitinqləri zamanı əhalini nümayişə çağırdığı ittihamı ilə Oktyabr ayında həbs olunub və Beynəlxalq Amnistiyanın verdiyi məlumata görə, o zamandan bəri təkadamlıq kamerada saxlanılır. Qulamhüseyn Furuhidənin özü də rejim əleyhinə fəaliyyətə görə üç il həbsdə olub
Qulamhüseyn Furuhidə beynəlxalq təşkilatların yardımına ümid edir
Guneyde hebsler devam edir
BMT-nin Xüsusi Araşdırmalar Qrupu İrana müraciət edib
Sənəddə güneyli fəalların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur
BMT-nin Xüsusi Araşdırmalar Qrupunun üzvləri İran rəhbərliyinə məktub ünvanlayıblar.verilən məlumata görə, sənəddə son günlər Güney Azərbaycanda baş vermiş hadisələr və İran polisi, təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş milli fəallar durumundan narahatlıq ifadə olunur. Qrup üzvləri həmçinin məktublarında hazırda Tehranda Evin həbsxanasının 209-cu bölməsində saxlanılan tanınmış hüquq müdafiəçisi və Milli Hərəkat fəalı Səid Mətinpurun məsələsinə də toxunublar. Onlar hərəkatçının sağlıq durumunun ürəkaçan olmadığı və təcridxanada işgəncələrə məruz qaldığı haqqında məlumatlar aldıqlarını diqqətə çatdırıblar. Məktubun sonunda Səid Mətinpur və digər güneyli fəalların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur. Bu arada Azərbaycanlı siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) rəhbəri Faxtə Zamani İsveçrənin Cenevrə şəhərində BMT Xüsusi Araşdırmalar Qrupunun üzvləri və "Amnesty İnternational"ın (Beynəlxalq Əfv Təşkilatı) nümayəndərilə görüşüb. Xanım Zamani onlara İran həbsxanalarında günahsız yerə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalları, o cümlədən tanınmış hüquq müdafiəçisi Səid Mətinpurun vəziyyəti barədə ətraflı məlumat verib
Amnesty Internationalin (Effe beynelmilel) Guney Azerbaycanlilar haqda verdigi beyanat
Huquq mudafiecisi faxteh xanim zamaninin muracieti
Selamlar
Oxudugunuz yazi Amnesty Internationalin (Effe beynelmilel) feallarimiz haqda son bayaniyesidi (Urgent Action) . Lutfen bu bayaniyenin sonunda verilen
Beynəlxalq Amnistiya Təşkilatı 8 Guney Azerbaycanli Fealin Haqqinda Beyanat Verib
Aşagida Adi gelən soydaşlarimizin tutulmalari ve geyri qanuni saxlanmalarindan endishe
Esma’il Javadi, journalist
Ebulfezl Alilu
Ramin Sadeghi
Qahreman Qanbarpour
Jelil Qanilu,Ghanilou
Safar Ali Kho’ini
Ja’far Haqnazari
Adel Allahverdipour
http://web.amnesty.org/library/index/engMDE130202007?open&of=eng-IRN
«Amnisti İnternəşnl» Mehdi mehemmedpur ve husein nesiri haqda beyanat verib
Beyanat engiliscedir ve orda mehdi mehemmed purun ve husein nesirinin tutulmasi ve onlarinn belli olmayan yerde saxlanildigindan endişelenib.
http://www.hr.baybak.com/?p=50
«Amnisti İnternəşnl» Seid Metin Pur haqda beyanat verib
Uluslararasi Eff Orgutu (Amnesty International) həbsdə saxlanan Seid Metin Pur güneyli milli fəalın ağır durumu barədə bəyanat yayaraq onun işgəncə verilmə təhlükəsi ilə üz-üzə qalmasından narahat olduğunu açıqlayıb.
Beyanat engiliscedir ve orda metin purun tutulmasi ve onun belli olmayan yerde saxlanildigindan endişelenib.
http://web.amnesty.org/library/index/engMDE130202007?open&of=eng-IRN
>>>>>>
Abbas Lisaninin məhkəmə qərarı hələ açıqlanmayıb
Mayın 16-da Abbas Lisaninin işinə baxan Təbriz şəhər Məhkəməsinin qərarı hələ açıqlanmayıb. Bunu APA-ya İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri olan Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani deyib. O bildirib ki, məhkəmənin keçirildiyi vaxtdan 15 gün ötməsinə baxmayaraq, qərar açıqlanmayıb və bu da A. Lisaninin ailəsini narahat edir: “Mayın 16-da keçirilən məhkəmə iclasında Abbasın azadlığa buraxılması haqda vəsatət qaldırılıb. Dövlət ittihamçısı da, hakimlər də onun günahsız olduğunu bilir. Onunla həmin gün mühakimə olunan azərbaycanlılardan bir neçəsi haqqında məhkəmə qərarı bəlli olsa da, Abbas Lisani barədə verilən qərar açıqlanmır”. O, A. Lisaninin həbsxana nəzarətçiləri tərəfindən təzyiqlərə məruz qaldığını da söyləyib.
