تبليغاتX
Guney Sesi
Güney Azərbaycan siyasi məhbuslarının müdafiə komitəsi hesabat açıqlayıb

15/12/2007 voa news (Amerikanın Səsi ▪ Azerbaijani)

Əlirza Quluncu ilə müsahibə audio clip

Bu həftə Güney Azərbaycan siyasi məhbuslarının müdafiə komitəsi son hesabatını açıqlayıb. Sevda Əliyeva komitənin sözçüsü Əlirza Quluncu ilə hesabat, son həbslər və komitənin fəaliyyətlərinə dair söhbət aparıb.

yazilib گونئی سسی GuneySesi Sun 16 Dec 2007 saat 17:6 | link |

ETTELAAT URMİYADA 21 AZƏR ŞƏNLİKLƏRİNƏ MANE OLA BİLMƏYİB

2007-12-13 - 19:03:00

21 Azər (12 dekabr) 1945-ci ildə Güney Azərbaycanda qurulmuş milli hökumətin 62-ci ildönümü münasibəti ilə bir sıra şəhərlərdə təntənəli şənlik mərasimlərinin keçirilməsi haqqında məlumatlar var.

Güney mənbələrindən «Media forum» saytına daxil olan xəbərə görə, Güney Azərbaycan Qadın Hərəkatı adı altında fəaliyyət göstərən Təbriz Universitetinin qız tələbələri 21 Azərlə bağlı təntənəli mərasim keçirərək milli hökumətin bir il müddətində keçirdiyi islahatları dəyərləndirib, o zaman Azərbaycan qadınlarına verilmiş hüquqlar barədə müzakirə aparıblar.

Məlumatda həmçinin dekabrın 12-də Urmiya şəhərinin əsas küçə və meydanlarında çox təntənəli şənliklərin və atəşfəşanlıq mərasimlərinin keçirildiyi vurğulanır. Milli fəallar İmam və Ətayi küçələrində, həmçinin şəhərin əsas mərkəzi meydanında atəşfəşanlıq düzənləyib. Hüquq-mühafizə qüvvələri və mülki geyimli ETTELAAT əməkdaşları mərasimə mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər.

yazilib گونئی سسی GuneySesi Fri 14 Dec 2007 saat 12:25 | link |

Mustafa Əvəzpurun iki il həbsi ləğv olundu

Mustafa EvezpourBeynəlxalq Ana dili günündə İran Təhlükəsizlik Qüvvələri tərəfindən iki qardaşı ilə bərabər Murtaza və Məhəmmədrza Əvəzpur həbs olunaraq 46 gün ağır işgəncələrə məruz qalaraq, 6 ay həbsə məhkum edilmişdi. Xatırladaq ki, Mustafa Əvəzpur may hadisələrində həbs olunaraq 22 gün müddətinə iki qardaşı ilə bərabər Təhlükəsizlik Qüvvələri tərəfindən ağır işgəncələrə məruz qalmışdır. Ona qarşı haqsız işgəncə və təzyiqlərə etiraz edən soydaşımız 4 gün aclıq aksiyası keçirmişdir. Sonuncu məhkəmədə Mustafa Əvəzpur iki il həbsə məhkum edilmiş, lakin Apelyasiya məhkəməsi tərəfindən işə yenidən baxılmış, ona qarşı irəli sürülmüş ittihamlar öz təsdiqini tapmamış və üzərində olan iki il həbs ləğv edilmişdir.  /Butovaz

yazilib گونئی سسی GuneySesi Thu 13 Dec 2007 saat 19:21 | link |

17 Yaşli Məhəmmədrza Əvəzpur 9 ay müddətinə azadlıqdan məhrum edilib

Mehemmed Riza Evezpourİran azərbaycanlılarının haqları uğrunda hərəkatın fəallarından olan Məhəmmədrza Əvəzpur 9 ay müddətinə azadlıqdan məhrum edilib. Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırmalar və İnformasiya Mərkəzinin sədri Sadiq İsabəylinin APA-ya verdiyi məlumata görə, bu barədə qərar dekabrın 12-də Təbriz İnqilab Məhkəməsində hakim Niyakarın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub. M. Əvəzpur dövlət quruluşu əleyhinə fəaliyyətlə göstərməkdə, 2006-cı ilin mayında keçirilən aksiyalarda iştirak etməkdə təqsirli bilinib. Qeyd edək ki, orta məktəb şagirdi olan M. Əvəzpur 15 yaşındadır.

yazilib گونئی سسی GuneySesi Thu 13 Dec 2007 saat 19:17 | link |

Həbs edilmiş fəallar yenidən «Evin» zindanına aparılıb

Said ve Celilİran Azərbaycanının aylardan bəri məhkəməsiz həbs edilən iki tanınmış hüquq müdafiəçi və jurnalisti Səid Mətinpur və Cəlil Qənilunun yenidən Zəncan həbsxanasından Tehranın «Evin» zindana köçürüldüyü bildirilir.

Hər iki fəal 6 ay bundan əvvəl Zəncanda həbs edildikdən sonra da dərhal Tehranın «Evin» zindanına aparılmışdılar. Lakin, iki ay bundan əvvəl onlar yenidən Zəncanın ETTELAAT təcridxanasına qaytarılmışdılar.

Fəalların bir daha «Evin» zindanına aparılması xəbərini ilk dəfə Səid Mətinpurun həyat yoldaşı xanım Ətiyyə Mətinpur (Tahiri) internet saytlarına çatdırıb. O, qeyd edib ki, başqa məhbusların ailə üzvləri ilə birlikdə həbsxanaya görüş icazəsi almaq üçün Zəncan prokurorluğuna müraciət etdiyi vaxt, Səid Mətinpur və Cəlil Qənilunun dekabrın 4-dən Tehranın «Evin» zindanına aparıldıqları və orada ETTELAAT nəzarətində olan 209-cu korpusa köçürdüklərini öyrənib.

Səid Mətinpur daha sonra həbsxanasından həyat yoldaşına etdiyi telefonla «Evin» zindanında olduğunu təsdiqləyib.

Ətiyyə Mətinpur 6 aydır məhkəməsiz həbs edilən həyat yoldaşının vətəndaş hüququnun pozulduğu haqda dəfələrlə məhkəmə idarələri və azərbaycanlı millət vəkillərinə müraciət edib.

Dekabrın 8-i və 10-da isə xanım Mətinpur iki açıq məktubla dövlət orqanlarına kəskin sözlərlə müraciət edib.

O, ilk məktubunda qeyd edir ki, İran İslam Respublikasının konstitusiyasına əsasən heç bir vətəndaşa qarşı rəsmi ittiham irəli sürülmədən bir gündən artıq həbsdə saxlamaq olmaz.

«Buna baxmayaraq, mənim həyat yoldaşım, Səid Mətinpur, 200 gündür ki, biradamlıq kamerada işgəncə dalğalarına məruz qalır...»

Ətiyyə Mətinpur açıq məktubunda İranın islahat tərəfdarını «haqsızlıqlar qarşısında susmaqla insan haqlarını tapdayanların dəyirmanına su tökməkdə» ittiham edir. O, eyni zamanda həyat yoldaşı və başqa Azərbaycan fəallarının işgəncə altında «televiziya etiraflarına» boyun əyməyəcəyini bildirir.

yazilib گونئی سسی GuneySesi Thu 13 Dec 2007 saat 19:13 | link |

İran Azərbaycanında tələbə fəalların həbsi davam edir

Əkbər PaşayiUrmiyə Universitetinin fizika fakültəsinin tələbəsi və Şəhriyar adına tələbə ocağının sədri Əkbər Paşayi 1 il həbsə məhkum edilib. Bu haqda «Urmu News» xəbər saytı məlumat yayıb.

