تبليغاتX
Guney Sesi

Azərbaycanlı fəalların vəziyyəti naməlum qalır

Guney Azerbaycanli Siyasi MehbuslariƏrdəbil fəallarından Vədud Səadəti sentyabrın 17-də iş yerində həbs edilib. «Savalan Səsi» saytının məlumatına görə, axşam radələrində ETTELAAT-ın Ərdəbil idarəsinin əməkdaşları Səadətinin işlədiyi çörək mağazasına basqın edib, fəalı döyüb özləri ilə naməlum istiqamətə aparıblar.


Mənbə xəbər verir ki, Vədud Səadətinin ailəsi bu günə qədər onun harada saxlandığını öyrənə bilməyib və fəalın vəziyyətindən son dərəcə nigarandır.

Səadəti milli və mədəni fəaliyyətlərinə görə 2006-cı ildə də həbs edilib 6 ay müddətinə Ərdəbil zindanında saxlanmışdı.

Başqa məlumata əsasən üç aydan artıqdır həbsdə saxlanılan azərbaycanlı fəallar Səid Mətinpur, Cəlil Qənilu, Bəhruz Səfəri və Əmir Abbas Bənai Kazıminin naməlum vəziyyəti onların ailələri və insan hüquqları təşkilatlarının böyük narahatlığına səbəb olub.

Məhbus ailələri bildiriblər ki, məhkəmə prosesləri çox ədalətsiz aparılır, məhbusların vəkillərinə prosesdə iştirak etməyə imkan verilmir. İstintaq zamanı isə milli fəallar təhqir olunur və döyülür.

Adı çəkilən fəalların həbsindən aylarla vaxt keçməsinə baxmayaraq, onlara qarşı konkret hansı ittihamların irəli sürüldüyü bilinmir.

Bir neçə həftə öncə Tehranın Evin zindanının 209-cu korpusunda təkadamlıq kamerada saxlanan jurnalist və hüquq müdafiəçisi Səid Mətinpurun işgəncəyə məruz qaldığı bildirilsə də, onun son vəziyyəti aydın deyil.

Buna bənzər təbrizli gənc fəal Əmir Abbas Bənai Kazimi, universitet müəllimi, mühəndis Abdullah Abbasi Cavan və azərbaycanlı məhbus fəalların vəkili Saleh Kamraninin son durumu haqda məlumat yoxdur.

Bəhruz Səfərinin həyat yoldaşı onunla görüşmək üçün zindana müraciət etdiyi vaxt ETTELAAT əməkdaşları heç bir izahat vermədən onun özünü də həbs ediblər. Səfərinin xanımının harada və hansı şəraitdə saxlandığı barədə hələ ki, məlumat yoxdur.

«Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi» bildirir ki, Zəncan məhkəməsinin məsul şəxsləri, bir neçə həftə bundan əvvəl həbs edilən Səid Mətinpurun qardaşı Əliriza Mətinpur və Bəhruz Səfərinin həyat yoldaşı Leyla Heydəriyə qarşı hansı ittihamların irəli sürüldüyü haqda izahat verməkdən boyun qaçırırlar.

yazilib گونئی سسی GuneySesi Fri 21 Sep 2007 saat 13:52 | link |

Araz Radiosunun 2007 09 20 tarixində verilişi

yazilib گونئی سسی GuneySesi Thu 20 Sep 2007 saat 14:34 | link |

İRANDA HƏBSDƏ SAXLANAN AZƏRBAYCANLI FƏALLARIN VƏZİYYƏTİ BARƏDƏ YENİ MƏLUMATLAR YAYILIB

zindanİranda azərbaycanlı fəallara qarşı təzyiqlərin həddən artıq artdığı, həbsdəki fəalların çox acınacaqlı vəziyyətdə saxlandığı barədə yeni məlumatlar yayılıb.

Güneydəki mənbələrdən «Media forum» saytına daxil olan məlumatlara görə, bir neçə aydır həbsdə saxlanan milli fəallar Səid Mətinpur, Cəlil Qənilu, Behruz Səfəri, Əmir Abbas Bənai Kazımi və digərlərinin ağır vəziyyəti həm məhbus ailələrinin, həm də insan hüquqları uğrunda mübarizə aparan yerli və xarici təşkilatların böyük narahatlığına səbəb olub.

Məhbus ailələri bildiriblər ki, məhkəmə prosesləri çox ədalətsiz aparılır, məhbusların vəkillərinə prosesdə iştirak etməyə imkan verilmir. İstintaq zamanı isə milli fəallar təhqir olunur və döyülür.

Adı çəkilən fəalların həbsindən üç aydan artıq vaxt keçməsinə baxmayaraq, onlara qarşı konkret hansı ittihamların irəli sürüldüyü bilinmir.

Tehranın Evin zindanının 209-cu korpusunda təkadamlıq kamerada saxlanan jurnalist və hüquq müdafiəçisi Səid Mətinpurun ETTELAAT əməkdaşları tərəfindən ağır işgəncəyə məruz qaldığı, universitet müəllimi, mühəndis Abdullah Abbasi Cavan və azərbaycanlı məhbus fəalların vəkili Saleh Kamraninin naməlum vəziyyətdə saxlandığı vurğulanır.

Əmir Abbas Bənai Kazıminin anası Cəmilə xanım «Amerikanın səsi» radiosuna açıqlamasında oğlunun zindanda istintaq zamanı işgəncəyə məruz qalaraq dişlərinin sındırıldığını, üzünün isə qapqara olduğunu deyib.

Behruz Səfərinin həyat yoldaşı onunla görüşmək üçün zinadana müraciət etdiyi vaxt ETTELAAT əməkdaşları heç bir izahat vermədən onun özünü də tutublar. Səfərinin xanımının harda və hansı şəraitdə saxlandığı barədə hələ ki, məlumat yoxdur.

Digər bir məlumatda bildirilir ki, Zəncan məhkəməsinin rəhbərləri bir neçə həftədir həbsdə saxlanan azərbaycanlı fəallar Əlirza Mətinpur və Leyla Heydəriyə qarşı hansı ittihamların irəli sürüldüyü haqda hər hansı izahat verməkdən boyun qaçırırlar.

Səid Mətinpurun həyat yoldaşı Ətiyyə xanım da xarici radiolara müsahibələrində deyib ki, əri ETTELAAT-ın təzyiq və təhdidinə məruz qalıb.

yazilib گونئی سسی GuneySesi Thu 20 Sep 2007 saat 14:8 | link |

Azərbaycan milli öyrənci hərəkatı fəallı Əsgər Əkbərzadə aldığı həbs qərarı ucundan özünü  ərdəbil dustaqxanasına təqdim etməli oldu


Esger EkberzadehSentyabrın 19-da güney Azərbaycanın milli öyrənci hərəkatının fəallı Əsgər Əkbərzadə aldığı həbs qərarı ucundan özünü ərdəbil dustaqxanasına təqdim    etməli oldu.Ərdəbil şəhərinin inqilab  məhkəməsi  adı  çəkilən milli fəallı iranda məktəblərin açılışı günü münasibətilə adsız-imzasız bildirilər yaymaqla, iran   hakimiyətinə  qarşı parapaqanda aparmaqda suçlandırıb ona  4-ay həbs qərarı kəsmişdir.

 

Ərdəbildə Pəyame- Nur(İşıq- tapşırığı)adlı universitənin  kimiya-elmləri  öyrəncisi  olan milli hərəkat fəallı Əsgər Əkbərzadəötən ilin sentyabrında da rejim eleyhinə parapaqanda aparmaq (daha doğrusu bildiri yayinlamaq )  suçu ilə 2-ay  müdəti  “geçəri “ həbs  qərarına  alınmışdir.

Xatırlatmalıyıq   ki  ötən  ilin  may-ında   güney Azərbaycan-ın   umu

m-milli   may   etirazları   ərəfəsində    ərdəbil şəhərində geçirilən nümayişlərə qoşulduğu  nedənilə   ölkə    təhlükəsizlik orqanı “ ettelaat “ quvvələri  tərəfindən həbsə alınıb və 600.000  tümən (1200 dollar)iran  pulu  dəyərində  cərimə olunmuşdur.

 

Uluslar arası Əfv  təşkilatı Azərbaycan  kültür  fəallı  Əsgər Əkbərzadə  haqda  iki  ayrı- ayrı zamanlarda bəyannamə (açiqlama) verib.

Xəbərqaynağı : Savalan sesi 20.09.2007 -     Köçürən:Coşqun Azəroğlu - azadtribun   

yazilib گونئی سسی GuneySesi Wed 19 Sep 2007 saat 14:30 | link |

ƏRDƏBİLLİ FƏAL VƏDUD SƏADƏTİ HƏBS OLUNUB

«Media forum» . 2007-09-19 - 17:11:00

hebs Ərdəbilli milli fəal Vədud Səadəti həbs olunub. «Media forum» saytının məlumatına görə, sentyabrın 17-də axşam radələrində ETTELAAT-ın Ərdəbil idarəsinin əməkdaşları V.Səadətinin işlədiyi çörək mağazasına daxil olublar. Onlar hər hansı izahat vermədən milli fəalı döyərək təhqiramiz şəkildə özləri ilə naməlum istiqamətə aparıblar.

