تبليغاتX
Guney Sesi

Bəhruz Səfəri və həyat yoldaşının səhhətində problem yaranıb

Həbsdə saxlanılan İrandakı azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan jurnalist Bəhruz Səfəri və həyat yoldaşı Leyla Heydərinin səhhətində ciddi problem yaranıb. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tehranın “Evin” həbsxanasında saxlanılan B. Səfəri və L. Heydəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qalır. Ürək-damar və beyin təzyiqindən əziyyət çəkən L. Heydərinin həbsxana rəhbərliyinə etdiyi müraciət isə cavabsız qalıb.

Qeyd edək ki, hər iki şəxs məhkəmənin qərarı olmadan həbs edilib və təkadamlıq kamerada saxlanılır. Zəncanda yaşayan B. Səfəri 2007-ci ilin avqustunda pantürkist fəaliyyətdə ittiham olunaraq həbs edilib. Onun sərbəst buraxılmasını tələb edən həyat yoldaşı Leyla Heydəri də həmin ayın 27-də həbs olunub. Hazırda hər iki şəxs “Evin” həbsxanasında saxlanılır.

yazilib گونئی سسی GuneySesi Fri 18 Jan 2008 saat 14:45 | link |

Təbrizdə 5 Azərbaycanli Fəalin Məhkeməsi Keçirilib

Guneyli Feallardan Keçən Günlerdə(1386.10.23) Güney Azərbaycan Milli Hərəkatının 5 fəalıni Təbrizin inqilab  Məhkəmsində - Məhkəmsi Keçirıldı.

Bunlar Tahir Məhdəvi, Yusif Lutfi Həqq, Xosrov Dirəxşi, Məhəmmədəli Cavadi, Mehdi Əfsəridir.

Başqa bir fəal Cavad Kənanide hemen gun məhkemede hazir olmasi gərəkidir ki onlar bəlli olmayan səbəb lərə gorə hazir olmamişlar.

Bu şəxslər keçen il həbs olunmuşdular. Ancaq adambaşına 40 min ABŞ dolları girov qoymaqla müvəqqəti azadlığa çıxmışdılar. onlar, İran hakimiyyətinə qarşı təbliğat aparmaq, ölkənin ərazi bütövlüyünü parçalamaq, Güney Azərbaycan Türk Cümhuriyyətini yaratmaq ideyasınıyaymaqda və Güney Azərbaycan İstiqlal Partiyasına (GAİP) üzvlükdə ittiham olunublar.

yazilib گونئی سسی GuneySesi Fri 18 Jan 2008 saat 14:30 | link |

May hadisələrində şəhid olan Tohid Azəriyun-un qardaşına 20 qamçi vuruldu

veli AzeriunSulduz şəhrində şəhid olan Tohid Azəriyun-un qardaşi Vəli-ə (Alp) maddi cəza ilə birlikdə 20 qamçı vurulub.

Xatırladaq ki Vəli Azəriyun SUlduz şəhrində milli aktivistlərdəndir və neçə dəfə Fars şovonistləri tərəfindən tutulubdur. O və aiyləsi bir çoxlu təziyqlərə məruz qalaraq, vətən yolunda şəhid verdikləri oğullarına törən tutmaqdan yasaqlanıblar.(baybak)

yazilib گونئی سسی GuneySesi Thu 17 Jan 2008 saat 19:37 | link |

"İran həbsxanaları siyasi məhbuslarla doludur"

İnsafəli Hidayət: "Onların əksəriyyəti azərbaycanlılardır"

İnsafeli Hidayetİran 2007-ci ildə edam cəzasının tətbiqinə görə dünya dövlətləri arasında yerini qorudu. Yəni fars-molla rejimi Çindən sonra öz vətəndaşlarını dara çəkən ikinci ölkə olaraq qalmaqda davam edir. Ötən il bu ölkədə 271 nəfər edam olunub. Ancaq dara çəkilənlərin sayının 300 nəfərdən çox olduğu barədə də məlumatlar var. Bunu Kanadada mühacirət həyatı yaşayan güneyli jurnalist İnsafəli Hidayət bildirib. Onun sözlərinə görə, bu insanlar şəhərlərin mərkəzi meydanlarında yerli camaatın gözü qarşısında dara çəkiliblər.

Real

Bunların arasında siyasi məhbuslar üstünlük təşkil edir: "Axı İranda öz tarixi torpaqlarında yaşayan qeyri-fars millətləri öz milli və mədəni hüquqlarının bərpa etmək uğrunda mübarizə aparırlar. Ona görə də ölkə həbsxanaları siyasi məhbuslarla demək olar doludur. Onların da əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Ancaq ötən il ərzində bir nəfər də olsun güneyli siyasi məhbusun dar ağacına çəkilməməsi sevindirici haldır.

Edam olunanlar ərəblər, bəluclar və digər qeyri-fars millətləridir. Çünki Azərbaycan türklərindən fərqli olaraq, həmin millətlər İran rejiminə qarşı silahlı mübarizə aparırlar, terraktlar törədirlər. Soydaşlarımız dinc mübarizə apardıqlarından belə ağır cəzaya məruz qalmırlar. Ancaq buna baxmayaraq, fars-molla rejiminin ciddi təqib və təzyiqlərilə üzləşirlər, həbs olunurlar, işgəncələrə məruz qalırlar".

İnsafəli Hidayət qeyd edib ki, 2007-ci il İranda mətbu orqanlar və jurnalistlərə qarşı da basqılar artıb. Belə ki, xeyli sayda jurnalist həbs olunub, qəzetlər, jurnallar qapadılıb. Hətta xarici KİV-lərdə çalışan İran əsilli jurnalistlər də həbs olunaraq uzun müddət həbsxanalarda təkadamlıq kameralarda saxlanılıblar. Halbuki onların əksəriyyəti yalnız yaxın qohumlarını ziyarət etmək üçün öz ölkələrinə gəlmişdilər. Ancaq casusluqda ittiham olundular və sonradan külli miqdarda girov müqabilində sərbəst buraxıldılar: "Təbii ki, həbslər güneyli jurnalistlərdən də yan keçmədi və hazırda bir neçə yazar həbsxanadadır.

 Bundan əlavə, "İLHA" xəbər agentliyi, "Şərq" və "Dilmanc" qəzetləri qapadıldı".

Güneyli jurnalist vurğulayıb ki, ötən il İranda tələbələrin mübarizəsi yeni mərhələyə qədəm qoyub. İlboyu etiraz aksiyaları həyata keçirilib, 550 tələbə həbsə alınıb və hazırda onların öndə gedənləri məhbus həyatı yaşayırlar. Eyni zamanda 30-a yaxın tələbə dərgisi qapadılıb. Bundan əlavə, müəllimlər, fəhlələrin etirazları olub və həmin aksiyaların təşkilatçıları da hazırda həbsxanadadırlar.

Qeyd edək ki, yanvarın 15-də "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) İranda insan hüquqlarının kobud şəkildə pozulmasıyla əlaqədar növbəti hesabat yayaraq fars-molla rejimindən edam hökmünün ləğvini tələb edib. (xalqcebhesi)

yazilib گونئی سسی GuneySesi Thu 17 Jan 2008 saat 16:16 | link |

«Amnesty International» İranı edam cəzasını dayandırmağa çağırıb

Çərşənbə axşamı, 15 yanvar 2008 .Azadlıq Radiosu

AmnestyBeynəlxalq Amnistiya Təşkilatı («Amnesty International») İran İslam Respublikasını edam cəzasının icrasını dayandırmağa çağırıb.

Öz hesabatında təşkilat deyir ki, İranda təcrübədən keçirilmiş daşqalaq etmə üsulu edamın çox qəddar növüdür. Təşkilatın verdiyi məlumata görə 2002-ci ildə daşqalaq etməyə qarşı moratorium tətbiq olunsa da, keçə ilin iyulunda bir iranlını daşqalaq ediblər. O, arvadına xəyanətdə günahkar bilinib. 

yazilib گونئی سسی GuneySesi Wed 16 Jan 2008 saat 0:46 | link |

Evin həbsxanasında işgəncə faktları


“Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası” əlaqədar mərkəzləri problemə diqqət ayırmağa çağırır

QayNar: İran hökumət orqanları tərəfindən həbs edilmiş beş Cənubi Azərbaycanlı fəalın- Səid Mətinpur, Əlirza Mətinpur, Cəlil Qənili, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Heydərinin həbsindən aylar keçməsinə baxmayaraq, onlar hələ də qeyri-müəyyən səbəblərdən Tehranda Evin Həbsxanasında saxlanılırlar.

