İran Azərbaycanında siyasi və mədəni təzyiqlərin artdığı bildirilir
Əbülfəzl Paşaoğlu.Azadlıq Radiosu.Bazar, 21 oktyabr 2007
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMƏK) növbəti hesabatında İranda Azərbaycanı fəallarından başqa, incəsənət və mətbuata qarşı təzyiqlərin də artdığı bildirilir.
Hesabatda «Dilmac» jurnalının qapadılmasına işarə edilir.
Təbrizdə mühəndis Əlirza Sərrafinin baş redaktorluğu ilə Azərbaycan və fars dillərində nəşr edilən «Dilmac» aylıq mədəni, ictimai və siyasi jurnalı dərc etdiyi bir sıra yazı və materiallara görə İranın mədəniyyət nazirliyi İslami İrşad İdarəsi tərəfindən üç dəfə xəbərdarlıq aldıqdan sonra qapadılıb. Xəbərdarlıqların ana dili, İranda qadın məsələsi, Azərbaycan folkloru və mətbuatı, İranda federalizm kimi mövzularda «Dilmac»da çap edilən yazılarla əlaqədar olduğu bildirilir.
Daha sonra ASMƏK-in raportunda uzun illərdir Təbrizdə ustad Həsən Dəmirçinin rəhbərliyi ilə Azərbaycan musiqisinin təlimi və təbliği ilə məşğul olan mərkəzin ETTELAAT tərəfindən qapadıldığı vurğulanır. Fəaliyyətinə hökumət tərəfindən xitam verilənə qədər Azərbaycan Musiqi Mərkəzində 12 musiqi müəllimi çalışıb. Mərkəzin 180 tələbəsi olub.
Hesabatda Qoşaçayın Üçtəpə kəndindən olan «Əhli-Həqq» dini təriqətinin Urmiyə zindanında saxlanan dörd azərbaycanlı tərəfdarının ağır vəziyyətinə də toxunulur. Həmin azərbaycanlıların zindanda ağır psixi və fiziki təzyiqlər altında saxlandığı və xəstə olduqları halda dava-dərman və həkim nəzarətindən məhrum edildiyi bildirilir.
Hesabata görə, bir müddət Urmiyə zindanında saxlanan bəzi milli fəallara qarşı Urmiyə İnqilab Məhkəməsi tərəfindən həbs cəzası çıxarılıb. Urmiyə Universitetinin bədən tərbiyəsi fakültəsinin əslən Xiyavdan (Mişkin şəhər) olan tələbəsi Məhnaz Məhəmmədzadə pantürkizmi təbliğ etməkdə, ölkənin mili təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 6 ay həbsə məhkum edilib. M.Məhəmmədi Urmiyənın son vaxtlar qapadılmış «Bilim yolu» ədəbi mərkəzində Azərbaycan poeziyası gecələrinin təşkilində mühüm rol oynayan şəxslərdən olub.
Bu ilin iyun ayında keçirilən etiraz aksiyalarında iştiraka görə tutulub Urmiyə həbsxanasına aparılan 21 yaşlı Mustafa Meydan Nəvərd Urmiyənın İnqilab Məhkəməsi tərəfindən 4 ay müddətinə azadlıqdan məhrum edilib. Onun tutulandan sonra 12 gün ərzində ETTELAAT-ın Urmiyə idarəsinin birbaşa nəzarəti altında olan «Doqquz pillə» həbsxanasında saxlandığı və ağır işgəncələrə məruz qaldığı vurğulanır.
Hesabatın sonunda qeyd olunur ki, on gün əvvəl bir sutka həbsdə saxlanan Muğanlı tələbə və milli fəal Siyamək Mirzainin həbsdə olduğu saatlarda ETTELAAT əməkdaşları tərəfindən döyüldüyü bildirilir.
Təbrizdə Azərbaycan milli hərəkat fəallı Həbib Mehri həbsə alınıb.
Savalan səsi:Təbrizdən əlimizə çadıyı məlumatlar əsasında Mücahid xiyabanında yaşayan Azərbaycan milli hərəkat fəallı Həbib Mehri, ikinci gün oktyabrın 16-da təbrizin bazarında həbsə alınıb.İzinin yoxlaması olayıcı olmayan həbsə alınan hərəkatçı,yaratdığı tilifun bağlantısında, İran İslam Respublikasının yerli təhlükəsizlik orqanı təbriz “ettelaat”-inda saxlandığını ailəsinə bildirib.
İranda 6 ərəb fəalına edam hökmü verilib
Əbülfəzl Paşaoğlu. Azadlıq Radiosu .Çərşənbə, 17 oktyabr 2007
İranın ərəb azlıqlarını təmsil edən «Əl-Əhvaz Demokratik Xalq Cəbhəsi» və «Əl-Əhvaz Ərəb Qurtuluş Cəbhəsi» oktyabrın 14-də verdikləri birgə bəyanatla altı ərəb fəalına edam hökmü verildiyini bildiriblər. Onlar beynəlxalq insan hüquqları təşkilatlarından İran hökumətinə təzyiq göstərməklə edamların qarşısını almalarını tələb edirlər.
Sözü gedən fəallar 2005-ci ilin yaz aylarında İranın ərəb məntəqəsi Xuzistan vilayətində baş verən partlayışlarda günahlandırılırlar. Partlayışlar etnik iğtişaşların yatırılmasından bir neçə gün sonra baş vermişdi.
Bu hadisələrlə əlaqədar son iki il ərzində 100-dən çox insan həbs edilib. Son aylar asılan ərəb fəallarının sayı da 15 nəfərə çatır.
Ən çox ərəb əhalisi olan Əhvaz şəhərinin prokuroru Musa Piriyai bir ay öncə son edamlardan sonra həbsdə saxlanan bir sıra digər fəalların da edam ediləcəyini bildirib. Lakin, o, məhbusların adını çəkməyib.
Adətən ərəb fəalları edamdan əvvəl naməlum yerə aparılırlar. «Əl-Əhvaz Demokratik Xalq Cəbhəsi» və «Əl-Əhvaz Ərəb Qurtuluş Cəbhəsi»nin verdiyi birgə bəyanatda isə ötən həftə Əhvaz həbsxanasından naməlum yerə aparılan altı nəfərin adı çəkilir.
Bəyanatda bildirilir ki, onların çoxu ölkəni tərk etdikdən sonra mühacirətdə yaşayarkən Suriya hökumətinin əməkdaşlığı ilə İrana qaytarılıb.
TƏBRİZDƏ «DİLMANC» JURNALI, AZƏRBAYCAN MUSİQİ MƏRKƏZİ BAĞLANIB, URMİYADA İKİ MİLLİ FƏALA HƏBS CƏZASI VERİLİB
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi güneyli fəallara və qəzetlərə qarşı artan təzyiqlərlə bağlı növbəti hesabatını yayıb.
«Media forum» saytının məlumatına görə, hesabatda deyilir ki, Təbrizdə mühəndis Əlirza Sərrafinin baş redaktorluğu ilə Azərbaycan türkcəsində və fars dilində çıxan «Dilmac» aylıq mədəni, ictimai və siyasi jurnalı dərc etdiyi bir sıra yazı və materiallara görə İslami İrşad İdarəsi tərəfindən üç dəfə xəbərdarlıq aldıqdan sonra qapadılıb. Xəbərdarlıqların ana dili, İranda qadın məsələsi, Azərbaycan folkloru və mətbuatı, İranda federalizm kimi mövzularda «Dilmanc»da çap edilən yazılarla əlaqədar olduğu bildirilir.
Daha sonra hesabatda uzun illərdir Təbrizdə ustad Həsən Dəmirçinin rəhbərliyi ilə Azərbaycan musiqisinin təlimi və təbliği ilə məşğul olan mərkəzin ETTELAAT tərəfindən qapadıldığı vurğulanır. Fəaliyyətinə hökumət tərəfindən xitam verilənə qədər Azərbaycan Musiqi Mərkəzində 12 musiqi müəllimi çalışıb. Mərkəzin 180 tələbəsi olub.
Hesabatda Qoşaçayın Üçtəpə kəndindən olan «Əhli-Həqq» dini təriqətinin Urmiya zindanında saxlanan dörd azərbaycanlı tərəfdarının ağır vəziyyətinə də toxunulur. Həmin azərbaycanlıların zindanda ağır psixi və fiziki təzyiqlər altında saxlandığı və xəstə olduqları halda dava-dərman və həkim nəzarətindən məhrum edildiyi bildirilir.
Hesabata görə, bir müddət Urmiya zindanında saxlanan bəzi milli fəalara qarşı Urmiya İnqilab Məhkəməsi tərəfindən həbs cəzası çıxarılıb. Urmiya Universitetinin bədən tərbiyəsi fakültəsinin əslən Xiyavdan olan tələbəsi Məhnaz Məhəmmədzadə pantürkizmi təbliğ etməkdə, ölkənin mili təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 6 ay həbsə məhkum edilib. M.Məhəmmədi Urmiyanın son vaxtlar qapadılmış «Bilim yolu» ədəbi mərkəzində Azərbaycan poeziyası gecələrinin təşkilində mühüm rol oynayan şəxslərdən olub.
Bu ilin iyun ayında keçirilən etiraz aksiyalarında iştiraka görə tutulub Urmiya həbsxanasına aparılan 21 yaşlı Mustafa Meydan Nəvərd Urmiyanın İnqilab Məhkəməsi tərəfindən 4 ay müddətinə azadlıqdan məhrum edilib. Onun tutulandan sonra 12 gün ərzində ETTELAAT-ın Urmiya idarəsinin birbaşa nəzarəti altında olan «Doqquz pillə» həbsxanasında saxlandığı və ağır işgəncələrə məruz qaldığı vurğulanır.
Hesabatın sonunda qeyd olunur ki, on gün əvvəl bir sutka həbsdə saxlanan muğanlı tələbə və milli fəal Siyamək Mirzai həbsdə olduğu saatlarda ETTELAAT əməkdaşları tərəfindən döyüldüyü bildirilir.
Urmiyədə Azərbaycan mədəniyyət mərkəzi qapadılıb
Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu .Şənbə, 13 oktyabr 2007
İran hakimiyyəti Urmiyədə «Bilim Yolu Dərnəyi» mərkəzinin qapısını möhürləyib.
Mərkəz 1989-cu ildən fəaliyyət göstərir, məqsədi Azərbaycan dili və mədəniyyətinin inkişafını dəstəkləməkdir.
«Urmu News» saytının verdiyi məlumata görə, oktyabrın 9-da Urmiyənin ETTELAAT əməkdaşları gözlənilmədən mərkəzə basqın edib, onu bağlayıblar. Hərçənd, o, qanuni şəkildə fəaliyyət göstərirdi və onun qapadılmasının səbəbləri aydın deyil.
Bu elə bir vaxta təsadüf edir ki, mədəniyyət fəallarının məhkəmə və həbsləri artıb, Azərbaycan türkcəsində buraxılan jurnallar yasaq edilib. O cümlədən, uzun ildir Təbrizdə nəşr edilən Azərbaycan və fars dilli ədəbi jurnal «Dilmac» ötən həftə qapadılıb.
«Bilim Yolu Dərnəyi»nin təməlini Urmiyənin tanınmış mədəniyyət xadimlərindən biri, mühəndis Şafei qoymuşdu. Son illər İranın təhlükəsizlik orqanlarının təqiblərinə baxmayaraq, mərkəz fəaliyyətini İran Azərbaycanının başqa şəhərlərinə də yaya bilmişdi. Urmiyədə Azərbaycan dili və ədəbiyyatı üzrə tədris kursları təşkil etməyə nail olmuşdu.
Tarixi araşdırmalar aparan mərkəzin «Azərbaycanın Qərbi Birinci Dünya müharibəsində» adlı simpoziumu qalmaqala səbəb olmuşdu. Həmin konfrans və fotosərgidə Birinci Dünya müharibəsində erməni və assuriyalı yaraqlıların Urmiyə və Salmas əhalisini kütləvi şəkildə qətlə yetirdiyi haqda bəzi tarixi sənədlər aşkar edilmişdi.
Güney Azərbaycanda milli hərəkat fəallarına, tələbələrə və jurnalistlərə İran məhkəmələri tərəfindən hökm öxunmaqda davam edir
Güneydən verilən xəbərlərə əsasən, keçən il may hadisələrindən bəri heç bir gun yoxdur ki, İran məhkəmələri və təhlükəszilik qüvvələri tərəfindən Güneyli feallara qarşı həbs, işgəncə və məhkəmə həyata keçməsin.
Güney Azərbaycan siyasi məhbsularının hüquqlarını müdafiə komitəsi xəbər verir ki, Güneydə həbs olunanların hadisələrdə həyatını itirənlərin və əksər hallarda məhbusların durumunda hələ də dəqiq məlumat əldə etmək mümkün deyil. Ona görə ki, İran Təhlükəsizlik Qüvvələri məhbusların və şəhidlərin ailələrinə və yaxınlarına ciddi təzyiq göstərərk, onlardan tələb edir ki, o haqda hər hansı bir məlumat daxili və xarici mətbuata xəbər versələr onları ağır cəzalar gözləyir. Çox hallarda məhbusların və işgəncə altında olan soydaşlarımızın ailələri qorxudan heç bir məlumat vermək istəmirlər. Buna baxmayaraq, hal hazırda Abdulla Abbasi Cavan, Səid Mətinpur, Saleh Kamrani, Cəlil Ğənilu, Behruz Səfəri, Leyla Səfəri, Əlirza Mətinpur, Cavad Həsənpur, Əli Şadi, Əmir Abbas Benayi Kazımi, Hadi Həmidi Şəfiq, Mehdi Nuri Urmiya həbsxanasında İbrahim Moini, Rza Paşayi, Hüseyn Furuhidə, Mirəc Naci, Abbas Lisani hələ də həbsxanalarında ağır durumdadırlar.
