تبليغاتX
Guney Sesi


Çengiz Bəxtavər Təbriz zindanından məktub yazıb


21/07/2007

Azərbaycanlı fəal Təbriz zindanında qanunsuz saxlanılır - yükləmək üçün 
 - Azərbaycanlı fəal Təbriz zindanında qanunsuz saxlanılır 

Çengiz Bəxtavər
Çengiz Bəxtavər

İranda Azərbaycanlıların milli hüquqları uğrunda mübarizədə xüsusi yeri olan Bəxtavər ailəsinə təzyiqlər davam edir. Tanınmış hərəkat fəalı Çengiz Bəxtavər Təbriz zindanından yazdığı məktubunda İran hökumətinin ona və ailəsinə qarşı basqılarından beynəlxalq təşkilatlara şikayət edib.

Mayın 20-də iş yerində həbs olunan Çengiz Bəxtavər hələ də rəsmi ittiham irəli sürülmədən saxlanılır.

Onun qardaşı Cahanbəxş Bəxtavər bir neçə ay həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılıb. Bu barədə Amerikanın səsinə Çingiz Bəxtavərin oğlu Babək məlumat verib.

Cahanbəxş Bəxtavəri 2006-cı ilin iyununda Babək qalasına yürüşlə bağlı

Babək Bəxtavər
Babək Bəxtavər

Azərbaycan Azadlıq Hərəkatı adından vərəqələr yaymaqda və bu təşkilata üzvlükdə günahlandırılaraq həbs etmişdilər. Babək Bəxtavər əmisinin keçən il iki aylıq həbsi zamanı işgəncələrə məruz qaldığını deyir. 

Bu il 22 may – 2006-cı ilin May hərəkatının ildönümü ərəfəsində aprel ayında Cahanbəxş Bəxtavəri həbs edərək keçən ilki ittihamlarla məhkum olunduğu 6 aylıq həbs cəzasının icrasına başlayıblar.

Babəkin atası Çingiz Bəxtavərə qarşı isə hələ rəsmi ittiham irəli sürülməyib və o, işgəncələr altında həbsdə saxlanılır. 

Çengiz Bəxtavər bu günlərdə məhbəsdən yazdığı məktubunda ona edilən təhdid və təzyiqlərdən söz açır. O, Təbriz zindanının işgəncələri ilə dünyaca məşhur olan Evin zindanından da dəhşətli olduğunu, istintaq zamanı özünün ölümlə hədələndiyini qeyd edir. “Bu işlər hamisi Azərbaycan Türk millətinin beynəlxalq prinsiplər və konvensiyalara üyğün olaraq haqlarini mudafiə və tələb etmək üzrə mubarizəmizə görə baş verir ki, bu haqlar  hətta İran İslam Respublikasının ana qanununda da əksini tapıb. Bütün bunlar məni ideyalarımdan və milli hüqüqlrimizi mudafiə etməkdən çəkindirmək məqsədi daşiyir,” deyə cənab Bəxtavər məktubunda qeyd edir.

Çengiz Bəxtavər yazır ki, müstəntiqlər oğlu Babəkin və digər ailə üzvlərinin milli hüquqlar uğrunda fəaliyyətinin onun həyatı üçün təhlükə yaratdığını deyir, və İranda 1999 ildə baş vərən zəncirvar siyasi qətlləri xatırladırlar. Çengiz Bəxtavər məktublarında ona qarşı rəsmi ittihamın irəli sürülmədiyini, istintaq zamanı isə xariclə əlaqələri barədə sorğu suala tutulduğunu yazır.

Babək Bəxtavər atasının həbsindən sonra həftələrlə onun harada olduğundan xəbərdar olmadıqlarını deyir. Onun sözlərinə görə, anası hər dəfə Çengiz bəylə görüşə gedərkən təhqirlərə məruz qalır.

Çengiz Bəxtavər məktubunda İran hökumətinə qarşı kəskin ittihamlarla çıxış edir, özünə və ailəsinə olan təzyiqlərə son qoyulması üçün Beynəlxalq təşkilatlardan İran hökumətinə təzyiq edilməsini istəyir.

yazilib گونئی سسی GuneySesi Sun 22 Jul 2007 saat 12:4 | link |


Abbas Lisaninin məhkəmə qərarı açıqlanıb

Abbas LesaniMayın 16-da Abbas Lisaninin işinə baxan Təbriz şəhər Məhkəməsinin qərarı  açıqlanıb

 Təbriz Şəhər Məhkəməsinin qərarıi İle Lisani 1 il bashqa Hebse Mehkum Oldular

  Məhkəmədə keçirilən prosesdə isə A. Lisani1382 ici gunesh ilinde Turkce teqvim neshrine dair ve 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində ittiham

 ireli sorulmishdi

Abbas Lisaninin həbsxana nəzarətçiləri tərəfindən təzyiqlərə məruz qalırı 

yazilib گونئی سسی GuneySesi Fri 20 Jul 2007 saat 13:22 | link |


Azərbaycan fəallarının ağır işgəncələrə məruz qaldığı bildirilir

«Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi» (ASMƏK) növbəti hesabatında İran zindanlarında həbsdə olan azərbaycanlı fəallara qarşı işgəncələrin şiddətlənməsindən narahat olduğunu bildirib

Komitənin 16 iyul tarixli hesabatında bildirilir ki, vəziyyətləri haqda az məlumat əldə edilən məhbuslar, o cümlədən İlyas Yekanlı, Hüseyn Fərhudə, İrəc Naci, Səid Mətinpur, Cəlil Qənilu və hazırda Təbriz zindanında saxlanılan yeniyetmə fəal Məhəmmədrza Əvəzpur böyük ehtimalla işgəncə edilib və onlara qarşı fiziki, mənəvi təzyiqlər hələ də davam edir  

Bu məlumatı son vaxtlar həbsdən azad edilən şəxslərin müşahidələri əsasında topladığını bildirən ASMƏK başqa faktlara da əsaslanır. Belə ki, bu yaxınlarda İranın rəsmi televiziyasında siyasi məhbusların «etirafları» daha çox göstərilir. Bunun da ümumiyyətlə mənəvi və fiziki işgəncələr nəticəsində əldə edildiyinə inanılır. Eyni zamanda adı çəkilən fəalların ailələri ilə görüşünə icazə verilmir və onların çoxunun harada saxlanıldıqları belə məlum deyil

