تبليغاتX
Guney Sesi

TƏBRİZ və ƏRDƏBİL BAZARLARINDAKI OBYEKTLƏRİN SAHİBLƏRİ AKSİYALARA QATILMAQ ÜÇÜN MAĞAZALARI BAĞLAYACAQLARINI BİLDİRİBLƏR

BazarTəbriz və Ərdəbil bazarlarındakı bir çox ticarət obyektinin sahibləri mayın 21-də keçirilməsi nəzərdə tutulan etiraz aksiyalarına qatılacaqları haqda bəyanat yayıblar. Bu səbəbdən onlar sahibi olduqları obyektləri həmin gün bağlayacaqlarını bildiriblər.

Etiraz aksiyası 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq mayın 22-də Təbrizdə və başqa şəhərlərdə keçirilmiş, qanlı qarşıdurma ilə nəticələnmiş aksiyaların ildönümü ilə əlaqədar təşkil olunacaq.

«Media forum» saytının məlumatına görə, Təbriz və Ərdəbil bazarlarındakı ticarət mərkəzlərinin sahibləri yaydıqları bəyanatda 2006-cı ilin may-iyun hadisələri zamanı həlak olmuş azərbaycanlıların xatirəsini anmaq məqsədilə mayın 21-də Təbriz vaxtıyla saat 17:30-da etiraz aksiyalarına qatılacaqlarını açıqlayıblar.

Güney mənbələrinin yaydığı bir xəbərə görə, ildönüm aksiyasından bir gün əvvəl - mayın 20-də İranın azərbaycanlılar yaşayan şəhərlərində gecə saatlarında Azərbaycan şəhidlərinin xatirəsini anmaq məqsədilə damlarda şam yandırılacaq.

yazilib گونئی سسی GuneySesi Mon 19 May 2008 saat 18:50 | link |

GÜNEYDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİB

Tabriz 22 May 20062006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin il mayın sonlarında Təbrizdə və başqa şəhərlərdə keçirilən, qanlı qarşıdurma ilə nəticələnən aksiyaların ildönümü ərəfəsində İranın azərbaycanlılar yaşayan şəhərlərində ciddi təhlükəsizlik tədbirləri görülür.

«Media forum» saytı güney mənbələrinə istinadla xəbər verir ki, hadislərin ildönümündə nəzərdə tutulan etiraz nümayişlərinin qarşısını almaq məqsədilə hökumət qabaqlayıcı tədbirlər həyata keçirir. Yüzlərlə azərbaycanlı fəal ETTELAAT-ın yerli idarələrinə çağırılır, onlara hər hansı tədbirə qatılmamaq barədə xəbərdarlıq edilir. İri şəhərlərin küçə və meydanlarında polis qüvvələrinin sayı da artıb.

Hökumət nümayəndələri hazırda həbsdə saxlanan azərbaycanlı fəalların ailə üzvlərinə də xəbərdarlıq ediblər ki, həbsdə saxlananlarla bağlı xarici radiolara və jurnalistlərə müsahibə versələr, ciddi problemlərlə üz-üzə qalacaqlar.

Mayın 15-16-da həbs edilərək naməlum istiqamətə aparılan fəallar Höccət Əraqi, Salman Əraqi, Salar Əraqi və Əkbər Abdullahinin harda saxlandığı barədə hələlik hər hansı məlumat yoxdur.

yazilib گونئی سسی GuneySesi Mon 19 May 2008 saat 18:47 | link |

GÜNEY AZƏRBAYCANDA HƏBSLƏR DAVAM EDIR

Hebs XanaDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən iki gün öncə Xoy şəhərində milli hərəkat fəallarına qarşı hücumlar gücləndirilib. Xüsusi əməliyyatlar keçirən cinayətkar ETTELAAT məmurları Güney Azərbaycanın milli hərəkat fəalı Höccət Əraqini elanlar yayan zaman həbs edərək naməlum istiqamətə aparılıb. Həmin günün səhəri Höccət Əraqinin əmisi evinə hücum edərək Höccət bəyin iki əmisi oğlunu Səlman Əraqi və Salar Əraqini də həbs ediblər.

Həmin hücum zamanı milli hərəkat fəalı Əkbər Əbdüllahi də həbs olunub. Həbs olunan soydaşlarımızın yaxınlarından verilən məlumata əsasən onlara qarşı işgəncə və təzyiqlər olunduğu ehtimal olunur. Ailələrilə heç bir əlaqə saxlamağa imkan verilmir.

May hadisələrinin ildönümü ərəfəsində Güney Azərbaycanın əksər şəhərlərində milli hərəkat fəallarına qarşı həbslər gücləndirilib.  

yazilib گونئی سسی GuneySesi Mon 19 May 2008 saat 18:35 | link |

Təbrizdə daha iki mili fəal həbs edildi

DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın milli hərəkat fəalı 35 yaşlı Əli Sədiqi iki gün öncə həbs edilərək naməlum istiqmaətə aparılıb. Həbsdən sonra Əli Sədiqinin evinə hücum edən ETTELAAT məmurları Əli Sədiqinin evindən ona məxsus olan komputer, yaddaş kitabçaları və başqa əşyaları zəbt ediblər.

