تبليغاتX
Guney Sesi

«ÇƏNLİBEL» TƏLƏBƏ JURNALININ BAŞ REDAKTORU ŞƏRTİ HƏBSƏ MƏHKUM EDİLİB

Riza Dağistaniİranda fəaliyyət göstərən azərbaycanlı jurnalist, «Çənlibel» tələbə jurnalının baş redaktoru Rza Dağıstani separat və pantürkçü qrupları ilə əlaqədə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq Urmiya İnqilab Məhkəməsi tərəfindən 8 aylıq şərti həbs cəzasına məhkum edilib.

«Media forum» saytının məlumatına görə, Sulduz (hazırda Nəqədə adlanır) şəhərinin Pəyami-Nur Universitetinin psixologiya ixtisası üzrə axırıncı kurs tələbəsi olan R.Dağıstani bu il fevral ayının 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə milli zəmində apardığı fəaliyyətinə görə ETTELAAT-ın Urmiya idarəsinin əməkdaşları tərəfindən tutularaq 27 gün təcridxanada saxlanmış, 40 milyon tümənlik (təxmnən 40 min dollar) mülk girovu müqabilində azadlığa buraxılmışdı.

«Media forum»

yazilib گونئی سسی GuneySesi Fri 20 Jun 2008 saat 22:26 | link |

«Mən türkəm» şüarını yazan məktəbli yenidən həbs olundu

Məhəmmədrza Əvəzpur16 yaşlı Təbriz məktəblisi Məhəmmədrza Əvəzpur İslam İnqilab Məhkəməsinin 118-ci Təbriz bölümü tərəfindən islam inqilabının liderini təhqir etmə ittihamı ilə 6 ay həbsə məhkum edilib. Hazırda məhkəmə qərarından şikayət verməyə hazırlaşan məktəblinin qardaşı Mustafa Əvəzpur deyir ki, Məhəmmədrzanın hökmü onun ötən ilki həbsi ilə bağlıdır. Məktəblini parkda dincələrkən bəsic yarımhərbi patrul üzvləri həbs etmişdilər.

Mustafa Əvəzpur deyir ki, Məhəmmədrzaya qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Məhəmmədrza Əvəzpur bundan öncə də dəfələrlə həbs edilib. 2006-cı ilin aprel ayında və 2007-ci ilin sentyabrında həbs olunan Əvəzpurun üzərində daha iki məhkəmə hökmü var. Onu divarda «Mən türkəm» şüarını yazdığına görə pantürkizmdə və dövlət əleyhinə fəaliyyətdə günahlandırıblar.

Beynəlxalq Amnistiya Təşkilatı 2006-cı ilin mayında həbs olunduğu zaman Əvəzpura işgəncə verilməsinə qarşı etiraz kampaniyası başlamışdı. Həmin vaxt 14 yaşlı məktəblinin iki sutka ayağından asılı vəziyyətdə saxlandığı, ona su, çörək və ayaqyolundan istifadə imkanı verilmədiyi bildirilirdi. Mustafa Əvəzpur qardaşının üzləşdiyi işgəncələr, ağır cinayətkarlarla eyni kamerada saxlanması və basqı nəticəsində psixoloji sarsıntı keçirdiyini deyir.

2006-cı ildəki həbsi zamanı Məhəmmədrza ilə birgə onun qardaşları Mustafa və Murtuza da həbs olunmuşdular. Mustafa Əvəzpur deyir ki, ailəsinin basqı altında olmasına səbəb onların milli-mədəni hüquqlar uğrunda mübarizəsidir.

Məhəmmədrza Əvəzpurun bundan öncəki məhkəmə işlərindən 9 aylıq çəkilməmiş həbs cəzası var. Həmin hökmlər və son məhkəmə hökmü ilə bağlı verdiyi şikayətlər təmin olunmazsa, onu 15 aylıq həbs gözləyir. 

yazilib گونئی سسی GuneySesi Thu 19 Jun 2008 saat 12:28 | link |
Ərdəbil Universitetinin tələbəsi Əsgər Əkbərzadə həbs edilib

Asgar AkbarzadehAmerikanın Səsi İran Azərbaycanında milli fəalların təqibləri davam edir. İslam Respublikasında həbsə alınan son fəal Ərdəbil Universitetinin tələbəsi Əsgər Əkbərzadədir. Əvvəllər də siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs edilmiş cənab Əkbərzadənin ailə üzvləri hazırda onun harada olduğunu və necə saxlandığını bilmir. Səsli faylı yükləməklə Bulud Mehmandarlının bu barədə olan reportajını dinləyə bilərsiniz.

