تبليغاتX
Guney Sesi

Azərbaycanli məhbuslara uluslararasi insan haqlari dərnəkləri yardım edir, sizdə yardımci olun


Said and salehUluslararasi insna haqların qoruma dərnəkləri getdikcə öz çabalarına artırlar. Bu arada Azərbaycan məhbuslarına yardımcı olan komitələr və şəxslər, bu dərnəklərlə əlaqədə olaraq, Güneydə olan məhbuslari dünyaya tanıtıb və onların buraxılması istəiyn daha güclü şəkildə uluslararasi insan haqlari qoruma örgütlərə yansıtırlar.

Front Line 2001-də Dublin şəhərində yaranmış olan bir dərnəkdir. Bu dərnəkin amaci İnsan haqlarından mudafiə etmə suçundan məhbus olmuş və yaxud təhlukədə olan fəallari qorumaqdır. Bu dərnək gece gündüz demədən çalışir yararli çabalariyla bir çoxlu başariya naıil olub.

King Baudouin-ın 2006-7 il ödülün qazanan Front Line, Azərbaycanda məhbus olan iki milli fəali yeni listəsinə daxil edərək, uluslararasi kampanya başlatıb. Bu kampainda məhbuslara özgürlüq istənilir və çeşitli məqamlara muraciyətlər edilir.

Bu qonuda [1] Front Line sitəsində yeralan məktubu, İnsan haqlari qoruyan dərnəklər və yaxud milli və insan haqlari qoruyan şəxsləri həbs edən devlətlər və baxanlara göndərərək, məhbusların durumundan əndişə edildigin bildirə bilirsiz.

Azərbaycan məhbuslarına hazırlanmış olan məktub [2] ADAPP sitəsində yerləşdirilib.(baybak)

yazilib گونئی سسی GuneySesi Wed 21 Nov 2007 saat 17:18 | link |

Səttarxanın məzarı üstündə toplaşan onlarla fəal həbs edilib

Settar Xanİran Azərbaycanının müxtəlif insan haqları təşkilatları bildirirlər ki, noyabrın 15-də ETTELAAT əməkdaşları Səttərxanın məzarı üstə toplanan azərbaycanlıların təxminən 15-i həbs edib.

Yüzlərlə azərbaycanlı milli qəhrəmanının ölümünün 93-cü ildönümü münasibəti ilə onun Tehranın cənubunda yerləşən Şah-Əbdüləzim məscidindəki məzarı ətrafında dinc tədbir keçirmək istəyib. Lakin ETTELAAT məzarın ətrafına çoxlu qüvvə gətirərək mərasimin keçirilməsinə mane olmağa cəhd göstərib.

Mərasim iştirakçıları ilə ETTELAAT qüvvələri arasında yaranan qarşıdurmadan sonra onların bəzisi həbs edilib.

Fəalların bu günə qədər harada saxlandığı bilinmir.

Eyni zamanda İranın rəsmi xəbər mənbələri birdir ki sentyabrın 16-da Səttərxanın yaşadığı tarixi binanın böyük bir hissəsinin uçurulmasından sonra, İran hökuməti binanı tarixi abidə olduğunu elan edib və onun qoruyub bərpa edilməsinə çalışır.

Təbriz əhalisi Səttərxanın yaşadığı tarixi binanın uçurulmasına kəskin etirazlarını bildirmişdilər.

yazilib گونئی سسی GuneySesi Wed 21 Nov 2007 saat 17:13 | link |

Güneyli fəalın ailəsinə təzyiq edilir

tehdidGüney Azərbaycan İstiqlal Partiyasının fəal üzvü, şəhid Məcid Xudayənin ailəsi rejimin təzyiqləri ilə üzləşib. Güney Azərbaycan İstiqlal Partiyasından "OLAYLAR"İA-ya daxil olan məlumatda bildirilir ki, elektrik cərəyanı ilə qətlə yetirilən Məcid Xudayənin ailəsinə təzyiqlər edilir ki, ölümün səbəbləri barədə açıqlama verilməsin. Məlumata görə, Məcid Xudayənin ailəsinə istər kütləvi informasiya vasitələri, istərsə də digər media qurumlarına heç bir məlumat verməmək barədə xəbərdarlıq edilib. Bildirilib ki, əks halda ailənin digər üzvləri də həbsxanaya atılaraq işgəncələrə məruz qalacaqlar.(qaynar news)

yazilib گونئی سسی GuneySesi Mon 19 Nov 2007 saat 11:37 | link |

SƏTTARXANIN MƏZARI ÜSTÜNDƏ QARŞIDURMA. ONLARLA MİLLİ FƏAL TUTULUB

2007-11-16 - 20:39:00

Settarxanin şekiliGüney mənbələrindən «Media forum» saytına daxil olan məlumatda bildirilir ki, noyabrın 15-də yüzlərlə azərbaycanlı milli lider Səttarxanın ölümünün 93-cü ildönümü münasibəti ilə onun Rey şəhərindəki məzarı ətrafında dinc tədbir keçirmək istəyib. Lakin ETTELAAT əməkdaşları məzarın ətrafına çoxlu qüvvə gətirərək mərasimin keçirilməsinə mane olmağa cəhd göstərib.

Mərasim iştirakçıları ilə ETTELAAT qüvvələri arasında yaranan qarşıdurmadan sonra onlarla milli fəalı tutaraq naməlum istiqamətə aparıblar. Məlumatda tutulanlardan bəzilərinin adları verilir: Rəsul Rzai, Eyvaz Xani, Sönməz Sayın (hər üçü də sayınqayalıdır), Vəhid Rastqu (təbrizli tələbə), İsrafil Rəfiyi (zəncanlı tələbə), Həmid Rza Şəfiyi (təbrizli tələbə), Daryuş İbadpur, Bilal Vəlizadə, Cəfər Pejman, Hüseyn Səttari, Araz Naqıpur, Aydın, Eyvaz.

Milli fəalların harada saxlandığı barədə məlumat yoxdur.

yazilib گونئی سسی GuneySesi Mon 19 Nov 2007 saat 11:19 | link |

İranda azərbaycanlı fəalların həbsi artıb

Azerbaycanli siyasi MehbuslarAzərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) ötən həftə Əli Hacməhəmmədi adında bir fəalın Sulduz şəhərinin ETTELAAT əməkdaşları tərəfindən həbs edilib, şəhər həbsxanasına aparıldığını bildirir.

Cənab Hacməhəmmədi bundan öncə 2006-cı ildə «Beynəlxalq Ana Dili Günü» münasibəti ilə keçirilən aksiyalarda iştirak etdiyinə görə həbs edilmişdi. Həmin vaxt Sulduz Cəza Məhkəməsi fəalı 4 ay şərti həbs, 30 zərbə şallaq və 2200 dollar məbləğində nağd pul cəriməsinə məhkum etmişdi.

Məlumatda bildirilir ki, yoxsul şəraitdə fəhlə işləyən Ə.Hacməhəmmədi cəriməni ödəyə bilmədiyindən yenidən həbsə salınıb. Onun son vəziyyəti barədə hər hansı bir məlumat yoxdur.

ASMƏK-in son hesabatında bildirilir ki, ötən bir ay ərzində doktor Məhəmməd Əli Heydəri, İlqar Mərəndli və Mir Qasım Seyyidinzadə adlı üç azərbaycanlı jurnalistin həbsi ilə İran zindanlarında saxlanılan jurnalistlərin say 10-a yüksəlir.

Bundan əlavə, təxminən 45 gün əvvəl Türkiyədən İrana keçərkən sərhəddə həbs edilən Ankara Universitetinin tələbəsi Məhəmməd Nüsrətinin taleyi naməlum qalır.

Hesabatda bildirilir ki, aylardan bəri Zəncan şəhərində həbs edilən Cəlil Qənilu, Bəhruz Səfəri,  jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpur, hüquqşünas Saleh Kamrani və universitet müəllimi Abdullah Abbasi Cavan ittiham edilmədən həbsdə saxlanılır. Bu həftə ərzində onların bir neçəsinə ailələri ilə görüş imkanı verilsə də, bu günə qədər müdafiə hüququndan məhrum ediliblər. Bəhruz Səfərinin həyat yoldaşı Leyla Heydəri və Səid Mətinpurun qardaşı Əlirza Mətinpur da hələ həbsdən azad edilməyib.

Həmin məlumata görə, Arazın İran sahilindəki Muğan mahalından olan fəallar Rəhim Bəhramnejad, Siyamək Təvəsülü və Həsən Balayi «qanunsuz aksiyalarda» iştirakda təqsirləndirilərək Təbriz İnqilab Məhkəməsi tərəfindən 80 şallaq zərbəsinə məhkum edilib. Dörd ay bundan əvvəl Muğanda həbs olunmuş Məsud Sultani və Həbib Mehri isə məhkəməyə qədər zəmanətlə azadlığa buraxılıb.

Ərdəbildə həbs edilən fəal Ramin Sadiqi Əsl məhkəmənin qərarıyla 50 şallaq zərbəsinə və 3300 dollar məbləğində cəriməyə məhkum edilib. Mənsur Ciddi və tələbə Əsgər Əkbərzadə barəsində isə 4 ay azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Jurnalist Elyaz Yekanlıya 20 günlük icazə verilib və məhkəmənin qərarıyla müvəqqəti azadlığa buraxılıb. Eyni zamanda Qoşaçaydan (Miyandab) olan 14 fəallın Mahabad şəhərində məhkəməsi keçirilsə də indiyədək məhkəmənin qərarı açıqlanmayıb.

Hesabat həbs olunanlardan Mustafa Meydannəvərd, Elman Nuri, Hadi Həmidi Şəfiq, İbrahim Moini, Rza Paşayi, Abbas Lisani, Əmir Abbas Bənai Kazımi, Əli Şadinin də adını çəkir.

ASMƏK sənədin sonunda siyasi fəalların, insan haqları müdafiəçilərinin, jurnalistlərin, tələbələrin həbs olunmasını, siyasi məhbuslarını vəkil tutmaq hüququndan məhrum edilməsini, etiraf almaq məqsədilə dustaqlara fiziki və psixoloji işgəncə verilməsini və məlumatların yayılmasının qarşısını almaq üçün saxlanılanların ailələrinə təzyiq göstərilməsini şiddətlə qınayır və müstəqil media qurumlarını, insan haqlarını təşkilatlarını onları müdafiə etməyə çağırır.

Xaricdə fəaliyyət göstərən «Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi» (DAHMK) də get-gedə artmaqda olan həbslərə öz etirazını bildirərək BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı və insan haqlarının müdafiəsi ilə məşğul olan bir çox başqa qurumlara müraciət edib.