Xatırladaq ki, Əli Sədiqi Təbriz Universitetinin riyaziyyat fakültəsinin məzunudur. Tələbəllik dövründə “Yurd” dərgisinin baş redaktoru olub.

Başqa bir xəbərdə bildirilir ki, Güney Azərbaycan milli hərəkat fəalı Cəmşid Zareyi bir həftə öncə ETTELAAT məmurları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb, bu günə qədər onların durumundan heç bir xəbər yoxdur.

yazilib گونئی سسی GuneySesi Mon 19 May 2008 saat 18:30 | link |
Güney Azərbaycanda tələbə dərgilərinin bağlandırılması davam edir

SansorDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə İranın Nəşrlərə Nəzarət Komitəsinin sonuncu toplantısında Hüseyn Əsədullahi tərəfindən nəşr olunan “Yağış” dərgisi və Ümid Haşımı nəşr olunan “Səhənd” dərgisinin tamamilə nəşri qadağan olunub.

Urmiyə və Soyuqbulaq Universitetlərində tələbələr tərəfindən nəşr edilən bu dərgilər faşist fars hakimiyyətinin hədəfindədir.

Son günlərdə Soyuqbulaq Universitetində nəşr olunan “Bulud” dərigisi 17 ay qadağandan sonra nəşr olunmuş, lakin yayılmağa başlayandan bir saat sonra Təhlükəsizlik Qüvvələri tərəfindən qarşısı alınmış və dərgnin nəşri tamamilə qadağan edilmişdir. Polis sistemi hökm sürən Güney Azərbaycan universitetləri İran ETTELAAT-nın tam nəzarətində olaraq tələbələrə qarışı təzyiqlər günü-gündən artmaqdadır.

Hər gün tələbə şəhərciklərinə və yataqxanalarına hücum edən polis və təhlükəsizlik qüvvələri qanunsuz olaraq tələblərin otaqlarına daxil olur, onlara məxsus şəxsi əşyalarını özlərilə aparırlar. Onlara qarşı müqavimət göstərən hər kəs həbs olunaraq naməlum istiqamətə aparılır.

yazilib گونئی سسی GuneySesi Mon 19 May 2008 saat 18:25 | link |

ANKARADA GÜNEY AZƏRBAYCANIN SƏSINƏ SƏS VERILDI

Ankarada Guney Azerbaycanli Oyrencilerin AksiyasiDAK informasiya mərkəzinə Ankaradan daxil olan məlumata əsasən 17 may 2008-ci il tarixində günortadan əvvəl Ankara universitetlərində təhsil alan Azərbaycanlı və digər Türk dövlətlərindən tələbələr Güney Azərbaycanın may hadisələrinin ildönümü münasibətilə Güney Azərbaycan türklərinə dəstək aksiyası keçiriblər.

Aksiyada Güney Azərbaycan, Quzey Azərbaycan, Türkiyə, Şərqi Türküstan, Kərkük türkləri, Albaniya türkləri, yeni istiqlal almış Kosova türkləri əllərində Güney Azərbaycanın may hadisələrinin şəkillərini əks etdirən plakatlarla şüarlar səsləndirərək şəhid olmuş soydaşlarımızı yad edərək onların qanlarının yerdə qalmayacağına and içiblər.

Aksiya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Çoxlu sayda iştirakçısı olan aksiya yerli və xarici televiziyalar vasitəsilə lentə alınıb.

yazilib گونئی سسی GuneySesi Mon 19 May 2008 saat 18:20 | link |

Təbriz Universitetinin tələbələri etiraz aksiyası keçirib

Tabriz UniversityDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Təbriz Universitetinin tələbələri 11 may 2008-ci il tarixində Universitetin rəhbərliyi və Təhlükəsizlik şöbəsinin məsulları tərəfindən tələbələrə qarşı təzyiqləri və təhdidləri dayandırmağı tələb edərək universitetin daxilində əllərində yazılmış şüarlarla aksiya keçiriblər.

Aksiya zamanı tələbələr onlara qarşı haqsızlığa son qoymağı tələb edərək bildiriblər ki, milli hərəkat fəalları dəfələrlə həbs olunaraq onlara qarşı təhsil haqqının ləğv edilməsi və suni şəkildə diplom işlərinin gecikdirilməsi, tələbə dərnəklərinin fəaliyyətinin dayandırılması və ümumilikdə universitet daxilində diktator sistemin ləğv edilməsi tələb ediblər. Universitet rəhbərliyi tələbələrin irəli sürdüyü şərtlərlə razılaşdıqdan sonra aksiya müvvəqqəti olaraq dayandırılıb.  

yazilib گونئی سسی GuneySesi Tue 13 May 2008 saat 16:14 | link |

QUMDA AZƏRBAYCAN DİLİNDƏ ÇALIŞAN YEGANƏ ƏDƏBİ DƏRNƏYİN FƏALİYYƏTİNƏ QADAĞA QOYULUB

Sansorİranın Qum şəhərində iki ildir fəaliyyət göstərən «Müqəddəs Ərdəbili» ədəbi dərnəyinin fəaliyyəti qadağan olunub. İclasları hər həftənin şənbə günləri «Hacı Kəndlilər» hüseyniyyəsində keçirilən ədəbi dərnəyin işinə ETTELAAT əməkdaşları son qoyublar. «Media forum» saytının məlumatına görə, ETTELAAT dərnəyin lisenziyasız fəaliyyət göstərdiyini əsas gətirib.

