|
say |
Ad |
Soy ad |
İttiham |
Saxlanılan yer |
Hükm |
|
1 |
Səid |
Mətinpur |
Azərbaycan Milli Hərəkatı |
Tehran, Evin, 209-cu bənd |
|
|
2 |
Cəlil |
Ğənilu |
Azərbaycan Milli Hərəkatı |
Tehran, Evin, 209-cu bənd |
|
|
3 |
Behruz |
Səfəri |
Azərbaycan Milli Hərəkatı |
|
|
|
4 |
Kərim |
Pəzire |
Azərbaycan Milli Hərəkatı |
Sulduz |
|
|
5 |
Vəli |
Siyami |
Azərbaycan Milli Hərəkatı |
Sulduz |
|
|
6 |
Əmir |
Fərahani |
Azərbaycan Milli Hərəkatı |
Sulduz |
|
|
7 |
İbrahim |
Moini |
Azərbaycan Milli Hərəkatı |
Urmu |
10-ay |
|
8 |
Hüseyn |
Fəruhide-Xətibi |
Casusluq
|
Xoy |
|
|
9 |
İrəc |
Naci |
Casusluq |
XOY |
|
|
10 |
Əkbər |
Nikcu |
Azərbaycan Milli Hərəkatı |
Urmu |
|
|
11 |
Elyaz |
Yekənli |
Azərbaycan Milli Hərəkatı |
Urmu |
|
|
12 |
Mehdi |
Nuri-Elman |
Azərbaycan Milli Hərəkatı |
Urmu |
|
|
13 |
Əmir |
Binai Kazimi |
Azərbaycan Milli Hərəkatı |
Təbriz |
|
|
14 |
Hadi |
Həmidi |
Azərbaycan Milli Hərəkatı |
Urmu |
|
|
15 |
Elyaz |
Yekənli |
Azərbaycan Milli Hərəkatı |
Urmu |
|
|
16 |
Məhəmmədrza |
Əvəzpur |
Azərbaycan Milli Hərəkatı |
Təbriz |
|
|
17 |
Ənsar |
Qaradaği |
Azərbaycan Milli Hərəkatı |
Təbriz |
|
|
18 |
Çəngiz |
Bəxtavər |
Azərbaycan Milli Hərəkatı |
Təbriz |
15-ay |
|
19 |
Əli(Süleyman) |
Şəbani |
Azərbaycan Milli Hərəkatı |
Təbriz |
|
|
20 |
Abbas |
Lisani |
Azərbaycan Milli Hərəkatı |
Ərdəbil |
ay-28 |
|
21 |
Hüseyn |
Rüstəmi |
Azərbaycan Milli Hərəkatı |
Təbriz |
|
|
22 |
Mir Səttar |
Məhəmmədi |
Azərbaycan Milli Hərəkatı |
Təbriz |
|
|
23 |
Məsud |
Sultani |
Azərbaycan Milli Hərəkatı |
Ərdəbil |
|
Guneyde hebsler devam edir
İran Azərbaycanında yeni həbslər barədə məlumatlar gəlməkdə davam edir
Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası – ADAPP-ın Mesuli Faxtə xanim Zamaninin sözlərinə görə, son günlər Azerbaycanli feallarin hebs sayı artıb
Xanım Zamani hebs edilen feallarin adlarini ve onlarin durumu ilə bağlı Beynəlxalq Amnistiya, BMT İnsan Haqları üzrə Ali Komissarlığı və işgəncə əleyhinə mübarizə mərkəzlərinə məlumat çatdırıldığını bildirib
Huquq mudafiecisi faxteh xanim zamaninin muracieti
Hüquq müdafiəçiləri Guney Azerbaycanda hebs edilen feallarin durumu ilə bağlı ciddi narahatlıqlarını ifadə edir
Faxtə xanim Zamaninin sözlərinə görə Insan Haqlari Teshkilatlari vasitesi ile heqiqetlerimizi teblig etmeye boyuk imkanlar vardir.O uzden xaricde yashayan vetendashlarimiz bele teshkilatlarla elaqe saxlamagi meslehet gorerdim.Hemin teshkilatlarin sayesinde bu tedbirleri heyata kecirmek mümkündür.Xaricde yashayan vetendaslarimiza bir iradim var, problemlerimizi teblig etmek ücün oz vetendashliq borclarini etmelidirler deye dusunurem.O,da dogrudur ki,xaricde yashiyan soydashlarimzin ekseriyyeti, olkede bash veren hadiselerle maraqlanmir.Cox teesüf ki,ancaq bir qismi bu ishde fealdir.Bu da diasporumuzun koklu yaranmamasina getirib cixarir.indi Azerbaycanda jurnalistlerimizin ve vetendashlarimizin huquqlarinin pozulmasinin xaricde tebliq olunmasina cox boyuk ehdiyac var.Eyer biz,bu gun bunu etmesek,iran devleti fealarimizi daha artiq incide biler. Ona gore hamiliqla bu ishde cani konulden calishmaliyiq
AZƏRBAYCANLI FƏAL YOXA ÇIXIB
Avqustun 19-da İranda azərbaycanlı fəal, ixtisasca mühəndis olan Abdulla Abbasi birdən-birə yoxa çıxıb. Onun ETTELAAT əməkdaşları tərəfindən tutulduğu güman edilir
Güney mənbələrindən «Media forum» saytına verilən məlumata görə, həbsdə saxlanan bir qrup milli fəala vəkillik etmiş Saleh Kamraninin həbsindən sonra digər fəallara qarşı təzyiqlər artıb, həbslər genişlənib
Mühəndislər Birliyinin üzvü olan 36 yaşlı A.Abbasi milli hüquqlar və insan hüquqları üğrunda apardığı mübarizəsinə görə tanınan bir şəxsdir
Hələ ki, Abbasinin harda olduğu barədə heç bir məlumat yoxdur
GÜNEYDƏ MİLLİ FƏALLARA QARŞI TƏZYİQLƏRİN ARTDIĞI XƏBƏR VERİLİR

Güney Azərbaycanda siyasi vəziyyətin son dərəcə gərginləşdiyi barədə məlumatlar gəlir. Söhbət milli fəalların kütləvi həbsi və təzyiq altına alınması barədə xəbərlərdən gedir
«Media forum»a daxil olan məlumatlarda İrandakı son təzyiqlərə etiraz əlaməti olaraq bir sıra Azəbaycan ziyalılarının, o cümlədən yazıçı və şairlərin internetdə imza kampaniyası başlatdığı bildirilir
Məlumatlara görə, Zəncanda tutularaq Tehranın Evin həbsxanasında saxlanan milli fəallar vəkildən məhrum edilərək hökumətin davamlı təzyiq və işgəncəsinə məruz qalırlar. Hüquq müdafiəçiləri Səid Mətinpur, Behruz Səfəri və Cəlil Qənilunun üç aydan çoxdur ağır şəraitdə həbsdə saxlandığı və xəstə olduqları bildirilir
Azərbaycan və ərəb milli fəallarının vəkilliyini öz üzərinə götürmüş Saleh Kamraninin avqustun 18-də yenidən Kərəc şəhərində tutularaq Evin həbsxanasına aparıldığı deyilir. Təbrizdən yayılan məlumatlarda isə vurğulanır ki, Azərbaycan milli fəalı və yazıçı Şəhnaz Qulami artıq bir neçə gündür ev dustağıdır. O, Azərbaycan milli məsələsi və qadınların hüquqları ilə bağlı yazılarına görə ETTELAAT qüvvələrinin təzyiqlərinə əvvəllər də məruz qalmışdı