Digər tərəfdən «Bay Bak» xəbər saytı iyulun 18-də Təbriz zindanında saxlanılan tanınmış fəal Çingiz Bəxtavərin üç səhifədən ibarət əl yazısını dərc edib. Cənab Bəxtavər BMT-nin İnsan Haqları Şurası və başqa beynəlxalq təşkilatlara etdiyi 13 iyul tarixli müraciətində İranda azərbaycanlı fəalların davamlı olaraq təhdid və təzyiqlər altında olduğunu, özü və başqalarının qeyri qanuni həbslərdən sonra ruhi və cismi əziyyətlərə məruz qaldığını bildirir

Azadlıq Radiosu

yazilib گونئی سسی GuneySesi Fri 20 Jul 2007 saat 12:48 | link |


صالح کامرانیSaleh Kamranlı 1200 dollar ödəyəcək  

Tehranın 42 saylı məhkəməsi tanınmış vəkil, Milli Hərəkat fəalı Saleh Kamranlıya 2 min dollar cərimə kəsib. GAMOH-un Quzey Azərbaycan təmsilçiyindən "OLAYLAR"a daxil olan məlumata görə, bundan öncə Tehranın 13 saylı İnqilab Məhkəməsi S.Kamranlını nizamın əleyhinə fəaliyyət göstərməkdə suçlandıraraq 5 il azadlıqdan məhrum etmişdi. 42 saylı məhkəmə işə yenidən baxıb və cərimə cəzası çıxarıb. Qeyd edək ki, S.Kamranlı ötən il qeyri-qanuni olaraq oğurlanmış və 3 ay həbsdə saxlanmışdı

OLAYLAR

yazilib گونئی سسی GuneySesi Wed 18 Jul 2007 saat 17:44 | link |


Azərbaycanda dostaqda olan fəallara olan təziyq get gedə artmaqdadi

 
 Abbas Lisani 2 hafta aiyləsi ilə göruşdən men edilib
Abbas Lesani
Ərdəbil zindaninda saxlanilan Azərbaycanli fəaal Abbas Lisani zindan yetkililəri
əmrinə qarşi çixmaq uçun 2 hafta aiyləsi ilə göruşdən men edilib

Bu barədə Ərdəbildən xəbər gəlibdir ki İttilaat, Zindan rəiysi və Ərdəbil məhkəməsi rəiysi Abbas lisanidən istəiyblər özünü psikologia xastaliqlar bölümünə tanitdirsin.  Lisani bəisə bu işdən imtina edir

Abbas Lisaninin hayat yoldaşi bildiribdir ki Abbas bəy əgər məmurlarla işbirligi aparmazsa, onu Kirman yada Əhvaz şərinə sürgün edəcəklər, bu bilgiləri Abbas bəiyn vəkili aiyləyə verib

Azərbaycanda dostaqda olan fəallara olan təziyq get gedə artmaqdadi  

yazilib گونئی سسی GuneySesi Sun 15 Jul 2007 saat 23:0 | link |



ÜÇ AY ƏVVƏL TUTULMUŞ DÖRD TƏBRİZLİ FƏAL AZADLIĞA ÇIXIB

husein nesirinurullah huseinian -tebrizli fealTəbriz həbsxanasında saxlanan azərbaycanlı fəallardan dördü iyulun 16-da azadlığa çıxıb. Bu barədə «Media forum» saytına Demokratik Dünya Azəbaycanlıları Konqresinin üzvü Sirus Azadi məlumat verib.Məlumatda bildirilir ki, Hüseyn Nəsiri və Nurullah Həsəniyan 30 milyon, Cavad Səlmani 40 milyon, İbrahım Fərəczadə isə 70 milyon tümən həcmində mülk girovu qoyduqdan sonra sərbəst buraxılıb. Onlar üç ay əvvəl həbs olunmuşdular.

yazilib گونئی سسی GuneySesi Sun 15 Jul 2007 saat 22:49 | link |

Amerikanın səsi ▪ Azerbaijan

Hüquq müdafiəçiləri Zəncan fəallarının həbsi ilə bağlı narahatlığını bildirir

14/07/2007

Səid Mətinpur və Cəlil Qənilunun işgəncələrə məruz qaldığı ehtimal olunur - yükləmək üçün audio clip
 - Səid Mətinpur və Cəlil Qənilunun işgəncələrə məruz qaldığı ehtimal olunur audio clip

İran Azərbaycanına pəncərə proqramını dinləyirsiniz. Hüquq müdafiəçiləri İranın Zəncan şəhərində mayda həbs olunmuş fəalların vəziyyəti ilə bağlı narahatlığını ifadə edir

İyulun 3-də Sərhədsiz jurnalistlər təşkilatının da haqqında bəyanatla çıxış etdiyi 6 jurnalistdən biri – Səid Mətinpur mayın 25-də həbs olunub

Qeyd edək ki, İranın Azərbaycan dilli qəzetlərində yazıları ilə məşhur olan cənab Mətinpur və onun qardaşı Əlirza Mətinpur ana dili günü ilə bağlı aksiyalardan sonra da həbs edilmiş, təqribən 10 gündən sonra azadlığa buraxılmışdılar

Mayın 25-də həbs edildikdən sonra Səid Mətinpura bir dəfə də olsun ailəsi ilə görüşmək imkanı verilməyib. O, Tehranın işgəncələri ilə məşhur olan Evin zindanına aparılıb və keçən həftə yenidən Zəncan həbsxanasına qaytarılıb

Bundan sonra evə zəng edən Mətinpur sağ olduğunu deyib

Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMEK) sözçüsü Əlirza Quluncu İran hökumətinin Zəncanda fəallara qarşı xüsusi qəddarlıq nümayiş etdirdiyini deyir 

Mətinpurun və onunla eyni gündə həbs olunan və Tehranın Evin zindanına aparılan Cəlil Qənilunun işgəncələrə məruz qalması ilə bağlı narahatlıq var

Əlirza Quluncunun sözlərinə görə, Zəncanda həbs olunan daha iki fəalın - Behruz Səfəri və Hüseyn Rəhmətinin ailəsi edilən təhdidlərə görə hətta həbs faktını belə təsdiqləməkdən şəkinir

yazilib گونئی سسی GuneySesi Sun 15 Jul 2007 saat 22:48 | link |

 
TEHRAN AZƏRBAYCANI TALAN EDİR

Güneyin Tikab rayonundakı yataqlarda 8 milyon ton qızıl ehtiyatı var

Ötən illərin təcrübəsi göstərir ki, İran rəhbərliyi çətinliyə düşəndə Azərbaycan türklərini yardıma çağırır. Amma qos-qocaman bir millətin adına keçirilən milli-mədəni mərasimləri dağıtmaqdan və öz milli, təbii, qanuni haqlarını tələb edən azərbaycanlılara divan tutmaqdan çəkinmir. Bu azmış kimi, Güney Azərbaycan türkünün haqqını hər addımbaşı tapdayan Tehran hakimiyyəti
onun təbii sərvətlərini talan etməkdən də əl çəkmir