«Müqəddəs Ərdəbili» ədəbi dərnəyinin əsas fəaliyyət istiqamətlərindən biri Qumda yaşayan azərbaycanlılar üçün Azərbaycan dili kurslarını təşkil etmək idi. Bu günə qədər bu dərnəkdə yüzlərlə azərbaycanlının Azərbaycan türkcəsində yazıb-oxumaq öyrəndiyi bildirilir.

yazilib گونئی سسی GuneySesi Tue 13 May 2008 saat 16:6 | link |

QUMDA İKİ AZƏRBAYCANLI FƏAL TUTULUB

hebsİranın Qum şəhərində azərbaycanlı fəalların yaydığı yeni məlumata görə, mayın 12-də əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən bu şəhərdə iki azərbaycanlı fəal tutulub.

Bunlar tanınmış azərbaycanlı ruhani höccətülislam Əzimi Qədimə qarşı təzyiqlərə etiraz olaraq Qumun küçə və meydanlarında yazılı vərəqələr yayan Araz (Səfər) Nağıpur və Hüseyn Səttaridir.

ETTELAAT əməkdaşlarının onları naməlum istiqamətə apardığı bildirilir.

«Media forum»
yazilib گونئی سسی GuneySesi Tue 13 May 2008 saat 15:45 | link |

Milli hərəkat fəalı Höccəttülislam Əzimi Qədim həbs edildi

Höccəttülislam Əzimi Qədim DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Qum şəhərinin İnqilab məhkəməsi milli hərəkat fəalı Höccətülislam Əzimi Qədimi məhkəməyə dəvət edərək həbs edib. Əzimi Qədimiyə yaxın mənbələrdən verilən məlumata əsasən hal hazırda onun harda saxlandığı və hansı qurumda olduğu məlum deyil.

 Xatırladaq ki, milli hərəkat fəalı Güney Azərbaycanın milli haqlarını əldə etmək yolunda mübarizə aparan ruhanilərdəndir ki, dəfələrlə faşist molla hakimiyyəti tərəfindən həbs edilmiş işgəncə və təzyiqlərə məruz qalmışdır. Sonuncu dəfə həbs olunaraq İran ruhaniyyət məhkəməsi tərəfindən 10 il müddətinə ruhani paltarının geyməsinə qadağa qoyulmuş, Güney Azərbaycan ərazisində sürgün edilmiş və bir müddətinə həbsə məhkum edilmişdir. Girov müqabilində müvəqqəti azadlığa buraxılan Əzimi Qədim iki gün öncə Qum şəhərində məhkəməyə çağırılaraq həmin yerdə həbs edilmiş naməlum istiqamətə aparılmışdır.

Beynəlxalq Əfv Təşkilatı 24 avqust 2005-ci il, 4 may 2006-cı il və 27 oktyabr 2006-cı il tarixlərində milli haqlarını tələb etdiyinə görə həbs edilmiş və təzyiq və işgəncələrə məruz qalmış Azərbaycanlı ruhani dərhal azadlığa buraxmağı İran dövlətindən tələb etmişdir.

yazilib گونئی سسی GuneySesi Tue 6 May 2008 saat 18:14 | link |

Urmiyə Universitetinin tələbəsi milli hərəkat fəalı Əkbər Paşayi bir il həbsə məhkum edildi

Akbar PashayiyDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Urmiyə Universitetinin fizika fakültəsinin tələbəsi “Şəhriyar” dərnəyinin təsisçisi may hadisələri zamanı Urmiyə ETTELAAT məmurları tərəfindən həbs edilmiş, bir ay müddətinə ETTELAAT təcridxanasında ağır işgəncələrə məruz qalmış Urmiyə həbsxanasına göndəriləndən sonra həbsxanada da ciddi təzyiqlərə məruz qoyulduğunu etiraz edərək 4 gün müddətinə aclıq aksiyası keçirmişdir. Bir müddət sonra çoxlu miqdarda girov qoymaqla müvəqqəti azadlığa buraxılmış və ona qarşı ittihamlarla razılaşmamış apelyasiya məhkəməsinə şikayət etmişdir.