Bu barədə “QayNar”-a “Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası”ndan Vahid Qarabağlı məlumat verir.

Adı gedən məhbuslarin üçü- Səid Mətinpur, Cəlil Qənili, Bəhruz Səfəri, Əlirza Mətinpur doqquz ay əvvəl, Leyla Heydəri altı ay əvvəl həbs edilmişlər.

Həbs olunanların heç biri hələ də irəli sürülən ittihamlardan xəbərdar deyillər, həbslərinin hüquqi vəziyyəti də məlum deyil, istintaq prosesi vəkilsiz gedir və məhkəmə heç bir açıqlama verməyibdir.

Onların ailə üzvlərinin və yaxınlarda həbsdən azad olan fəalların verdiyi xəbərə görə,  adıçəkilən məhbuslar gərgin fiziki və psixoloji işgəncənin altındadır. Belə ki,  İran hökumət orqanları uzun müddət onlara işgəncə verərək televiziyada “etiraf” etməyə məcbur edirdi.

Həbsdən azad olan fəallardan biri istintaq zamanında məruz qaldığı işgəncələri belə təsvir edir: “Bizi,  ailəmizi və Azərbaycan millətini təhqir edirdilər, günlərcə bizi təpiklə vurur, yaxınlarımız haqda bizə yalan xəbərlər verirdilər.”

İranda Azərbaycanlı məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan qruplar, onlarla azərbaycanlı məhbusun ağır işgəncə altında olmasından ciddi narahatlığını bildirir və İran qanunvericiliyinə uyğun olaraq ittiham irəli sürülmədən qanunsuz həbslərə son qoymağa çağırır. Onların fikrincə Güney Azərbaycanda öz milli haqlarını tələb edən insanlar təqib olunurlar,

Azərbaycan Milli Hərəkatı Azərbaycanlı kimliyinin rəsmən tanınması, öz tariхindən, mədəniyyətindən bütün sahələrdə yararlanması, Azərbaycan türkcəsinin rəsmi dil olaraq tanınması, insanlara ana dilində təhsil hüququnun verilməsini tələb edir. Güney hərəkatının istəkləri insan hüquqlarına dayanır. Sonda Media, Hüquq Müdafiə Təşkilatları və İşgəncə Əleyhinə Mərkəzləri qanunsuz həbslər və təzyiqlərə qarşı öz etirazlarını bildirməyə çağırırıq və istəyirik ki, onlarla məhbusun ağır işgəncə altında olmasına biganə qalmasınlar.

yazilib گونئی سسی GuneySesi Tue 15 Jan 2008 saat 17:40 | link |

Azərbaycanlı polis zabiti pantürkizm ittihamı ilə həbs edilib

Əbülfəzl Paşaoğlu .Azadlıq Radiosu .Bazar ertəsi, 14 yanvar 2008

PoliceUrmiyə Hərbi Məhkəmənin 1-ci şöbəsi yanvarın 11-də İran İnzibati Qüvvələrinin zabiti leytenant Həsən Əzizadəni «pantürkist və istiqlalçı dəstələri himayə və təbliğ etməkdə» günahlandıraraq, 91 gün həbsə məhkum edib. Eyni zamanda İranda yasaq edilən peyk televiziyasına görə cərimə verməli olub.

Xəbəri «Savalan Səsi» saytı yayıb.

Leytenant Əzizadə bundan 8 ay əvvəl milli məsələlərə meyl göstərdiyi və Azərbaycan fəallarına rəğbət bəslədiyinə görə Makı şəhəri ETTELAAT idarəsinin əməkdaşları tərəfindən bir neçə gün nəzarət altına alınmışdı. O, istintaq vaxtı mənəvi və fiziki işgəncələrə məruz qaldığını bildirmişdi. Lakin İnzibati Qüvvələrin Qərbi Azərbaycan vilayətindəki bədəvi hərbi komissiyası onu vəzifədən kənar etmək üçün kifayət qədər sənəd əldə edə bilməmişdi.

Sulduzdan alınan başqa bir xəbərə görə, tanınmış Azərbaycan fəallarından mühəndis İbrahim Müini 8 ay həbs və 40 zərbə şallaq cəzasının icrasından sonra yanvarın 12-də azad edilib.

Bu xəbəri isə «Urmu News» saytı yayıb.

İbrahim Müini ilk dəfə 2006-cı ilin may ayında baş verən kütləvi etiraz nümayişlərində iştirak etdiyinə görə 2 ay həbs edilmişdi.

Həmin etirazlar zamanı Sulduz ən çox qanlı hadisələrə şahid olmuş və bu tarixdən bəri şəhər hərbi vəziyyət altında saxlanılmışdı. Hadisələrin il dönümü ərəfəsində təxminən 60 fəal nəzarət altına alınmışdı ki, mühəndis Müini də onlardan biri idi. Həmin vaxt İnqilab Məhkəməsi onu 10 ay həbs və 40 zərbə şallaq cəzasına məhkum etmişdi.

Məhkəmə əvvəlki 2 ay həbs müddətini nəzərə alaraq, Müini 8 aydan sonra azadlığa buraxıb.
yazilib گونئی سسی GuneySesi Mon 14 Jan 2008 saat 23:43 | link |

MİLLİ FƏALI 40 ŞALLAQ ZƏRBƏSİ VURDUQDAN SONRA AZADLIĞA BURAXIBLAR

İbrahim Moini2006-cı ilin may ayında Təbrizdə keçirilən etiraz aksiyalarının ildönümündə tutulub 10 ay həbsə məhkum edilən sulduzlu fəal, mühəndis İbrahim Moini bir neçə gün əvvəl azadlığa buraxılıb.

«Media forum» saytının məlumatına görə, milli fəal həbsdən azad olunarkən ona kəsilmiş 40 şallaq zərbəsi cəzası da icra edilib.

İ.Moininin hazırkı səhhəti barədə hər hansı məlumat yoxdur.

yazilib گونئی سسی GuneySesi Mon 14 Jan 2008 saat 15:58 | link |

Urmiyədə türk sözlərini işlədən dükanlara xəbərdarlıq edilib

Bazarİranın Mədəniyyət Nazirliyinin («İrşad-e İslami» İdarəsi) Qərbi Azərbaycan vilayətindəki nümayəndəliyi Urmiyə bazarında «yad» sözləri yasaq edən yeni qanun çıxarıb.

Məlumatı «Urmu News» xəbər saytı yayıb.

Bu sənəd 1996-cı il dekabrın 4-də İran parlamentinin «yad» sözlərin işlədilməsini yasaqlayan qərarına əsaslanır.

«Hörmətli şəhər sakinlərinə müraciət» başlıqlı elanda bildirilir ki, iş adamları və dükan sahibləri 20 yanvara qədər «yad» sözləri öz tablolarından silməsələr, qanun qarşısında cavab verəcəklər.

Urmiyənin dükan-bazarında divarlara yapışdırılan bu elanlarda bildirilir ki, milli və yerli sözlərin yalnız fars (ərəb) əlifbası ilə yazılmasına icazə verilir.

Hazırda Urmiyənin dükan tablolarında həm türk sözləri, həm də latın əlifbası geniş yayılıb. 

Ötən ilin avqust ayında İranın Ticarət Nazirliyi Şərqi Azərbaycan vilayətində də buna bənzər qərar çıxarıb, dükan tabloları, vitrinlər, yerli istehsalat və reklamlarda türk sözlərinin işlədilməsini yasaq etmişdi. Lakin azərbaycanlı millət vəkillərinin etirazları nəticəsində ictimai yerlərdə türk sözlərini yasaqlayan qərarlar ləğv edildi. Türk sözlərinin yasaq edilməsinin ölkə konstitusiyasına zidd olduğu təsdiq edildi.  

Urmiyədə yayılan bu son qərar isə türk sözlərini yox, «yad» sözləri yasaq edir. Fars dilinin ölkənin rəsmi dili olduğunu bildirən İran Konstitusiyası qeyri-fars - yerli dillərin işlədilməsi və hətta bu dillərdə tədrisə icazə verir. Lakin əsas qanun yerli dillərin məhz hansı dillər olduğunu aydınlaşdırmır. Belə bir şəraitdə, türk sözlərinin «yad» olmadığı və yeni qərarın qeyri-qanuni olduğunu sübut etmək daha çətin olacaq.

