Ərbədilli hərəkatçılardan xəbər yoxdur
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə həbs olunan Güney Azərbaycanın milli fəalları Rəhim Qulami - jurnalist, Ərdəşir Kərimi – tələbə, Vədud Səadəti və Behruz Əlizadə mili fəallar bir həftə öncə İran Təhlükəsizlik Qüvvələri tərəfindən həbs edilərək Ərdəbil ETTELAAT-nın təcridxanasında saxlanılırlar.
Məhbusların ailələri bildirirlər ki, bu günə qədər onların durumundan heç bir məlumat verilmədiyinə görə ciddi nigarançılıq keçirirlər.
Məlumatlara görə hal hazırda ETTELAAT-ın təcridxanasında saxlanılan soydaşlarımız ağır işgəncələrə məruz qalaraq fiziki və ruhi işgəncələr nəticəsində ağır durumdadırlar. Güney daxilində fəaliyyət göstərən İnsan Haqları komitələri son günlərdə 20-dən artıq milli fəal həbs edilərək ETTELAAT orqanlarında işgəncələrə məruz qalmaqdadırlar. Onlarla görüşmək imkanı olmadığından adları açıqlanmır.
Ərdəbil həbsxanasından alınan məlumata əsasən milli hərəkat fəalı 22 yaşlı Ərdəbil Universitet tələbəsi Vəhid Radimehr hal hazırda bir həftə öncədən Ərdəbil həbsxanasının 7-ci bəndində saxlanılır.
Güney Azərbaycanlı tələbə milli fikrinə görə məktəbdən qovuldu
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Əhər sakini, orta məktəb şagirdi İbrahim Nuri milli haqlarını müdafiə etdiyinə görə məktəb direktoru tərəfindən dərslərdən məhrum edildi.
Məktəb direktoru Cəmşid Zali rəhbərlik etdiyi Şəhid Müdərris orta məktəbinin şagirdi olan İbrahim Nurini tələblər arasında türküçülüyü və milli haqlarını yaymaqda və təbliğ etməkdə ittiham edərək məktəbdən qovub.
Ibrahim Nuri dəfələrlə təhlükəsizlik məmurları tərəfindən həbs edilərək işgəncə və təzyiqlərə məruz qalıb. Bundan öncə orta məktəb şagirdi Məmmədrza Əvzəpurda Təbriz şəhərində “Haray haray – mən Türkəm” şüarını yazdığına görə ETTELAAT tərəfindən həbs edilib, işgəncələrdən sonra Təbriz həbsxanasına yerləşdirilib.
“Bulud” dərgisinin nəşrinə qadağa qoyulub
DAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən Soyuqbulaq Universitetində tələbələrin nəşr etdiyi “Bulud” dərgisinin 7-ci sayından sonra fars şovinist qulluqçuları 17 aydır 8-ci sayının nəşr olunmasına mane yaradırlar.
Dərginin baş redaktoru Həmid Qurbanəlizadə bildirib ki, Soyuqbulaq (Mahabad) Universitetinin nəşrləri üzrə və Xamneyinin Universitetdəki nümayəndəsi molla Rayi özbaşına olaraq neçə aydır ki, bu tələbə dərgisinin nəşr olunmasına mane olur. Bir halda ki, İran qanunlarında göstərilir ki, universitet daxili tələbələrin nəşr etdiyi dərgilərin mətnini heç bir dövlət məmuru və ya nümayəndəsi nəzarətdən keçirməməli və həmin dərgilər tələbələr tərəfindən nəşr olunmağına icazə verilməlidir.
Bir halda ki, “Bulud” dərgisinin 8-ci sayı 7 ay bundan öncədə hazırdır, lakin molla paltarını geymiş fars şovinistlərinin əlaaltısı olan Rayi dərgisini senzuradan keçirmək məqsədilə onun nəşrinə maneçilik yaradır. Dərginin nəşrinə qadağa qoyulub.
Xatırladaq ki, “Bulud” dərgisi Güney Azərbaycan türklərini mədəniyyətini, ədəbiyyatını və tarixi şəxsiyyətlərini əks etdirən məqalələrdən ibarət olur.
Milli hərəkat fəalı Əskər Əkbərzadə həbs cəzasını başa vurdu
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən neçə ay öncə ETTELAAT tərfindən həbs olunan və ağır işgəncələrə məruz qalan Əskər Əkbərzadə dəfələrlə Ərdəbil həbsxanasından ETTELAAT idarəsinə aparılaraq işgəncələrə məruz qoyulmuş və 5 gün müddətinə aclıq aksiyası keçirmişdir.
Keçən il Ərdəbil İnqilab məhkəməsi Əskər Əkbərzadənin hakimiyyət əleyhinə mübarizə və türkçülüklə bağlı Beynəlxalq Ana dili günləri ərəfələrində Azərbaycan türklərini aksiya keçirməyə dəvət etdiyinə görə həbs edilmişdir.
Əskər Əkbərzadə Ərdəbil Universitetinin kimya fakültəsinin tələbəsidir.
Xatırladaq ki, Əskər Əkbərzadə may hadisələri zamanı da həbs edilmiş, ağır işgəncələrə məruz qaldıqdan sonra 700 dollar dəyərində cərimə olaraq müvəqqəti azadlığa buraxılmış, Beynəlxalq Əfv təşkilatı Əskər Əkbərzadəni vicdan məhbusu hesab edərək İran hakimiyyətinə onunla bağlı 2 bəyanat göndərmişdir.
Əskər Əkbərzadə 4 ay həbs cəzasını bitirdikdən sonra 16 Aprel 2008-ci il tarixində azadlığa buraxılıb.
Güney Azərbaycanda may hadisələrinin ildönümü yaxınlaşdıqca İran Təhlükəsizlik orqanları fəallaşıb
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən may hadisələrinin ildönümü yaxınlaşdıqca İran Təhlükəsizlik Qüvvələri, xüsusi polis bölmələri aktivləşiblər.