Urmiya İnqilab Məhkəməsinin dekabrın 8-də çıxardığı hökmdə Paşayi «Güney Azərbaycan İstiqlal Partiyası»nı himayə və təbliğ etmək, 2006-cı ilin may ayında baş verən karikatura qalmaqalında əhalini aksiyalara cəlb etmək və s.-də ittiham olunub.

Əkbər Paşayi bu ilin yayında bir neçə həftə ETTELAAT-ın Urmiyə şöbəsində saxlanmış, istintaq zamanı döyülmüş, baş, üz və bel nahiyələrindən ağır xəsarətlər almışdı.

Əsli Miyana şəhərindən olan tələbə fəal daha sonra Urmiyə zindanına aparılmışdı. O, ETTELAAT və zindan əməkdaşlarının rəftarına etiraz olaraq aclıq elan etmişdi.

Paşayi iyulun 1-də girov şərti ilə məhkəmə tarixinə qədər azadlığa buraxılmışdı.

Əkbər Paşayi Urmiya Universiteti İnzibati Komitəsinin qərarı ilə həmçinin 1 il təhsildən də məhrum edilib.

İttihamların yersiz olduğunu bildirən fəal son çıxışında deyib ki, özü və başqa tələbələrə qarşı irəli sürülən bu ittihamlardan məqsəd diqqəti milli tələblərindən uzaqlaşdırmaqdır.

yazilib گونئی سسی GuneySesi Thu 13 Dec 2007 saat 19:7 | link |

Təbrizdə universitet tələbələrinin etiraz nümayişləri davam edir

Oyrenci Herekatiİranda Tələbə Günü kimi qeyd olunan 7 dekabr münasibətilə həmin gün və bundan iki gün əvvəl-dekabrın 5-də Təbriz Azad Universitetinin tələbələri etiraz nümayişləri keçiriblər. Onlar ölkə miqyasında tələbələrin həbsinə etiraz edirlər. Onlar eyni zamanda tələbələrə qarşı təzyiqlərə son qoyulması və başqa siyasi məhbusların da dərhal azadlığa buraxılmasını tələb ediblər.

Universitetin Tələbə Birliyi cəmiyyətinin xəbər saytı bildirilir ki, dekabrın 5-də başlayan aksiyada 400-ə yaxın tələbə iştirak edib və havanın şaxtalı olmasına baxmayaraq bir saat davam edib.

Məlumatda tələbələrin «Universitet diridir», «Yoldaşlarımızı azad edin», «Evin (Tehranın Evin həbsxanası) tələbə qəbul edir», «Biz bu gün sakitik, amma sabah...», «Diktatora ölüm» və «Müharibəyə yox» şüarları səsləndirdiyi bildirilir.

Dekabrın 7-də isə Tələbə Günü münasibətilə İranın Daxili İşlər Nazirliyinin siyasi büro müdirinin iştirakı ilə universitetin Şəhriyar zalında rəsmi mərasim keçirilib. Lakin, təhlükəsizlik qüvvələri əllərində plakat daşıyan tələbələrin zala daxil olmasına mane olub. Buna etiraz edən tələbələr zalın qarşısında iki gün əvvəlki şuralarını təkrar edib. Aksiya üç saat davam edib.

Tələbə Günü ərəfəsində buna bənzər etiraz nümayişi Həmədanın Bu Əlisina Universiteti tələbələri tərəfindən də təşkil edilib. İran Azərbaycanının başqa şəhərlərində də tələbə yığıncaqları olub.

Aksiya və toplantılarda həbs edilən tələbələr haqda hələ dəqiq məlumat yoxdur.

Eyni zamanda İranın Yazıçılar İttifaqı dekabrın 7-də Tələbə Günü münasibətilə bəyanat yayıb. İttifaqın üzvləri ölkənin müxtəlif şəhərlərində tələbələrin kütləvi şəkildə həbs edilməsinə etirazını bildirib.

Onlar səlahiyyətli hökumət nümayəndələrinə etdiyi müraciətdə həbs olunmuş tələbələrin dərhal azad edilməsini tələb ediblər.

Bəyanatda bildirilir ki, Tələbə Günü ərəfəsində 20-dən çox fəal tələbə mənzil, küçə, iş yerləri və universitet qarşısında həbs olunub. Onların hüququnu müdafiə edən vəkillər belə nəzarət altına alınıb. ETTELAAT tələbələri aksiya təşkil etməkdə günahlandırır.

40 ildir qeyri rəsmi şəkildə fəaliyyət göstərən İran Yazıçılar İttifaqı vaxtı ilə şahın siyasətlərinə də açıq etirazını bildirmişdi. İttifaqın tanınmış şair və yazıçılardan ibarət olan üzvləri həm Pəhləvi şahlığı, həm də İslam Respublikası dövründə davamlı olaraq təqib və həbs edilmişdilər.

yazilib گونئی سسی GuneySesi Thu 13 Dec 2007 saat 19:4 | link |

İranda Azərbaycan türkcəsində kitab satan mağazalar bağlanır

Dekabrın 8-də ETTELAAT əməkdaşları Tehranın İnqilab meydanında Firuzə pasajında uzun illərdən bəri Azərbaycan türkcəsində kitab və dövri nəşrlərin satışı ilə məşğul olan «Əndişeye-no» mağazasını bağlayaraq qapısını möhürləyiblər.

ETTELAT əməkdaşlarının Binab şəhərində Azərbaycan türkcəsində kitab satan «Araz» kitab mağazasını da bağladıqları bildirilir.

yazilib گونئی سسی GuneySesi Mon 10 Dec 2007 saat 19:27 | link |

İki Türk siyasi məhbus,Səid Mətinpur və Cəlil Qənilu, yenidən  “Evin”  türməsinin   209-uncu  bölümünə  köçürülüblər.

saidCelilSavalan Səsi:İki siyasi məhbus Səid Mətinpur Cəlil Qənilu,dünən dekabrın 4-undə Zəncan türməsindən  Tehranın“Evin“ həbsxanasının 209  korpusuna köçürülüblər.

Səid Mətinpur-un hayatyoldaşı, xanım Ətiyə  Tahiri  xəbəri  internet  xəbər  qaynağı, Savalan Səsinin muxbirinə çatdıraraq müsahibəsində deyib:”Görüş  izni  almaq  nədənilə  məhbusların ailə  üzvlərilə  birlikdə ,  yerli  prokrorluğa  müraciət etsəkdə,görəvli şəxslər Səid Mətinpur Cəlil Qənilu-nun Evin qazamatının 209-uncu bölümünə köçürülmələrini xəbər verdilər .

Xanım Tahiri  sözlərinə   artıraraq  dedi  :”Həftənin ikinci günü (dekab. 4-undə) səhər saat 11 radələrində  Səid,Evin türməsindən yarada bildiyi tilifun bağlantısında mənə Evin həbsxananın  209-uncu korpusunda olduqların bildirdi.

Hərəkatçının   hayatyoldaşı   xanım   Ətiyə   Tahiri, məhkəməverici   orqanın  başmüdürü  ilə  görüşündə,  Səid  Mətinpur-un   pozulan   vətəndaşlıq   haqlarını, görəvli  məqamın   diqqətinə çatdırmaq  istədiyində olduğunu  vurğulayıb.

Xanım Tahiri, eləcədə Təbrizin millətvəkili Əkbər Ələmilə, Zəncan  şəhərində  görüşdüyünü xəbər verib.

 6-aydan artıq bir zaman həbsdə saxlanılan, və dəfələrlə Zəncanın türməsindən ,İranın  bir başa təhlükəsizlik orqanı “ettelaat-in” nəzarəti altında olan,Evin həbsxanasının 209-uncu bölümünə köçürülən  bu   iki  Azərbaycanlı  Türk  çalışqan,  dünən  təkrar  “Evin”qazamatının 209-uncu korpusuna aparılıblar.Adı çəkilən bu iki fəal 2- ay bundan əvvəl ,Tehranın Evin qazamatından  Zəncanın  “ettelaat “-nın  türməsinə aparılmışlar .