Urmiyə İnqilab məhkəməsi Əkbər Paşayini İranın ərazi bütövlüyünü parçalamaqda və hakimiyyət əleyhinə mübarizədə ittiham etmişdir və ona qarşı bir il həbs qəti imkanı nəzərdə tutmuşdur. Apelyasiya məhkəməsi bir il həbsi, 3 il şərti həbslə əvəz etmişdir. Məhkəmə Əkbər Paşayinin “Oyanış” dərgisi ilə yəni Güney Azərbaycan Milli Oyanış Hərəkatının orqanı hesab olunan bu dərgi ilə əməkdaşlıq etməkdə və İranda pantürksit dövlətin qurulmasına cəhd etməkdə, Urmiyə İnqilab məhkəməsinin hakimi Dərvişi tərəfindən bir il həbs və üç il şərti həbs cəzası verilmiş və bu yaxın günlərdə həmin cəzalar icraya qoyulubdur.

yazilib گونئی سسی GuneySesi Tue 6 May 2008 saat 18:12 | link |

Miyandabda (Qoşaçay) 8 milli fəalın məhkəmə qərarı icra olundu

DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən iki gün öncə Miyandab İnqilab məhkəməsi 8 nəfər Güney Azərbaycan milli hərəkat fəalı Cəlal Kudrilu, Behbud Qulizadə Şahrux Fəraməzli, Əhməd Ciddi, Həsən Purhüseyn, Yusif Şükri, məhkəmə tərəfindən çağırılaraq onlara qarşı qaldırılan ittihamlar əsasında hər birinə 500 dollar dəyərində nəğd cərimə nəzərdə tutulub.

Xatırladaq ki, soydaşlarımız İran qəzetinin iki il öncə türkləri təhqir etdiyi karikatura etiraz olaraq kütləvi etiraz aksiyalarında iştirak etdikləri zaman həbs edilmiş, bunlarla yanaşı 35 nəfər milli hərəkat fəalı ETTELAAT məmurları tərəfindən uzun müddətli ağır işgəncələrə məruz qoyulmuşlar.

Xatırladaq ki, həmin şəxslər Behbud Qulizadə, Cəlal Kudrilu, Şahin Həsəni, Şahrux Fəramərzi, Daryuş Əndəlidan, Eynulla Ahəngəri, Əli Sultani, Mustafa Dövlətxah, Əmir Ağazadə, Murtaza Lək, Behqam Məhəmmədi, Vəliyullah Zöhrabi və başqaları may hadisələrinin ildönümündə Qoşaçay ETTELAAT məmurları tərəfindən yenidən həbs olunaraq 37 gün müddətinə ETTELAAT təcridxanalarında ağır işgəncələrə məruz qoyulmuş, sonradan isə hər biri 40 min dollar girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır.

Son günlərdə may hadisələrinin ildönümü ərəfəsində milli hərəkat fəallarına qarşı təzyiq və təhdidlər artmağa başlayıb. Bütün milli hərəkat fəalları ETTELAAT idarəsinə çağırılaraq təhdid olunurlar ki, may hadisələrinin ildönümündə iştirak etməsinlər. Müvəqqəti azadlığa buraxılan milli hərəkat fəalları inqilab məhkəmələrinə çağrılaraq həbslər və cərimə olunurlar.

yazilib گونئی سسی GuneySesi Tue 6 May 2008 saat 18:9 | link |

Güney Azərbaycanın milli hərəkat fəalı Hadi Həmidi Şəfiq 17 ay həbsdən sonra azadlığa buraxıldı

Hadi Hemidiye ShafiqDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Təbriz sakini Urmiyə Memarlıq Universitetinin tələbəsi, milli hərəkat fəalı Hadi Həmidi Şəfiq 17 aylıq ağır həbs cəzasından sonra azadlığa buraxıldı.

Hadi Həmidi Şəfiq fars şovinistlərinin 2006-cı ildə türkləri təhqir edən karikatura etiraz edərək həbs edilmiş və 27 gün müddətinə Urmiyə ETTELAAT-nın təcridxanasında ağır işgəncə və təzyiqlərə məruz qalmış 60 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır.

Ikinci dəfə 2006-cı il dekabr ayında İran ETTELAAT-ı tərəfindən yenidən həbs edilmiş, neçə müddət ağır işgəncələrə məruz qoyulmuş, işgəncə nəticəsində 2 barmağı tamamilə sındırılmış və ciddi bədən xəsarətinə məruz qalmışdır. ETTELAAT-ın uydurma ittihamları nəticəsində hakimiyyət əleyhinə mübarizə İranın ərazi bütövlüyünü parçalamaq maddələrilə 10 ay müddətinə həbsə məhkum edilmişdir. Daha sonra həbsxanada olduğu zaman milli hərəkat fəalı Hadi Həmidi Şəfiqə yeni bir ittihamla Urmiyə İnqilab məhkəməsində iş açılmış, həmin ittihamda isə İran rəhbərliyinin təhqir etmək bəhanəsilə 7 ay həbs əlavə edilmiş, ümumilikdə soydaşımıza 17 ay həbs qəti imkanı həyata keçirilmişdir.