>>>>>>
yazilib گونئی سسی GuneySesi Sun 15 Jul 2007 saat 22:43 | link |


Ərdəbildə aksiya

Camaat benzinin qiymətinin artması ilə razılaşmır

İranda benzin böhranı davam edir. "OLAYLAR"a daxil olan məlumata görə,   benzinin satışına qoyulan məhdudiyyət Ərdəbilin iqtisadiyyatına zərbə vurub. Ziyan xüsusilə turizm sektoruna dəyib. Narazı ərdəbilli iş adamları ostandarın binası qarşısına toplaşaraq etirazdarını bildiriblər. Polislə qarşıdurma zamanı bir neçə nəfər həbs edilib

Qaynar News  

yazilib گونئی سسی GuneySesi Sun 15 Jul 2007 saat 22:43 | link |


Amerikanın səsi ▪ Azerbaijani


İranda azərbaycanlılara qarşı təzyiqlər artıb: ASAM-ın experti Arif Kəskinlə Müsahibə


10/07/2007

ASAMIN Experti Arif Kəskinlə müsahibə - yükləyin audio clip

Ankaradakı Avrasya Strateji Araşdırmalar Mərkəzinin Yaxın Şərq üzrə experti  Arif Keskinlə ötən ilin May hadisələrindən sonra İranda Azərbaycanlılara  qarşı  təzyiqlərin artması haqqında Bulud Mehmandarlının  müsahibəsi

yazilib گونئی سسی GuneySesi Sun 15 Jul 2007 saat 22:42 | link |


Behruz Alizadeh Azadliqa Buraxildi

۱۴ Ay hebsde qalan Guney Azerbaycanli Genc Herekat Feali Behruz Alizadeh  Ardabil Zindanindan Azadliqa buraxilib.

Ardabilli feal kecen il Ardabil de May Ayinin Etirazlari zamani hebs edilib 10 aya ve 1 Mehr Oxullarin Achlishi zamani hebsindede 6 aya mehkom olmushdir.

Feal Daim həbsxana nəzarətçiləri tərəfindən təzyiqlərə məruz qaldığını da söyləyib.

yazilib گونئی سسی GuneySesi Wed 11 Jul 2007 saat 23:48 | link |


Bakıya səfər edən fəallar İrana qayıtdıqdan sonra həbs olunur

Sulduzdan (Nəqədə) alınan məlumata görə, keçmiş bank işçisi 37 yaşlı Kərim Pəzirə və «Babək» ləqəbi ilə tanınan 20 yaşlı fəal Vəli Siyami Bakı səfərindən qayıdan kimi nəzarət altına alınıblar.

«Urmu News» saytının iyulun 10-da yaydığı xəbərə əsasən, onlar ETTELAAT-ın təcridxanasına aparılıb və bu günə qədər həbsdə saxlanılır.

Həbs edilənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Bakıda səfərdə olarkən ETTELAAT onların İrana qayıtmasını tələb edib. Onlar İrana daxil olanda Astara sərhədində nəzarət altına alınıb, Ərdəbilin ETTELAAT idarəsinin təcridxanasına aparılıb. On gün orada saxlandıqdan sonra yaşadıqları Sulduz şəhərinin ETTELAAT idarəsinə təhvil veriliblər və artıq 10 gündur ki, Nəqədə zindanında saxlanılırlar

Hazırda həmin zindanda saxlanan digər bir fəal Əmir Fərahani də Azərbaycana səfərdən sonra həbs edilib

Azərbaycanlıları təhqir edən karikaturalara qarşı 2006-cı ilin may ayında keçirilən kütləvi etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi. Mayın 24-də baş verən bu hadisənin ildönümü münasibəti ilə şəhər əhalisi həlak olanların məzarı üstə toplaşan vaxt 30-a yaxın insan nəzarət altına alınmışdı

Bu hadisələrdən sonra Sulduzda təhlükəsizlik tədbirləri, fəallar və onların ailələrinə qarşı təzyiqlər daha da artıb

Sulduzun tanınmış fəallarından İbrahim Moini bu yaxınlarda 10 ay həbsə məhkum edilib və Urmiyə zindanında saxlanılır

yazilib گونئی سسی GuneySesi Wed 11 Jul 2007 saat 22:50 | link |


Hərəkatçılar 4 ay iş aldı

Güney Azərbaycan Milli Hərəkatının iki fəalına 4 ay həbs cəzası verilib. Savalan Sesi xəbər agentliyinin verdiyi məlumata görə, Əsgər ƏkbərzadəMənsur Ciddi adlı milli hərəkatçılar konstitusion quruluşun əleyhinə təbliğat aparmaqda, bildirişlər paylamaqda və bölücülükdə suçlandırılıblar. Qeyd edək ki, Ə.Əkbərzadə Ərdəbil universitetinin kimya fakültəsinin tələbəsidir. 15 gün bundan öncə həbs edilmiş hərəkatçı gizli təcridxanalardan birində işgəncə altında saxlanılıb. Onun və hərəkat yoldaşının həbsi haqqında qərar iyulun 6-da çıxarılıb 

yazilib گونئی سسی GuneySesi Mon 9 Jul 2007 saat 22:40 | link |

azadlıq radiosu:

Yeniyetmə fəal təhlükəli cinayətkarlarla birgə saxlanılır

«Urmu News» xəbər saytına bu haqda məlumat verən gənc fəalın atası Sadıq Əvəzpur bildirib ki, hələ də oğlunun həbs edilməsinin səbəbini öyrənə bilmədiyi halda onun cinayətkarlarla bir yerdə saxlanılması xəbəri ailəni dəhşətə salıb.

Məhəmmədrza Əvəzpurun valideynləri 20 gün bundan əvvəl nəzarət altına alınan övladlarının hansı həbsxanaya aparıldığını bu günə qədər öyrənə bilməmişdi.

İyunun 19-da «Bəsic» adlanan hökumətin könüllülər dəstəsinin üzvləri Təbrizin «Yekə Dükan» məhəlləsində yaşayan Əvəzpur ailəsinin evinə hücum edərək 16 yaşlı Məhəmmədrzanı nəzarət altına almışdılar.