İranda 1979-cu il İslam İnqilabından sonra Avropa məşəli sözlər yasaq edilsə də, Azərbaycan vilayətlərində türk sözlərinin işlədilməsinə imkan yaranmışdı. Eyni zamanda, ana dili və milli dəyərlərə hörmətlə yanaşan azərbaycanlı dükan sahibləri «Koroğlu», «Babək» və «Səttar Xan» kimi adlardan geniş istifadə edirlər. Ancaq bu adların latın əlifbasında yazılmasına icazə verilmir.

yazilib گونئی سسی GuneySesi Sun 13 Jan 2008 saat 0:49 | link |

Jurnalist Insafəli Hidayət: 2007 İran üçün uğurlu il olmayıb


08/01/2008

 

HedayatInsafəli Hidayətlə müsahibə- audio clip
 - Insafəli Hidayətlə müsahibə audio clip

Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət Bulud Mehmandarlıya verdiyi müsahibəsində 2007-ci ildə İranda baş vermiş başlıca hadisələri şərh edib 

yazilib گونئی سسی GuneySesi Sun 13 Jan 2008 saat 0:46 | link |

Abbas bəy LİSANİ Təbriz ingilab məhkəməsinə çağırılıb

Abbas LisaniAbbas LİSANİ BƏYIN savunma vəkili mohamməd riza FƏQİHİ , müvəkkilinin Təbriz inqilab məhkəməsinə çağırılmasından xəbər verdi.

Azərbaycanın mədəni fəallarından olan Abbas LİSANİ bu anda Əhər zindanında olmasına rağmən 30 dey sabah(20.1.2008), təbrizin inqilab məhkəməsində olması istənmiş. Bu çağrıyı onun savunma vəkili mohamməd riza FƏQİHİ’yə göndərmişlər.

Verilən rapora göra Azərbaycanın milli fəallarından abbas LİSANİ bəy, 14 murdad 2005 tarixində BAQİRXAN məzarı üstə olması ittihamila sorgulanacag.

yazilib گونئی سسی GuneySesi Fri 11 Jan 2008 saat 15:16 | link |

Iranda tətbiq olunan ölüm cəzasının növləri vəhşiliyin son həddidir - hüquq müdafiəçisi

11.01.08 11:00

Azərbaycan, Bakı 10 yanvar / «Trend , müxbir D.Xatınoğlu/ İranda tətbiq olunan ölün cəzasının növləri hüquq müdafiəçilərini narahat edir. "Iranda tətbiq olunan ölüm cəzasının növləri vəhşiliyin ən son həddidir» - deyə İranın Böhran Komitəsinin baş katibi, hüquq müdafiəçisi Əmirhüseyn Müvəhhidi bildirib.

BBC-nin yeni ilin ilk günlərində verdiyi məlumata əsasən, 2008-ci il İranda 13 nəfərin edamı ilə başlanıb, bundan əlavə, Zahidan şəhərində İnqilab Məhkəməsinin beş nəfərin sağ qolunun və sol ayağının kəsilməsinə dair çıxardığı qərar icra olunub. Qeyri-rəsmi məlumata əsasən, İran məhkəməsi daha 2 nəfəri “dağdan atmaq yolu ilə edam etmək” cəzasına məhkum edib.

Müvəhhidi cümə axşamı İranın Təbriz şəhərindən telefonla «Trend»ə açıqlamasında 2 nəfərin “dağdan atılmaqla edam olunmaq” cəzasının doğru olduğunu təsdiq edərək, bildirib ki, bu növ cəzalar insanlığa sığmazdır: «İranda insan haqlarının pozulması hallarının böhran nöqtəsinə yetişdiyini göstərir və beynəlxalq təşkilatlar rəsmi Tehrana reakiya göstərməlidir» - deyə hüquq müdafiəçisi bildirib.

İranlı hüquqşünas və vəkil Məhəmmədrza Fəqihi isə bugün «Trend»ə telefonla açıqlamasında bildirib ki, “sağ əl və sol ayağın kəsilməsi” və “dağdan atmaq” kimi cəza növləri İranın cinayət məcəlləsinin maddələrində yer alıb və bir növ islami cəzadır. «Bu cəza növü islam dini və inqilaba qarşı duran insanlara tətbiq olunur» - deyə Fəqihi bildirib.

yazilib گونئی سسی GuneySesi Fri 11 Jan 2008 saat 14:46 | link |

Azerbaycanlı Siyasi Mahbusları Müdafia Assosiasiyasının (ADAPP) sadri Faxte Zamani ’nin raporu

“Azerbaycan feallari yalan yoğuz itiraf vermek için işkence olublar”

Faxte ZamaniSon günlerde Azerbaycanın bir çok fealları ağır giro goymagla EVİN zindanından azad oldular.Bu kişiler infiradi sellollarda saxlanırmışlar ve itiraf almag için işkence olunurmuşlar.

Hepsden azad olan Azerbaycan aktivlerinden ve hala zindanda olanların ailelerinden aldığımız xebere göre, bu kişilerin hamısı aylarca infiradi sellolda cismi ve ruhi işkence altındaymışlar.

Bu zindanilerin üz ve dişlerine olan direk darbelerden dolayı, aktivlerin birisinin gulag zarı(perdesi) yırtılmış ve bir neçesininde dişleri sınmıştır. Aktivlerin ruhi ve cismi zayıflıklarına rağmen moralları çok güçlüdür. Bu aktivlerin bir neçesi üzman doktor nizaresi altındadır. Söz alanlar eksik ve insan dışı davranışlarila(hepsdekilere, ailelerine ve Azerbaycan milletine yaman yoğuz demekle) bu aktivlerin moral düşürmelerine sebeb olmuşlar.

Onların bir sırasına değinermisiniz?

Avukat ve insan haklar savuncusu Salih KAMRANİ dörd ay tutuklanmadan sonra brakıldı, bu sürede yaklaşık 3 hefte padar fiziki ve revani işkenceye meruz galmış. Öncedende ürek xesteliyi olan Salih bey bu işkenceler altında daha xestelenmiş ve indide uzman doktor nizaresi altındadır. Hayat yoldaşı neçe kere gorxuzulub ve EVİN zindanında eşinin önünde bele sorgulanmıştır.

Salih beyin Şifahi olarak ittihamlanmış olmasına rağmen yazılı bir suçlanması yoktur. Ayrıca avukatı RİYAHİ bey terefinden bele dosyasını okumaya izin verilmemiştir.

Tehran üniversitelerinin öretim üyesi olan, mühendis Abdullah ABBASİ CEVAN’da 4 ay sonra zindandan azad oldu. Milli emniyete garşı ve yabancı ülkelerle ilişkisi adila ittihamlanan bu fealda 80 gün infiradi sellolda galmıştır.

Xeste anasının ziyaretine gelerken türkiye sınırında tutuklanıb EVİN zindanına götürülen Muhammed NUSRETİ son günlerde azad oldu. Muhammed NUSRETİ ankara üniversitesinde istatistik bölümünde yüksek lisans oxumaktadır.

EVİN zindanından azad olan 5 Azerbaycan feallarından, televizyon itirafi almag için ilk günden ağır işkence ve incitmeler uygulanmıştır.

Zindanda azad olmayanların durumu necedir?

Bu anda Seid METİNPUR, Alireza METİNPUR, Celil GENİLU, Behruz SEFERİ ve hayat yoldaşı Leyla HEYDERİ EVİN zindanında çok ağır durumdalar ama Seit METİNPUR cenablarının durumu daha nigeran edicidir. Tutuklanmasından 7 ay geçmesine rağmen açık ve net bir şekilde ittihami açıklanmamıştır.

Hayat yoldaşı 7 ay sonra onu görerken, cismi durumun çok zayıf ve acınacaglı rapor verdi.