Suçları və  ittihamları  kimsəyə  açıqlanmadan, 6-aydan  bəri  həbsdə  saxlanılan  bu  iki  milli hərəkat fəallarının ailə üzvləri də ağır əmniyəti tədbirlər çəçivəsində, ara vermədən gözaltında  Saxlanırlar.

Səid Mətinpur  insan  haqları  müdafiəçisi    Cəlil Qənilu isə Zəncan şəhərində  Kültür sahəsinin çalışqanıdırlar.

yazilib گونئی سسی GuneySesi Thu 6 Dec 2007 saat 18:20 | link |

Mehdi Nuri ilə görüşə icazə verilmir

İki ay bundan əvvəl Urmiya həbsxanasından Təbriz məhbəsinə yerləşdirilən milli fəal Mehdi Nuri indiyə qədər ailəsilə heç bir əlaqə yarada bilməyib. Dəfələrlə Mehdi Nurinin ailəsi Təbriz həbsxanasına müraciət etsə də, məhbəs rəhbərliyi onunla görüşə şərait yaratmayıblar. Xatırladaq ki, Mehdi Nuri (Elman) Sulduz Universitetinin sonuncu kurs tələbəsidir. Ötən il may hadisələrində tutularaq 3 il həbs cəzasına məhkum edilib.

yazilib گونئی سسی GuneySesi Thu 6 Dec 2007 saat 17:22 | link |

milli fəal Mənsur Ciddi 4 ay həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına yerləşdirilib

MehbesGüneydən aldığımız məlumata əsasən milli fəal Mənsur Ciddi dekabr ayının 1-də 4 ay həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına yerləşdirilib.

Xatırladaq ki, Mənsur Ciddi keçən il Beynəlxalq Ana dili günündə İran Təhlükəsizlik Qüvvələri tərəfindən həbs edilərək bir müddət təzyiq və işgəncələrdən sonra Ərdəbil məhkəməsi 105-ci şöbəsi tərəfindən 4 ay həbsə məhkum edilmişdir. Mənsur Ciddinin ittihamı İran İslam Dövləti əleyhinə təbliğat və pantürkist təfəkkürünün təbliği olmuşdur.

Mənsur Ciddi Ərdəbil Tibb Universitetinin təqaüdçüsü, İran-İraq müharibəsinin əlili və 9 il İraqda əsirlikdə olmuşdur.

 

yazilib گونئی سسی GuneySesi Wed 5 Dec 2007 saat 17:12 | link |

Quzey Azerbaycanli Taninmish Journalist və İnsan Haqlari Fəali Xədicə xanim İsmayılova ilə Azərbaycan səsi radiosunun müsahibəsi

xedice

Movzu : Azərbaycan ve İnsan Haqlari (Dinləyin)

yazilib گونئی سسی GuneySesi Wed 5 Dec 2007 saat 16:0 | link |

Milli kimliyini müdafiə edən ordu zabitin Makı şəhərində işdən  uzaqlaşdırıblar.

Savalan Səsi: İran   İsalm   Respublikasının  Nizam-İntizam  hərbi  quvvələri,   Naca -da zabit olaraq çalışan və carı ilin mayında,Türk soyunun ustunluyunə inanan goruluşlarla işdaşliq  etməkdə  suçlandırılıb həbsə alınan ,Həsən Əzizadə batı-Azərbaycan  elementar  araşdırma  heyəti trəfindən işdən uzaqlaşdırılıb. 

İran İslam Respublikasının  təhlükəsizlik orqanı”ettelaat” Həsən Əzizadə-ni,ağır basqılara ruhi və cismi işkəncələrə məruz qoyaraq ,doğru olmayan etiraflar alıb.

Həsən Əzizadə batı-Azərbaycanda ordu qulluqçularının xatalarını  elementar araşdıran heyətə bir məktub yazaraq bəzi qondarma ittihamlara öz etirazını bildirib.Ordu- zabiti bəzi  qünahlandrılmaları örnək  üçün,pantürkistlərlə  işdaşliq və onların leyhinə təbliğat işləri aparmasın doğru  olmadığını  vurğulayaraq , verilən  qərara  etiraz  edib.  Haq   və ədalətin qorunması naminə dosiyanın yenidən araşdırılmasın istəyib. (azadtribun)

yazilib گونئی سسی GuneySesi Wed 5 Dec 2007 saat 15:14 | link |

Abbas Lisani Ərdəbil həbsxanasından başqa şəhərə köçürüləcək

Abbas Lisaniİran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani Ərdəbil həbsxanasından başqa şəhərə köçürüləcək.

A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya bildirib ki, məhkəmənin qərarına əsasən 27 gündən sonra A. Lisaniyə 50 şallaq zərbəsi vurulacaq və o, cəzasının qalan 1 ilini çəkmək üçün Təbriz həbsxanasına köçürüləcək.

R. Lisani məhkəmənin bu qərarını ədalətsiz və ailəsinə təzyiq vasitəsi adlandırıb: “Həbsxananın nə fərqi var? Sadəcə, ölkənin digər şəhərində yerləşən həbsxanaya köçürməklə məhkumun ailəsinə əzab vermək istəyirlər”.

Bu ölkənin hüquq-mühafizə orqanlarının şikayəti əsasında avqustda A. Lisaniyə qarşı irəli sürülən sonuncu ittihamla bağlı avqustun 27-də keçirilən məhkəmə iclasının qərarının ötən həftə açıqlandığını deyən R. Lisani deyib ki, hakim iddianı rədd edib və A. Lisaniyə verilən cəzaların artırılmasını məqsədəuyğun hesab etməyib.

Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra aksiyaların təşkil olunmasında təqsirli bilinərək, həmin ilin iyununda saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

yazilib گونئی سسی GuneySesi Mon 3 Dec 2007 saat 23:39 | link |

Azərbaycandan bir Raport: Dinc hərəkatçıların uzun surən həbsləri davam etmədədir.

Gün   xəbərləri :  www.akhbar-rooz.com   3. Gün  Noyabrın  28  ( Sitə  fars   dilindədir )

vahidqarabagli@gmail.com

Çevirən : Coşqun Azəroğlu .azadtribun

Güney Azərbaycanda hər gün təhlükəsizlik qulluqçuları tərəfindən ,siyasi -Külterel fəallara və insan haqları  müdafiəçilərinə qarşı emal olunan basqılara , təziqlərə  şahid  oluruq.

Məhkəmələrə çağrılmaq,gündəlik məsələyə çevrilib.Birbaşa hədə qorxu gəlmələr və ya dolayı yolla zorakılıq siyasətlərin yürütməsi rejimin qullandığı addı həcətinə dönüşüb.Dinc çabalarda olan çalışqanlarının,həbsə alınıb,incidilməsi,göründüyü kibi , təhlükəsizlik orqanlarının  aldığı tapşırığın göstərcisidir.Həbsə alınan Azərbaycanlı  jurnalist,mədəni  fəallarının  sayından  özəl məlumat əldə olmadığına baxmıyaraq,yaxlaşıq10Azərbaycanlı dinc çalışqan və  insan  haqları  müdafiəçisi və jurnalistin Evin həbsxanasında eləcədə Zəncan-türməsində ağır  ruhi basqılara, fiziki  işkəncələrə  məruz  qaldığını,diyə  bilərik.Onların ittiham və dosiyalarının yoxlanılması hələdə  məhkəməyə  tapşırılan  işlər  çərçivəsinə siğışdırılmadan  qanunlu  vəkillə  təmin olma haqları əngəllənib, məhbusa qanun tanıyan başqa  huquqlardan məhrumdurlar.