«Onun yeganə günahı ana dilində təhsil istəməsidi»

İranın Ərdəbil Pəyame Nur Universitetinin Kimya fakültəsinin tələbəsi Əsgər Əkbərzadə iyunun 9-da həbs olunub. Həmin vaxtdan bəri ailəsinin ondan xəbəri yoxdu.

«Azadlıq» radiosuna müsahibəsində məhbusun anası Həmayil Əzizi bildirib ki, oğlunu imtahan mövsümünün qızmar çağında universitetin qarşısında günahsız həbs ediblər. 

Əkbərzadə Azərbaycan türkcəsində təhsil hüququ uğrunda hərəkatın fəalı kimi tanınır. O, 2006-cı ilin may hadisələrindən sonra həbs olunmuş, 600 min tümən (700 dollara yaxın) cərimə qarşılığında azadlığa buraxılmışdı.

Bundan sonra 2006-cı ilin sentyabr ayında məktəblərin açılışı ilə bağlı «Türk dilində mədrəsə» şüarları yaydığına görə 4 aylıq həbs olunmuşdu. Beynəlxalq Amnistiya Təşkilatı Azərbaycan fəalının hüquqlarının müdafiəsi məqsədi ilə iki dəfə təcilli bəyanat verib. Əkbərzadə 2008-ci ilin aprelində cəzasını başa vurub yenidən universitetə qayıtmışdı.

Həmayil Əzizi oğlunun aclıq aksiyası etdiyini güman edir. Anasının sözlərinə görə, Əkbərzadənin yeganə günahı Azərbaycan türkcəsində təhsil istəməsidi.

İran konstitusiyasının 15-ci maddəsi ölkədə yaşayan bütün xalqların öz dilində təhsil almaq haqqı tanıyır. Lakin bu ölkədə yaşayan azərbaycanlıların və digər milli azlıqların ana dilində məktəbi yoxdur.

yazilib گونئی سسی GuneySesi Tue 17 Jun 2008 saat 2:19 | link |

25 yaşlı fəal işgəncə verilərək öldürülüb

Azadlıq Radiosu .Cümə axşamı, 12 iyun 2008

Farhad Mohseniİranda Azərbaycan fəallarından Fərhad Möhsininin cəsədi tapılıb. O, may hadisələrinin iştirakçılarından biri idi və həmin hadisələr zamanı güllə yarası alaraq, həbs olunmuşdu.

Ailəsinin «Savalanın səsi»nə verdiyi məlumata görə, Fərhad Möhsininin axtarılması ilə bağlı rəsmi dövlət orqanlarına müraciət etsələr də bu nəticəsiz qalıb.

Ancaq fəalın cənazəsi iyunun 11-də gizli servis tərəfindən meyitin yarılması mərkəzinə verilib. Fəalın ailəsinə xəbərdarlıq ediblər ki, bu barədə heç kimə məlumat verməsinlər.

2006-cı ildə rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin ilin mayın 22-də etiraz aksiyaları keçirilib. Fərhad Möhsini məhz may hadisələrinin ildönümü ərəfəsində yoxa çıxmışdı.

yazilib گونئی سسی GuneySesi Thu 12 Jun 2008 saat 3:21 | link |

DÖRD SİYASİ FƏAL TƏBRİZ ZİNDANINA KÖÇÜRÜLÜB, BİR HÜQUQ MÜDAFİƏÇİSİ İSƏ ZAMİNƏ BURAXILIB

hebs xana«Media forum» saytı xəbər verir ki, 22 gün əvvəl ETTELAAT-ın Təbriz idarəsinin əməkdaşları tərəfindən tutulan siyasi fəallar Əhəd Rəzəvi, Əmir Bənai Sabiq, Cəmşid Zarei və Kamal Əşrəfi Təbriz zindanının ümumi korpusuna köçürülüblər. Onların ETTELAAT təcridxanasında ağır psixi təzyiqə məruz qaldığı bildirilir. Təbrizli fəallara qarşı konkret hansı ittihamın irəli sürülməsi barədə hələlik məlumat yoxdur.