Belə ki, hər il olduğu kimi bu ildə Güney Azərbaycanın əksər şəhərlərində may hadisələrinin il dönümünü Güney Azərbaycan milli hərəkat fəalları keçirmək qərarına gəliblər. Bundan xəbər tutan faşist molla hakimiyyətinin məmurları bir əvvəldən bu tədbrilərin qarşısnı almaq üçün Güney Azərbaycan ərazilərində həbslərə, təzyiqlərə, təhdidlərə başlayıb. Azərbaycanın əksər şəhərlərində milli fəallara, jurnalistlərə təzyiqləri gücləndirib. Çoxlu sayda İranın başqa bölgələrinə də qeyri-türk xüsusi təyinatlı məmurlar göndərib.
Son günlərdə Ərdəbildə,Urmiyədə, Təbrizdə, Zəncanda və başqa şəhərlərdə milli fəallar və jurnalistləri min bir bəhanə ilə həbs edərək fiziki və ruhi işgəncələrə məruz qoyurlar. Buna baxmayaraq Güney Azərbaycanın milli fəalları öz fəaliyyətini davam etdirir və hər günün hadisələrini beynəlxalq İnsan Haqları təşkilatlarına məlumat verir. Xaricdə fəaliyyət göstərən Güneylə bağlı təşkilatlarda bu istiqamətdə öz işlərini görməkdədirlər.
"GÜNEY AZƏRBAYCANDA İNSAN HAQLARI PROBLEMİ GÜNDƏMİN MÖVZUSUNA ÇEVRİLİB"
"Öyrənci"nin Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının sədri Faxtə Zamani ilə müsahibəsi
"Azərbaycan Milli Hərəkatı beynəlxalq səviyyədə tanınmaqdadır"
>>>>>>
Vəhid Bəhadori pantürkizmdə suçlanaraq həbs olundu
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Vəhid Bəhadori tutuqlanıb.
Urmiyada yaşayan millətçi fevralda keçirilən ana dili aksiyasında nizamın əleyhinə fəaliyyət göstərməkdə suçlu bilinərək həbs edilmiş və barəsində 7 aylıq həbs cəzası kəsilmişdi.
"OLAYLAR"a daxil olan məlumata görə, ailəsi onun üçün kəsilmiş 42 min dollarlıq girovu tapıb verə bilmədiyi üçün hərəkatçı həbsdən çıxa bilməmişdi. Qeyd edək ki, hərəkatçı may hadisələri zamanı da həbs olunmuşdu, 6 ay həbsdə qalmış, 11 min dollarlıq girovla buraxılmışdı. Hazırda Vəhid Bəhadili Urmiyə türməsinin 13 saylı şöbəsində saxlanılır.
ƏRDƏBİLDƏ DAHA İKİ FƏAL HƏBS OLUNUB
Ərdəbildə daha iki fəal - 20 yaşlı Behruz Əlizadə və 31 yaşlı Vədud Səadəti həbs olunub. «Media forum» saytının məlumatına görə, onları aprelin 10-da ETTELAAT əməkdaşları tutub. Həbsdən əvvəl onların mənzillərində axtarış aparıldığı, bir sıra şəxsi əşyalarının müsadirə edildiyi də bildirilir.
Hər iki məhbusun bundan əvvəl apardığı fəaliyyətlərə görə bir neçə dəfə tutulduğu, bir müddət həbsdə saxlandıqdan sonra mülk girovu müqabilində azadlığa buraxıldığı vurğulanır. Ərdəbilli fəalların son durumu və harada saxlandıqları barədə hər hansı məlumat yayılmayıb.
12 saatlıq dindirilmədən sonra Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani sərbəst buraxılıb
Ardabilden savalan sesi xəbər saytına verilen melumata gore, Ardabil Ettelatinda 12 saatlıq dindirilmədən sonra “məşhur İran Azərbaycanlı insan hüquqları aktivisti Abbas Lisaninin həyat yoldaşı” Rugeyye Alizadeh, azadliğa buraxılıb.
Qeyd edək ki, dünən gecə saat 01.30 radələrində İranın xüsusi xidmət orqanlarının (ETTELAAT) əməkdaşları R. Lisaninin evində axtarış apararaq, onun kompüterini müsadirə edərək, özünü həbs etmişdirlər.
son günlərdə İran ETTELAAT məmurları Abbas Lisanin ailəsini hədələyərək bildirmişdi ki, Abbas Lisani haqqında hər hansı bir informasiyanı yayilarsa aile ozvlerini ve onun heyat yoldaşi hebs ediləcək.
Rugeyye Lisani, Abbas Lisaninin həyat yoldaşı həbs edilib
Xanım Rugeyye Lisani, məşhur İran Azərbaycanlı insan hüquqları aktivisti Abbas Lisaninin həyat yoldaşı həbs edilib
İran gizli polisi (Ettelaat) 12 apreldə, gece1.30 saatlarında Abbas Lisaninin evinə gələrək hər hansı qərarı təqdim etmədən , Xanım Rugeyye Lisanini 3 uşaqinin gözü qabağında tutub naməlum istiqamətə aparıblar.
onlarin kompüter,ve bir SD-ləri və bir çox şexsi eşyalarida müsadirə olunub.
Ettelaat məmurları (zabitləri) verilən məlumata görə axtarış və Xanım Lisaninin həbsi ərzində goc qüvvəsi tətbiq etmişler.
Xanım Lisani hebsde olan heyat yoldaşinin işgəncələr haqqında məlumat vermək üçün keçen gunlerde ettelat terefinden həbsle hedelenmiş ve həbs təhlükə altındaidir.
Cənab Lisani İranın Yezd əyaləti həbsxanasinda hebs müddətinə keçirdir .Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin 2003-cü və 2004-cü ildə Babekin qalasinda iclası təşkilatı ettahami ile cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb.
Xanım Lisani 12 yaşli qızı Sevdanın və 10 - 9 yaşinda olan Atilla və Oxtayin anasıdır .
Güneydə daha 3 fəal saxlanılıb
İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın 3 fəalı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə güneyli jurnalist Səid Muğanlı məlumat verib. O bildirib ki, jurnalist Rəhim Qulami, Ərdəşir Kərimi və Mehdi Kiyami aprelin 10-da Ərdəbildə saxlanılıblar.