Azərbaycanın dinc  hərəkatçısi  cənab Dr. Məhəmməd Əli Heydəri  29-gün həbsə  dözəndən sonra girov qarşılığında  sərbəst buraxılsada hələdə onlar çalışqan örnək üçün Səid Mətinpur, Cəlil Qənilu, Behruz Səfəri, Leyla Heydəri, Əliriza  Mətinpur, Abdullah  Abbası  Cavan, Saleh Kamranı,Məhəmməd Nüsrəti,Mir Qasım Seyyidinzadə və…..türmədə geçəri həbsdə saxlanılırlar.

Mayın 26-da Zəncan şəhərində həbsə alınan tanınmış insan haqları müdafiəçisi Səid Mətinpur 180-gündür,durumu havadan asılı qalaraq “ettelaat”- qazamatındadır.  

Mətinpurun ötən illər,güney Azərbaycanda insan haqlarının pozulmasın açıqlayıb göstərməsi istiqamətində gözəgəlim çabaları olmuşdur.

Onun adı da, günahı açıqlanmadan,bilinməz nədənlərilə saxlanılan məhbuslar  siyahəsindədir. 

Cənab Səid Mətinpurun həbsə alınmasından 6-aydan çox zaman ötməsinə rağmən,ona  hələdə hayat yoldaşıla belə görüşünə izin verilməyib.

Başqa yöndən,toplumsal və kültür sahələrində çaba göstərən Cəlil Qənilu   Behruz  Səfəri cari ilin mayının sonlarında Zəncan şəhərində həbsə alınıblar.Bu iki fəallın da qanunlu vəkillə təmin  olma  haqqı  əngəllənərək, suçları  açıqlanmadan, 6- aydır  “geçəri”dırnaq arası  həbsdə saxlanılırlar.

Səid Mətinpurun qardaşı Əliriza Mətinpur və Behruz  Səfərinin hayatyoldaşı Leyla Heydəri cari ilin avgustunun 28-dən etibarən  durumları havadan asılı olaraq Zəncan türməsindədirlər.

İndilik Tehranda, İran  İslam Respublikasının təhlükəsizlik orqanı  ettelaatın  birbaşa  nəzarəti  altında olan Evin türməsinin 209-uncu korpusunda, ən azı 5-Azərbaycanlı dinc fəal,ağır basqı və korluqlara  məruz qalaraq, həbsdə saxlanılır.

Peşəkarca vəkil və İnsan  haqları  müdafiəçisi Saleh  Kamranı,eləcədə bilimyurdu öyrətməni, Abdullah  Abbası Cavan,  cari  ilin avgustunun 18-dən etibarən, muhakimə olmadan, suçları açıqlanmadan,qanunlu vəkillə təmin olma haqları  əngəllənərək  həbsə  alınıb,Evin türməsinin  209-uncu bölümündə,təcrid olunmuş hücrədə  saxlanılırlar.Habelə Azərbaycanlı dinc fəallı və Ankara  universitetində ən yüksək  təhsilin  öyrəncisi  olan  Məhəmməd  Nüsrəti,   eləcədə Azərbaycan Siyasi Məhbuslarin Müdafiə Komitəsi,”ASMƏK”-in  yaradıcılar  heyətinin üzvü olan və İlqar Mərndli adila taninan,Yağub Salikiniya  habelə Mir Qasım  Seyyidinzadə, iki  Azərbaycanlı  məhbus  jurnalistdirlər  ki, günahları  kimsəyə  bilindirilmədən, bütün insan haqları   əzilərək, onlar   gün  geçməsinə  rağmən, “Evin”   türməsinin  209-uncu   bölümündə saxlanılırlar. 

Qeyd  etdiyimiz  məsələlərin  diqqətə  layiq  nüqtəsi, onların dosiyalarına məhkəmə açısından baxılmadan, adın  geçəri  həbs qoyub  ama  uzun  sürən  saxlanılmasıdır. Bu  tutuqlama  həbsə alınmalarda onların bağlantısı ailə üzvlərilə kəsilir və məhbusa məsləhətləşmək  üçün qanunlu vəkillə təmin olma  haqqı verilmir.Çoxlu hallarda isə,ailə üzvləri hədələnib,incidilir və ya xod

həbsə alınmalarıda  istisna olunmur.

Özbaşına tutuqlamalar,ədalətsiz məhkəmələr,jurnalistlərin həbsi,İranın „aşırı durumda siyasi“ olan  məhkəməverici   orqanının  cari  ildə  qullandığı  normal     gündəlik      çərçivəsidir.

Azərbaycanın  mədəni  fəallarının  bu  sayaq həbsə alınmasının gedişatı, uluslar arası tanınmış insan haqları  müdafiəçilərinin  verdiyi  bəyaniyələr    qətnamələrə   çərçivəsində  çalışmaq istəyən və İranda həmən istiqamətdə insani  şərayitin  yaxşılaşmasına  çaba  göstərən  fəalların çalışmalarına dözməməyin göstərcisidir.

Butun mediya vasitələrindən , İnsan haqları qoruyan örgütlərdən    işkəncələrə   qarşı  duran quruluşlardan ,Azərbaycanın siyasi məhbuslarının qanunsuz yerə tutuqlanmasına və basqılara məruz qalmasına  etiraz bildirmələrin  istəyirik. 

yazilib گونئی سسی GuneySesi Sat 1 Dec 2007 saat 22:36 | link |

GÜNEYLİ MİLLİ FƏALLARA TƏZYİQLƏRLƏ BAĞLI YENİ MƏLUMATLAR

Güney Azərbaycan milli fəallarına qarşı geniş həbs və təzyiqlərin artması barədə yeni məlumatlar yayılmaqdadır.

«Media forum»un məlumatına görə, Urmiya Azad Universitetinin tələbəsi Hadi Həmidi Şəfiq, Sulduz Azad Universitetinin tələbəsi Mehdi Nuri, Ankara Universitetinin tələbəsi Məhəmməd Nüsrəti, Tehran Şəhid Rəcai Pedaqoji Universitetinin elmi heyətinin üzvü Abdulla Abbasi, həmçinin digər milli fəallar Səid Mətinpur, Saleh Kamrani, Cəlil Qənilu, Yaqub Salekiniya, Mir Qasım Seyyedinzadə və s. fəallar həbsdə saxlandığı bir vaxtda Urmiya Universitetinin kənd təsərrüfatı fakültəsinin tələbəsi Pəsrviz Sultani (Araz) İnqilab Urmiya Məhkəməsindən 5 ay şərti həbs cəzası alıb və iki illiyə təhsildən məhrum edilib. Urmiya Universitetinin tələbəsi İbrahim Rəşidi (Savalan) Urmiya İnqilab Məhkəməsi tərəfindən 5 ay şərti həbsə və 50 min tümən (50 manat) nağd pul cəriməsinə məhkum olunub.

Məlumatda həmçinin bildirilir ki, digər milli fəal Şirzad Hacilu Xoy İnqilab Məhkəməsi tərəfindən 1 il şərti həbs cəzasına məhkum edilib.

yazilib گونئی سسی GuneySesi Sat 1 Dec 2007 saat 1:21 | link |

Daha bir milli fəalımız İbrahim Rəşidiyə özü olmadan 5 ay həbs 20 zərbə şallaq hökmü verildi

Güneydən aldığımız məlumata əsasən Meşkin İnqilab məhkəməsi milli fəal, Azər-Torpaq qeyri hökümət təşkilatının üzvü Urmiyə Universitetinin Şəhriyar dərnəyinin fəalı İbrahim Rəşidi (Savalan) may hadisələri ərəfəsində Urmiyədə həbs olunaraq 2 ay müddətinə ağır işgəncələrə məruz qalmış Urmiyə İnqilab məhkəməsi 102 şöbəsinin hökmü ilə 5 ay həbs, 20 zərbə şallağa məhkum edilib.