EVİN zindanından azad olanlara göre SEİT METİNPUR cenabları herkesten çok işkence olunmuştur.

yazilib گونئی سسی GuneySesi Mon 7 Jan 2008 saat 19:36 | link |

Mehbus Azərbaycanlılar işgəncəyə məruz qalmaqdadılar

Hüquq müdafiəçisi işgəncə nəticəsində eşitmə qabiliyyətini itirib.

hebsxanaÖtən ilin son günlərində Azərbaycan Milli Hərəkatının həbs olunmuş bir neçə təəssübkeşi böyük məbləğdə girov qoyaraq, zaminə buraxıldı. Hazırda zindanda olan azərbaycanlı məhbuslarla görüşmüş yaxınları bildiriblər ki, üzlərindəki izlərdən onların işgəncəyə məruz qaldıqlarını görmək mümkündür.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə Zəmaninin sözlərinə görə, dekabrın 22-də zaminə buraxılmış Saleh Kamraninin başına və sifətinə vurulan zərbələr nəticəsində onun qulaq pərdəsi partlayıb. Həbsdən çıxdıqdan sonra müalicə olunsa da, indiyə kimi onun qulağı hələ də eşitmir.

S.Kamrani deyib ki, istintaq zamanı onun saçlarını yolublar, ağzından vurduqları zərbə nəticəsində bir neçə dişi sınıb, ürək xəstəliyi daha da şiddətlənib.

Qeyd edək ki, ixtisasca hüquqşünas olan bu hüquq müdafiəçisi həbs edildikdən sonra Tehranın Vəkillər Kollegiyası onu bu quruma üzvlükdən azad edib.

80 gün təkadamlıq kamerada saxlanılan universitet müəllimi Abdulla Abbasi də fiziki və mənəvi işgəncəyə məruz qalıb.

Hüquq müdafiəçisi F.Zəmaninin dediyinə görə, Tehrandakı "Evin" zindanından azad edilənlər orada saxlanılanların sağlamlığının təhlükədə olduğunu bildirirlər. Onların arasında hüquq müdafiəçisi, jurnalist Səid Mətinpur və onun qardaşı Əlirza Mətinpur, Cəlil Qənilu, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Səfəri də var. Onlar vəkilləri ilə görüşməkdən belə məhrum ediliblər.

Zaminə buraxılmış məhbuslara isə indiyədək rəsmi ittiham irəli sürülməyib və onların vəkillərinə bununla bağlı hər hansı yazılı sənəd təqdim olunmayıb.

Yeni ilin ilk günündə "Amerikanın səsi" televiziyasının fars redaksiyası hazırda həbsxanada olan Abbas Lisaninin həyat yoldaşı Ruqiyyə Əlizadədən müsahibə alıb. Dünya Azərbaycanlıları Konqresinin tərcümə etdiyi həmin söhbəti də diqqətinizə çatdırırıq: "Dekabrın 31-də Abbasın 18 aylıq həbs müddəti başa çatmışdı. O, azadlığa buraxılmalı idi. Həmin gün 50 şallaq vurulması ilə bağlı hökmü yerinə yetirmək üçün onu inqilab məhkəməsinə aparmışdılar. Ancaq bu hökmün icrasına imkan verməyərək Abbas Lisani deyib: "Mən bu hökmü əvvəldən qanunsuz saymışam".

Prokurorla qazi onu dilə tutaraq hökmün icrası ilə bağlı onunla üç saat danışıq aparıblar. Qazi deyib ki, "şallağı çox yavaş vuracaqlar". Amma o, yenə həmin cəzanın yerinə yetirilməsinə imkan verməyib.

Vəziyyəti belə görən prokuror hökmün zindanda icrası barədə göstəriş verib. Orada buna üç dəfə cəhd olunub. Bunun ardınca onu həbsxana qazisinin yanına aparıblar. Qazi əsgərlərə əmr edərək deyib: "Abbası tutun, mən bu hökmü böyük fəxrlə icra edəcəyəm. Ancaq əsgərlər də qazinin əmrini yerinə yetirməkdən boyun qaçırıblar".

- Cənab Lisani Əhər zindanına köçürülüb?

- Bu cəza ona 2005-ci ildə Babək qalasına yürüşdə iştirakına görə verilib. Həmin il onu qanunsuz olaraq tutub iki illiyə islah cəzasına məhkum etmişdilər. Lakin vəkilin səyləri nəticəsində bu müddət bir ilə qədər azaldıldı.

- Məhkəmədə işə yenidən baxılıbmı, yaxud hər hansı hökm çıxarılıbmı?
- Xeyr, indiyədək heç bir qəti hökm çıxarılmayıb.

- Siz həyat yoldaşınız, cənab Lisani ilə sonuncu dəfə nə vaxt görüşübsünüz və onun səhhəti necə idi?

- Onunla ötən şənbə günü (dekabrın 22-də) görüşmüşəm. 18 aylıq məhbəslik həyatına baxmayaraq, əhval-ruhiyyəsi çox yaxşı idi. Amma onu qatillər, ağır cinayətlər işlətmişlər və müxtəlif yoluxucu xəstəliklərə tutulmuşlarla bir yerdə saxlayırlar. Bu da onun gündəlik təzyiq altında saxlanılması deməkdir.

- Onun Əhərdəki zindana köçürülməsi sizin üçün nə kimi çətinliklər yaradacaq?
- Uşaqlar ataları ilə rahat görüşə bilməyəcəklər. Yolumuz uzaq olacaq. Maddi durumumuz hər həftə onunla görüşə getməyə imkan verməyəcək.

- Xanım Əlizadə, siz əvvəllər həyat yoldaşınızı müdafiə etdiyiniz və Abbas Lisani barədə məlumatlar yaydığınıza görə hədələnibsiniz. İndi vəziyyət necədir?

- Bəli, məni yenə də hədələyirlər. Yüz faiz bilirəm ki, bu veriliş yayımlanandan sonra ya zəng edib hədələyəcək, ya da gəlib aparacaqlar".

Şallaq cəzasının icrasına imkan verməyən Abbas Lisani demişdi: "Artıq köləlik zamanı bitib. Millətimin haqlarını müdafiə etdiyim üçün sizə qamçı vurmağa icazə vermərəm. Bunu siz yalnız zorla icra edə bilərsiniz".

Ötən gün Azərbaycanın tanınmış ruhanilərindən biri, höccətülislam Əzimi-Qədim də Ruhanilər Məhkəməsinə çağırılıb. Qeyd edək ki, o, Azərbaycan türklərinin milli-mədəni haqlarını müdafiə etdiyi üçün bir neçə dəfə həbs edilib, sürgünlə hədələnib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Təbrizdə Azərbaycan Milli Hərəkatının 12 nəfər təəssübkeşi həbs edilib. "Baybak"ın məlumatına görə, onların arasında Həsən Umudoğlu kimi tanınmış ziyalı və etimoloq da var. Onların barəsində əlavə məlumat verilməyib.

Həbs edilənlərdən bir neçəsinin adlarının dəqiqləşdirilməsinin mümkün olduğu bildirilir. ETTELAAT-ın həbs etdiyi həmin azərbaycanlılar bunlardır: Əli Cabbari, Həbib Həzrəti, Nadir İsmaili, Həsən Umudoğlu, Paşapur, Ramazan Xələfiniyat, Məhərrəm İbrahimi və Aşıq Əkbər.

Güney Azərbaycanın Makı şəhərindən verilən məlumata görə, Teyyub İbrahimzadə (Atilla Sönməz), Möhsün Hüseynzadə (Dönməz Dəmirçi) ötən ilin sentyabrında azərbaycanlıların "Ana dilində təhsil!" şüarı altında keçirilən aksiya ilə bağlı bildiriş yaydıqlarına görə həbs olunublar.

Xoy şəhərindəki inqilab məhkəməsinin qərarına əsasən, onlar azadlıqdan 6 ay məhrum olunublar. Teyyub İbrahimzadə və Möhsün Hüseynzadə Güney Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda mübarizə aparanlardandır. Bu istiqamətdə fəaliyyətə görə onlar dəfələrlə hakimiyyət tərəfindən təzyiqlərə məruz qalıblar.

yazilib گونئی سسی GuneySesi Mon 7 Jan 2008 saat 17:58 | link |

«ƏSGƏRLƏR QAZININ ƏMRİNİ YERİNƏ YETİRMƏKDƏN BOYUN QAÇIRIBLAR»

Yanvar 2, 2008

«Amerikanın səsi» televiziyası fars redaksiyasının Abbas Lisaninin
həyat yoldaşı Ruqəyyə xanım Əlizadə ilə müsahibəsinin mətni


Abbas LisaniDünən (dekabrın 31-də – M.M.) Abbasın 18 aylıq həbs cəzasının müddəti başa çatmışdı və o, azad olunmalı idi. Ötən gün 50 şallaq vurulması ilə bağlı hökmü yerinə yetirmək üçün onu İnqilab məhkəməsinə aparmışdılar, lakin o, şallaq cəzasının icrasına imkan verməyib və deyib: «Mən bu hökmü əvvəldən qeyri-qanuni saymışam». Prokurorla qazı üç saat hökmün icrası ilə bağlı Abbasla danışıq aparıblar. Qazı deyib ki, şallağı çox yavaş vuracaqlar. Amma o yenə buna icazə verməyib.