Hər üç şəxs İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın həbsdəki fəallarından biri olan Abbas Lisaninin müdafiəsi üçün imzatoplama kampaniyasında iştirakda ittiham olunurlar. Bir neçə ay öncə həmin şəxslər A. Lisaninin saxlanıldığı Ərdəbil həbsxananın qarşısında da aksiya keçirməyə cəhd ediblər./APA
Bu ideya hər bir Azərbaycan türkünün ali istəyidir. Bu gün dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan türkü bu düşüncələrlə yaşayır, mübarizə aparır.
Bu günlərdə məhz Güney Azərbaycanın istiqlalı duyğuları ilə yaşayan Danimarkada fəaliyyət göstərən “Güney Azərbaycan İnsan Haqları” təşkilatının rəhbəri və sözcüsü Şahin Ustaclı ilə bu barədə fikirlərimizi bölüşdük.
>>>>>>
ƏRDƏBİLLİ JURNALİST HƏBS EDİLİB
2008-04-11 - 17:51:00
Ərdəbilli jurnalist Rəhim Qulamı həbs edilib. ETTELAAT əməkdaşları aprelin 10-da günorta çağı onun yaşadığı mənzilə gələrək hər hansı qərarı təqdim etmədən jurnalisti ailə üzvlərinin gözü qabağında tutub naməlum istiqamətə aparıblar. Qulaminin kompüter, əlyazma və SD-ləri də müsadirə olunub.
«Media forum» saytı xəbər verir ki, R.Qulami «Yaşıl Muğan», «Mehri-Ərdəbil», «Araz», «Füruqi-Azərbaycan» və «Yarpaq» dərgiləri ilə əməkdaşlıq edib, bu nəşrlərdə onun bir çox yazıları işıq üzü görüb.
R.Qulami İran mətbuatında dərc edilmiş, azərbaycanlıları təhqir edən karikaturaya etiraz olaraq 2006-cı ilin mayında keçirilən və iğtişaşla nəticələnən aksiyalara qatıldığı üçün bir müddət həbsdə saxlanmış, sonra cərimələnərək sərbəst buraxılmışdı.
Qulaminin son vəziyyəti barədə hər hansı məlumat yoxdur.
Bir ay öncə həbs olunan Güney Azrbaycan milli hərəkat fəalı Vəhid Bahariyə heç bir hökm oxunmayır
DAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən Güney Azərbaycan milli hərəkat fəalı 23 yaşlı Vəhid Bahari 1 ay öncə Urmiyə şəhərində faşist molla hakimiyyyəti məmurları tərəfindən həbs edilərək neçə gün ağır işgəncələrə məruz qaldıqdan sonra Urmiyənin mərkəzi həbsxanasına yerləşdirilib.
Bu günə qədər heç bir məhkəmə tərəfindən hökm almayan Vəhid Bahari qanunsuz olaraq Urmiyə həbsxanasında saxlanılır, işəgncə və təzyiqlərə məruz qalır.
Vəhid Baharinin ailəsindən alınan məlumata əsasən bu günə qədər heç bir görüş və əlaqə yaratmaq mümkün olmayıb. Onun vəziyyətindən nigaran olan Vəhid Baharinin ailəsi bütün orqanlara müraciət etməklərinə baxmayaraq heç bir nəticə ala bilmədiklərini bəyan ediblər.
Xatırladaq ki, Vəhid Bahari evlərindən həbs olunarkən ETTELAAT məmurları Vəhid Bahariyə məxsus olan şəxsi əşyaları kitablar, CD-lər, komputer və başqa əşyaları da özlərilə aparıblar. Vəhid Bahari may hadisələrinin ildönümü zamanında həbs olunmuş 20 gün müddətinə təknəfərlik kamerada ağır işgəncələrə məruz qoyulmuş sonra azadlığa buraxılmışdır. Urmiyə məhkəməsinə aparılaraq ona qarşı ittihamlar irəli sürülmüş hakimiyyət əleyhinə mübarizə İranın ərazi bütövlüyünü parçalama, Güney Azərbaycan İstiqlal Partiyası ilə əməkdaşlıqda ittiham olunaraq 6 ay həbsə məhkum edilmişdir.
Apelyasiya məhkəməsi tərəfindən işə yenidən baxılmış 6 ay həbs cəzası 2 il şərti həbs cəzası ilə əvəz edilmişdir. Lakin buna baxmayaraq İran təhlükəsizlik qüvvələri 1 ay öncə Vəhid Baharini yenidən həbs etmişlər.
Güney Azərbaycan milli hərəkat fəalı Hadi Həmidi Şəfəq narkomanlar kamerasına yerləşdirildi
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən dünən 9 aprel 2008-ci il tarixində Güney Azərbaycanın milli hərəkatının fəalı Hadi Həmidi Şəfiq həbsxana rəisinin göstərişilə təknəfərlik kameradan çıxarılaraq narkomanlar və qatillər kamerasına yerləşdirilib.
Həbsxana rəisi Hadini hədələyərək və təhqir edərək bildirib ki, – “bu tezlikdə səni azadlığa buraxmaq fikrimiz yoxdur. Sən hələ çox buralarda olacaqsan”.
Narkomanlar kamerasına yerləşdirilməsinə etiraz edən siyasi məhbus Hadi Həmidi Şəfiq təknəfərlik kamerada qalmağına üstünlük verdiyini, amma narkomanlar və qatillər kamerasında qalmağa razı olmadığını bəyan edib. Lakin həbsxana rəisi onun etirazını qəbul etməyib, ona ağır söyüşlərlə təhqir edərək həmin kamerada qalacağını bildirib.
MİLLİ HƏRƏKATIN AĞIRLIQ MƏRKƏZİ GÜNEYDƏDİR
Mütəxəssis deyir ki, Güneydəki hərəkat gücləndikcə dünya ona daha çox hörmət edəcək. Artıq Güney Azərbaycandakı son hadisələrdən sonra bir çox dövlətlərdə Güneyi araşdırma mərkəzləri yaradılıb.
Müsahibimiz Gülarə Yenisey Türkiyədə ali təhsil aldıqdan sonra geosiyasət üzrə doktorluğunu da qardaş ölkədə müdafiə edib. Onunla Orta Şərq, eyni zamanda Güney Azərbaycana dair məsələlər ətrafında söhbət etdik...
>>>>>>
Abbas Lisaninin məhkəməsi olub
Bakı.Ramil Məmmədli-APA.
İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisanin məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib.
R. Əlizadə deyib ki, A. Lisani 2005-ci ildə Səttarxanın və Bağırxanın məzarı üzərində keçirilən mitinqdə İran hökuməti əleyhinə fikirlər söyləməkdə ittiham olunub. Təbriz İnqilab Məhkəməsində dünən keçirilən məhkəmə iclasında A. Lisani 50 min İran tüməni (60 ABŞ dolları) məbləğində cərimə olunub.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb.
Güney Azərbaycanın Ərdəbil vilayətinin müəllimləri iki gündür dərslərə getmirlər
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Ərdəbil vilayətində dərs deyən bütün müəllimlər iqtisadi vəziyyət və bahalığa etiraz olaraq iki gündür siniflərə getmirlər. Müəllimlər məvaciblərinin az olduğunu və heç bir kompensasiyaların onlara şamil olmadığını səbəb gətirərək dərsləri tətil ediblər və bəyan ediblər ki, Ərdəbil təhsil idarəsinin rəisi istefa verməyənə qədər və bütün tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklər.
Bu aksiyaların Güney Azərbaycanın başqa vilayətlərində də keçirilməsi gözlənilir.
Iranda ümumilikdə iqtiasdi vəziyyətin çətinləşməsi bahalıq həddindən artıq bütün ərzaqlar və başqa məişət avadanlıqlarının bahalaşması işçilərin etirazlarına səbəb olmaqdadır.
AZƏRBAYCAN SİYASİ MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ GÜNEYLİ FƏALLARIN SON DURUMU BARƏDƏ YENİ HESABAT YAY
AZƏRBAYCAN SİYASİ MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ GÜNEYLİ FƏALLARIN SON DURUMU BARƏDƏ YENİ HESABAT YAYIB
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) Güney Azərbaycan siyasi və təriqət məhbuslarının son durumu barədə məlumat yayıb.
«Media forum» saytı ASMEK-ə istinadla xəbər verir ki, dörd ildir Urmiyanın mərkəzi zindanında saxlanan Qoşaçay şəhərinin Üçtəpə kəndinin «Atəş bəyi» təriqətinin üzvləri Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Mehdi Qasımzadə aclıq aksiyasına başlayıblar. Aclığa başladıqdan sonra məhbusların təkadamlıq kameralara aparıldığı, onların səhhətinin son dərəcə ağır olduğu bildirilir.
Bu dörd nəfər 4 il əvvəl hökumət qüvvələri ilə «Əhli-həqq» təriqətinin üzvləri arasında baş vermiş silahlı qarşıdurmadan sonra həbs edilib. Onlar ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq edama məhkum olunublar.
Təbriz Universitetinin hüquq fakültəsinin iki tələbəsi Hüseyn Yusifi və Qəfur Həbibpurun da milli təhlükəsizliyə qarşı çıxmaqda günahlandırılaraq həbsə məhkum edildiyi bildirilir. Onlar İran mətbuatında dərc edilmiş, azərbaycanlıları təhqir edən karikaturaya etiraz olaraq 2006-cı ilin mayında keçirilən və iğtişaşla nəticələnən aksiyaların ildönümü münasibətilə reallaşdırılan aksiyalara qatıldıqları üçün tutulmuş, bir müddət sonra mülk girovu müqabilində sərbəst buraxılmışdılar.
ASMEK-in məlumatında o da vurğulanır ki, bir ay əvvəl Ərdəbildə tutulan Rəhim Gülabi, Cəfər Təqəvi, Cəfər Müəzzin və Tövhid (?) adlı dörd milli fəalın hər biri 10 milyon tümənlik (təxminən 10 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb. Onların ETTELAAT həbsxanasında psixi və fiziki işgəncələrə məruz qaldığı vurğulanır.
Məlumatda həmçinin bildirilir ki, ötən ay Əhər zindanından İranın Yəzd şəhərindəki həbsxanaya aparılan tanınmış fəal Abbas Lisani 15 günlük aclıq aksiyasına son qoyub. Lisani aclığı müxtəlif ölkələrdə fəaliyyət göstərən güneyli hüquq müdafiəçilərinin müraciətindən sonra dayandırıb.
Iran ETTELAAT məmurları Abbas Lisaninin ailəsini hədələyir
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə İran ETTELAAT məmurları Abbas Lisanin ailəsini hədələyərək bildirib ki, Abbas Lisani haqqında hər hansı bir informasiyanı yayarsa həsb ediləcək.
Abbas Lisanin həyat yoldaşı Rüqəyya xanımın atası və qardaşını da eyni təhdidlə xəbərdarlıq ediblər. Neçə gün öncə Abbas Lisaninin ailəsi Azərbaycandan 1000 km uzaqda yerləşən Yəzd həbsxanasına müraciət edərək Abbas bəylə görüş keçirmək istəyib. Səhər saat 8-dən, günorta saat 1-ə qədər görüşməyə icazə verilməyib.
Nəhayət 15 dəqiqəlik onunla yalnız şüşə arxasından qısa müddətli görüşə biliblər. Abbas Lisanin yanında 2 həbsxana məmuru və 2 təhlükəsizlik məmuru da qısa müddətli şörüş zamanı onların yanında olublar. Abbas Lisaninin səhhətilə bağlı hər hansı bir informasiya almaq mümkün olmayıb.
Son həftələrdə İran Təhlükəsizlik Nazirliyi tərəfindən göstəriş verilib ki, siyasi məhbuslar doğma şəhərlərində yox, başqa-başqa uzaq şəhərlərdə pis şəraitdə saxlanılmalıdırlar. O məhbuslardan biri Güney Azərbaycan Milli Azadlıq Hərəkatının müqavimət simvolu Abbas Lisani və başqa məhbsular, Haşım Şahinya Bəndərabbas həbsxanasına, Şəhla Zərrinfər Gohərdaş həbsxanasına, Şirməhəmməd Rzayi Saleh Kuhandel, Əsxər və Həmid Binazadə siyasi məhbsulardandırlar ki, Kərəcin dəhşətli Qohərdaş həbsxanasına sürgün ediliblər.
Təknəfərlik kameralarda saxlanılan siyasi məhbuslar təhlükəli vəziyyətdədirlər.