Xatırladaq ki, İbrahim Rəşidinin ittihamı “Baxış” və “Oyanış” dərgilərində türkçülüklə yazdığı məqalələr, pantürkist təfəkkürünü yaymaq, hakimiyyət əleyhinə təbliğat aparmaq bəhanəsilə həbs edilib.(dak)

 

yazilib گونئی سسی GuneySesi Fri 30 Nov 2007 saat 13:10 | link |

Urmiyə Universitetinin tələbəsi 5 ay həbsə məhkum edildi

Güneydən aldığımız məlumata əsasən milli fəal Pərviz Sultani Urmiyyə Universitetinin II kurs tələbəsi, Urmiyə sakini keçən il may hadisələrinin il dönümü tədbirində həbs olunaraq iki həftə müddətinə Urmiyə Təhlükəsizlik İdarəsində işgəncələrdən sonra Urmiyə İnqilab məhkəməsi tərəfindən beş ay həbsə məhkum edilib. Əlavə edək ki, 5 ay həbsdən əlavə iki il müddətinə təkrar eyni ittihamla həbs olunarsa 2 il əlavə həbs cəzası tətbiq olunacaq.

Xatırladaq ki, Pərviz Sultani (Araz) ETTELAAT tərəfindən irəli sürülən ittihamda belə vurğulanıb ki, pantürkist təşkilatlarla yaxın əməkdaşlığı olmasa da gələcəkdə belə bir təfəkkürə malik olmasın deyən onun haqqında 5 ay müddətinə azadlıqdan məhrum edilsin və əməlləri islah olunsun.(dak)

yazilib گونئی سسی GuneySesi Fri 30 Nov 2007 saat 13:4 | link |

Xoy şəhərində dövlətə ayid olmayan “Evrin “ adlı Azərbaycan araşdırma mərkəzinin yazarı 3-ay bir gün həbsə məhkum olub

Urmu News:
Xoy şəhərində dövlətə ayid olmayan (N.G.O)”Evrin” adlı Azərbaycan araşdırma mərkəzinin katibi Şirzad Hacilu batı-Azərbaycan           appelesiya məhkəməsi tərəfindən 3-ay bir gün qəti həbsə məhkum olub.

Shirzad HaciliŞirzad Hacilu ötən ilin fevralının 21-də anadili günü münasibətilə  təşkil   edilmiş   piketlərdə   nümayişlərdə iştirak etdiyi zaman , İran İslam Respublikasının əmniyət quvvələri tərəfindən həbsə alınıb,15gün təcrid olunmuş kamarada saxlanıldıqdan sonra girov  qarşılığında azadlığa buraxılmışdır.Hacilu-nu Xoy inqilab məhkəməsinə başçılıq edən hakim  Novruzi bir  il  qəti   həbsə  məhkum  etmişdir. Verilən etiraz məktubu ardında Hökm Urmu appelesiya məhkəməsinin birinci şöbəsi tərəfindən 3-ay bir gün  müddətinə  azaltdırılıb.Qiyabi adlanan məhkəmə suçlandırılmışın huzuru olmadan hakim Əkbəri  və hakim  Hacızadə-nin  başçılığılə geçirilib.

Eləcədə  eyni  tarixdə, oğluila  birlikdə  həbsə  alınan fəallın  atası  isə öncələr Xoy inqilab məhkəməsi tərəfindən 2.000.000 riyal İran pulu dəyərində cəriməyə məhkum olmuşdur. 

Başqa tərəfdən “Evrin “ araşdırma mərkəzinin digər yazıçısı İbrahim Cəfərzadə Xoy inqilab məhkəməsi tərəfindən aldığı bir il  həbs, iki  il  Berazcan şəhərinə  sürgünlük  və 3-il siyasi –toplumsal çalışmalaradan və bir dövr parloman və şura məclislərin seçimlərindən  məhrumçuluq  hökmünə  etdiyi etirazi ardında batı-Azərbaycan appelesiya məhkəməsinin son qərarın gözləyir.

yazilib گونئی سسی GuneySesi Wed 28 Nov 2007 saat 18:7 | link |

Azərbaycanlı fəallara təzyiqlər davam edir

Sulduz shehidlerinin yas merasimiAzərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) Sulduz (Nəqədə) şəhərindən olan bir neçə fəala qarşı həbs və şallaq hökmlərini pisləyib.

Urmiyənin İnqilab Məhkəməsinin qərarı ilə tanınmış milli fəallardan Qəhrəman Qənbərpura (Qənbəri) 50 şallağa məruz qalıb. O, həmçinin təxminən 1200 dollar məbləğində cərimə ödəməlidir.

Qənbəri ilk dəfə 2006-cı il fevralın 21-də «Beynəlxalq ana dili» münasibəti ilə keçirilən etiraz nümayişlərində həbs edilib. Daha sonra girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. Lakin onun məhkəməsi bu günə qədər yubadılmışdı.

Başqa fəal - Amir Fərahani isə 2006-cı il may hadisələrinin Sulduzda keçirilən anım mərasimində həbs edildikdən sonra bir ay ETTELAAT-ın təcridxanasında saxlanıb.

İnqilab Məhkəməsi iki kiçik yaşlı övladın atası olan bu fəalı bir il həbsə məhkum edib.

Gənc musiqiçi və bəstəkar Sirus Siyamiyə isə may hadisələrində iştirakına görə 91 gün həbs və 3600 dollar cərimə kəsilib. Lakin ASMƏK-in bildirdiyinə görə, o, daha çox milli mövzularda yaratdığı əsərləri və tələbə mərasimlərindəki çıxışlarına görə, cəzalandırılıb. Siyami ETTELAAT-ın təqib və təzyiqlərinə məruz qalıb.

2006-cı ildəki karikatura qalmaqalında ən qanlı hadisələrə şahid olan Sulduz şəhəri bu günə qədər yarı hərbi nəzarət altındadır. ASMƏK bildirir ki, həmin səbəbdən bu şəhərdə həbs edilən fəalların taleyi haqda dəqiq məlumat əldə etmək çətindir.

ASMƏK və beynəlxalq «Amnesty» təşkilatının bu ilin 9 mart tarixində yaydığı hesabata əsasən, yalnız fevralın 21-də Sulduzda həbs edilən fəalların sayı 25 nəfərə yüksəlib. Onların çoxunun taleyi indiyədək naməlumdur.

yazilib گونئی سسی GuneySesi Wed 28 Nov 2007 saat 10:27 | link |

Azərbaycan səsi radiosoyla İnsan haqlari barədə Faxtə Zəmani, Dr. Əsəd və Əlirza Cavanbəxt-in danışıği (səs)

Azərbaycan səsi radiosoyla İnsan haqlari barədə Faxtə Zəmani, Dr. Əsəd və Əlirza Cavanbəxt-in danışıği (səs)

yazilib گونئی سسی GuneySesi Tue 27 Nov 2007 saat 3:20 | link |

Tələbələr hüquq müdafiəçilərini tənqid edir

Oyrenciİranın müxtəlif vilayətlərində yerləşən 20-dən çox universitetin cəmiyyətləri hüquq müdafiəçilərinin həbsdəki azərbaycanlı tələbələrin taleyinə biganə qalmasını pisləyən bəyanat veriblər. Noyabrın 23-də yayılmış sənəddə deyilir ki, İranda tələbə hərəkatının əsas sütununu təşkil edən azərbaycanlı tələbələr 2006-cı ilin may-iyun qiyamından sonra daha da güclənib və yüksək mübarizə təcrübəsinə yiyələniblər: «Ötən il 50 azərbaycanlı tələbənin inzibati komitələrə və məhkəmələrə cəlb edilməsi və həbsə salınması buna sübutdur».

