تبليغاتX
Guney Sesi

Abbas Lisaninin növbəti məhkəməsinin vaxtı müəyyənləşib

Abbas Lisaniİran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Abbas Lisaninin növbəti məhkəməsinin vaxtı müəyyənləşib.

Onun həyat yoldaşı Ruqəyya Əlizadə
APA-ya bildirib ki, məhkəmə iclası aprelin 8-də Təbrizdə keçiriləcək. O, həyat yoldaşının Təbrizdə Səttarxanın və Bağırxanın məzarları üzərində keçirilən aksiyaların təşkilində və İran rəhbərliyinin əleyhinə çıxışlar etməkdə ittiham edildiyini söyləyib. R. Əlizadə həyat yoldaşının cəzasının qalan hissəsini çəkmək üçün Əhərdən Yəzd şəhərinə köçürüləcəyini də deyib. Onun sözlərinə görə, A. Lisani bu qərarın siyasi xarakterli olduğunu bildirir: “Bir-birinin ardınca yeni məhkəmə iddialarının qaldırılması ilə Abbas Lisaninin həbsxanadan çıxmasının qarşısını almağa çalışırlar”.

Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhər şəhərindəki həbsxanaya köçürülüb.

yazilib گونئی سسی GuneySesi Mon 18 Feb 2008 saat 16:22 | link |

Rüqayə Lisanlı Abbas Lisanının son durumu ilə bağlı məlumat verir yükləyin

yazilib گونئی سسی GuneySesi Mon 18 Feb 2008 saat 16:11 | link |

Zəncanda Azərbaycan dilində yeni jurnal işıq üzü görüb

JournalZəncan universitetinin azərbaycanlı tələbələri aylarla etdikləri cəhdlərdən sonra ana dilində yeni bir jurnalın buraxılışına icazə ala biliblər.

İlk sayı fevral ayında işıq üzü görən «Yoldaş» jurnalının redaksiya heyəti bu icazəni almaq üçün məqalələrinin yarısını fars dilində verməli olub. Bu isə İranda dərc edilən bütün Azərbaycan mətbuatına xarakterik xüsusiyyətdir. Belə ki, İranda bütün yerli jurnal və qəzetlər mövzularının ən azı 50 faizini ölkənin rəsmi dili olan fars dilində təqdim etməlidirlər. Əks təqdirdə Mədəniyyət Nazirliyi «İrşad-e İslami» onların fəaliyyətinə mane olur.

Son illər İran Azərbaycanında tələbə hərəkatına qarşı təhlükəsizlik tədbirləri artırıldığından universitetlərin türkdilli mətbuatının çoxu yasaq edilib. Redaksiya heyətində iştirak edən tələbələr isə dərsdən kənarlaşdırılıb və həbs ediliblər.

Zəncan vilayətində isə Azərbaycan fəallarının təqib və həbsi daha da kəskin şəkildə həyata keçirilib. Aylardan bəri «Evin» həbsxanasında saxlanılan Səid Mətinpur, onun qardaşı Əlirza Mətinpur, Cəlil Qənilu, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Səfəri Zəncanda həbs ediliblər.

Eyni zamanda Zəncan Universitetinin Azərbaycan mədəniyyəti uğrunda fəaliyyət göstərən «İslami» Tələbə Cəmiyyətinin fəaliyyəti dayandırılıb, «Açıq Söz», «Araz Səsi», «Qıpçaq», «Zəngan (Zəncanın qədim adı) Sözləri» və Azərbaycan türkcəsində buraxılan başqa jurnallar qapadılıb.

Bunları nəzərə alaraq, Zəncan universitetində Azərbaycan dili və mövzularına həsr edilən yeni bir jurnalın nəşri gözlənilməz haldır.

Məsul müdiri Murtuza Muradi və baş redaktoru Rəhmətülla Bayat-tabar olan «Yoldaş» jurnalı ilk sayında mövzularının çoxunu Azərbaycan dili və ədəbiyyatına həsr edib.

yazilib گونئی سسی GuneySesi Fri 15 Feb 2008 saat 20:31 | link |

Ana dilində telefonla danışmağına da imkan verilməyib…

Jelil Ghanilou«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı hazırda Tehranın «Evin» həbsxanasında saxlanılan azərbaycanlı hüquq müdafiəçisi Cəlil Qənilunun işgəncə edildiyinə inanır.

Bu haqda fevralın 7-də verilən bəyanat, təşkilatın ötən il martın 10-da başladığı təcili tədbir kompaniyasının davamıdır. «Amnesty International» bununla dil hüquqlarının bərpasını tələb etdikləri üçün həbs olunan fəalların azad edilməsini istəmişdi .

Bu son bəyanatda bildirilir ki, ötən il 21 fevral Ana Dili Günü nümayişləri ilə bağlı həbs olunan fəalların çoxu girov şərtiylə azad edilib. Lakin, Cəlil Qənilu heç bir ittiham irəli sürülmədən 6 aydır ağır şəraitdə saxlanılır. Belə ki, bu müddət ərzində o, dəfələrlə Zəncan şəhərinin ETTELAAT təcridxanasından Tehranın «Evin» zindanına aparılıb və davamlı olaraq istintaq və işgəncə altında saxlanılıb.