Ötən il Məhəmmədrza Əvəzpur Azərbaycan dilində tədris tələbi ilə keçirilən aksiyalar zamanı iki qardaşı Mustafa və Murtuza ilə birlikdə tutularaq bir müddət həbsə salınmışdı.

Bu hadisədən sonra insan hüquqları təşkilatlarına müsahibə verən gənc fəal istintaq zamanı 24 saat ayaqlarından asılaraq sorğu-suala tutulduğunu və bu müddət ərzində ona su belə verilmədiyini bildirmişdi.

Beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» 2006-cı il oktyabrın 11-də Əvəzpur qardaşları haqda bəyanat verib.

http://www.azadliq.org/Article/2007/07/09/20070709114746277.html

yazilib گونئی سسی GuneySesi Mon 9 Jul 2007 saat 22:39 | link |

 

 Təbrizdə azərbaycanlıların keçirdiyi aksiya vəhşicəsinə dağıdılıb

Həbs olunanlar və yaralananlar var

Babəkin doğum gününün Bəzz qalasında qeyd olunmasına yaradılan maneələrə etiraz əlaməti olaraq iyulun 7-də Təbriz şəhərində keçirilən aksiya İranın hüquq-mühafizə orqanları tərəfindən dağıdılıb
Güney Azərbaycan İnformasiya Mərkəzindən (GAİM) Sirus Azadinin APA-ya verdiyi məlumata görə, hüquq-mühafizə orqanları səhər saat 7:00-dan hazır vəziyyətə gətirilib və şəhəri ...
davamı »


>>>>>>
yazilib گونئی سسی GuneySesi Mon 9 Jul 2007 saat 22:35 | link |


Babək qurultayının son günü yeni həbslərlə nəticələnib

Bu il iyunun 30-dan 7 iyula qədər Babək qurultayının qeyd edildiyi həftə İranın bir çox Azərbaycan şəhərində elan edilməmiş fövqəladə vəziyyət mövcud olub, məntəqədə polis və hərbi güvələrin sayı artırılıb

Buna rəğmən Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəmdinə həsr edilmiş bu həftə ərzində müxtəlif şəhərlərdə şənlik mərasimi qeyd edilib. Mərasimin dinc şəraitdə keçirilməsinə baxmayaraq iştirakçılardan bir neçəsinin həbs edildiyi xəbər verilir

Şənbə iyulun 7-si səhər saatlarından Təbriz küçələrində hərbi vəziyyət hökm sürüb. Axşam saat 5-dən başlayaraq əhalinin şəhərin mərkəzi meydanlarında toplaşması ilə polis və hərb dəstələrin sayı da artırılıb. Buna baxmayaraq şəhərin müxtəlif yerlərindən Babəkin şəklini daşıyan balonlar göyə buraxılıb və atəşfəşanlıq olub

«Baybak» internet xəbər servisinin verdiyi məlumata əsasən gecə saat 9 radələrində «Bəsic» adlanan hökumət tərəfdarı könüllülər dəstəsinin adamları Təbrizin küçələrində toplaşan əhaliyə hücum edərək, şənlik mərasiminə son qoyub, bir neçə iştirakçını nəzarət altına alıblar

Həbs edilənlər arasında Həmid Purvəli adında 27 yaşlı bir fəalın olduğu bildirilir. Təbrizin Babək mərasimində tutulan başqalarının adı hələ bəlli deyil

Bir gecə bundan əvvəl- iyulun 6-da Urmiyədə keçirilən şənlik mərasimdə tanınmış fəallardan Kərim Paşayinin həs edildiyi bildirilir

«Urmu News» xəbər agentliyinin verdiyi məlumata görə Kərim Paşayi Urmiyənin «Şəhər Çayı» adlı sahil parkında keçirilən şənlik mərasimində atəşfəşanlıqlara baxan vaxt təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Onun həyat yoldaşı dərhal etiraz etməyə başlayıb və iştirakçıların qarşısında çıxış edib. Xanım Paşayinin nitqindən həyəcana gələn əhalinin etirazları silahlı qüvvələrin müdaxiləsi ilə dayandırılıb

Urmiyənin «Ərteş» meydanında qəzet köşkü olan cənab Paşayi bundan öncə 2006-cı il may ayının karikatura qalmaqalı və sentyabrda Azərbaycan dilinin məktəblərdə yasaq edilməsinə etiraz aksiyaları zamanı həbs və vəsiqə şərti ilə azad edilmişdi 

Babək Xürrəmdinin ad günü kimi qəbul edilən tarix adətən Kəleybər şəhərinin yaxınlığındakı Bəzz, yaxud Babək qalasında qeyd edilir. Lakin, son iki il ərzində İran hökumətinin məntəqədə hərbi manevrlər keçirməsinə görə qalanın ətrafında toplaşmağa imkan tapa bilməyən əhali bu mərasimi şəhər mərkəzlərində qeyd edir

yazilib گونئی سسی GuneySesi Sun 8 Jul 2007 saat 17:28 | link |


İran Azərbaycanında Babək həftəsi başa çatıb

İran Azərbaycanında Babək həftəsi başa çatıb. İran Azərbaycanındakı fəallardan aldığımız xəbərlərə görə, İran hökumətinin Bəzz qalası ətrafında hərbi manevrləri keçirməsi ucbatından qalaya yürüş bu il də baş tutmayıb.

Bu qadağa, bir çox şəhərlərdə kiçik lakin çoxsaylı tədbirlərin keçirilməsinə rəvac verib. Azərbaycanlıların milli mədəni hüquqları uğrundə hərəkatın tanınmış simalarından biri Qulamrza Əmaninin sözlərinə görə, Təbrizdə müxtəlif kiçik aksiyalar müşahidə olunub.

Cənab Əmani İran hökumətinin dinc aksiyaya icazə verməməsinə heç cür izah tapa bilmir.

Qulamrza Əmaninin sözlərinə görə, bu gün Təbrizli fəal hərəkatın tanınmış simalarından biri Çengiz Bəxtavərin qardaşı Cahanbəxş Bəxtavər bir aydan uzun sürən həbsdən sonra azadlığa buraxılıb. Çengiz Bəxtavərin keçən cümə axşamı keçirilən məhkəməsinin hökmü isə hələ elan olunmayıb.