Sonra prokuror hökmün zindanda icra olunması barədə göstəriş verib. Zindanda üç dəfə şallaq hökmünü icra etmək istəsələr də, yenə bacarmayıblar. Belə olduqda, onu zindan qazısının yanına aparıblar. Zindan qazısı əsgərlərə əmr edib ki, Abbası tutun, mən özüm böyük fəxrlə hökmü icra edəcəyəm. Amma əsgərlər qazının əmrini yerinə yetirməkdən boyun qaçırıblar və onun sözlərinə qulaq asmayıblar.

Cənab Lisani bu gün Əhər zindanına köçürülüb?

- Səhər saat 10.30-da onu Əhər zindanına apardılar. Axşamçağı saat 5-də Abbas zəng vurub dedi ki, mən Əhər zindanındayam. Halbuki o, dünən azad olunmalı idi. Çünki nə bir hökm gəlmişdi, nə də onlarda bir məktub vardı.

Cənab Lisani hansı ittihamla Əhər zindanına köçürülüb?

- Bu cəza ona 2005-ci ildə Babək qalasına yürüşdə iştirakına görə verilib. Həmən il özbaşına olaraq onu tutub 2 il islah cəzasına məhkum etmişdilər, lakin vəkilin səyləri nəticəsində bu müddət 1 ilə qədər azaldıldı.

Məhkəmədə işə yenidən baxılıbmı və ya hansısa hökm çıxarılıbmı?

Xeyr, indiyədək heç bir qəti hökm çıxarlmayıb.

Siz həyat yoldaşınız cənab Lisani ilə sonuncu dəfə nə vaxt görüşmüsünüz və onun vəziyyəti necə idi?

Onunla ötən şənbə günü görüşmüşəm. 18 aylıq həbsə baxmayaraq, əhval-ruhiyyəsi çox yaxşı idi. Amma onu qatillərlə və müxtəlif xəstəliklərə tutulmuş məhbuslarla bir yerdə saxlayırdılar ki, bu da onun gündəlik təzyiq altında olması demək idi.

İndi cənab Lisaninin Əhər zindanına köçürülməsi sizin üçün nə kimi çətinliklər doğuracaq?

Uşaqlar ataları ilə rahat görüşə bilməyəcəklər. Yolumuz uzaq olub. Maddi durumumuz imkan vermir ki, hər həftə onun görüşünə gedək.

Xanım Əlizadə, siz əvvəllər həyat yoldaşınızı müdafiə etdiyinizə və Abbas Lisaninin vəziyyəti barədə məlumatlar çatdırdığınıza görə hədələrə məruz qalmısınız. İndi necə?

Bəli, məni yenə də hədələyirlər. İndi bu veriliş yayımlanan kimi bilirəm ki, yüz faiz zəng vuracaqlar, məni hədələyəcəklər, ya da gəlib aparacaqlar.

Fars dilindən çevirəni: Məsiağa Məhəmmədi

yazilib گونئی سسی GuneySesi Fri 4 Jan 2008 saat 0:11 | link |

«Evin» həbsxanasında saxlanan fəallara ağır işgəncə verildiyi bildirilir

Abdulla Abbasi cavanBu yaxınlarda yüksək girov müqabilində Tehranın «Evin» həbsxanasından azad edilən azərbaycanlı fəallar ağır fiziki işgəncələrə məruz qaldıqlarını bildirirlər. Hələ də həbsxanada saxlanan fəallarla görüşən ailə üzvləri isə onların sifətində işgəncə izləri olduğunu söyləyirlər.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının yaydığı məlumatda belə deyilir.

Assosiasiyanın sədri Faxtə Zəmani bildirir ki, dekabrın 22-də azad edilmiş hüquq müdafiəçisi Saleh Kamraninin qulaq pərdəsi baş və üzünə vurulan zərbələrdən partlayıb. Zindandan çıxandan bəri müalicə almasına baxmayaraq, hələ də onun bir qulağı eşitmir.

Saleh Kamrani həmçinin bildirib ki, istintaq zamanı onun saçlarını yolub, ağızdan vurduqları zərbələrlə bir neçə dişini sındırıblar. Onun həbsdən əvvəlki ürək xəstəliyi isə şiddətlənib.

Dekabrın 23-də azad edilən universitet müəllimi Əbdüllah Abbasi isə 80 gün təkadamlıq kamerada saxlanaraq döyülüb və müxtəlif mənəvi işgəncələrə məruz qalıb.

Hüquq müdafiəçisi Faxtə Zamani deyir ki, «Evin» həbsxanasından azad edilənlər hələ də orada saxlananların səhhətinin təhlükədə olduğunu bildirirlər. Onların arasında Səid Mətinpur, onun qardaşı Əlirza Mətinpur, Cəlil Qənilu, Behruz Səfəri və onun həyat yoldaşı Leyla Səfəri də var. Onlar vəkillə görüşmək hüququndan da məhrumdurlar.

Azad edilən məhbuslara qarşı isə indiyədək rəsmi ittiham irəli sürülməyib və onların vəkillərinə bu haqda heç bir yazılı sənəd təqdim olunmayıb.

yazilib گونئی سسی GuneySesi Thu 3 Jan 2008 saat 17:34 | link |

Şallaq hökmünün icrasına mane olan Abbas Lisani yenidən həbs edilib

Azadlıq Radiosu - Çərşənbə, 2 yanvar 2008

Abbas LesaniBu günə qədər Ərdəbil zindanında saxlanılan tanınmış milli fəal Abbas Lisaninin 18 aylıq həbs müddəti dekabrın 31-də başa çatıb. Lakin, o, azadlığa buraxılmadan həmin gün Əhər zindanına köçürülüb.

18 ay həbs və 50 şallaq zərbəsinə məhkum edilmiş milli fəal həbsinin son günündə şallaq cəzasının icrası üçün Ərdəbilin İnqilab məhkəməsinə aparılıb. Lakin, hökmün qeyri-qanuni olduğuna etiraz edən cənab Lisani müqavimət göstərərək bu işə mane olub.

Fəalın həyat yoldaşı Ruqiyyə Lisani bu haqda «Amerikanın Səsi» və «Fərda» radiosuna verdiyi müsahibədə bildirib ki, fəal müqavimət göstərdikdən sonra hakim hökmün icrası üçün zor tətbiq edilməsinə hökm verib. Lakin məhkəmədəki məmur və əsgərlərin heç birisi bu işə hazır olmayıb.

Yanvarın birində ETTELAAT əməkdaşları başqa bir hökmün icrası bəhanəsinə heç bir sənəd göstərmədən Abbas Lisanini Əhər zindanına aparıblar.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani bildirir ki, vaxtilə cənab Lisani 2005-ci ilin Babək qalası mərasimində çıxış etdiyinə görə bir il Əhər şəhərində həbsə məhkum edilmişdi. Lakin, həmin hökm apellyasiya məhkəməsinə verilib və bu günə qədər də apellyasiya məhkəməsinin vaxtı təyin olunmayıb. Xanım Zamaninin fikrincə A. Lisaninin yenidən həbs edilməsi qeyri-qanunidir.

Abbas Lisani dəfələrlə elan edib ki, özü və başqa Azərbaycan fəallarının həbsinin qeyri-qanuni olduğuna inanır, milli fəallara qarşı şallaq hökmlərinin icrasını isə təhqir hesab edir.

İran azərbaycanlılarının milli və mədəni haqları uğrunda fəaliyyət göstərən 40 yaşlı cənab Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib. O, 2005-ci il Babək qalası yığıncağı, 2005-ci il avqust ayı Məşrutə inqilabının ildönümü, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasim və nəhayət 2006-cı ilin may ayında rəsmi qəzetdə dərc edilmiş karikaturalara etiraz nümayişlərində iştirak etdiyinə görə son il ərzində 5 dəfə mühakimə edilib, həbs, şallaq və sürgünə məhkum olunub.