Digər məlumatda bildirilir ki, bir müddət əvvəl həbsə salınan təbrizli milli fəal Nima Rəzəviyan müəmmalı şəkildə dünyasını dəyişib. Onun işgəncələr altında öldürüldüyü barədə şayiələr gəzir
Ərdəbildə isə iki milli fəal - Gəştasb Vaseqi və Mahmud Aslani İnqilab Məhkəməsində casusluqda günahlandırılaraq 4 il həbsə məhkum ediliblər
Xiyavdan (Meşkin Şəhr) verilən məlumatlarda isə bildirilir ki, azərbaycanlı yazıçı-jurnalist İbrahim Rəşidi (Savalan) milli fəaliyyətlərinə görə5 ay şərti həbs cəzası alıb. Təbriz zindanında saxlanan milli fəal Əmir Abbas Bənai Kazimi isə naməlum başqa bir həbsxanaya köçürülüb
Saleh Kamrani gizli olaraq Evin zindanin göndərilib
İşənbə gecəsi Kərəc şəhrində ğeiriqanunui olaraq tutulan Azərbaycanli vəkil, bu gün Evin zindanina göndərildigi bildirilib
Saleh Kamraninin hayat yoldaşi xanim Mina Əsğərinin verdigi məlumata görə, çoxlu aramadan sonra sonunda bəlli olub ki Kamrani bəy Evin zindanina göndərilib
Kərəc şəhrində toy qonaqliği ərəfəsində tutulan Saleh Kamrani geçən aylarda tutulub və aylar işkəncədən sonra buraxilmişdi. Onun soçlandiği qonularin hiç biri İran qanunlarina görə suç saiylmamalidir
ARMAN öyrənci təşkilati başçisi 6 ay həbsə məhkum oldu

Yunis Zareiyyun Azərbaycanin öyrənci hırıkati təşkilati olan ARMAnin baş komitısinin rəisidir. Ona yalan və subutsuz bohtan vuran biliyurd işçinin şikayəti sonucu, cənab Zareiyyun 6 ay həbsə məhkum oldu
Təbrizin 115 inci məhkəməsinin bu hökmi yetətincə qeiriqanuni və yersiz dir
ARMAN təşkilati munəzzəm şəkildə öyrəncilərin birlik və Türk məsələsilə maraxlanmalarinda böyuk rol oynaiybdir. Çoxdandir ki qədər bu təşkilat basqi altindadir və neçələr dəfə devlət yetkililəri tərəfindən qapatilibdir
Azərbaycanli vəkil Saleh Kamrani yenidən tutulub
Saleh Kamrani tanınmış vıkillərdındir ki bu günə qədər bir çoxlu milli faalin mudafiəsini öhdəsinə alibdir. Cənab Kamrani neçələr dəfə Fars rejimi tərəfindən tutulub və həbsdə saxlanilib
Aldiğimiz məlumat əsasinda, Saleh Kamrani Kərəc şəhridə olan bir toy qunağliğindan gələrkən tutulub və bəlli olmayan yerə götürülüb. Saleh Kamrani Tehranda yaşaiyr və Kərəc oranin yaxinliğindadir
Cənab Kamrani aylar işkəncə altinda olduqdan sonra yeni azadliğa buraxilmişdi və işilə bağli gələn ay bir Ərəb faali olan Yusuf Əzizi Bənitorofun dosiyasini ələ almişdi. Bu Ərəb faal taninmiş bir siyasi yazar, tıdqiqatçi və milliətçidir
Abbas Lisaninin qanunsuz həbsinə etiraz edən 2 azərbaycanlı 4 il
müddətinə azadlıqdan məhrum edilib
Ərdəbil İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri olan Abbas Lisaninin qanunsuz həbsinə etiraz edən 2 azərbaycanlı barəsində 4 il həbs cəzası qərarı çıxarıb. Güney Azərbaycanlıların Hüquqlarını Müdafiə Komitəsindən APA-ya verilən məlumata görə, 7 ay öncə A. Lisaninin həbsi ilə bağlı etiraz aksiyası keçirən Ərdəbil sakinləri Geştak Vasiqi və Mahmud Aslani milli-irqi ayrı-seçkilikdə və dövlət əleyhinə şüarlar səsləndirməkdə ittiham olunaraq, İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar
MƏHBUS JURNALİST KOMADADIR
Abbas Lisaniyə qarşı yeni ittiham irəli sürülür
Ayna - S.SOLTAN
Azərbaycan Milli Hərəkatının həbsdə olan təəssübkeşlərinin haqları çeşidli şəkildə müdafiə olunmaqdadır. Bu günlərdə məhbus, güneyli jurnalist Səid Mətinpurun azadlığa buraxılması istiqamətində kampaniya aparılır. Güney Azərbaycan İnsan Haqlarını Müdafiə Təşkilatının məsələyə dair ilk bildirişində deyilir: "Tehrandakı "Evin" adlı həbsxanada ağır mənəvi və cismani işgəncələrə məruz qaldığından Səid Mətinpur bayılıb". Güney Azərbaycan İnsan Haqlarını Müdafiə Təşkilatının verdiyi bəyanat "Savalanın səsi" saytı tərəfindən yayılıb.
Xəbərdə bildirilib ki, 80 gün ərzində verilən ağır işgəncələr nəticəsində məhbus jurnalist dəfələrlə komaya düşüb. O bu müddətdə həbsxananın təkadamlıq kamerasında saxlanılıb. S.Mətinpura xanımı və ailə üzvləri, vəkili ilə görüşməyə icazə verilmir, yaxud görüş əngəllənir. Zindan üçün nəzərdə tutulmuş radio, televiziya, qəzetləri izləmək, habelə məktublaşmaq qadağan edilib.
Məlumatda qeyd olunub ki, İranın Milli Təhlükəsizlik Nazirliyi jurnalisti və hüquq müdafiəçilərini, eləcə də hərəkatı ləkələmək üçün S.Mətinpurun ölkə televiziyasında "etiraf"larını yayımlamaq istəyiblər. Ancaq S.Mətinpur bu təklifi qəbul etmədiyindən ona işgəncə verilir.
Güney Azərbaycan İnsan Haqlarını Müdafiə Təşkilatının yaydığı bildirişdə hakimiyyətin işgəncə altında jurnalistin boynuna "casusluq" damğası da qoymaq istədiyi vurğulanıb.
Qonşu kameralarda saxlanılan dustaqların məlumatına görə, S.Mətinpurun durumu çox ağırdır. Onun bu vəziyyəti xoşagəlməz hadisə ilə nəticələnə bilər. Güney Azərbaycan İnsan Haqlarını Müdafiə Təşkilatı siyasi xadimləri və insan haqlarını müdafiə edən təşkilatları bu məsələdə onlara yardım etməyə çağırıb.