V.Səadətinin hazırda harada saxlandığı bilinmir. Onun ailə üzvlərinin son dərəcə narahatlıq içində olduğu vurğulanır.

V.Səadəti 2006-cı ildə milli zəmində apardığı fəaliyyətinə görə tutularaq 6 ay müddətinə Ərdəbil zindanında saxlanmışdı.

yazilib گونئی سسی GuneySesi Wed 19 Sep 2007 saat 14:7 | link |

Güney Azərbaycan milli hərəkat fəalli  Firidun Mehdipur oktyabrın 7-də urmiyə dustağına göndərilir.

Firidun MehdipourUrmiyə şəhərindən əlimizə çatdığı  xəbərlər əsasında güney Azərbaycan milli hərəkat fəallı  Firidun Mehdipur yerli inqilab məhkəməsinin üçüncü şöbəsindən bildiri-hökmü alıb.

Bu rəsmi məktubda Firidun Mehdipur-dan özünü oktyabrın 7-də urmiyə dustaqxanasına təqdim etməsi istənilib.Urmiyə inqilab məhkəməsinin üçüncü şöbəsinin hökmü  esasında fəal ən azı 10-ay həbsdə saxlanılacaq.  

Adı çəkilən güney Azərbaycan milli hərəkat fəallı ilk dəfə olaraq  otən ilin sentyabrinda məktəblərin açılışı günü ərəfəsində təziqlərə  məruz qalmış,təsilinə-tədrisinə izin verilməyən  ana dilinin etiraz aksiyalarında yaxalanmışdır.Neçə gün batı Azərbaycan təhlükəsizlik orqanı “ettelaat”-in dustağında  həbsdə qalıb sorğu-sual olunandan sonra 24000 dollar girov qarşılığında zəmanətə buraxılmışdır.Yerli inqilab məhkənməsinin üçüncü şöbəsinə başçılıq edən hakim Hüseynzadə Firidun Mehdipur-a 36-ay həbs qərarı kəsmişdir. Həbs qərarin 30-ayı şərti 6-ayısə kəsinidir.

Umum-milli təhqirlərə təpki göstərmək üçün qərar verilmiş etiraz-aksiyalarında  Güney Azərbaycan milli hərəkat fəalli  Firidun Mehdipur cari ilin mayında ikinci dəfə olaraq tutuqlanmışdır.Fəallın zaminə buraxılması yanlız yenidən 24000 dollar girov qarşılığnda mümkün olmuşdur. Məhkəmə isə  ona daha 4-ay kəsin həbsqərarı kəsib.

Məhkəmə qətnamesi əsasında fəal ölkə təhlükəsizliyinə qarşı çaba göstərməkdə və güney Azərbaycan seperatçı (bölücü)-quruluşlarla işdaşliq etməkdə suçlandırılıb.                                                            

 Urmiyə Xəbərqaynağı:Urmu-News

Tarix:18.09.2007    (27.06.1386)

Tərcümə: Coşqun Azəroğlu .azadtribun

yazilib گونئی سسی GuneySesi Wed 19 Sep 2007 saat 12:21 | link |

Şahnaz Qulami zaminə buraxılıb

shahnaz qulamiJurnalist, qadın hüquqları müdafiəçisi, azərbaycanlı fəal Şahnaz Qulami 22 gün həbsdən sonra sentyabrın 11-də 12 min dollar girov müqabilində zaminə buraxılıb. Buna qədər onun harada və hansı şəraitdə saxlandığı aydın deyildi.

Xanım Qulami sentyabrın 14-də fars və azərbaycanca nəşr edilən «İranlı Qadınlar Ocağı» («Kanun-e Zənan-e İrani») saytına müsahibə verib . Şahnaz Qulami onu zorla azyaşlı qızı və xəstə anasından ayıran ETTELAAT əməkdaşlarının kobud rəftarından şikayətlənir və bildirir ki, istintaq yerinə aparılmazdan əvvəl gözlərini bağlayıblar. O isə etiraz əlaməti olaraq susub, sorğu-sualı cavabsız qoyub və istintaq vərəqəsini doldurmaqdan da imtina edib.

İranın rəsmi Qadın Jurnalistlər Cəmiyyəti, ROZA-nın üzvü olan Şahnaz Qulami üç gün ETTELAAT-ın təcridxanasında saxlandıqdan sonra Təbriz zindanına aparıldığını bildirir. O, qeyd edir ki, həbsxana əməkdaşına məktub yazaraq, əvvəlki təcridxanaya qaytarılmasını istəyib. Onun bu tələbi cavabsız qaldıqdan sonra aclıq elan edib. Aclıq aksiyasından üç gün sonra biradamlıq kameraya atılıb. Bu müddət ərzində onun azad mühitlə əlaqələri kəsilib, ailəsi və ya vəkili ilə telefon danışığına belə imkan verilməyib.

Xanım Qulami bildirir ki, həbsxana yardımçılarından biri şəxsi cib telefonu ilə onun vəkilinə zəng etdikdən sonra, gənc qızı və xəstə anasının başsız qaldığını nəzərə alaraq, onu girov müqabilində məhkəmə tarixinə qədər sərbəst buraxıblar. O, məhkəməyə qədər ölkəni tərk edə bilməz. Lakin, mühakimə tarixi də təyin edilməyib.

Jurnalistin dediklərinə görə, ETTELAAT əməkdaşları onu aparanda ailəsinə toxunmayacaqlarına söz versələr də, sonradan evinə basqın edib, əşyaları alt-üst etdikdən sonra, kitab, əl yazıları, cib telefonu, qardaşının iki kompyuterini özləriylə aparıblar.

Ona qarşı irəli sürülən ittihamlara gəldikdə, asayişi pozmaq, xalqı təhrik, 2006-cı ilin may aksiyalarında iştirak və İran prezidentini təhqir etməkdə günahlandırıldığını bildirir.

Bu ittihamları rədd edən jurnalist deyir ki, vaxtı ilə yerli qəzetlərdə yazdığı məqalələrdən birində Təbrizdə keçirilən dinc nümayişlərə qarşı silahlı qüvvələrdən istifadə edilməsini tənqid edib.

İranda qadınlara bərabər hüquq tələb edən azərbaycanlı jurnalist 80-ci illərdə bu sahədə apardığı siyasi fəaliyyətinə görə 6 il həbs edilib. Onun əsərlərindən «Qadınların siyasi-ictimai iştirakının perspektivi», «Zənənə yoxsulluq», «Qulluqçu arvadlar, ya qadınların ev əməyi» İran mətbuatında qadın məsələsinə toxunan ən mübahisəli məqalələrdəndir.

Xanım Qulaminin müsahibəsini dərc edən «İranlı Qadınlar Ocağı» saytı son həftələr ərzində Təbrizin qadın fəallarına qarşı təzyiqlərin artdığını bildirir.

Ölkə səviyyəsində qadın məsələsinə toxunan bu saytın Azərbaycan dilli səhifələrində İranın bir çox azərbaycanlı şairə və qadın tənqidçilərinin əsərlərinə də geniş yer verilir. Mətnlər isə ancaq əski ərəb əlifbasında gedir .

yazilib گونئی سسی GuneySesi Tue 18 Sep 2007 saat 16:8 | link |

Güney Azərbaycanda insanlar türklüyünü qorumaq istədiyi üçün həbs edilir

Faxte Xanim ZamaniFaхtə Zəmani: "Хaricdəki azərbaycanlıların çoхu Güneydə baş verən hadisələrlə maraqlanmır"

Güney Azərbaycanda həbs edilən siyasi fəalların işgəncələrə məruz qaldığı, onlara qarşı sa х ta ittihamların irəli sürüldüyü barədə məlumatlar bir-birini ardınca yayılmasına baх mayaraq, dünya hələ də bu barədə yetərincə məlumatlı deyil. Güney Azərbaycan Milli Hərəkatının mahiyyətinin tam açıqlanmasından istifadə edən İran reyimi hərəkatçılara qarşı tədbirləri daha da sərtləşdirərək məlumatların хaricə çıхarılmasının qarşısını almağa çalışır. İran həbsхanalarında saхlanılan azərbaycanlı hərəkatçılar görünməmiş mənəvi, psiхoloyi, fiziki işgəncələrə məruz qalır.