Başqa məlumata görə, Abbas Lisaninin həbsinə etiraz edən təbrizli fəal Həsən Əsədi və onun ailə üzvləri ETTELAAT əməkdaşlarının ciddi təzyiqi ilə üzləşib.

Bu haqda «Media Forum» saytı xəbər verir ki, ötən həftə ETTELAAT əməkdaşları H.Əsədini tutmaq üçün onun qaldığı evə gəliblər. Əsədi evdə olmayıb. ETTELAAT əməkdaşları onun ailəsini, o cümlədən xanımını təhqir edərək milli fəalın yerini demələrini tələb ediblər.

Cənab Əsədi 11 ay əvvəl Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün həbs edilmişdi. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan Əsədi 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra təxminən 70 min dollar mülk girovu müqabilində azadlığa buraxılmışdı.

Onun nə səbəbə görə yenidən təqib edildiyi aydın deyil.

yazilib گونئی سسی GuneySesi Wed 2 Jan 2008 saat 19:4 | link |

Abbas Lisani daha bir il müddətinə həbs cəzasına məhkum olunub

İran azərbaycanlılarının haqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani daha 1 il müddətinə həbs cəzasına məhkum olunub.

Abbas lisaniA. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya bildirib ki, A. Lisaniyə məhkəmə tərəfindən verilən cəza müddəti dekabrın 30-da bitsə də, bu gün keçirilən məhkəmədə ona daha bir il cəza verilib. O deyib ki, A. Lisaninin cəzasının uzadılmasına səbəb onun 2006-cı ildə Bəzz (Babək) qalasına yürüşün təşkilatçısı olması ilə əlaqələndirilib. A. Lisani cəzasının qalan hissəsini çəkmək üçün Əhər həbsxanasına göndəriləcək.

Qeyd edək ki, A. Lisani 2006-cı ilin iyununda, həmin ilin may hadisələrində təşkilatçılıqda təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi isə A. Lisanini 18 ay müddətinə həbs cəzasına məhkum edib. news.qaynar

yazilib گونئی سسی GuneySesi Mon 31 Dec 2007 saat 22:44 | link |

ETTELAAT tanınmış alimi və daha 11 nəfəri həbs edib

QayNar: Dekabrın 29-da İran xüsusi xidmət orqanı Təbriz saatıyla saat 5-də 12 nəfər güneyli hərəkatçı soydaşımızı həbs edib. "QayNar"a verilən məlumata görə, onların arasında Həsən Umudoğlu kimi tanınmış ziyalı və etimoloq alim də var. Tutulanlar haqqında heç bir məlumat verilmir və harda saxlanıldıqları bəlli deyil.

Həbs edilənlər 12 nəfərdən bir neçəsinin adını dəqqiləşdirmək mümkün olub. 3 nəfərin kimliyi isə bəlli deyil. Aşağıda ETTELAATın keçirdiyi əməliyyat nəticəsində həbs olunanların siyahısını təqdim edirik.
 
1. Ali Cəbbari
2. Həbib Həzrəti
3. Nadir İsmaili
4. Həsən Umudoğlu
5. Paşapur
6. Ramazan Xələfi Nejad
7. Məhərrəm İbrahimi
8. Aşiq Akbar

yazilib گونئی سسی GuneySesi Mon 31 Dec 2007 saat 22:43 | link |

DEKABRIN 31-də ABBAS LİSANİ HƏBSDƏN BURAXILMALIDIR

2007-12-30 - 18:46:00

Güney Azərbaycan milli fəalı Abbas Lisaninin 18 aylıq həbs müddəti sabah başa çatır.

Abbas lisani«Media forum» saytının məlumatına görə, A.Lisani zindandan dostu və həmkarı Həsən Ərkə zəng edərək 18 aylıq həbs müddətinin dekabrın 31-də başa çatdığını bildirib. Milli fəal sabah ona 50 şallaq zərbəsinin vurulacağını da bildirərək belə ədalətsiz cəzaya müqavimət göstərəcəyini vurğulayıb: «Şallaq hökmünün icrasına mane olmağa çalışacağam. Məni şallaqlamaq istəyirlərsə, zor tətbiq etməlidirlər, öz könlümlə yerə uzanmayacağam. Azərbaycanlı məhbuslara qarşı çıxarılan bütün hökmləri ədalətsiz, milli fəallara qarşı şallaq hökmünün icrasını isə böyük təhqir sayıram».

H.Ərk Abbas Lisaninin sabah azadlığa buraxılmasına ümidvar olduğunu deyib: «Dekabrın 31-də Abbas Lisaninin həbs müddəti başa çatır. Bundan sonra onu hər hansı bir bəhanə ilə zindanda saxlamaq qanuna zidd hərəkət sayılır».

yazilib گونئی سسی GuneySesi Mon 31 Dec 2007 saat 22:41 | link |

ETTELAAT MİLLİ FƏALIN AİLƏ ÜZVLƏRİNƏ TƏZYİQ EDİB

2007-12-29 - 18:12:00

ETTELAAT əməkdaşlarının təbrizli fəal Həsən Əsədinin ailə üzvlərini, o cümlədən həyat yoldaşını ciddi təzyiq altında saxladığı barədə məlumatlar yayılıb.

Hesen Esedi

 

«Media forum» saytı güneydəki mənbələrə istinadla xəbər verir ki, bir neçə gün əvvəl ETTELAAT əməkdaşları H.Əsədini tutmaq üçün onun qaldığı evə gəliblər. Əsədi evdə olmayıb. ETTELAAT əməkdaşları onun ailəsini, o cümlədən xanımını təhqir edərək milli fəalın yerini demələrini tələb ediblər.

H.Əsədi on bir ay əvvəl digər milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün tutulub. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan Əsədi 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra 70 milyon tümən (təxminən 70 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb.

H. Əsədinin son durumu barədə hər hansı bir məlumat verilmir.

yazilib گونئی سسی GuneySesi Mon 31 Dec 2007 saat 22:37 | link |

31 Dekabr-da Azərbaycan milli fəallına qamçi vurulacaq!

Abbas lisaniAbbas Leysanli 18 aydır Ərdəbil zindanında saxlanılıb. Suçuisə mədəni etirazlara qatılıb və anadili haqların istəmək adlanıb.

Savalansəsi xəbər verir ki sabah Dekabrın 31-i Dünya Azərbaycanlıların Həmrəilk Günü ərəfəsində, Fars hakimiyətin verdigi qamçi cəzasi uyqulanacaq. 50 qırbaça məhkum olan cənab Leisanli bu aldığı haqsız cəza ilə dahada artıq Türk millətinin təziyq altında olduğun dünyaya çatdıracaq.

geçən günlərdə milli fəalların neçəsi vəsiqə ilə buraxılıblar ancaq hələdə bir çoxlu soydaşımız Fars zindanlarında saxlanılırlar.

yazilib گونئی سسی GuneySesi Sat 29 Dec 2007 saat 21:35 | link |

Azərbaycan siyasi məhbuslardan bir neçəsı azad edilıb

(Amerikanın Səsi ▪ Azerbaijani)

İranda Azerbaycanli Siyasi Mehbuslari«Savalan Səsi»«Urmu news » Xəbəri sayt larınin məlumatlarina gorə son iki gun ərzində iranda Azərbaycanlılarin haqlarinin mudafiəsi ilə bağlı fəaliyətlərinə gorə həbs olunanlardan bir nəfəri azad edilib.

Bir neçə ay tehranin evin həbs xanasinda saxlanilan vəkil saleh kamrani 150 milyon tümən (140 min dolar) , Universitetinin müəllimi Abdullah Abbasi Cavan (75 min dolar) , Mirqasım Seyidinzadə 40 milyon tümən (38 min dollar) məbləğində mülk girovu qarşiliğinda zaminə buraxiliblar.

bundan əvvəl isə Yaqub salekinia və Məhəmməd Nüsrəti nin kəfalət qərari ilə azadliqa buraxilmasi xəbəri yayilmişdi. xəbəri tumrus xəbər saytı ilə yanaşi Azərbaycan Siyasi Məhbuslarını haqlarini Müdafiə Komitəsi də təsdiqləib.

buna baxmayaraq bir çox siyasi məhbus o cumlədən jurnalist Səid Mətinpur və qardaşi məhəmməd riza, Cəlil Qənilu, Leyla Heydəri , Behruz Səfəri və başqaları hələdə həbsdə saxlanilirlar.

yazilib گونئی سسی GuneySesi Wed 26 Dec 2007 saat 20:13 | link |

Iranda yaşayan Azərbaycan xalqının həbsdə olan milli fəalına mənəvi təzyiqlər olunur - hüquq müdafiəçisi

25.12.07 17:51

Alireza CavanbextAzərbaycan, Bakı / «Trend , müxbir D.Xatınoğlu/ İranda yaşayan azərbaycanlıların həbsdə olan milli fəallarına mənəvi təzyiq göstərilir- deyə, Türkiyədə fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi Əlirza Cəvanbəxt bildirib.