Məhbus Əmir Abbas Binayi-Kaziminin də durumu çox ağırdır. Xatırladaq ki, o da Azərbaycan türklərinin milli-mədəni haqlarının müdafiəsi ilə bağlı keçirilən tədbirdə iştirak etdiyinə görə həbs olunub. O, cari ilin aprelində tutularaq, Təbriz həbsxanasında saxlanılıb. Ağır işgəncələrə məruz qalan bu azərbaycanlı avqustun əvvəllərində İnqilab Keşikçiləri Qvardiyasının gizli zindanına köçürülüb. Ə.Kazimiyə işgəncə verənlər onun "suç"unu etiraf etməsini istəyiblər. İran İnqilab Məhkəməsinin Ərdəbildəki şöbəsi isə Abbas Lisaniyə qarşı yeni ittihamla çıxış edib. "Azadlıq" radiosunun xəbərinə görə, ölkənin hüquq-mühafizə orqanlarının şikayəti əsasında avqustun 25-də hazırlıq iclası başlayacaq. Onun xanımı Ruqiyyə Lisani APA-ya müsahibəsində deyib: "Yeni ittihama görə, guya o, 2006-cı ilin may hadisələri zamanı Ərdəbil şəhərində İranın hüquq-mühafizə orqanlarına qarşı davranışı nəticəsində polis avtomobil qəzası edib, həm asayiş keşikçisi, həm də idarə etdiyi maşın zədələnib".
Ruqiyyə Lisaninin sözlərinə görə, yeni ittiham da, o biriləri kimi, əsassızdır və məqsədli şəkildə həyata keçirilir. "Bu, İran hakimiyyətinin azərbaycanlılara qarşı münasibətidir. Onlar bütün vasitələrdən istifadə edərək, Abbas Lisaninin həbsxanadan çıxmasının qarşısını almaq istəyirlər" deyən xanım Lisani əlavə edib ki, həbsxanada həyat yoldaşına laqeyd münasibət göstərirlər. Bir müddət öncə Abbas Lisaninin ayağı sınmışdı. Ruqiyyə xanım həmin gipsin vaxtı ötəndən bir neçə gün sonra çıxarıldığını söyləyib.
Qeyd edək ki, Abbas Lisani ötən ilin may hadisələrində, həmçinin Babək qalasına yürüşdə iştirakına görə həbs edilərək bir il yarım müddətində azadlıqdan məhrum olunub.
imzalamaq üçün
İran rejimi tərəfindən tutulan Azərbaycanli faallarin qanunsuz saxlanilmasina etiraz üçün bir imza kampanyasi başlatilıb. Bu petişini imzalamaq üçün letfən bu adresə gedin: http://www.petitiononline.com/asmekaz/petition.html
| İbrahim Raşidiyə beş ay həbs hökmü kəsilib | |
| 15/08/2007-Amerikanın Səsi ▪ Azerbaijani |
Şairi pantürkizmdə günahlandırırlar - yükləmək üçün ![]()
- Şairi pantürkizmdə günahlandırırlar

-2006cı il Mayın 31-də Urmiyədə həbs olunaraq 68 gün sonra zaminə buraxılmış Meşkinşəhrli şair İbrahim Savalan Raşidinin işi üzrə keçirilən son məhkəmə iclasında ona 5 ay həbs cəzası kəsilib
Hökm şairə avqustun 10-da təqdim olunub
Amerikanın səsinə müsahibəsində İbrahim Savalan 68 günlük həbsinin əsas hissəsini təkadamlıq kamerada keçirdiyini deyib. Ötən ilin may hadisələrindən sonra həbs olunmuş şair ona qarşı irəli sürülən ittihamları sadaladı. Şairi rejimə qarşı təbliğat, pantürkizm, qeyri-qanuni aksiyalarda iştiraka təşviqdə günahlandırırlar
İbrahim Raşidi ona qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu deyir
İbrahim Savalan bir neçə aylıq fasilələrlə 4 məhkəmə prosesinin keçirildiyini və hər dəfə ittihamların dəyişdiyini bildirib. Şairin sözlərinə görə, irəli sürülən ittihamları sübuta yetirən etiraflar almaq üçün müstəntiqlər zordan da istifadə edib
İbrahim Savalanın sözlərinə görə, İranda senzura hər zaman mövcud olsa da, son zamanlar xüsusilə artıb
Hal-hazırda şair İbrahim Savalana Apellyasiya məhkəməsinə müraciət etməsi üçün 20 günlük möhlət verilib
Abbas Lisaniyə qarşı yeni ittiham irəli sürülüb
İran türklərinin hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisaniyə qarşı yeni ittiham irəli sürülüb. Ərdəbil İnqilab Məhkəməsində İran hüquq-mühafizə orqanlarının şikayətinə əsasən başlanacaq işlə bağlı hazırlıq iclası avqustun 25-də keçiriləcək. A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya bildirib ki, A. Lisaniyə qarşı irəli sürülən yeni ittihama görə, o, 2006-cı ilin may hadisələri zamanı Ərdəbil şəhərində İran hüquq-mühafizə orqanlarına qarşı tədbirlər keçirib və nəticədə onlarla asayiş keşikçisi, həmçinin avtomobil xəsarət alıb. R. Lisani həyat yoldaşına qarşı irəli sürülən ittihamların əsassız olduğunu və bir-birinin ardınca başlanan məhkəmə işlərinin məqsədli şəkildə həyata keçirildiyini qeyd edib: “Bu, İran dövlətinin azərbaycanlılara qarşı münasibətidir. Bütün vasitələrdən istifadə edərək Abbas Lisaninin həbsxanadan çıxmasına imkan vermək istəmirlər”. O, həbsxana rəhbərliyi tərəfindən A. Lisaniyə qarşı qərəzli münasibət nümayiş etdirildiyini bildirib: “Həbsxanada Abbasa laqeyd münasibət göstərilir. On gün öncə ayağının gipsi açılmalı olduğu halda, bunu üç gün əvvəl özü edib”.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra aksiyaların təşkil olunmasında təqsirli bilinərək, həmin ilin iyununda saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 16-da Təbriz Şəhər Məhkəməsində keçirilən prosesdə A. Lisani 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində ittiham olunub. İyunun 21-də isə həbsxanada qeyri-müəyyən şəraitdə ayağı sınıb.