2006-cı ilin may etirazlarının ildönümü ilə bağlı həbs olunan 300-dən artıq Təbrizlidən hələ də onlarla nəfərin həbsdə qaldığını bidlirən cənab Əmani, bunun hərəkatçıların əhval ruhiyyəsini sarsıtmadığını deyir.

yazilib گونئی سسی GuneySesi Sun 8 Jul 2007 saat 17:27 | link |


Kərim Paşayi Urmu şəhrində oğurlanib

TinyPic image

Urmu şəhrində qəzetə satmağla məşğul olan Kərim bəy daha öncə May qiamlarinin il dönümündə tutulub və vəsiqə qoyaraq buraxilmişdi

Bu hafta juma gecəsi Kərim Paşayi öz ayiləsi ilə milli qəhrəmanimiz Baybəkin doğum günü qutlamalari şənliklərə qatilaraq, Urmu şəhrində ƏlQədir parkina getmişdi. Orda şənlik və fişfişa atmaq ilə qutlamalar gərçəkləşmaqdaidi

Ancaq Paşayi bəy Ozəl Güclər (Yeqani Vijə) tərəfindən dövülərək özəl avtobusa mindirilir. Kərim bəyin hayat yoldaşi isə etirazlarinin dinlənmədigi uçun millət arasina gedib va öz danişiqlari ilə milləti etiraz etmege çaöirir

Günahsiz tutulan şəxsi qurtarmaq uçun Ozəl Quvvələr ilə millət arasinda tartişmalar başlayir ancaq tezliklə Kərim Paşayini bir mersedes avtomobilinə mindirərək ordan özaqlaşdirib və naməlum yerə aparirlar. Hələlik bu Azərbaycanli soydaşdan xəbər yoxdurş

yazilib گونئی سسی GuneySesi Sun 8 Jul 2007 saat 3:26 | link |


Azərbaycanlı hüquq müdafiəçilərinin həbsi davam edir

 

Tehranın «Evin» həbsxanasında saxlanan tanınmış hüquq müdafiəçisi Səid Mətinpurun 40 gündən çoxdur istintaq altında olduğu xəbər verilir

Mayın 25-də İranın təhlükəsizlik idarəsi - ETTELAAT-ın əməkdaşları onun Zəncandakı evinə hücum edib, heç bir sənəd göstərmədən həbs etmişdilər. Onun Tehranın «Evin» zindanında saxlandığı isə bu yaxınlarda dəqiqləşib

Səid Mətinpurun həbsinə etiraz edən həyat yoldaşı Ətiyə Tahirinin Zəncan məhkəməsi və ETTELAAT-a müraciətləri indiyə qədər nəticəsiz qalıb

Xanım Tahiri «Dustaq» xəbər agentliyinə bildirib ki, ETTELAAT məmurları bu məsələyə israr etdiyi təqdirdə, onun özünün də həbs ediləcəyini söyləyiblər

Xanım Tahiri uzun müddətdən sonra iyulun 3-də həyat yoldaşının həbsxanadan evə zəng etdiyini bildirib

Səid Mətinpur qısa telefon söhbətində son 40 gün müddətində istintaq altında olduğunu və sorğu-sualların indiyədək davam etdiyini bildirib. O, əlavə edib ki, istintaqın yaxın günlərdə sona çatacağına və məhkəməyə göndəriləcəyinə inanır

«Media Forum» saytı bildirir ki, Mətinpur başqa Azərbaycan fəalı Cəlil Qənilu ilə «Evin» zindanının eyni korpusunda saxlanır, hər iki fəala istintaq vaxtı işgəncə verilir

Zəncanın tanınmış fəallarından olan Cəlil Qənilu və Səid Mətinpur bu il ərzində dəfələrlə həbs və mühakimə ediliblər

«Amnesty International» təşkilatı onların hər ikisini vicdan məhbusu hesab edir

yazilib گونئی سسی GuneySesi Sun 8 Jul 2007 saat 3:13 | link |

 

TEHRAN HƏRƏKATÇILARI ŞƏRLƏYİR

Yeddigöz dağı sulduzlular üçün Babək qalasını əvəzləyib

  


İrana çeşidli səbəblərlə bağlı səfər etmiş iranəsilli əcnəbi ölkə vətəndaşlarına Tehran hakimiyyətinin "casus" damğası vurması xəbərini beynəlxalq ictimaiyyət narahatlıqla qarşıladı. Hətta onlara vəkillik etməyi boynuna götürənlər də dərhal tapıldı. Amma neçə illərdir Azərbaycan Milli Hərəkatının təəssübkeşləri milli ...
davamı 


>>>>>>
yazilib گونئی سسی GuneySesi Sun 8 Jul 2007 saat 3:6 | link |


Bəzz qalası bölgəsində komendant saatı


Yürüşçülər qalaya buraxılmayıb

Güney Azərbaycan Milli Hərəkatının Babək qalasına yürüşünə icazə verilməyib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, qala ətrafına toplaşan hərəkatçılara dağa çıxmağa imkan verilməyib. Məlumata görə, dörd gün öncədən Kəleybər ətrafında hərbi postlar qurulub. Kəleybərli olmayanlar əraziyə buraxılmayıb. Başqa şəhərlərdən gələnlər tutularaq geri qaytarılır

yazilib گونئی سسی GuneySesi Sun 8 Jul 2007 saat 3:1 | link |


İran yeniyetmələrin edamı üzrə liderdir

Beynəlxalq insan hüquqları qrupu İranı yaşı 18-dən aşağı olan adamların edamına son qoymağa çağırıb. Human Rights Watch bildirir ki, İran dünyanın digər ölkələrindən daha çox sayda uşaq edam edir. Təşkilat İranın 2004-cü ildən bəri 17 belə edam həyata keçirdiyini deyir.