DAHMK Makı şəhərində həbs edilən fəalların da adını bu siyasiyə əlavə edib. Makıdan olan Möhsün Hüseynzadə, Məhəmməd Nəsiri və Teyyub İbrahimzadə bu yaxınlarda Urmiyə İnqilab Məhkəməsinin qərarı ilə 6 ay azadlıqdan məhrum ediliblər. Onlar ötən ilin sentyabrında və cari ilin may-iyun aylarında Makıda keçirilən etiraz aksiyalarında iştirak etdikləri üçün həbs olunublar. Məlumatda Teyyub İbrahimzadənin həbsdə ikən işgəncəyə məruz qaldığı və müvəqqəti olaraq, buraxıldıqdan sonra səhhətində problemlər yarandığı bildirilir.

yazilib گونئی سسی GuneySesi Thu 15 Nov 2007 saat 16:54 | link |

Ərdəbilli milli hərəkat fəallı Əli Abbası  təcrid  olunmuş  hücrədən dustağın umumi korpusuna köçürülüb.

hebs xanaSavalan Səsi :Ərdəbildən  əlimizə  çatan  xəbərlərə  əsaslanaraq  yerli  Azərbaycan  milli hərəkat   fəallı   Əli   Abbası   34- gün    “ettelaat”-in    təcrid     olunmuş      kamarasında saxlanıldıqdan sonra3-gün bundan öncədən ərdəbil türməsinin7-inci bölümünə aparılıb.

Milli hərəkat çalışqanına ittiham olaraq milli  təhlükəsizliyə qarşı parapaqanda aprmaq söylənilib. Raportda  Azərbaycan  milli  hərəkat   fəallı  Əli Abbası-nın görüşçü qadağası alması və ruhi açıdan yaxşı durumda olmadığı da vurğulanır.

yazilib گونئی سسی GuneySesi Wed 14 Nov 2007 saat 18:36 | link |

Şərqi Azərbaycan İranın ən savadsız vilayətlərindən sayılır

Mektebİranın rəsmi «Fars» agentliyi xəbər verir ki, mərkəzi Təbriz olan Şərqi Azərbaycan vilayəti əhalinin savadlılığı və yazıb-oxuma qabiliyyəti baxımından İranın 33 vilayəti arasında 23-cüdür.  

Təhsil Nazirliyinin verdiyi hesabata əsasən, Şərqi Azərbaycanda yaşı 10-dan yuxarı olan əhalinin 18 faizi savadsızdır. Bu nisbət böyük şəhərlərdə 15 faiz olsa da, kənd əhalisinin 27 faizi tamamilə savadsızdır.

«Fars» agentliyi savadsızlığın qadınlar arasında daha geniş yayıldığını bildirir. Belə ki, Şərqi Azərbaycan vilayətində qadınların 24 faizi heç təhsil almayıb.

Təhsil Nazirliyinin Şərqi Azərbaycandakı nümayəndəsi Camal Piri bildirib ki, 1977-ci ildə vilayət əhalisinin yalnız 6.75 faizi ibtidai məktəb təhsili almışdısa, bu rəqəm halı-hazırda 21 faizə yüksəlib. Lakin, cənab Pirinin fikrincə, bu qaneedici deyil. Çünki, hazırda vilayətdə təxminən 607 min adam savadsızdır. Baxmayaraq ki, onlardan yalnız 1207-si qeydiyyata alınıb.

Savadsızlığın geniş yayılmasından təəssüfünü bildirən Təbrizin İmamcüməsi Möhsün Müctəhidi-Şəbüstəri noyabrın 10-da etdiyi çıxışında deyib:

«Savadsızlıq Azərbaycanın yüksək mədəniyyətinə layiq deyil... Biz bunu aradan qaldırmaq üçün əlbir olmalıyıq...».

Cənab Şəbüstəri etiraf edir ki, savadsızlığı doğuran amillərdən biri təhsil dilinin ana dilindən fərqli olmasıdır. Lakin onun fikrincə bu, həlledici amil ola bilməz: «Fars dili ölkənin rəsmi dili olduğu üçün Azərbaycan əhalisi ona daha ciddi yanaşmalı və öyrənməlidir».

yazilib گونئی سسی GuneySesi Tue 13 Nov 2007 saat 18:42 | link |

[Güney] AZERBAYCAN SİYASİ MAHPUSLARINI MÜDAFAAKOMİTESİ’NİN(ASMEK) RAPORU

10 KASIM 2007

ASMEK KURUCU ÜYESİ TUTUKLANDI

ASMEKMayıs – Haziran 2006 ayaklanması(İran devletinin resmi gazetesi olan İran gazetesindeki bir karikatür bu ayaklanmalara neden oldu. Güney Azerbaycan’ın tüm kentlerinde yüz binlerin iştirakiyle yapılan gösterilerde 50’den fazla ölü, yüzlerce yaralı ve binlerce tutuklu olmuştur.) ve ondan sonraki süreçte gözaltına alınan birçok Azerbaycanlı siyasi ve medeni aktivist o cümleden çok sayıda gazeteci, insan hakları savunucusu ve üniversite hocasının tutukluluğu; yargısız, hükümsüz ve avukatsız şekilde devam ettiği bir halde, halen de İran’da Azerbaycanlı aktivistleri tutuklama dalgası devam etmektedir.  Dr. Muhammed Ali HAYDARİ, İlgar MERENDLİ(ASMEK’in kurucu üyesi)  ve Mir Kasım SEYİDİNZADE isimli üç gazetecinin adı en son tutuklananların listesine dâhildir. Ankara Üniversitesinde yüksek lisans öğrencisi olan Muhammed NÜSRETİ’nin yaklaşık 45 gün önce Türkiye’den İran’a geçerken sınırda yakalanmasının haberi daha yeni yayınlanmıştır.


Bazı mahpuslara aileleri ile görüşme imkânı sağlanmasına rağmen Zencanlı gazeteci ve insan hakları savunucusu Sa’id METİNPUR, Zencan kenti siyasi aktivistlerinden Celil GANİLU ve Behruz SEFERİ, avukat Salih KAMRANİ ve üniversite hocası Abdullah ABBASİ CAVAN halen avukat edinme hakları görmezden gelinerek tutuklu olarak inceleme ve soruşturmaların soncunu beklemekteler. Bütün bunlarla birlikte Behruz SEFERİ’nin eşi Leyla HAYDARİ ve Sa’id METİNPUR’un kardeşi Ali Rıza METİNPUR’un tutukluluğu hala devam etmektedir.

Hatırlatmalıyız İran yasaları inceleme ve soruşturma aşamasında zanlıya avukat edindirmemek hakkını mahkemeye tanımaktadır. Azerbaycanlı aktivistlerin “ülke güvenliği aleyhinde faaliyet etmek” ile suçlanmaları sıradan bir durum haline geldiğinden Ceza Kanunu’nun 128. madde fıkrası –bu madde ülke güvenliği aleyhine olan suçlarla ilgili, inceleme ve soruşturma aşamasında avukat edinmesini yargıcın isteğine tabi tutmaktadır- her zaman tutukluğun ilk aylarında Azerbaycanlı aktivistlerin avukatsız kalmasına neden olmaktadır.

Azerbaycan Siyasi Mahpuslarını Müdafaa Komitesi (ASMEK) kendi kurucu üyesi İlgar MERENDLİ’nin (Yakup SALİKİNİA) ve geniş çaptaki başka siyasi Azerbaycanlı aktivist, insan hakları savunucusu, gazeteci ve… tutuklamasını, siyasi mahpusların avukat edinmesinin önlenmesini, itiraf alma amacıyla siyasi mahpuslara fiziksel ve psikolojik işkence yapılmasını ve haberlerin yayılmasını önlemek amacıyla tutukluların ailelerine baskı uygulanmasını şiddetle kınamakta ve tüm özgür medya ve insan hakları savunma kuruluşlarını Azerbaycanlı siyasi mahpusları savunmaya çağırmaktadır.

 AZERBAYCAN’DA YENİ TUTUKLAMALAR

İlgar MERENDLİ (Yakup SALİKİ NİA): Azerbaycanlı gazeteci, insan hakları savunucusu ve Azerbaycan Siyasi Mahpuslarını Müdafaa Komitesi (ASMEK) kurucu üyesidir. 31 Ekim 2007 Çarşamba akşam saatlerinde İTTİLAAT (İstihbarat Bakanlığı) görevlilerince tutuklanmıştır. Eşi Bayan Baharek SALİKİNİA’nın söylediklerine esasen İttilaat memurları 2 saatten daha fazla bir süre ev araması yapıp aramadan sonra eşi ve eşine ait olan bazı özel eşyaları o cümleden bazı kitaplar ve kamerayı yanlarınca İttilaat’a götürmüşler. Bayan SALİKİNİA’nın söylediğine göre zapt edilen kitapların hiç birisi ülke kanunlarına aykırı mahiyet taşımamaktadır. İlgar MERENDLİ 5 Kasım Pazartesi Evin hapishanesinde eşi ile görüşmüştür.


Merend kenti nüfus kütüğüne kayıtlı olan İlgar MERENDLİ (34) Tebriz Üniversitesinden mezun olup matbaacılık ve reklâmcılık işi ile meşguldür. Gazetecilik faaliyetlerine 15 sene önce başlamıştır. Kendisinin Selam ve Furug-i Azad-i gazetelerinde; Asr-i Azad-i, Ümid-i Zencan, Şems-i Tebriz, Nevid-i Azerbaycan ve Ahrar haftalık dergilerinde ve Ses, Çağrı ve Yol gibi öğrenci dergilerinde çok sayda yazısı yayınlanmıştır. Bütün bunlarla bir zamanda İlgar SALİKİNİA birçok önde gelen Azerbaycanlı öğrenci dergisinin tasarım ve yayınlanmasında katkıda bulunduğundan Azerbaycan öğrenci hareketlerinde önemli rol üstlenmiştir.

İlgar MERENDLİ 2002 yılında ASMEK kurucu heyetinde yer almış Nisan 2004’te ASMEK’in üyeleri Urmiye, Zencan, Kerec ve Tahran kentlerinde tutuklandığında 2 gün süreyle gözaltına alınmış ve soruşturmaya tabi tutulmuştur. Kendisi aynı zamanda Azerbaycan Gençler Evi sivil toplum örgütünün (N.G.O) temelini atanlardandır. Bu N.G.O. Tahran’da faaliyet gösteren Azerbaycanlı sivil toplum örgütlerinin önde gelenlerinden olup Azerbaycan’ın bazı kentlerinde o cümleden Merend ve Marağa’da şubeleri bulunmaktadır.

Dr. Muhammed Ali HAYDARİ: 
gazeteci, Tebriz ve Marağa üniversitelerinde siyaset bilimleri hocasıdır. 27 Ekim 2007 Cumartesi Tahran’ın Beheşti caddesindeki iş yerinden çıkarken İttilaat görevlilerince tutuklanmıştır. Memurlar kendisini tutukladıktan sonra evine götürmüş ev araması yaptıktan sonra kitapları, el yazıları ve diz üstü bilgisayarını da zapt etmişler.