Məsud Sultani Ərdəbil həbsxanasına köçürülüb
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Məsud Sultaninin yeri dəyişdirilib. Bu barədə savalan Sesi məlumat verib
milli fəal Ərdəbil həbsxanasının 7-ci bölməsinə aparılıb. Halbuki Məsud Sultani iki aydır ETTELAAT-ın Ərdəbil şəhərindəki təcridxanasında saxlanılırdı. Soydaşımız ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və casusluqda ittiham olunur. Ancaq indiyədək İran Təhlükəsizlik Nazirliyi onun işini məhkəməyə təqdim etməyib. Bundan əlavə, Germi şəhərində olan fəala bu günədək ailəsilə görüşmək imkanı yaradılmayıb. Ərdəbil həbsxansının rəhbərliyi isə onun valideynlərilə görüşməsini yasaqlayıb. Milli fəala fiziki və mənəvi işgəncələrin verildiyi bildirilir. Ona görə də ağır vəziyyətdədir. Elə bu səbəbdən ona ailəsilə görüşmək imkanı yaradılmır
| Təbrizli fəal Əmir Abbas yenidən Ettelaat idarəsinə aparılıb | |
| 12/08/2007-Amerikanın Səsi ▪ Azerbaijani |
İran Azərbaycanında işgəncələr davam edir - yükləmək üçün ![]()
- İran Azərbaycanında işgəncələr davam edir
![]() |
| Əmir Abbas Benaye Kazımi |
Hüquq müdafiəçiləri Təbrizli fəal Əmir Abbas Bənayi Kazımın durumu ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər.
Üç aydan artıqdır ki, həbsdə olan və məhkəməsiz Təbriz zindanında saxlanılan Əmir Abbas Bənaye Kazımi yenidən SEPAh İslam İnqilabının Keçikçiləri Qrupunun təcridxanasına aparılıb. Azərbaycanlı siyasi məhbusları müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani Təbrizli fəalın həyatının təhlükədə olduğu ilə bağlı narahatlığını bildirib.
Xanım Zamani Əmir Abbasın durumu ilə bağlı Beynəlxalq Amnistiya, BMT İnsan Haqları üzrə Ali Komissarlığı və işgəncə əleyhinə mübarizə mərkəzlərinə məlumat çatdırıldığını bildirib.
Xatırladaq ki, məhbusun anası Cəmilə Kazımi Amerikanın səsinə müsahibəsində oğlu ilə Təbriz həbsxanasında olarkən görüşdüyünü və onun saçlarının dartılaraq çıxarıldığını, dişlərinin sındırıldığını və digər ağır işgəncələrə məruz qaldığını bildirib
Digər Təbrizli fəal - Çengiz Bəxtavər isə 15 aylıq həbs hökmündən apellyasiya
![]() |
| Çengiz Bəxtavər |
şikayətinə ayrılan vaxt ərzində azadlığa buraxılıb. Mayın 20-dən bəri həbsdə olan Çengiz Bəxtavər bir neçə ay ittiham irəli sürülmədən həbsdə saxlanılmış, sonra isə haqqında müvəqqəti 2 aylıq həbs hökmü çıxarılmışdı.
Daha sonra müvəqqəti həbs hökmü ləğv edilsə də həbsdə saxlanılan Çengiz Bəxtavərin daha bir məhkəməsi keçirilmiş və haqqında 15 ay həbs və 6 ay ölkəni tərk etməyə qadağa hökmü çıxarılmışdı.
Çengiz Bəxtavərin oğlu Babək Amerikanın səsinə müsahibəsində 2 aylıq müvəqqəti hökmün ləğvinə atasının başladığı aclıq aksiyasının və hüquq müdafiəçilərinin səylərinin səbəb olduğunu deyib. Babək Bəxtavər atasının həbsdə ikən psixoloji işgəncəyə məruz qaldığını deyib.
Hazırda Çengiz Bəxtavər 15 aylıq həbs hökmü barədə verdiyi Apellyasiya şikayətinə baxılmasını gözləyir.
Azərbaycanlı ziyalılar işgəncələrə son qoyulmasını tələb edir
Əbülfəzl Paşaoğlu -Azadlıq Radiosu
Avqust 10-da yayılan məktub İranın milli məclisi «Şura-i İslami», Ali Məhkəmənin sədri, mətbuat və rəsmi xəbər agentlikləri, ölkə daxilindəki humanitar təşkilatlar, o cümlədən Siyasi Məhbusları Müdafiə Cəmiyyəti, İnsan Haqlarını Müdafiə Mərkəzi və İslam İnsan Hüquqları Təşkilatına ünvanlanıb
İran Azərbaycanında milli hərəkatın mövcud olduğunu bildirə ziyalılar İran hakimiyyətinin BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinə zidd getdiyini bildirir. Həmin Bəyannamənin 5-ci bəndi yada salınır: «Heç kim işgəncəyə və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır»
Məktubu imzalayanlar dinc yolla milli haqlarını tələb edən azərbaycanlıların həbs və işgəncəsini pisləyir və bunun İran İslam Respublikası Konstitusiyasına da zidd olduğunu bildirir
Onlar 70 gün əvvəl Zəncanda həbs edilən jurnalist və insan haqları müdafiəçiləri Səid Mətinpur, Bəhruz Səfəri və Cəlil Qənilunun dərhal azad edilməsini tələb edirlər. Bəyanatda bu şəxslərin ağır işgəncə edildiyi, ailə üzvlərinin təzyiq və təhdidlərə məruz qaldığı bildirilir
Adı çəkilən fəallar hazırda Tehranın Evin zindanına saxlanılır
Eyni zamanda üç aydan çoxdur məhkəməsiz Təbriz həbsxanasında saxlanılan başqa fəal-Əmir Abbas Bənayi Kaziminin avqustun 8-də şəhərin hərbi istintaq mərkəzlərindən birinə aparıldığı bildirilir
Bu xəbəri yayan «Savalan Səsi» Təbriz zindanından yenicə azad edilən başqa fəalların sözlərinə əsaslanır. Həmin məlumata əsasən işgəncələrə məruz qalan gənc məhbusun vəziyyəti ağırdır və ETTELAAT onun valideynlərini təhdid edib ki, bu barədə insan haqları təşkilatları və xəbər agentliklərinə məlumat verdikləri təqdirdə cəzalandırılacaqlar
|
İran Azərbaycanının ictimaiyyəti Səid Mətinpur, Cəlil Qənilu və Behruz Səfərinin müdafiəsinə qalxıb | |
-11/08/2007Amerikanın Səsi ▪ Azerbaijani |
Seyid Heydər Bayat və onlarla digər ziyalı siyasi məhbuslara azadlıq istəyir - yükləmək üçün ![]()
- Seyid Heydər Bayat və onlarla digər ziyalı siyasi məhbuslara azadlıq istəyir
![]() |
| Səid Mətinpur |
İran Azərbaycanının onlarla hərəkat fəalı Zəncanlı jurnalistlər Səid Mətinpur, Bəhruz Səfəri və Cəlil Qənilunun həbsi ilə bağlı bəyanat imzalayıblar
Bəyanatda hər üç məhbusun azərfbaycanlıların milli mədəni hüquqları uğrunda hərəkatda xüsusi yeri olduğu və onların həbsinin tamamilə qanunsuz olduğu qeyd edilir
Azərbaycan Milli Hərəkatının tanınmış simaları, yazıçılar, din xadimləri, hüquq müdafiəçiləri tərəfindən imzalanan bəyanatda Mətinpur, Qənilu və Səfərinin, eləcə də onlarla digər azərbaycanlı siyasi məhbusun azad edilməsi tələb olunur
Azərbaycanlı din xadimi höccətülislam Seyid Heydər Bayat Amerikanın səsinə bu bəyanata imza atmasının səbəbləri haqda danışdı. Heydər Bayatın sözlərinə görə, Səid Mətinpurun, Bəhruz Səfərinin və Cəlil Qənilunun Tehranın Evin zindanına aparılmasından sonra işgəncəyə məruz qalması barədə xəbərlər alınır. Hər üç məhbusun sağlıq durumu ciddi narahatlıq doğurur.