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMEK) dekabrın 26-da yaydığı məlumata əsasən, Güney Azərbaycanın həbsdə olan milli fəalı Əbdullah Əbbasinin ailəsi onun azadlığa buraxılması üçün məhkəməyə 80 min dollardan çox girov versə də, milli fəal hələ də azadlığa buraxılmayıb. Həmçinin, digər milli fəal Abbas Lisaniyə İnqilab məhkəməsi tərəfindən kəsilmiş 50 şallaq cəzasının icrası yeni il bayramı gününə saxlanılıb.

ASMEK-in baş katibi Cəvanbəxt çərşənbə axşamı Ankaradan telefonla «Trend»ə bildirib ki, İranda bir çox milli fəala fiziki işgəncələr tətbiq edilir. “Lisaninin 50 şallaq cəzasının yeni il bayramında icra olunması, ailəsinə və onun özünə təzyiqlərin çox az hissəsidir”-deyə, Cəvanbəxt bildirib.

Lisani 2006 - cı ildən etibarən, “milli təhlükəsizliyi pozmaq” ittihamı ilə İranın Ərdəbil şəhərində həbsdə saxlanılır. Hazırda Lisaninin sabiq müdafiəçisi Saleh Kamrani də həbs olunub. Amnesty İnternational son hesabatında onun vəkilinin milli fəalları müdafiə etdiyinə görə həbs olunduğunu bildirərək, İranda Azərbaycan milli fəallarına olan təzyiqləri pisləyəib.

Lisaninin həyat yoldaşı Rüqəyyə Lisani İrandan telefonla «Trend»ə bildirib ki, Abbasa tətbiq olunan cəza qeyi-insanidir. «Abbas milli-mədəni fəaliyyətinə görə, 2006 - cı ildən həbsxanada saxlanılır və hələ 1 il də həbsdə qalacaqdır. Rəsmi Tehran dəfələrlə onun həbs müddətini müxtəlif bəhanələrlə artırmağa çalışıb, Lisaniyə maliyyə cəriməsi kəsilib, şallaq cəzası verilib və hələ də yeni ittihamlarla cəza müddətini artırmağa cəhd göstərilir».

Qeyri-rəsmi məlumata əsasən, İranda 35 milyon azərbaycanlı yaşayır.

yazilib گونئی سسی GuneySesi Wed 26 Dec 2007 saat 12:53 | link |

Zəncanli Fəallar hələdə təklifsiz olaraq Evin hebs xanasinda saxlanilirlar-2007-12-25

hebs xanaGüney səsi:Keçen Gunlerde Guney Azərbaycan fəallarının bir neçəsi şərti olaraq azad edilsələrdə.Zəncanli Fəallar hələdə təklifsiz olaraq Evin hebs xanasinda saxlanilirlar.

Evin həbsxanasında saxlanılan milli fəallar Səid Mətinpur, Cəlil Qənilu, Leyla Heydəri və Behruz Səfəri bir neçə aydan sonra ailələrilə görüşə müvəffəq olublar.

Ətiyyə Tahiri bildirib ki, 7 aydan sonra birinci dəfədir Səid Mətinpuru yaxından görüb. Amma onların fiziki durumları heç də ürəkaçan deyil.

Səid Mətinpur və başqa məhbuslar həddindən artıq arıqlayıb, hətta saçları da tökülüb.

Onun sözlərinə görə, 7 aydan sonra Səid Mətinpur Evin həbsxanasının ümumi korpusuna göndərilib.

Qeyd edək ki, Səid Mətinpur 7 aydır təkadamlıq kamerada saxlanılırdı və həddindən artıq təzyiqlərə məruz qalırdı.

yazilib گونئی سسی GuneySesi Tue 25 Dec 2007 saat 15:3 | link |

Fəallardan bir neçəsi azadlığa buraxılıb

3 Azerbaycanli Siyasi FealAylardan bəri heç bir ittiham irəli sürülmədən Tehranın Evin həbsxanasında saxlanılan Azərbaycan fəallarının bir neçəsi şərti olaraq azad edilib.

Dekabrın 22-də hüquqşünas və hüquq müdafiəçisi Saleh Kamrani 160 min dollar, jurnalist Mirqasım Seyyidinzadə 50 min dollar, dekabrın 23-də isə universitet müəllimi Əbdüllah Abbasi 90 min dollar məbləğində girov şərti ilə sərbəst buraxılıblar.

Bundan bir neçə gün əvvəl dekabrın 19-da da azərbaycanlı jurnalist Yaqub Salikiniya zəmanət şərti ilə azad edilib.

Xəbəri yayan «Savalan Səsi» saytı bildirir ki, fəalların azad edilməsində beynəlxalq insan haqları təşkilatlarının İran rejiminə göstərdiyi təzyiq, eyni zamanda İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası və Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin apardığı geniş kompaniyaların böyük təsiri olub.

Fəalların nə zaman və hansı ittihamlarla mühakimə ediləcəyi hələ məlum deyil.

Azərbaycanlı jurnalist və hüquq müdafiəçilərinin bir neçəsi, o cümlədən də bu yaxınlarda Zəncan həbsxanasından Tehranın Evin zindanına köçürülən Səid Mətinpur və Cəlil Qənilunun taleyi isə naməlum qalır.

yazilib گونئی سسی GuneySesi Tue 25 Dec 2007 saat 14:47 | link |

GÜNEYLİ MÜƏLLİM 130 GÜNLÜK HƏBSDƏN SONRA AZADLIĞA BURAXILIB

«Media forum»2007-12-25


Abdulla

Daha bir güneyli fəal, Tehranın Şəhid Rəcayi Universitetinin müəllimi Abdullah Abbasi Cavan azadlığa buraxılıb. O bu il avqustun 19-da ETTELAT əməkdaşları tərəfindən tutularaq Tehranın Evin həbsxanasına aparılmışdı.

«Güney səsi» bloqunun məlumatına görə, ailə üzvləri A.A.Cavanın Evin həbsxanasında təkadamlıq kamerada saxlandığını və 130 günlük həbs müddətində ağır fiziki, psixi işgəncələrə məruz qaldığını deyir.

Qardaşı Yadulla Abbasi Cavan «Urmu nyus»a bildirib ki, A.A.Cavan 80 milyon tümən (təxminən 80 min dollar) məbləğində mülk girovu müqabilində azadlığa buraxılıb.

yazilib گونئی سسی GuneySesi Tue 25 Dec 2007 saat 5:37 | link |

SALEH KAMRANİ, MİRQASIM SEYİDİNZADƏ və MƏHƏMMƏD NÜSRƏTİ AZADLIĞA BURAXILIB

2007-12-24 - «Media forum»

saleh kamranimir qasim

Bir neçə aydır Tehranın qorxunc Evin həbsxanasında saxlanan azərbaycanlı fəallar Saleh Kamrani, Mirqasım Seyidinzadə və Məhəmməd Nüsrəti bu gün zaminə buraxılıblar.

«Media forum» saytının məlumatına görə, Tehran İnqilab Məhkəməsi azərbaycanlı fəalları 150 milyon tümən (təxminən 150 min dollar) və 40 milyon tümən (təxminən 40 min dollar) məbləğində mülk girovu müqabilində azad edib.

Azadlığa buraxılanlardan biri – S.Kamrani həbsdə olduğu 4 ay müddətində ağır fiziki və psixi işgəncələrə məruz qalıb.