Təbrizli ziyalı məhkəməyə verilib-Deputatlar İranın Azərbaycandakı səfirinin Milli Məclisəçağırılmas
Deputatlar İranın Azərbaycandakı səfirinin Milli Məclisə çağırılmasına dair məsələ qaldırıblar
Deputatlar İranın Azərbaycandakı səfirinin Milli Məclisə çağırılmasına dair məsələ qaldırıblar. Bu təkliflə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında müxalifəti təmsil edən Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış edib. O qeyd edib ki, İranda yaşayan azərbaycanlıların hüquqları pozulur, soydaşlarımız bu ölkənin hakimiyyət orqanlarının təzyiqləri ilə üzləşirlər
«İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması gündəmə gətiriləndə Azərbaycan tərəfi bildirir ki, rəsmi Bakı İranın daxili işlərinə qarışmır. Lakin demokratiya və insan hüquqları məsələsi heç bir ölkənin daxili işi ola bilməz. Eyni zamanda, Azərbaycan dövləti dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi məsələsində mənəvi məsuliyyət daşıyır. Hətta bunun üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb» - deyə Ağazadə vurğulayıb
Onun fikrincə, Azərbaycan dövləti İranda yaşayan soydaşlarımızın hüquqlarının təmin olunması məsələsinə müdaxilə etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirinə müvafiq tapşırıqlar verməlidir. Eyni zamanda, Xarici İşlər Nazirliyi İran tərəfi ilə müzakirələrə başlamalıdır: «Milli Məclis də bu məsələyə biganə qalmamalıdır. İranın Azərbaycandakı səfiri parlamentə dəvət edilməli və ondan izahat alınmalıdır»
Müxalifəti təmsil edən Musavat deputat qrupunun üzvü Nəsib Nəsibli də Ağazadənin təklifini dəstəkləyib.O qeyd edib ki, ən azı Milli Məclisin İnsan huquqları daimi komissiyasında qapalı dinləmələr keçirilməlidir və İran səfiri də həmin dinləmələrə dəvət edilməlidir
Deputatlar Sabir Rüstəmxanlı, Fazil Qəzənfəroğlu, Arzu Səmədbəyli və Pənah Hüseyn də Ağazadənin qaldırdığı məsələyə dəstək veriblər. Onlar qeyd ediblər ki, İranın hakimiyyət orqanları Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarını pozur və Azərbaycan tərəfi bunun qarşısını almaq üçün məsələyə müdaxilə etməlidir
Təbrizli ziyalı məhkəməyə verilib
İranda Güney Azərbaycan Milli Hərəkatına yaxın ictimai xadimlər də təzyiqlərə məruz qalır. "Guney sesi" ye daxil olan melumata görə, "Arman" cəmiyyətinin sədri Yunis Zareyiyun üçüncü dəfə məhkəməyə çəkilib. Məlumata görə, Y.Zareyiyun Təbriz universitetində tələbələrin Milli Hərəkata meyllənməsinə çalışan bir ziyalıdır. Onu məhkəməyə universitetdə çalışan müəllimlərdən biri verib. Bundan öncə 2 dəfə məhkəməsi keçirilmiş Y.Zareyiyun iş almamışdı.
GÜNEY AZƏRBAYCANDAKI AKSİYALARDA İŞTİRAKA GÖRƏ HƏBS OLUNAN TƏBRİZ UNİVERSİTETİNİN TƏLƏBSİ AZADLIĞA ÇIXIB
Güney Azərbaycanda keçirilən aksiyalar zamanı tutulan milli fəal Nadir Məhd Qarabağ iyunun 7-də azadlığa buraxılıb.məlumata görə, N.Məhd Qarabağ Təbriz Universitetinin elektronika fakültəsinin tələbəsi olub.
Artirmaliyiq ki həmçinin, N.Məhd Qarabağ bir müddət bundan əvvəl həbs olunarkən Təbriz Universitetinin tələbələri onun tutulmasına etiraz əlaməti olaraq bir neçə gün universitetin həyətində oturaq aksiya keçiriblər. Tələbələr N.Məhd Qarabağın dərhal azadlığa buraxılmasını tələb etmişdilər.
Tələbələrin həmin etirazından sonra onlardan bir qrupu universitetin ETTELAAT şöbəsi tərəfindən idarə olunan İnzibati Komitəyə çağırılıb, tələblərdən izahat alınıb. Komitə tələbələrə institutdan çıxarılacaqları barədə xəbərdarlıq edib.
ETTELAAT-ın TUTDUĞU MİLLİ FƏALLARDAN BƏZİLƏRİNİN ADLARI MƏLUM OLSA DA, ONLARIN HARADA SAXLANDIĞI HƏLƏ DƏ BİLİNMİR
Bu il mayın 22-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Təbriz, Urmiya və Sulduzda keçirilən etiraz aksiyaları zamanı ETTELAAT məmurları tərəfindən tutulmuş milli fəallar barədə yeni məlumatlar yayılmaqdadır
məlumata görə, mayın 22-də Təbrizdə ETTELAAT əməkdaşları tərəfindən tutulan milli fəal Məhəmməd Rəhbərinin harada saxlandığı hələ də məlum deyil. M.Rəhbərinin ailəsi hansı həbsxanaya müraciət edibsə, onlara bu adda məhbusun məhbuslar siyahısında olmadığını deyiblər. M.Rəhbərinin ailəsi onun həbsxanada işgəncəyə məruz qala biləcəyindən narahatdır.
Güneydən verilən məlumatlarda o da bildirilir ki, mayın 22-də keçirilən etiraz aksiyalarında ETTELAAT əməkdaşları tərəfindən tutulan fəallardan bir neçəsinin adı bəlli olub. Bu, Məhnaz Məhəmmədzadə, Daryuş İmamizadə, Mənsur Elyari, Sasan Keyvani və Musa Pərizaddır. Milli fəalların müxtəlif həbsxanalarda saxlandığı və onlardan bəzilərinin istintaq zamanı işgəncəyə məruz qaldığı vurğulanır.
URMİYA ZİNDANINDA YATAN GÜNEYLİ MİLLİ FƏAL EDAM ƏRƏFƏSİNDƏDİR
«Amnisti İnternəşnl» həbsdə saxlanan iki güneyli milli fəalın ağır durumu barədə bəyanat yayaraq onlara ağır işgəncə verilməsindən, fəallardan birinin edam təhlükəsi ilə üz-üzə qalmasından narahat olduğunu açıqlayıb. Bəyanatda bildirilir ki, Azərbaycanın məşhur hüquq müdafiəçilərindən olan Hüseyn Fərhudə heç bir əsas göstərilmədən Türkiyənin xeyrinə casusluq ittihamı ilə edam təhlükəsi altındadır.
Urmiyanın İnqilab Məhkəməsi 9 aydır ETTELAAT-ın yerli zindanında saxlanan xoylu milli fəal H.Fərhudəni edama məhkum edib. «Amnesti İnternəşnl» bəyanatda H.Fərhudəyə ağır işgəncə verildiyini, azərbaycanlı fəalın fəqərə sütununun sındırıldığını bildirir.