Guney Azerbaycanli Siyasi Mehbuslar Haqda Son Melumatlar
Səid Mətinpur Tehran universitəsinin fəlsəfə fakultəsini bitirmiş , insan haqları-müdafiəçisi jurnalist və yazıçı ıÜümay ayının 25-də Zəncan ETTELAAT qüvvələri tərəfindən qanunsiz şekilde həbsə alinibdir.
Bu neçe ay içinde o ardicil zencan hebsxanasindan, tehran“evin” həbsxanasına , ve eksine aparilmişdir.
Metinpurun ıÜüteleviziya vasitəsi ilə etiraflara məcbur etmək üçün işgəncələrə ve basqilara məruz qaldığı haqda deqiq melumatlar vardir.
o basqilarin devaminda " Əlirza Mətinpur "Səid Mətinpur kiçik qardaşi avqustun 27-də ıÜüETTELAAT məmurları tərəfindən həbs olunublar.
Səid Mətinpur ıÜühəbsindən beş aydan artıq vaxt keçməsinə baxmayaraq, onlara qarşı konkret hansı ittihamların irəli sürüldüyü bilinmir.və təcridxanasında ailə üzvləri ilə görüşməyə icazə vermirlər.
İranda Azərbaycanlı məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan qruplarin fikrincə,ıÜüAzərbaycanlı məhbusun heç bir İran qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülmədən həbsinə esas yoxdur.
S.Mətinpurin ıÜühəyat yoldaşı Etiyə Tahiri bildirib ki bu neçe ay içində heç göruş imkani bizə verilməib.“Bir neçə günöncə Səidlə görüşmək üçün Ettelata getdim. iki saat orada olmağıma baxmayaraq, görüşə icazə vermədilər.
Artiqmaliq ki S.Mətinpur fevralin21-də dunya anadili günü münasibətilə zəncan şəhərində düzənlənib geçirilmiş piketdə həbsə alınıb girov qarşılığında azadliğa buraxılmışdir.
Behruz Səfəri zəncanlı siyasi çalışqandırlar ki cari ilin mayında həbsə alınıbir.buna baxmayaraq ki onun heyat yoldaşi Xanim Leyla heyderi ettelat quvveleri nin tehdidi ozunden b.safari haqda hech bir xeber yayimirdi avqustun 27-də ıÜüETTELAAT məmurları tərəfindən həbs olunublar.
Tessufle behruz bey haqda məlumatlar azdir. O ozden Onun indi Zencan zindani ve ya Ettelatinda Saxlanilmasi Ehtimali vardir. Behruz Səfəri də fevralin21-də dunya anadili günü münasibətilə zəncan şəhərində düzənlənib geçirilmiş piketdə həbsə alınıb girov qarşılığında azadliğa buraxılmışdir.
Xanimleyla heyderinin ailesinin verdigi melumata gore o zencan zindanina gonderilibdir. Artirmaliq ki xanim heyderi “ Çiçek ‘ Kitab evinin mudiridir ki orda Azerbaycan dilinde kitablar ve kasetler yayilirdi.çiçek keçen ili iran intizam quvveleri terefinden qapaldirilmişdir.
Celi Genilu Zencanli siyasi fealdirki may ayının 26-də Zəncan ETTELAAT qüvvələri tərəfindən həbsə alinib və bir mudət sonar Tehran evin zindanina aparilaraq yenindən zəncan ettelatina gətirilibdir.
Bu arada onun ailesi tekcə bir defə oz evladlariile göruşə bilmişlər .
C.ğənilu fevralin21-də dunya anadili günü münasibətilə zəncan şəhərində düzənlənib geçirilmiş piketdə həbsə alınıb və 26 gun tək adamliq kamera da saxlanildiqdan sonar 30 miloyn tumənlik girov qarşılığında azadliğa buraxılmışdir. Qardaşinin dediginə gorə cəlil dunya ana dili gunu həbs zamani Tehran evin həbs xanasinin 209 bolməsində cismi və ruhi işgəncəyə məruz qalmişdir.
Saleh Kamrani Azərbaycanlı vəkil Saleh Kamrani Avqustun 18-də Tehran yaxınlığında yerləşən Kərəc şəhərində toy mərasimində iştirak etdiyi zaman İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən tutulub və hazırda Tehranın “Evin” həbsxanasında saxlanılır.
məhbusun həyat yoldaşinin dediginə gorə Kamraniyə vəkil tutmağa və saxlandığı “Evin” təcridxanasında ailə üzvləri ilə görüşməyə icazə vermirlər. Mina Əsğəri bildirib ki, S. Kamrani 47 gündür tutulub və həbsinin səbəbləri açıqlanmır.. O, S. Kamraninin həbsxanasında təkadamlıq kamerada saxlandığını və ürəyindəki ağrılardan əziyyət çəkdiyini də qeyd edib.
Qeyd edək ki, S. Kamrani dəfələrlə milli haqlarını tələb edən və buna görə də həbs olunan İran türklərinin, o cümlədən Abbas Lisaninin vəkili olub.
Siyasi mövqeyinə görə 2006-cı ilin iyununda saxlanılıb və həmin ilin sentyabrında sərbəst buraxılıb.
Abdulla Abbası Cavan avqustun 18-da ETTELAAT qüvvələri tərəfindən həbs edilən azərbaycanlı fəal, ixtisasca mühəndis olan Abdulla Abbasi cavan Tehran evin həbs xanasinin 209 bölməsində saxlandiqiq bildirilir. Onun həbsindən sonar Ettelat quvvələri onun yaşadigi evə gedərək onun kitablarini- bilgisayarini və bir çox şəxsi vəsayilini ozləri ilə aparmişlar.
Yədulla abbasi məhbusun qardaşinin dediginə gorə abdullahla görüşməyə icazə vermirlər və həbsinin səbəbləri açıqlanmır.
Sulduz doğumlusu olan Məhəndis Cəvan Tehran şəhrində yaşaiyr.önun vəkili yoxdur.
Beynəlxalq «Amnesty International» təşkilatının məlumatına görə Əmir Abbas Bənayi Kazimi mayın 14-də yaşadığı evdə həbs olunduqdan sonra ETTELAAT əməkdaşları tərəfindən döyülüb, bir müddət təcridxanasında saxlanıldıqdan sonra avqustun 1-də Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü.
Fəalın valideynləri onda işgəncə əlamətlərini müşahidə etdiklərini bildiriblər. Milli zəmində apardığı dinc fəaliyyətinə görə dörd ay əvvəl tutulan fəal Əmir Abbas Bənai Kazımi sentyabrın 17-də Təbriz İnqilab Məhkəməsində mühakimə edilərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
Ali Şadi Azərbaycanın təbriz şəhərinin tanınmış milli hərəkat fəallı Əli Şadı Kərəmcavan Bazar ertəsi sentyabrın 17-də, sərab-dan təbrizə döndüyü çağ iran islam respublikasının təhlükəsizlik orqnı “ettelaat”-in məmurları tərəfindən həbsə alınıb.12 saat tutuqlandığından geçəndən sonra qardaşına tilifun bağlantısında həbsə alındığını söyləyib ailəsinə bildirə bilib.
38-yaşlı milli hərəkat fəallı geçəcaqda dönə-dönə həbsə alınıb.İlk dəfə olaraq ötən il iranın rəsmı qəzetində türklərə qarşı sesləndirlmiş tohinli çizgilər və ifadələrə təpki olaraq güney Azərbaycanlılar tərəfindən umum-milli qərar verilmiş may etirazlarında sərab ettelaatı tərrəfindən həbsə alındı.Məhbus 2-ay sonrası girov qarşılığında zəmanətə buraxılsada,sərab inqilab məhkəməsi tərəfindən , bəzi suçlar örnək üçün, hakimiyət eleyhinə parapaqanda aparmaqda , türk dilində yazılmış kitabları yayınlamaqda suçlandırılıb bir il (təziri) həbs qərarı aldı.
Fəal ikinci yol olaraq cari ilin may-etirazlarının ildönümü aksialarında, 23-may nümayişində işktirak etdiyi ucundan təbriz təhlükəsizlik orqanı “ettelaat” tərəfindən həbsə alınib. 26-gün həbsinin 8-gününü“ettelaat” dustağında olan çağ ağır işkəncələrə məruz qalan Əli Şadı Kərəmcavan girov qarşılığında zəmanətə buraxılır.
3-üncü yol tutuqlanan milli hərəkat fəallının ailəsi onun saxlandığı yer haqda hələlik hankı bilgi əldə edə bilməmişlər.
Elyaz Yekanlı Journalist və qapadilmiş Sedaye Urmiyə həftəlikində yazarlarindandir ki 85inci gunəş ilinin may ayindan həbsə alinibdir. Onun həbsxanada ruhi xəstəliklərə doçar olduqu haqda deqiq məlumatlar var.
Məhbusun ailəsi elyazin dorumundan oz narahatçiliqlarini bildirərək onu dərhal xəstə xanaya qaldirilmasini istəiblər.
Cavad Həsənpur Təbriz sakini olan əhərli fəal şəhrivər ayinin 12 sində həbsə alinibdir. Geçən il May qiyaminda iştirak etmək suçundan tutulan Cavad Həsənpur hal hazirda əhər həbsxanasinda saxlanilir. Elyaz beyani məhbusun həyat yoldaşinin dediklərinə gorə bu gunə qedər onunla hala goruşə bilməibdir.
cavad həsanpurun riza və əvəz adli iki qardaşi da 2006 may hadisələri zamani həds edilmiş sonra girovla azadliqa buraxilmişdirlar.
və əvvz hesənpur son gonlərdə 6 ay həbs və 70 zərbə şallaqa məhkum olubdur.
Vədud Səadəti Sentyabrın 17-sində iran islam respublikasının təhlükəsizlik orqanı “ettelaat”-ın ərdəbil şöbəsi tərəfindən həbsə alınan güney Azərbaycanın milli hərəkat fəallı cənab Vədud Səadəti həftənin ikinci günü oktyabrın 2-də yerli“ ettelaat:-ın hankı bir gizli türməsindən günlər-həftələr ağır işkəncələrə,sorğu-suallara məruz qalandan sonra ,girov qarşılığında azadlığa buraxılıb. Azərbaycan milli hərəkat fəallına ittiham olaraq umum içrə fikirlərdə dağdağa yaratmaq söylənilib. Artırmalıq ki hərəkatçı Yerli “ettelaat” tərəfindən həbsə alındığı çağ döyülüb, həbsi zaman isə kamara arxasında doğru olmayan etiraflara zorlanmaq nədənilə günlər ağır işkəncələrə məruz qalıb.
Feallara verilen hokimler
Xeberlere gore ıÜüxeberlere gore,Urmiyə məhkəməsi ötən həftəlerde Məhnaz Məhəmmədi adlı bir gənc fəala altı ay həbs cəzası verib.
Əsli Meşkinşəhərdən olan xanım Məhəmmədi İdman və bədən tərbiyəsi ixtisası üzrə Urmiyə Universitetinin məzunudur. O, cari ilin may ayında 2006-cı ilin kütləvi etirazlarının ildönümü tədbirləri zamanı həbsə alınmışdı. Fəal pantürkizmin təbliği və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandırılıb.
Məhnaz Məhəmmədinin vəkili Teymur Qulami müvəkkilinin günahsız olduğuna inanır və onun azadlığa buraxılması üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.
Urmiyənin İnqilab Məhkəməsinin son günlər ərzində azadlıqdan məhrum etdiyi başqa azərbaycanlı fəal Mustafa Meydannəvərd isə eyni ittihamlarla dörd ay həbsə məhkum edilib. Onun da may aksiyalarının il dönümündə nəzarət altına alındığı bildirilir.
Başqa xebere gore Azərbaycanın kültr və milli-istəkləri uğrunda çalışan , güney Azərbaycanda insan huquqlarının müdafiəçisi, Evrin adlı kültür dərnəyinin katibi olmaqla yanaşı dərnəyin yaradıcılar heyətinin üzvü, tanınmış sima İbrahım Cəfrərzadə anadili günü ərəfəsində xoy şəhərində düzənlənib geçirilmiş piketdə və etiraz nümayişlərində həbsə alınıb bir ay sonrası girov qarşılığında azadlığa buraxılısada , xoy inqilab məhkəməsindən verilmiş ağır hökmlərlə üzləşıb.
Novruzi adlı hakimin başçılıq etdiyi inqilab məhkəməsindən aldığı cəzalar belə qeydə alınıb:
1-Bir il kəsin həbs qərarı .
2-İki il brazcan şəhərinə sürgünlük.
3-Üç il qanun çərçivəsində olan toplumsal və politikal fəalliyətlərdən uzaqda qalmaq (məhrumçuluq).
4-Bir dövr parloman və şura deputatçılığından məhrumçuluq.
Xatırlatmalıyıq ki İbrahım cəfərzadənin həbsə alinma hökmü təbriz inqilab məhkəməsi tərəfindən verilmişdir.
Media forum» saytının məlumata görə, Xoy Azad İslam Universitetinin tələbəsi Şirzad Hacilu Xoy İnqilab Məhkəməsi tərəfindən 1 il şərti həbs cəzasına məhkum edilib.