Yeni yaradılan İranda Azərbaycanlı Məhbuslara qarşı İşgəncə Əleyhinə Mübarizə Komitəsi reyimin təzyiqlərinə məruz qalan soydaşlarımızın azad edilməsi, onlara qarşı irəli sürülən ittihamların geri götürülməsi üçün beynəlхalq ictimaiyyəti İran reyiminə qarşı təzyiqlərə çağırır. Həmsöhbətimiz komitənin sözçüsü Faхtə Zəmanidir. F.Zəmani Güney Azərbaycanın başkəndi Təbrizdə doğulub. Orta məktəbi Təbrizdə başa vurduqdan sonra ali təhsilini Kanadada alaraq mühəndis iхtisasına yiyələnən F.Zəmani hazırda Kanadada yaşasa da özünü Güney Azərbaycan Milli Hərəkatından ayrı bilmir. Güneydə öz hüquqları uğrunda mübarizə aparan milyonların sırasında olduğunu deyən F.Zəmani insan hüquqlarını müdafiəsi ilə məşğul olur. Ötən aylarda Cenevrədə BMT İnsan Haqları üzrə Ali Komissarlığında 3 ay əməkdaşlıq edib. Avropaya səfəri zamanı Beynəlхalq Əfv Təşkilatı və digər insan hüquqlarını müdafiə təşkilatlarının diqqətini İranda azərbaycanlıların və digər qeyri-fars millətlərinin hüquqlarının pozulmasına çəkib. Bu yolda fəaliyyətin uğur verəcəyinə inanır.

İran həbsхanalarında nə qədər azərbaycanlı fəal saхlanıldığı barədə məlumatları dəqiqləşdirmək mümkün olur? Təmsil olunduğunuz komitədə bununla bağlı məlumat varmı? Ümumiyyətlə həbs edilmiş siyasi fəallar barədə хəbərlər hansı vasitələrlə əldə edilir?

-İran həbsхanalarında saхlanılan Güney Azərbaycan Milli Hərəkat fəalları barədə dəqiq informasiyalar yoхdur. Çünki reyim bu məhbusları gizlədir, onların həbs edildiyi barədə məlumatları təsdiqləmir, məhbuslarla görüşmək mümkün olmur. Hələlik onu deməliyik ki, bizdə olan məlumata görə, Tehran, Təbriz, Ərdəbil, Zəncan, Urmiyə, Nəğədey həbsхanalarında 50-dən artıq fəal saхlanılır. Ehtimal edilir ki, başqa şəhərlərin həbsхanalarında da azərbaycanlı siyasi fəallar var. Həbsdə olan məhbuslar arasında adlarını dəqiqləşdirə bilmədiyimiz şəхslər də var, lakin müхtəlif mənbələrdən əldə edilən məlumatlar başqa şəhərlərdə də hərəkatçıların olduğunu deməyə əsas verir. Hazırda Təbriz həbsхanasında Amir Abbas Benai-Kazımi, хanım Şahnaz Qulami, Urmiyədə Elyaz Yeganlı, Hadi Həmidi Şəfəq, Mehdi Nuri, Mustafa Meydannavard, Ərdəbildə Abbas Lisani, Məsud Sultani, Tehranın "Evin" həbsхanasında vəkil Saleh Kamrani, Abdulla Abbasi Cavan, Səid Mətinpur, Əlirza Mətinpur saхlanılır.   Cəlal Genili, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Heydərinin "Evin" həbsхanasında və ya Zəncan şəhər həbsхanasında saхlandıqları tam bəlli deyil. Səbəb də bu hərəkatçıların yerinin tez-tez dəyişdirilməsidir. Sulduz həbsхanasında İbrahim Moini, Rza Paşayi, Хoy zindanında Huşən Firuhidə və İrəc Naci saхlanılır. Bunlar həbs olunduqları   təsdiqlənən hərəkatçılardır. Azərbaycanlı fəallar barədə məlumatlar əsasən ailələrindən, dostlarından, hərəkat üzvlərindən əldə edilir. Lakin ailələrlə təmas yaratmaq da həmişə mümkün olmur. Və ya ailələr təhdid altında saхlanıldığından həbs edilən üzvləri barədə məlumat verməmək barədə хəbərdarlıq edilir. Belə olanda komitə həbsdə saхlanılan barədə məlumat almaqda çətinliklərlə üz-üzə qalır. Təsəvvür edin ki, həbs edilən, izlənən, nəzarətdə saхlanılan, zəmanətlə azadlığa buraхılan hərəkatçıların evləri də nəzarət altına alınır, güdülür, telefonları dinlənilir, onlar barədə hər hansı məlumatları yayılmaması üçün yaхın dostları belə nəzarətə götürülür, digər ailə üzvləri, qardaşları, həyat yoldaşları həbs edilir. Amma çətinliklərə rəğmən məlumatları əldə edə bilirik və bu məlumatlar əsasında beynəlхalq təşkilatlar İranda baş verənlərlə bağlı хəbərdar edilir.

Təmsil olunduğunuz komitə azərbaycanlı hərəkatçıların həbsdən azad edilməsi üçün nə kimi işlər görür?

-Bu məsələ ilə bağlı dəfələrlə beynəlхalq təşkilatlar qarşısında çıхış etmişik. Beynəlхalq Əfv Təşkilatı, BMT-nin İnsan Haqları üzrə Ali Komisarlığı, İşgəncə Əleyhinə Mübarizə Mərkəzlərinə həbsdə saхlanılan hərəkatçıların durumu, onlara qarşı irəli sürülən ittihamlar barədə məlumatlar çatdırılıb. Хarici ölkələrdə nəşr olunan mətbuat orqanları həbslər barədə məlumatlandırılıb. Artıq bu qurumlar İran dövlətinə müraciət edərək azərbaycanlı fəallara qarşı işgəncələrə son qoyulmasını, həmçinin onların azadlığa buraхılmasının təmin edilməsini tələb ediblər. Eləcə də siyasi məhbuslarımız barədə məlumatlar хarici ölkələrin parlamentlərinə göndərilib, Amerika Dövlət Departamentinə məlumat çatdırılıb.

İran reyiminin siyasi fəalları həbsdə saхlamaq üçün hansı əsasları var?

-Güney Azərbaycan torpaqlarında insanlar türk olub milli kimliyini, kültürünü və tariхi ərazisini müdafiə etdiyi, qorumaq istədiyi üçün cəza evlərinə göndərilir, ağır işgəncələrə məruz qalır. Ölkədə öz milli haqlarını tələb edən insanlar təqib olunur, reyimi tənqid atəşinə tutan yurnalistlər qeyri-qanuni olaraq həbsə atılır. Reyim qeyri-fars millətlərinə qarşı geniş miqyaslı ayrı-seçkilik siyasəti yürüdür. Güney Azərbaycan Milli Hərəkatının təməli insan istəklərinə, dünyada tanınmış insan haqlarının müdafiə qanunlarına, vətəndaşların azadlığı və mədəni haqlarının bərabər qorunması prinsipinə söykənir. Bu hərəkatı milli kimliyin rəsmən tanınması, öz tariхindən, mədəniyyətindən bütün sahələrdə yararlanması, Azərbaycan türkcəsinin rəsmi dil olaraq tanınması, insanlara ana dilində təhsil hüququnun verilməsini tələb edir. Güney hərəkatının istəkləri insan hüquqlarına dayanır. Hərəkatın qanunun aliliyi prinsipinə riayət etməsinə, dinc və mədəni şəkildə fəaliyyət göstərməsinə baхmayaraq, onun üzvləri qanunsuz olaraq həbslərə, işgəncələrə məruz qalır, barələrində ağır cəzalarla bağlı məhkəmə qətnamələri çıхarılır. İranda Azərbaycan türklərinin sayı 30 milyona yaхındır. Azərbaycan türkləri ölkə əhalisinin böyük bir hissəsini təşkil edir, lakin buna baхmayaraq, onlar sistemli şəkildə assimilyasiya siyasətinin qurbanı olub. Fundamental insan haqlarından məhrum ediliblər. Demək istəyirəm ki, İran dövləti çoх zaman onları ölkənin təhlükəsizliyinə qarşı fəaliyyətdə, bölücülük, pantürkizmin təbliği kimi ittihamlarla suçlayır, amma Azərbaycan siyasi məhbusları Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda fəaliyyətləri səbəbindən həbs ediliblr. Həqiqət bundan ibarətdir və bu səbəbdən hərəkatçıların həbsləri tam qanunsuzdur.
Biz İran Ana Yasasının 15-ci maddəsinin icrasını tələb edirik, bu maddə ilə digər qeyri-fars millətlərinə öz dillərində təhsil almaq hüququ tanınır. İran inqilabından 30 il keçir, Ana Yasada yazılan maddə isə hələ də icra olunmur.

Sizcə, İran beynəlхalq təzyiqlər qarşısında geri çəkiləcəkmi?

-Bu suala tam dəqiqliklə cavab vermək çətindir. Amma qeyd etmək lazımdır ki, bu təzyiqlər şübhəsiz ki, təsirsiz qalmayacaq. Təcrübələr bunu göstərir ki, beynəlхalq təzyiqlər hətta İran kimi bir reyimə də təsirini göstərib. Məsələn, adları hesabatlar, beynəlхalq təşkilatların müraciətlərində qeyd olunan və ya barəsində mətbuatda daha çoх yazılan şəхslərlə davranışlarda dəyişiklik baş verir. Belələri ilə müqayisədə adları heç bir yerdə çəkilməyən hərəkatçıların vəziyyəti daha ağır olur.

Güney Azərbaycan Milli Hərəkatının indiki durumunu necə qiymətləndirirsiniz?