ABBAS LİSANİYƏ AİLƏSİ İLƏ CƏMİ 15 DƏQİQƏ GÖRÜŞ İMKANI VERİLİB
Güneydən «Media forum»a verilən məlumata görə, martın 26-da siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı və iki uşağı onunla görüşmək üçün Yəzd şəhərinin zindanına gediblər. Zindan rəsmiləri ilə uzun danışıqlardan sonra ailəyə cəmi 15 dəqiqəlik görüş verilib. Ərdəbilli fəalın ailəsi ilə görüşü iki zindan məmurunun hüzurunda mümkün olub.
Ailəsinin güney mənbələrinə bildirdiyinə görə, milli fəal Yəzd həbsxanasına aparıldıqdan sonra son dərəcə arıqlayıb. Onun ən azı 10 kilo çəki itirdiyi bildirlir. Yəzd həbsxanasında narkomanlar və cinayətkarlarla eyni kamerada saxlanan A.Lisani hazırda mədə ağrısından əziyyət çəkir.
2006-cı ildə həbs olunan A.Lisanini martın 4-də ETTELAAT əməkdaşları saxlandığı Əhər zindanından çıxararaq Yəzd həbsxanasına aparıblar.
TÜRKİYƏDƏ AZƏRBAYCANLI MƏHBUSU MÜDAFİƏ AKSİYASI KEÇİRİLİB
Martın 30-da Ankarada güney azərbaycanlı fəal Abbas Lisaninin müdafiəsi məqsədilə aksiya keçirilib.
«Media forum» saytı «Savalanın səsi» saytına istinadla xəbər verir ki, aksiya Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinin təşəbbüsü ilə BMT-nin Ankaradakı ofisi qarşısında baş tutub.
Ankarada təhsil alan güneyli tələbələrin də qatıldığı piketdə hazırda İranın Yəzd şəhərindəki zindanda saxlanan A.Lisaninin dərhal azadlığa buraxılması və ona beynəlxalq dəstək verilməsi tələb olunub.
Təxminən 40 nəfərin iştirak etdiyi aksiya iki saat davam edib.
2006-cı ildən Ərdəbil və Əhər zindanlarında saxlanan A.Lisani 2008-ci il martın 4-də İranın mərkəzində yerləşən Yəzd həbsxanasına köçürülüb.
A.Lisani İranda dövlətə qarşı təbliğat aparmaqda, asayişi pozmaqda və insanları buna təhrik etməkdə təqsirli bilinərək həbs olunub.
>>>>>>
KANADA PAYTAXTINDA İRAN-FARS ŞOVİNİZMİ və ERMƏNİ TƏCAVÜZÜ ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB
Martın 30-da Kanada paytaxtı Ottavada Güney Azərbaycan siyasi məhbuslarının azadlığı tələbiylə piketi keçirilib. İran-fars şovinizminin hədəfə alındığı aksiyada Kanadada yaşayan azərbaycanlılarla yanaşı türkmən diasporunun nümayəndələri də fəal iştirak edib.
Aksiyanın iştirakçısı olan soydaşımız Saleh İldırım «Media forum» saytına bildirib ki, piketdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ilə bağlı da etiraz şüarları səsləndirlib.
>>>>>>
Abbas Lisani aclığı dayandırıb
İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani aclıq aksiyasını dayandırıb. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib.
R. Əlizadə deyib ki, A. Lisani bir qrup azərbaycanlı ziyalının müraciəti əsasında aclığı dayandırmaq haqda qərar verib. Onun sözlərinə görə, Yəzd şəhər həbsxanasında saxlanma şəraitindən narazı olan A. Lisani Əhərdəki cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir. İran ədliyyə qurumunun fəaliyyətindən narazılığını bildirən R. Əlizadə aprelin 7-də A. Lisaninin işi ilə bağlı keçiriləcək növbəti məhkəmə prosesində ədalətli qərarın qəbul olunacağına ümid etmədiyini də söyləyib: “Abbas Lisani cinayətkarlarla bir bölmədə saxlanılır və həbsxana nəzarətçiləri tərəfindən mütəmadi təzyiqlərə məruz qalır”.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. A. Lisani, həmçinin İran dövləti əleyhinə fikirlər söyləməkdə də ittiham olunub. Bu işlə bağlı məhkəmə iclası isə aprelin 7-də Təbriz İnqilab Məhkəməsində keçiriləcək.
Daha iki Güneyli milli fəal 6 ay həbsə məhkum olundu
DAK informasiya mərkəzinə Təbrizdən daxil olan məlumata əsasən may hadisələrinin il dönümündə həbs olunan və ağır işgəncələrə məruz qaldıqdan sonra müvəqqəti azadlığa buraxılan Təbriz Universitetinin hüquq fakültəsinin tələbələri Hüseyun Yusifi və Qəfur Həbibpur Təbriz İnqilab məhkəməsi ikinci şöbə rəisi hakim Həmlər tərəfindən soydaşlarımız hakimiyyət əleyhinə təbliğ pantürkist təfəkkürünü yaymaq və İran ərazi bütövlüyünü parçalamaq ittihamı ilə Hüseyn Yusifi, Qəfur Həbibpur 6 ay həbsə məhkum ediliblər.
Guney Azərbaycanın bir qrup alimin və insan hüquqları müdafiəçisinin "Etnologiya" Beynəlxalq Dilçili
Guney Azərbaycanın bir qrup alimin və insan hüquqları müdafiəçisinin "Etnologiya" Beynəlxalq Dilçilik Mərkəzine Açiq MƏktubu
"Etnologiya"nın redaktoru
cənab Raymond G. Qordona
(Beynəlxalq Dilçilik Mərkəzi
7500 West Camp Wisdom Road
Dallas, Texas 75236 ABŞ)
>>>>>>
Cənubi azərbaycanlılar Londonda dinc aksiya keçirib
Böyük Britaniya, London, / TrendNews müxbir G. Əhmədova/ London şəhərində, BBC binası (Bush House) qarşısında Londonda yaşayan cənubi azərbaycanlılar mitinq keçirib. Mitinq iştirakçılarının əsas tələbi hazırda Yezz əyalətinin həbsxanalarından birində saxlanılan, milli hərakatın tanınmış aktivisti Abbas Lisaninin azad olunması olub.