Ş.Hacilu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və pantürkist qruplarla əlaqə saxlamaqda günahlandırılıb.
Xoydakı «Evrin» adlı qeyri-hökumət təşkilatının rəhbəri olan Ş.Hacilunu bu ilin martında milli zəmində apardığı fəaliyyətlərinə görə ETTELAAT-ın yerli idarəsi tutub 13 gün həbsdə saxlamışdı.
«Savalan Səsi» saytının verdiyi məlumat görə M.Meydannəvərd 12 gün Urmiyənin qorxunc Doqquz-pillə təcridxanasında saxlanılaraq işgəncə edilmişdi.
Bu arada ötən il Sulduz şəhərində keçirilmiş aksiyada həlak olmuş Tovhid Azəriun qardaşına bir il həbs cəzası verilib. Vəli Azəriun eyni zamanda cərimələnib və 20 şallaq cəzasına məhkum edilib.
ıÜüHəmçinin, Güney Azərbaycanda nəşr olunan “Dilmanc” jurnalı son günlərdə İran Təhlükəsizlik Qüvvələri tərəfindən nəşri dayandırırlmış və onun baş redaktoru Əlirza Sərrafi hədələnərək, xəbərdarlıq alıb. Bu dərgi əsasən Güney Azərbaycan türklərinin mədəniyyətini, dilinivə tarixini əks etdirən məqalələrlə tanınırdı. May hadisələrindən öncə Təbrizdə buraxılan bu dərgi may hadisələrindən sonra ofisini Tehrana aparmaq məcburiyyətində qalmış, lakin Tehranda da İran Təhlükəsizlik qüvvələrini gözündən yayına bilməmişdir.
Urmudan xeber verirler ki Azərbaycan dili və mədəniyyəti uğrunda çalışan «Bilim Yolu Kültürəl Araşdırma Mərkəzi» (Bilim Yolu Dərnəyi) adlı mədəniyyət ocağının fəaliyyətinə ETTELAAT əməkdaşları son qoyublar.
mədəniyyət ocağının təməlini urmiyalı Azərbaycan türkü, mühəndis Şafei qoyub. «Bilim Yolu Kültürəl Araşdırma Mərkəzi»nin Sulduz və Qoşaçay şəhərlərində filialları da fəaliyyət göstərirdi.
Muğanli Feal İşgence Olunub
Muğan şehrinin milli feallarindan olan Siyamek Mirzai mehr ayinin 16 sinda bu şehrin Ettelat quvveleri terefinden hebs edilib ağir cismi ve ruhi işgenceye meruz qaldiqdan sonra serbest buraxilibdir.Məlumata əsasən, işgəncələr nəticəsində milli fəalın səhhəti təhlükəli həddə gəlib çatıb.
emniyye quvveleri yuruş zamani hokim gostermeden mirzai cenablarinin tukanin axtarib bir coxlu kitab ozleri ile apariblar. S. Mirzai 2006-cı ildə guney Azerbaycan da ki may etirazlari zamanida hebs edilmişdi.
Artirmaliq ki muğanda neçe gun once milli feallar cox sayli bergeler yayaraq azerbaycanli siyasi mehbuslarinin azadliqa buraxilmasini teleb etmişdirler.
Güney Azərbaycanda milli hərəkat fəallarına, tələbələrə və jurnalistlərə İran məhkəmələri tərəfindən
Güney Azərbaycanda milli hərəkat fəallarına, tələbələrə və jurnalistlərə İran məhkəmələri tərəfindən hökm öxunmaqda davam edir
Güneydən verilən xəbərlərə əsasən, keçən il may hadisələrindən bəri heç bir gun yoxdur ki, İran məhkəmələri və təhlükəszilik qüvvələri tərəfindən Güneyli soydaşlarımıza qarşı həbs, işgəncə və məhkəmə həyata keçməsin. Güney Azərbaycan siyasi məhbsularının hüquqlarını müdafiə komitəsi xəbər verir ki, Güneydə həbs olunanların hadisələrdə həyatını itirənlərin və əksər hallarda məhbusların durumunda hələ də dəqiq məlumat əldə etmək mümkün deyil. Ona görə ki, İran Təhlükəsizlik Qüvvələri məhbusların və şəhidlərin ailələrinə və yaxınlarına ciddi təzyiq göstərərk, onlardan tələb edir ki, o haqda hər hansı bir məlumat daxili və xarici mətbuata xəbər versələr onları ağır cəzalar gözləyir. Çox hallarda məhbusların və işgəncə altında olan soydaşlarımızın ailələri qorxudan heç bir məlumat vermək istəmirlər. Buna baxmayaraq, hal hazırda Abdulla Abbasi Cavan, Səid Mətinpur, Saleh Kamrani, Cəlil Ğənilu, Behruz Səfəri, Leyla Səfəri, Əlirza Mətinpur, Cavad Həsənpur, Vədud Səadəti, Əli Şadi, Əsgər Əkbərzadə, Əmir Abbas Benayi Kazımi, Hadi Həmidi Şəfiq, Mehdi Nuri Urmiya həbsxanasında İbrahim Moini, Rza Paşayi, Hüseyn Furuhidə, Mirəc Naci, Abbas Lisani və Məsud Sultanı hələ də fars şovinistlərinin həbsxanalarında ağır durumdadırlar. Daha bir məlumatda bildirilir ki, Urmiyə İdman universitetinin tələbəsi xanım Məhnaz Məhəmmədzadə Meşkin şəhər sakini keçən il may hadisələrində hakimiyyət əleyhinə və pantürkist təfəkkürlərini yaymaqda ittiham olunaraq, həbs edilmişdir. Bir il həbsindən keçdiyinə baxmayaraq, son günlərdə yenidən altı ay həbsə məhkum edilib. Həmçinin, Mustafa Meydan Nəvərd milli haqlarının müdafiəsinə görə dörd ay həbsə məhkum edildi. Hal hazırda Urmiyə həbsxanasındadır. Mustafa Meydan Nəvərd may hadisələri zamanı həbs olunaraq Urmiyə şəhərinin məşhur 9 pillə təcridxanasında on iki gün müddətinə ağır işgəncələrə məruz qalmışdır. Başqa tərəfdən may hadisələrinin il dönümü münasibətilə İranda ayrı seçkiliyə son qoyulsun tələbəini edən 27 nəfər güneyli milli fəal həbs edilmişdilər. Onlar 45 gün müddətinə Urmiyə təcridxanalarında ağır fiziki və ruhi işgəncələrə məruz qaldıqdan sonra yenidən Mahabat (Soyuqbulaq) inqilab məhkəməsinə çağırılıblar. Sulduzdan aldığımız məlumata əsasən, Güney Azərbaycan milli hərəkat şəhidinin qardaşı Vəli Azəriyun şəhid qardaşının nə səbəbdən öldürüldüyünü araşdırdığına görə min dollar dəyərində cərimə və iyirmi zərbə şallağa məhkum edilibdir. Həmçinin, Güney Azərbaycanda nəşr olunan “Dilmanc” jurnalı son günlərdə İran Təhlükəsizlik Qüvvələri tərəfindən nəşri dayandırırlmış və onun baş redaktoru Əlirza Sərrafi hədələnərək, xəbərdarlıq alıb. Bu dərgi əsasən Güney Azərbaycan türklərinin mədəniyyətini, dilinivə tarixini əks etdirən məqalələrlə tanınırdı. May hadisələrindən öncə Təbrizdə buraxılan bu dərgi may hadisələrindən sonra ofisini Tehrana aparmaq məcburiyyətində qalmış, lakin Tehranda da İran Təhlükəsizlik qüvvələrini gözündən yayına bilməmişdir.
14 siyasi məhbusun şəkli on minlərlə nüsxədə yayıldı
Cisminiz zindanlarda, şəkliniz əllərdə, sevginiz könüllərdə dolanır Azərbaycanı
Güneydən gələn məlumatlara əsasən, son günlərdə Güney Azərbaycanın və bütövlükdə İranın universitetlərində və xalq arasında on minlərlə tirajda olan Güney Azərbaycanın 14 məhbusunun şəkilləri xalq arasında paylanıbdır. Şəkillərin üzərində Güney Azərbaycan məhbuslarına azadlıq sözləri yazılıbdır. Bu müqəddəs işi həyata keçirənlər həbsdə olan soydaşlarımızın dərhal azadlığa buraxılmalarını və işgəncələrin, təqiblərin dərhal dayandırmasını tələb edirlər. Xatırladaq ki, on minlərlə tirajı olan bu foto görüntülər dəsr ilinin başlanması ərəfəsində hazırlanmış, lakin təhlükəsizlik baxımından şəkillər yayıldıqdan sonra kütləvi informasiya vasitələrinə xəbər verilmişdir.
Güneydən gələn daha bir məlumatda bildirilir ki, İran fars hakimiyyəti neçə ay öncədən İran təhlükəsizlik qüvvələrinin təşəbbüsü ilə könüllülər dəstələrini inqilab keşikçilərini və anti-mitinq çevik alaylarını məscidlərdə və xüsusi hazırlanmış yerlərdə Azərbaycan milli hərəkatçılarına qarşı ciddi təlimlər və hazırlıq işləri görməkdədirlər. Soyuq və isdi silahlarla təhciz olunmuş bu qüvvələr belə bir təlim alıblar ki aksiya zamanı yaralanan və ölən hərəkatçılar dərhal həmin yerdən uzaqlaşdırılsın və onlardan heç bir foto şəkil və video görüntülərinə icazə verilməsin. Bu onu göstərir ki Güney Azərbaycan Milli azadlıq hərəkatı günü-gündən güclənməkdədir və yaxınlarda Güney Azərbaycan Türkləri öz milli azadlıqlarını əldə etmək üçün daha da ciddi addımlara əl atacaqlar. Bundan qorxuya düşən fars molla hakimiyyəti Güney Azərbaycan Türklərinə qarşı hər bir vasitəyə əl atacağı bəllidir.
Azərbaycanlı fəallar kürd şəhərlərində mühakimə edilir
Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu .Çərşənbə, 10 oktyabr 2007
Urmiyənin cənub-şərqindəki Qoşaçay (Miyandab) şəhərindən olan 7 azərbaycanlı fəalın oktyabrın 16-da məhkəməsi olacaq. Lakin, onlar yaşadıqları şəhərin yox, Soyuqbulaq (Mahabad) şəhərinin İnqilab Məhkəməsinə çağırılıblar.
Hər iki şəhər, mərkəzi Urmiyə olan Qərbi Azərbaycan vilayətində yerləşir . Lakin, Qoşaçayın əksər əhalisi azərbaycanlılardan ibarət olduğu halda Soyuqbulaq sakinlərinin çoxu kürddür.
Bu bir haldadır ki, Qərbi Azərbaycan vilayətindəki kürd fəallarının çoxu Urmiyədə mühakimə və həbs edilir.
Sözü gedən azərbaycanlı fəallar isə 21 fevral beynəlxalq «Ana Dili» günü ərəfəsində Qoşaçayda keçirilmiş nümayişlərdə həbs olunmuş və 45 gün təkadamlıq kameralarda saxlanılmışlar.
Məlumatı yayan «Əxbar-e Ruz» (Günün Xəbərləri) saytı eyni zamanda Qərbi Azərbaycan vilayətində fəalların həbslərinin artdığını bildirir.
Urmiyə məhkəməsi ötən həftə Məhnaz Məhəmmədi adlı bir gənc fəala altı ay həbs cəzası verib.
Əsli Meşkinşəhərdən olan xanım Məhəmmədi İdman və bədən tərbiyəsi ixtisası üzrə Urmiyə Universitetinin məzunudur. O, cari ilin may ayında 2006-cı ilin kütləvi etirazlarının ildönümü tədbirləri zamanı həbsə alınmışdı. Fəal pantürkizmin təbliği və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandırılıb.
Məhnaz Məhəmmədinin vəkili Teymur Qulami müvəkkilinin günahsız olduğuna inanır və onun azadlığa buraxılması üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.
Urmiyənin İnqilab Məhkəməsinin son günlər ərzində azadlıqdan məhrum etdiyi başqa azərbaycanlı fəal Mustafa Meydannəvərd isə eyni ittihamlarla dörd ay həbsə məhkum edilib. Onun da may aksiyalarının il dönümündə nəzarət altına alındığı bildirilir.
«Savalan Səsi» saytının verdiyi məlumat görə M.Meydannəvərd 12 gün Urmiyənin qorxunc Doqquz-pillə təcridxanasında saxlanılaraq işgəncə edilmişdi.
İran Azərbaycanda nəşr edilən yeni xəritəyə etiraz edib
İran Milli Təhlükəsizlik Komissiyası və Milli Məclisinin xarici siyasət üzrə rəhbəri Əlaəddin Burucerdi Azərbaycanda nəşr edilən yeni atlas xəritəsinə etiraz edərək bildirib ki, bu xəritədə İran və bəzi qonşu ölkələrin ərazisinin Azərbaycan ərazisi kimi göstərilməsi ABŞ və sionizmin bölgədə yürütdüyü siyasətin göstəricisidir.
İranın İSNA agentliyinin oktyabrın 7-də verdiyi məlumata əsasən, Burucerdi əlavə edib ki, İran qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. “Ərazi iddiası məsələsi qalxsa, birinci, İrandan ayrılmış (Azərbaycan) ərazi geri qaytarılmalıdır” - deyə Burucerdi bildirib.