-Təbii ki, ötən illərlə müqayisədə Azərbaycan Milli Hərəkatı хeyli güclənib. Məhz bu güclənmənin, daha geniş dairəni əhatə etməyin nəticəsidir ki, fəallar universitetlərdə, hətta küçələrdə açıq aksiyalardan çəkinmir. Müəyyən tariхlərdə, məsələn, 21 fevral-Dünya Ana Dili Günü və ya İranda məktəblərin açıldığı 20 sentyabrda mitinqlər daha kütləvi хarakter alır. Bu onu göstərir ki, yeni nəsil haqqını tələb etməkdə və bu haqqı almaqda israrlıdır. Хarici ölkələrdə də diaspora təşkilatları da içərinin səsini yaymaq üçün çalışır. Amma onu da demək lazımdır ki, хarici ölkələrdə haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün tələb edilən qədər fəaliyyət göstərilməyib. Bu bizi qane etmir. İranda yaşayan azərbaycanlıların beynəlхalq dəstəyə daha çoх ehtiyacı var, çünki onlar haqlıdırlar, öz haqlarını tələb edirlər, dünya haqqını tələb edən, beynəlхalq hüquq normaları əsasında fəaliyyət göstərənlərdən diqqətini əsirgəməməlidir.

Güney Hərəkatının хaricdə tanıdılması üçün nəyə ehtiyac var?

-İnsan haqlarının müdafiəsi təşkilatları ilə həqiqətlərimizi təbliğ etməyə böyük imkanlar var. Bu üzdən хaricdə yaşayan soydaşlarımız bu təşkilatlarla daha çoх əlaqə yaratmalıdırlar. Həmin təşkilatlar vasitəsilə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, bəzi tədbirlər həyata keçirmək mümkündür. Хaricdə yaşayan soydaşlarımıza bir iradım var. Düşünürəm ki, onlar öz vətəndaşlıq borclarını ödəməlidirlər. O da həqiqətdir ki, хarici ölkələrdəki azərbaycanlıların çoхu ölkədə baş verən hadisələrlə maraqlanmır. Çoх təəssüf ki, хaricdə yaşayan soydaşlarımızın ancaq bir qismi bu işdə fəaldır. Bu gün Azərbaycan türklərinin bütün təbəqələrindən olan insanların, media nümayəndələrinin hüquqlarının pozulması barədə məlumatların хaricə çatdırılmasına böyük ehtiyac var. Əgər biz bu gün bunu edə bilməsək, İran reyimi daha da azğınlaşaraq güneyli fəallarımızı daha çoх incidəcək. Buna imkan verməmək üçün hamımız çalışmalıyıq.

Əmir Turqut - olaylar

yazilib گونئی سسی GuneySesi Sat 15 Sep 2007 saat 11:11 | link |

   Abbas  leysanlı (Lisani) təbrizin inqilab məhkəməsinə çağrılıb 

Savalan səsi:

Abbas LisaniMəhbus şair və Azərbaycan milli hərəkatı fəalli Abbas leysanlı-nın  təbrizin inqilab məkəməsinə çağrılmasını fəallın hayatyoldaşı xanım Ruqqiyə Əlizadə xəbər verir.

 Xanım Ruqqiyə  Əlizadə   Pənşənbə həftənin 4-uncu günü sentyabrın 13-də  aldıqları  məhəkəmə çağırışında   ittihamlarin  qeyd  olunmamasını  söyləyir.

Hazırda ərdəbil dustağında  həbsdə saxlanılan şair və milli hərəkat fəalli cənab Abbas leysanlı nın həftənin altıncı-günü sentyabrın 22- də təbrizin inqilab məhkəməsində olması gərəkir.

Xatırlatmalıyıq ki neçə gün öncə Abbas bey Leysanlı nizam intizam qovvələri tərəfindən qaldırılmış iddealar əsasında ərdəbil şəhrinin inqilab məkəməsinin 8-nci şöbəsində olmuşlar.

Ötən ilin mayından  həbsə alınan Azərbaycan Milli hərəkatı və huquqlarını müdafiə edən fəall  cənab Abbas Leysanlı 38 yaşındadir və bura dək iki məhəmə hökmü esasında 30 ayliq həbs qərarı alıblar. 
 
 
 

yazilib گونئی سسی GuneySesi Fri 14 Sep 2007 saat 21:7 | link |

Faxtə xanım Zamani ilə Azərbaycan səsi radiosunun müsahibəsi

yazilib گونئی سسی GuneySesi Fri 14 Sep 2007 saat 20:56 | link |

Araz Radiosunun 2007 0914 tarixində verilişi

Araz Radiosu

yazilib گونئی سسی GuneySesi Fri 14 Sep 2007 saat 20:52 | link |

 Tebrizde 5 Azerbaycanli Fealin Mehkemesi Keçirilib

Keçen Gün2007.09.09(1386.06.18) Təbrizin Şöbə Üç Məhkəmsində Azerbaycan Milli Hərəkatinın5 aktivınin Məhkəmsi Keçirıldı.

 

1_Hüseyin Nəsirı,27 yaşinda -Azərbaycan Milli Hərəkatin fəalarından 82 Gün həbsdən sonra 30 Milyon səndilə Buraxilmişdi.

2_Nurollah Həsəniyan,33 yaşinda - Azərbaycan Milli Hərəkatin fəalarından 81 Gün həbsdən sonra 30 Milyon səndilə Buraxilmişdi.

 

3_ibrahim fərəczadə,37 yaşinda - Azərbaycan Milli Hərəkatin fəalarından 82 Gün həbsdən sonra 10 Milyon səndilə Buraxilmişdi.

4_Cavad səlmani,32 yaşinda - Azərbaycan Milli Hərəkatin fəalarından 82 Gün həbsdən sonra 10 Milyon səndilə Buraxilmişdi.

 

5_Əbulfəzl Nəsiriyan,45 yaşinda - Azərbaycan Milli Hərəkatin fəalarından 82 Gün həbsdən sonra 10 Milyon səndilə Buraxilmişdi.

yazilib گونئی سسی GuneySesi Mon 10 Sep 2007 saat 10:30 | link |

GÜNEY AZƏRBAYCAN QADINI İKİQAT ZÜLMƏ MƏRUZ QALIR

Hüquqşünas Babək Azəri bəzi nümunələrlə bunu təsdiqləyir

Guney Azerbaycan Qadinlariİrandakı hakimiyyət islam demokratiyası adı altında qadın haqlarını tapdamaqla müsəlman dünyası üçün pis örnəyə çevrilib. Ölkə əhalisinin yarısının Azərbaycan türkü olduğunu nəzərə alsaq, o zaman əhalinin təxminən 20 faizini azərbaycanlı qadınların təşkil etdiyi nəticəsinə gələ bilərik. Bu baxımdan, Tehran hakimiyyəti zərif cinsin haqqını tapdayarkən bu, türk qadınlarından da yan ötmür.
Bu günlərdə qadın hüquqlarının müdafiəçisi, soydaşımız Şahnaz Qulaminin mənzilinə ETTELAAT-ın əlisilahlı dəstəsinin hücumu yuxarıda qeyd etdiklərimizi təsdiqləyən çoxsaylı hallardandır...


>>>>>>
yazilib گونئی سسی GuneySesi Sun 9 Sep 2007 saat 21:3 | link |

Azərbaycan fəallarının həbsi, ailələrinə qarşı təhdidlər davam edir

Shahnaz QulamiQadın hüquqları müdafiəçisi və Azərbaycan fəallı Şahnaz Qulaminin hazırda ETTELAAT-ın nəzarəti altında olduğu bildirilir.

«Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi»nin (ASMƏK) sentyabrın 7-də yaydığı məlumatda bildirilir ki, xanım Qulamini avqustun 21-dən bəri məhkəməsiz həbs altında saxlayırlar. Lakin, onun vəziyyəti və hansı təcridxanada saxlanıldığı hələ də aydın deyil.

ETTELAAT əməkdaşları avqustun 20-də xanım Qulaminin Təbrizdəki evini nəzarətə götürsələr də, onun həbs xəbəri təsdiqlənmirdi.

Məlumata əsasən, Şahnaz Qulami İranda qadınlara bərabər hüquq tələbi ilə yeni internet saytı açdıqdan sonra təqiblərə məruz qalıb. Onun azyaşlı bir qızı da var.

Bu arada, Şərqi Azərbaycan vilayətinin Qaradağ mahalının mərkəzi sayılan Əhər şəhərində 25 azərbaycanlı fəala hökm oxunub. Fəallar 2006-cı ilin may aksiyalarında iştirakda, asayişi pozmaqda, dövlət əmlakına ziyan vurmaqda təqsirli biliniblər.

Müxtəlif mənbələrin təsdiq etdiyi məlumata əsasən, Əhər şəhərinin Cəza Məhkəməsi fəallardan birini iki il yarım, qalan 24-ünü isə altı ay həbsə məhkum edib. Bundan əlavə, onların hər biri ayrı-ayrılıqda 50-dən 70-ə qədər şallaq cəzası alıb.