Dr. Haydari Tahran Üniversitesi’nde yayınlanan Düzgün Xeber [Düzgün Haber] dergisinin sorumlu müdürü ve “Azerbaycan Öğrenci Yayınları Topluluğu”nun genel sekreteri olarak çalışmıştır. Bununla birlikte Dr. Haydari’nin Azerbaycan Milli Hareketi ile ilgili farklı yayın organlarında yayınlanmış çok sayda yazısı bulunmaktadır. Dr. Haydari Tahran Üniversitesi Uluslar arası İlişkiler bölümünden doktora mezunu olup Taavon [Emektaşlık] Bakanlığı uluslararası ilişkiler bürosunda çalışmaktadır. 40 yaşında olan Dr. Haydari Merend Nüfus kütüğüne kayıtlıdır.

 
Mir Kasım SEYİDİNZADE
: gazeteci ve eski öğrenci aktivisttir. 1 Kasım 2007 Perşembe günü Tahran’da tutuklanmış halen Evin hapishanesi 209. koğuşta tutuklu bulunmaktadır. Seyidinzade Tahran Üniversitesi Siyaset Bilimler alanından mezun olmuş, Hemşehri gazetesinin siyesi sayfasının yorumcusudur. Öğrencilik döneminde Tahran Üniversitesi’nde yayınlanan Farsça – Türkçe Düzgün Xeber [Düzgün Haber] öğrenci dergisinin imtiyaz sahibi ve sorumlu müdürü olmuş, mezun olduktan sonra bu görevi Dr. Haydari’ye devretmiştir. 27 yaşında olup Culfa nüfus kütüğüne kayıtlıdır.

Muhammed NÜSRETİ: Azerbaycan Milli Hareketi’nin aktivistlerinden ve Ankara Üniversitesi İstatistik Bölümü yüksek lisans öğrencisi olan Nüsreti yaklaşık olarak 45 günden beri Tahran’ın Evin hapishanesinde hapiste bulunmaktadır. Nüsreti ve Ankara Üniversitesi İngiliz Dili Bölümü doktora öğrencisi olan eşi Şehrzad AZERMİ, 25 Eylül 2007 tarihinde Nüsreti’nin hasta olan annesini ziyaret amacıyla Türkiye’den İran’a geçerken sınır kapısında İran gümrüğü güvenlik güçlerince gözaltına alınmışlardır. Tutuklamadan bir hafta sonra Nüsreti’nin annesinin vefat etmesi nedeni ile Nüsreti’nin eşi serbest bırakılmış fakat Nüsreti’nin kendisi sadece annesinin yas törenine katılabilmesi için geçici olarak serbest bırakılmış törenden sonra tekrar Tahranın Evin hapishanesine gönderilmiştir. Kendisi de bir hafta gözaltında kalan Şehrzad AZERMİ 5 Kasım 2007 tarihinde Evin hapishanesinde eşi Muhammed NÜSRETİ ile görüşmüştür. Nüsreti bu güne kadar avukat edinme hakkını kullanamamıştır. Nüsreti’nin ailesi güvenlik güçlerince baskı altında tutulduğundan, tutuklanma haberi çok geç yayılmıştır. 33 yaşında olan Muhammed NÜSRETİ, Khoy [Hoy] kenti nüfus kütüğüne kayıtlıdır.        

 
AZERBAYCAN SİYASİ MAHPUSLARININ SON DURUMU

Azerbaycan Milli Hareketi’nin Zencanlı aktivistlerinden olan Mayıs 2006’da İran Gazetesinde yayınlanan Türklere hakaret içerikli makale ve karikatüre tepki olarak Azerbaycanlıların genel ayaklanmasının yıldönümünden birkaç gün sonra gözaltına alınan Behruz SEFERİ ve Celil GANİLU Zencan’ın Seferabad hapishanesine gönderildiler. 28 Ağustos 2007 tarihinde tutuklanan Behruz SEFERİ’nin eşi Leyla HAYDARİ ve siyasi mahpus Sait METİN PUR‘un kardeşi Ali Rıza METİNPUR da bu hapishanede tutuklu bulunmaktalar. Diğer Zencanlı aktivist gazeteci Sa’id METİNPUR da gözaltına alınmasından beş ay geçmesine rağmen hala durumu belli olmadan gözaltında tutulmaktadır.  Mahpusları Savunma Derneği’nin üyesi Muhammed Rıza FAKİHİ’nin Metinpur’un avukatlığını üstlenme isteği reddedilmiştir.

Tahran Recai Üniversitesi’nin öğretim kadrosu Abdullah ABBASİ CAVAN, bilinen Azerbaycanlı avukat Salih KAMRANİ, İlgar MERENDLİ ve Muhammed NÜSRETİ aileleri ile görüşebilmişler. Abbasi Cavan’ın kardeşi Yedullah ABBASİ CAVAN’ın söylediklerine istinaden Abbasi Cavan çok zayıflamış son derece mahçur bir durumdadır. Diğer aileler de tutuklu bulunan aile mensuplarının psikolojik durumlarının iyi olmadığını söylemekteler. Salih KAMURANİ’nin eşi Mina ASGERİ kalp rahatsızlığı olan eşinin sağlık durumundan endişe duyduğunu ifade etmiştir. 


Elyaz YEKENLİ (Ali HUDABAHŞ): gazeteci ve kapatılmış Sedaye Urmiye haftalık derginin yazarlarından olup 12 Aralık 2006 tarihinden itibaren tutuklu bulunan Yekenli 20 günlük bir süre için geçici olarak izine gönderilmiştir. İslami Devrim Mahkemeleri Urmiye 1. şubesinin verdiği hükme göre 12 Aralık 2007’de Yekenli’nin bir yıllık hapis süresi bitmelidir. Yekenli Güney Azerbaycan İstiklal Partisi (GAİP) üyeliği ile beraber makale yazmak ve konuşma yapmak sureti ile Pantürkist düşünceleri yaymak suçlarından yargılanmıştır. Kendisine verilen hükümde 12 Aralık 2006 tarihinde “21 Azer” (Azerbaycan Milli Hükümeti’nin kuruluş günü -1945-) kutlama törenleri sırasında yakalandığında yanında bir çanta dolusu Seyid Cafer PİŞEVERİ (Azerbaycan Milli Hükümeti’nin başkanı) posterleri ve yasadışı bildiriler bulunduğu kaydedilmiştir.

Ayrıca Mustafa MEYDANNEVERD, Mehdi NURİ(Elman) ve öğrenci Hadi HEMİDİ (Urmiye), İbrahim MOİNİ ve Rıza PAŞAYİ (Sulduz - Nagada), Abbas LİSANİ (Erdebil), Amir Abbas BENAYİ KAZİMİ ve Ali ŞADİ (Tebriz) de başka tutuklulardan bazılarıdır.

Azerbaycan Milli Hareketi’nin Eherli aktivisti Cevad HASANPUR 22 Ekim 2007 tarihinde 200 milyon riyal rehin karşılığında geçici olarak Eher hapishanesinden serbest bırakılmıştır. Hasan Pur 3 Aralık 2006 tarihinde Tebriz’de tutuklanmıştır.
Diğer Azerbaycan Milli Hareketi aktivisti Habib MEHRİ 16 Ekim 2006’da Tebriz’de yakalanmış fakat rehin karşılığında daha sonra yargılanmak üzere Salı verilmiştir.

Dört ay önce Muğanşehr’te (Germi) tutuklanan diğer Azerbaycan Milli Hareketi aktivisti Mesud SULTANİ rehin karşılığında serbest bırakılmıştır.


AKTİVİSTLERE VERİLEN HÜKÜMLER 


Azerbaycan Milli Hareketi’nin Muğnlı aktivistlerinden Ramin BEHRAMNEJAD, Siyamek TAVASSOLİ, Hasan BALAİ ve? KHAKRUR’a Mayıs 2006 ayaklanmasında Tebriz’de gösterilere katıldıkları gerekçesi ile tutuklandıktan sonra İslami Devrim Mahkemeleri Tebriz şubesinde yargılanarak verilen 80 kırbaç cezası infaz edildi.

Erdebil’den alınan bilgilere istinaden Dünya Anadili Günü (21 Şubat 2007) protestoları öncesinde tutuklanan Erdebilli aktivist Ramin SADIKİ ASL Erdebil Temyiz Mahkemesi 4. şubesi tarafından 50 kırbaç ve 3 milyon riyal para cezasına çarptırılmıştır.

Eylül 2006 okulların açılış günü protestolarında (Türk Dilinin okullarda okutulmamasına yapılan protesto yürüyüşleri) güvenlik güçlerince gözaltına alınan Erdebilli Azerbaycan Milli Hareketi aktivistleri Mensur CİDDİ ve öğrenci Asker EKBERZADE’ye verilen hapis cezası Erdebil Temyiz Mahkemesinde onaylandı. Erdeil İl Mahkemesi 105. şubesinin verdiği hükme göre iki aktivist kişi başına 4 ay kesin hapis çekmeliler.

Avukat Seyid Muhammed Rıza FAKİHİ, İSNA haber ajansı ile konuşmasında müvekkili Amir Hüseyin MUVVEHHİDİ’ye verilen hükme itiraz ve gözden geçirme isteğinin İslami Devrim Mahkemeleri Mişkin Şehr şubesinde kaydedildiğini bildirmiştir. Mişkin Şehr’li gazeteci Muvvehhidi yasadışı örgüt üyeliği ve ülke güvenliği aleyhinde faaliyet suçundan yargılanarak 4 ay hapis cezasına çarptırılmış fakat daha sonra hükmün infazı 2 yıl ertelenmiştir. 

 
BASIN


Germi kenti yarı özel Peyam-i Nur üniversitesinde Türkçe ve Farsça yayınlanan “Addım” [Adım] öğrenci dergisi üniversite yetkililerince kapatılmıştır.

 
AKTİVİSTLERİN YARGILANMASI         

 
Miyandoab’lı (Koşaçay) aktivistlerin mahkemeleri Mahabad kentinde yapıldı. Bu mahkemede Behbud GULİZADE, Celal KUYDERLU, Şahin HASANİ, Daryuş ANDALİBYAN, Muhsin FERAMERZİ, Behkam MUHAMMEDİ, Ali SULTANİ, Mustafa DOVLETKHAH, Murtaza LEK, Eynullah AHENGERİ, Amir SAGAFİ, Amir AGAZADE, Veliullah ZÖHRABİ ve Yusuf ŞÜKRİYAN yargılanmışlar. Bu aktivistlerin çoğu Mayıs 2006 ayaklanmalarının yıldönümünden önce tutuklanıp yaklaşık bir ay sonra serbest bırakılmışlardır. Adı geçen aktivistler mahkemeden karar çıkmasını beklemekteler.
  