Din xadimi həbsdə olan fəalların heç bir cinayət törətmədiyini, yeganə günahlarının türk olduqlarını açıq söyləmələri olduğunu bildirdi
Azərbaycanli məhbus Sipah İttilaatina göndərilib
İran intizami güclərinə qarşi yaranan devrim qoruyuculari Sipah indi güclü bir hərbi quvvəyə çevrilib
Bu quvvə kimsəyə cəvab vermədən çalişar, yalqiz Lidərdən söz alalr. Gizli çalişmalari, terror aktlari və ğeiriqanuni qətlləri dillərdə dolanir
Təbrizdə tutulan Əmir Abbas Bənaiy Kazimi isə dostaqdan Sipahin İttilaatina göndərilib
Təbriz zindanindan boraxilan fallarin dediginə görə onun durumu ağirdir və işkəncə altinda sağliqina xeili zərər yetişib
Fars hakiymiyəti çalişir ki işkəncə və hədə qorxuyla Azərbaycanli aktivistləri etiraf etmege məcbur esin. Onlarin casus olduqlarini ispatlamaq ümün hər tür işkəncə uyqulanmaqdadir
Əmir Abbas Bənaiy Kazimi 32 yaşinda dir və aylardir Təbriz zindaninda işkəncəyə məruz qalib. İndi isə onu Sipaha veriblər ta ondan etiraf alsinlar. Fars hakymiyətində işkənəilə etiraf almaq bir yöntəm olubdur ancaq etiraf edənlərdə, dünyada bilir ki bu etiraflar hiç nıiy subut etməiyr
Yer üzündəki bəşər bir ayilədirsə onun şərəf və namusunun qorunması dünyayə ayid barış,ədalət və sərbəstlikdən-azadliqdan asılıdır.Bütün insan- haqlarına çatmayınca zülmə qarşı kükrəyib qalxışmadan başqa ona yol qalmayır. Toplumun bütövlikdə haqları qanun əlilə qorunursa kimsə son çıxış yolu olaraq gobud və xuşunətli yolu dayanış üçün seçməz. Güney Ayərbaycan milli hərəkətinin təməli insani istəkərə,dünyayə tanınmış insan- haqları qanunlarına, vətəndaşların azadlığı və mədəni haqlarınin bərabər qorunması istiqamətinə söykənir
Bu hərəkət milli kimliyin rəsmi tanınmasın və kültüründən bütün yaşayış sahələrində yararlanmasın, anadili seçimhaqqin rəsmi dil olaraq təhsil üçün istəyir
Hərəkətin qanunlu, dinc və mədəni özəyinə rağmən çalışqanları ağır basqılara ,qanunsuz tutuqlamalara məruz qalib ağır zindan hökmləri alırlar
Bu arada insan haqların müdafiyə edən Azərbaycanlı jurnalist Səid Mətinpur Cəlil qənilu və Behruz Səfəri-lə birgə 70 gündən artiqdir ki zəncan şəhərində tutuqlanıb və tək-hücrəli kamerada saxlanılır,hankı bir vəkili avuqatı olmadan sorğu-soala alınıb basqilara təziqlərə dözür.Hetta onun hayatyoldaşı ,ayilə üzvləri belə basqidan təziqdən qoruna bilməyir
Bütün basqılar təziqlər və zindandakı işkəncələr bir şərayitdə hayata geçirilir ki insan haqlari qoruyan qanunlarin 5-nci maddəsində insanlarin işkəncəsi insanlığa yaraşmayan davranış kibi pislənir.Bu məsələ İran-İslam-Respublikasına ayid anayasada qeyd olunaraq etiraf almaq üçün hər türlü işkəncə yasaqlanıb. Bütün bunlar bir şərayitdəki bu insanlar dinc və mədəni yollarla insani istəklərin ortaya qoyublar hayata keçirilir
Biz bir iddə Azərbaycan aydınları,siyasət və kültür sahəsində çalışqanlar,şairlər və yazarlar günü-gündən tənqidçilərə və insanhaqlarin qoruyanlara qarşı artan basqıları,qanunsuz davranışları ,insanlığa siğmayan insan heysiyətin pozan əməlləri pisliyərək şərtsiz Səid Mətinpur, Cəlil qənilu , Behruz Səfəri-nin və eləcədə başqa Azərbaycan tutsaqların azadliğa sərbəstliyə buraxımasın istəyirik
:Qolçəkənlər
Hidayət Zakir,Kiyan Səfəri,İbrahım Cəfərzadə, İsmayıl Cavadı,Cəbrəyil Xəlili,İbrahım Rəşidi, Əsğər Əsğərzadə,Səfər-əli Xoyini,Yağub Salikiniya,Heydər Bayat,fethollah Zoqlı,Nasir Əlizadə,Əsğər Əsədi,Mehdi Qərədaği,Mohammad Əbbaspur,Səid Muğanlı,Atila kişizadə,mehdi Nəyimi,Əbbas Nəyimi, Yunes Zare-iyun, Əliriza Fərşi,Hüccət Qasemlu,Vəhid Şıxbeyli,Behnam Turkanpur ,Məhmud Fəzli,Nəvid Məhəmmədi,Yaşar Həkakpur,Hamed Yeganepur,Məcid Pəjuhfam,Davud Əzimzadə,Əliriza Həqqi,Riza Əbbasi,Səid Nəyimi, Davud Xudakərəmi,Hamed Məsudi,İbrahim Şəhbazi,Saleh Kamrani,Əlireza Yusefi-Sadat,Əhəd Dadaşi
:Məktubun üzü
Şura məclisin depudatlarina,Ölkə qanunverici başqanına,Metbuat xitmətinə,Tutsaqlanmişlar haqlarını mudafiye dərnəyinə,İnsan haqları qoruyan dərnəyə,İslami-insanhaqları qoruyan örgütə göndərildi.
(www.savalansesi.blogfa.com)
>>>>>>
Çəngiz (Çingiz) Bəxtavər özgürluğa boraxilib
Təbrizdən aldiğimiz məlumat əsasinda, Çəngiz bəy Təbriz məhkəməsinə zamin tanitaraq buraxilibdir. 80 gün dostaqda qalan Bəxtavər bəy daha öncə 15 ay həbs və 6 ay ülkədən çixmama cəzasi almişdi
Zindan durumunu və Azərbaycanli fəallara olan təziyqləri iki açiq məktubda İran yetkililəri və Təbriz millət vəkilinə yazan Çəngiz Bəxtavər, BMT unvaninda isə başqa bir məktub yayinlamişdir
!Azərbaycanın Siyasi Tutuqlularını Azad edin
Təbriz, Urmu, Ərdəbil, Tehran, Xoy, Sulduz ve başqa şəhərlərdə bəndə çəkilən bir çox soydaşımız ən ağır işkəncələr altındadırlar.