İSNA agentliyinin oktyabrın 6-da yaydığı məlumata əsasən, Azərbaycan Milli Akademiyasının Tarix İnstitutu tərəfindən yeni nəşr edilən atlas xəritədə İran və bəzi qonşu ölkələrin ərazisi Azərbaycan ərazisi kimi göstərilib. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, bu xəritə Azərbaycanın orjinal xəritəsidir və göstərilən əraziləri ədalətsiz qərarlar çıxarılması nəticəsində tarix boyu Azərbaycandan ayırıblar. Mahmudov əlavə edib, yaxın gələcəkdə bu xəritə rus və ingilis dillərində dünyanın bir çox ölkələrinə də yayılacaq. /Trend/
İranda azərbaycan dilli jurnal qapadıldı
QayNar: İran höküməti Güney azərbaycanlılara qarşı mədəni soyqırım siyasətini davam etdirir. Belə ki, İran mənbələrindən "QayNar"a daxil olan məlumata görə, iki gün əvvəl Güneydə Azərbaycan dilində dərc olunan "Dilmanc" dərgisi heç bir qanuni səbəb göstərilmədən, hər hansı məhkəmə qərarı olmadan qapadılıb.
Adı çəkilən jurnalın Güney Azərbaycan ədəbiyyatına, mədəniyyətinə peşəkar yanaşması və təbliğ etməsi fars şovinistlərinin qəzəbinə gəldiyi deyilir.
Azərbaycanlı fəalların məhkəməsi davam edir
Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu.Cümə, 5 oktyabr 2007
Təbrizin İnqilab məhkəməsi mayın 14-dən bəri həbsdə saxlanılan Əmir Abbas Bənayi Kazimini iki il həbsə məhkum edib.
«Savalan Səsi» xəbər saytının oktyabrın 4-də yaydığı məlumata görə hökmü hakim Ələkbəri iki həftə bundan əvvəl gizli şəkildə aparılan məhkəmə zamanı elan edib. Lakin, fəala qarşı irəli sürülən ittihamlar haqda məlumat verilmir.
Beynəlxalq «Amnesty International» təşkilatının məlumatına görə Əmir Abbas Bənayi Kazimi mayın 14-də yaşadığı evdə həbs olunduqdan sonra ETTELAAT əməkdaşları tərəfindən döyülüb, bir müddət təcridxanasında saxlanıldıqdan sonra avqustun 1-də Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü.
Fəalın valideynləri onda işgəncə əlamətlərini müşahidə etdiklərini bildiriblər. Milli zəmində apardığı dinc fəaliyyətinə görə dörd ay əvvəl tutulan fəal Əmir Abbas Bənai Kazımi sentyabrın 17-də Təbriz İnqilab Məhkəməsində mühakimə edilərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
Başqa xəbərə görə altı ay öncə Ərdəbildə həs edilən Vədud Səadəti oktyabrın 2-də zaminə buraxılıb.
Sentyabrın 17-də ETTELAAT məmurları Səadətinin işlədiyi çörək mağazasına basqın edib, fəalı döyüb iş yerində həbs etmişdilər.
Onun istintaq vaxtı daha ağır mənəvi və fiziki işgəncələrə məruz qaldığı bildirilir.
Saleh Kamranini təkadamlıq kamerada saxlanır
İran türklərinin Herakat Feallarindan Olan vəkil Saleh Kamraniyə vəkil tutmağa və saxlandığı “Evin” təcridxanasında ailə üzvləri ilə görüşməyə icazə vermirlər. S. Kamraninin həyat yoldaşı Mina Əsğəri APA-ya bildirib ki, S. Kamrani 47 gündür tutulub və həbsinin səbəbləri açıqlanmır. O, S. Kamraninin həbsxanasında təkadamlıq kamerada saxlandığını və ürəyindəki ağrılardan əziyyət çəkdiyini də qeyd edib: “Bir neçə gün Salehlə görüşmək üçün həbsxanaya getdim. Beş saat orada olmağıma baxmayaraq, görüşə icazə vermədilər. Həbsxananın işçiləri isə deyir ki, Saleh Kamrani görüş qəbul etməyə icazəli deyil. Baş verənlərlə bağlı məlumat əldə etmək problemli məsələyə çevrilib. Mənə qarşı yönələn təhdidlər isə davamlı şəkil alıb”.
Qeyd edək ki, S. Kamrani dəfələrlə milli haqlarını tələb edən və buna görə də həbs olunan İran türklərinin, o cümlədən Abbas Lisaninin vəkili olub. Siyasi mövqeyinə görə 2006-cı ilin iyununda saxlanılıb və həmin ilin sentyabrında sərbəst buraxılıb. Avqustun 18-də isə S. Kamrani Tehran yaxınlığında yerləşən Kərəc şəhərində toy mərasimində iştirak etdiyi zaman İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən tutulub və hazırda Tehranın “Evin” həbsxanasında saxlanılır.
Həbsdə olan Azərbaycanlı vəkilin durumu havadan asılı qalıb.
Savalan Səsi :məhkəmələrdə müdafiə vəkili olaraq çalışan Azərbaycanlı avqat cənab Saleh Kamranı 46 gündür ki həbsdədir. Vəkilin hayatyoldaşı inqilab məhkəməsi tərəfindən bir şərayitdə ki avqata ,həbsə alındığından bəri, ailə üzvlərilə görüş-izni verilmir, geçəri həbs zamanının uzadılmasın xəbər verir.
Ərdəbilli Azərbaycan milli hərəkat fəallı cənab Vədud Səadəti girov qarşılığında həbsdən azadliğa buraxılıb.
Savalan Səsi : Sentyabrın 17-sində iran islam respublikasının təhlükəsizlik orqanı “ettelaat”-ın ərdəbil şöbəsi tərəfindən həbsə alınan güney Azərbaycanın milli hərəkat fəallı cənab Vədud Səadəti həftənin ikinci günü oktyabrın 2-də yerli“ ettelaat:-ın hankı bir gizli türməsindən günlər-həftələr ağır işkəncələrə,sorğu-suallara məruz qalandan sonra ,girov qarşılığında azadlığa buraxılıb. Azərbaycan milli hərəkat fəallına ittiham olaraq umum içrə fikirlərdə dağdağa yaratmaq söylənilib. Artırmalıq ki hərəkatçı Yerli “ettelaat” tərəfindən həbsə alındığı çağ döyülüb, həbsi zaman isə kamara arxasında doğru olmayan etiraflara zorlanmaq nədənilə günlər ağır işkəncələrə məruz qalıb.
Təbrizli milli hərəkat fəallı Əmir Abbas Bənayi Kazimi iki il həbsə məhkum olub
Savalan Səsi : Ayərbaycan siyası məhbusların müdafiə komitəsi ASMƏK –in raportu əsasında təbriz şəhərindən olan Azərbaycan milli hərəkatının fəalli Əmir Abbas Bənayi Kazimi 4-ay “geçəri “həbsdə saxlanıldıqdan sonra sentyabrın 16-sında hakim Əli Əkbəri-nin başçılıq etdiyi təbriz şəhəri inqilab məhkəməsind iki il həbs qərarı alıb.Əmir Abbas-ın atası oğluna Azərbaycan millətinin kültürünü müdafiə etdiyi ucundan verilən məhkəmə qərarın hədindən artıq ədalətsiz dəyərləndirir.
İran islam respublikasının təhlükəsizlik orqanı “ettelaat”, hərəkatçını cari ilin may ayının
16-da öz şəxsi evlərində həbsə almışdır.fəal bir ay yerli “ettelaat-ın hankı bir dutağında ağır işkəncələrə məruz qalaraq saxlanılır.təbriz türməsinin 9-uncu korpusuna köçürülsədə ara-sıra geçəri olaraq yenidən bu şəhərdə “ettelaat”-ın gizli həbsxanasına aparılır. Yanlız bir dəfə oğlunu ila türmədə görüşə bilən anası , amerika səsi radiosunun türkcə verlişinə verdiyi müsahibəsində belə bir bəyanat sesləndirib: ”Uşağımın durumu esla yaxşı deyil, cavanım dustaqda ağır işkəncələrə məruz qalıb, işkəncə olduğundan dişləri sınıb üz-gözü
göm-göy gövərmişdir. Əmirimin sehətti dustağın ağır şərayitindən təhlükədədir.”
azadtribun.Tərcümə :Coşqun Azəroğlu
Ayərbaycan kültürü sahəsində çalışan güneyli İbrahım Cəfərzadə məhkəmədən ağır hökmlər alıb
Savalan Səsi : Azərbaycanın kültr və milli-istəkləri uğrunda çalışan , güney Azərbaycanda insan huquqlarının müdafiəçisi, Evrin adlı kültür dərnəyinin katibi olmaqla yanaşı dərnəyin yaradıcılar heyətinin üzvü, tanınmış sima İbrahım Cəfrərzadə anadili günü ərəfəsində xoy şəhərində düzənlənib geçirilmiş piketdə və etiraz nümayişlərində həbsə alınıb bir ay sonrası girov qarşılığında azadlığa buraxılısada , xoy inqilab məhkəməsindən verilmiş ağır hökmlərlə üzləşıb.
Novruzi adlı hakimin başçılıq etdiyi inqilab məhkəməsindən aldığı cəzalar belə qeydə alınıb:
1-Bir il kəsin həbs qərarı .
2-İki il brazcan şəhərinə sürgünlük.
3-Üç il qanun çərçivəsində olan toplumsal və politikal fəalliyətlərdən uzaqda qalmaq (məhrumçuluq).
4-Bir dövr parloman və şura deputatçılığından məhrumçuluq.
Xatırlatmalıyıq ki İbrahım cəfərzadənin həbsə alinma hökmü təbriz inqilab məhkəməsi tərəfindən verilmişdir.
Izah : Xoy batı- Azərbaycan rayonlarindan olduğundan doğu (şərqi ) Aəzrbaycanın mərkəzi təbriz inqilab məhkəməsindən sadir olunan həbsə alınma hökmünün ölkə qaydalarına uyğun olmadığı ucundan xəbərin sonunda özəlcəsinə vurğulanıb.
azadtribun.Tərcümə :Coşqun Azəroğlu
XOYLU MİLLİ FƏAL 1 İL ŞƏRTİ HƏBS CƏZASINA MƏHKUM EDİLİB
«Media forum» saytının məlumata görə, Xoy Azad İslam Universitetinin tələbəsi Şirzad Hacilu Xoy İnqilab Məhkəməsi tərəfindən 1 il şərti həbs cəzasına məhkum edilib.
Ş.Hacilu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və pantürkist qruplarla əlaqə saxlamaqda günahlandırılıb.
Xoydakı «Evrin» adlı qeyri-hökumət təşkilatının rəhbəri olan Ş.Hacilunu bu ilin martında milli zəmində apardığı fəaliyyətlərinə görə ETTELAAT-ın yerli idarəsi tutub 13 gün həbsdə saxlamışdı.
Ərdəbilli dustaqxanasında həbsdə olan Azərbaycan milli hərəkat fəallı Asıf İbrahımzadə girov qarşılığında azadlığa buraxılıb.
Savalan Səsi : Bazar ertəsi sentyabrın 17-də ərdəbil şəhərində iran islam respublikasının təhlükəsizlik orqanı “ettelaat”-ın həbsə aldığı Azərbaycan milli hərəkatının fəallı cənab Asıf İbrahımzadə Niyarı ötən bazar günü sentyabrın 30-da günlər –həftələr yerli ettelaat-ın dustaqxanasıda məruz qaldığı ağır işkəncələr və sorğu-suallardan sonra girov qarşılığında azadlığa buraxılıb.
Aərbaycan milli hərəkat fəallına ittiham olaraq umum içrı fikirlərdə dağdağa yaratmaq söylənilib .İran islam respublikasına ayid təhlükəsizlik orqanı “ettelaat,” fəallı həbsə aldığı çağ, eləcədə həbsi zamanı ağır fiziki işkəncələrə məruz qoyub.
azadtribun.Tərcümə :Coşqun Azəroğlu
Saleh Kamranı və Mühəndis Riza Abbası Cavan, güney Azərbaycanın dinc milli hərəkatının 2 fəallının durumundan hankı bir bilgi əldə yoxdur.

Savalan Səsi: Həbsdə olan Azərbaycan milli hərəkat fəallarına qarşı ağır represialar davam edir.Azərbaycanlı vəkil cənab Saleh Kamranının və universitə öyrətməni cənab Abbası Cavan-nın həbsə alınma tarixindən 4-həftədən artiq geçməsinə rəğmən ailə üzvlərilə görüşə bilmədikləri ucundan məbusların butun yaxınları nigərançılıq geçirirlər.
Onların durumu, suçları bəlli olmadığından, eləcədə məhkəmə iclası təşkil edilmədiyindən havadan asılı qalmaqdadır.
Saleh Kamranı və Abbası Cavan Azərbaycan dinc milli hərəkatının fəallarından olaraq cari ilin avgustunun 18-dən etibarən həbsə alınıb və tehranın “evin” həbsxanasının 209-korpusuna saxanılırlar.Onlara həbsə alınandan bəri ailə üzvlərilə ilgi yaratmaq üçün, buradək görüş və ya tilifun bağlantısı izni verilməyib .”Evin “dustağının 209-uncu korpusu iran islam respublikasının təhlükəsizlik orqanı “ettelaat”-in nəzarəti altında idarə olunan bölümdür.
Başqa tərəfdən güvəncli xəbər qaynaqları, məhbusların etiraflar ucundan, zindan –sorğuçuları tərəfindən, ruhi və fiziki iskəncələrə məruz qaldıqlarını raport verirlər .