Tüm siyasi ve düşünce mahpuslarının özgürlüğe kavuşması dileği ile

Azerbaycan Siyasi Mahpuslarını Müdafaa Komitesi (ASMEK) 

www.asmek-yeni.blogspot.com

Komite sözcüsü Alirza JAVANBAKHT

quluncu@gmail.com

yazilib گونئی سسی GuneySesi Sun 11 Nov 2007 saat 22:23 | link |

Tehranda azərbaycanlı jurnalist həbs edilib

hebsxanaJurnalist, Tehran bələdiyyəsinin əməkdaşı 28 yaşlı Mir Qasım Seyyidinzadə noyabrın 1-də həbs edilib. «Savalan Səsi» xəbər saytının verdiyi məlumata görə, İran Azərbaycanının Culfa şəhərindən olan Seyyidinzadə hazırda Evin zindanının 209-cu bölümündə saxlanır.

Həbs edildikdən sonra ETTELAAT əməkdaşları onun evində axtarış aparıb, kompyuter və əlyazmalarını müsadirə ediblər.

Cənab Seyyidinzadə Tehran Universitetinin siyasi elmlər üzrə məzunudur. O, jurnalist kimi fəaliyyət göstərib və vaxtilə tələbə hərəkatının fəallarından olub.

Mir Qasım Seyyidinzadə tələbə illərində universitetin Azərbaycan və fars dilli «Düzgün xəbər» jurnalını təsis edib. Fəal universiteti bitirdikdən sonra jurnalı universitet müəllimi Doktor Məhəmməd Əli Heydəriyə tapşırıb.

Doktor Heydəri isə oktyabrın 27-də Tehranda həbs edilib. Son məlumata görə, onun da Evin həbsxanasında saxlandığı ehtimal edilir.

Bu arada Kanadada fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi və «Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası»nın sədri Faxtə Zəmani bildirib ki, Ərdəbil həbsxanasında saxlanan tanınmış fəal Abbas Lisaniyə qarşı təzyiqlər artıb. Belə ki, onun saxlandığı kameraya vaxtaşırı cinayətkar və canilər salınır, Lisaniyə mənəvi işgəncələr verilir.

Fəalın xanımı Ruqiyyə Lisani noyabrın 4-də həyat yoldaşı ilə zindanda görüşdükdən sonra bildirib ki, məhbus fiziki təzyiqlər altında sorğu-suala tutulur.

Hüquq müdafiəçisi xanım Zəmani isə bu haqda deyib: «Həbsxana insan haqlarına riayət olunmasına mane ola bilməz. Bütün dustaqların səhhəti və hüququ burada da qorunmalıdır. Lakin təəssüf ki, insan hüquqlarının siyasi məhbuslara tətbiq olunmamasının dönə-dönə şahidi oluruq. Cənab Lisani 18 ay həbsdə qalsa da, ağır cinayətkarlardan başqa bütün məhbuslara şamil olunan izn indiyədək ona verilməyib. O, müvəqqəti də olsa evinə gedə, kiçik yaşlı uşaqları ilə görüşə bilməyib».

Faxtə Zəmani bildirir ki, həbsdə saxlanan fəalların ailə üzvləri də davamlı olaraq təhlükəsizlik orqanlarının repressiyalarına məruz qalırlar. Onlar da həbslə təhdid edilərək, məhbus haqda xəbərləri media və insan haqları təşkilatlarına çatdırmaqdan çəkindirilirlər.

yazilib گونئی سسی GuneySesi Fri 9 Nov 2007 saat 15:38 | link |

4-Zəncanlı milli hərəkat çalışqanı yerli “ettelaat” –dan bu şəhərin türməsinin umumi bölümünə köçürülüblər.

Səid Mətinpuru təklifsiz  saxlayıblar

ishgenceDustaq:Azərbaycan milli  hərəkat  fəallı  Səid Mətinpurun  “geçəri” həbsə   alımasından

5-aydan  artıq  geçməsinə  baxmiyaraq  hələdə  Zəncanın  “ettelaat”-inda saxlanılır.Eyni zamanda  başqa  Zəncanlı   milli   hərəkat   fəallarının   ailə  üzvləri  hərəkatçıların  yerli həbsxanası,”Səfərabad türməsinə “köçürülmələrin  xəbər verirlər.

Dustaq    xəbər- qaynağı   müxbirinin   raportu   esasında   Behruz  Səfəri , Cəlil  Qənilu,

Leyla HeydəriƏliriza Mətinpurun ailə üzvləri məhbusların  noyabrın 3-də Səfərabad türməsinin “Səlamət” korpusuna aparılmasın xəbər verirlər.

yazilib گونئی سسی GuneySesi Tue 6 Nov 2007 saat 22:10 | link |

Jurnalist və öncələr Tehran bilimyurdunun “Düzgün Xəbər “ qəzetinin imtiyaz sahibi olan Mir Qasım Seyyidinzadə həbsə alınıb.

hebsSavalan Səsi :Əlimizə çatdıyı raportlar əsasında,jurnalist və öncələr  tələbə   hərəkatının fəallı Mir Qasım Seyyidinzadə  4-uncu gün noyabrın birində Tehranda həbsə  alınıb və  indidə  “Evin”  türməsinin 209-uncu  bölümündə saxlanılır.

Fəal həbsə alınandan sonra əmniyət quvvələrinin əməkdaşları məhbusun  evinə  gedərək axtarış  işləri  aparıb    bilgisayarını və balaca nota dəftərlərini zəbt ediblər.

Cənab Mir Qasım Seyyidinzadə Tehran bilimyurdunun siyasi  elmlər  fakultəsini  bitirib və  tələbə  çağları  Tehran  universitetində  Düzgün Xəbər  adıla  nəşr  olunan  öyrənci  dərgisinin   imtiyazına  sahib  olan  sorumlu  müdiridir. Fəal    universiteti  bitdirdiyində dərginin imtiyazın  Dr. Məhəmməd Əli Heydərinin  adına   geçirmişdir.  Xatırlatmalıyıq  ki  cənab Dr.  Məhəmməd  Əli  Heydəri-  oktyabrın  27-də Tehranda  həbsə  alınıb     böyük ehtimallara görə oda “Evin “ həbsxanasının 209-uncu korpusunda saxlanılır.

Artırmalıyıq  ki 28  yaşlı    Culfa    şəhərindən    olan  Mir  Qasım  Seyyidinzadə  Tehran bələdiyəsinin əməkdaşıdır.

yazilib گونئی سسی GuneySesi Tue 6 Nov 2007 saat 21:54 | link |

Azərbaycanlı siyasi məhbus Abbas Lisanini türmədə ağır   basqılara   məruz   qoyublar.

Güney Səsi: Ərdəbil dustaqxanasından əlimizə çatan güvəncli raportlar əsasında mədəni çabaları ucundan həbsdə olan Azərbaycanlı siyasi hərəkatçı,Abbas Lisani son neçə həftə sürəsində  yenidən  ağır  represiyalara  məruz  qalaraq  incidilir. Dustaq  qanuna  uyğun olmayan basqıları tətbiq   etməklə   məhbusa   türmədə  durumu  ağırlaşdırır. Raportlar əsasında,  zindan   sorumluları   hər   neçə  vaxtdan bir,təhlükəli məhbuslar, örnək  üçün cinayət  işlərində tutuqlananları , eləcədə  qaçaq  malçılıqda  həbsə  alınıb  ağır  hökmlər alanları  Ərdəbil  türməsinin  siyasi  məhbuslar  üçün  nəzərdə  alınmış 7-inci korpusuna göndərməklə ,təziqləri   göndəlik məsələyə çevirirlər.

Məhbusun Hayatyoldaşı xanım Lisani  deyir :”Bu gün (noyabrın 4-də) Abbasla türmədə görüşə bildim . Onu dustaqda yenə incidirlər.Zindan  sorumluları  həddən aşırı sayqısız  davranırlar.Yaradılmış durum usandırıcı və sıxıntı doğurucudur.”

Xanım Lisani sözlərinə artırıb:”Məhbuslara nəzərdə alınmış “izin”ona verilmir və hətta ayağından səğət olduğu çağ belə ozman təbiblə görüşə bilməmişdir.”

Qonuila əlaqədar Kanadada fəaliyyət göstərən Güney Azərbaycan Məhbusları Müdafiə Assosiasiyasının sədri, İranlı hüquq müdafiəçisi Faxtə  Zəmani  bildirib:” Zindan   insan haqlarının   icra    reayət   olunmasına  maneçilik  törədə  bilıməz.Butun həbsə alınmış tutsaqların özləri və huquqları qorunmalıdır.İzinlə əlaqədar sözlərinə özəlcəsinə artırır : “Bu  haqda  təəssüflərlə  yanaşmalarin bir mənalı olmamasına xusisilə hökm almış siyasi  məhbuslara  tətbiq  olmamasına  dönə  dönə  şahid  oluruq. Cənab  Lisani  18-ay  həbsdə olsalarda bura dək adı çəkilən izindən yararlana bilməmişlər.”

“Xatırlatmalıyam   ki   bu   siyasi   məhbusların   ailə   üzvləridə  təhlükəsizlik  orqanları  və əmniyət quvvələri   tərəfindən  davamlı  represiyalarla  üzləşirlər.Onlar  basqılardan yararlanıb Cənab Lisaninin hayat  yoldaşın  məhbus haqda xəbərləri  mediya  vasitələri və  insan  haqları  qoruyan  təşkilatlara   çatdırmaqdan    çəkindirirlər.  Başqa   təklifdə onlarda  həbslə hədələniblər.”

yazilib گونئی سسی GuneySesi Mon 5 Nov 2007 saat 13:2 | link |

Əmir     Hüseyn   Müvəhhidi-nin   vəkili,    yenidən  araşdırma ərizəsinin qeydiyatdan  geçməsin  xəbər  verir

İsna: Əmir     Hüseyn   Müvəhhidi-nin   vəkili,    yenidən  araşdırma ərizəsinin Xiyav (Meşkinşəhr) inqilab məhkəməsində qeydiyatdan  geçməsin  xəbər  verir.

Vəkil  Məhəmməd  Rıza  Fəğihi   İranlı   xəbər   agentliyi  “İsna”-nin      huquqmüxbirilə danışığında : “Ötən  gün   noyambrın   2-də  müvəkkilimə  verilmiş  məhkəmə  qərarının yenidən   araşdırılmasıla   əlaqədar   Xiyav  inqilab  məhkəməsində  ərizəni  qeydiyatdan geçirdim.”söyləyib.

Sözlərinə artırıb:” Müvəkkilimə  bu  dosiya  əsasında, milli əmniyətə təhlükə  yaratması  amacila, qanuna uyğun olmayan quruluşda üzv olduğu üçün  5-ay qəti  həbs  cəzası  və hakimiyətə qarşı təbliğat aparması ucundan 4-ay həbs cəzasını  2-il sürəsinədə şərti həbs cəzasına dönüşdürərək qərar verilmişdir. “

Fəğihi dosiyanın Ərdəbil vilayətinin “Apelesiya”-məhkəməsində araşdırılmasına ümüd bəsləyir.

yazilib گونئی سسی GuneySesi Mon 5 Nov 2007 saat 12:54 | link |

İranda Güney Azərbaycan mili fəalları oğurlanır! - Təbrizli M.Rza

M.r.TebrizliBayBak:Hər kəsə məlum olduğu kimi Güney Azərbaycan milli hərəkatı mədəni bir hərəkətdir.