Bəyanatda H.Fərhudəyə anası və digər ailə üzvləriylə görüş verilmədiyi vurğulanır. H.Fərhudənin Türkiyə vətəndaşı olan həyat yoldaşına istinadən deyilir ki, 2006-cı ilin sentyabr ayından bəri məhbusdan hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.
Bəyanatda həmçinin H.Fərhudənin bibisi oğlu olan milli fəal İrəc Nacinin də ağır vəziyyəti barədə məlumat verilir. Bildirilir ki, Xoy əhalisini 2006-cı ilin may etiraz aksiyalarına çağırdığı üçün həbs edilən İ.Naci ötən ilin oktyabrından bəri Urmiyanın ETTELAAT zindanında təkadamlıq kamerada saxlanılaraq cürbəcür işgəncələrə məruz qalıb.
«Amnisti İnternəşnl» haqqında bəyanat yaydığı hər iki məhbusun dərhal azadlığa buraxılmasını tələb edir.
GÜNEYDƏ ETTELAAT-ÇILARIN ÖZBAŞINALIĞI DAVAM EDİR
Azərbaycan Milli Hərəkatının fəallarına qarşı Tehran hakimiyyətinin təzyiqləri artmaqdadir. Mayin 22-də ötənilki etiraz aksiyalarinin ildönümü ilə bağli dinc aksiyalarda iştirak edənlər rejimin təqib, basqi və işgəncələrinə tuş gəlməkdədirlər.
iranin rəsmi xəbər agentlikləri və informasiya vasitələri baş verənlər barəsində ya məlumat vermir, ya da olaylari təhrif edirlər. Bu isə həmin hadisələr barəsində informasiyanin dolğun və vaxtinda yayilmasinda əngəllər yaradir. Bu baximdan tutulanlar barədə hadisələrdən xeyli sonra da yeni-yeni məlumatlar yayilir.
“Mediaforum”un yaydiği məlumata görə, Güney Azərbaycanin Urmiya şəhərində ETTELAAT-in yerli şöbəsində saxlanilan ibrahim Moini istintaq zamani işgəncələrə məruz qalib. Ötən il dekabrin 12-də Azərbaycan Milli Hökumətinin yarandiği günlə bağli keçirilmiş tədbirlərdə iştirak etdiyi üçün həbs olunmuş Elyaz Yekənli Moiniyə verilən işgəncəyə etiraz edib. Bu hərəkətinə görə döyülərək, ağir işgəncəyə məruz qalib. O, bir müddət öncə Milli Təhlükəsizlik Nazirliyinin yerli təcridxanasinda infarkt keçirmişdi. Son fiziki təzyiq nəticəsində isə onun səhhətinin ağirlaşdiği barədə məlumatlar yayilib.
Urmiya şəhərindən olan başqa bir fəal Hadi Həmidin də istintaq zamani ETTELAAT əməkdaşlari tərəfindən işgəncəyə məruz qalmasi və təhqir olunmasi haqda da məlumatlar yayilib. Bu hərəkat fəali Urmiyadaki Özəl Universitetin memarliq fakültəsinin tələbəsidir.
“Ustad şəhriyar” ədəbi dərnəyinin və “Duman” şeir birliyinin üzvü Məhsa Mehdizadə isə bir neçə dəfə Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinə çağirilaraq dindirilib.
Bu qəbildən olan başqa məlumatlarda isə bildirilir ki, etiraz çixişlari zamani həbs olunmuş Vəli Azəriyunun (۲۰۰۶ May şəhid olmuş Tohid Azəriyunun qardaşi) Nəğədə şəhərində (keçmiş adi Sulduzdur) tutulmuş məhbuslarla bir yerdə saxlanilir, Kərim Nəimi və Fəramərz Qulamzadə Urmiya həbsxanasina aparilib, türk dili müəllimi Mirəli Rzai Mahabad (əsl adiSoyuqbulaqdir) rayonundaki zindana köçürülüb.
Azərbaycanlı siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Xanim Zamani Güney Azərbaycan türklərinin demokratik mübarizəsinə Tehran hakimiyyətinin tutduğu divan barədə BMT-nin insan Haqlari üzrə Ali Komissarliğina, Beynəlxalq Əfv Təşkilatina və insan haqlarinin müdafiəsi ilə məşğul olan bir sira qurumlara məlumat verib.
Müraciətdə həm ötən, həm də cari ilin mayinda Azərbaycandaki etiraz aksiyalari haqqinda məlumat verildiyi xatirladilir. Orada bildirilib ki, bu il mayin 22-də ötənilki nümayişlərdə şəhid olmuşlari anmaq məqsədi və zindana düşənlərin azadliğa buraxilmasi tələbi ilə yürüş və mitinqlər keçirilib.
“Tehran hakimiyyəti Güney Azərbaycanda elan olunmamiş fövqəladə rejimin tələblərini həyata keçirir. Polis və ETTELAAT qüvvələri bu ilin mayindan başlayaraq, Azərbaycanda qarşisina keçənləri həbs edir. Onlari tutuqladiqdan sonra işgəncə verirlər.
Bu günə qədər 500-dən artıq nəfərədək soydaşimiz tutulub, dindirilir. işgəncə ilə onlardan “etiraf və peşmanliq” barədə izahat alinir. Bu zorakiliq nəticəsində şəhid olanlarla yanaşi həbsxanadakilarin bir qisminin ölüm təhlükəsi ilə üz-üzə qaldiği barədə də məlumatlar yayilmaqdadir”, - deyə Faxtə Xanim bildirib.
Bundan başqa hazirda Urmiyadaki zindanda saxlanilan Hüseyn Fərhudə və irəc Naci barədə Beynəlxalq Əfv Təşkilatinin yaydiği bəyanat haqda məlumat verən qurum sədri qeyd edib ki, onlarin edam olunmasi ehtimallari artmaqdadir.