Bəyanatda daha sonra bildirilir ki, azərbaycanlı tələbələr fəaliyyətlərinin əsas istiqamətini milli hüquqların təmin olunmasına yönəldiblər: «Onların məruz qaldığı təzyiq və təqiblərə, həbs, sıxıntı və məhrumiyyətlərə baxmayaraq hüquq müdafiəçiləri susmağa üstünlük verirlər. Biz milli kimlikləri uğrunda mübarizə aparan azərbaycanlı tələbələrin həbsə salınmasını pisləyir və onları himayə etdiyimizi bildiririk».

Bəyanatı imzalayan tələbə təşkilatlarının bir neçəsi İran Azərbaycanından olsa da, çoxu fars və başqa azlıqların yaşadığı vilayətlərdəndir.

yazilib گونئی سسی GuneySesi Mon 26 Nov 2007 saat 22:11 | link |

Doktor Məhəmməd Əli Heydəri 29-gün həbsdən sonra dustaqdan azadliğa buraxıldı.

Mehemmed Ali HeyderiSavalan Səsi:Əlimizə çatdıyı bilgilər əsasında Azərbaycan milli hərəkat çalışqanı cənab Doktor Məhəmməd Əli Heydəri 29-gün həbsə dözəndən sonra,ötən gün  500 milyon riyal İran pulu və ya 53476  ABŞ-  dolları  dəyərində  girov  qarşılığında  “Evin” türməsindən azadlığa buraxıldı.

Azərbaycanın  mədəni  hərəkat  fəallı  cənab  doktor  Məhəmməd  Əli  Heydəri  cari  ilin oktyabrının 27-də İran İslam Respublikasının təhlükəsizlik orqanı ettelaat-in məmurları tərəfindən  həbsə   alınaraq ,  evin   türməsinin   209-uncu   bölümünün   təcrid  olunmuş hücrəsində nəçə onlar gün,ağır ruhi-fiziki  işkəncələrə məruz qalaraq saxlanılmışdır.

Xatırlatmalıyıq   ki  cənab  doktor  Məhəmməd   Əli   Heydəri   Təbriz    Marağə  azad universitetlərində  uluslar arası diplomatik əlaqələr və huquq elmləri  öyrətməni  olaraq yardım nazirliyin yüksək rütbəli əməkdaşı çalışır.

yazilib گونئی سسی GuneySesi Mon 26 Nov 2007 saat 21:14 | link |

Nağadeydən son xəbərlər:

Qəhrəman Qənbəri haqda qamçı hökmü yerinə yetirilib.

Əmir Farahanı bir il həbsə məhkum olub.

HEBSUrmu News:Sulduzdan (Nağadey-dən) əlimizə çatan xəbərlər əsasında Azərbaycan milli hərəkat fəallı Qəhrəman Qənbəri-yə verilən 50-qamçı hökmü yerinə yetirilib.  Qəhrəman Qənbəri ötən ilin fevralında bütün dünyayə tanınmış  anadili  günü  münasibətilə, Urmu gölünün  güneyində  yerləşən  Nağadey  şəhərində  düzənlənib geçirilmiş  piketdə  iştirak etdiyi  ucundan  həbsə  alınıb    sonrada  girov  qarşılığında azadlığa buraxılmışdır.Bu siyasi çalışqan İslami İnqilab Məhkəməsi tərəfindən 50 qamçıya və bir milyon riyal İran pulu cəriməyə məhkum olmuşdur.

“Uluslar   Arası  Əfv   Təskilatı  “ 2007-inci   ilin   martında   verdiyi  bəyaniyədə, anadili günü ərəfəsində həbsə alınan Azərbaycanlı siyasi fəallarının sayını ASMƏKin raportuna  əsaslanaraq   Urmu  və Nağadeydə 75 –nəfərdən artıq  elan edib. Elə  həmən  bəyaniyədə 25-nəfər  Nağadey  şəhərində  tutuqlanan  fəallın  ,özəlliklə  Qəhrəman  Qənbəri  Adil Allahverdipur-un durumunundan nigəran olduqların söyləyib.Uluslar arası  əfv təskilatı bəyaniyədə anadili günü münasibətilə təşkil edilmiş nümayişlərdə  iştirak  etməyi  güney Azərbaycanlılarının qanunlu haqqi sanıb.

Nağadeyli  siyasi  fəal    cari  ilin  may etirazlarında öz şəhərlərində həbsə alınıb və bir aydan artıq Urmu və Nağadey “ettelaatın“türməsində saxlanılan Əmir Fərahanı inqilab məhkəməsindən bir il qəti həbs cəzası alıb. Əmir Fərahanı evli və iki evlad atasıdır.

Nağadeyli  kültür  çalışqanı    incəsənət  sahibi    bəstəkar Sirus Səyami cari ilin may etirazlarında  Nağadeydə  tutuqlanıb    neçə  həftə  həbsdə  saxlanıldıqdan sonra girov qarşılığında azadlığa buraxılmışdır. Fəal 3-ay bir gün  həbsə və 3.000.000 rial İran   pulu cəriməyə   məhkum   olub. Bəstəkar   Sirus   Səyami   universitetdə   geçirilən    törənlərə hazırlayıb ifa etdiyi Azərbaycanlı  milli  musiği  parçaları  nədənilə  davamlı  İran  İslam Respublikasının təhlükəsizlik orqanlarının basqılarına məruz qalmışdır. 

Cari ilin may etirazlarında Nağadeydə  tutuqlanan başqa fəal Behzad Qoçayi bağışlanıb.

Jurnalist    qeyri  dövləti  tədris  olunan  Azərbaycan  türkcəsi    ədəbiyat  öyrətməni eləcədə  qeri  dövləti  “Bilim Yolu”  araşdırma  mərkəzinin   Nağadey  təmsilçisi  Mir Əli Rizayi Urmu inqilab məhkəməsində neçə sayda  muhakiməsi  ardında  indidə  məhkəmə qərərın gözləyir.

Xatırlatmalıyıq  ki  ötən ilin may etirazlarında umumiyətlə qətlə  məruz  qalan  fəalların şəhadətindən bəri fəallar və ailəri və şəhidlərin yaxınları ağır  nəzarət  altında  olduqları nədənilə bu şəhərdən xəbərləri başqa  hərəkatçılara  çatdırmaq  böyük  çətinliklə üzləşib durum   addı halına qayıtmayıb. Hali hazırda ən azı 4- Nağadeyli  fəal Abdullah Abbasi cavan başda olmaqla  həbsdədirlər.Universitet müəllimi və Nağadeyli milli hərəkat fəallı Abdullah Abbasi cavan 3-aydan artıqdır ki “Evin “ həbsxanasında saxlanılır.Bu müdət sürəsində onun vəkillə təmin olma haqqı əngənllənib. 

yazilib گونئی سسی GuneySesi Mon 26 Nov 2007 saat 21:1 | link |

Azərbaycanli siyasi fəal Şahin İsmaili həbsə alınıb

2007.Noyabrın 24

Savalan Səsi : Əlimizə  çatdıyı  məlumatlar  əsasında  Şahin  İsmaili  Azərbaycanlı  Türk siyasi çalışqan, 4-uncu gün saat 11-də İran  İslam  Respublikasının  təhlükəsizlik  orqanı “ettelaat”quvvələri tərəfindən həbsə alınıb. Azərbaycanlı  Türk siyasi fəal Şahin  İsmaili öncələrdə  siyasi  çabaları  ucundan 6-ay  həbs və 50-qamçıya  məhkum  olmuşdur. Bura dək  çeşitli  nədənlər  ilə  qazamata alınınan  fəal indi 48 saatdır Xiyav (Meşkin) əmniyət quvvələrinin türməsindədir.