Azərbaycanlıların təməl istəkləri insan haqlarının qorunması və demokratiyaya söykənən milli varlığın bərpa olunmasıdır.

Güney Azərbaycanda millətimizin bu mədəni istəklərinə faşizm rejim nə bicimdə cavab verir. Mili çalışqanların oğurlanması və həbs qərarları günü gündən artmaqdadır.

Bir Azərbaycanlı olaraq yararlı görürəm, Güney Azərbaycanda baş verən son hadisələri Norveç mediası ilə paylaşam.

İran islam rejiminə ayıt olan ittelat orqanı, insan haqlarını müdafiə edən Azərbaycanlıları oğurlayıb naməlum yerlərə aparılar.

Bir çox Güney Azərbaycan milli fəallarının məhkəmələrində hazır olan, advokat Saleh bəy Kamrani, avqust ayının 18-də gecə saatlarında Kərəc şəhərində evinə gedərkən yolda tutulub. Aldığımız xəbərə görə Saleh bəy ittilaat idarəsinə götürülüb, saatlar sonra xəbər verilib ki Tehranın evin həbsxanasındadır.

Bu olaylardan sonra 36 yaşlı Bilim-yudu törətməni, və habelə insan haqları müdafiə təşkilatının üyəsi Mühəndis Abdulla Abbasi cavan yoxa çıxıb.

Xatırlatmalıyam Abbasi bəyin atası ötən il Sulduz şəhərindəki silahlı saldırmada şəhid olmuş.

Əlimizə çatan bilgilərə görə insan haqların qorunmasına cəhd göstərən jurnalist Səid bəy Mətinpur aprel ayında Zəngan şəhərində tutulmuş, və daha sonra Tehranın evin zindanın 209 inci bölməsinə göndərilmiş. Məhbus çox ağır durumdadır, və advokatı ilə görüş imkanı verilməmiş.

Əmir Abbas Bənayi Kazimi Aprel ayından etibarən Təbriz cəza evində ağır işgəncələrə məruz qalmış. Əmir bəy Avqust ayının 8-dən Sipahın gizli zindanına köçürülüb.

Təbriz zindanından yeni azadlığa çıxan fəalların anlatdığına görə məhbus çox ağır durumdadır.

Bu arada jurnalist Cəlil bəy Qənilu və Bəhruz bəy Səfəri 70 gündən artıqdır ki Zəngan şəhərində tutulmuş və ağır işgəncələrə məruz qalmışlar, bu məhbuslarda, başqa fəallar kimi advokat haqından məhrumdurlar.

Goştasb Vasigi və Mahmud Aslanı bəylər iki başqa Azərbaycan milli fəalı ki Ərdəbil şəhərində tutulmuş və 4 il həbsə məhkum olmuşlar.

Məsud bəy Sultanı başqa mili fəalımız ki Germi şəhərində tutulub daha sonra Ərdəbil cəza evinə göndərilib. Aldığımız xəbərlərə görə Sultanı bəy ağır işgəncəyə məruz qalıb, və çox ağır durumdadır.

Avqust ayının 16-da Urmu şəhərinin inqilab məhkəməsinin vurduğu qondarma ittihamla Əkbər bəy Paşayi bir çox başqa soydaşlarımız kimi həbsə məhkum olmuş.

Bu arda xatırladalımı ki yazıçı Elyaz bəy Yekanlı hələdə Urmu cəza evində saxlanılır.

yazilib گونئی سسی GuneySesi Sun 4 Nov 2007 saat 23:18 | link |

ETTELAAT daha bir azərbaycanlı hüquq müdafiəçisini həbs edib

Siyasi Mehbuslar«Savalan Səsi» saytının verdiyi məlumata görə, azərbaycanlı jurnalist Yaqub Salekiniya oktyabrın 31-də Tehrandakı evində həbs olunaraq, naməlum istiqamətə aparılıb.

Cənab Salekiniya Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin qurucularından biri sayılır. O, İlqar Mərəndli təxəllüsü ilə tanınır.

Yaqub Salekiniya eyni zamanda, «Azərbaycanlı Uşaqlar Evi»nin banilərindən biridir.

Fəalın həbsinin səbəbləri və harada saxlandığı məlum deyil.

«Öyrənci» saytının verdiyi başqa bir xəbərdə bildirilir ki, Tehranın Evin zindanında saxlanan Saleh Kamraninin həyat yoldaşı həbsxana rəhbərliyinə müraciət edərək, əriylə görüşmək istədiyini bildirib. Lakin, ona S.Kamrani ilə görüşlərin qadağan olunduğu bildirilib.

Evin zindanında saxlanan başqa bir azərbaycanlı fəal, Əbdüllah Abbasi Cəvanın qardaşı isə onunla görüşməyə müvəffəq olduğunu bildirib. O, deyib ki, işgəncələr nəticəsində Əbdüllah Abbasini tanımaq mümkün deyil — Abbasi 30 kiloqramdan artıq çəki itirib və ağır durumdadır.

Hər iki fəal avqustun 18-də gecə saatlarında Zəncanda gizli şəkildə saxlanıb, Tehranın Evin zindanına aparılıblar.

Bu vaxtacan  onlara qarşı irəli sürülən ittihamların nədən ibarət olduğu aydın deyil.

yazilib گونئی سسی GuneySesi Sat 3 Nov 2007 saat 14:2 | link |

Ərdəbili milli hərəkat fəallı  Ramin Sadığını Şallaq və cərimə  ilə cazalandırıblar.

hokimSavalan Səsi: Ərdəbildən əlimizə çatan raportlar əsasında,anadili  günü    etirazlarından öncə,cari ilin fevralının 19-da  həbsə alınan Kültürsahəsi  çalışqanı Ramin    Sadığı    Əsl  Ərdəbil vilayətinin Apelesiya məhkəməsinin 4-uncu  şöbəsi tərəfindən 50 zərbə Şallaq və 3-milyon riyal  İran pulu  dəyərində cəriməyə məhkum olub.

Verilən cəza hökmünün diqqətə layiq nüktəsi ondadır  ki  Ramin  Sadığı-ya  suç  olaraq, ötən ilki ərdəbil şəhərində geçirilən May etirazları aksiyalarına qoşulmaq və,hakimiyətə  qarşı parapaqanda aparmaqla fikirlərdə dağdağa yaratmaq qeydə alınır,hali buki cənab Sadığı  Ana-dili-günü ərəfəsində Fevralda  həbsə   alınıb    iki  həftədən   cox  həbsdə olandan   sonra   5- milyon   riyal   İran   pulu  dəyərində   girov   qarşılığında    azadlığa buraxılmışdır.

yazilib گونئی سسی GuneySesi Fri 2 Nov 2007 saat 17:25 | link |

Azərbaycan Siyasi Məhbusların Mudafiə Komitəsinin qurucularından olan Yəqub Salikiniya (Elqar Mərəndli) tutulub

Yaqub SalekiSavalan səsi:
Ilqar Merendli ( Yaqub Saliki Niya) taninmish jurnalist və insan haqları müdafiəçisi( ASMEK in qurucu uyesi )Dünən gecə saat 21 radələrində İttilaat məmurlari tərəfindən Terharndaki evinə saldırı düzənlənib  və sonucda Ilqar bəy tutulub  və belli olmayan yere aparilibdir.

Ilqar merendli shems tebriz , Ahrar , Umid Zencan Ve Ses dergilerinde ceshidli yazilarla cixish etmishdi .O habelə Azərbaycan Siyasi Məhbusların Mudafiə Komitəsi (ASMƏK) və Azərbaycanli Uşaqlar Evi (cəmiyət) qurucularından olub.

yazilib گونئی سسی GuneySesi Thu 1 Nov 2007 saat 1:10 | link |

Təbriz və  Tehran  universitələrin  Azərbaycanlı  öyrənciləri Birgə  güney  Azərbaycanda insan haqlarının   pozulmasına etirazların bildiriblər.

Şərqin   “Qoqnoosu “  Azərbaycan   neçə    illər     susmuş   sənələr   ardında ,dövranküli altından  birdə   baş  qaldırıb, əski   çağlardan   geçmişimizə yazılan kibi  “Bəlalya”  sinə gərib köksüsünü qalxan edir.

Adın   çəkdiyimiz  Bəla-nin  kökü  qan  içən  qansızların  insan     insalığa   qarşı   olan

dev-davranışında və Azərbaycanlıların zorakılıq və  sümürgəçilik  qandallarını   qirmaq istiqamətində  sarsılmaz  iradəsində  yozulur.

Indisə   yaxın  80-ilədir, 4-məmləkət   birliyi   olan  iranda,  ədalətli    sərbəst    yaşayışı  eləcədə    toplumsal     ekonomik  inkişafı   təlb  edən  savaşa öndər  olan    Azərbaycan türklərinə qarşı elə bir zülm rəva görülür ki nədənləri, yanlız ,özü  yenicə məqsədə,  ağzı isə  aşa çatmışların alçaqlıq hissi duyduqlarından qaynaqlanır.

Haqsızlıq və  zülm  etməyə  alışanlar   bunu   yaxşı  bilirlər  ki  butun  azadlıq   sevərlər yenilib  susduyu  çağ   belə,  ədalətsizliyə  qarşı,   bərabərliyi   sevən   Azərbaycan   sakit oturmayacaq.Ona   görədə   iki   yönlü   haqsızlığı   Azərbaycana qarşı, bir  tərəfdən  zor  şallaq   yoxsulluq      ayrıseçgilik   siyasətləri  yürütməklə  başqa tərəfdən  isə   sayqısız  davranıb türmə və  işkəncə  gücünə  leyaqətsiz  hakimiyətlərinə ağılsızcasına  daha  neçə sabah  davam etməyə çalışırlar.

Sönüklük  bilməyən  odla  oyunu başlayan xəbərsizlərin  əlin  ətəyin , dövrankül  altında gizlənmiş atəş, ilk posgürdüyü alovila  elə  yaxıb  yandırıb   ki   hakimiyətin      edəcəyi   dəhşətə düşmüş dəlinin oyunlarına oxşayır.Bu gün İran İslam Respublikası oluslar arası normları  sayqısızcasına  ayaqlayıb, din    axlaq  dəyərləinə  dodaq  büzərək     hətta

indiki  hakimiyətin yaradıcıları tərəfindən qoyulan  əsas  qanunu  nəzərə almadan,  İran türklərinin haqlarını  tapdayıb, Azərbaycan  mədəni  dinc  hərəkatın  hərbi  yürüşlər    zor zindan ,işkəncəilə cavablayır.