Xanim Zamani daha sonra vurğulayib: “Aldiğimiz dəqiq məlumatlara görə, silahli qüvvələr, polis və ETTELAAT məmurlari azərbaycanlilara qarşi ağlagəlməz bir şəkildə basqilar edir, qarşilarina çixan gəncləri tutur, icazəsiz olaraq istədikləri evlərə girir, insanlari heç bir səbəb göstərmədən işdən qovur və ailələrə hədə-qorxu gəlirlər. Universitet və məktəblərə hücum edilir, bir çox hallarda tələbələr universitetlərdən qovulurlar.
iş o yerə çatib ki, Daxili işlər Nazirliyi yerlərdəki təhsil idarələrinə müraciət edərək, müstəqil düşüncəli insanlar haqda məlumat verilməsini tələb edib. Bu vəsilə ilə çoxlu sayda şagird və tələbə tutulub”.
HƏBSDƏ OLAN GÜNEYLİ MİLLİ FƏALLARA TƏZYİQ, TƏHQİR VƏ İŞGƏNCƏLƏR DAVAM EDİR
İranda 22 may etiraz aksiyalarında iştiraka görə həbsə salınan güneyli mill fəallara təzyiq, təhqir və işgəncələr barədə yeni məlumatlar yayılmaqdadır. Güney Azərbaycan mənbələrindən «Media forum»a daxil olan məlumata görə, ETTELAAT-ın Urmiya şöbəsinin həbsxanasında saxlanan İbrahim Moini istintaq zamanı ağır işgəncələrə məruz qalıb. 21 Azərin ildönümü ərəfəsində tutulan milli fəal Elyaz Yekənli İ.Moiniyə işgəncə verilməsinə etiraz etdiyinə görə döyülüb və ağır xəsarət alıb. Hələ bir müddət əvvəl zindanda infarkt keçirən məhbusun səhhətinin son dərəcə ağır olduğu bildirilir
Urmiya zindanında saxlanan milli fəal Hadi Həmidin də istintaq zamanı ETTELAAT əməkdaşları tərəfindən döyülməsi və təhqirə məruz qalması da gələn xəbərlər arasındadır. H.Həmid Urmiya Azad Universiteti memarlıq fakültəsinin tələbəsidir. Digər bir məlumatda «Ustad Şəhriyar» ədəbi dərnəyi və «Duman» şeir birliyinin üzvü Məhsa Mehdizadənin bir neçə dəfə ETTELAAT-a çağırılaraq dindirildiyi deyilir
Məlumatlarda həmçinin aksiyalar zamanı tutulmuş Vəli Azəriyunun (şəhid Tohid Azəriyunun qardaşı) Sulduz məhbusları ilə bir yerdə saxlandığı, Kərim Nəimi və Fəramərz Qulamzadənin Urmiya həbsxanasına aparıldığı, türk dili müəllimi Mirəli Rzainin isə Soyuq Bulaq (Məhabad) şəhərinin zindanına köçürüldüyü bildirilir
İRAN PARLAMENTİNİN TƏBRİZDƏN OLAN DEPUTATI AZƏRBAYCANLI FƏALLARA QARŞI ZORAKILIQLA BAĞLI NAZİRLƏRƏ SORĞU GÖNDƏRİB
İran parlamentinin - İslami Şura Məclisinin Təbrizdən olan deputatı Əkbər Ələmi hökumətin azərbaycanlı milli fəallara qarşı yol verdiyi zorakılığa və milli fəalların kütləvi şəkildə həbs olunmasına etiraz edib. Ə.Ələmi bununla bağlı İranın təhlükəsizlik nazirinə, yəni ETTELAAT-ın rəhbərinə və daxili işlər nazirinə sorğu ünvanlayıb
məlumata görə, sorğuda bildirilir ki, İranda türk dilində məktəblərin açılmasını və tədrisin ana dilində aparılmasını tələb etdiyinə görə Azərbaycan türklərinin böyük bir qismi təhqirlərə məruz qalır, həbs olunur və həbsxanada ciddi təzyiqlər altında yalançı etiraflar, ifadələr verməyə məcbur edilirlər
Deputat öz sorğusunda təhlükəsizlik və daxili işlər nazirlərindən soruşur: «Sizcə, insanları yalnız öz ana dilinə və doğma mədəniyyətinə bəslədiyi sevgiyə və konstitusiyanın 15-ci maddəsinin icrasını tələb etdiyinə görə həbs etmək olarmı? Sizcə, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması bəhanəsi ilə insanların ən ibtidai və insani hüquqlarına, o cümlədən də söz və əqidə azadlığına, dinc məqsədlərlə, hər hansı bir odlu silah daşımadan keçirilən aksiyalarına qadağa qoymaq olarmı? Sizcə, özünün ibtidai və insani hüquqlarını tələb edən insanların heysiyyətinə, mənliyinə, şəxsiyyətinə toxunaraq heç bir əsas olmadan onların evlərinə girib şəxsi həyatına təcavüz etmək olarmı
İran konstitusiyasının 15-ci maddəsinə görə, fars dili ölkənin rəsmi dili olmasına baxmayaraq İranda yaşayan bütün xalqların dilləri fars dili ilə yanaşı məktəblərdə tədris edilə bilər
2006-cı ilin may hadisələrinin ildönümü ilə əlaqədar bu il mayın 22-də Təbrizdə və başqa şəhərlərdə azərbaycanlılar aksiyalar keçiriblər. Polis və təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edib, istər aksiyalar zamanı, istərsə də ona hazırlıq günlərində bir sıra fəallar tutulub, həbsxanada təzyiq və işgəncələrə məruz qalıblar
|
Təbrizdə izdihamlı mitinq keçirilib
![]() |
| 22 May,2007. Təbrizlilər etiraz edir |
Bu həftə mayın 22-də İran Azərbaycanının bir sıra şəhərlərində 2006-cı il Xordad – May hərəkatının ildönümü ilə bağlı kütləvi aksiyalar keçirilib. Ən böyük nümayişin Təbriz şəhərində baş tutduğu bildirilir. Aksiyaya 10 mindən 20 minə qədər adamın qatıldığı xəbər verilib.