Ailə üzvləri məbusların durumunu izləyib , məsələləri media vasitələrinə qaldırdıqları təklifdə ölkə təhlükəsizlik orqanı “ettelaat” tərəfindən təqib olunmaqla hədələniblər.
Güney Azərbaycanın milli fəali mühəndis Abdulla Əbbasinin öz ailəsi ilə görüşünün qarşısı alındı
Güney Azərbaycanın milli fəali mühəndis Abdulla Əbbasinin Tehranın Evin həbsxanasında İran təhlükəsizlik qüvvələri (ETTELAAT) tərəfindən öz ailəsi ilə görüşünün qarşısı alındı.
Güney Azərbaycandan aldığımız məlumata görə, bu gün Güney Azərbaycanın milli fəali mühəndis Abdulla Əbbasinin Tehranın Evin həbsxanasında İran təhlükəsizlik qüvvələri (ETTELAAT) tərəfindən öz ailəsi ilə görüşünün qarşısı alındı. Güney Azərbaycanın milli fəalı 6 gün bundan öncə ona öz ailə ilə qısa müddətli telefonla danışıq icazəsi verilmişdir. O bildirmişdir ki, 1 oktyabrda(bu gün) öz ailəsi ilə görüşə biləcəkdir. Bu gün Milli fəalın qardaşı Evin həbsxanasının bağlı qapısı arxasında 5 saat gözləməyinə baxmayaraq öz sevimli qardaşını 44 gündən sonra görmək arzısında qaldı. Bütün milli fəallarımızın azadlıq gününü arzılayarkən
Təziqlər,
Human Rights-İran
Zəncan şəhərindən irandakı insanhaqları müdafiəçilərinə çatdıyı xəbələr əsasında 4 Azərbaycanlı türk fəallı hələdə iran islam respublikasının təhlükəsizlik orqanı ettelaatın dustağında saxlanılırlar.
1-Xanım Leyla Heydəri,
2- Səid Mətinpur,
3- Cəlil Qənilu ,
4-Əliriza Mətinpur
Azərbaycanlı türk fəallarından olaraq, ailə üzvlərinə qörüş-izni verilmədən hələdə „ettelaat“-ın türməsindədirlər. Bu məhbuslara dustq dışında olan ailə üzvlərilə ilgi yaratmaq üçün yanlız qaydalı biçimdə olmayan tilifunbağlantısını , onuda üstünlük qayzandız diyə avantaj kibi olayıcı görürlər.
İranda insan halqarın müdafiəsi uğrunda çalışan Human Rights təşkilatı, toplumsal çabaları ucundan tutuqlanan fəalların həbsə alınmasını köklü –dibli qınıyaraq , saxlanılmanın davam tapmasına təpki –etirazlarını bildirir.
Human Rights Activists in
Hra.Iran@Gmail.Com
Xəbər qaynağı:Savalan Səsi
Güneyli milli fəal və siyasi məhbus Elyaz Yekanlı haqqında qısa məlumat
Elyaz Yekanlı 2005-ci ilin son aylarında 18 ay Türkiyədə araşdırıcı və tələbə həyatı sürdükdən sonra İran adlanan ölkəyə qayıdan zaman sərhəddi keçərkən bütün sənədləri şəxsi əşyaları əlindən alınaraq bir ay İran Təhlükəsizlik idarəsində işgəncələrdən və təzyiqlərdən sonra öz kəndləri Mərənd şəhərinin Yekan kəndinə göndərilir və o kənddən başqa yerə getməyi qadağan olunur. 2006-cı ilin əvvəllərində Güney Azərbaycan qəhrəmanlarından birinin həyatı haqqında film hazırlayarkən yenidən İran Təhlükəsizlik qüvvələri tərəfindən həbs olaraq 45 gün müddətinə işgəncələrə məruz qalıb, 5 ay həbsə göndərilir.
Onun ittihamları İran hakimiyyətinə qarşı təbliğat, pantürkist partiyalarla iş birliyi ittihamı verilir. Həmin ilin “21 Azər Güney Azərbaycanın İstiqlal günü”ndə 70 gün Urmu şəhərində bir daha Təhlükəsizlik qüvvələri tərəfindən ciddi bədən xəsarəti yetirilərək həbs olunur və iki ay müddətinə Təhlükəsizlik idarəsinin gizli həbsxanasında saxlandıqdan sonra formal mühakimə olunduqdan sonra İran İslam Cümhuriyyətinə qarşı çıxmaq, Güney Azərbaycanda Türk dövləti qurmaq, pantürkist təfəkkürləri əhali arasında yaymaq ittihamı ilə 12 ay həbsə göndərilir.
Elyaz Yekanlı bu həbslərdən sonra ağır işgəncələr nəticəsində beyin infaktı və ruhi xəstəliyə düşərək həbsxananın həkim komissiyası tərəfindən Elyaz Yekanlının durumunu nəzərə alaraq onun xəstəxanaya yerləşdirilməsini Urmiyə həbsxanasının rəhbərliyindən tələb edirlər. Lakin cinayətkar və diktator inqilab məhkəməsi Elyaz Yekanlını xəstəxanaya göndərilməsinin qarşısı alınır.
Elyaz Yekanlının həbsxanada yazdığı son dörd məqalənin adlarını sizin diqqətinizə çatdırırıq:
1. Zindani cəhl (Cəhalət həbsxanası)
2. Eşqi həqiqi (Həqiqi eşq)
3. Piş be suye enqelabe fərhəngi (Mədəni inqilaba doğru irəli)
4. Nəqdi bər məqaleye doktor Cavad Məşkur (doktor Cavad Məşkurun məqaləsinə nəqd)
Müqavimət simvolu olan milli qəhrəman Elyaz Yekanlı bu anda faşist molla hakimiyyətini Urmu şəhərində yerləşən həbsxanasında hələ də təzyiq və işgəncələr altındadır.
Beynəlxalq İnsan Haqları Təşkilatına müraciət edirik ki, öz milli və insani haqları uğrunda mübarizə apardığı üçün dəfələrlə ağır işgəncələrə məruz qalan soydaşımıza öz köməklərini əsirgəməsinlər və İran-fars cəlladları əlindən soydaşımızı azad etdirsinlər.
DAK mətbuat xidməti
Ərdəbildən milli hərəkat fəallı Kamara arxasında doğru olmayan "etiraflara" zorlanmaq ucundan ağır i
Ərdəbildən olan Azərbaycan milli hərəkat fəallı Kamara arxasında doğru olmayan "etiraflara" zorlanmaq ucundan ağır işkəncələrə məruz qalıbdır
Savalan Səsi:Ərdəbil dustağından əlimizə çatan xəbərlər əsasında 35 yaşlı ərdəbilli güney Azərbaycan milli hərəkat fəallı Vədud Səadəti sentyabrın 17-də həbsə alınıb ,öncə ərdəbil dustağına bir həftə sonrası isə iran islam respublikasının təhlükəsizlik orqanı "ettelaat"-in bu şəhərdə hankı bir gizli həbsxanasına aparılmışdır.
Dünən cümə ertəsi sentyabrın 29-da çoxlu döyülmələr və fiziki işkəncələrdən sonra yaralı və yarıcan yenidə ərdəbil türməsinin 7-nci korpusuna qaytarılıb. Aclıq elan etməklə qanunsuz işlərə etiraza başlayan milli hərəkat fəallı inanılmaz dərəcədə arıqlayıb.
İran islam respublikasının təhlükəsizlik orqanı "ettelaat" Azərbaycan milli hərəkat fəallı cənab Vədud Səadəti-yə verdiyi neçə günlük işkəncələr, hərəkatçını kamara arxasında doğru olmayan etiraflara məcbur etmə cəhdiləri olubdur .
Sorğu-sual gedişatına sorumlu ettelaat-qulluqçuları çirkin ifadələr və fiziki işkəncələr
eləcədə döyüb-incitmələrdən yararlanaraq Vədud Səadəti-dən hanki bir bəlli, doğru olmayan sözlərin, kamara arxasında tikrarlamasın istəyirdilər . Onların cəhədləri Azərbaycan milli hərəkat fəallarına qarşı umumiyətdə ,cənab Abbas Leysanlı əleyhinə özəlcəsinə, istədikləri ifadələrin tikrarlamasıdır.
Ettelaat məmurları davamlı bəzi ifadələr örnək üçün :
"Nə qədər biz yaşayırıq Abbas Leysanlı dustqda saxlanılmalıdır "və ya "Biz özümüzdən hankı bir dosiyaları yaradıb onu həbsdən buraxmayacayıq" kimi sözləri milli hərəkat fəallı Vədud Səadəti-nin ruhi durumunu sındırmaq üçün qullanırdılar.
Ağır ruhi-cismanı işkəncələr sonucunda cənab Vədud Səadəti dəfələrlə heydən düşüb və bayğın hal geçirmişlər. Vədud Səadəti-nin həbsə alınmasından bir həftədən artıq geçməsinə baxmayaraq onun ailə üzvləri həldə məhbusla görüşə bilməmişlər.
Xəbərin sonunda 17-yaşlı Riza Qənizadə-nin cümə sentyabrın 28-də girov qarşılığında ərdəbil dustağından sərbəst buraxılması qeydə alınır.
Tərcümə:Coşqun Ayəroğlu.
Ərdəbil zindanında saxlanılan fəallara işgəncə verildiyi bildirilir
Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu .Şənbə, 29 sentyabr 2007
Sentyabrın 17-də həbs edilən Asif İbrahimzadə, Vədud Səadəti və 17 yaşlı Rza Qənizadənin Ərdəbil həbsxanasında döyülüb, təhqirə məruz qaldıqları bildirilir. «Savalan Səsi» saytının verdiyi məlumata görə, heç bir ittiham irəli sürülmədən həbs edilən fəalların səhhəti təhlükə altındadır. Onlar vəkillə görüşmək hüququndan da məhrumdurlar.
Məlumatda o da bildirilir ki, Ərdəbil ETTELAAT-ı fəallara məxsus iki mağazanı bağlatdırıb.
Bu yaxınlarda Ərdəbil zindanından buraxılan başqa məhbuslar deyirlər ki, Asif İbrahimzadənin sifətində ağır işgəncə izləri var, onun dişlərinin bir neçəsi sınıb.
Dustaqxana gözətçiləri ağır vəziyyətdə olan məhbusu həbsxananın tibb məntəqəsinə aparmaqdan imtina ediblər.
Məlumatı «Savalan Səsi» saytı yayıb.
ƏRDƏBİL ZİNDANINDA SAXLANAN İKİ MİLLİ FƏALA İŞGƏNCƏ VERİLİR. VƏKİLLƏRİ DİNDİRMƏ PROSESİNƏ BURAXMIRLAR
Ərdəbil zindanında saxlanan milli fəallara qarşı təzyiqlərin artması, ETTELAAT qüvvələrinin onları ardıcıl döyərək təhqirə məruz qoyması barədə yeni məlumatlar yayılıb.
Güneyli mənbələrdən «Media forum» saytına daxil olan xəbərə görə, milli fəallar Asəf İbrahimzadə və Vədud Səadətini yalançı etiraflara məcbur eləmək üçün Ərdəbil zindanında döyüblər. Məlumata əsasən, işgəncələr nəticəsində hər iki milli fəalın səhhəti təhlükəli həddə gəlib çatıb. Barələrində hər hansı konkret ittiham irəli sürülməyən fəalların dindirilməsinə vəkillərin qatılmasına icazə verilmir.
Məlumatda o da bildirilir ki, Ərdəbil ETTELAAT-ı milli fəallara məxsus iki mağazanı bağlatdırıb.
Səid Mətinpur-u müdafiəsi əslində söz-azdlığının savınması deməkdir.
Alirza Cavanbaxt
Bizi hər şeydən artıq ,hakimiyətin Səid Mətinpur və onunun fikirdaşlarını əzib-susdurmaqla, haqlı Azərbaycan milli hərəkatını aşırı davranışlara yünətməsi nigəran edir.
Tehran universitəsinin fəlsəfə fakultəsini bitirmiş , insan haqları-müdafiəçisi jurnalist və yazıçı Səid Mətinpur eslində dözümlü və davranışlıdır...
>>>>>>
Abbas Lisaninin məhkəmə iclası təxirə salınıb
İran türklərinin hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisaniyə qarşı bu ölkənin hüquq-mühafizə orqanları şikayəti əsasında irəli sürülən yeni ittihamla bağlı avqustun 25-nə təyin olunan məhkəmə iclası təxirə salınıb. A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya bildirib ki, həbsxana rəhbərliyi A. Lisaninin prosesdə iştirakına icazə verməyib. Buna səbəb Təbriz İnqilab Məhkəməsinin həbsxanaya əvvəlcədən müraciət edilməməsi olub. Onun sözlərinə görə, A. Lisani ilə bağlı avqustun 27-də Ərdəbil İnqilab Məhkəməsində keçirilən iclasın qərarı hələ açıqlanmayıb.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra aksiyaların təşkil olunmasında təqsirli bilinərək, həmin ilin iyununda saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 16-da Təbriz Şəhər Məhkəməsində keçirilən prosesdə o, 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində ittiham olunub. İrəli sürülən yeni ittihama görə, A. Lisani 2006-cı ilin may hadisələri zamanı Ərdəbil şəhərində keçirilən aksiyalar zamanı İran hüquq-mühafizə orqanlarına məxsus avtomobillərə xəsarət yetirilib.