Ötən ilki may etirazlarında çoxlu sayda güllələnib ölən və yaralanan eləcədə həbsə alınıb  türməyə atılan hələdə dustaqda  saxlanılan  Azərbaycanlılar  yanlız  tohinlərə  təhqirlərə təpki   göstərib  milli kimliyin   müdafiə   etməsi   ucundan   olmuşdur. Bu  ağır   təziqlər represiyalar  səngimək  bilmədən  ötən  illərdəki kibi  daha  şiddətli,  zindan  işkəncə və sürgün  etmələrlə  davam  etdi. Dünyaya  tanınmış  fevralda   geçirilən “Anadili –günü”, iyulda Babəkqurultayı mayda  Milli Qiyamın ildönümü  münasibətilə dinc  aksiyalarda  zorakıliq    işkəncəilə  üzləşənlər,İranda  coxunluğu  təşkil  edən 35milyon türkün milli haqlarını müdafiə etdikləri  ucundan , hər il ötən  ilkindən  daha   ağır    tapdalanmışlar.

İran   hakimiyəti   Azərbaycanlı  milli  fəall   mohəssil     öyrənciləri   dərs  mühitindən uzaqlaşdırmaqla məktəblərdə və universitələrdə hərəkatın sönməsi    gözləyir.

Azərbaycan milli hərəkatı insan haqları müdafiəçilərinin azadlıq və ədalət istiqamətində olan  çabaların  yüksək   dəyərləndirərək  Azərbaycan  türkləri  eləcədə  ölkənin  başqa yerlərində  yaşayan  türklərin milli haqlarını   əldə   edənə  qədər  mübarizəsinə  davam edəcək.Tapdalanmış milli haqlarımızı və dustaqda olan  Azərbaycan milli hərəkatçıların   durumun bütün uluslar arası örgütlərə eləcədə insan haqları  müdafiə  edən  təşkilatlara çatdırmağı milli borcumuz sanırıq.

Bir iddə:

Təbriz , Təbriz Müəllimçilik Tərbiyə Mərkəzi, Tehran , Kərəc Müəllimçilik Tərbiyə Mərkəzi,Əllamə Təbatəbai universitələrinin   Öyrənciləri

yazilib گونئی سسی GuneySesi Wed 31 Oct 2007 saat 12:17 | link |

ETTELAAT toylarda Azərbaycan musiqisinin səslənməsinə mane olur

Mehemmed Ali Heyderiİranın İSNA xəbər agentliyinin bildirdiyinə görə azərbaycanlı siyasi fəallar, universitet alimləri üzləşdikləri çətinliklərlə əlaqədar Təbriz, Üskü və Azərşəhri İran parlamentdə təmsil edən Əkbər Ələmi ilə görüşüblər.

Oktyabrın 28-də keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən cənab Ələmi azərbaycanlıların bütün istəklərinin ölkə konstitusiyasına uyğun olduğu və bu tələbatın asanlıqla qanun çərçivəsində həyata keçirilə biləcəyini söyləyib. O deyib: 

«Təəssüf olsun ki, bəzi şəxslər Azərbaycan xalqının İslam Respublikasının konstitusiya və dövlət qanunlarına uyğun tələblərini separatçı düşüncələr kimi qiymətləndirməyə çalışırlar... Bu şəxslər işi ora gətirib çıxarıblar ki, mənim özümü də separatçıları himayə etməkdə ittiham edirlər...»

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan azərbaycanlı millət vəkili daha sonra bildirib ki, onun fikrincə ölkənin birliyi orada yaşayan bütün xalqların mənafeyi və düzgün təmsilindən asılıdır. Elə buna görə də Azərbaycan xalqının öz mədəniyyəti, dili, ədəbiyyatı və musiqisini ölkənin qanunları çərçivəsində inkişaf etdirməsi nəinki İranın parçalanması daha çox birliyinin möhkəmlənməsinə xidmət edir.

İranın azərbaycanlı ziyalılarının millət vəkili ilə görüşü elə bir vaxta təsadüf edib ki, bir gün bundan əvvəl tanınmış azərbaycanlı alimlərdən İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı və universitet müəllimi Məhəmmədli Heydəri qəfildən Tehranda həbs edilib.

Milli hüquqlar uğrunda apardığı fəaliyyətlərinə görə tanınan azərbaycanlı alim axşam saat dörd radələrində Tehranın Beheşti xiyabanındakı iş yerini tərk edən vaxt ETTELAAT məmurları tərəfindən gizli şəkildə nəzarət altına alınıb. Təhlükəsizlik idarəsinin əməkdaşları onun evindəki şəxsi əşyaları, kompüter və yazılı sənədlərini də müsadirə ediblər.

«Savalan Səsi» saytının verdiyi məlumata görə axtarış vaxtı evə daxil olan alimin kürəkəni də nəzarət altına alınıb və o vaxtdan bəri harada saxlandığı bilinmir.

Doktor Məhəmmədli Heydəri Təbriz və Marağa Universitetlərində beynəlxalq siyasətdən dərs keçir, vaxtilə «Düzgün» adlı tələbə jurnalının baş redaktoru olub. Lakin, hazırda nəyin əsasında tutulduğu aydın deyil. Onun harada saxlandığı barədə də məlumat yoxdur.

Son günlər milli fəaliyyətlərə meyl göstərən alim və müharibə veteranlarının həbs və məhkəməsi insan hüquqları təşkilatlarını təşvişə salıb.

Kanadada fəaliyyət göstərən «Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası»nın sədri, Faxtə Zəmani jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hazırda 20-dən çox tanınmış milli fəal uzunmüddətli həbs cəzası çəkir.

Həbslərdən başqa İran azərbaycanlılarının mədəni fəaliyyətlərin də ciddi şəkildə qarşısı alınır. Urmiyədən verilən xəbərlərə görə, son vaxtlar ETTELAAT toylarda belə Azərbaycan musiqiçilərinin ifasına mane olur.

yazilib گونئی سسی GuneySesi Tue 30 Oct 2007 saat 21:17 | link |

Huquq müdafiəçisi: «Rəsmi Tehran İranın Güney Azərbaycan milli fəallarına qeyri-insani təzyiq göstərir»

29.10.07 17:01

Faxte Xanim ZamaniAzərbaycan, Bakı / «Trend müxbir D.Xatınoğlu/ İranda yaşayan Güney Azərbaycan milli fəallarına repressiyaların artması müşahidə olunur. «Rəsmi Tehran İranın Güney Azərbaycan milli fəallarına qeyri-insani təzyiq göstərilir, siyasi fəallara uzunmüddətli həbs və şallaq cəzası kəsilir”, - deyə, Kanadada fəaliyyət göstərən Güney Azərbaycan Məhbusları Müdafiə Assosiasiyasıının sədri, İranlı hüquq müdafiəçisi Faxtə Zəmani bildirib.

Məhbusları Müdafiə Komitəsinin yaydığı məlumata əsasən, hazırda 20-dən çox tanınmış milli fəal uzunmüddətli həbs cəzası çəkir. Təbriz Universitetinin müəllimi Məhəmmədəli Heydəri oktyabrın 27-də həbs olunub. Onun harada saxlandığı məlum deyil Keçən həftə İranın Parsabad şəhərində üç milli fəala kəsilmiş 80 şallaq cəzası icra olunub.

Zəmani bazar ertəsi Torontodan telefonla “Trend”ə bildirib ki, İran hakimiyyəti ölkədə yaşayan etnikləri ən adi haqlarından belə məhrum edir. “İranda çoxluq təşkil edən Aərbaycan xalqı, iqtisadi, siyasi və mədəni təzyiqlərə məruz qalıb. Onların ana dilində məktəbi yoxdur, bu isə, qanuna ziddir.

İran Konstitusiyasına əsasən, ölkədə yaşayan etniklər öz dillərində təhsil almalıdır. İranda kürd, türk, bəluç, ərəb və erməni etnikləri arasında, bu qanun yalnız ermənilərə tətbiq olunur. Qeyri - rəsmi məlumata əsasən, İranda 35 milyon azərbaycanlı yaşayır.

Zəmani bildirib ki, Güney Azərbaycanın milli fəallarına həbs və şallaq cəzasından əlavə, həbsxanada işgəncə verilir. «Abbas Lisaniyə kəsilmiş 30 ay həbs və 100 şallaq cəzası qeyri-qanunidir. Lisanini aylarla həbsxanada işgəncə verilib, onu «narkotk maddələr satışı» və «qəsdən adamöldürmə ittihamı» ilə həbs olunanlar korpusunda saxlayıb, ailəsi ilə görüşməyə belə imkan verməyiblər”-deyə hüquq müdafiəçisi bildirib.

İranın Ərdəbil şəhərində fəaliyyət göstərmiş milli fəal Lisaninin həyat yoldaşının “Trend”ə verdiyi məlumata əsasən, Lisani İranın Inqilab məhkəməsi tərəfindən “Milli təhlükəsizliyi pozmaq ittihamı ilə, 30 ay həbs və 100 şallağa məhkum onunub. 16 aylıq həbsdən sonra, yenidən ona qarşı 2 məhkəmə işi qaldırılıb.

Zəmani bildirib ki, milli fəalların ailələrinə də təzyiqlər güclənib. “Bəzi milli fəalların ailə üzvlərinə də işgəncə verilib”-deyə huquq müdafiəçisi bildirib.

http://news.trend.az/index.shtml?show=news&newsid=1062587&lang=AZ

yazilib گونئی سسی GuneySesi Mon 29 Oct 2007 saat 16:28 | link |

Dr. Məhəmməd Ali Heydəri Təbriz Universitəsinin Müəllimi Həbs Edilib !!

Mehemmed Ali HeyderiSavalan səsi:Keçən aylardan Azərbaycanli mədəni fəallarin həbs sayı artmaqdadir.

Guney dən gələn xəbərlər gorə, Dr. Məhəmməd ali heydəri Təbriz bilimyurdu öyrətməni dunən octoberin 27 si iş yerindən ETTELAAT əməkdaşları tərəfindən həbs edilib.

doktor Heydəri tələbəlik illərindən milli hüquqların tanınması uğrunda fəal iş aparıb və vaxtilə «Düzgün Xəbər» adlı tələbə jurnalının baş redaktoru olub.

Mərənd doğumlusu olan Dr. Heydəri Tehran şəhrində yaşaiyr. İndiə dək onun harda olduğunu belli deyil.ehtamallara gore onu Evin hebs xanasinin 209 bolmesine qaldiralar. Bu gün 3 Azərbaycanli fəaal Evin zindaninda 209 bölmədə saxlanilmaqdadrilar. Evin zindanini 209-ci bğlməsi ünlüdür çünkü orda qalan məhbuslari işkəncə etmək üçün ayirarlar.

yazilib گونئی سسی GuneySesi Sun 28 Oct 2007 saat 15:11 | link |

Muğanlı milli hərəkat fəalları 80 zərbə şallaqila cəzalanıb.