Eyni zamanda, ETTELAAT-ın 15 aydır axtardığı Əhər fəallarından Cavad Həsənpurun Təbrizdə ələ keçirildiyi bildirilir.

«Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası»nın verdiyi məlumata görə, qaçaq düşən fəal dörd aylıq körpəsinin ölüm xəbərini eşitdikdən sonra Təbrizdəki evinə qayıdıb. ETTELAAT əməkdaşları sentyabrın 4-də həmin evə hücum edərək, fəalı nəzarət altına alıblar. Cənab Həsənpurun kompyuter, CD, kitab və əlyazmaları da müsadirə edilib. Onun hazırda harada saxlandığı bəlli deyil.

Başqa xəbərə görə, ETTELAAT-ın Ərdəbil şöbəsi şəhər zindanında saxlanan tanınmış fəal Abbas Lisaninin həyat yoldaşı Ruqiyyə Lisanini (Əlizadə) həbslə hədələyib.

«Savalan Səsi» xəbər saytının verdiyi məlumata əsasən, sentyabrın 4-də ETTELAAT əməkdaşları onun atasının iş yerinə gəlib, bildiriblər ki, Ruqiyyənin həbs hökmü hazırdır. O, bir daha mətbuat və xarici informasiya vasitələrinə Abbas Lisaninin vəziyyəti haqda məlumat versə, onu da həbs edəcəklər.

İran azərbaycanlılarının milli və mədəni haqları uğrunda mübarizə aparan Abbas Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib. O, 2006-cı ilin oktyabrından həbsdədir və hazırda Ərdəbilin mərkəzi həbsxanasının 7-ci bölməsində saxlanılır.

Abbas Lisani qeyri-qanuni həbs və mühakimə edilməsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib.

«Amnesty International» təşkilatı Abbas Lisanini «vicdan məhbusu» hesab edir.

yazilib گونئی سسی GuneySesi Sun 9 Sep 2007 saat 9:55 | link |


ANA DİLİ HAQQINI İSTƏYƏNLƏR ŞALLAQLA CƏZALANDIRILIB

Tehran hakimiyyəti BMT-nin ali komissarını nəzarətdə saxlayıb

TinyPic imageGüney Azərbaycan türklərinin milli haqların təmini uğrunda mübarizəsi davam edir. Tehran hakimiyyəti onların qanuni və təbii haqlarını təmin etməkdənsə, həmin insanlara qarşı zor tətbiq edir.
"Mediaforum" Güney Azərbaycan Tələbə Hərəkatına istinad edərək, bildirib ki, Əhərdəki İslam İnqilab Məhkəməsi Qaradağ bölgəsindən olan 25 azərbaycanlı hərəkatçı barədə hökm çıxarıb. Onlar ötən ilin may-iyun aylarında keçirlən etiraz aksiyalarında iştirak etdiklərinə, "asayişi pozduqlarına", "dövlət əmlakına ziyan vurduqlarına" görə suçlandırılıblar...


>>>>>>
yazilib گونئی سسی GuneySesi Sun 9 Sep 2007 saat 9:54 | link |

Əhər hərəkatçılarına hökm çıxarılıb

MehkemeMay hadisələrinə görə, həbsə atılmış Güney Azərbaycan Milli Hərəkatının fəallarının məhkəməsi keçirilib. "Guney Sesi"a daxil olan məlumata görə, Əhər şəhərində bir sıra hərəkat fəallarına hökm çıxarılıb. Onlardan bəzisi həbs olunub, bəziləri isə şallaq cəzasına layiq görülüblər. Hərəkatçıların bəzilərinin sənədləri düz olmadığından onların məhkəməsi başqa vaxta salınıb. Təzminat cəzaları da çıxarılıb. Cərimələnənlər daha çox maşın və bankların yandırılmasında suçlu bilinən şəxslərdir. 

yazilib گونئی سسی GuneySesi Wed 5 Sep 2007 saat 14:22 | link |

Əhərli fəaal cənab Cavad Həsənpur tutulub

TinyPic imageGeçən il May qiyaminda iştirak etmək suçundan tutulan Cavad Həsənpur, qiyamda iştirak edib milləti təhrik etmə suçuila yarqilanacaq.

Melumatimiza gore bu gün cənab Həsənpurun evinə gedən İttilaat məmurlari, ev aramasindan sonra bütün kitab və kamputer CD-lərin toplaiyb və özlərilə apariblar.

Yaxlaşiq 15 ay İttilaat tərəfindən təziyq altinda olan və yaşami kontrola alinan Cavad Həsənpur, 4 ayliq uşağin əldən verib və ruhi baximda ağir durumdadir. Ona olan repressiyalarin artmasila birlikdə aiyləsinədə hədələr olunub.

yazilib گونئی سسی GuneySesi Tue 4 Sep 2007 saat 10:50 | link |

İranda türk sözlərinin bəzi ictimai yerlərdə işlənməsinə qadağa qoyuldu

TinyPic image

İranın Ticarət Nazirliyinin Şərqi Azərbaycan İdarəsi vilayətdə dükan tabloları, vitrinlər, ərzaq malları, yerli istehsalat və reklamlarda türk sözlərinin işlədilməsini yasaq edib. Baybak xəbər saytı bu hökm haqda yayılan sənədlərdən birini dərc edib .

Ticarət Nazirliyi bu hökmü avqustun 19-da verib. İranda İslam İnqilabından sonra Avropa məşəli adlar yasaq edilsə də, Azərbaycan vilayətlərində dükan və məntəqədə istehsal edilən mallar üçün türk adlarının işlədilməsinə imkan yaranmışdı. Eyni zamanda ana dili və milli dəyərlərinə hörmətlə yanaşın azərbaycanlı dükan sahibləri «Koroğlu», «Babək» və «Səttar Xan» kimi adlardan daha çox istifadə edirlər. Lakin, bu adların latın əlifbasında yazılmasına icazə verilmirdi.

Son bir neçə ildə isə bu kimi adları daşıyan dükan sahibləri «pantürkizm» ittihamı ilə təqib edilir, yeni istehsalat, dükan və hətta bəzi hallarda övladlarına Azərbaycan adları seçmək istəyənlərə vəsiqə verilmir.

İranda türk sözlərinin qadağan edilməsinə dair son hökm ana dilində məktəblərin açılması tələbi ilə yeni aksiyalara hazırlıq görüldüyü vaxta təsadüf edir. Sentyabrın 20-də (1 Mehr) İranda yeni dərs ilinin açılışıyla əlaqədar Azərbaycan fəalları ana dilinin tədrisini tələb edən aksiyaların keçirilməsinə hazırlaşırlar.

yazilib گونئی سسی GuneySesi Tue 4 Sep 2007 saat 10:39 | link |

TEHRAN TÜRKCƏ ADLARI YASAQLAYIB

Dükanlara ana dilində ad verənləri "pantürkçü" adlandırıb təqib edirlər

S.SOLTAN

Tehran
hakimiyyətinin Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti davam edir. İran Ticarət Nazirliyinin Şərqi Azərbaycan İdarəsi əyalətdəki dükan tabloları, vitrinlər, ərzaq malları, yerli istehsalat müəssisələri və reklamlarda türk sözlərinin işlədilməsi, adların qoyulmasını yasaqlayan qərar verib. "Baybak"ın bu barədə yaydığı məlumatda həmin qərarın avqustun 19-da çıxarıldığı bildirilib.
1979-cu ilin fevral inqilabından sonra Azərbaycan əyalətlərində istehsal edilən mallara və dükanlara türk dilində adların verilməsinə imkan yaradılırdı. Bir çox hallarda azərbaycanlı sahibkarlar dükanlarına "Koroğlu", "Babək", "Çənlibel", "Səttarxan" adı verirdilər. Buna imkan yaradılsa da, həmin adların latın əlifbasında yazılmasına icazə verilmirdi.
Son zamanlar bu kimi adlardan yararlanan sahibkarlar "pantürkçülük"də ittiham olunur, təqib edilir, həbsxanaya belə atılırlar.
Şah dövründən başlayan bu siyasət indi də davam etməkdədir. Yeni doğulmuş körpələrə türk adlarının verilməsinə qoyulmuş yasaq hələ də qüvvədədir. Belə uşaqlara doğum haqqında şəhadətnamə verilmir.
Bu hökm yeni tədris ilinin başlaması ilə eyni vaxta düşür. Xəbərlərə görə, Azərbaycan Milli Hərəkatı "Ana dilində məktəb!" şüarı ilə aksiyalar keçirməyi planlaşdırır. Mənbənin məlumatına görə, fars olmayanlar yeni təhsil ilinin başlanmasını "soyqırım günü" adlandırırlar.
Sentyabrın 20-də, yeni tədris ilinin başlanması ilə əlaqədar həmin şüarla etiraz aksiyalarının yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də keçiriləcəyi nəzərdə tutulub. Güneydəki etiraz aksiyalarının Avropa və Amerikadakı azərbaycanlıların dəstəkləyəcəyi gözlənilir. Belə tədbirlərdən biri sentyabrın 10-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. Həmin aksiyaya İranda yaşayan başqa millətlərin nümayəndələri və bir çox hüquq müdafiə təşkilatlarının təmsilçilərinin də qatılacağı gözlənilir.
Milli haqlarının təmin olunmasını tələb edənlərə qarşı təzyiqlər artmaqdadır. Bu il mayın 14-də həbs olunmuş Abbas Bənayi-Kazimi ETTELAAT idarəsində işgəncəyə məruz qalıb. Onun harada saxlanıldığı məlum deyil. Onun anasının "Amerikanın səsi" radiosuna verdiyi məlumata görə, oğlunun səhhəti ağırdır.
Onun sağlamlıq durumu və saxlanıldığı yer barəsində məlumatsız olan Beynəlxalq Əfv Təşkilatı Abbas Bənayi-Kazimini "düşüncə dustağı" adlandıraraq sərbəst buraxılmasını tələb edib.

yazilib گونئی سسی GuneySesi Tue 4 Sep 2007 saat 10:35 | link |

Guney Azerbaycanli Siyasi Mehbuslarla  bagli son melumat

SİYASİ MƏHBUSUN XANIMINI DA HƏBS EDİBLƏR

 
S.SƏDRƏDDİN - ayna

Müşahidəçilərin fikrincə, Tehran hakimiyyəti dustaqlara təzyiq kimi bu üsuldan tez-tez istifadə edir.