Xatırldaq ki, həbs zamanı məhbuslara nəzərdə tutulan hüquqlardan məhrum edilən Hadi Həmidi Şəfiq həbsxana daxilində də məmurların təzyiq və işgəncələrinə məruz qalmışdır. Amma buna baxmayaraq soydaşımız öz milli haqlarını əldə etmək üçün son nəfəsinə qədər həbsxanada öz iradəsini nümayiş etdirmiş və fars şovinistlərinin nökərlərinə türkün iradəsini nə olduğunu bir daha sübut etmiş, 17 ay həbsi alnı açıqcasına başa vurmuş, düşmənlərin qarşısında əyilməmişdir.

yazilib گونئی سسی GuneySesi Tue 6 May 2008 saat 18:6 | link |

Hakimiyyet Təbrizdə şadlıq evlərini bağlayır

Şadliq SarayiDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın milli hərəkatının qarşısını almaq üçün min bir bəhanə ilə Güney Azərbaycanda fəaliyyət göstərən şadlıq evləri konfrans zalları və kütləvi toplantı keçirilən obyektlər ETTELAAT nəzarətinə götürülüb.

Belə ki, toy edən, tədbir keçirən, konsert və toplantılar təşkil etməzdən öncə İran Təhlükəsizlik idarələrinə, polis şöbələrinə müraciət etməli olurlar.

 Dünən 1 may 2008-ci il tarixində Təbriz şəhərində fəaliyət göstərən iki şadlıq evi polislər tərəfindən bağlanılıb. Şovinist siyasətinə qulluq edən polis məmurları həmin şadlıq evlərinin bağlanmasının səbəbini islamı qaydalara riayət etmədiyinin və İran qanunlarına əməl etmədiyinə görə bağlandığını bildirib. Həmin şadlıq evlərində toy mərasimlərində Azərbaycan musiqisi və Azərbaycan rəqsləri səsləndirildiyinə görə həmin şadlıq evləri bağlanıbdır.

yazilib گونئی سسی GuneySesi Fri 2 May 2008 saat 15:59 | link |

Təbrizli milli hərəkat fəalı oğurlanıb

Amir Abbas Benayiye KazimiDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Təbrizli milli hərəkat fəalı Əmir Abbas Bənnayi Kazımi aprelin 27-də öz iş yerindən oğurlanaraq ETTELAAT-a aparılıb. Məlumata görə idarədə 5 saat sorğu-sual edildikdən sonra onu azad ediblər.

Onu hədələyərək bildiriblər ki, may hadisələrinin ildönümündə iştirak etməsin.

Xatırladaq ki, Əmir Abbas Bənnayi Kazımi ötən il 6 aulıq həbs çəkib və yenicə azadlığa buraxılmışdı.

yazilib گونئی سسی GuneySesi Fri 2 May 2008 saat 15:55 | link |

Güney Azərbaycan (Həmədan) milli hərəkat fəalı mühəndis Səməd Qurbani Sepehr bir il həbsə məhkum edildi

Semed Qorbaniye SepehrDAK informasiya mərkəzinə GAMOH-dan daxil olan məlumata əsasən dünən 30 aprel 2008-ci il tarixində Güney Azərbaycanın Həmədan vilayətinin Bahar şəhərinin sakini milli hərəkat fəalı və hüquq müdafiəçisi Şəhri-rey İnqilab məhkəməsinin 31 şöbəsinin hökmü ilə Güney Azərbaycan milli hərəkat fəalı mühəndis Səməd Qurbani Sepehr bir il həbsə məhkum edildi.

Xatırladaq ki, soydaşımız keçən il Səttərxan mərasimində iştirak etdiyinə görə ETTELAAT məmurları tərəfindən həbs edilərək 26 gün müddətinə Evin həbsxanasının 209-cu bəndində ağır işgəncələrə məruz qalmış, fiziki və ruhi cəhətdən ciddi problemlərə məruz qoyulmuşdur. Uzun müddətli işgəncə və istintaq zamanı soydaşımıza qarşı zor tətbiq edilmişdir. 26 gün sonra 30 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. Ona qarşı ittihamlar bunlardan ibarətdir. Hakimiyyət əleyhinə mübarizə pantürkist təşkilatlarda üzvülük, İranın ərazi bütövlüyünü parçalamaq.

Xatırladaq ki, keçmişdə heç bir cinayət sabiqəsi olmadığına əsasən apelyasiya məhkəməsi 1 il həbsi 5 il şərti həbslə əvəz etmiş və 30 min dollar girov, 5 il müddətinə qüvvəsində qalmaqdadır.

yazilib گونئی سسی GuneySesi Fri 2 May 2008 saat 15:50 | link |

Ərdəbildə həbs olunan milli fəallar müvəqqəti azadlığa buraxıldı

Guneyli MehbuslarDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən bir ay öncə Ərdəbildə həbs olunan 4 nəfər Güney Azərbaycan milli hərəkat fəalı Ərdəşir Kərimi, Behruz Əlizadə, Vədud Səadəti və Rəhim Qulami ETTELAAT məmurları tərəfindən həbs olunaraq ETTELAAT-ın təcridxanasında ağır işgəncələrə məruz qoyularaq Ərdəbil həbsxanasına göndərilmşidilər. Bu müddətdə onlara qarşı təzyiq və təhdidlər davam edirdi. Milli fəallara ailələrilə görüşmək qadağan edilmişdir.