Savalan Səsi
:Muğan   şəhərindən    elimizə    çatdıyı   xəbərlər   əsasında   ötən  il  Təbriz şəhərində    geçiriməsinə   umum-milli    qərar   verilmiş   may   aksiyalarına qatıldıqları ucundan    Təbrizdə   həbsə   alınan      bu   şəhərin   inqilab məhkəməsindən 80 –zərbə şallaqa məhkum olan  Muğanlı milli hərəkat fəalları Ramin Bəhramnejad    Siyamək Təvəssüli və Həsən Balai-nin  cəzahökmü yerinə yetirilib.

yazilib گونئی سسی GuneySesi Sun 28 Oct 2007 saat 13:48 | link |

İran İslam Respublikasının Nizam   İntizam quvvələrinin musiqi quruplarına   qarşı basqıları artıb.

TinyPic imageUrmu News : Xəbərlər  bolümündə  çalışan  muxbirimizin  verdiyi  raportlar  əsasında İran İslam Respublikasının Nizam İntizam quvvələri yeni plan olaraq  urmuda basqıları musiqi quruplarına   qarşı artırıblar.Qeyd etdiyimiz təziqlər kəsəbə məsəlisinə    nezarət edən dövləti  “Əmaken”və nizam –intizam quvvələrinin  təhlükəsizlik orqanı   “ettelaat” tərəfindən həyata geçirilib.Adı çəkilən hakimiyət orqanları   apardıqları  birgə  tədbirdə

şəhərin  musiqi sınıfında   calışan  butun  qurupların   sorumlularını   çağıraraq,  onlara 

 hanki  bir  toyda  çalqıçı  olaraq  iştirak  etməyə  izin almalarını şərt  qoyublar.

Çalqiçılar  iştirak  etmədən  öncə bu orqanların iznin  yazılı  olaraq  almalıdırlar.  İzinli  musiqi  ifaçıları  işlərinə davam verə  bilərlər.Azərbaycan  musiqi qurupları məsullarına yazılı olaraq  qol  çəkdirib, onlardan  toylarda  Azərbaycan  milli  himni    başqa  milli   ruhlu  mahnıların  səsləndirməməsin  istəyiblər.Ənənəvi Toy    adətləri    üçün    mövcud

“Toy-sarayları”   izinsiz   musiqi   qorupların   zala   yol   verməməklərin    öhdələniblər.

Başqa   xəbərdə   isə , toylarda    kansertlədə  Azərbaycan  milli  rəqslərin  rəsmi  milli  geyimdə  ifa  edən, Azərbaycan milli rəqsləri  öyrətməni olan,“ Barış”qurupunun  solisti,  Nima Dəstan,  Nizam-İntizam   orqanına   çağrılaraq, törənlərdə   hünərini   Azərbaycan milli geyimində nümayiş etdiyi təklifdə  həbslə  hədələnib vurğulanır. Xatırlatmalıyıq  ki  son  çağlar Urmu şəhərində olan toylarda  Azərbaycan  milli ruhlu   mahnılar   dinlənib, milli rəqslərimiz ifa olunurdu.Ulu Türk  Ata-Babalarımızdan  andıra  qalan,  soya  ayid    dastanlarımızdan ilhamini  qazanan “Bozqurt”əlaməti göstərmək addı hallardan sayılır.

yazilib گونئی سسی GuneySesi Sun 28 Oct 2007 saat 12:48 | link |

Müharibə veteranı milli fəaliyyətinə görə həbs edilib

STOP TORTUREOktyabrın 25-də Ərdəbil məhkəməsi iki Azərbaycan fəalını dörd ay azadlıqdan məhrum edib. Mənsur Ciddi və Əsgər Əkbərzadə «İran İslam Respublikası əleyhinə təbliğat aparmaq»da ittiham olunurlar.

Hər iki fəal ötən ilin sentyabrında ana dilinin tədrisi tələbilə aksiyalara çağırış vərəqələri yaydıqları vaxt saxlanıb.

Vaxtilə Ərdəbilin Tibb Elmləri Universitetinin əməkdaşı olan Mənsur Ciddi İran-İraq müharibəsinin veteranıdır. Həmin müharibədə o, kimyəvi bombaların partlayışından ağır xəsarət alıb, sonradan əsir düşüb, 9 il İraqda dustaq həyatı yaşayıb.

«Savalan Səsi» xəbər saytının yaydığı məlumata görə, müalicələrə baxmayaraq, cənab Ciddi hələ də əsəb xəstəliyindən əziyyət çəkir. Xəstəliyi isə ETTELAAT təcridxanası və Ərdəbil zindanında daha da şiddətlənib.

Başqa bir xəbərə görə isə, İran Azərbaycanından olan Ankara universitetinin aspirantı Məhəmməd Nüsrəti həyat yoldaşı ilə birlikdə anasına baş çəkmək üçün vətənə qayıdarkən, sərhəddə həbs edilib.

Nüsrəti nəzarət altında ikən, anası vəfat edib. Təhlükəsizlik məmurları anasının dəfn mərasimində iştirak etmək üçün ona dörd gün möhlət verib. Bu müddət başa çatandan sonra isə M. Nüsrəti Tehranın Evin zindanına aparılıb. Bu vaxtacan onunla görüşməyə icazə verilməyib və hansı ittihamla həbs edildiyi də bəlli deyil.

yazilib گونئی سسی GuneySesi Sat 27 Oct 2007 saat 15:20 | link |

Azərbaycan milli hərəkat fəallı Cavad həsənpur Azalığa  buraxıldı.

Cavad HesenpurSavalan səsi:Əlimizə çadıyı xəbərlər esasında neçə vaqt öncə, ötən ilki may  etirazlarına  qatıldıyı  ucundan həbsə alınan Əhərlı tanınmış milli hərəkat  fəallı cənab Cavad həsənpur 20-milyon tümən iran pulu və ya 12000 ABŞ-dolları  dəyərində   girov    qarşılığında   oktyabrın   21-də     azadlığa buraxılıb.adı çəkilən Milli hərəkat fəallı cari ilin sentyabrının 3-də yaşadığı Təbrizdəki evində həbsə alınaraq bilgisayarı və kitablari eləcədə CD və kişisəl əşyaları zəbt olunmuşdur . Cavad  həsənpur ötən ilin   fevralındada Əhər  şəhərində   təhlükəsizlik  orqanı   “ettelaat”-in məmurları  tərəfində  həbsə  alınıb, 5-gün  saxlanıldıqdan  sonra  girov qarşılığında   azadlığa  buraxılmışdır.    

yazilib گونئی سسی GuneySesi Fri 26 Oct 2007 saat 18:25 | link |

İki Ərdəbilli milli hərəkat fəallına 4-aylıq həbs cəzası

HokimSavalan Səsi:Məktəblərin   açılışı   ərəfəsində  ötən  ilin  sentyabrında  Ərdəbildə  anadili  təhsil  haqqın səsləndirən piketlərə qatıldıqları ucundan yerli təhlükəsizlik  qulluqçuları tərəfindən  həbsə   alınan  iki    ərdəbilli  milli   hərəkat   fəallı   Mənsur  Ciddi   Əsgər Əkbərzadə  İran  İslam  Respublikasına  qarşı  təbliğat aparmaqda suçlandırılıb umumi məhkəmənin 105-inci şöbəsidən 4-ay həbs cəzası alıblar.

Mənsur Ciddi Əsgər Əkbərzadə elan  paylayarkən   həbsə  alınmışlar.

Mənsur  Ciddi ərdəbil  tebb-universitəsinin pensiyaya  cıxmış  əməkdaşıdır.Adı  çəkilən  fəall  İran-İraq  müharibəsində iştirak edib 9-il düşman əsarətində  olmuş    35 fayız   canxəsarəti  alan

müharibə-qərəmanlarındandır.Onun  kimiyəvi  bombalar  parlayışından aldığı   yaralar ucundan əsəb sistimində  çətinliyi  var.Müharibə Qəhrəmanları Təşkilatının  təbibləridə qonila əlaqədar məsəlini təsdiqləyiblər.

Adı çəkilən milli hərəkat fəallı ötən ilin sentyabrında həbsə alınıb və 22-gün ağır şərayitə dözəndən sonra 3000 dollar girov qarşılığnda  sərbəst   buraxılıb.Yenidən girov dəyerini  5000dollara  artırmaq   nədənilə   tutuqlanıb   18-gün   həbsə    alınaraq   narkomanların   bölümünə  atılmışdır.Onda kimiyəvi bombalar parlayışından aldığı yaralar ucubatından  yaranmış  əsəbi   çətinlik  elə  həmən  zindanın    dözülməz   şərayitindən    ağırlaşmışdır.   

Ərdəbil türməsində  narkomanlar bölümündə işıqdan heç  bir əsər olmayan yaradılmış  və “Daxma adlandırılmış   təcridxanasında  bir   neçə   gün  saxlanılmışdır.  Daxma”-dan   Ərdəbil   türməsinin   görəvliləri   özəl   məqsədlər   üçün yararlanırlar.

Əsgər Əkbərzadə isə Azərbaycanlıların  milli haqları  uğrunda  apardığı  dinc  mübarizə ucundan 4-yol həbsə alınıbdır.

Əsgər ƏkbərzadəPəyame Nurbilimyurdunun Kimiya-elmləri fakutəsinin öyrəncisidir və 15 gün öncə serbəst buraxılıb.Həbsi davam tapırsa Universitə yoxlamalarında iştirak edə bilmədiyindən öhdələndiyi  dərslərin geçirməsinə bacara bilmiyəcək.

yazilib گونئی سسی GuneySesi Fri 26 Oct 2007 saat 18:21 | link |

Məhəmməd Nüsrəti “Evin “ həbsxanasındadır.

ZendanSavalan Səsi :Ankara universitəsinin istatiska fakultəsinin öyrəncisi olan Məhəmməd Nüsrəti hayatyoldaşılə birgə xəstə anasını görmək üçün İrana getdiyi çağ ölkənin giriş qapısında təhlükəsizlik məmurlari tərəfindən saxlanılıb. Geçəri həbsi zamanı anası dünyasını dəyişir.Hakimiyətin xususi xitmət orqanı ənənəvi toprağa tapşırılma törəni nədənilə verdi 4-günlük izin sona çatarikən öyrəncini yenidən həbsə alıb birdə “evin” türməsinə göndərib.

Onun görüşünə qadağa qoyulub və həbsinin nədənləri kimsəyə açiqlanmır. Ailə üzvlərisə tutuqlamanın xəbərini yayınladığı təklifdə həbslə hədəyə alınıblar.

yazilib گونئی سسی GuneySesi Fri 26 Oct 2007 saat 16:35 | link |

İranda ictimai yerlərdə türk sözlərini yasaqlayan hökm ləğv olunub

TinyPic imageİranın «Mehr» xəbər agentliyinin verdiyi məlumata görə, Təbriz, Üskü və Azərşəhri İran parlamentdə təmsil edən Əkbər Ələmi oktyabrın 24-də etdiyi çıxışında ictimai yerlərdə türk sözlərini yasaqlayan hökmlərin ləğv edildiyini bildirib.