«Amnesty International» təşkilatının verdiyi məlumata görə, cənab Qənilu bu günə qədər bircə dəfə ailəsilə görüşə bilib. Ötən ilin sentyabrında məhbusla görüşən ailə üzvləri onun uzun müddət zorla yuxusuz saxlanıb, işgəncə altında 24 saat istintaq edildiyini bildirib. Daha sonra telefon təmaslarında Azərbaycan dilində danışan kimi xətt kəsilib və söhbət zamanı məhbusu göz altında saxlayan məmurlar yalnız farsca danışmasına imkan verib. Fəalın tibbi yardım tələblərinə rədd cavabı verilib, ailə üzvləri dəfələrlə təhdid edilib.

Bəyanat bildirir ki, Cəlil Qənilu 2007-ci il dekabrın 4-dən bəri «Evin» zindanının ETTELAAT nəzarətində olan 209-cu bölümündə saxlanılır.

Təşkilatın aldığı məlumata görə, məhbus fevralın 3-də ailəsilə telefon danışığında bildirib ki, onun bütün həbs müddəti təkadamlıq kamerada keçib. O, fiziki və mənəvi işgəncələr, ölüm təhdidləri, davamlı istintaqlardan sarsıldığını və artıq bu haqda danışmaqdan qorxmadığını söyləyib.

«Amnesty International» təbii ana dili hüququnun bərpasını tələb etdiyinə görə həbs edilən cənab Qənilunu vicdan dustağı hesab edir. Beynəlxalq insan hüquqları təşkilatı onun dərhal azad edilməsi tələb edir və bu haqda bir daha İranın dini rəhbəri Ayətullah Xamineyi, Təhlükəsizlik Nazirliyi, Ali Məhkəmə Sədri, ölkə prezidenti və parlamentinə müraciət edib.

yazilib گونئی سسی GuneySesi Fri 8 Feb 2008 saat 18:1 | link |

Əhərli hərəkatçılara hökm oxunub

Bir müddət öncə azadlığa buraxılmış Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri sulduzlu Mühəndis İbrahimi 40 qamçı ilə cəzalandırılıb.

Əhərli hərəkatçılar da mühakimə olunub.2006-cı ilin may hadisələrində iştirak edən milli fəalların işinə Şərqi Azərbaycanın 205 nömrəli məhkəməsində baxılıb. Hərəkatçılardan Kərim Kargər, Əvəz Həsənpur və daha dörd hərəkatçı iğtişaş yaratmağa cəhd, nizam əleyhinə fəaliyyətdə suçlandırılaraq qeyri-qanuni olaraq 6 ay həbs və 70 zərbə şallaq cəzası verilib. Siyasi fəallardan Rza Salmanzadə və Pərviz Qane isə 6 ay həbsə və 50 zərbə şallağa məhkum edilib. İğtişaş yaratmaqda suçlandırılaraq 2 il azadlıqdan Fərhad Heydərinin isə həbs müddəti azaldılıb. O, altı ay həbs və 74 zərbə şallaqla cəzalandırılıb.

yazilib گونئی سسی GuneySesi Fri 8 Feb 2008 saat 15:30 | link |

TƏBRİZDƏ 7 FƏALA HÖKM OXUNUB. ONLAR GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI İLƏ ƏLAQƏDƏ TƏQSİRLİ BİLİNİBLƏR

2008-02-07 - 20:04:00

Təbriz İnqilab Məhkəməsinin II şöbəsi 7 azərbaycanlı fəala hökm çıxarıb. Xosrov Derəxşi İzzətəli oğlu, Yusif Lütfhəqq Mahmud oğlu, Mehdi Əfşəri Qulaməli oğlu, Məmmədəli Cavadi Nəxşəli oğlu, Cavad Kənani Əliəkbər oğlu, Həsən Əsədi İsmayıl oğlu İran İslam Respublikasına müxalif qurum və təşkilatlara üzvlükdə, Tahir Məhdəvi Çənzıq oğlu isə hakimiyyət əleyhinə təbliğatda təqsirli bilinib. Məlumatı «Media forum» saytına Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzinin rəhbəri Sadiq İsabəyli verib.

Məlumata görə, hökmdə göstərilir ki, X.Derəxşi, Y.Lütfhəqq, M.Əfşəri, M.Cavadi və  C.Kənani H.Əsədi vasitəsilə Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) ilə əlaqə qurublar. Onlar GAİP-dən əldə etdikləri müxtəlif elan və bəyanatları T.Məhdəvi vasitəsilə çoxaldaraq yaymaqla məşğul olublar. Təbrizin Əbu-Reyhan körpüsünün üstündə Azərbaycan bayrağını asmaqla azərbaycanlıları cəlb etmək niyyətilə təhrikedici hərəkətlərə yol veriblər, şəhərin müxtəlif yerlərinə müxtəlif şüarlar yazılmış yapışqanlı kağızlar («nakleyka») yapışdırıblar.

Hökmdə o da qeyd olunur ki, ETTELAAT-ın Şərqi Azərbaycan vilayətindəki idarəsinin verdiyi raporta və ittiham olunan şəxslərdən bəzilərinin dediklərinə əsasən, bu şəxslər İran İslam Respublikasına müxalif olan GAİP-lə müxtəlif formada, həmçinin internet vasitəsilə əlaqədə olublar.