Dünən 30 aprel 2008-ci il tarixində Ərdəbil İnqilab məhkəməsinin qərarı ilə milli fəallar hər biri 30 min dollar girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar.

Soydaşlarımıza yaxın mənbələrdən bildirilib ki, ETTELAAT təcridxanasında və hətta həbsxanada onlara qarşı ağır işgəncələr həyata keçirilib.

yazilib گونئی سسی GuneySesi Fri 2 May 2008 saat 15:46 | link |

URMUDA MƏDƏNİYYƏT TƏDBİRİNƏ İCAZƏ VERİLMƏMƏSİ MİTİNQLƏ NƏTİCƏLƏNİB

İranda «Urmu - Azərbaycanın səsi» Birliyinin fəaliyyətinə qadağa qoyulub. Məlumatı «Media forum» saytına Güney Azərbaycan İstiqlal Partiyasının araşdırma və informasiya  mərkəzinin sədri Sadiq İsabəyli verib.

Məlumata görə, aprelin 23-də «Urmu - Azərbaycanın səsi»nin yerləşdiyi binada ədəbi-bədii gecənin keçirilməsi nəzərdə tutulub. Lakin İranın xüsusi xidmət orqanı olan ETTELAAT tədbirin keçirilməsinə qadağa qoyub, tədbirə toplaşan 2 minə yaxın insan isə buna etiraz edərək mərasimi binanın yerləşdiyi Mafi küçəsində keçiriblər. ETTELAAT məmurlarının qadağalarına etiraz edən mərasim iştirakçıları «Haray, haray, mən türkəm!», «Yaşasın Azərbaycan!» şüarları səsləndiriblər.

Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib və izdihamın dağıdımasına çalışılıb.

Mitinqdə milli fəallar və gənclər iştirak ediblər. Aksiya bir saata qədər davam edib və xüsusi təyinatlı polis qüvvələrinin aqressiv müdaxiləsindən sonra başa çatıb.

Məlumata görə, «Urmu - Azərbaycanın səsi» Birliyinin fəaliyyətinə ETTELAAT tərəfindən  qadağa qoyulub. Mitinq zamanı tutulanlar və yaralananlarla bağlı hər hansı məlumat verilmir.

Birliyin tədbiri yerli vaxtla saat 21.30-a təyin olunubmuş. Tədbirdə Güney Azərbaycanın tanınmış aşıqları və Zəncan şəhərindən olan tanınmış şair Huşəng Cəfəri iştirak edəcəkmiş. Eyni zamanda tədbirdə İrandakı son parlament seçkisi zamanı boş qalmış yerlərə keçiriləcək təkrar seçkidə Urmiya şəhərindən olan namizədlərin təbliğatı aparılmalıymış.


>>>>>>
yazilib گونئی سسی GuneySesi Fri 25 Apr 2008 saat 21:1 | link |

ƏRDƏBİLLİ FƏALLARA QARŞI İŞGƏNCƏLƏRLƏ BAĞLI YENİ MƏLUMAT YAYILIB

Guneyli MehbuslarƏrdəbil həbsxanasında saxlanan milli fəllara qarşı işgəncələrlə bağlı aprelin 24-də yeni məlumat yayılıb.

«Media forum» saytının məlumatına görə, məlumatda deyilir: «Bu gün Ərdəbil Azad Universiteti tələbələri İslami Birliyinin rəhbəri Ərdəşir Kərimi Xiyavi, hüquq müdafiəçisi Behruz Əlizadı, yazıçı və jurnalist Rəhim Qulami və sivil hüquq fəalı Vədud Səadətinin həbsindən 14 gün keçir. Onlar vəkildən məhrum edilib və yalançı ifadələr vermək üçün saxlandıqları həbsxanada cürbəcür işgəncələrə məruz qalıblar. Məhbuslar ailələri ilə telefon əlaqəsində müxtəlif işgəncə novlərinə, o cümlədən saatlarla tavandan başı aşağı vəziyyətdə saxlanmaq, yatmağa qoymamaq, elektroşoka məruz qalma, şallaq zərbələrinə dözmək, təkadamlıq kameralarda saxlanmaq, təhqir edilmək kimi işgəncə növlərinə məruz qaldıqlarını etiraf ediblər».