M.Nüsrəti Ankarada təhsil alıb. O öz ailəsini görmək üçün İrana gələndə tutulmuşdu.

yazilib گونئی سسی GuneySesi Mon 24 Dec 2007 saat 2:2 | link |

GÜNEYLİ JURNALİST AZADLIĞA BURAXILIB

2007-12-24 .«Media forum»

Yaqub SalekiDekabrın 19-da güneyli jurnalist, hüquq müdafiəçisi İlqar Mərəndli (Yaqub Salekiniya) 80 milyon tümən (təxminən 80 min dollar) mülk girovu qoyaraq azadlığa buraxılıb.

«Media forum» saytının məlumatına görə, milli mövzuda dərc etdirdiyi yazılarına və ictimai fəaliyyətinə görə iki ay əvvəl Tehranın Sərbaz küçəsindəki şəxsi mənzilində ETTELAAT əməkdaşlarının həbs etdiyi İ.Mərəndli Evin həbsxanasında saxlanırdı.

İ.Mərəndli Güney Azərbaycanın Marağa və Mərənd şəhərlərində də şöbələri olan Azərbaycan Gənclər Evinin qurucularından biridir.

Onun Güney Azərbaycan milli məsələsi ilə əlaqədar yazıları «Salam», «Füruqi Azadi», «Əsri Azadi», «Ümidi Zəncan», «Şəmsi Təbriz», «Nəvidi Azərbaycan», «Əhrar», «Səs», «Çağrı», «Yol» qəzet və jurnallarında dərc edilib.

yazilib گونئی سسی GuneySesi Sun 23 Dec 2007 saat 14:38 | link |

Hərəkatçılar Təbriz İnqilab Məhkəməsinə çağırılıb

Onlar Güney Azərbaycan Türk Cümhuriyyətini yaratmaq ideyasını yaymaqda günahlandırılırlar.

MehkemeGüney Azərbaycan Milli Hərəkatının 6 fəalı yenidən Təbriz İnqilab Məhkəməsinə çağırılıb. Bunlar Tahir Məhdəvi, Yusif Lutfi Həqq, Xosrov Dirəxşi, Məhəmmədəli Cavadi, Mehdi Əfsəri və Cavad Kənanidir. Bu şəxslər may hadisələri və Beynəlxalq Ana dili Günüylə əlaqədar keçirilən aksiyalar zamanı həbs olunmuşdular. Ancaq adambaşına 40 min ABŞ dolları girov qoymaqla müvəqqəti azadlığa çıxmışdılar. Soydaşlarımız Güney Azərbaycan türklərinin milli haqlarını müdafiə etmək, İran hakimiyyətinə qarşı təbliğat aparmaq, ölkənin ərazi bütövlüyünü parçalamaq, Güney Azərbaycan Türk Cümhuriyyətini yaratmaq ideyasınıyaymaqda və Güney Azərbaycan İstiqlal Partiyasına (GAİP) üzvlükdə ittiham olunublar.

yazilib گونئی سسی GuneySesi Sun 23 Dec 2007 saat 10:19 | link |

Jurnalistləri Qoruma Komitəsinin (CPJ) Verdiyi Raporun Azərbaycana dəxli olan bölmələrinin tərcüməsi

Səid Mətinpur, Yarpaq

Həbs edilmiş: 25 May 2007

said and calilAzərbaycan Siyasal Məhbuslarını Müdafiə Komitəsi-nin (ASMƏK) raportuna görə yetgililər 32-yaşlı Mətinpuru və onun həyat yoldaşı Ətiyyə Tahirini Quzey-Batı Zəngan şəhərində yaxalamışdılar. Səid Mətinpur Azərbaycan Türkcəsində olan Yarpaq həftəliyinin redaktorudur. Yaxalanmaqdan sonra, Ətiyyəni evlərinə aparmış; evi axtarış etmiş; və Mətinpuru da həbsxanaya götürmüşlər. Məmurlar Mətinpurun şəxsi bilgisayarını, kitablarını və başqa şəxsi əşyalarını müsadirə etmişlər. Onlar telefon xəttini kəsmişdilər və Ətiyyədən tələb etmişdilər ki, bu əməl barədə heç kimə bir şey deməsin.

Mətinpura qarşı yürüdülən ittihamlar elan olunmayıb. Oktobr ayının əvvəllərində Müvəkkil, Mahmud Fəqihiyə görüşmə izni verilməmişdi.

Mətinpur, gündəlik Mərdüm-e-Növ qəzetinə və başqaları ilə iş-birliyi edər və sıx-sıx İranın ictimai və siyasi sistemini və rejim Azərbaycan fəallarını basqıya məruz etmələrini tənqid edərdi. O yaxalanmaqdan əvvəl ən son yazısında İran polisindən söz açmışdı ki, təhlükəsizlik naziri üçün əməliyyat aparmışdılar. CPJ ilə danışan yerli jurnalistlərin fikrincə Səidin məqalələri onun dustaqlığına bais olmuşdu.

ASMƏK-ə görə, yetgililər Mətinpuru neçə zindanlara ötürmüşlər və bunlara Tehranın Evin zindanı da daxildir. Yinə də ASMƏKə görə, Xanım Tahiri neçə dəfə onla qısa-varı telefon ilə danışa bilmiş. Jurnalistin anasına bir dəfə görüş izni verilmişdi.

Mətinpur başqa Azərbaycan jurnalistləri ilə birlikdə Beynəlxalq Ana Dili günü etirazı münasibəti ilə qabaqca Zənganda 21 Fevralda da yaxalanmışdı. Onlar hökumətin yürütdükləri məhdudiyyətə qarşı etiraz edirdilər ki, onlara Azərbaycan dilində yazı-pozu etməyi qadağan etmişdir. ASMƏKə görə, Mətinpur 10-gün təcridi hücrədə saxlanandan sonra zəmanət qarşılığında buraxılmışdı.

Cəlil Qənilu, özü çalışan jurnalist

Həbs edilmiş: 27 İyun 2007

Təvəkkül Qənilunun CPJ-yə verdiyi bəyanlara görə, Təhlükəsizlik qüvvələri onun 30-yaşlı qardaşı, Cəlil Qənilu-nu, Quzey-Batı-dakı Zəngan əyalətinin mərkəz şəhəri, Zənganda 27 İyunda yaxaladılar. Yinə də Təvəkkül Qəniluya görə, onlar Qənilunu təqribən 4 ay Təhlükəsizlik Nazirliyinin Zəngan daxmalarında saxlayandan sonra onu 21 Oktobr-da başqa bir həbsxanaya ötürmüşlər. (ASMƏK raporlarına görə Cəlil Qənilu, 26 May 2007 tarixində həbs edilib – çevirən)

CPJ bu siyahını 1 Dekabr-da hazırlayanda, hələ də Qənilu mühakimə olunmamışdı və ona qarşı təqsirləndirmə elan olunmamışdı. Təvəkkül Qənilu CPJ-yə dedi ki, onca bu tutuqlanmanın səbəbi Qənilunun məqaləsi idi ki, İranda Azərbaycanlıların mülki (sivil) və insan haqlarından söz açmış idi.

Yetgililər Qənilunu ilin erkən vaxtlarında da yaxalamışdılar. Azərbaycan jurnalistləri tərəfindən Beynəlxalq Ana Dili günü uğrunda düzənlənmiş etirazlara 21 Fevralda qoşularkən o Zənganda yaxalanmışdı. Onlar hökumətin yürütdükləri məhdudiyyətə qarşı etiraz edirdilər ki, onlara Azərbaycan dilində yazı-pozu etməyi qadağan etmişdir. O zəmanət qarşılığında 26-gün təcridi hücrədə saxlanandan sonra buraxılmışdı. Birlik Həvəsləndirmə İdarəsinə qoşulan reformçu öyrənçilərin tərəfindən yayımlanan Ədvar News Qəzetinin fikrincə Qəniluya bədən və ruhi işgəncə qıyılmışdı, Təvəkkül Qənilu dedi. Yində də onun CPJ-yə dediyinə görə ilin başa çat-ha-çatında bu dosye hələ də aslanaq qalır.

ASMƏKin sözçüsu Əlirza Cavanbəxtə görə, Qənilu bir neçə qəzet üçün özü-çalışma surətdə jurnalistlik edər, misal üçün Mərdüm-e-Növ ğundəliyi və Farday-e-Rövşən həftəliyi və eləcə də indi dayandırılmış Ümid-e-Zəngan və Peyk-i-Azərbaycan.

yazilib گونئی سسی GuneySesi Sat 22 Dec 2007 saat 14:36 | link |
 
offshore