500-dən artıq azərbaycanlı fəalın itkin düşdüyü bildirilir
| Faxtə Zamani |
Son həftə ərzində Təbrizdə tutulanların sayı haqda dəqiq məlumat yoxdur. İranın rəsmi orqanları 15 nəfər «xarici amilin» həbsi ilə 22 may aksiyalarına mane olduğunu iddia etsə də yerli nümayəndələr, o cümlədən Urmiyənin keçmiş millət vəkili Təbrizdə tutulanların sayının bundan qat-qat çox olduğunu bildirib. Azərbaycanlı siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani Amerikanın səsinə müsahibəsində Təbrizdən 500-dən artıq adamın itkin düşdüyü barədə məlumatlar alındığını, indi onlardan hansının həbsdə olduğu, hansının həbs olunmamaq üçün gizləndiyi barədə məlumatların dəqiqləşdirildiyini deyib. İndiyə qədər Təbrizdə yüzdən artıq fəalın həbsi barədə məlumat dəqiqləşdirilib.
Aksiyadan sonrakı günlərdə də digər şəhərlərdə həbslər davam edib.
![]() |
| Əlirza Cavanbəxt Quluncu |
Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komtəsinin sözçüsü Əlirza Cavanbəxt məhbusların sayı ilə bağlı son məlumatı bizə çatdırıb.
Mayın 22-də Təbriz telekanalının xəbərlərində məhbuslara qarşı heç bir işgəncə tətbiq olunmadığı bildirilib. Lakin «Amerikanın səsi» radiosuna müsahibə verən Barış Türkoğlunun sözlərinə görə, fəallara ailə üzvləri və vəkilləri ilə görüş imkanı verilmir və məhbəsdəki mənbələr şiddətli işgəncələr barədə xəbər verir.
ASMEK sözçüsü Əlirza Quluncu məhbusların bir çoxunun nəinki vəkillə, hətta ailələri ilə də görüşə bilmədiyini deyib.
Urmiyəli tələbəni Ettelaatda gizlədirlər
Hüquq müdafiəçilərinin sözlərini Urmiyədə həbs olunmuş 24 yaşlı tələbə Əkbər Paşayinin qardaşı Mehdi Paşayinin dedikləri də təsdiqləyir. Urmiya universitetinin tələbəsi və Ustad Şəhriyar tələbə ocağının rəhbəri Əkbər Paşayini Universitet məsulları mayın 22-də özləri Ettelaat məmurlarına təhvil veriblər. Mehdi Paşayi qardaşının ettelaata aparıldığı barədə xəbəri aldıqdan sonra yaşadığı Miyanə şəhərindən Urmiyəyə gəlib, lakin Əkbərin harada olduğu barədə xəbəri çox çətinliklə ala bilib.
Əlirza Quluncu məhbusların ailələrinə olan təzyiqlər ucbatından məlumatları almaqda çətinlik çəkdiklərini deyib.
Ərdəbil və Zəncanda həbslər
![]() |
| Mehdi Məhəmmədpur |
Mayın 22-də Ərdəbildəki aksiyalar zamanı və aksiyalardan əvvəl tutulan milli fəallardan 40 nəfərinin Ərdəbil həbsxanasına aparıldığı bildirilir. Ərdəbil həbsxanasına salınan milli fəallar arasında Mehdi Məhəmmədpur, Hüseyn Səbəbi və tanınmış ədəbiyyatçı Əlirza Həmidəxunun da olduğu deyilir.
Mehdi Məhəmmədpur və Hüseyn Səbəbi son bir ay ərzində ikinci dəfədir ki həbs olunublar. Öncəki həbsləri zamanı onların hər ikisinə işgəncə verildiyi bildirilir.
Ötən il mayın 24-də ən çox qanlı hadisələrə şahid olan Sulduz (Nəqədə) şəhərində bu günün ildönümü ilə əlaqədar şəhər əhalisi həlak olanların məzarı üstə toplaşaraq yas mərasimi keçirib.
Azərbaycanlıları təhqir edən karikaturalara qarşı bir il bundan əvvəl keçirilən etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi.
ASMEK sözçüsü Əlirza Quluncu dünən Zəncan şəhərində hüquq müdafiəçisi Səid Mətinpurun da həbs olunduğunu bildirdi.
Universitetlərdə etirazlar davam edir
Təbriz və Həmədan universitetində isə mayın 23-ü və 24-ü etirazlar davam
![]() |
| 24 may 2007-ci il. Həmədan Universitetində tələbələr etiraz edir |
edib və tələbələr arasında həbslərə etiraz olaraq yeni mitinqlərə çağırış vərəqələri paylanıb. Həmədan universitetinin tələbələri ağızlarına lent yapışdırıb və Universitetin böyük zalında əllərində 35 milyon azərbaycanlıya danışmaq və anba dilində təhsil hüququ kimi şüarlar tutublar. Bu şəhərdə hər hansı həbslər barədə məlumat yoxdur. Mayın 24-də Təbriz universitetinin qarşısında etiraz aksiyası keçirilib.
"OLAYLAR" agentliyi bildirir ki, tələbələr iki gün öncə keçirilən aksiyalardan sonra ETTELAAT-a aparılmış tələbə Nadir Mehdi Qarabağinin azad olunmasını tələb ediblər. Aksiyada xanım tələbələr də iştirak edib.
Məlumata görə, tələbələr siyasi fəalın buraxılması üçün universitetin əsas giriş qapısına doğru yürüş ediblər. Təhlükəsizlik qüvvələri tələbələrin qarşısını ala bilməyib. Tələbələr N.Mehdi Qarabaği azad edilməsə, universitetdən çıxacaqlarını bəyan ediblər. Aksiyanın qətnaməsi oxunub. Milli Marş oxunduqdan sonra aksiyaya son qoyulub Təbriz tələbələri bu günlərdə oturaq aksiya keçirəcəklərini bəyan edirlər. «Media forum» saytının məlumatına görə, tələbələr bununla bağlı yaydıqları bəyanatda oturaq aksiyada başqa universitet tələbələrinin iştirak edəcəyini də vurğulayıblar.