İttiham olunan şəxslərin vəkilləri onların bu partiyaya üzvlüklə bağlı hər hansı sənəd göndərmədiklərini desələr də, məhkəmə bildirib ki, ittiham olunan şəxslərə göndərilən elan və bəyanatlarda GAİP-in məqsədi aydındır və bu kimi təşkilatlara üzv olmaq üçün hər hansı sənədin və ya formanın doldurulması tələb edilmir. GAİP-lə əlaqələrin qurulması,  informasiya mübadiləsi və verilən göstərişlərin icrası onların bu təşkilata üzvlüklərini təsdiqləyir.

Təbriz İnqilab Məhkəməsinin II şöbəsinin hakimi Həmlbər əldə olunan dəlillərə istinad edərək İslam Cəza Qanununun 499 və 500-cü maddələri ilə X.Derəxşi, Y.Lütfhəqq, M.Əfşəri, M.Cavadi, C.Kənani, H.Əsədi və T.Məhdəvi həbsdə saxlandıqları müddət nəzərə alınmaqla 1 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda X.Derəxşi, C.Kənani və  T.Məhdəvinin gənc olduqlarını və peşmanlıqlarını nəzərə alaraq İslam Cəza Qanununun  25-ci maddəsinə əsasən, 1 illik həbs hökmünün 8 ayı 3 illik şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Əgər onlar bu müddət ərzində yenidən bu istiqamətdə fəaliyyətlərini bərpa etsələr, əvvəlki hökm qüvvəsində qalaraq icra olunacaq.

Müttəhimlər C.Kənani və H.Əsədi hökm oxunan zaman məhkəmədə olmadıqlarına görə 10 gün müddətinə məhkəməyə müraciət etməlidirlər. Müraciətdən sonrakı 20 gün müddətində isə onlar məhkəmənin çıxardığı hökmdən apellyasiya şikayəti verə bilərlər. Məhkəmədə iştirak edən müttəhimlər də çıxarılan hökmdən 20 gün müddətində Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinə müraciət edə bilərlər.

Haqlarında hökm çıxarılan milli fəallar hökmü ədalətsiz sayırlar və Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

yazilib گونئی سسی GuneySesi Thu 7 Feb 2008 saat 23:14 | link |

[Güney] Azerbaycan Siyasi Mahpuslarını Müdafaa Komitesi – A S M E K

Mayıs 2006 protestolarında Nagada’DA (Sulduz) yaralanan 12 kişiye para cezası verildi


İran devletinin resmi gazetesinde Azerbaycan Türklerine yapılan hakarete (Karikatür ve makale) protesto olarak gerçekleşen yürüyüşler sırasında 25 Mayıs 2006 tarihinde Nagada’da yaralanan 12 kişiye para cezası verildi.

Nagada Umumi Mahkemesi 101. Şubesi baylar 1-Mehdi AZİZZADE 2-Nasir CİHANGERD 3-Mahmud HACI MUHAMMEDİ 4-Ali Rıza MEHRAN 5-Kamran NOHE KHAN 6-Mehran NOHE KHAN 7-İrec MUHAMMEDİ 8-Hebib RAZAVİ 9-Yahya NOVRUZİ 10-Ali Rıza İBRAHİMZADE 11-Hüseyin MURADİ 12-Ali NURİ’yi, emniyet güçlerinin raporlarını ve ayrıca adı geçen şahısların sözü edilen protestolarda yaralanmasını da dikkate alarak, yasadışı eyleme katılma sureti ile umumi düzeni bozma konusunda suçlu bulmuş ve adı geçenlerin mahkûm edildiğini bildirmiştir. Söz konusu şahıslara kişi başına hapis cezasına bedel olarak 1 milyon Riyal ve kırbaç cezasına bedel olarak 500 bin Riyal para cezası verilmiştir. Yargıya tabi tutulan İrac TAGİPUR isimli bir vatandaş ise aklanmıştır.

Bu hüküm Nagada Umumi Mahkemesi 101. Şube başkanı yargıç MUHAMMETNEJAD tarafından verilmiştir.

Bu 13 kişinin hepsi 25 Mayıs 2006’da emniyet güçlerinin açtığı doğrudan ateş sonucu yaralanmış ve bu yaralanma olayı da mahkemede kanıt olarak kendi aleyhlerinde kullanılmıştır.

Bununla birlikte geçen haftaların içinde bazı Nagadali milli aktivistlerin, o cümleden Mühendis İbrahim MOİNİ, Ali HACI MUHAMMEDİ ve 25 Mayıs 2006’da açılan ateş sonucu kardeşi Tevhit AZERİYUN’u kaybeden Veli AZERİYUN’un kırbaç hükümleri infaz edilmiştir.

Mayıs 2007’den beri hapiste olan Mühendis Moini ancak 11 Şubat 2008 günü 40 adet kırbaç cezası aldıktan sonra serbest bırakılmıştır. Mühendis Moini 25 Mayıs 2006 protestolarında tutuklanmış 2 ay gözaltında kaldıktan sonra rehin karşılığında şartlı olarak tahliye edilmişti. Fakat kendisi Mayıs 2007 protestoların 1. Yıldönümü öncesinde tekrar tutuklanmış ve gözaltında kaldığı günlerin ihtisabıyla toplam 10 ay kesin hapis ve 40 kırbaç cezasına çarptırılmıştı.