Londonda soyuq hava şəraitinə baxmayaraq, aksiyanın keçirilməsi üçün Böyük Britaniyada yaşayan 40 nəfər cənubi azərbaycanlı toplaşıb.
Piketin təşkilatçısı doktor Sahanda Baqmişenin sözlərinə görə, dinc nümayişin keçirilməsində əsas məqsəd Lisaninin azadlığı və onun hüquqlarının qorunmasıdır.
Mitinqçilər əllərində « 30 milyon Azərbaycan türkləri İran rejiminin represiyasına məruz qalıb!», « Azərbaycan türkcəsi Cənubi Azərbaycanda rəsmi dil olmalıdır!», «Vicdjan məhkumlarına qarşı işgəncələri dayandırın!» sözləri yazılmış plakatlar tutub.
Cənubi Azərbaycanlıların Assosasiyası da həmçinin Londondakı dinc aksiyanın təşkilatçısı qismində çıxış edib.
Aksiya 2 saat ərzində davam edib. Aksiya zamanı Cənubi Azərbaycanlılar Assosasiyası tərəfindən yoldan ötənlərə Abbas Lisaninin həbsi və cənubi azərbaycanlıların İrandakı vəziyyəti haqqında ingilis dilində vərəqələr paylanıb.
Abbas Lisani 24 aydan artıqdır ki, İran həbsxanalarinda saxlanılır.
http://news.trend.az/index.shtml?show=news&newsid=1161930&lang=AZ
Avropa ölkələrində Güney Azərbaycanın siyasi məhbuslarını müdafiə aksiyası keçirilib
Nəzərinizə catdırdığımız kimi Novruz bayramı ərəfəsində Avropa ölkələrinin əksər şəhərlərində İranın səfirlikləri qarşısında Güney Azərbaycan milli hərəkat fəallarının faşist molla hakimiyyəti tərəfindən həbsxanalarda soydaşlarımıza qarşı işgəncələrə və həbslərə etiraz olaraq aksiyalar keçirməyə qərar verilmişdir.
21 martdan başlayaraq İsveçrədə, İsveçdə, Danimarkada və digər ölkələrdə xaricdə yaşayan soydaşlarımızın təşəbbüsilə bu aksiyalar təşkil olunmuşdur. Bunlardan 21 mart 2008-ci il tarixində İsveçdə yaşayan azərbaycanlılar da İran səfirliyi qarşısında Güney Azərbaycanın siyasi məhbuslarının müdafiəsi ilə bağlı etiraz aksiyası keçiriblər.
Bu aksiyanın təşkilatçıları əvvəlcədən İranın Stokholmdakı səfirinin e-mail ünvanına məktublar göndərib və bu etiraz aksiyasının keçirilməsi barədə məlumat vermişdirlər. Həmçinin məktubda əsas məsələni, yəni minlərlə Güney Azərbaycanlının haqsız olaraq zindanlarda çürüməsini, onlarala qeyri - insani rəftarın insan haqlarına zidd olduğunu və bu vəhşiliklərin dünyada analoqu olmadığını, xüsusən Abbas Lisaninin vəziyyətini onun diqqətinə çatdırmışdırlar.( Guya ki, bundan heç səfirin xəbəri yoxdur! ) Bir sözlə, siyasi məhbusların ağır vəziyyətin izah edərək, onların azadlığa şərtsiz buraxılmalarını tələb etmişdirlər. Amma səfir bu məktublara cavab verməkdən imtina etmişdir.
Qeyd edək ki, həmin gün, yəni 21 mart cümə günü olduğu üçün səfirliyin bütün işçiləri və müsəlman ölkələrindən olan çoxlu sayda qonaqları ilə səfirliyin binasında namaz qılıb, dini mərasim keçirirdilər. Amma buna baxmayaraq, ordan heç bir nümayəndə aksiyaçılar qarşısına çıxmamışdır.
İsveç dövlətinin müvafiq orqanları aksiya haqqdında əvvəlcədən səfirliyə xəbər vermış və məsələnin ciddiliyini molla rejiminin nümayəndələrinin nəzərinə çatdırmışdırlar.
Bildirmişdirlər ki, aksiya zamanı aksiya iştirakçıları ilə rejim nümayəndələri arasında toqquşma yaranmasın deyə, günorta saat 12 - 14: 00 arasında heç kəs bayırda görünməsi.
Əlavə məlumat üçün qeyd edim ki, tədbir zamanı 3 polis maşını ilə 20 - yə yaxın İsveç polisi gedişata nəzarət edirdi.
Martın 22-də isə Almaniyanın Köln şəhərində WDR-in qarşısında çox sayda soydaşımızın iştirakı ilə Güney Azərbaycandakı siyasi məhbuslar və Abbas Lisani bəyin qanunsuz olaraq fars bölgəsinə sürgününü qınamaq üçün etiraz aksiyası keçirilib.
Bu mitinqdə A.Lisaninin uşaqları ilə görüşmə şəkilləri, eləcə də digər məhbusların şəkilləri yoldan keçən almanların diqqətini cəlb edib. Yüzlərcə insana dağıdılan bildirişə də etinasız yanaşılmayıb.
Mitinqın sonunda Alman dilində qətnamə WDR-in press qismətinə təqdim olundu.
AZƏRBAYCANLI FƏAL MÜLK GİROVU MÜQABİLİNDƏ BURAXILIB
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın tanınan hüquq müdafiəçisi Rza Dağıstani 40 milyon tümənlik (təxminən 40 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb.
Xatırladaq ki, R.Dağıstani fevralın 21-də Urmiyada tutulmuşdu. ETTELAAT əməkdaşları onun mənzilində reyd keçirərkən kompüterini, CD-lərini, bir çox əlyazma və kitablarını da özləri ilə aparmışdılar.
Azərbaycan və fars dillərində çıxan «Çənlibel» tələbə jurnalının baş redaktoru R.Dağıstani Sulduz şəhərində Azərbaycan dilini tədris kurslarına rəhbərlik edib, eyni zamanda 21 fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə düzənlənən aksiyaların iştirakçısı olub.