Azərbaycan  milli  hərəkat  fəallarınin  dinc  çabaları  ucundan  həbsə  alınmasın İranda çalışan insan  haqları müdafiəçiləri pisləyib məhkum edərək Şahin İsmaili-nin  dərhal və şərtsiz azadlığa buraxılmasın istəyir.

yazilib گونئی سسی GuneySesi Sun 25 Nov 2007 saat 19:3 | link |

İRANIN HÜQUQ MÜDAFİƏÇİLƏRİ AZƏRBAYCANLI MƏHBUSLARIN TALEYİNƏ BİGANƏLİKDƏ QINANIR

2007-11-23 - 19:21:00

Bu gün İranın 20-dən çox universitetinin islami birlikləri bəyanat yayaraq hüquq müdafiəçilərini həbsdə saxlanan azərbaycanlı tələbələrin taleyinə biganə yanaşmaqda günahlandırıblar: «İranda tələbə hərəkatının əsas sütununu təşkil edən azərbaycanlı tələbələr 2006-cı ilin may-iyun qiyamından sonra daha da möhkəmləniblər və böyük mübarizə təcrübəsinə yiyələniblər. Ötən il 50 azərbaycanlı tələbənin inzibati komitələrə və məhkəmələrə çağırılması, mühakimə edilərək həbslərə salınması buna sübutdur».

Bəyanatda deyilir: «Azərbaycanlı tələbələr demokratik prinsiplərə riayət edərək öz milli kimlikləri uğrunda mübarizə aparır və fəaliyyətlərinin əsas istiqamətini milli hüquqların təmin olunması zəmininə yönəldiblər. Onların məruz qaldığı bütün təzyiq və təqiblərə, həbs, sıxıntı və məhrumiyyətlərə baxmayaraq hüquq müdafiəçiləri azərbaycanlı tələbələrin ağır durumuna biganə yanaşaraq bu barədə susmağa üstünlük verirlər. Biz milli kimlikləri uğrunda mübarizə aparan azərbaycanlı tələbələrin həbsə salınmasını məhkum edərək onları himayə etdiyimizi bildiririk».

Bəyanatı, İlam, Sistan-Bəluçistan, Əllamə Təbatəbai, Səhənd (Təbriz), Firdovsi (Məşhəd), Politexnik, Mühəqqiq Ərdəbili, Şahrud, Loristan, Tibb Elmləri (Təbriz), Pedaqoji (Tehran), Kirman, Bu Əli (Həmədan), Xacə Nəsir, Şəhri Kürd, Şiraz, Kaşan, Sənəti Şərif (Tehran), Zəncan, Hörmüzqan, Mazandaran, Tehran, Simnan universitetlərinin islami birlikləri imzalayıb.

yazilib گونئی سسی GuneySesi Sat 24 Nov 2007 saat 21:32 | link |

Azərbaycanlı fəallar haqda beynəlxalq kampaniya başlayıb

FrontlineMərkəzi Dublində yerləşən və Birləşmiş Millətlər Təşkilatının İqtisadi-İctimai Şurasında Xüsusi Məsləhətçi statusuna malik olan «İnsan Haqları Müdafiəçilərinin Qoruyucusu-Front Line» təşkilatı İranda həbs edilmiş Azərbaycanlı hüquq müdafiəçisi Saleh Kamrani və Səid Mətinpurla bağllı geniş kampaniya başlayıb.

Noyabrın 21-də başlayan «Birini qoru-minini gücləndir» adlı beynəlxalq kampaniya dünyanın 12 ölkəsində həyatları təhlükədə olan 14 hüquq müdafiəçisini əhatə edir.

Bu haqda beynəlxalq səviyyədə məlumat yayan kampaniyanın iştirakçıları hüquq müdafiəçilərinin azad edilməsi məqsədilə imza toplayır, onları təqib və ya həbs edən hökumətlərə təzyiq göstərməyə çalışır.

İranın azərbaycanlı hüquq müdafiəçiləri haqda məlumatı «Front Line» təşkilatına  mərkəzi Kanadada yerləşən İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası çatdırıb və kampaniyada yaxından iştirak edir.

Assosiasiyanın sədri Faxtə Zamaninin fikrincə kampaniyanın beynəlxalq mətbuat da yayılması İran hökumətinə təzyiqləri artırmaqla siyasi məhbusların azad edilməsinə xeyli yardım edəcək.

Azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur mayın 25-də Zəncan şəhərində nəzarət altına alınıb. Beynəlxalq «Amnesty International» təşkilatı azərbaycanlı fəalı vicdan məhbusu elan edib.

«Amnesty International» hüquqşünas və hüquq müdafiəçisi Saleh Kamranini də vicdan məhbusu kimi tanıyır. Avqustun 18-də gecə vaxtı Kərəc şəhərində tutulub Tehranın Evin həbsxanasına aparılan Kamrani bu günə qədər zindanın ETTELAAT müfəttişlərinin nəzarətində olan 209-cu korpusunda saxlanılır.

yazilib گونئی سسی GuneySesi Fri 23 Nov 2007 saat 15:44 | link |

TƏBRİZDƏ İKİ DİLDƏ NƏŞR EDİLƏN JURNAL BAĞLANIB

2007-11-22 - 15:25:00

DilmacTəbrizdə Əlirza Sərrafinin baş redaktorluğu ilə fars və Azərbaycan dillərində nəşr edilən «Dilmac» (dilmanc) jurnalının lisenziyası ləğv edilib. Neçə ildir çıxan jurnalda əsasən tədqiqi, ictimai və mədəni yazılara yer verilirdi.

«Media forum» saytının məlumatına görə, «Dilmac» jurnalının vəkili Məhəmmədəli Dadxah jurnalistlərə açıqlamasında deyib ki, jurnalın lisenziyasını ölkənin Mətbuata Nəzarət Heyəti ləğv edib: «Bunun səbəbi barədə bizə hər hansı bir izahat verilməyib. Onlar qərarı jurnalın baş redaktoru Əlirza Sərrafinin jurnalı buraxmaq üçün səlahiyyətli olmaması ilə əlaqələndiriblər. Əgər səlahiyyəti yoxuydusa, bəs bu neçə ildə Əlirza Sərrafi jurnalı necə buraxıb? Niyə Mətbuata Nəzarət Heyəti lisenziyasının ləğvində bir belə yubanıb?!»

yazilib گونئی سسی GuneySesi Fri 23 Nov 2007 saat 15:40 | link |

BMT BAŞ ASSAMBLEYASINDA İRANDA İNSAN HAQLARININ POZULMASINA DAİR QƏTNAMƏ QƏBUL EDİLİB

2007-11-21 - 16:49:00

UNNoyabrın 20-də BMT Baş Assambleyasının insan haqları komitəsində İranda insan haqlarının sistematik pozulmasını pisləyən qətnamə qəbul edib. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai çox çalışsa da, sənəd səs çoxluğu qazanıb. Qətnamənin lehinə 72, əleyhinə 50 səs verilib. 55 ölkə bitərəf qalıb.

«Media forum» saytının məlumatına görə, sənəddə İranda insan hüquqlarının pozulması faktları sadalanır, daşqalaq kimi vəhşi edam üsulunun təbiqi pislənir, ölkə həbsxanalarında məhbuslara işgəncələr verildiyi vurğulanır.