Diğer Sulduzlu aktivist Ali HACI MUHAMMEDİ Kasım ayının sonlarında kırbaç cezası infaz edildikten sonra 4 ay kesin hapis cezasını geçirmek üzere Nagada hapishanesine gönderilmiştir.

Kardeşi “Tevhit AZERRİYUN”u 25 Mayıs 2006 tarihinde protesto sırasında kaybeden Veli AZERİYUN’un 20 adet kırbaç cezası 16 Ocak 2008 tarihinde infaz edilmiştir.

Bütün bunlarla bir zamanda 2006 protestoları sırasında Nagada’da canını yitirenlerin ailelerine İTTİLAAT (İstihbarat Bakanlığı) tarafında baskı uygulandığı bildirilmektedir. Alınan bilgilere göre bu aileler kaybettikleri aile ferdinin mezarı başına topluca gitmemeleri ve sadece 1.derece akrabaların mezar başına gidebileceği konusunda uyarılmışlar. Nagada’da yapılan protestoların emniyet güçleri tarafından bastırılması sırasında onlarca kişi canını yitirip veya yaralanmıştır. İran’ın devlet televizyon kanalı Tevhit AZERİYUN(25), Himmet İSİMZADE(35-evli), Hüseyin FETHİPUR(17- lise öğrencisi) ve Asker KASIMİ(39-evli) isimli 4 vatandaşın olaylar sırasında (25 Mayıs 2006 ) öldüğünü onaylamıştır.

Fertlerini kaybeden ailelerin, doğrudan ateş açtıkları gerekçesi ile polis, Devrim Muhafızları ve Besic (milis kuvvetler) aleyhinde açtıkları dava bu güne kadar dikkate alınmamıştır.

5 Şubat 2008
Azerbaycan Siyasi Mahpuslarını Müdafaa Komitesi ( A S M E K )
Sözcü: Ali Rıza Cevanbaht

quluncu@gmail.com

yazilib گونئی سسی GuneySesi Thu 7 Feb 2008 saat 4:33 | link |

[Güney] Azerbaycan Siyasi Mahpuslarını Müdafaa Komitesi – A S M E K

[İran’da] Din Adamları Özel Mahkemeleri bir Azerbaycanlı din adamını 1 yıl kesin hapis cezasına mahkûm etti

Azerbaycanlı milli aktivist, din adamı Hüccet Ül-İslam Abdülaziz AZİMİ KADİM, Kum kenti Din Adamları Özel Mahkemesi 2.şubesi tarafından 1 yıl kesin hapis cezasına mahkûm edildi. Hüküm 3 Şubat 2006 mahkemeye çağrılarak kendisine iblağ edilmiştir.

Verilen hükümde şu ifadeler yer almaktadır:
“Dosyanın içeriğinden, daha önce Din Adamları Özel Mahkemeleri 5.şubesinin 30 Mart 2005 tarihinde verdiği hükümle adı geçen şahsın 10 yıl süreyle din adamlığı elbisesi giymekten menedildiği ve 10 yıllık süre dolduktan sonra da ancak hükmü yürürlüğe sokan savcının isteği ve Din Adamları Özel Mahkemeleri’nin onayı ile tekrar din adamlığı elbisesi giyebileceğine mahkûm edildiği görülmektedir. Mahkûmun itirazı üzerine 20 Şubat 2006 tarihinde özel temyiz mahkemesine gönderilen hüküm aynen onaylanmış ve kesinleşmiştir. O ayrıca verilen hükme uymayarak din adamlığı elbisesi giymesi gerekçesiyle yargılanarak 91 gün hapis cezasına çarptırılmıştır. Bütün bunlarla birlikte mahkûm 20 Şubat 2007 tarihinde verilen hükme rağmen din adamlığı elbisesi giyinmiş olarak Kum şehri Özel Savuculuğuna müracaat etmiş ve yapılan soruşturmada mahkemenin hükmünü tanımadığını da açık şekilde ifade ve ısrar etmiştir…”

Din Adamları Özel Mahkemeleri Hüccet Ül-İslam Abdülaziz AZİMİ KADİM hakkındaki suçlamayı doğru bularak Din Adamları Özel Mahkemeleri Düzeltilmiş Kanunname’sinin 43. maddesi ve İslami Ceza Kanunu’nun 48. maddesine dayanarak kendisine 1 yıl kesin hapis cezası vermiştir.

Hüküm Kum kenti Din Adamları Özel Mahkemesi 2.şubesinin başkanı yargıç Hüseyin BAHRAMİ tarafından iblağ edilmiştir.


Hüccet Ül-İslam Abdülaziz AZİMİ KADİM geçen yıllarda defalarca tutuklanmış ve hapsedilmiştir. O cümleden, o 5 Ağustos 2005 tarihinde Tebriz’in Tuba Parkı’nda yer alan Milli Salar Bağır Han’ın mezarı üstünde yapılan Meşrutiyet Devrimi’nin yıl dönümü ağırlama töreninde tutuklanmış ve 3 ay gözaltında kaldıktan sonra rehin karşılığında şartlı olarak serbest bırakılmıştır. Azimi Kadim Tebriz kenti Din Adamları Özel Mahkemesi’nde yargılanarak bir yıl hapis, Azerbaycan illerinden 5 yıl sürgün ve “din adamlığı haysiyetine hakaret” suçundan 10 yıl süreyle din adamlığı elbisesi giyememek cezası almıştır. Mart 2006’da kendisi hapis cezasını geçirmek üzere Tebriz hapishanesine gönderilmiştir fakat 6 ay sonra şartlı af sureti ile tahliye edilmiştir.