İranın dərslik kitablarında milli və dini azlıqlara qarşı ayrıseçkilik təbliğ olunur
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Azadlıq Evi Araşdırma Mərkəzinin apardığı tədqiqatın nəticəsinə görə İranın dərsliklərində milli və dini azlıqlara və hətta İrandan kənarda yaşayan millətlərə qarşı ayrıseçkilik təbliğ olunur.
Son bir ildə 95 dərslik kitabını araşdıran araşdırma qrupunun gəldiyi nəticəyə görə İranın dərs kitabları cinsi ayrıseçkilik, dini azlıqlara qarşı mənfi təbliğat və Tehran rejiminin dini ideologiyasının təbliğatı üzərində qurulub. Təhqiqata Paris universitetinin sosioloji müəllimi Səid Peyvəndi başçılıq edib. O qurumla bağlı kitab nəşr edib. BBC-yə açıqlamasında cənab Peyvəndi deyib ki, araşdırmanın nəticələrinə görə İranın dərslik kitablarında qadınlara ikinci dərəcəli vətəndaşlar kimi baxılır. Dini və mili azlıqlara xüsusilə türklərə və qonşu millətlərə qarşı mənfi baxış və ayrıseçkilik təbliğ olunur.
Xatırladaq ki, İranda milyonlarla türkün yaşamasına baxmayaraq tarixi dərsliklərində türklər davamlı olaraq təhqir olunur, qan içən və vəhşi millət kimi təqdim olunur.
"İRAN REJİMİNƏ ƏN BÖYÜK ETİRAZ ƏYALƏTLƏRDƏDİR"
ABŞ Konqresində Faxtə xanım Zamaninin çıxışı
Xəbər verildiyi kimi, bir neçə gün öncə ABŞ Konqresində ilk dəfə olaraq İranda milli azlıqların vəziyyətinə dair dinləmələr keçirilib. Dinləmələrdə Güney azərbaycanlılarla yanaşı, bəlucların, ərəblərin və kürdlərin təmsilçiləri iştirak edib. Güney azərbaycanlıların durumu və problemləri barədə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə xanım Zamani nitq söyləyib. Aşağıda həmin nitqin tərcüməsini veririk.
Mən İranda yaşayan, əsas insan haqları davamlı olaraq pozulan və səsləri boğulan azərbaycanlıların ağır durumu barədə danışmaq üçün burdayam. Sayı 20 milyondan çox olan azərbaycanlılar İranda ən böyük azlığı təşkil edirlər. Onlar əsasən İranın şimalında və şimal-qərbində yaşayırlar. Azərbaycan dilində həmçinin şimal-şərqi və mərkəzi İranda, eləcə də paytaxt Tehranda danışılır. Bu əhalinin hamısı İran İslam rejimində sosial, iqtisadi və siyasi hüquqlarının ciddi şəkildə pozulması şəraitində yaşayır.
1920-ci illərdən bəri, həm Pəhləvi sülaləsi, həm də İslamçı rejim dönəmində İran hökumətinin siyasəti qeyri-fars xalqların məcburi assimilyasiyasından və onlara qarşı ayrı-seçkilikdən ibarət olmuşdur. 1979-cu il inqilabından sonra yeni rejim Azərbaycanı daha çox inzibati vahidlərə bölməklə, Azərbaycan torpağının geniş hissələrindən Azərbaycan adını yox etmişdir (məsələn, 1993-cü ildə Şərqi Azərbaycan əyalətinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinə parçalanması və s.). Faktiki olaraq, hökumət adların geniş miqyasda farslaşdırılmasını təkcə coğrafi yerlərə deyil, həm də doğum haqqında şəhadətnamələrdə yazılan uşaq adlarına şamil etmişdir – belə ki, valideynlərə öz uşaqlarına ənənəvi azərbaycanlı adları qoymaq icazəsi verilmir.
Azərbaycan dilinin yasaqlanması hökumətin Azərbaycan əhalisini assimilyasiya etmək çalışmalarının nüvəsini təşkil edir. Hökumət kişiləri və qadınları Azərbaycan dilində kitablara malik olmaq, öz mədəniyyətlərini qorumaq üçün Azərbaycan dili kursları təşkil etmək və festivallara qatılmaq kimi adi hərəkətlərə görə həbsə atdır. İndiyə kimi Azərbaycan dilində heç bir dərsliyin nəçrinə icazə verilməyib. Uşaqlar üçün təxminən bütün ədəbiyyat farscadır. Və öz dilində oxumaq və yazmaq üçün milyonlarla azərbaycanlının bircə məktəbi belə yoxdur.
Hökumətin azərbaycanlı əhalinin insan hüquqlarını və söz azadlığını boğmağa çalışdığı başqa bir sahə mediadır. Azərbaycan dilində televiziya və radio proqramlarının yayımı yalnız dövlət tabeliyindəki stansiyalar ilə məhdudlaşır ki, bunlar da sadəcə dövlət xəbərləri və təbliğatını "fazəri" adlandırılan möhkəmcə farslaşdırılmış Azərbaycan dilinə tərcümə edir. "Fazəri" ("İspangilis" kimi) fars dilinin böyük kütləsi ilə Azərbaycan dilinin qarışığıdır. Əlbəttə, bu iki dil qəti şəkildə bir-birindən fərqlənir, onlar tamamilə müxtəlif dil qruplarındandır. Bu taktika azərbaycanlıların mədəni və linqvistik assimilyasiyasını sürətləndirmişdir və həmin prosesi idarə edənlərin fikrincə, son nəticədə Azərbaycan dili yararsız olub müstəqil dil statusunu itirəcək və fars dilinin "dialekti" səviyyəsinə enəcəkdir.
Azərbaycanlılar hər zaman və açıq şəkildə radioda, televiziyada və ölkə mətbuatında (İranda bütün media dövlətin tabeliyindədir) təhqir edilir. Onlar intellekti çatışmayan biçimdə təsvir olunur, "eşşəklər" və "tarakanlar" kimi qələmə verilməklə insan keyfiyyətlərindən məhrum sayılırlar. Bütövlükdə azərbaycanlılar fars dilində (İranın rəsmi dilidir) səlis danışmadıqlarına görə geridəqalmış təsəvvür olunurlar. Bu ayrı-seçkilik Azərbaycan azlığını assimilyasiya etmək, əzmək istəyindən doğur və d-r Brenda Şaffer, d-r Əlirza Əsgərzadə və s. kimi Qərb alimləri tərəfindən sənədləşdirilmiş, tədqiq və təhlil olunmuşdur.