ASMƏK- Azərbaycan Siyasi Məhbuslarinin Müdafiyə Komitəsinin son bildirişinə görə, saxlanılan çox saylı soydaşımızın ağır durumda olan 23 nəfəri aşağı listəyə görə göstərilir.
ASMƏK-in listəsi
Təbriz zindanında azərbaycanlı fəallara işgəncələr davam edir
Azadlıq Radiosu - Əbülfəzl Paşaoğlu
Təbriz zindanında saxlanılan azərbaycanlı fəal Çingiz Bəxtavər həbsi və son məhkəmə hökmünün qeyri-qanuni olmasına dair millət vəkili Əkbər Ələmi və İranın baş prokuroru Ayətullah Şahrudiyə açıq məktublarla müraciət edib.
O, İran Azərbaycanında gedən milli və mədəni fəaliyyətlərin İran konstitusiyası və beynəlxalq qanunlar çərçivəsindən kənar olmadığını bildirərək, özü və başqa fəalların həbs edilməsinin insan haqlarını pozduğunu bildirib.
Cənab Bəxtavər son məhkəmə hökmündən iki gün əvvəl və üç gün sonra yazdığı hər iki məktubunda istintaq vaxtı mənəvi və fiziki işgəncələrə məruz qaldığını yazır. O, bu müddət ərzində eni bir metr, boyu iki metrlik bir daxmada gözləri bağlı vəziyyətdə sorğu-suala tutulduğunu bildirib.
2006-cı ilin kütləvi etirazlarının ildönümü ərəfəsində heç bir qanuni səbəb göstərilmədən iş yerindən aparılan Çingiz Bəxtavər üç ay ittihamsız həbs edildikdən sonra iyulun 29-da Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə o, daha 15 ay həbsdə saxlanılmalıdır. Azad edildikdən sonra da 6 aya qədər ölkəni tərk edə bilməyəcək.
Üç aydır məhkəməsiz Təbriz həbsxanasında saxlanılan başqa fəal-Əmir Abbas Bənayi Kaziminin də həbsdə işgəncələrə məruz qaldığı bildirilir.
Bu haqda ilk dəfə «Amerikanın Səsi»nə müsahibə verən cənab Bənayi Kaziminin anası Cəmilə Kazimi eyni zamanda bildirib ki, oğlu nişanlıdır və həbs ediləndən bəri nişanlısının onu həbsxanada ziyarət etməsinə icazə verilməyib. Oğlunun işgəncələr verildiyini söyləyən Cəmilə Kazimi ona qarşı irəli sürülən ittihamların sadəcə türk dilini müdafiə etməsi ilə bağlı olduğunu bildirib.
Fəalın həbs müddəti ərzində bir neçə dəfə aclıq aksiyası keçirdiyi xəbər verilir
Həbsxanada Abbas Lisaninin müalicəsinə imkan verilmir
İran türklərinin hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisaninin iyunun 21-də sınan ayağının müalicəsinə imkan verilmir. A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya açıqlamasında həbsxana rəhbərliyi tərəfindən ona qarşı qərəzli münasibət nümayiş etdirildiyini bildirib: “Abbasın ayağının sınmasından bizim yalnız iki gün sonra xəbərimiz olub və onun müalicəsini öz üzərimə götürməyimizlə bağlı həbsxana rəhbərliyinə müraciət etmişik. Abbas 10 nəfər həbsxana nəzarətçisi ilə evə gətirildi və həkim burada ona lazım olan yardımı göstərdi. Məlum səbəbdən hər gün nəzarət etmək imkanımız yoxdur. Həbsxanada isə laqeyd münasibət göstərilir. Bir həftə öncə ayağının sarğısı açılmalı olduğu halda, bu edilmir və həbsxananın tibb məntəqəsinə də köçürülmür. Ayağının sarğısının açılması üçün mülki xəstəxanaya aparmaq məcburiyyətindəyik. Həbsxana rəhbərliyi bunun üçün də şərait yaratmır”. O, məsələ ilə əlaqədar həbsxana rəhbərliyinə müraciət etdiklərini də vurğulayıb.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra aksiyaların təşkil olunmasında təqsirli bilinərək saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 16-da Təbriz Şəhər Məhkəməsində keçirilən prosesdə A. Lisani 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində ittiham olunub. İyunun 21-də isə həbsxanada qeyri-müəyyən şəraitdə ayağı sınıb.
Son iki ildə İranda türk dilində nəşr edilən 10-dan artıq qəzet
bağlanıb, onlarla jurnalist həbs edilib
“İranda 35 milyona yaxın türk yaşamasına baxmayaraq, bu dildə bircə dənə də qəzet nəşr olunmur”. Nəşri dayandırılan “Yarpaq” qəzetinin redaktoru Səid Muğanlı APA-ya bildirib ki, son iki il ərzində İranda türk dilində nəşr edilən 10-dan artıq qəzet bağlanıb, onlarla jurnalist hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək təzyiqlərə məruz qalıb. O, hazırda yalnız “Azəri” və “Varlıq” jurnallarında türk dilində bəzi məqalələrin çap olduğunu söyləyib: “Bu jurnallarda yer alan məqalələrin əksəriyyəti fars dilindədir. Demək olar ki, jurnalların ancaq adları türkcədir”. S. Muğanlı müxtəlif ittihamlarla tutulan milliyyətcə türk olan 4 jurnalistin hələ də həbsxanada saxlandığını vurğulayıb: “Zəncanda nəşr edilən “Modi bidari” qəzetinin əməkdaşı Səid Mətinpur, “Bahari-Zəncan” qəzetinin müxbiri Cəlil Qənilu, müstəqil jurnalistlər Elman Nuri və Elyar Yekanlı hələ də azad edilməyiblər. Onlara qarşı qaldırılan ittihamların isə heç bir əsası yoxdur”
Təbrizli fəal işgəncə altında

Əmir Abbas Bənayi Kazımi üç aydır ki, məhkəməsiz Təbriz həbsxanasında saxlanılır - yükləmək üçün ![]()
- Əmir Abbas Bənayi Kazımi üç aydır ki, məhkəməsiz Təbriz həbsxanasında saxlanılır
İran Azərbaycanında mədəni hüquqlar uğörunda mübarizə aparan fəalların həbsi davam edir. Təbrizli fəal Əmir Abbas Bənayi Kazıminin həbsdə işgəncələrə məruz qaldığı bildirilir