Uluslar Arası Af Örgütü
24 Ağustos 2005, 4 Mayıs 2006 ve 27 Ekim 2006 tarihlerinde Hüccet Ül-İslam Abdülaziz AZİMİ KADİM hakkında 3 ayrı bildiri yayınlamıştır.


5 Şubat 2008
[Güney] Azerbaycan Siyasi Mahpuslarını Müdafaa Komitesi – A S M E K
Sözcü: Ali Rıza Cevanbaht

quluncu@gmail.com

yazilib گونئی سسی GuneySesi Thu 7 Feb 2008 saat 4:31 | link |

SƏİD MƏTİNPURUN AZADLIĞA BURAXILMASI ÜÇÜN 500 MİN DOLLARLIQ GİROV TƏLƏB OLUNUR

saidTehranın Evin həbsxanasının 209-cu korpusunda təkadamlıq kamerada saxlanan azərbaycanlı fəal Səid Mətinpurun azadlığa buraxılması üçün 500 min dollar həcmində mülkün girov qoyulması tələb edilir. «Media forum» saytının məlumatına görə, bunu S.Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiri deyib.

O, bu qədər pula uyğun mülkləri olmadığını vurğulayıb, eyni zamanda bildirib ki, Səidin işinin bu cür yeni mərhələyə keçməsi onun azadlığa buraxılacağına ümid yaradır.

Əcnəbilərlə əlaqə saxlamaqda günahlandırılan S.Mətinpur 9 ay əvvəl tutulub. O, 7 aydır Evin zindanında saxlanılır.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Wed 6 Feb 2008 saat 23:31 | link |

 Ruhani paltarına görə din xadimi həbs olunub

Ezimi Qedimİran Azərbaycanının tanınmış ruhani fəallarından Höccət-ül-İslam Əbdüləziz Əzimi Qədim ruhanilərlə məxsus inqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilib.

Məhkəmə qərarı fevralın 4-də verilib. Xəbəri «Savalan Səsi» saytı yayıb.

Hökmdə bildirilir ki, müttəhim 2 il əvvəl çıxarılmış hökmə riayət etmədiyinə görə cəzalandırılır. Belə ki, cənab Əzimi Qədim 10 il müddətinə ruhani paltarı geyməkdən məhrum edilmişdi. 

İndiyədək dəfələrdə cənab Əzimi Qədimdən ruhani paltarını atmaq tələb olunsa da, o, bu kimi qadağalara məhəl qoymayıb.

Əzimi Qədim İran Məşrutə İnqilabının ildönümü münasibətilə Təbrizdə İnqilab rəhbərlərindən Bağır Xanın abidəsi yaxınlığında keçirilmiş mərasimə qatıldığı üçün 2 il əvvəl həbs edilmişdi. Üç ay həbsdə saxlandıqdan sonra 1 il həbs, Azərbaycan əyalətlərindən ölkənin digər yerlərinə sürgün edilmə və 10 il müddətinə ruhani paltarından məhrum olunma cəzasına məhkum edilmişdi.

Əzimi Qədim 6 ay həbsdə saxlanıldıqdan sonra girov şərti ilə azadlığa buraxılmışdı.  

yazilib گونئی سسی GuneySesi Tue 5 Feb 2008 saat 21:6 | link |

ÜMUMİ Aİ Göstəricisi: MDE 13/019/2008

30 Yanvar 2008 

Verilmiş daha Bilgi: UA 137/07 MDE 13/068/2007, 7 İyun 2007 və onun ardınca (MDE

13/106/2007, 23 Avqust 2007) – Sağlamlıq üzrə qayğı/İşgəncə, pis-davranış/tibbi qayğı 

AlSəid Mətinpur quzey-batı şəhəri Zənganda 25 May 2007-də yaxalandı və Tehranın Evin həbsxanasının Bölmə 209-unda saxlanır. Yetgililər video-filmdə çəkilmək etiraf almaq çabası üçün ona işgəncə qıymışlar. 28 Avqust-da Təhlükəsizlik Naziriliyi onun qardaşı Əlirza Mətinpuru çağırıb və yaxaladılar və elə buda Evin həbsxanasına köçürüldü və sonra işgəncəyə məruz qaldı. Bu qardaşların rəsmi surətdə heç nə suç ilə təqsirlənməmələri bəllidir. 


>>>>>>
yazilib گونئی سسی GuneySesi Mon 4 Feb 2008 saat 13:41 | link |

ÜMUMİ Aİ Göstəricisi: MDE 13/015/2008

25 Yanvar 2008 

UA 21/08 İşgəncə/ /olası vicdan dustağı / tibbi qayğı 

Amnesyİrandakı Azərbaycandan olan Behruz Səfəri, indi bəlli olur ki, təqsirlənmədən və mühakimə olunmadan 2007-inci ildə May ayının sonlarından yaxud İyun ayının əvvəllərindən bəri tutuqlanmışdır. O vaxtlı ikən İrandakı Azərbaycan azlığının ana dili uğrunda daha geniş haqq üçün kampaniya aparmışdır. Onun həyat yoldaşı, Leyla Səfəri Avqust ayının 28-indən bəri tutuqlanmışdır. Hər ikisi də Tehranın Evin həbsxanasında saxlanmaqdadırlar elə bil ki, orada işgəncəyə məruz qalmışlar. Vəkilə müraciət haqqı hələ də onlara inkar edilmişdir.