İran Milli Təhlükəsizlik və İnformasiya Nazirliyi milli haqların təmin olunmasını istəyən Güney Azərbaycan türklərinə qarşı təzyiqləri artırır. Bu qurum az qala hər gün hərəkat təəssübkeşlərinin "ov"una çıxır. Ona görə də soydaşlarımızın həbsi və ya oğurlanması barədə yeni-yeni xəbərlər yayılır...


>>>>>>
yazilib گونئی سسی GuneySesi Sun 2 Sep 2007 saat 17:9 | link |

Saleh Kamraniyə vəkil tutulmasına imkan verilmir

İranda yaşayan Azərbaycan türklərinin hüquqlarının müdafiəçilərindən biri, tanınmış vəkil Saleh Kamraniyə vəkil tutulmasına imkan verilmir. Bu barədə APA-ya məlumat verən S. Kamraninin xanımı Mina Əsğəri bildirib ki, onun həyat yoldaşı ilə görüşünə də icazə verilmir. O, S. Kamraniyə qarşı irəli sürülən ittiham haqda heç bir məlumat əldə edə bilmədiyini qeyd edib: “Tehran İnqilab Məhkəməsindən və ETTELAAT-dan heç nə öyrənmək mümkün olmur. Vəkil tutmağa da imkan verilmir. İran qanunlarına görə, ibtidai istintaq prosesi başa çatdıqdan sonra vəkil tutmağa icazə verilir. Bu da təqsirləndirilənin hüquqlarını pozur. Saleh barəsində çıxarılan həbs-qətimkan tədbirinin müddəti də bəlli deyil”. M. Əsğəri saxlandığı “Evin” həbsxanasında S. Kamraninin təzyiq və işgəncələrə məruz qaldığını deyib: “Saleh iki kvadratmetrlik kamerada saxlanılır”.
Qeyd edək ki, S. Kamrani dəfələrlə milli haqlarını tələb etdiyinə görə həbs olunan İranın Azərbaycan türklərinin, o cümlədən Abbas Lisaninin vəkili olub. Siyasi mövqeyinə görə 2006-cı ilin iyununda saxlanılıb və həmin ilin sentyabrında sərbəst buraxılıb. Saxlanmamışdan öncə İranda yaşayan ərəblərin haqları uğrunda mübarizə aparan Yusif Əzizi Bənitorofun vəkili olub. Avqustun 18-də isə S. Kamrani Tehran yaxınlığında yerləşən Kərəc şəhərində toy mərasimində iştirak etdiyi zaman İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs edilib və hazırda Tehranın “Evin” həbsxanasında saxlanılır.

yazilib گونئی سسی GuneySesi Sun 2 Sep 2007 saat 17:0 | link |


Daha bir fəal «vicdan məhbusu» elan edildi

Amir Abbas benai kazimiBeynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İranın Azərbaycan fəallarından Əmir Abbas Bənayi Kazimi haqda yeni bəyanat verib.

Sənəddə bildirilir ki, mayın 14-də Təbriz şəhərində yaşadığı evdə həbs olunmuş Əmir Abbas Bənayi Kazimini ETTELAAT əməkdaşları döyüblər: «Milli fəal bir müddət İran Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanıldıqdan sonra avqustun 1-də Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Anası Cəmilə Kazimi oğlu ilə görüşərkən onda işgəncə əlamətlərini görüb və bu barədə «Amerikanın Səsi»nə məlumat verib. Ertəsi gün Əmir Abbas dərhal ETTELAAT-ın Təbriz yaxınlığındakı təcridxanasına aparılıb və yenidən işgəncəyə məruz qalıb.

Avqustun 4-də Cəmilə Kazimi oğlunun ana dilini müdafiə etdiyinə görə həbs olunduğunu və işgəncəyə məruz qaldığını bəyan edib. Onun sözlərinə görə, oğlunun dişləri sındırılıb, saçları qoparılıb və bütün bədəni, sifəti gömgöy olub. Atası Rəhim Kazimi də oğlunu ziyarət etdikdən sonra onun ağır vəziyyətdə olduğunu söyləyib».

Bəyanatda qeyd olunur ki, hazırda milli fəalın səhhəti təhlükə qarşısındadır. Əmir Abbas Bənayi Kazimini «vicdan məhbusu» adlandıran «Amnesty International» onun dərhal azadlığa buraxılmasını tələb edib.

yazilib گونئی سسی GuneySesi Sat 1 Sep 2007 saat 17:0 | link |


S
TOP TORTURE OF POLITICAL PRISONERS IN IRAN

 

İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi

Committee Against Torture of Azerbaijani Political Prisoners in Iran

کمیته  مبارزه  با  شکنجه زندانیان  سیاسی  آذربایجان  در  ایران



İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi yarandı

 

27 avqust, 2007

Iranda Az
ərbaycanlıların milli və mədəni haqları uğrunda mübarizə aparan fəallara qarşı təzyiqlər hər gün artmaqdadır. 2006-cı ilin may qiyamından sonra həbs olunan fəallar hələ də İran məhbəslərində ikən, İran hökuməti dinc və mədəni mübarizə aparan Azəbaycanlılara qarşı yeni həbs dalğasına başlayıb.

Beynəlxalq Əfv (Amnesty International) təşkilatı və başqa insan haqlarını müdafiə mərkəzlərinin vicdan məhbusu elan etdiyi onlarla fəal İran zindanlarında ruhi və fiziki işgəncələrə məruz qalır, onların vəkillə təmin olunma və digər məhbus hüquqları pozulur, ailələri təhdidlərlə üzləşir.

 

İranda Azərbaycanlı məhbusların haqlarının müdafiəsi ilə məşğul olan qruplar, jurnalistlər və ziyalılar İran zindanlarında Azərbaycanlı fəallara verilən işgəncələrə qarşı beynəlxalq ictimaiyyətin etirazını səfərbər etmək üçün fövqəladə komitə - İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi - yaratmaq barədə qərar qəbul ediblər.

 

Komitə üzvləri hal-hazırda Tehranın Evin zindanında saxlanılan Səid Mətinpur, Cəlil Qənilu, Saleh Kamrani, Abdulla Abbasi Cavan, üç aydan artıqdır ki, həbs olunduqdan sonra harada saxlandığı bəlli olmayan Behruz Səfəri, son günlərdə Zəncan şəhərində həbs olunan Əlirza Mətinpur və Leyla Heydəri (Behruz Səfərinin həyat yoldaşı), Urmiyə zindanında saxlanılan Elyaz Yekənli və Hadi Həmidi Şəfiq, Təbriz zindanında saxlanılan Əmir Abbas Bənayi Kazımi, Ərdəbildə məhbus olan Abbas Lisani, həbs olunduqdan sonra harada saxlandığı bəlli olmayan Şahnaz Qulami, eləcə də İranın digər həbsxanalarında saxlanan onlarla məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir, media, insan haqlarını müdafiə təşkilatları və işgəncə əleyhinə mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı etiraz səsini ucaltmağa çağırır.

 

Komitə İran hökumətini adı çəkilən məhbusların İran qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülmədən qanunsuz həbsinə son qoymağa çağırır.

 

İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi son Azərbaycanlı fəal İran zindanlarından azad edilməyənə kimi işini davam etdirəcək.

 

Komitənin yaranması üzrə Təşəbbüs Qrupu İranda Azərbaycanlı məhbusların işgəncəyə məruz qalması əleyhinə etirazını bildirən istənilən qrup və şəxslərin komitəyə dəstəyini alqışlayır.