Bəzi yeniyetmələrin 15 yaşında törətdiyi cinayətə görə edama məhkum edildiyi bildirilir. İnsan hüquqları təşkilatının rəsmisi bildirib ki, İran uşaqların dar ağacına göndərilməsinə son qoymalı və yeniyetmələrə ölüm hökmünü arada götürməklə öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir

yazilib گونئی سسی GuneySesi Sun 8 Jul 2007 saat 2:51 | link |


İrandan gələn azərbaycanlı qaçqınlar Bakıda problemlərlə üzləşir

16/06/2007

Sərab şəhərində anadan olmuş İmaməli Nuri 8 ildən artıqdır ki, Azərbaycandadır. Onun sığınacaq haqqında müraciəti BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qəbul olunub, amma hələ ki, cənab Nuriyə heç bir ölkə sahib durmur

Cənab Nurinin şikayəti təkcə BMT-dən deyil, həm də Azərbaycan rəsmi idarələrində süründürməçilikdəndir. Miqrantlara hüquqi yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, qanuna görə, Azərbaycan respublıikası bütün azərbaycanlıların vətənidir 

 Amma ekspertə görə, Azərbaycanda ən çox əziyyət çəkən miqrantlar başqa ölkələrdən gələn azərbaycanlılardır. Məsələn İrana deportasiya olunan İran vətəndaşları da elə azərbaycanlılardır

 Elə İmaməli Nurinin narahatlığına səbəb olan məsələlərdən biri də son zamanlar İrana deportasiya hallarının artmasıdır 

İran hökumətinin nümayəndələri və xüsusilə də din xadimləri xaricdə sığınacaq istəyən vətəndaşların ABŞ və İsrail tərəfindən İranda iğtişaşlar törətmək üçün və rejim əleyhinə istifadə edildiyini deyir

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Heniksə deyir ki, Birləşmiş Ştatların belə niyyətləri yoxdur

Bununla belə Əlövsət Əliyevin sözlərinə görə, ABŞ-İran qarşıdurmasının hərbi müstəviyə keçməsi ilə bağlı söhbətlər İrandan qaçqınların artmasına səbəb olub 

Bakıda daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şirkətlər də siyasi gərginliyin artması ilə Azərbaycanda ev almaq istəyən İran vətəndaşlarının sayının artdığını bildirirlər. Birləşmiş Ştatlarsa İranla bağlı heç bir hərbi planının olmadığını bildirir

yazilib گونئی سسی GuneySesi Sun 8 Jul 2007 saat 2:48 | link |


SƏRHƏDSİZ REPORTYORLAR HƏBSDƏ OLAN İRAN JURNALİSTLƏRİNİN ADLARINI AÇIQLAYIB

«İran jurnalistlərə təzyiq göstərən, media mənsublarına qarşı cürbəcür məhdudiyyətlər tətbiq edərək onları nəzarət altında saxlayan ölkələr arasında Orta Şərqdə birinci yeri tutur». «Sərhədsiz Reportyorlar» beynəlxalq jurnalist təşkilatının İranda altı jurnalistin həbsə salınması və jurnalistlərə qarşı təzyiqlərin göstərilməsi ilə bağlı iyulun 3-də verdiyi bəyanatda belə deyilir

«Media forum» saytının məlumatına görə, bəyanatda müxtəlif bəhanələrlə həbsə alınaraq təzyiqlərə məruz qalan 6 jurnalistin adları da verilir

Məhəmməd Sədiq Kəbudvənd («Kürdüstan xalqının səsi» həftəlik qəzetinin redaktoru. O, iki il əvvəl etnik mövzularda dərc etdiyi yazılarına görə İnqilab Məhkəməsində 1 il şərti həbs alıb və 5 illiyə jurnalist fəaliyyətindən məhrum edilib)

Səid Mətinpur (Tehranda Azərbaycan türkcəsində çıxan «Yarpaq» həftəlik qəzetinin əməkdaşı. İyun ayında həyat yoldaşı ilə birlikdə Zəncanda ETTELAAT əməkdaşları tərəfindən tutularaq Tehranın Evin həbsxanasına aparılıb. Hazırda zindanın ən qorxunc və qapalı korpusu sayılan 209-cu korpusda saxlanılır. Ailəsi və vəkilləri ilə görüşməsinə icazə verilmir)

Səid Məhəmmədi (Muğanlı) («Yarpaq» qəzetinin əməkdaşı. İyunun 22-də Bakı səfərindən İrana qayıdarkən Tehranın hava limanında ETTELAAT əməkdaşları tərəfindən tutulub. İki gün həbsdə saxlandıqdan sonra 100 min dollarlıq mülk girovu müqabilində sərbəst buraxılıb)

Məhəmməd Həsən Fəllahiyyə (İranın ərəb dilində verilişlər yayan «Əl-Aləm» telekanalının müxbiri. 7 aydır casusluqda günahlandırılaraq Evin həbsxanasının 209-cu korpusunda saxlanır. Ailəsi və vəkillərinin dediyinə görə, xəstə olduğu üçün ciddi müalicəyə ehtiyacı var)

Kavə Cavanmərd (Altı ay əvvəl jurnalist fəaliyyətinə görə Sənəndəc İnqilab Məhkəməsi tərəfindən iki il həbsə məhkum olunub)

Əli Fərəhbəxş (İqtisadi ekspert, Tehranda çıxan bir sıra qəzetlərin əməkdaşı. 7 ay əvvəl xarici səfərdən ölkəyə qayıdarkən Tehran aeroportunda ETTELAAT əməkdaşları tərəfindən casusluqda ittiham edilərək 3 il həbsə və 69 min dollar cəriməyə məhkum edilib)

Ədnan Həsənpur (Sənəndəcdə kürd dilində çıxan «Nasu» həftəlik qəzetinin əməkdaşı

5 aydan çoxdur naməlum ittihamla həbsdə saxlanır)

yazilib گونئی سسی GuneySesi Thu 5 Jul 2007 saat 12:0 | link |


Urmiyada orijinal aksiya

Havaya milli şüarlar yazılmış balonlar buraxılıb

Güney Azərbaycanda Babək həftəsi davam edir. Güney Azərbaycan İstiqlal Partiyasından "OLAYLAR"a daxil olan məlumata görə, İranın hakim molla rejimi insanların Bəzz qalasına getməsinə maneə olsa da, ayrı-ayrı şəhərlərdə Babəkin doğum günü qeyd olunub. Urmiya hərəkatçıları orijinal aksiyaya əl atıblar. Onlar üzərinə milli şüarlar yazılmış hava balonlarını göyə buraxıblar. Üçrəngli böyük balonların üzərinə "Haray, haray, mən türkəm!", "Biz ölməyə hazırıq", "Biz Babəkin əsgərləriyik", "Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim" yazılıbmış. Havaya uçurulan balonların üzərində Babəkin şəkilləri də olub

yazilib گونئی سسی GuneySesi Thu 5 Jul 2007 saat 11:59 | link |


Təbriz universitetinin oturaq aksiya keçirən tələbələri müxtəlif müddətə təhsildən məhrum ediliblər