>>>>>>
yazilib گونئی سسی GuneySesi Mon 4 Feb 2008 saat 13:33 | link |

Fəallar zindanda ağır işgəncələrə məruz qalır

Cümə, 1 fevral 2008 -Azadlıq Radiosu

AmnestyBeynəlxalq «Amnesty Internatio nal» təşkilatı yanvarın 25-i və 30-da Tehranın «Evin» həbsxanasında saxlanılan azərbaycanlı fəallar haqda iki təcili bəyanat yayıb.

25 yanvar tarixli ilk bəyanat 7 aydan çoxdur həbsdə saxlanılan Azərbaycan fəalı Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Heydəriyə aiddir.

Beynəlxalq İnsan Haqları təşkilatı ittihamsız həbs edilən bu iki məhbusun Tehranın «Evin» zindanında ağır işgəncələrə məruz qaldığını bildirir. Bəyanatda deyilir ki, onların bu günə qədər məhbus hüququ inkar edilib və vəkillə görüşmələrinə icazə verilməyib.

Bəhruz Səfəri 2006-cı il İranın Azərbaycan şəhərlərində baş qaldıran kütləvi etirazların ilk anım mərasimi zamanı Zəncan şəhərində həbs edilib. O, daha dekabrın 4-də «Evin» həbsxanasının ETTELAAT nəzarətində olan 209-cu bölməsinə köçürülüb.

Cənab Səfərinin həyat yoldaşı Leyla Səfəri (Heydəri) Azərbaycan dilində müxtəlif əsərlər və musiqi CD-ləri satan kitab dükanın sahibi olub.

2006-cı ilin etirazlarından sonra ona Azərbaycana aid kitab və CD-ləri dükandan yığışdırmasına dair hökm göndərilmişdi. Xanım Səfərinin hökmə riayət etməsinə baxmayaraq, ötən il avqustun 28-də həyat yoldaşı ilə görüş bəhanəsi ilə ETTELAAT-ın təcridxanasına çağırılmış və dərhal həbs edilmişdi. O da dekabrın 4-də «Evin» zindanına salınmış və bu günə qədər orada saxlanılır.

«Amnesty International» hər iki fəalın dərhal azad edilməsini tələb edir.

Yanvarın 31-də verilən ikinci bəyanat «Amnesty International» vicdan məhbusu elan etdiyi Səid Mətinpur və onun qardaşı Əlrıza Mətinpur haqdadır.

Təşkilat Səid Mətinpur haqda bundan öncə də iki təcili bəyanat vermiş, onun işgəncə təhlükəsində olduğunu bildirmişdi.

Hazırda «Evin» zindanının 209-cu bölməsində saxlanılan hər iki qardaşın ağır vəziyyətdə olduğu bildirilir.

Beynəlxalq insan hüquqları təşkilatı bu iki azərbaycanlı fəalın dərhal azad edilməsini tələb edir və bu haqda İranın dini rəhbəri Ayətullah Xamineyi, Təhlükəsizlik Nazirliyi, Ali Məhkəmə Sədri, ölkə prezidenti və parlamentinə müraciət edib.

yazilib گونئی سسی GuneySesi Fri 1 Feb 2008 saat 21:14 | link |

Uluslararasi Əfv Örgütü Səid Mətinpur və qardaşi Əlirza Mətinpur-un durumundan əndişə edir

said and elirezaUluslararasi Əfv Örgütü (Amnesti İnternational) tecili bəyanatında bu iki Azərbaycanli fəallın sağlıq və umumi durumlarından əndişə edib və onların işkəncə altında olmalarından xəbər verir.

Təcili bəyanati onda olan adreslərə göndərilməsin istəyən Uluslararasi Əfv Örgütü, mili fəalların bir an əvvəl özgür buraxılmaların tələb edir.

Yazını (İngiliscə) oxumaq üçün bu adresə gedin: Amnesti İnternational

yazilib گونئی سسی GuneySesi Thu 31 Jan 2008 saat 19:25 | link |

Uluslararasi Əfv Örgütü Behruz Səfəri və onun hayat yoldaşi Leyla Heydəri-nin durumundan əndişə edir

Behrouz and LeylaUluslararasi Əfv Örgütü (Amnesti İnternational) tecili bəyanatında bu iki Azərbaycanli fəallın sağlıq və umumi durumlarından əndişə edib və onların işkəncə altında olmalarından xəbər verir.

Təcili bəyanati onda olan adreslərə göndərilməsin istəyən Uluslararasi Əfv Örgütü, mili fəalların bir an əvvəl özgür buraxılmaların tələb edir.

Yazını (İngiliscə) oxumaq üçün bu adresə gedin: Amnesti İnternational

yazilib گونئی سسی GuneySesi Thu 31 Jan 2008 saat 15:56 | link |

Serab Hebs Xanasindan Milli fəal azadlığa buraxılıb!