 

Komitənin fəaliyyəti, İranda Azərbaycanlı siyasi məhbusların durumu barədə məlumat almaq və dəstəyinizi bildirmək üçün Komitənin sözçülərinə müraciət edə bilərsiniz:

 

Faxtə Zamani      

fakhteh.zamani@gmail.com

Əlirza Cavanbəxt

quluncu@gmail.com

Komitənin mail adresi:

committee.stoptorture@gmail.com

 


>>>>>>
yazilib گونئی سسی GuneySesi Fri 31 Aug 2007 saat 11:2 | link |

İranda azərbaycanlı siyasi məhbusların ailə üzvləri həbs olunur

29/08/2007

Səid Mətinpurun qardaşı, Behruz Səfərinin xanımı Ettelaat təcridxanasına aparılıblar - yükləmək üçün audio clip
 - Səid Mətinpurun qardaşı, Behruz Səfərinin xanımı Ettelaat təcridxanasına aparılıblar audio clip

İranda üç ay bundan əvvəl həbs olunmuş tanınmış azərbaycanlı fəallar Səid Mətinpur və Behruz Səfərinin  ailə üzvləri Leyla Heydəri və Əlirza Mətinpur avqustun 27-də Ettelaat məmurları tərəfindən həbs olunublar. Hüquq müdafiəçiləri siyasi məhbusların ailə üzvlərinin həbsi ilə bağlı etirazını bildirir.

Əlirza Mətinpur Azərbaycanlıların  hüquqları uğrunda mübarizə aparan fəallardan biri, tanınmış jurnalist Səid Mətinpurun qardaşı, Leyla Heydəri isə digər Zəncanlı fəal Behruz Səfərinin xanımıdır.  

Səid Mətinpur mayın 25-də həbs olunandan bəri ailəsi və vəkili ilə heç bir təmas imkanı verilmədən, ittiham irəli sürülmədən həbsdə saxlanılır. Beynəlxalq Amnistiya, İngiltərədə yerləşən Frontline hüquq müdafiəçiləri birliyi cənab Mətinpurun Tehranın Evin zindanının siyasi məhbuslar üçün 209-cu bəndində saxlanıldığını və televiziya ilə etiraflara məcbur edilmək üçün işgəncələrə məruz qaldığını bildirir.

Mətinpur həbs olunandan bəri ailəsinə olduqca qısa telefon zəngləri etmiş və yalnız sağ olduğunu xəbər vermişdi.

Səid Mətinpurla eyni gündə həbs olunmuş Zəncanlı fəal Cəlil Qənilu və onlardan 10 gün sonra həbs olunmuş Behruz Səfərinin ailəsi ilə heç bir təmasları olmamış, Səfərinin saxlanma yeri barədə də heç bir məlumat verilməmişdi.  

İranda Azərbaycanlı məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan qruplar, jurnalistlər və ziyalılar İran zindanlarında azərbaycanlı fəallara verilən işgəncələrə qarşı beynəlxalq ictimaiyyətin etirazını səfərbər etmək üçün fövqəladə komitə - İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi yaratmaq barədə qərar qəbul ediblər.  

Komitənin sözçülərindən biri Əlirza Cavanbəxtin verdiyi məlumata görə, Faxtə Zamaninin rəhbərlik etdiyi Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası, Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi və digər tanınmış hüquq müdafiəçilərini birləşdirən qurumun yaranmasına səbəb  son zamanlar siyasi məhbuslara qarşı işgəncə hallarının artmasıdır. 

Əlirza Cavanbəxtin sözlərinə görə, ailə üzvlərinin həbsi məhbuslardan etiraflar alınması üçün təzyiq üsulu olaraq istifadə oluna bilər.

Qeyd edək ki, Əlirza mətinpur bu il fevralın 21-də qardaşı Səid Mətinpurla birgə Ana dili Günü tədbirləri ilə bağlı həbs olunmuş, 10 gün həbsdə saxlandıqdan sonra vəsiqə zəmanəti ilə azadlığa buraxılmışdı. Leyla Heydərinin də əvvəllər bir neçə günlük həbsi olduğu bildirilir.  

İşgəncə Əleyhinə Komitə sözçüsünün bildirdiyinə görə, ailə üzvlərinin həbsi və işgəncəyə məruz qalması azərbaycanlı fəallara təzyiq vasitəsi kimi İran xüsusi xidmət orqanları tərəfindən əvvəllər də istifadə olunub.

 Komitə üzvləri hal-hazırda Tehranın Evin zindanında saxlanılan Səid Mətinpur, Cəlil Qənilu, Saleh Kamrani, Abdulla Abbasi Cavan, üç aydan artıqdır ki, həbs olunduqdan sonra harada saxlandığı bəlli olmayan Behruz Səfəri və İranın digər həbsxanalarında saxlanan onlarla məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir, media, hüquq müdafiə təşkilatları və işgəncə əleyhinə mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı etiraz səsini ucaltmağa çağırır.

yazilib گونئی سسی GuneySesi Wed 29 Aug 2007 saat 23:2 | link |

2 Zənganli tutulublar, Mətinpurun qardaşi və Səfərinin hayat yoldaş ibəlli olmayan yerə aparılıblar

Zəngan şəhrində yaşayan milli fəaallara basqı artıb.

Aldiəimiz məlumata görə, Səiyd Mətinpurun qardaşi Əlirza və Behruz Səfərinin hayat yoldaşi Leyla xanim Heydəri sivil geiymli şəxslər tərəfindən tutulub və bəlli olmayan yera aparılıblar.

Səiyd Mətinpur və Behruz Səfəri aylardır ki işkəncə altındadilar. Mətinpur Evin zindanının 209-cu bölməsinə gönərilibdir ta ondan etiraf alinsın. Uluslararasi  Efv Örgütü (Amnesti İnternaşnal) bu barədə beyanat verib və Azərbaycanli məhbuslarin özgür buraxilmalarını istəiyb.

Fars rejimi çalişir ta milli fəaalara basq yaparaq öz istədiginə naiyl olsun. Hakimiyət istəiyr ki Azərbaycan milli hərəkatin xarici quvvələrə bağlasin və Milli Fəaalari casus adlandirara edam etsin.

yazilib گونئی سسی GuneySesi Wed 29 Aug 2007 saat 15:54 | link |


Abbas Leysanli-nin yeni məhkəməsi bərpa olunub

Abbas lisaniƏrdəbil zindaninda olan Azərbaycanli faal Abbas Leysanli (Leysani) məhkəmənin 8-ci şöbəsinə göndərilib

Cənab Leysanlinin vəkili Məhəmməd Riza Fəqihi bildirib ki NACA (İran şəhər polisi) Abbas bəyə qarşi təzminat davasi açib. NACAnin istədigi təzminat geçən il May olaylarila bağıdır. May aiynda yandırılan neçə avtomobil və binanın suçun Abbas bəiyn üstünə atmağüçün, İran yetkililəri ağir cəhd göstərirlər

Qeyd edək ki May hadisələrindən alınan vidiolar göstərir ki Abbas bəy milləti mədəni şəkildə göstəri yapmağa çağır və hər hançi bir anarşinin qarşisini almaq üçün onlari yardima dəvət edir

Dizi olaraq qurulan məhkəmələr Abbas Leysanlini zor duruma salmaq üçün yapilir. Daha öncə 105-ci şöbədən anarşi suçundan yarqilanan cənab Leysanli  16ay həbsə məhkum olmuşdi

Yeni məhkəmədə qullanilan 105-ci şöbənin hökmu bəlli edir ki ilk öncə Abbas bəyi suçlu tanitib və daha sonra ondan təzminat almaq planlanmiş bir olaydir

Son məhkəmənin sonucu hələlik bildirilməiyb

Abbas Leysanli və aiyləsi İran yetkililəri tarafindan ağir basqi altindadirlar

yazilib گونئی سسی GuneySesi Tue 28 Aug 2007 saat 13:2 | link |


Sulduzlu məhəndis Evin zindanina göndərilib


Aldiğimiz xəbərlər əsasinda, Əbdullah Abbasi Cəvan, Sulduzlu məhəndis və bili yurdu öyrətməni 6 gün gizli saxlatilaraq sonunda Evin zindanina göndərilib

Sulduz doğumlusu olan Məhəndis Cəvan Tehran şəhrində yaşaiyr. 6 gün öncə evinə saldiran gizli servis məmurlari, bir çoxlu kitab, bilgisayar və şəxsi məlzəmə ilə birlikdə cınab Cavani özlərilə apariblar

İndiə dək onun harda olduğunu bildirməyən İttilaat, sonunda deiyb ki Əbdullah Abbasi Cəvan evin zindanina göndərilib. Bu gün 3 Azərbaycanli fəaal Evin zindaninda 209 bölmədə saxlanilmaqdadrilar. Evin zindanini 209-ci bğlməsi ünlüdür çünkü orda qalan məhbuslari işkəncə etmək üçün ayirarlar

Azərbaycan milli hərəkati mədəni olduğu üçün, hələlik hiş bir fəaal ağir cəza ilə suçlanilmaiyb ama durum gün bə gün diyişdirilir. Casusluq və İslami hakimiyətlə savaş aparmaq suçuyla qarşi qarşiya qalan Azərbaycanli fəallarin gələckdə bir sira oyunlar sonucu təhlukəyə salinmamasi üçün, Azərbaycan milli fəaalari və insan haqlari örgütlər diqqətli olmalidilar

yazilib گونئی سسی GuneySesi Mon 27 Aug 2007 saat 21:36 | link |

İranda azərbaycanlılara qarşı təzyiqlər artır

25/08/2007

Siyasi məhbuslarla bağlı son durum - yükləmək üçün audio clip
Siyasi məhbuslarla bağlı son durum audio clip

İran Azərbaycanında milli mədəni hüquqlar uğrunda mübvarizə aparan fəallara qarşı təzyirləqin artdığı xəbər verilir.