Məlumatda həmçinin qurumun azərbaycanlı məhbusların işgəncəsinə etiraz əlaməti olaraq beynəlxalq insan haqları təşkilatlarına müraciət edildiyi də vurğulanır.

yazilib گونئی سسی GuneySesi Thu 24 Apr 2008 saat 22:13 | link |

Güney Azərbaycanda May olaylarının ildönümü yaxınlaşdıqca təzyiqlər artır

Guney Azerbaycan - 2006 May Etirazlari - tehranMay olaylarının anım mərasimini keçirilməmək barədə Zəncan, Təbriz, Urmiyə, Ərdəbil, Sulduz kimi şəhərlərdə fəal hərəkat üzvlərinə xəbərdarlıqlar olunub.

Güney Azərbaycanda 2006-ci ilin mayında baş verən qanlı hadisələrin ildönümü yaxınlaşdıqca təhlükəsizlik qüvvələri milli hərəkat fəallarına təzyiqləri artırır. Xatırladaq ki, o vaxt İranın rəsmi qəzetində türklərin təhqir olunmasına etiraz əlaməti olaraq meydana çıxan onlarla həmvətənimiz qətlə yetirilmişdi.

Həmin vaxt həbs edilən fəalların bir çoxu hələ də zindanlardadır. Güneydəki mənbələrdən verilən məlumata görə, ayrı-ayrı bölgələrə qeyri-türk millətindən olan təhlükəsizlik qüvvələrinin, xüsusi xidmət orqanlarının əməkdaşları yerləşdirilir.

May olaylarının anım mərasimini keçirilməmək barədə Zəncan, Təbriz, Urmiyə, Ərdəbil, Sulduz kimi şəhərlərdə fəal hərəkat üzvlərinə xəbərdarlıqlar olunub. Xəbərdarlıqlar şifahi formada ETTELAAT-ın yerli şöbələrinə çağırılaraq edilir. Ancaq milli hərəkatçılar güneyli şəhidlərin anım gününü keçirməyə israrlıdır. Bu mənada yeni toqquşmaların baş verə biləcəyi istisna olunmur.

Yəzd həbsxanasında saxlanılan Güney Azərbaycan milli hərəkatının fəalı Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Lisaniyə qarşı təzyiqlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edilib.

 Məlumatına görə, müraciət BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Əfv Təşkilatına, qadın hüquqlarını müdafiə qurumlarına göndərilib. Müraciətdə bu günlərdə gecə saatlarında evindən aparılaraq 12 saat sorğu-sual edilən R.Lisaninin hüquqlarının pozulduğu, İran rejiminin hərəkat fəalına təzyiq göstərmək üçün A.Lisaninin həbsxanadakı vəziyyəti barədə KİV-ə məlumat verən həyat yoldaşına qarşı təzyiqləri gücləndirdiyi qeyd edilib.

yazilib گونئی سسی GuneySesi Tue 22 Apr 2008 saat 16:44 | link |

ETTELAAT Abbas Lisaninin xanımını telefonla hədələyir

Ruggeye LisaniQayNar: Güneydəki mənbələrimiz tanınmış milli hərəkatçı, hazırda həbsdə olan Abbas Lisaninin həyat yoldaşı Ruqiyyə xanıma qarşı təzyiqlərin daha da gücləndiyini bildirib.

Xatırladaq ki, Ruqiyyə xanım ötən həftə həbs olunaraq 12 saatdan sonra azadlığa buraxılmışdı. Mənbələrimiz bildirir ki, ETTELAAT əməkdaşları gündə iki-üç dəfə zəng edərək Ruqiyyə xanımı hədələyir, ondan xarici mətbuatla əlaqə saxlamamağı tələb edirlər.

Qeyd edək ki, Ruqiyyə Lisani həyat yoldaşı Abbas bəyin qanunsuz həbsi və ona verilən işgəncələr, eləcə də, Güneydə milli hərəkatçılara qarşı zorakı hərəkətlər barədə mütəmadi olaraq xarici mətbuatı və hüquq müdafiəçilərini məlumatlandırır. Bu isə İranın irtica rejiminin xoşuna gəlmir və Ruqiyyə Lisanini bundan çəkindirmək üçün hər cür çirkin üsula əl atırlar.

Hər halda bir xanımı telefonla hədələmək İrandakı molla hakimiyyətinin insanlıqdan uzaq mahiyyətini bir daha ortaya qoymuş olur.

yazilib گونئی سسی GuneySesi Tue 22 Apr 2008 saat 16:4 | link |

Urmiyə Univesritetində "Yağış-Tələbə" dərgisinin ۱ nömrəsi nəşr olundu

Soal DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Urmiyə Universitetində tələbələr yeni “Yağış” adlı dərgi nəşr ediblər. Dərgidə yazılan materialların məzmunları bunlardan ibarətdir;

Folklor tanımaq, qızıl alma rəvayəti və türklərin onda rolu, məzlum Qarabağ İslam dünyasının ikinci Fələstini, Xələc türkləri ən qədim türklərdəndirlər. dil və kimlik, etniki baxımıdan Azərbaycan mədəniyyəti, Alim Qasımov şərq musiqisinin görüntüsü Azərbaycan pəhləvanlıq tarixi Puraye Vəli, dr.Səməd Sərdarniyanın vəfatı.