12 may 2006-cı ildə "İran" adlı rəsmi dövlət qəzeti azərbaycanlıları tarakanlar kimi təsvir edən karikatura nəşr etdi. Bütün ölkə boyu yüz minlərlə azərbaycanlı dinc nümayişlər vasitəsilə öz etirazını bildirmək üçün küçələrə çıxdı. Buna cavab olaraq, İran İnqilab Keşikçiləri Korpusunun asayişi mühafizə qüvvələri, Xüsusi Təyinatlı qoşunlar və Bəsic dəstələri etirazçılara hücum etdi. Ən azı 27 nəfər öldürüldü, yüzlərlə adam yaralandı və bir çoxları yaylım atəşlərdən kor oldu. Ardınca İran məxfi xidmətləri kütləvi həbslərə başladı; yeniyetmələr də daxil olmaqla yüzlərlə adam həbs edildi.
Qərb mediası İranda azərbaycanlıların hüquqlarının pozulması məsələsinə xeyli dərəcədə sakit yanaşmışdır. Ölkə xaricində çox az dairələr İranda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən xəbərdardır. Həmin az dairə içərisində Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqları üzrə Ali Komissarın Ofisi (OHCHR), bu yaxınlarda isə Dövlət Departamenti həbsdə olan azərbaycanlıların təhlükəsizliyi üçün narahatlıq ifadə etmiş, İran hökumətindən insan hüquqlarına və öz beynəlxalq öhdəliklərinə hörmət etməsini istəmişlər.
Azərbaycanlı fəallar ana dilində təhsil hüququ kimi təbii elementar haqlar uğrunda daim mübarizə aparırlar. Onlara Azərbaycan millətinin tarixi üçün mühüm günlərdə, Babək, Səttarxan, Bağırxan kimi milli qəhrəmanların, Pişəvəri kimi milli liderlərin anılması üçün ictimai yerlərdə və ya öz evlərində toplaşmaq icazəsi verilmir. Azərbaycanlı hüquq müdafiəçiləri daim həbs edilir və İran həbsxanalarında onlarla pis rəftar olunur. Hətta ən elementar insan haqlarının tanınması məsələsini qaldırmağa çalışan Azərbaycan ruhanilərinin nümayəndələri də həbs edilmişdir.
Azərbaycanlı insan hüquqları müdafiəçiləri ən adi rabitə vasitələrindən faydalanmaqla repressiv İran rejiminə etiraz üçün imkanlarda çatışmazlıq hiss edir, bununla belə həyatlarını riskə qoyurlar. İranda milli haqlar uğrunda hərəkatın beynəlxalq təcrübəsi və ya xaricdən hər hansı dəstəyi az olsa da, hələlik İran rejiminə ən güclü etirazdır. ABŞ-ın İrana yönəlik siyasəti Tehran mərkəzlidir, halbuki İran rejiminə ən böyük etiraz etnik azlıqların cəmləşdiyi əyalətlərdədir.
Biz azərbaycanlılara və İrandakı digər azlıqlara yetişən dəstək istəyirik. Onlar dünyanın onlara diqqət yetirdiyini bilməyə ehtiyac duyurlar. Onlar bilməyə ehtiyac duyurlar ki, bərabər hüquqlar üçün həyatlarını təhlükədə qoymaları nahaq yerə deyildir. Onlar ümidə ehtiyac duyurlar. Və onlar bunun üçün gözlərini beynəlxalq birliyə dikirlər.
Beynəlxalq dəstəyə malik olduqlarını bilmək bərabər hüquqlar uğrunda mübarizəni davam etdirmək üçün onlara güc verəcək. Bu isə İranda və bütün Orta Şərqdə böyük sabitlik və demokratiya anlamına gəlir. İrandakı azlıqlar bu ölkənin güclü ehtiyac duyduğu dəyişikliyin hərəkətverici qüvvələridir. Onlar İranda müsbət dəyişmələr üçün mübarizə aparırlar; və onlar ala biləcəkləri hər cür köməyə ehtiyac duyurlar.
Çevirəni: Məsiağa Məhəmmədi
Beynəlxalq Amnistiya Təşkilatı Abbas Lisani ilə bağlı açıqlama yayıb
Beynəlxalq Amnistiya Təşkilatı İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaninin həbsdə saxlanmasına dair açıqlama yayıb.
APA-nın məlumatına görə, açıqlamada A. Lisaninin mənsub olduğu millətin İran qanunları çərçivəsində milli haqlarını tələb etdiyi diqqətə çatdırılıb.Açıqlamada o da qeyd olunub ki, buna baxmayaraq, onun barəsində ədalətsiz məhkəmə qərarı çıxarılıb və A. Lisani 2 ilə yaxındır həbsdə saxlanılır.
Beynəlxalq Amnistiya Təşkilatı A. Lisaninin cəza yerinin tez-tez dəyişdirilməsini də tənqid edib. Yayılan açıqlamada A. Lisaninin hazırda Yəzd həbsxanasında ağır şəraitdə saxlandığı bildirilib:
“Abbas Lisani fikir məhbusu olaraq həbsxanada saxlanılır. O 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində Abbas Lisaninin cəza müddəti daha 1 il artırılıb. Yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb. Cəzaçəkmə yerinin tez-tez dəyişdirilməsi ailəsinə təzyiq kimi qiymətləndirilir”.
Beynəlxalq Amnistiya Təşkilatı açıqlamasında azərbaycanlıların İranda etnik çoxluq olduğunu da vurğulayıb.
Açıqlamada İran prezidenti Mahmud Əhmədinejada, parlament sədri Qulaməli Həddad Adilə, ali məhkəmə qurumunun rəhbəri Mahmud Haşimi Şahrudiyə və Yəzd şəhərinin meri Məhəmməd Rza Fəlləhzadəyə də A. Lisaninin həbsxanadakı vəziyyəti ilə bağlı müraciət edilib.