Abdullah Abbasi Cavan
Abdullah Abbasi Cavan

Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMEK) sözçüsü Əlirza Quluncunun verdiyi məlumata görə, son günlərdə İranda azərbaycanlı fəalların yeni həbs dalğası başlayıb. Avqustun 18-də vəkil Saleh Kamrani və universitet müəllimi Abdullah Abbasi Cavan həbs ediliblər.

Əlirza Quluncu yeni həbslərlə bərabər artıq həbsdə olan azərbaycanlı hərəkat fəallarına qarşı da təzyiqlərin artdığını deyir. Belə ki, bəzi məhbuslara işgəncələr artırılır, bəzilərinə qarşı isə yeni məhkəmə işləri açılır.

Hərəkatın tanınmış simalarından biri Abbas Lisani və gənc hərəkat fəalı Hadi Həmidi Şəfiqə qarşı isə yeni məhkəmə işləri gözlənilir. Abbas Lisaninin daha

Abbas Lisani
Abbas Lisani

bir məhkəməsi avqustun 26-da Ərdəbil İnqilab məhkəməsinin 8-ci bölümündə keçiriləcək.

Əlirza Quluncu yeni təzyiq dalğasının nə ilə bağlı olduğu barədə fikir söyləməyə çətinlik çəkir. Lakin son zamanlarda paytaxt Tehrana yaxın bölgələrdə azərbaycanlı fəallara qarşı təzyiqlərin xüsusilə artdığını qeyd edir.

ASMEK sözçüsü bildirir ki, məhbusların bir çoxuna vəkillə təmsil olunmaq imkanı verilmir. Əlirza Quluncunun sözlərinə görə, basqılara baxmayaraq bir çox məhbusların yaxınları və dostları həbslər barədə məlumatları ötürməkdə davam edir.

http://www.voanews.com/azerbaijani/2007-08-25-voa8.cfm

yazilib گونئی سسی GuneySesi Sun 26 Aug 2007 saat 15:48 | link |


Azərbaycanlı fəallar vicdan məhbusu elan ediliblər

Saeed Metinpoor ve saleh kamrani iki azerbaycanli medeni  fealBeynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» hazırda Tehranın Evin zindanında saxlanılan azərbaycanlı hüquq müdafiəçiləri Səid Mətinpur və Saleh Kamrani haqda eyni gündə iki bəyanat verib 

Avqustun 23-də yayılan ilk bəyanatda «Amnesty International» İran azərbaycanlıların mədəni haqlarını müdafiə edən jurnalist Səid Mətinpurun işgəncə altında olmasından nigaran olduğunu bildirirAmnesty

Beynəlxalq insan hüquqları təşkilatı vicdan məhbusu elan etdiyi Səid Mətinpur haqda bundan öncə də - iyunun 7-də təcili bəyanat vermiş, onun işgəncə təhlükəsində olduğunu bildirmişdi

Bu son sənədə əsasən Mətinpur hazırda Tehranın Evin həbsxanasının ETTELAAT-ın nəzarəti altında olan 206-cı korpusunda saxlanılır və ona göstərilən təzyiqlər televiziya «etiraflarına» vadar etmək məqsədi daşıyır

«Amnesty International» son vaxtlar Evin həbsxanasının 206-ci korpusunda olan başqa məhbusların müşahidələrinə əsaslanaraq azərbaycanlı fəalın biradamlıq kameraya salındığını və səhhətinin təhlükə altında olduğunu bildirir

Bəyanatda qeyd edilir ki, son dəfə mayın 25-də Zəncan şəhərində nəzarət altına alınan Mətinpur yalnız İran azərbaycanlılarının mənafeyi uğrunda apardığı sülhpərvər fəaliyyətinə görə həbs edilib və buna görə də təşkilat onun vicdan məhbusu olduğuna inanır

Fəalın bir neçə telefondan başqa zindandan xaricdəkilərlə heç bir təmasının olmadığı, həbs müddəti ərzində vəkil və ailəsi ilə görüşünə imkan verilmədiyi bildirilir

Təşkilatın avqustun 23-də yaydığı ikinci bəyanat isə həbs edilən tanınmış hüquq müdafiəçisi Saleh Kamrani haqdadır 

Məlumata görə, avqustun 18-də gecə vaxtı Kərəc şəhərində tutulub Tehranın Evin həbsxanasına aparılan cənab Kamraninin ailəsi üç gün ondan xəbərsiz olub. Avqustun 21-də ailəsi ilə qısa telefon söhbətinə imkan verilən fəal Evin zindanının 206-cı korpusunda olduğunu bildirib. Lakin onun Azərbaycan dilində danışmasına icazə verilməyib və elə buna görə də fars dilini başa düşməyən anası ilə telefon söhbəti mümkün olmayıb

Bəyanatda hüquq müdafiəçisinin fikir və söz azadlığından məhrum edildiyi bildirilir

«Amnesty International» Saleh Kamranini də vicdan məhbusu hesab edir və ürək xəstəlinə görə onun həyatının ciddi təhlükə qarşısında qaldığını bildirir 

yazilib گونئی سسی GuneySesi Fri 24 Aug 2007 saat 21:9 | link |


Səiyd Mətinpur barədə Əmnesti İnternaşnal bəyanat verib, onun sağliği təhlukədədir

saeed metinpoorUluslar arasi Bağiş Örgütü (Əmnesti İnternaşnal) Səiyd Mətinpurun sağliğindan əndişə edir və onun geiri qanuni saxlanilmasini qinaiyr

Yazilan bəyanatda Səiyd Mətinpur düşüncə dostaği və suçsuz bir məhbus bildirilir. amnestyOnun işkəncə altinda olmasini vurqulaiyb qinayan Uluslar arasi Bağiş Örgütü, cənab Mətinpurun həmən özgür buraxilmasini tələb edir

Yazilan bəyanat bir çoxlu adresə göndərilibdir, ancaq sizdə bu yazini (Burdan alin) altinda yazilan adreslərə göndərməklə Səiyd Mətinpurun buraxilmasini tələb edə bilirsiz

yazilib گونئی سسی GuneySesi Fri 24 Aug 2007 saat 10:48 | link |


Saleh Kamrani barədə Əmnesti İnternaşnal bəyanat verib, onun sağliği təhlukədədir

saleh kamraniUluslar arasi Bağiş Örgütü (Əmnesti İnternaşnal) Saleh Kamraninın sağliğindan əndişə edir və onun geiri qanuni saxlanilmasini qinaiyr

amnestyYazilan bəyanatda Saleh Kamrani düşüncə dostaği və suçsuz bir məhbus bildirilir. Onun işkəncə altinda olmasini vurqulaiyb qinayan Uluslar arasi Bağiş Örgütü, cənab Mətinpurun həmən özgür buraxilmasini tələb edir

Yazilan bəyanat bir çoxlu adresə göndərilibdir, ancaq sizdə bu yazini ( Burdan alin) altinda yazilan adreslərə göndərməklə Saleh Kamraninin buraxilmasini tələb edə bilirsiz

yazilib گونئی سسی GuneySesi Fri 24 Aug 2007 saat 10:44 | link |

Rights Group Warns Of Political Pressure In Iran's Northwest

 

August 23, 2007 (RFE/RL) -- A human-rights group in northwestern Iran claims that state pressure on political activists in the region has increased in recent months.

The Iranian provinces of East and West Azerbaijan are home to many ethnic Azeris.

The Committee To Defend Political Prisoners in Iran's Azerbaijan told Radio Farda that more than 20 Iranian citizens have been jailed by authorities for their political activities.

Group spokesman Alireza Javanbakht said a lack of media attention contributes to rights abuses in Iran's Azerbaijan provinces.

"Unfortunately, in statements that are being issued by human-rights groups, those Azeris who are jailed for political reasons are not being mentioned," Javanbakht said. "The reason is either a lack of access to news developments in [Iranian] Azerbaijan or there are other reasons, including sensitivities. The lack of coverage results in pressure on [political prisoners] and their families. Most of the detainees do not have access to a lawyer."

The Committee To Defend Political Prisoners in Iran's Azerbaijan has issued a list of some 20 political prisoners who it says are facing particular hardship in prison.

http://www.rferl.org/featuresarticle/2007/08/82342E91-4AE3-4EE3-959D-86F3F160849C.html

yazilib گونئی سسی GuneySesi Fri 24 Aug 2007 saat 9:58 | link |
 
offshore