Iran islam respublikasının təhlükəsizlik orqanı ”ettelaat” Azərbaycan məhbusları Dustaqlarda döyüb incitmədən çəkinmir
Bazar ertəsi sentyabrın 17-də ərdəbildə həbsə alınmış 3 Azərbaycan milli hərəkat fəalları:
1-Vədud Səadəti
2-Asıf İbrahımzadə Niyarı
3-Riza Qənizadə Niyarı
öncə ərdəbil həbsxanasından bəlli olmayan istiqamətə ,ehtimallara görə ,təhlükəsizlik orqanı “ettelaat”-ın hankı bir gizli dustağına aparılırlar. Bu haqda güvəncli qaynaqlardan aldığımız xəbərləri xitmətinizə çatdırmışdıq. Fiziki işkəncələrdən sonra yarıcan ərdəbil dustağına yenidən qaytarılan milli hərəkat fəallı Asıf İbrahımzadə-nin üzündə ağır işkəncə izi müşahidə olunurdu dişlərinin neçəsi isə qırılmışdır. Dustaq gözətçiləri yaralı və ağır durumda olan məhbusu zindanın dərman mərkəzinə ötürməkdən boyun qaçırıblar. Kobud və qanunsuz davaranışlara etiraz elaməti olaraq acliq elan edən işkəncə olunmuş yaralı zindaninin durumu esla yaxşı deyil.
Xəbərin davamında ağır işkəncələrə məruz qalan Vədud Səadəti və Riza Qənizadə Niyarı-nin hələdə “ettelaat”-in dustaqxasında olduqları vurğulanır.Güvəncli xəbər qaynağının raportu esasında milli hərəkat fəalları cənab Vədud Səadəti və cənab Riza Qənizadə Niyarı “ettelaat”-ın dustağında ağır fiziki işkəncələr məruz qalaraq dəfələlə heydən düşüb bayğın hal keçiriblər.Bundansa evvəl dosiyalarına sorumlu hakim məhbusları fiziki sıxışdırmalarla təhdidləmişdir.
Xəbər qaynağı:Savalan səsi.Tərcümə:Cosqun Azəroğlu .azadtribun
İran Yazıçılar Birliyininin bəyanatı
İran Yazıçılar Birliyinin İranda dərs ilinin başlanması ilə əlaqədar verdiyi bəyanatda bildirilir ki, İranda yaşayan qeyri-fars millətlərin milli və inasni haqları pozulmaqda davam etməkdədir. Iran İslam Respublikasının ana yasasının 15 və 19-cu maddələrində qeyd olunub ki, fars dili İranın rəsmi dili hesab olunaraq bütün İran ərazisində tədris olunmalı və onunla yanaşı İranda yaşayan qeyri-fars millətlər də öz ana dillərində təhsil almalı, öz mədəniyyətini, adət-ənənələrini, tarixini və milli varlıqlarını qorumaq üçün İran dövləti bunları həyata keçirmək üçün tam şərait yaratmalıdır. Təəssüflər olsun ki, otuz ilə yaxın İranda hakimiyyətdə olan İran İslam Respublikası bu günə qədər qeyri-fars millətlərin heç bir sahədə öz mədəniyyətlərini və dillərini inkişaf etdirməyə heç bir şərait yaratmayıb, əksinə öz milli varlıqlarından danışan millətlərə qarşı qeyri-insani rəftarlarda bulunmaqdadırlar. Yeni dərs ilinin başlanması ilk addımlarını məktəblərə qoyan uşaqlar dərsliklərdə mənsub olduqları millətlərə aid olan heç bir yazı olmadıqlarını görəcəklər. Lakin yaxın gələcəkdə İran ana yasaına baxanda çox təəccüblənəcəklər. Yazılan qanunlar kağızda deyil, əməldə həyata keçməlidir. Biz İran Yazıçılar Birliyi İran dövlətindən tələb edirik ki, İran ana yasasında qeyd olunan millətlərə aid maddələri həyata keçirmək üçün şərait yaradılsın.
İran Yazıçılar Birliyi
DAK mətbuat xidməti
Son çağlar həbsə alınan və ərdəbil dustaqxanasında saxlanılan 2 nəfər Azərbaycan milli hərəkatı fəalları bəlli olmayan istiqmətə aparılıblar
Ərdəbil dustaqxanasından Savalan səsi internet xəbər qaynağına yetişən raportlar əsasında sentyabrın 17-də həbsə alınmış və bu dustaqda saxlanılan güney Azərbaycanın ərdəbil şəhərinin milli hərəkat fəalları Vədud Səadəti və Asıf İbrahimzadə Niyarı 3-gün öncədən bəlli olmayan bir istiqamətə aparıblar. Onların iran islam respublikasının təhlükəsizlik orqanı “ettelaat”-ın bu şəhərdə hanki bir gizli həbsxanasına köçürülməsi güman edilir.
Xəbər qaynağı:Savalan səsi.Tarix:24.09.2007.Tərcümə:Cosqun Azəroğlu .azadtribun
Təbrizli millət vəkili türk sözlərinin yasaqlanmasına etiraz edib
Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu .Çərşənbə axşamı, 25 sentyabr 2007
Təbriz, Üskü və Azərşəhri İran parlamentdə təmsil edən Əkbər Ələmi sentyabrın 24-də etdiyi çıxışında ictimai yerlərdə türk sözlərini yasaq edən hökmlərin ölkə konstitusiyasına zidd və qeyri-qanuni olduğunu bildirib.
Cənab Ələmi deyib ki, bu məsələ ilə bağlı daxili işlər naziri Mustafa Pur-Məhəmmədi parlamentə hesabat verməlidir.
Bəzi nazirliklər və onların İran Azərbaycanının şəhərlərindəki nümayəndəlikləri bir neçə həftə bundan əvvəl göndərdikləri hökmlərdə dükan tabloları, ərzaq malları, yerli istehsalat və reklamlarda türk sözlərinin işlədilməsinə qadağa qoyub.
İSNA xəbər agentliyinə əsasən, cənab Ələmi bildirib ki, İslam Respublikasının dövlət orqanları bir dili başqa dilə üstün tutmaqla İslam dininə qarşı çıxırlar .
Quran ayələrindən birinə istinad edən azərbaycanlı millət vəkili Allahın insanlara müxtəlif simalar və dillər bəxş etdiyi və İslam dininin bu fərqlərə böyük ehtiramla yanaşdığını vurğulayıb.
İran parlamentində çıxış edən cənab Ələmi daha sonra İran İslam Respublikası konstitusiyasının müxtəlif maddələrinə işarə edib. O, burada fars dilinin kənarında İranın müxtəlif xalqlarına aid başqa dillərin də azad elan edildiyini xatırladıb və bildirib ki, konstitusiyanın 9-cu maddəsinə əsasən ölkənin suverenliyi və ya təhlükəsizliyi naminə heç bir vətəndaşın təbii insan haqlarını əlindən almaq olmaz.
Əkbər Ələmi parlament çıxışında İranın daxili işlər naziri Mustafa Pur-Məhəmmədiyə belə bir sualla müraciət edib: «Xalqın varlığına hörmətsizlik etməklə milli birliyimizi pozan bu kimi təhrikedici və qeyri-qanuni hökmlər niyə verilib? Türk sözlərini küçələrdən silməklə nəyə nail olmaq istəyirsiniz? Siz və ya başçılıq etdiyiniz nazirlik bu hökmləri necə təsdiq edib? Əgər bunlar sizin göstərişinizlə verilməyibsə, bu hökmlərə münasibətiniz bildirin...»
Əkbər Ələmi hazırda İran parlamentində azlıq təşkil edən islahat tərəfdarlarına mənsub olur və prezident Əhmədinejadın siyasətlərinin əleyhinə etdiyi kəskin çıxışları ilə tanınır. O, eyni zamanda azərbaycanlıların bəzi milli və mədəni istəklərini də himayə edir.
Ötən həftə Əkbər Ələmi də daxil azərbaycanlı millət vəkillərinin milli azadlıq hərəkatının lideri Səttarxanın evinin uçurulmasına kəskin etirazları nəticəsində hökumət binanın dövlət tərəfindən satın alınması və bərpasına qərar verib.
Britaniya azərbaycanlıları İrandakı soydaşları ilə həmrəyliklərini bildiriblər
Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu /Bazar ertəsi, 24 sentyabr 2007
Sentyabrın 23-ü İranda təhsil ilinin ilk günü olduğunu nəzərə alaraq, Britaniyanın Azərbaycan icması Londonda BBC xəbər agentliyi qarşısında nümayiş keçirərək, ana dilində tədris tələb edən soydaşları ilə həmrəyliklərini bildiriblər.
«Birləşmiş Krallıq-Güney Azərbaycanlılar Təşkilatı» (GAT-BK), «Güney Azərbaycan Solçu Fəalları», «Güney Azərbaycan İstiqlal Partiyası» və Dünya Azərbaycanlıları Konqresini sədrinin iştirak etdiyi bu aksiyaya Britaniyada yaşayan bəluç icmasının üzvləri də qoşulublar.
GAT-BK-ın təşkilatçılarından Səhənd Bağmeşəli deyir: «Bu gün səksən-neçə ilin acı təcrübəsi yenə də təkrar olacaq-azərbaycanlı balalarımız fars şovinizmimin küt bıçağının qadağına buraxılacaq. İran məntiqi dəhşətdir, dilimizi kəsirlər, mədəniyyətimizi darmadağın edirlər və umurlar ki, biz heç cınqır da çıxarmayaq və çıxardanda da bizi həbs edirlər».
Nümayişçilər eyni zamanda BBC xəbər agentliyinə öz etirazlarını bildiriblər. Onların fikrincə BBC İran Azərbaycanında gedən hadisələrə laqeyd qalıb və dünya xəbərlərində bu məsələyə az yer verib.
İran səfirliyi qarşısında piket dağıdılıb
Azadlıq Radiosu .Bazar ertəsi, 24 sentyabr 2007
Sentyabrın 24-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında nəzərdə tutulan piketi dağıdılıb.
«Media forum» saytı xəbər verir ki, saat 12:00-da polislərin gözləmədiyi halda DAK-ın, eyni zamanda bu qurumun gənclər təşkilatının, Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi tanınan təşkilatın və «Dalğa» Gənclər Hərəkatının bir qrup üzvü səfirliyin qarşısında plakatlar qaldırıb, İran əleyhinə şüarlar səsləndirməyə cəhd ediblər. Lakin polis dərhal onların əllərindəki plakatları, Azərbaycanın dövlət bayraqlarını alıb aksiyanın davam etməsinə imkan verməyib. 10-dan çox piketçi saxlanaraq müxtəlif istiqamətlərə aparılıb.
Bununla belə, saxlanılmayan piketçilər qətnaməni yayıblar.
Qətnamədə deyilir ki, hər il sentyabrın 22-də İranda təhsil günü kimi qeyd olunur: «Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, Azərbaycan türkləri hələ də öz ana dilində təhsil almaq hüququndan məhrumdurlar. İllərlə aparılan müzakirələr, çoxsaylı müraciətlər nəticəsiz qalır. Uzun illərdən şovinist siyasət yeridən bu ölkənin rəhbərliyi 35 milyona yaxın Güney Azərbaycan türkünün öz ana dilində yazıb-oxumaq hüquqlarını tanımaq istəmir».
Qətnamənin sonunda DAK, qurumun gənclər təşkilatı, GAMOH və «Dalğa» İran hakimiyyətindən azərbaycanlılara qarşı qeyri-insani davranışları dayandırmağı və insan haqlarına riayət etməyi tələb edir.
Azərbaycan siyasi məhbusların müdafiə komitəsi, ASMƏK - in sözçüsü cənab Alirza Cavanbəxt tutuqlanmışların durumu haqda media vasitələrinə bildiri verib
İnsan haqların qoruyan təşkilatlar, qurum quruluşlar çox sayda həbsə alınmış və ağır şərayitdə dustaqxanalarda saxlanılan Azərbaycanlı jurnalistlərin taleyinə
nigərandırlar. Aydın olmayan durumda saxlanılan jurnalistlərə difaiyatları üçün qanuni vəkillə təmin olma haqqi verilmir. Önəmli məsələlərdən həbsxanalarda işkəncənin artması,ailə üzvlərinnin hədəyə alınması və məhbusların suçları bilindirilmədən məhkəməsiz neçə aylıq həbsdə saxlanılması, tutsağın qanuni vəkillə(avqatla) təmin olma haqqının engellənməsi özəlcəsinə cari ilin may ayından beri qabarı şəkildə gözə çarpır.
Örnək üçün cari ilin mayından təbriz dustaqxasında həbsə alınan, qanuni vəkillə təmin olunmayan,anasının dediklərinə görə həbsdə ağır işkəncələrə məruz qalıb dişləri qırılan Əmir Abbas Bənayi kazemi-ni ad verə bilərik.
9-aydan bəri urmiyə dustağında olan və ölkə təhlükəsizlik orqanı “ettelaat”-ın işkəncədolu istintağına məruz qalan təbrizli türk tələbə Hadi Həmidi Şəfiq -in iki elbarmağı sınıb, hələdə sağlam duruma çatmayıb. Onun məhkəmədən 17- ay həbsqərarı aldığına rağmən ailəüzvleri öncədən vədə verilmiş görüş üçün çətinlik çəkirlər.
Eləcədə yazıçı və basın-yayınına qadağa verilmiş “Sedaye urmiyə” (urmiyə sesi)- həftəliyin jurnalisti Elyaz Yekənli-nın urmiyə dustaqxanasında əsəb xəstəliyinə tutulmasını,və bacısının dediyinə görə məbusun ağır pisixologiya durma düşüb təmamilə dəyilşilməsini örnək vere bilərik. Məbus neçə ay öncə açiqladığı məktubda sağlamlığıla elaqədar yaranmış durumu ölkə təhlükəsizlik orqanı “ettelaat”-in ağır işkəncələri ucundan yaranmasını izahlamışdir. Məhbusun nigərançılıq geçirən ailə üzvləri onun tezliklə xəstəxanaya köçürülməsini istəyiblər.