Urmiyədə vəziyyət gərgin olaraq qalır
![]() |
| İsmayıl Cavadi |
Jurnalist İsmayıl Cavadinin sözlərinə görə,Urmiyə universitetində də aksiyalara çağırışlar səslənməkdədir. Ümumiyyətlə Urmiyədə fövqəladə vəziyyətin davam etdiyi, fəalların iş yeri və evlərinin nəzarət altında olduğu bildirilir. Urmiyədən servisimizə məlumatları çatdıran jurnalist Cavadi mayın 23 də Ettelaat idarəsinə çağırılaraq təhdid edilib. Ona Amerikanın səsinə müsahibə verməsi irad tutublar və daha bu məlumatıları ötürməyəcəyui haqda iltizam almaq istəyiblər. Cənab Cavadi bu iltizamı verməkdən imtina edib. Çünki onun sözlərinə görə, "dünya Güney Azərbaycanda baş verənlərdən xəbər tutmalıdır".
Tutulub i
23 may da Ərdəbil şəhrində milli fəallardan 40 nəfəri zindana koçurdilər.
May ayinin 22 sində gostəriyə qatilan ve ya ondan onc Ettelat quvvələri tərəfindən tutuqlanan Ərdəbilli fəallar işgəncə ve sorqulanmaqdan sonra zindana gondəriblər. Bunlarin icində Mehdi mehemmedpoor, Huseyin sebebi, Vədood səadati ,Asif İbrahimzadeh,Ədalət Əbbasi , Nemat shahabi niyari, Mehemmed Əhmədi niyari,Yusuf gənizadeh niyari, Islam xudaii, Əmir Əbbasizadeh, Əlirza həmidəxo yer aliblar.
Öbiri tutulanlarin kimlikləri gizli saxlanir və hələlik əlimizə kəsin bilgi gəlməyib.
Təbriz zindanindan Son Xəbərlər
Son Aldigimiz dəqiq məlumatlara Əsasən Həmid Dubəndeh, Husen Səburi, Davood Əmidi hal hazirda təbriz zindaninda cox Agir dorumda məhbusdoorlar.
Bu fəallar 22 may təbriz mitingində ettelat quvvələri tərəfindən dəhşətli şəkildə işgəncə olub və Agir vəziyətdə doyulub,tapdalandan sonar , Xəstaxanaya qaldiriliblar. Sonra Mustəqim təbriz zindanina təhvil veriliblər.
TƏBRİZ UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OTURAQ AKSİYA KEÇİRƏCƏKLƏRİNİ BƏYAN EDİBLƏR
Təbriz Universitetinin tələbələri 22 may hadisələrinin ildönümü ilə əlaqədar təşkil olunan aksiyalara görə tutulan tələbələrin və milli fəalların sərbəst buraxılması tələbi ilə mayın 26-da oturaq aksiya keçirəcəklərini bəyan edirlər. «Media forum» saytının məlumatına görə, tələbələr bununla bağlı yaydıqları bəyanatda oturaq aksiyada başqa universitet tələbələrinin iştirak edəcəyini də vurğulayıblar.
Mayın 22-də Ərdəbildəki aksiyalar zamanı tutulan milli fəallardan 40 nəfərinin Ərdəbil həbsxanasına aparıldığı bildirilir. Ərdəbil həbsxanasına salınan milli fəallar arasında Mehdi Məhəmmədpur, Hüseyn Səbəbi və tanınmış ədəbiyyatçı Əlirza Həmidəxunun da olduğu deyilir.
Urmiyada tutulmuş milli fəal Hüseyn Hüseynzadənin isə ETTELAAT-ın Urmiya şöbəsində saxlandığı bildirilir.
SULDUZDA ŞƏHİDLƏRİN XATİRƏSİ ANILIB. İRANDA MAY HADİSƏLƏRİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ETİRAZLAR və HƏBSLƏR DAVAM EDIR
Ötən il mayın 24-də ən çox qanlı hadisələrə şahid olan Sulduz (Nəqədə) şəhərində bu günün ildönümü ilə əlaqədar şəhər əhalisi həlak olanların məzarı üstə toplaşaraq yas mərasimi keçirib.
«Azadlıq» radiosu «Urmu News» saytına istinadən xəbər verir ki, minlərlə hərbçinin yerləşdirildiyi Sulduzda fövqəladə vəziyyət davam edir və yas mərasimində iştirak edən yüzlərlə insan nəzarət altına alınıb.
Azərbaycanlıları təhqir edən karikaturalara qarşı bir il bundan əvvəl keçirilən etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi.
22 may aksiyalarının ildönümü ilə bağlı Təbrizdə başlayan yeni etiraz dalğası ayın 23-ü və 24-də də davam edib. Mayın 22-də milli haqlarını tələb edən on minlərlə nümayişçinin keçirdiyi dinc yürüşlər təhlükəsizlik qüvvələrinin hücumu, iştirakçıların bəzisinin yaralanması və onlarla fəalın həbsi ilə nəticələndikdən sonra mayın 23-ü və 24-də etiraz əlaməti olaraq Təbriz bazarında alver dayandırılıb.
Təbrizdən verilən son məlumata əsasən, mayın 23-də polis bazarda apardığı yoxlama zamanı bir neçə gənci həbs etmək istəyib. Buna etiraz edən sakinlərlə polis arasında toqquşma olub. Yüzə yaxın insan zorla Təbriz həbsxanasına aparılıb.
Son üç gündə Təbrizdə tutulanların sayı haqda dəqiq məlumat yoxdur. İranın rəsmi orqanları 15 nəfər «xarici amilin» həbsi ilə 22 may aksiyalarına mane olduğunu iddia etsə də yerli nümayəndələr, o cümlədən Urmiyanın millət vəkili Təbrizdə tutulanların sayının bundan qat-qat çox olduğunu bildirir.
Mayın 22-də Təbriz telekanalının xəbərlərində məhbuslara qarşı heç bir işgəncə tətbiq olunmadığı bildirilib. Lakin «Amerikanın səsi» radiosuna müsahibə verən Barış Türkoğlunun sözlərinə görə, fəallara ailə üzvləri və vəkilləri ilə görüş imkanı verilmir və məhbəsdəki mənbələr şiddətli işgəncələr barədə xəbər verir.