Əmir Abbas Bənayi Kazımi üç aydır ki, məhkəməsiz Təbriz həbsxanasında saxlanılır. Bu barədə Amerikanın səsinə onun anası Cəmilə Kazımi məlumat verib
Əmir Abbas nişanlıdır. Həbsindən bəri nişanlısının onu həbsxanada ziyarət etməsinə icazə verilməyib
Oğlunun işgəncə altında olduğunu deyən Cəmilə Kazımi ona qarşı irəli sürülən ittihamların sadəcə türk dilini müdafiə etməsi ilə bağlı olduğunu deyir
Məhbusun atası Rəhim Bənayi Kazımi oğlunun həbsdə olduğu müddət ərzində bir neçə dəfə aclıq aksiyası keçirdiyini dedi
Güneyli jurnalisti gizlədirlər
3aydır Səid Mətinpurdan xəbər yoxdur
Güney Azərbaycanda hərəkatçılarla yanaşı, milli mətbuatla bağlı olan jurnalistlərə qarşı da repressiyalar davam edir. üç ay öncə Zəncanda həbs edilən Səid Mətinpurun taleyindən bu günədək xəbər yoxdur. Jurnalistin həyat yoldaşı Tahirə xanımın Guney Sesi verdiyi məlumata görə, müxtəlif instansiyalara etdikləri müraciətlər bu günədək cavabsız qalıb. S.Mətinpuru müdafiə edən vəkilə də görüş üçün icazə verilmir və o, hüquqlarının müdafiəsi ilə məşğul olduğu jurnalistin durumu haqqında məlumatlandırılmır
Jurnalistin ailə üzvlərinə zəng edən naməlum şəxslər onları hay-küy salmamağa, ümumiyyətlə, S.Mətinpurla bağlı xarici media orqanlarına və beynəlxalq təşkilatlara hansısa məlumat ötürməməyə çağırıblar. Onlara deyilib ki, əks halda, bununla ailə başçısının vəziyyətini daha da ağırlaşdıra bilərlər. Qeyd edək ki, S.Mətinpur jurnalist işləməklə yanaşı, həm milli hərəkatın fəal üzvlərindən, həm də İnsan Hüquqları Müdafiə Komitəsinin nümayəndələrindən biridir
Cümə, 3 avgust 2007
Sulduzda həlak olanların ailələrinə heç bir izahat verilmir
Əbülfəzl Paşaoğlu
Urmu News- xəbər s
aytının məlumatına görə Sulduzda dinc nümayişlər zamanı güllələnən 17 yaşlı Hüseyn Fəthipur, 25 yaşlı Tohid Azəriyun, 35 yaşlı Hümmət İsmizadə və 39 yaşlı Əsgər Qasiminin valideynləri bütün təhdidlərə rəğmən hadisədən dərhal sonra məsələnin tədqiq edilməsi üçün müxtəlif hökumət orqanlarına müraciət etmişdilər. Onlar silahsız əhalinin üzərinə atəş açan vəzifəli şəxslərin qanun qarşısında məsuliyyət daşıması və bu haqda məhkəmə işi qaldırılmasını tələb etmişdilər. Lakin, onların ardıcıl məktub və müraciətləri bu günə qədər cavabsız qalır, yerli vəkillər onları təmsil etməkdən çəkinir və İranın rəsmi mətbuatı da bu haqda susur.
Bir il bundan əvvəl İranın rəsmi hökumət qəzetinin bəzi karikaturalarla azərbaycanlıları təhqir etməsi ölkənin bütün Azərbaycan şəhərlərində kütləvi etirazlara səbəb olmuşdu. Həmin vaxt Sulduz şəhərində polis və silahlı dəstələrin nümayişçilərə atəş açması nəticəsində 20-ə yaxın insanın güllələndiyi söylənilsə də İranın rəsmi dövlət televiziyası ilk əvvəl altı vətəndaşın, daha sonra dörd nəfərin öldürüldüyünü bildirmişdi.
Həlak olanlardan üçü-Hüseyn Fəthipur, Himmət İsmizadə və Tohid Azəriyunun Sulduzun «Şəhidlər Məzarında» torpağa tapşırılıb. Əsgər Qasiminin məzarı isə Sulduzun yaxınlığındakı Məmmədyar qəsəbəsində yerləşir.
Həlak olanlardan gənc şair Tohid Azəriyunun anası «Urmu News» xəbər saytına verdiyi müsahibədə oğlunun nümayişlər günü həlak olduğu, lakin onun meyitinin ailəsindən gizlədildiyini bildirib. Onun dediyinə görə təhlükəsizlik orqanları hadisənin sabahısı gün ona yalnız bir neçə saniyə oğlunun meyitini görməyə icazə vermişdilər.
Həlak olanların cəsədləri ailə üzvlərinin israrından sonra onlara təhvil verilmişdi və dəfn mərasimi də ciddi təhlükəsizlik tədbirləri və silahlı qüvvələrin nəzarəti altında keçirilmişdi.
Sulduzda 24 may hadisələrinin ilk anım mərasimində şəhər əhalisinin həlak olanların məzarı üstə toplaşdığı vaxt 30-a yaxın insan nəzarət altına alınmışdı. Onların çoxu az sonra azad edilsə də bir neçəsinin taleyi bu günə qədər bilinmir.
Azərbaycanli yeniyetmə Məhəmməd Riza Əvəzpur zindandan buraxildi

16yaşinda olan Məhəmməd Riza Əvəzpur aylar öncö Fars rejimi quvvələri tərəfindən tutulub, gizli saxlanilib, işkəncə olunub və daha sonra yetişkən kriminal bölməsinə atilib. Buna baxmayaraq, zindanda olan Azərbaycanli dostaqlarin yardimi ilə onun dorumu bir az olsada yaxcilaşib
Savalan Səsəinin verdigi xəbərə görə bu gün Cənab Avazpur özgür buraxilib. Qardaşlari Mustafa və Murtəza ilə neçələr dəfə tutulan Məhəmməd Riza Əvəzpurun buraxilmasin onun aiyləsinə və Azərbaycana Guney Sesi olaraq təbrik edirik
| Faxtə Zamani: 'İranda azərbaycanlıların beynəlxalq dəstəyə ehtiyacı var' | |
| 28/07/2007Video Musahibesi -Faxtə Zamani ilə |
Faxtə Zamani ilə müsahibə - yükləmək üçün ![]()
- Faxtə Zamani ilə müsahibə
![]() |
| Faxtə Zamani |
Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani BMT İnsan Haqları üzrə Ali Komissarlığında üç aylıq təcrübə mübadiləsini başa vurub.
Avropa səfəri zamanı BMT, beynəlxalq Amnistiya və digər insan hüquqlarını müdafiə təşkilatlarının İranda azərbaycanlıların və digər azlıqların haqlarının pozulmasına diqqəti çəkən xanım Zamani indi problemlə bağlı Vaşinqtonda görüşlər keçirir. Faxtə Zamani Amerikanın səsinin də qonağı olub.
Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani Cenevrədə olduğu vaxt beynəlxalq strukturların diqqətini İran azərbaycanlılarının hüquq pozuntularına cəlb etməyə çalışıb
Bir ildən artıqdır ki, sıx əməkdaşlıq etdiyi Beynəlxalq Amnistiya təşkilatında və Böyük Briytaniyanın xarici işlər naziriliyində görüşlər keçirən xanım Zamani bu danışıqlar zamanı təkcə azərbaycanlıların deyil, İranda yaşayan digər qeyri-fars millətlərin də məsələlərini vurğulamağa çalışıb
Faxtə Zamani İranda azərbaycanlıların beynəlxalq dəstəyə böyük ehtiyacı olduğunu deyir
Faxtə Zamani Avropada olduğu müddətdə 2006-cı ilin may hadisələrinin ildönümü ilə bağlı aksiyalardan əvvəl və sonra həbsə məruz qalmış fəalların işlərinin sənədləşdirilməsinə də xüsusi diqqət yetirib
Çəngiz Bəxtavər 15 ay həbsə məhkum olub
Aylardir zindanda ağir durumda saxlanilan Bəxtavər bəy daha öncə bir məktubda öz halini BMTyə məruzə olaraq yayinladibdir
Çəngiz Bəxtavər həmdə məşrutə fərmaninin sadir olmasinin il dönümü barədə millətimizi təbrik edib və hər kəsdən bu olayi geniş şəkildə qutlamalarini istəiybdir
Məşrutə qiyaminda Azərbaycanin çabalari sonucunda hakiymiyət məcbur qalib və o zaman demokratik qanunlari imzalamişdi. Bu barədə Fars rejimi tərəfindən ağir yəxriblər aparilir ta Azərbaycanin
Təbriz məhkəməsinin qərarə ilə, Çəngiz Bəxtavər Azərbaycan milli haqlari və işçilər haqlarnin qoruma suçundan, 15 ay zindana məhkum olub
Aylardir zindanda ağir durumda saxlanilan Bəxtavər bəy daha öncə bir məktubda öz halini BMTyə məruzə olaraq yayinladibdir.
Çəngiz Bəxtavər həmdə məşrutə fərmaninin sadir olmasinin il dönümü barədə millətimizi təbrik edib və hər kəsdən bu olayi geniş şəkildə qutlamalarini istəiybdir.
Məşrutə qiyaminda Azərbaycanin çabalari sonucunda hakiymiyət məcbur qalib və o zaman demokratik qanunlari imzalamişdi. Bu barədə Fars rejimi tərəfindən ağir yəxriblər aparilir ta Azərbaycanin verdigi əməklərə kölgə salinsin və qiyamin qazanilmasini Erməni və Fars İsfahanlilar aina yazdirsi
>>>>>>
Abbas Lisani zindanda qatillər və uyuşdurucu bağimlilarila bir kamerada saxlanilir
Bu sənəd SAVALANSƏSİ vəsiləsilə yayinlanib və kamərada saxlanilan şəxslərin adi və başqa bilgiləri bəlli edir. Abbas Lisani həmdə sənədin yazdiğina görə ayilə zyarətindən mən olubdur

Azadlıq Radiosu - Çərşənbə, 25 iyul 2007
Azərbaycan fəallarını işə götürən müəssisələr bağlanır
Əbülfəzl Paşaoğlu
Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi» (ASMƏK) son bir neçə ay ərzində həbs olunmuş və ya təhsildən məhrum edilmiş 40-a yaxın tələbənin siyahısını yayıb. Təbriz, Urmiyə, Şəbüstər, Ərdəbil, Marağa və Zəncan universitetlərində təhsil alan bu tələbələr Azərbaycan dili və mədəniyyətini təbliğ etdiklərinə görə müvəqqəti və ya daimi olaraq institutlardan atılıb. Bəzi hallarda da təhsil mərkəzlərinin inzibati idarəsi onları ETTELAAT məmurlarına təhvil verib
Eyni zamanda qanuni şəkildə fəaliyyət göstərən tələbə təşkilatları heç bir səbəb göstərilmədən yasaq edilib. Universitet məsulları qeydiyyatdan keçirilmiş mədəni tədbirləri gözlənilmədən qapadıb. Azərbaycan dilində keçirilən bir çox ədəbi toplantı, şer və musiqi mərasimi silahlı qüvvələrin hücumuna məruz qalıb
ASMƏK son zamanlar onlarla Azərbaycan dilində nəşr olunan tələbə mətbuatının qadağan edildiyini bildirir
Bununla yanaşı İranda iş yerlərinin böyük əksəriyyətini əlində cəmləşdirən dövlət idarələrinin qapısı da mədəni fəalların üzünə bağlıdır. Azərbaycanlılar ya şəxsi alverlə məşğul olur, ya da ki, özəl yerlərdə işə düzəlirlər. Lakin, son vaxtlar özəl müəssisə və dükanları qeydiyyatdan keçirən bələdiyyə və şəhərə nəzarət təşkilatları ETTELAAT-ın təzyiqi nəticəsində fəalların işlədiyi dükanların qapısını da möhürləyi
Ötən həftə Ərdəbildə şəhərin Məskən və Bina İdarəsi bir taksi xidmətinin ofisini həmin səbəbə görə möhürləyib
Savalan Səsi saytının verdiyi məlumata əsasən, ETTELAAT məmurları təxminən bir ay öncə Mehdi Məhəmmədpur adlı fəalın işlədiyi taksi şirkətinə bildirmişdilər ki, onu işdən kənar etməsələr ofisi qapadacaqlar. Bu hadisədən üç həftə sonra Məskən və Bina İdarəsi Ərdəbilin baş hakiminin göstərişi ilə taksi xidmətinin ofisini möhürləyib
Mehdi Məhəmmədpur Ərdəbil zindanında saxlanılan tanınmış fəal Abbas Lisaninin bacısı oğludur. O, ötən ilin may aksiyaları və onun ildönümü münasibəti ilə keçirilən nümayişlər zamanı da nəzarət altına alınmışdı. Cənab Məhəmmədpur son dəfə iki ay həbs edildikdən sonra zaminə buraxılıb. Onun iş yerinin qapadılmasına qanuni səbəb göstərilməyib
Güneyli hərəkatçılar sıxışdırılır
Mehdi Məhəmmədpur iş yerini itirdi
Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqlər artıb. Savalan Sesi Web Sitesinin verdiyi məlumata görə, ərdəbilli siyasi fəal Mehdi Məhəmmədpur iş yerini itirib. Rejim nümayəndələri Mehdi bəyin çalışdığı taksi parkını bağlayıblar. Qeyd edək ki, ETTELAAT nümayəndələri M.Məhəmmədpuru bir ay idi ki, hədələyirdilər. Onlar taksi parkının rəhbərliyinə də təzyiqlər edirdilər. Xatırladaq ki, M.Məhhəmədpur Abbas Lisaninin bacısı oğludur və may hadisələrinə görə həbs edilərək 2 ay türmədə qalmışdı
Güneydə türkdilli qəzet bağlanıb
Urmiyanın səsi" gündəliyə keçməyi planlaşdırmışdı
İranda türkdilli mətbuata qarşı təzyiqlər artıb."OLAYLAR"a daxil olan məlumata görə, Urmiyada çıxan "Urmiyanın səsi" qəzeti bağlanıb. Bu barədə qərarı Qərbi Azərbaycan ostanlığının mədəniyyət idarəsi çıxarıb. Qəzetin naşiri və baş redaktoru Məhəmmədrza Xadimişəxsin verdiyi məlumata görə, qəzet 7 il ildi ki, fəaliyyət göstərirmiş. Tehranda və Azərbaycanın qərbində yayılan qəzetin gündəliyə keçməsi rejim mənsubları tərəfindən əngəllənib. Qeyd edək ki, bundan əvvəl "Nəvide-Azərbaycan" qəzeti bağlanmışdı