Əli Şadini indi Təbriz həbsxanası gözləyir 


Real - xalqcebhesi

Ali ŞadiYanvarın 29-da Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Əli Şadi azadlığa buraxılıb.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) təmsilçisi Vahid Qarabağlının verdiyi məlumata görə, soydaşımızın altı aylıq həbs cəzasının bitməsinə yalnız on gün qalıbmış. Sadəcə, Əli Şadiyə İran Konstitusiyasında məhbusun cəzasının yarısın çəkdikdən sonra şərti olaraq sərbəst qalmasıyla bağlı nəzərdə tutulmuş müddəa tətbiq olunub. Qeyd edək ki, milli fəal 2006-cı ilin may hadisələrinə görə həbs olunmuş, bir müddət ağır işgəncələrə məruz qaldıqdan sonra 6 ay azadlıqdan məhrum edilmişdi. Bundan əlavə
, Əli Şadi 2007-ci ildə may hadisələrinin ildönümü ərəfəsində Təbriz şəhərində saxlanılıb və 91 gün həbs, 50 zərbə şallaq cəzasına məhkum edilib. Yəni Sərab həbsxasından yenicə çıxmış Əli Şadini indi Təbriz məhbəsi gözləyir.

yazilib گونئی سسی GuneySesi Wed 30 Jan 2008 saat 15:15 | link |

Abbas Lisaniyə xanımı ilə görüş verilib

Abbas LisaniBu gün İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaniyə saxlanıldığı Əhər həbsxanasında xanımı Ruqəyya Lisani ilə görüş verilib. R. Lisani APA-ya bildirib ki, həyat yoldaşı yarımzirzəmi vəziyyətində olan kamerada saxlanılsa da, səhhəti yaxşıdır. O, A. Lisaninin Təbrizdə Səttarxanın məzarı üzərində keçirilən aksiyaların təşkilində də ittiham edildiyini söyləyib: “Artıq iş Təbriz İnqilab Məhkəməsi tərəfindən icraata götürülüb. Lakin məhkəmənin vaxtı hələ müəyyənləşməyib”.

Qeyd edək ki, A. Lisani 2006-cı ilin iyununda həmin ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da isə A. Lisaninin cəza müddəti 1 il uzadılıb. O, yanvarın 2-də Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhər şəhərindəki həbsxanaya köçürülüb.

yazilib گونئی سسی GuneySesi Wed 30 Jan 2008 saat 15:13 | link |

İran Devleti Güney milli fəallar üçün,inanılmayan ağır vəsiqələr istəiyr!

Azerbaycanli feallarİran Devleti milli fəalla üçün ağıl almaz cəzalar kəsməgə başlaiyb! Üzün müddətli həbslər və ağır maddi cəzalar, sürgün etmək və iş ya təhsil qadağalari bu cəzalardan saiylir.

Güneydən gələn xəbərlərə görə, 5 Zənganli aktivist ki Evin həbsxanasının qorxun 209 bölməsində saxlanılırlar Tehranın şöbə 1 təhlukəsizlik məhkəməsinin rəisi Musəvi tərəfindən yarqılanıb və suçluanıblar.

Səid Mətinpur üçün 500,000,000 Tümən (532,975 Dollar), Əlirza Mətinpur üçün 120,000,000 Tümən (127,914 Dollar), Behruz Səfəri üçün 120,000,000 Tümən (127,914 Dollar), Leyla Heydəri üçün 80,000,000 Tümən (85,276 Dollar), Cəlil Ğənilu üçün 80,000,000 Tümən (85,276 Dollar) cəza kəsilibdir.

Məhbusların aiylələri bu hökmlərə etiraz edərək bildiriblər ki belənçi vəsiqələri devlətə sunmağ imkansızdır.

Aldığımız xəbərlərə görə, bu hökmləri oxuyan hakimə etiraz edən həmkarlari bu qazinin sərt təpkisilə qarşılaşıblar.

yazilib گونئی سسی GuneySesi Mon 28 Jan 2008 saat 21:43 | link |

Güney Azərbaycan milli fəalı siyasi məhbus Abbas Lisani başqa həbsxanaya sürgün edilə bilər

Abbas LisaniDAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən hal hazırda Əhər həbsxanasında saxlanılan Abbas Lisani hər gün həbsxana məmurları tərəfindən işgəncə və təzyiqlərə məruz qalmaqdadır. Abbas Lisaniyə yaxın mənbələrdən bildirilir ki, Əhər həbsxanasında çox pis şəraitdə saxlanılan Abbas Lisaniyə məzuniyyətə çıxmaq üçün vəkil tərəfindən olunan müraciətə məhəl qoymayan həbsxana rəhbərliyi hətta onu təhdid ediblər ki, artıq qalmaqal yaratsan səni İranın ən pis həbsxanalarına göndərərik. Ömürlük səni həbsxanalarda çürüdərik.

 Xatırladaq ki, Güney Azərbaycanın Milli Azadlıq Hərəkatında müqavimət simvolu kimi tanınan Abbas Lisani 3 ilə yaxındır ki, dəfələrlə İran Təhlükəsizlik Qüvvələri tərəfindən həbs edilib, ağır işgəncələrə məruz qalıb. Həbsxanalarda aclıq aksiyaları keçirib, işgəncə nəticəsində bədən əzaları sındırılıb. Ailəsinə və yaxınlarına maddi və mənəvi təzyiqlər göstərilib. Həyat yoldaşı Rüqəyya xanım təzyiq və təhdid olunaraq ağır xəstəliklərə düçar olub. Amma buna baxmayaraq Abbas Lisanin möhkəm iradəsi xalqına və millətinə sadiqliyi heç zaman azalmayıb, daha da möhkəmləşməyə doğru gedib.