Jurnalis və insan haqların qoruyan təşkilatın üzvü Səid Mətinpur Azərbaycan milli hərəkat fəallı Cəlil Qənilu və Behruz Səfəri 3-zəncanlı çalışqandırlar ki cari ilin mayında həbsə alınıblar.Onların ailə üzvlərinin çabalarına baxmıyaraq məhbusların saxlandığı yeri hələlik dəqiqləşdirə bilməyiblər.Bu3- fəal çeşitli zamanlarda tehranın “evin” dustaqxanasının 209-nci korpusuna(bölümünə) köçürülüblər.
Həbs müdəti Cəlil Qənilu yanlız bir dəfə öz ailəsilə görüşə bilib.QaradaşıTəvəkül Qənilu-nun dediyinə görə məhbusun qanuni vəkillə təmin olmasına hələlik izin verilməyib. Ölkə təhlükəsizlik orqanı ettelaat” ( təmınatı əngəlləmək nədənilə) araşdırmaların bitməməsin deyir.Yaxın 4-ayı ötən həbszamanı Səid Mətinpur yanlız bir dəfə görüş izni alıb anasila görüşə bilib.Zindandaki müşahidəçilərin dediklrinə görə onu kamara önünə getirib düzgün olmayan etırafları boynuna alındırma nədənilə işkəncə etmişlər.Ağır ruhi durumda yaşayan
məhbusa basqiları artırmaq nədənilə ailəsini təhdidləyib genc qardaşı Əliriza Mətinpuru cari ilin avgustunun 28-də tutuqlamışlar. Behruz Səfəri –nin hayatyoldaşı xaım Leyla Heydəri avgustun 28-də məhbusla görüşmək üçün “ettelaat”-a dəvət olunsalarda saxlanılıblar.Adı çəkilən bu insanlar fevralin21-də anadili günü münasibətilə düzənlənib geçirilmiş piketdə həbsə alınıb girov qarşılığında azadliğa buraxılmışlar.
Azərbaycan milli hərəkatı fəallarının difaiyatını öhdələnən və ötən il 6-ay müdəti həbsdə saxlanılan vəkil cənab duktur Saleh Kamranı cari ilin avgustunun 18-dən etibarən yenidən tutsaqlanıb qanuni vəkillə təmin olunmsına izin verilmədən “evin “ zındanının 209-ncu bölümündə saxlanılır.Görüşçü qadağası alan Saleh Kamranı -nın hayat yoldaşı xanım Mina Əsqəri-də hədələnmədən kanarda qalmayıb.
Şehid Recayi adlı universitənin öyrətməni cənab Abullah Abbası Cavan bir aydan artıqdır ki ailəsilə hanki bir ilgi yarada bilməmişdir.Genc qardaşı sulduzlu Yədullah Abbası cavan nağadey şəhərindən tehranın “evin “ dustağına gəlib 209-ncu korpusunda saxlanılan məhbus qardaşila görüşünü planlaşdırsada , mulaqata izin verilməyib.
Əhər şəhərinin hərəkatçısı Cavad Həsənpur sentyabrın 3 –u yaşadığı evində kitab və bilgisayarı zəbtə alınaraq həbsə olunub.Onun hayat yoldaşı xanım Elnaz Bəyanı bura dək məbusla görüşə Bilmədiyini söyləyir.
İranda qadinlar huquqlarını müdafiə eden və Azərbaycan milli haqları uğrunda çalışan təbrizli qadın jurnalist xanim Şahnaz Qulamı 22-gün həbs müdətinin 18-gününü təcrid olunmuş təkhücrəli , 4-günün isə cinayət və pozğunluq işlərində suçlandırılanlarla eyni kamarada saxlandığını vurğulayır.
Daha başqa məhbuslar haqda ərdəbil dustağında olan tanınmış sima Abbas Leysanlı-nın (Lisani-nin) və onun həbsə hədələnmiş hayat yoldaşı xnım Ruqqiyə Əlizadə-nin, durumu aydın olmayan Məsud Sultanı-nın, urmiyə dustağında olan öyrənci Mehdi Nurı-nın nağadey dustağında olan İbrahim Muini-nin və Riza Paşayi-nin və neçə gün öncə erdəbildə həbsə alınmış Vədud Səadəti-nin adını vere bilərik.
Tərcümə:Cosqun Azəroğlu-azadtribun
İranda ana dilində təhsil tələbi ilə bəyanatlar yayılıb
Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu .Bazar, 23 sentyabr 2007
Mehr ayının əvvəli (sentyabrın 23-ü) təhsil ilinin ilk günü münasibəti ilə İranın türk dilli xalqlarını təmsil edən bəzi təşkilatlar və tələbə cəmiyyətləri müxtəlif bəyanatlar yayıblar.
«Güney Azərbaycan Milli Oyanış Hərəkatı», «Türkmən Xalqının Mədəni-Siyasi Ocağı» və «Xorasan Türklərinin Milli Oyanış Hərəkatı» adlanan təşkilatlar birgə bəyanatla çıxış edərək, türk dili və bu dildə tədrisin İranda rəsmiləşdirilməsini tələb ediblər.
Bundan əlavə onlar türklərin yaşadığı ərazilərin ictimai-iqtisadi inkişafı və əvvəlki türk adlarının bərpası, milli ayrıseçkiliyə son qoyulması, eyni zamanda siyasi məhbusların azad edilməsini tələb ediblər.
Təhsil ilinin başlanğıcı ilə əlaqədar Zəncan Universitetinin «İslami» Tələbə Cəmiyyətinin yaydığı bəyanat «Biz artıq çörəyə «nan» və anaya «madər» demək istəmirik» başlığını daşıyır.
Bəyanat yeni nəsildə özünə güvənmək və etimad hissinin yaranması üçün ana dilində təhsilin vacibliyi və bunun psixoloji cəhətdən sübut etdirildiyini vurğulayır. Bu haqda Birləşmiş Millətlər Təşkilatının qanunları, habelə İran İslam Respublikası konstitusiyasının 15 və 19-cu maddələrinə istinad edərək ölkədə Azərbaycan dilinin rəsmiləşdirilməsi və bu dildə tədris imkanların yaranması tələb edilir.
Müxtəlif xəbər mənbələri İranda yeni təhsil ili ərəfəsində kütləvi aksiyaların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin artırıldığı bildirirlər.
«Savalan Səsi» xəbər saytının verdiyi məlumata əsasən, İranın təhlükəsizlik orqanı ETTELAAT son həftə ərzində Azərbaycan fəallarından Əli Şadi, Asif İbrahimzadə və Rza Qənizadəni həbs edib.
Sentyabrın 17-də Sərab şəhərindən Təbrizə gələrkən tutulan Əli Şadinin bu günə qədər harada saxlanıldığı və ona qarşı hansı ittihamların irəli sürüldüyü aydın deyil.
Fəal bundan öncə 2006-cı ilin karikatura qalmaqalında Sərab şəhərində iki ay həbsə alınınmış, zəmanət şərtiylə azad edildikdən 10 ay sonra bir daha həmin hadisələrin il dönümü Təbrizdə keçirilən nümayişlərdə həbs edilmişdi. Onun ikinci həbs müddəti səkkiz gün ETTELAAT-ın təcridxanası və 26 gün Təbriz zindanında keçirilmişdi. Fəal yenidən girov şərtiylə buraxılmışdı.
Ərdəbil fəallarından Asif İbrahimzadə və Rza Qənizadə isə sentyabrın 17-də evlərinə basqın edilərək həbsə alınıblar. Hər iki fəal bundan əvvəl də dəfələrlə həbs və təqib edilmişdi.
Bu arada Ərdəbil Universitetinin tələbəsi Əsgər Əkbərzadə son məhkəmə hökmünün yerinə yetirilməsi üçün sentyabrın 19-da özünü Ərdəbil həbsxanasına təhvil verməli olub.
O, bir il bundan öncə məktəblərdə Azərbaycan dilinin tədrisi tələbi ilə keçirilən aksiyalarda iştirak etdiyinə görə dörd ay həbsə məhkum edilmişdi.
Əkbərzadə 2006-cı il oktyabrın 31-də ETTELAAT əməkdaşları tərəfindən gizli şəkildə nəzarət altına alınmışdı. Onun aylarla harada saxlanıldığı məlum deyildi. Hətta beynəlxalq «Amnesty International» təşkilatı vaxtiylə Əkbərzadə haqda təcili bəyanat vermişdi.
Ərdəbil Universitetinin Kimya Fakültəsinin tələbəsi 2006-cı il dekabrın 20-də 7 min dollar məbləğində girov qoymaqla zaminə buraxılsa da bu yaxınlarda Ərdəbil Məhkəməsi yenidən ona dörd ay həbs kəsib.
Ərdəbildə daha iki Azərbaycanlı həbsə alınıb.
İran islam respublikasında məktəbrin açılışı ərəfəsində ana dilləri yasaqlanmış güney Azərbaycanlılarının etiraz nümayişlərin ehtimallandıran fars-şuvinist hakimiyəti hədə qorxu dalğasını göcləndirmək nədənilə Azərbaycan milli hərəkatı fəallarına təziqləri basqıları artırmaya başlayıb geniş miqyasda həbsə alır . Əlimizə çatdıyı yeni xəbər əsasında ölkə təhlükəsizlik orqanı ərdəbildə iki milli fəallının evlərinə basqı yaparaq
Asıf İbrahimzadə Niyari və Riza Qənizadə Niyari – yə hankı bir rəsmi hökm göstərmədən tutuqlayıb aparmişlar.Onlar indilik ərdəbil dustaqxanasının 7-nci korpusunda (bölümündə) saxlanılırlar.
Bu iki milli hərəkat fəalları öncələrdə dönə-dönə həbsə alınmışlar.
Asıf İbrahimzadə ilk dəfə ötən ilin may etirazlarında həbsə alınıb və ərdəbil inqilab məhkəməsi tərəfindəm 50-zərbə şallaq , 4-ay həbs və 3.000.00 tümən cərimə ilə cəzalanmışdır.İkinci dəfə cari ildə növbəti may aksialarinda iştırakına görə neçə gün saxlandırılıb sorğu-sualdan sonra girov qarşılığında zəmanətə buraxılmışdır.
Riza Qənizadə isə cari ilin may etirazlarına qatıldığı ucundan həbsə alınıb istintaq olunmuşdur .Bu milli hərəkat fəallı da ağır girov qarşılığnda zəmanətə buraxilmişdir .
Əlimizə çatan son xəbərlər əsasında son zamanlar həbsə alınmış milli hərəkat fəallı Vədud Səadəti də ərdəbil dustağının 7-nci korpusuna (bölümünə) köçürülüb.
Xəbərqaynağı : Savalan sesi Cümə sentyabrın 21-2007 -Köçürən:Coşqun Azəroğlu
İran isalam respublikasında təhsil ilinin başlanışıla yanaşı universitə təhlükəsizliyinə sorumlu orqanlar “hərasət” və öyrəncilər işinə nəzarət edən bilimyurdu yunətim yardımcılığı (muavenete daneş-cui) tələbələri ardıcil öz kontrolu və nəzarəti altında saxlamaq məqsədilə öyrəncilər yataqxanasının hasar çəkilmiş sahəsinə eləcədə öyrəncilərin get-gəli üçün nəzərdə alınmış zolağa qapalı-orbitli filimçəkən makinalar yaraşdırıb. Adı çəkilən kamaraların görüntüsü ilk baxışda addı və normal işıq-lampalarından seçilmir.Universitə təhlükəsizliyinə görəvli “hərasət”orqanının sorumlusunun sözlərinə görə,bu tədbir öyrəncilərin daha artıq təhlükəsizliyini qoruyan məqsəd daşayır. Öyrəncilər isə , təbirin tələbə siyası hərəkatını eləcədə vaqtı gelirkən təhəssun (grev)- aksialarını göz altına almaq xitmətrində olduğuna inanırlar.
Ötən ilin aprel-.may aylarından bəri bu universitədə kimliyini müdafiə edən milli məfkurəli öyrəncilərin hərəkatı gözə gəlim seviyədə artib.Urmiyə universitəsi Azərbaycan milli öyrənci hərəkatı sahəsində kimliyini müdafiə edən Azərbaycan tələbələri üchün ən önəmli fealiyət mərkəzlərindən sayılır. Elə bunun ucundan elm və təhsil sahəsi ölkə təhlükəsizlik orqanı “ettelaat”-in və universitə təhlükəsizlik orqanı “hərasət”-in ağır emniyəti tədbirlərinə məruz qalır.
Ötən il bilimyurdu yunətim yardımcılığına başçılıq edən Məhbub Talei –nin buyruğu ila butun Azərbaycan qonusuna maraq göstərən dərgiləri basın və yayını dayandırıldı. Sayı
10-nəfəri ötən Azərbaycan milli hərəkat öyrəncisi , kültür sahəsində çalışan Şəhriyar dərnəyinin başkatibi Əkbər Paşayi və Oyanış adıla dərc olunan Azərbaycan öyrəncilər dərgisi- nin sorumlusu Mehdi Haci Məhəmmədi daxil olmaqla cari ilin may aksiyalarında həbsə alınıb “ettelaat”-ın dustağında həftələr ağır işkəncələrə məruz qalaraq saxlanıldı və sonunda yanlız girov qarşılığında azadliğa buraxıldılar.