İranda Azərbaycan milli hərəkatının tanınmış nümayəndələrindən olan Nadir Məhd Qarabağın həbsinə etiraz olaraq dəfələrlə Təbriz Universitetində oturaq etiraz aksiyası keçirmiş tələbələrdən 10 nəfəri iki semestr, 3 nəfəri isə bir semestr müddətinə təhsildən məhrum edilib.
«Media forum» saytının məlumatına görə, azərbaycanlı tələbələr universitet daxilində asayişi pozmaqda günahlandırılıblar.
Güneydən «Media forum»a daxil olan daha bir məlumatda bildirilir ki, 2006-cı ilin may-iyun aylarında keçirilən etiraz aksiyalarına görə Sulduz şəhərində tutulmuş milli fəal Əmir Fərahaniyə öz ailəsi ilə görüşməyə icazə verilmir.
İki övlad atası olan Ə.Fərahani separatçılıqda və pantürkist qrupları yaratmaqda günahlandırılır. Onun zindanda müxtəlif işgəncələrə məruz qaldığı bildirilir

yazilib گونئی سسی GuneySesi Thu 5 Jul 2007 saat 11:51 | link |


Yeniyetmə fəalın harada saxlandığı bilinmir
 

Məhəmmədrza Əvəzpur

Bazar ertəsi, 25 iyun 2007

«Urmu News» xəbər saytının verdiyi məlumata əsasən, iyunun 19-da «Bəsic» adlanan hökumətyönlü könüllülər dəstəsinin adamları Təbrizin «Yekə Dükan» məhəlləsində yaşayan 16 yaşlı Məhəmmədrza Əvəzpurun evinə hücum edərək onu naməlum istiqamətdə aparıblar

Əvəzpur ailəsi övladlarının bu günə qədər harada saxlandığını öyrənə bilməyib


>>>>>>
yazilib گونئی سسی GuneySesi Thu 5 Jul 2007 saat 11:50 | link |


İranda yaşayan azərbaycanlılar bu həftəni

Babək həftəsi elan ediblər

Güney Azərbaycanda milli fəalların Bəzz qalasına yürüşünün başlanması ilə eyni zamanda “Babək həftəsi”nin də keçirilməsinə qərar verilib. Güney Azərbaycan Beynəlxalq Forumu Analitik-İformasiya Mərkəzinin direktoru Sadiq İsabəylinin APA-ya verdiyi məlumata görə, bu həftə ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərində anım və şənlik mərasimlərinin keçirilməsi planlaşdırılıb. Yerli polis Təbrizin giriş-çıxışını nəzarətə alaraq Babək qalasına aparan Əhər-Kəleybər yolu arasında onlarla post qoymasına baxmayaraq, milli hərəkatçıların böyük bir qrupu Bəzz qalasına çatıb və bayram tədbirləri keçiriblər. İyunun 30-da polis əməkdaşları Babəkin və həbsdə olan milli fəalların şəkillərini daşıyan bir neçə şəxsi həbs edib. Hazırda onların harada saxlanıldığı bəlli deyil. Qeyd edək ki, bu il Güney Azərbaycanda “Babək ili” elan olunub. S. İsabəyli həmçinin İranın rəsmi xəbər agentliklərinin Azərbaycanla bağlı xəbərlərin verilməsi zamanı Azərbaycanın dövlət bayrağını təhqir edərək, bayraqdakı rənglərin yerini dəyişdirdiyini də bildirib. Onun sözlərinə görə, “Fars” agentliyinin İranla Naxçıvan Muxtar Respublikası arasında viza rejiminin götürülməsindən sonra gediş-gəlişin artması ilə bağlı yaydığı xəbərdə hər iki dövlətin bayraqları yazının kənarında göstərilib. Yazıda Azərbaycan bayrağının üzərindəki rənglərin yeri dəyişdirilib. S. İsabəyli “Fars” agentliyi tərəfindən bu hadisənin dəfələrlə təkrarlandığını vurğulayıb

yazilib گونئی سسی GuneySesi Thu 5 Jul 2007 saat 11:36 | link |



ABBAS LİSANİ və DİGƏR FƏALLAR ƏRDƏBİL HƏBSXANASINDA NARKOMANLIĞA GÖRƏ TUTULMUŞ MƏHBUSLARLA BİR YERDƏ SAXLANIR

Ərdəbil həbsxanasının rəhbərliyi milli fəalları, o cümlədən tanınmış fəal Abbas Lisanini narkomanlığa görə tutulmuş məhbusların korpusuna salmaqla onları narkotik məddələrə aludə etməyə çalışır. Güney Azərbaycandakı mənbələrdən «Media forum» saytına verilən məlumata görə, milli fəalların narkomanlıq üstündə tutulan məhbuslarla eyni kameralarda saxlanması milli fəalların ailə üzvlərinin narahatlığına səbəb olub

Abbas Lisani

Məlumatda o da bildirilir ki, Ərdəbil həbsxanasının rəhbərliyi azərbaycanlı fəalları narkotik üstündə tutulan məhbuslara məxsus çirkli yataq dəstlərindən, qab-qacaqdan, şəxsi gigienik vasitələrdən istifadəyə məcbur edir

Məlumatda qeyd edilir ki, məhbuslardan biri həbsxana rəhbərliyinin tapşırığı ilə tiryəki suda qarışdıraraq onu A.Lisaniyə içirtməyə çalışıb, lakin milli fəal məsələdən dərhal xəbər tutaraq suyu içməkdən imtina edib və həbsxana rəhbərliyinə etirazını bildirib. Ərdəbil həbsxanasının Ənzabi soyadlı rəisi A.Lisaninin şikayətinə məhəl qoymayıb

Güneydəki mənbələrin bildirdiyinə görə, Ərdəbil həbsxanasının rəhbərliyi azərbaycanlı fəalları narkomanlığa görə tutulmuş məhbuslarla bir yerdə saxlamaqla onların şəxsiyyətini və qürurunu əzməyə, milli fəalları narkotik məddələrə aludə edərək onları milli fəaliyyətdən uzaqlaşdırmağa çalışır

yazilib گونئی سسی GuneySesi Fri 29 Jun 2007 saat 7:8 | link |


Ayağı sınan Abbas Lisani hələ də tibb məntəqəsinə köçürülməyib


“Ayağının sınmasına baxmayaraq, Abbas Lisani hələ də tibb məntəqəsinə köçürülməyib. Həbsxana rəhbərliyinin ona münasibəti çox pisdir və Abbasın heç bir istəyi, xahişi qəbul edilmir”. Bu sözləri APA-ya açıqlamasında İran türklərinin hüquqları uğrunda hərəkatın liderlərindən biri olan A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani deyib. O bildirib ki, həbsxana rəhbərliyi heç bir müraciətə məhəl qoymur və siyasi məhbusa qərəzli münasibət davam etdirilir. A. Lisaninin hələ də cinayətkarlarla eyni kamerada saxlanıldığını vurğulayan R. Lisani mayın 16-da işə baxan Təbriz şəhər Məhkəməsinin qərarının hələ də açıqlanmadığını söyləyib
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra kütləvi aksiyaların təşkilində ittiham edilərək saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-də Təbriz şəhər Məhkəməsində keçirilən prosesdə isə A. Lisani 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində ittiham olunub. İyunun 21-də həbsxanada qeyri-müəyyən şəraitdə onun ayağı sınıb