Qətnamədə İran hökumətindən vətəndaşlara qarşı təqib və təzyiqlərə son qoyulması tələb edilir: «Müxtəlif dinlərə tapınan insanların, ayrı-ayrı xalqların və etnik qrupların nümayəndələrinin təqibinə son qoyun».

yazilib گونئی سسی GuneySesi Fri 23 Nov 2007 saat 15:38 | link |

İRANDA YÜZLƏRLƏ İCTİMAİ-SİYASİ FƏAL, HÜQUQ MÜDAFİƏÇİSİ və ZİYALI MƏHBUS TƏLƏBƏLƏRİN MÜDAFİƏSİNƏ QALXIB

2007-11-22 - 16:04:00

Noyabrın 21-də İranda yüzlərlə ictimai-siyasi fəal, hüquq müdafiəçisi, yazıçı, sənətkar və ziyalı bəyanat yayaraq ölkədə tələbələrin kütləvi həbsinə etiraz bildiriblər.

«Media forum» saytının məlumatına görə, bəyanatda deyilir: «Son günlər xeyli tələbə həbs edilib. Altı aydan az bir müddətdə 60 tələbənin müxtəlif bəhanələrlə həbsə salınması misli-bərabəri görünməmiş bir rekorddur. Tələbələri o miqyasda həbs edirlər ki, sanki rəsmilər universitetlə həbsxana arasında heç bir fərq qoymurlar».

Həbsdə saxlanan bəzi tələbələrin adları da çəkilir: «Urmiya Azad Universitetinin tələbəsi Hadi Həmidi Şəfiq 17 ay, Sulduz Azad Universitetinin tələbəsi Mehdi Nuri isə 7 il şərti həbsə məhkum edilib. Əhvaz Universitetinin tələbəsi Cavad Əlixani heç bir səbəb göstərilmədən bir aydır ki, həbsdə saxlanır. İslami Birliklərin və Vəhdəti Möhkəmləndirən Qurumun Mərkəzi Şurasının üzvləri Əli Əzizi, Əli Nikunesbəti və Pedram Rəfəti Tehran prokurorluğunun əmri ilə heç bir səbəb göstərilmədən həbs ediliblər. Onlar 20 gündən artıqdır ki, həbsdədirlər».

Bəyanatı imzalayanlar adları sadalanan şəxslərin, eləcə də digər məhbus tələbələrin dərhal azadlığa buraxılmasını tələb edir.

yazilib گونئی سسی GuneySesi Fri 23 Nov 2007 saat 15:33 | link |

Güney Azərbaycanlı siyasi məhbusların son durumu ilə əlaqədar məlumat

Güney Azərbaycanın Hüquq Müdafiəçilərinin (19 Nov. Raportunun ) tercüməsi.//butovaz/

Aşağıda qeyd olunan siyahı şovinist fars hakimiyyətinin İran həbsxanalarında saxladığı məhbusların müəyyən bir qisminin adlarıdi .

1.        Abbas Lisani
– 2 il həbsə məhkum edilmiş, hal hazırda Ərdəbil həbsxanasında təzyiqlər altındadır.

2.        Cəlil Qənilu
– siyasi fəal, Zəncan sakini 2006-cı il may hadisələrində həbs edilərək öncə Tehranda yerləşən Evin həbsxanasının 209-cu bəndində bir müddət saxlanıldıqdan və işgəncə edildikdən sonra hal hazırda Zəncan həbsxanasında təzyiqlər altındadır.

3.        Behruz Səfəri
– siyasi fəal, Zəncan əhli 2006-cı ilin may ayının əvvəllərində Təhlükəsizlik Qüvvələri tərəfindən həbs edilib, bu günə qədər harada olduğu heç kimə bəlli deyil.

4.        Leyla Heydəri
– Behruz Səfərinin həyat yoldaşı, 2006-cı ilin iyul ayında həyat yoldaşı Behruz Səfərinin harada olduğunu İran Təhlükəsizlik İdarəsindən soruşarkən həbs edilərək Zəncan həbsxanasında saxlanılır.

5.        Əlirza Mətinpur – Səid Mətinpurun qardaşı 2006-cı ilin iyul ayında həbs edilib.

6.        Saleh Kamrani
– məhkəmə hüquq müdafiəçisi,  2006-cı ilin iyun ayında həbs edilərək, hal hazırda Evin həbsxanasının 209-cu bəndində saxlanılır. Xatırladaq ki, 2005-ci ildə altı ay müddətinə siyasi təfəkkürünə görə həbsdə qalmışdır.

7.        İlqar Mərəndli
(Yəqub Salikiniya) – 34 yaşlı, insan haqları müdafiəçisi, Güney Azərbaycan Siyasi Məhbuslarının Hüquqlarını Müdafiə Komitəsinin banisi 2006-cı ilin oktyabr ayında həbs edilib, hal hazırda həbsxanadadır.

8.        doktor Məhəmmədəli Heydəri
– jurnalist, Təbriz və Marağa Univeristetinin siyasi elmlər üzrə ustadı oktyabr ayında həbs edilərək hal hazırda Evin həbsxanasında saxlanılır.

9.        Mirqasım Seyyidinzadə – Tehranda nəşr olunan “Həmşəhri” qəzetinin siyasi təhlilçisi, Tehran universitetinin siyasi elmlər üzrə məzunu oktyabr ayında Tehranda həbs olunaraq hal hazırda Evin həbsxanasında saxlanılır.

10.     Məhəmməd Nüsrəti
– Güney Azərbaycan milli fəallarından olan Ankara Universitetinin statistika fakültəsinin tələbəsi sentyabr ayında həbs edilərək, hal hazırda Tehranda Evin həbsxanasında saxlanılır.

11.     Abdullah Abbasi Cavan
– 36 yaşlı Rəcai Universiteti müəllimi 2006-cı ilin iyun ayında həbs edilərək, hal hazırda Evin həbsxanasının 209-cu bəndində saxlanılır.

12.     Səid Mətinpur
– 32 yaşlı Tehran Universitetinin fəlsəfə fakültəsinin məzunu, həftəlik “Yarpaq” dərgisinin jurnalisti 2006-cı ilin may ayının əvvəllərində həbs edilərək Tehranda Evin həbsxanasında saxlanıldıqdan sonra yenidən Zəncan şəhəri Təhlükəsizlik İdarəsinə aparılaraq hal hazırda orda işgəncələr altındadır.

13.     Hadi Həmidi Şəfiq
– 23 yaşlı Memarlıq Universitetinin tələbəsi Təbriz sakini 3 ay öncə həbs edilərək Urmiyə həbsxanasında ağır işgəncələrə məruz qalmış son günlərdə Urmiyə İnqilab Məhkəməsi tərəfindən 7 ay həbsə məhkum edilmişdir.

14.     Elyaz Yekanlı (Əli Xudabəxş)
– jurnalist, nəşri dayandırılmış “Urmiyə səsi” dərgisinin əməkdaşı keçən il 12 dekabrda (yəni 21 Azər günü) Urmiyədə həbs edilərək ağır işgəncələr nəticəsində ruhi və cismi vəziyyəti çox ağırdır.

15.     Mustafa Meydan Nəvərd
– Urmiyə İnqilab məhkəməsi tərəfindən milli haqları müdafiə etdiyinə görə 4 ay həbs məhkum edilib, hal hazırda Urmiyə həbsxanasında saxlanılır.

16.     İbrahim Moini
– jurnalist -Urmiyə həbsxanası

17.     Riza Paşayi
– jurnalist -Urmiyə həbsxanası

18.     Mehdi Nuri
– Nəqədə Universitetinin tələbəsi 2006-cı il may ayında həbs edilib, hal hazırda həbsxanadadır

19.     Əli Şadi – Təbriz şəhər sakini 2006-cı ilin iyul ayında həbs edilib, hal hazırda Təbriz həbsxanasındadır.   

yazilib گونئی سسی GuneySesi Thu 22 Nov 2007 saat 16:0 | link |
 
offshore