Adı çəkilən makınalarla götürülmüş şəkillərə aşağıdakı unvanda baxmaq olar.
http://i16.tinypic.com/68bm0z7.jpg
http://i1.tinypic.com/4lg1r4m.jpg
http://i8.tinypic.com/646wwn5.jpg
http://i11.tinypic.com/6b1efbp.jpg
http://i19.tinypic.com/4ked1xw.jpg
http://i3.tinypic.com/4xw9bvl.jpg
Xəbərqaynağı : Urmu.News Tarix: 23.09.2007
Güney Azərbaycanlı Siyasi Məhbusların Durumu Ağır Olaraq Davam Edir !
Güney Azərbaycan Milli Hərəkatı fəallarına qarşı təzyiqləri günbəgün artmaqdadır. Uzun müddət həbslər və onların saxlanma vəziyyəti ağır olaraq davam edir.
Güney Azərbaycan Milli Hərəkatı fəallarına qarşı təzyiqləri günbəgün artmaqdadır. Uzun müddət həbslər və onların saxlanma vəziyyəti ağır olaraq davam edir.
Səid Mətinpur, Cəlil Qənilu, Bəhruz Səfəri, Əmir Abbas, Bənai Kazımi və bir çox Azərbaycanlı siyasi məhbusların ağır durumu onların ailələri və insan haqları ilə məşğul olan qurumların nigarançılıqlarına ciddi səbəb olub. Bu məlumatlar onların ağır durumlarından xəbər verir.
Azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə təşkilatları və məhbusların ailələri bu durumdan narazıdırlar və deyirlər: Həbs prosesi ədalətli deyil, onlar həbs zamanı vəkil hüququndan məhrum ediliblər, onlarla istintaq prosesi zamanı yaxşı davranılmır, müxtəlif işgəncələrə məruz qalırlar .
Bu fəalların 3 ay həbsindən keçməsinə baxmayaraq, onlar hələdə irəli sürülən ittihamlardan xəbərdar deyillər, həbslərinin hüquqi vəziyyəti də məlum deyil, istintaq prosesi vəkilsiz gedir və məhkəmə heç bir açıqlama verməyibdir. Siyasi məhbuslar keçən 3 ayda cəmi neçə dəfə evlərinə telefon aça biliblər. Bu fəalların ailələri öz narahatçılıqlarını övladlarının uzun müddət həbsi ilə bağlı bildiriblər.
Gələn məlumatlara görə 2007-ci ilin may ayının 25-də Zəncan ETTELAAT qüvvələri tərəfindən həbsə alınan jurnalist və insan haqları müdafiə Səid bəy Mətinpur indi Tehran “Evin” zindanının 209-cu bölməsində tək adamlıq kamerada saxlanılır, çox ağır işgəncələr olunur.
Beynəlxalq Əfv Təşkilatı (Avqustun 23-də yayılan bəyanatda) və İngiltərədə yerləşən "Frontlayn" hüquq müdafiəçiləri birliyi Səid Mətinpurun Tehranın "Evin" zindanındakı siyasi məhbusların saxlanıldığı 209-cu kamerada televiziya vasitəsi ilə etiraflara məcbur etmək üçün işgəncələrə məruz qaldığını vurğulayıblar.
Bu arada avqustun 19-da həbs edilən azərbaycanlı fəal, ixtisasca mühəndis olan Abdulla Abbasi və Azərbaycanlı vəkil Saleh Kamrani hazırda Tehranın "Evin" zindanında saxlanılırlar. Onlara vəkil tutulmasına imkan verilmir. Onlarla görüşün qadağan olunması bu fəalların işgəncələrə məruz qalması ehtimalını artırır. Onlara qarşı irəli sürülən ittiham haqda heç bir məlumat verilməyib.
Avqustun 23-də Beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» tərəfindən yayılan bəyanatda avqustun 18-də gecə vaxtı Kərəc şəhərində tutulub Tehranın “Evin” həbsxanasına aparılan cənab Kamraninin ailəsi üç gün ondan xəbərsiz olub. Avqustun 21-də ailəsi ilə qısa telefon söhbətinə imkan verilən fəal “Evin” zindanının 206-cı korpusunda olduğunu bildirib. Lakin onun Azərbaycan dilində danışmasına icazə verilməyib və elə buna görə də fars dilini başa düşməyən anası ilə telefon söhbəti mümkün olmayıb. Bəyanatda hüquq müdafiəçisinin fikir və söz azadlığından məhrum edildiyi bildirilir. «Amnesty International» Saleh Kamranini də vicdan məhbusu hesab edir və ürək xəstəliyinə görə onun həyatının ciddi təhlükə qarşısında qaldığını bildirir .
Təbrizdən gələn məlumata görə, may ayından həbsdə olan Təbrizli fəal Əmir Abbas Bənai Kazıminin Durumu Ağırdır.
Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İranın Azərbaycan fəallarından Əmir Abbas Bənai Kazımi haqda yeni bəyanat verib. Sənəddə bildirilir ki, mayın 14-də Təbriz şəhərində yaşadığı evdə həbs olunmuş Əmir Abbas Bənai Kazımini ETTELAAT əməkdaşları döyüblər: «Milli fəal bir müddət İran Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanıldıqdan sonra avqustun 1-də Təbrizin mərkəzi həbsxanasına köçürülüb. Anası Cəmilə Kazımi oğlu ilə görüşərkən onda işgəncə əlamətlərini görüb və bu barədə «Amerikanın Səsi»nə məlumat verib. Ertəsi gün Əmir Abbas dərhal ETTELAAT-ın Təbriz yaxınlığındakı təcridxanasına aparılıb və yenidən işgəncəyə məruz qalıb. Avqustun 4-də Cəmilə Kazimi oğlunun ana dilini müdafiə etdiyinə görə həbs olunduğunu və işgəncəyə məruz qaldığını bəyan edib. Onun sözlərinə görə, oğlunun dişləri sındırılıb, saçları qoparılıb və bütün bədəni, sifəti gömgöy olub. Atası Rəhim Kazımi də oğlunu ziyarət etdikdən sonra onun ağır vəziyyətdə olduğunu söyləyib». Bəyanatda qeyd olunur ki, hazırda milli fəalın səhhəti təhlükə qarşısındadır. Əmir Abbas Bənayi Kazımini «vicdan məhbusu» adlandıran «Amnesty International» onun dərhal azadlığa buraxılmasını tələb edib.
Jurnalist, qadın hüquqları müdafiəçisi, azərbaycanlı fəal Şahnaz Qulami 22 gün həbsdən sonra sentyabrın 11-də 12 min dollar girov müqabilində zaminə buraxılıb. Buna qədər onun harada və hansı şəraitdə saxlandığı aydın deyildi. Xanım Qulami sentyabrın 14-də fars və azərbaycanca nəşr edilən «İranlı Qadınlar Ocağı» («Kanun-e Zənan-e İrani») saytına müsahibə verib . Şahnaz Qulami onu zorla azyaşlı qızı və xəstə anasından ayıran ETTELAAT əməkdaşlarının kobud rəftarından şikayətlənir və bildirir ki, istintaq yerinə aparılmazdan əvvəl gözlərini bağlayıblar. O isə etiraz əlaməti olaraq susub, sorğu-sualı cavabsız qoyub və istintaq vərəqəsini doldurmaqdan da imtina edib. Ona qarşı irəli sürülən ittihamlara gəldikdə, asayişi pozmaq, xalqı təhrik, 2006-cı ilin may aksiyalarında iştirak və İran prezidentini təhqir etməkdə günahlandırıldığını bildirir. Bu ittihamları rədd edən jurnalist deyir ki, vaxtı ilə yerli qəzetlərdə yazdığı məqalələrdən birində Təbrizdə keçirilən dinc nümayişlərə qarşı silahlı qüvvələrdən istifadə edilməsini tənqid edib.
Azərbaycanlı fəalların həbsi ilə bərabər onların ailələrinə qarşı təzyiqlərdə artmaqdadır.
Səid Mətinpur və Bəhruz Səfərinin ailə üzvləri Leyla Heydəri və Əlirza Mətinpur avqustun 27-də ETTELAAT məmurları tərəfindən həbs olunublar. Əlirza Mətinpur Azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan fəallardan biri, tanınmış jurnalist Səid Mətinpurun qardaşı, Leyla Heydəri isə digər Zəncanlı fəal Behruz Səfərinin xanımıdır.
Onların həbsindən neçə həftə keçməsinə rəğmən onların ailələri ilə heç bir təmasları olmamış və saxlanma yerləri barədə də heç bir məlumat verilməmiş. Gələn məlumatlara görə İran ETTELAAT-qüvvələri Səid Mətinpurun həyat yoldaşı Ətiyyə xanım Tahiri və vəkil Saleh Kamranının həyat yoldaşı Mina əsgərini həbslə hədələyib. Onları, bir daha mətbuat və xarici informasiya vasitələrilə həyat yoldaşlarının vəziyyəti haqda məlumat versələr, onlarıda həbs edəcəklər.
Başqa xəbərə görə, ETTELAAT-ın Ərdəbil şöbəsi şəhər zindanında saxlanan tanınmış fəal Abbas Lisaninin həyat yoldaşı Ruqiyyə Lisanini (Əlizadə) həbslə hədələyib.
Beynəlxalq hüquq müdafiəçiləri siyasi məhbusların ailə üzvlərinə qarşı təzyiqlə bağlı etirazlarını bildiriblər. Belə ki, Tehran hakimiyyəti Azərbaycanlı fəalların təzyiq göstərməsində israrlıdır. Bu arada hüquqçular bunu hakimyyətin ölkə qanunlarına etinasızlığı kimi dəyərləndirirlər.
İranda Azərbaycanlı məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan qruplar, onlarla Azərbaycanlı məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir və İran qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülmədən qanunsuz həbslərə son qoymağa çağırır. Onların fikrincə Güney Azərbaycanda öz milli haqlarını tələb edən insanlar təqib olunurlar, Azərbaycan Milli Hərəkatı Azerbaycanlı kimliyinin rəsmən tanınması, öz tariхindən, mədəniyyətindən bütün sahələrdə yararlanması, Azərbaycan türkcəsinin rəsmi dil olaraq tanınması, insanlara ana dilində təhsil hüququnun verilməsini tələb edir. Güney hərəkatının istəkləri insan hüquqlarına dayanır.
Sonda Media, Hüquq Müdafiə Təşkilatları və İşgəncə Əleyhinə Mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı öz etirazlarını bildirməyə çağırırıq və istəyirik ki, onlarla məhbusun ağır işgəncə altında olmasına biganə qalmayalar.
Vahid Qarabağlı, 20.09.2007 . DAK
Əli Şadı Kərəmcavan ücüncü dəfə olaraq həbsə alınıb
Azərbaycanın təbriz şəhərinin tanınmış milli hərəkat fəallı Əli Şadı Kərəmcavan
38-yaşlı milli hərəkat fəallı geçəcaqda dönə-dönə həbsə alınıb.İlk dəfə olaraq ötən il iranın rəsmı qəzetində türklərə qarşı sesləndirlmiş tohinli çizgilər və ifadələrə təpki olaraq güney Azərbaycanlılar tərəfindən umum-milli qərar verilmiş may etirazlarında sərab ettelaatı tərrəfindən həbsə alındı.Məhbus 2-ay sonrası girov qarşılığında zəmanətə buraxılsada,sərab inqilab məhkəməsi tərəfindən , bəzi suçlar örnək üçün, hakimiyət eleyhinə parapaqanda aparmaqda , türk dilində yazılmış kitabları yayınlamaqda suçlandırılıb bir il (təziri) həbs qərarı aldı.
Fəal ikinci yol olaraq cari ilin may-etirazlarının ildönümü aksialarında, 23-may nümayişində işktirak etdiyi ucundan təbriz təhlükəsizlik orqanı “ettelaat” tərəfindən həbsə alınib. 26-gün həbsinin 8-gününü“ettelaat” dustağında olan çağ ağır işkəncələrə məruz qalan Əli Şadı Kərəmcavan girov qarşılığında zəmanətə buraxılır.
3-üncü yol tutuqlanan milli hərəkat fəallının ailəsi onun saxlandığı yer haqda hələlik hankı bilgi əldə edə bilməmişlər.
Xəbərqaynağı : Urmu.News
16-yaşlı məktəb şagirdinə yanlız duvarda „ Mən türkəm „ sözü yazdığı ucundan 4-ay həbs qərarı verilib
Təbrizdən əlimizə çatdıyı raportlar əsasında məhkəmə hakimi, Məhəmməd Riza Əvəzpur Adıla səslənən 16-yaşlı mədrəsə şagirdini aşırı millətçilikdə, seperatçılıqda (bölücülükdə) və pan-türkismdə (türk soyunun üstünlüyünə inanan düşüncə) ittihamlandıraraq 4-ay həbs qərarı kəsib.
Deyilənlərə görə məhkəmə qərarı Məhəmməd Rıza Əvəzpur-un huzuru olmadan verilib.
Xatırlatmalıyıq ki Məhəmməd Rıza Əvəzpur öncələrdə duvarda “ Mən türkəm ” sözü yazdığı ucundan iran islam respublikasının təhlükəsizlik orqanı “ettelaat”-in ağır işkəncələrinə məruz qalaraq həftələr həbsə alınıb.
Qerarin Uzu
Xəbər qaynağı:Savalan səsi.2007 il sentyabrın 23