yazilib گونئی سسی GuneySesi Fri 29 Jun 2007 saat 7:4 | link |

  
20hərəkatçıdan xəbər yoxdur

Onların ETTELAATın gizli həbsxanasında olduğu bildirilir

İran rejimi Güney Azərbaycanda Milli Hərəkatçılara qarşı qanunsuz hərəkətlərini davam etdirir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, ərdəbilli hərəkat fəalı Abbas Lisaninin həbsinə etiraz edən hərəkatçılardan 20-si barədə məlumat yoxdur. Qeyd edək ki, onlar Lisaninin həbsinə etiraz edərkən tutulublar. Davud Məhəmmədi, Hüseyn Məhəmmədi, Həsən Əsədi, Peyman Bəhrami, Nasir Bədr və digər hərəkatçılar artıq beş aydır ki, həbsə atılıblar. Ehtimal edilir ki, hərəkatçılar ETTELLAT-ın gizli həbsxanalarından birində işgəncə altındadırlar

yazilib گونئی سسی GuneySesi Fri 29 Jun 2007 saat 7:1 | link |


Hərəkatçılar hədələnir

Güney Azərbaycanda Milli Hərəkat fəallarına qarşı təzyiqlər davam edir.  məlumata görə, həbsdən təzəcə azadlığa çıxmış ərdəbilli hərəkatçılar Gestab VasiqiMahmud Aslani təhlükəsizlik qüvvələri tərəfindən hədələniblər. Qeyd edək ki, fevralda həbs edilmiş hərəkatçılar üç ay Ərdəbil türməsinin 7-ci şöbəsində işgəncə altında saxlandıqdan sonra vəsiqə ilə azadlığa buraxılmışdılar

yazilib گونئی سسی GuneySesi Fri 29 Jun 2007 saat 6:59 | link |

 

"Evin"də jurnalistə işgəncə verilir

Səid Mətinpur işgəncələrə məruz qalır

İranın təhlükəsizlik qüvvələri tərəfindən həbsə atılmış Güney Azərbaycan Milli Hərəkatının fəalı, yazıçı-jurnalsit Səid Mətinpura ağır işgəncə verilir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, "Evin" türməsində saxlanan Səid Mətinpur ağır təhqirlərə və fiziki işgəncələrə məruz qalır. Qeyd edək ki, S.Mətinpur və onunla birgə işgəncəyə məruz qalan Cəlil Qənilu mayın 22-də yaxalanıblar

yazilib گونئی سسی GuneySesi Fri 29 Jun 2007 saat 6:56 | link |

 
Zəncanda həbslər başlanıb -Ziyalılar təqib edilir

Zəncan şəhərində Güney Azərbaycan Milli Hərəkatına yaxın ziyalıların həbsi davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, hərəkatçılardan Hüseyn Rəhməti təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq ETTELAAT idarəsinə aparılıb. Qeyd edək ki, son bir ayda Hüseyn bəydən başqa daha 4 milli ruhlu ziyalı həbsə atılıb. Tanınmış ziyalı Behruz Səfəri də həbs olunanlar arasındadır

yazilib گونئی سسی GuneySesi Fri 29 Jun 2007 saat 6:55 | link |


Hərəkatçı tələbə həbsdə saxlanıldı

Seven Syrian activists face jail

 Əkbər Paşayi qanunsuz həbs edilib

Urmiya Universitetinin sonuncu kurs tələbəsi, Milli Hərəkat fəalı Əkbər Paşayi həbs edilərək zindana göndərilib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, hərəkatçının qardaşı bildirib ki, məhkəmədə Əkbər bəyin özünü sakit, təmkinli və məğrur aparması hakimin xoşuna gəlməyib və onun barəsində həbs qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, türmədə olduğu üçün hərəkatçı tələbə imtahan verə bilməyib və bir il geri düşüb
 

yazilib گونئی سسی GuneySesi Fri 29 Jun 2007 saat 6:53 | link |


Qoshachayli Feallar Azadliqa Buraxiliblar

Seven Syrian activists face jail

Aldigimiz xeberler esasinda 26 juen qushachayli nece feal Urmiye Zindanindan Girovla Azadliqa Buraxiliblar.Agir dorumdamsaxlanilan va aileleri ile gorushmekden ozaqa qalan feallar 200,2000,000 riyal Vesiqe Qoymaqla Zindan dan cixdilar.

Bunlarin icində Shahin, heseni,behbud qulizadeh, celal kurdelilu, Ali Sulatani, Amir Aqazadeh, Veli Iztirabi Ve Mohsen feramerzi yer aliblar.

yazilib گونئی سسی GuneySesi Tue 26 Jun 2007 saat 21:22 | link |


Saeed Muganli Azadliqa Buraxildi

muganli.jpg

Bir gun ettelat nezaretinde qalan Guney Azerbaycanli Shair ve yazar Azadliqa buraxilib.

Baki sheherinden qayidarken havalimaninda Saeed muganli "YARPAQ" Dergisinin bash redakturudor.

yazilib گونئی سسی GuneySesi Tue 26 Jun 2007 saat 21:20 | link |


Səid bəy Muğanlı tutuqlandı

muganli.jpg

Bu gün səhər çağı Səidbəy Muğanlı şair yazıçı və Azərbaycan milli fəallı Tehranın Mehrabad Təyyarə meydanında tutuqlandı. Səidbəy keçən ay quzey Azərbaycana , bakıya səfəri olmuşdu və bu səfərdən qayıdcaq şəxsi paltarlı məmurlar vəsiləsilə tutuqlandı. Yaşmaq ədəbi dərgisinin yazıçılar heyətindən olan Səid Muğanlı tutuqlanandan sonra bəlli olmuyan məkana aparılıp. artiq məlumat ələ gəldikcə yollanacaqdır. 

yazilib گونئی سسی GuneySesi Fri 22 Jun 2007 saat 20:12 | link |
 
offshore