Təbriz və Həmədan universitetində isə mayın 23-ü və 24-ü etirazlar davam edib və tələbələr arasında həbslərə etiraz olaraq yeni mitinqlərə çağırış vərəqələri paylanıb.
Urmiyada fövqəladə vəziyyətin davam etdiyi, fəalların iş yeri və evlərinin nəzarət altında olduğu bildirilir. Mayın 22-də Urmiya universitetinin tələbəsi və Ustad Şəhriyar tələbə ocağının rəhbəri Əkbər Paşayi həbs olunub. Paşayi universitetin təhlükəsizlik məmurları tərəfindən tutularaq ETTELAAT idarəsinə təslim edilib. Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi mayın 22-də yalnız Urmiyada 80 nəfərin həbs olunduğunu təxmin edir.
Qoşaçayda mayın 22-də tutulan 15 fəalın adı məlumdur. Onların hamısının mayın 24-də Urmiya həbsxanasına aparıldığı bildirilir.
Qoşaçaydan gelen xeberlere göre 22 may milli qiyamın birinci il dönümü ile elaqedar bu şeherde tutuqlananları n deqiq sayısı 16 neferdir. Bunlardan 10 neferi Qoşaçay ittilaatında ve 6 neferi de Urmu ittilaatında saxlanılır. eherden tutulanlar
Qoşaçay ittilaatında saxlınılanlar:
1- Behbud Qulizade
2- Celal Kuyderilu
3- Şahin Heseni
4- Murteza Lek
5- Mustafa Dövletxah
6- Yusuf Şakiriyan
7- evez ehmedi
8- Dariyuş Endelibi
9- Eynullah Ahəngəri
10-Emir Zöhriyan
Urmuda saxlanılanlar:
1- Behkam Mehemmedi
2- Eli Sultani
3- Emir Seqefi
4- Meqsud Fethi
5- Mohsen Feramerzi
6- Emir Ağazade
Şehere ağır bir hava hakimdir ve tam şekilde bir sıxı yönetim yaşanmaqdadır. Bu arada "Azerbaycan noqteye seqle iran ast" ve bunun kimi yazilar, iran rehberinin şekilleri ve sipahın böyük boyda propaqanda amaclı afişaları diqqet çekir.
bilmeliyik ki ordibeheshy ayin31dan eherden Saleh mollaabbasi ve Morteza mahammedi itilaat terefinden Aparilib indiye dek xeber yoxdi
İran Azərbaycanında etiraz dalğası səngisə də təzyiqlər səngimir. Mayın 22-də Qərbi Azərbaycan vilayətinin şəhərlərində baş verənlər barədə Amerikanın səsinə məlumat verən jurnalist İsmayıl Cavadi ertəsi gün yerli Ettelaat idarəsinə çağırılıb. Orada xarici radiolara məlumat ötürmənin qadağan olduğunu jurnalistin nəzərinə çatdırıblar. Cavadi öz növbəsində bu qadağanın heç bir hüquqi əsası olmadığını söyləyib və bir daha xarici tele-radio kanallarına müsahibə verməyəcəyi barədə yazılı iltizam verməkdən imtina edib. Amerikanın səsinə bu təhdidlər barədə məlumat verən Cavadi bundan sonra da bölgədən məlumat vermək əzmində olduğunu bildirib.
http://www.voanews.com/azerbaijani/2007-05-25-voa20.cfm
TƏBRİZDƏ MİNLƏRLƏ İNSANIN İŞTİRAKI İLƏ AKSİYA KEÇİRİLDİ.
POLİS GÖZYAŞARDICI QAZDAN İSTİFADƏ EDİB
Savalan Sesi/ Bir neçə gün əvvəldən elan edilməmiş fövqəladə vəziyyətin hökm sürməsinə, minlərlə polis və ETTELAAT əməkdaşının şəhərin əsas küçə və meydanlarına nəzarət etməsinə baxmayaraq ötən ilin may hadisələrinin ildönümünü qeyd etmək, həmin aksiyada hökumət qüvvələrinin odlu silahla qətlə yetirdiyi onlarla şəhidin xatirəsini anmaq məqsədilə mayın 22-də Təbrizdə böyük etiraz aksiyası keçirilib
may 2007
guney Azerbaycan 22 may 2007 Etirazlari
təbrizlilər Tərbiyyət küçəsində, Təbriz bazarına gedən əsas yollarda, Saat qabağında, Rastaküçədə, «Məşrutə evi»nin qarşısında toplaşaraq saat 18-də aksiya keçirməyə başladilar. Təbrizin əsas küçələrində yerləşdirilən yerli polis və təhlükəsizlik qüvvələri, o cümlədən Tehrandan və digər bölgələrdən gətirilmiş silahlı qüvvələr aksiyaçıların bir meydanda birləşməsinin qarşısını almaq üçün əsas yolları bağlayıblar. Onlar aksiyaçıları dağıtmaq üçün dəyənəkdən və gözyaşardıcı qazdan istifadə ediblər.
millet saat 6:00 a qeder yerde eylesherek bazar agzinda (molevi bazarinin qarshisinda) , gozleyirdiler ki ta etirazin ciriqqesi vorola.o zaman tam saat 6:00 da mamoorlar milleti eyleshdiyi yerden dorgizib ve dagiltmaq istediyi zaman , camat hooooooooo sesi ile ayaga qalxaraq , " haray haray man turkam" shuari ile yurushe bashladilar. bu dik yuzlerce yegan vije , intizami mamorin , eli , silahli ve batomli quvvelerin gozunin qabaginda oz verdi.bu zaman mamoorlar milletin ostune hemle ederek olari dagiltmaq istedi , ama milletin say coxli baximindan bu ishe nail ola bilmedi.ve yurush esli xiyavan dan bashlayaraq, sele dondu , Azerbaycanlilar " haray haray man turkam " , " oz dilinde medrese olmalidir her kese " - " Ana dil de medrese . " turku dilde medrese " - " olum olsun fashiste " - " biz babakin serbaziyik biz olmeye haziriq" - " yashasin Azerbaycan " - Azerbaycan bir olsun , merkezi tebriz olsun , sharlarin seslendiriirdiler .