Xatırladaq ki, hal hazırda Abbas Lisani qanunsuz olaraq bir il müddətinə Əhər həbsxanasına göndərilib.

yazilib گونئی سسی GuneySesi Sun 27 Jan 2008 saat 3:6 | link |

Azərbaycan dilinə İranda rəsmi status verilsin

Ana Diliİranın müxtəlif şəhərlərində yaşayan tanınmış azərbaycanlı alim, yazıçı, incəsənət xadimi, jurnalist və iş adamları yanvarın 24-də İran parlamenti Şuray-e İslamiyə göndərdikləri açıq məktubda Azərbaycan dilinin ölkə miqyasında rəsmi dil elan edilməsini tələb ediblər.

23 şəhərdən 287 nəfərin imza atdığı bu müraciətdə deyilir ki, «sabah çox gec ola bilər». Ziyalılar xəbərdarlıq edirlər ki, əks təqdirdə milli zəmində ixtilaflar dərinləşər və ölkə parçalana bilər.

Azərbaycanlı nümayəndələrinin İran parlamentinə ünvanladıqları müraciətdə deyilir:

«Bildiyiniz kimi ictimaiyyətimiz milli haqlara riayət edilməməsindən əzab çəkir. Əhali öz təbii hüququna çatmağa israr edir, bu istiqamətdə hər bir müsbət addımı atan şəxs xalqın rəğbətini qazanacaq.

...bu günə qədər azərbaycanlılar yüzlərlə məktub və müraciətlə ana dilinin təhsil ocaqları açılmasını, media və dövlət idarələrində bu dilin rəsmiləşməsini tələb ediblər. 1385-ci ilin Xurdad ayından bəri (2006-cı ilin may ayı) isə bu tələbat universitet və küçələrdə toplanan milyonlarla azərbaycanlının dilində daha yüksək səslə səslənib. İnsan haqlarının təməl prinsiplərinə əsaslanan bu tələb nəinki beynəlxalq və ölkə qanunlarına zidd deyil, hələ bu qanunların bütövlüklə yerinə yetirilməsi deməkdir.

...başqaları xalqımızın hüququnu müdafiə etməzdən əvvəl özümüz onları həyata keçirib, qorumalıyıq».

yazilib گونئی سسی GuneySesi Fri 25 Jan 2008 saat 14:43 | link |

Azərbaycan səsi radiosunun Faxte xanim ve Boyuk bey ilə musahibəsi

yazilib گونئی سسی GuneySesi Wed 23 Jan 2008 saat 16:20 | link |

GÜNEYLİ YAZIÇI-JURNALİST HƏBS və SÜRGÜN CƏZASINA MƏHKUM EDİLİB

ASMEKGüneyli yazıçı və jurnalist Həmid Arğış (Rüstəmi) Xoy Şəhər İnqilab Məhkəməsinin qərarı ilə 1 il şərti həbs cəzasına, 2 il isə Bicar şəhərinə sürgünə məhkum edilib. Azərbaycan Siyasi Məhbuslarının Hüquqlarını Müdafiə Komitəsindən (ASMEK) «Media forum» saytına verilən xəbərə görə, məhkəmə onun əsərlərinin nəşrinə də 3 il müddətinə qadağa qoyub.

H.Arğış Azərbaycan türkcəsində bir neçə kitabın, o cümlədən «Və sənin hekayələrin», «Qarlı Ərk» və «Hekayələr toplusu» adlı əsərlərin müəllifidir. Onun məqalələri «Ümidi-Zəncan», «Peyki-Azər», «Nəvidi-Azərbaycan», «Şəmsi-Təbriz», «Yaşıl yol», «Yarpaq» və digər qəzet və jurnallarda çap edilib.

H.Arğış 2006-cı il fevralın 21-də İranın Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən aksiya və tədbirlərdə iştirakına görə Xoy şəhərində ETTELAAT əməkdaşları tərəfindən həbs edilmişdi. Daha sonra onun mənzilində və iş yerində axtarış aparılmış, əlyazmaları, kompüteri və bir sıra kitabları müsadirə olunmuşdu.

yazilib گونئی سسی GuneySesi Wed 23 Jan 2008 saat 14:49 | link |

Səid Mətinpur ağır işgəncələrə məruz qalır

Saeed MetinpourDünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi BMT İnsan Haqları üzrə Ali Komissarlığı və "Amnesty İnternationala (Beynəlxalq Əfv Təşkilatı) Səid Mətinpurun son durumuyla bağlı müraciət ünvanlayıb. Sənəddə bildirilir ki, Güney Azərbaycan Milli Hərəkatının fəalı, tanınmış jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpurun təcili tibbi qayğıya ehtiyacı var. Hazırda Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan milli fəal ağır işgəncələrə məruz qalmaqdadır. İran yetgililəri bu yolla Səid Mətinpurdan yalançı etiraflar almağa çalışırlar. Bu baxımdan onun hüquqlarını qorumaq üçün təcili tədbirlərə zərurət var. Ona görə də beynəlxalq insan haqları təşkilatları kampaniyanı gücləndirməlidirlər.
(Real)

yazilib گونئی سسی GuneySesi Wed 23 Jan 2008 saat 14:46 | link |
 
offshore