Xatırladaq ki, Yağış dərgisi keçən semesterdə Urmiyə Universitetində Məşrutə İnqilabı xüsusi buraxılışı nəşr edilmişdir.

yazilib گونئی سسی GuneySesi Mon 21 Apr 2008 saat 23:28 | link |

Ərdəbildə yeni həbs olunan milli fəalların vəziyyətindən nigarançılıqlar var

Guneyli MehbuslarDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə həbs olunan Güney Azərbaycanın milli fəalları Rəhim Qulami - jurnalist, Ərdəşir Kərimi – tələbə, Vədud Səadəti və Behruz Əlizadə mili fəallar bir həftə öncə İran Təhlükəsizlik Qüvvələri tərəfindən həbs edilərək Ərdəbil ETTELAAT-nın təcridxanasında saxlanılırlar.

Məhbusların ailələri bildirirlər ki, bu günə qədər onların durumundan heç bir məlumat verilmədiyinə görə ciddi nigarançılıq keçirirlər.

 Məlumatlara görə hal hazırda ETTELAAT-ın təcridxanasında saxlanılan soydaşlarımız ağır işgəncələrə məruz qalaraq fiziki və ruhi işgəncələr nəticəsində ağır durumdadırlar. Güney daxilində fəaliyyət göstərən İnsan Haqları komitələri son günlərdə 20-dən artıq milli fəal həbs edilərək ETTELAAT orqanlarında işgəncələrə məruz qalmaqdadırlar. Onlarla görüşmək imkanı olmadığından adları açıqlanmır.

Ərdəbil həbsxanasından alınan məlumata əsasən milli hərəkat fəalı 22 yaşlı Ərdəbil Universitet tələbəsi Vəhid Radimehr hal hazırda bir həftə öncədən Ərdəbil həbsxanasının 7-ci bəndində saxlanılır.

yazilib گونئی سسی GuneySesi Mon 21 Apr 2008 saat 23:27 | link |

Tehranda Tibb Universitetində fəaliyyət göstərən "Birlik" dərnəyinin fəaliyyəti faşist mollalar tərəfindən dayandırıldı

SansorDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən neçə ildir Tehranın Tibb Universiteti mədəni və kültürəl fəaliyyətilə seçilən Birlik dərnəyi Güney Azərbaycan türklərinin mədəniyyətini, siyasi-ictimai şəxsiyyətlərini, türk dilində özəl tədrisi, dərgi və bülletenlərin nəşr edilməsi, tarixi günlərin və ümumilli tədbirlərin və konsertlərin keçirilməsi, Xocalı soyqırımının və Qarabağın işğal olunmuş rayonlarının anım mərasimlərinin keçirilməsində böyük əməyi olmuş Birlik dərnəyi, universitetin şovinist təfəkkürlü məsulları tərəfindən dayandırılıb. Belə ki, son günlərdə şovinist təfəkkürlü universitet məsulları dərnəyə məktubla müraciət edərək bəzi suallar göndərmişlər. Suallar bunlardan ibarətdir.

1. Dərnəyin Qafqaz və Azərbaycan Respublikasına baxışınız necədir?

2. Türk dili nə zamandan Azərbaycan dili olub?

3. Azəri irqindən nə bilirsiz? Türk və Azərinin köklərini aydınlaşdırın.

 Məktubun sonunda göstərilir ki, bu suallara dərnəyinizdəki bu sahəni bilən insanlar cavab verməli və yazdıqların imza etməldir.

Xatırladaq ki, dərnəyin sonuncu dəfə Birlik törəni adlı tədbirdə çoxlu sayda tələbənin və alimlərin iştirak etdiyi zaman türkcə məruzə edən mütəxəsislər Əhməd Kəsrəvinin türkləri azəri adlandırması əsas müzakirə olduğuna görə farsları həddindən artıq qəzəbləndirib və o tədbirdən sonra dərnəyə qarşı ciddi problemlər yaradılmağa başlayıb.

yazilib گونئی سسی GuneySesi Mon 21 Apr 2008 saat 23:22 | link |

Təbriz-Səhənd Universitetinin tələbəsi bir il təhsildən məhrum edildi

Tabriz Sahand UniversitesiDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın milli fəallarından olan Təbrizin tələbə hərəkatında fəallıq nümayiş etdirən Peyman Əncidəni Universitetin Təhlükəsizlik şöbəsinin göstərişi ilə bir il təhsildən məhrum edilib.

yazilib گونئی سسی GuneySesi Mon 21 Apr 2008 saat 23:20 | link |

Urmiyə həbsxanasındakı milli fəalların vəziyyətindən son məlumat

DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Urmiyə həbsxanasında saxlanılan Güney Azərbaycan milli hərəkat fəallarının vəziyyətləri ağır olaraq qalmaqdadır...


>>>>>>
yazilib گونئی سسی GuneySesi Mon 21 Apr 2008 saat 23:18 | link |
 
offshore