Təbrizin əsas küçələrində yerləşdirilən yerli polis və təhlükəsizlik qüvvələri, o cümlədən Tehrandan və digər bölgələrdən gətirilmiş silahlı qüvvələr aksiyaçıların bir meydanda birləşməsinin qarşısını almaq üçün əsas yolları bağlayıblar. Onlar aksiyaçıları dağıtmaq üçün dəyənəkdən və gözyaşardıcı qazdan istifadə ediblər.
Polis və təhlükəsizlik qüvvələri aksiyada iştirak edən qadınlara qarşı xüsusi qəddarlıq nümayiş etdiriblər, onları döyməklə yanaşı həm də həddindən artıq ağır söyüşlərlə təhqir ediblər. sheherin muxtelif yerlerinden gule sesi gelirdi.
Şəhərin müxtəlif yerlərində polislə qarşıdurmalara, təhlükəsizlik qüvvələrinin aksiyaçıları dağıtmaq cəhdlərinə baxmayaraq etiraz aksiyası saat 21:30 radələrinədək davam edib.
Qarşıdurmalarda 500 nəfərə yaxın nümayişçinin tutulduğu və gözləri bağlanaraq naməlum istiqamətə aparıldığı bildirilir.
Guney Azerbaycanin, tebriz 22 may 2007- Savalan Sesi Muxbiri
SON GÜNLƏRDƏ GÜNEY AZƏRBAYCANDA 150-yə YAXIN MİLLİ FƏALIN HƏBS OLUNDUĞU BİLDİRİLİR
Azərbaycan
Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) ötən il mayın 22-də Təbrizdə keçirilən aksiyaların ildönümü ərəfəsində Güney Azərbaycanda ETTELAAT əməkdaşları tərəfindən tutulan milli fəallarla bağlı hesabatını açıqlayıb. ASMEK son günlərdə 150-yə yaxın fəalın həbs olunduğunu bildirir
Hesabatda bütün Azərbaycan şəhərlərində ela edilməmiş fövqəladə vəziyyətin hökm sürdüyü və silahlı polis qüvvələrinin şəhərlərin əsas küçə və meydanlarını nəzarətdə saxladığı vurğulanır. Qeyd edilir ki, təkcə Sulduz şəhərində son 10 gündə 60-dan çox milli fəal ETTELAAT məmurları tərəfindən həbs edilib. Sulduzun Forudabad məhəlləsində Azərbaycanla bağlı CD yayan 5 mağazanın qapısı möhürlənib
Hesabatda tutulan milli fəallardan bir neçəsinin adları sadalanır: «Bilim Yolu» dərnəyinin rəhbəri Mirəli Rzai, yazıçı və müəllim Məhəmməd Sadıq Moinzadə, İbrahim Moini, Azərbaycan Rəqs Qrupunun üzvü Fəramərz Qulamzadə, Behzad Quçai, Kərim Nəimi, Mustafa Qasimi, Mehdi Vahidi və şair İsmayıl Bəhrami (Yanan)
ASMEK-in məlumatına görə, Urmiyada da həbslər aparılıb. Həbs edilənlər arasında Səid Nəsiri, Vəhid Bəhadüri, İrəc M.Azər, Turəc M.Azər, Bağır Əhmədiyan kimi fəallar var.
Təbrizdə tutulan fəallardan bəziləri bunlardır: Hüseyn Nəsiri, Nurullah Hüseyniyan, Fərrux Haşımzadə, Əmir Abbas Bəna Kazimi, Əbülfəzl Nəsiriyan, İbrahim Fərəczadə və Məhəmməd Rzai.
Ərdəbildə Mehdi Məhəmmədpurun, Xiyavda isə Beytullah Bazərganın tutulduğu bildirilir.
Qum şəhərində milli fəal Həmid Şəfacu prokurorluğa çağırılıb. Prokurorluqda onu döyüblər. Şəfacudan milli hüquqlar uğrunda fəaliyyətinə son qoymaq tələb olunub.
GÜNEY AZƏRBAYCANDA HƏBSLƏR GEDİR
Ötən il mayın 22-də Təbrizdə baş vermiş hadisələrin ildönümü ilə bağlı İran hökuməti Güney Azərbaycanda milli fəallara qarşı təqibləri gücləndirməkdə davam edir. Güneydəki mənbələrdən «Media forum» saytına verilən məlumata görə, son günlər ETTELAAT əməkdaşları Təbrizdə bir sıra fəalları həbs ediblər. Tutulanların sırasında Hüseyn Nəsiri, Nurullah Hüseyniyan, İbrahim Fərəczadə, Araz Təbrizli, Fərrux Haşımzadə, Elman Nuri, Mehdi Məhəmmədpur, Nasir Abbasi, Mustafa Əlipur, Yaqub Sabiri, İbrahim Əhmədi, Həsən Cəfəri və Yaqub Zahidin adları çəkilir
Mayın 20-də ETTELLAT əməkdaşları heç bir iddia irəli sürmədən tanınmış milli fəal Çingiz Bəxtəvərini də həbs ediblər. Onun hazırda harda saxlandığı bəlli deyil
Əhər şəhərində son günlərdə üç milli fəal - Fərəc Nuri, Rza Xəzri və İbrahim Nuri tutularaq naməlum istiqamətə aparılıb. Hələ ki, onların da yeri bilinmir
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlının «Media forum»a bildirdiyinə görə, mayın 22-də Marağa şəhərinin Azad Universitetində bəzi tələbələr (əsasən ötən ilin may-iyun hadisələrində şəhid olanların yaxın qohumları) hüquq-mühafizə orqanlarına çağırılıblar. Onlardan heç bir aksiyaya qoşulmamaq tələb olunub. Əks halda tələbələr universitetdən xaric ediləcəkləri ilə hədələnib.
A.Qaradağlının dediyinə görə, Qoşaçay şəhərində milli hərəkatıçılar motosikllərlə yürüş keçiriblər
və əhalini mayın 22-də etiraz aksiyalarına qoşulmağa çağırıblar