Təxminən iki ay bundan əvvəl İranın Azərbaycan şəhərlərindəki bəzi dövlət nümayəndələri göndərdikləri hökmlərlə dükan tabloları, ərzaq malları, yerli istehsalat və reklamlarda türk sözlərinin işlədilməsinə qadağa qoymuşdular. Cənab Ələmi və digər həmkarı millət vəkili Rəsul Sədiği buna kəskin etiraz edərək, məsələ ilə bağlı daxili işlər naziri Mustafa Pur-Məhəmmədinin parlamentə hesabat verməsini istəmişdilər.

Əkbər Ələmi oktyabrın 24-də etdi son çıxışında bildirib ki, Daxili İşlər və Ticarət Nazirlikləri bu etiraza müsbət reaksiya göstərib. Onlar türk sözlərinin yasaq edilməsinin ölkə konstitusiyasına zidd və qeyri-qanuni olduğunu təsdiq edib.

Cənab Ələmi deyib ki, qanuna zidd olan bu kimi bəyanatlar anlaşılmazlıq və bəzi yerli orqanların milli təhlükəsizlik məsələsini dərindən başa düşməməsi nəticəsində ortaya çıxıb.

Bir gün bundan əvvəl-oktyabrın 23-də İran parlamentinin 21 deputatı birgə bəyanatla çıxış edərək Azərbaycan Respublikasında nəşr edilən Azərbaycan Tarixi Atlası ilə əlaqədar Azərbaycan hökumətinə etirazlarını bildirib.

«Tehran Times» qəzetinin verdiyi məlumata görə İranın xarici işlər nazirini Azərbaycan səfirindən izahat tələb etməyə çağıran millət vəkilləri xəritədə «İranın tarixi torpaqlarının» Azərbaycan ərazisi kimi göstərilməsindən narahatdırlar.

Həmin atlası Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşları hazırlayıblar. İnstitutun direktoru professor, millət vəkili Yaqub Mahmudovsa deyib ki, həmin xəritələrdə heç bir ölkəyə ərazi iddiaları əks olunmayıb, sadəcə Azərbaycanının tarixi dövlətlərinin əraziləri göstərilib.

yazilib گونئی سسی GuneySesi Fri 26 Oct 2007 saat 0:10 | link |

Vedud Səadətinin obyektləri bağlı qalıb

İran hakimiyyəti tərəfindən həbsə atılmış Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Vedud Səadətinin işlədiyi müəssisələr hələ də fəaliyyətə başlamayıb. Ərdəbildə şüşə və çörək sexi işlədən Vedud bəy ailəsini bununla dolandırırdı. Məlumata görə, hər iki sex hərəkatçı həbsə atılan gündən bağlı qalıb.

yazilib گونئی سسی GuneySesi Thu 25 Oct 2007 saat 19:9 | link |

Fars sistemi Səid Mətinpuru mudafiə etmek üçün, vəkil Məhəmməd Riza Fəqihi-ə izin vermədi

Said MatinpurSavalansəsi-nin yaydiği bilgiyə görə, Zəngan şəhrində zindana baş vuran cənab Fəqihi-nin vəkalət istəginə rəd cavab verilib.

Məhəmməd Riza Fəqihi bir çoxlu milli fəalin dosyasiyla ilgidə olub və Azərbaycanın tanınmış vəkillərindəndir.(baybak)

yazilib گونئی سسی GuneySesi Thu 25 Oct 2007 saat 13:43 | link |

Güney Azərbaycanın Germi şəhərində bir öyrənci dərgisi bağladılıb.

Savalan Səsi:
Germi şəhərinin ”Pəyame Nur “ adlı bilimyurdunun Azərbaycanlı öyrənciləri tərəfindən nəşr olunan “Addım” dərgisini universitənin sorumluları bağladıblar. Azərbaycanlı öyrənci fəallar səbəb olaraq, dərginin Azərbaycan dili və kültürilə ilgiləndiyin söyləyiblər. Fars və Azərbaycan türkcəsində yazılan Addım dərgisi Germi şəhərinin (Muğan)Pəyame Nur öyrəncilərinin təşəbüssilə ötən ilin ikinci yarısindan etibarən fəalliyətə başlamış və basından çıxan neçə sayı yayılmışdır.

yazilib گونئی سسی GuneySesi Thu 25 Oct 2007 saat 13:39 | link |

İranda Azərbaycanli Vətandaşi Casusluq İttihamiİlə Həbs Olunub

Xədicə İsmayilova . Azadlıq Radiosu. Çərşənbə, 24 oktyabr 2007

Dinləyin

hebs xanaLerik rayon sakini molla Hacı Mədəd Abdullayev İranda həbsdədir. Ancaq lerikli mollanı Təbriz həbsxanasında görən siyasi məhbuslar olmasaydı, onun həbsi barədə Azərbaycanda heç bir məlumat olmayacaqdı.

Təbrizdəki mənbələr Hacı Mədəd Abdullayevin özünə istinadən onun Ərdəbil şəhərində həbs olunduğunu və casusluqda ittiham edildiyini bildirirlər.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani deyir ki, lerikli molla artıq 7 aydan artıqdır həbsdədir: «İran Azərbaycanının milli fəallarının verdiyi məlumata görə, Təbriz həbsxanasında Mədəd Abdullayev adlı bir şəxs var ki, orda yeddi aydır saxlanılır. O, Ərdəbildə həbs olunub və oradan Təbriz həbsxanasına göndərilib. Fəalların dediyinə görə, ona casusluq ittihamı ilə iki il həbs cəzası verilib. Cənab Abdullayev ruhani paltarında həbs olunub».

Hacı Mədəd Abdullayevin ailəsindən aldığımız məlumata görə, o, İranın Qum şəhərində 5 il təhsil alıb, bundan sonra yaşadığı Lerik rayonunun Mondigah kəndində mollalıq edirb.

2006-cı ilin dekabrında İrana gedən hacının həbsi barədə məlumatı ailəsi iki aydan sonra alıb. Ailəsindən heç kimin onunla təması olmayıb. Ailə üzvləri də kimə müraciət edəcəklərini bilmədikləri üçün ümidlərini Allaha dikiblər.

«Bir qayda olaraq, Təhsil Nazirliyinin xəbəri olmadan müxtəlif kanallarla İrana təhsil almağa gedən şəxsləri həmin ölkənin hüquq mühafizə orqanları öz şəbəkələrinə cəlb edirlər»

Maraqlıdır ki, İran İslam Respublikasının rəsmi dairələri həbslə bağlı məlumatı Azərbaycan rəsmi dairələrinə verməyiblər. Azərbaycan vətəndaşının həbsi barədə məlumatı «Azadlıq» radiosunun müxbirindən alan Ədliyyə Nazirliyi həbsin təfərrüatlarını öyrənmək üçün diplomatik nümayəndəliyə ünvanladığı sorğusuna rəsmi cavab gözləyir.

Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq idarəsinin müdiri Zavər Qafarov: «Belə bir rəsmi məlumat bu günə qədər Ədliyyə Nazirliyinə daxil olmayıb. Amma İrana şifahi sorğumuza həqiqətən də belə bir şəxsin İranda həbsdə olduğu təsdiqlənir».

Təbrizdəki mənbələr Hacı Mədəd Abdullayevin hazırda Təbriz həbsxanasının, əsasən, siyasi məhbusların olduğu dördüncü bölümündə saxlandığını bildirir.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri, uzun müddət Azərbaycanın cənub bölgələrində hüquq mühafizə orqanlarında işləmiş Əlövsət Əliyevin sözlərinə görə, Hacı Mədəd Abdullayev Lerikdə tanınmış ruhanilərdən biridir. Cənab Əliyev ruhaniyə qarşı irəli sürülmüş ittihama inanmadığını bildirib.

«Onun İranın əleyhinə casusluq etməsi faktı mənim üçün inandırıcı deyil. Amma o, həbs olunub və casusluq ittihamı ilə üzləşir. Bunun səbəbi onunla bağlıdır ki, bir qayda olaraq, Təhsil Nazirliyinin xəbəri olmadan müxtəlif kanallarla İrana təhsil almağa gedən şəxsləri həmin ölkənin hüquq mühafizə orqanları öz şəbəkələrinə cəlb edirlər. Bu adamlar işləməyəndə İranın hüquq-mühafizə orqanları bir qayda olaraq, belə şəxsləri yalançı ittihamlarla qazamata salırlar».

Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Arif Babayev də Hacı Mədəd Abdullayevin Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğunu inkar edib.

«Bizə belə bir adam məlum deyil və onun bizim nazirliklə heç bir əlaqəsi yoxdur. Biz belə fəaliyyətlə məşğul deyilik və əlavə araşdırma aparmağa da ehtiyac görmürük».

Arif Babayevin sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları dost ölkələrdə casusluq fəaliyyəti ilə məşğul olmur.

yazilib گونئی سسی GuneySesi Wed 24 Oct 2007 saat 14:44 | link |

Həbsdə saxlanılan 7 fəalla görüş icazəsi verilmir

G.Azerbaycanli Siyasi MehbuslariTəxminən beş ay bundan əvvəl Zəncan şəhərinin ETTELAAT idarəsi tərəfindən nəzarət altına alınan jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpur, Cəlil Qənilu və Bəhruz Səfəri bu günə qədər vəkil və ya ailə üzvləri ilə görüşməkdən məhrum ediliblər.

«Savalan Səsi» saytının oktyabrın 21-də yaydığı məlumata əsasən sözü gedən fəalların səhhəti təhlükə qarşısındadır.

Avqustun 18-də gecə saatlarında gizli şəkildə nəzarət altına alınıb, Tehranın Evin zindanına aparılan hüquq müdafiəçisi Saleh Kamrani və universitet müəllimi mühəndis Abdullah Abbasi Cavan da bu günə qədər həbsxana xaricində kimsə ilə əlaqə saxlaya bilməyiblər.

Bu iki fəal Tehranın Evin həbsxanasının ETTELAAT-ın istintaq mərkəzi sayılan 209-u bölümündə saxlanır.

Eyni zamanda Səid Mətinpurun qardaşı Əlirza Mətinpur və Bəhruz Səfərinin həyat yoldaşı Leyla Heydəri avqustun 26-da Zəncanda həbs edilən gündən bəri ailə üzvləri və ya vəkillə görüşə bilməyiblər.

Adları çəkilən 7 fəalın telefon söhbətinə belə icazə verilmir. Onlara qarşı irəli sürülən ittihamların nədən ibarət olduğu və nə zaman mühakimə ediləcəkləri bilinmir.

İranda qeyri rəsmi şəkildə fəaliyyət göstərən hüquq müdafiəçiləri və beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» bu fəalların ağır işgəncə edildiyinə inanır və onların məhkəməsiz həbs edilməsinə dəfələrlə etiraz edib.

yazilib گونئی سسی GuneySesi Tue 23 Oct 2007 saat 8:32 | link |
 
offshore