Bir müddət əvvəl milli zəmində göstərdiyi fəaliyyətə görə həbsə salınan hüquq müdafiəçisi Hüseyn Mirzaxani isə zaminə buraxılıb. Təbrizli fəalın ailəsinin bildirdiyinə görə, ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanarkən H.Mirzaxani müxtəlif işgəncələrə məruz qalıb.

yazilib گونئی سسی GuneySesi Wed 11 Jun 2008 saat 19:40 | link |

ƏRDƏBİLLİ FƏAL YENİDƏN TUTULUB

Esger EkberzadehƏrdəbilli tələbə fəalı Əsgər Əkbərzadə həbs edilib. «Media forum» saytı xəbər verir ki, ETTELAAT əməkdaşları iyunun 9-da onu qaldığı evdən tutub aparıblar. Onlar Ə.Əkbərzadənin şəxsi əşyalarını, o cümlədən kitablarını və əlyazmalarını da müsadirə ediblər.

Ərdəbilin Pəyami-Nur Universitetində kimiya ixtisası üzrə təhsil alan Ə.Əkbərzadə 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən və qanlı qarşıdurma ilə nəticələnən aksiyalarda iştirak etdiyinə görə dörd ay həbsdə yatıb. Ərdəbil İnqilab Məhkəməsinin məhkum etdiyi Əkbərzadə bu ilin aprel ayında azadlığa buraxılmışdı.

Bundan başqa o, aksiyalara çağıran vərəqələr yaydığına görə 600 min tümən (təxminən 700 dollar) həcmində də cərimələnib.

Beynəlxalq Amnistiya Təşkilatı 2006-cı ilin noyabrında və 2007-ci ilin fevralında Ə.Əkbərzadə ilə bağlı iki bəyanat yayıb.

yazilib گونئی سسی GuneySesi Wed 11 Jun 2008 saat 15:37 | link |

İRANIN DÖVLƏT QURULUŞUNA QARŞI ÇIXMAQDA GÜNAHLANDIRILAN AZƏRBAYCANLILARA HÖKM OXUNDU

Guney Azerbaycanli Feallarİyunun 10-da Tehran İnqilab Məhkəməsinin 115-ci şöbəsində hakim Sələvatinin sədrliyi ilə keçirilən məhkəmə prosesində 9 azərbaycanlı - jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur, azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə edən vəkil Saleh Kamrani, universitet müəllimləri Abdulla Abbasi Cavan və doktor Məhəmmədəli Heydəri, ictimai-siyasi fəallar Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Saleki Niya, Mirqasım Seyidinzadə, Behruz Səfəri və Leyla Heydəri barədə hökm çıxarılıb.

«Media forum» saytının məlumatına görə, əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılan Səid Mətinpur 8 il müddətinə şərti həbsə məhkum edilib.

Digər 8 müttəhim də dövlət quruluşuna qarşı təbliğatda günahlandırılıb. Onların hər biri 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

«Media forum»

yazilib گونئی سسی GuneySesi Tue 10 Jun 2008 saat 21:50 | link |

Sulduzlu milli fəal Babək Siyamiyə şallaq cəzası icra olunub

hokimDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən dəfələrlə milli hərəkat fəalı olduğuna görə həbs edilən və ağır işgəncələrə məruz qalan Sudluz milli hərəkat fəalı Vəli Siyami (Babək) həbsxanada olduğu halda faşist molla hakimiyyəti tərəfindən şallaq cəzasına məhkum edilib.

Dünən həmin həbsxanada işgəncəgər məmurlar tərəfindən həmin şallaqlar icraya qoyulub.

Xatırladaq ki, may hadisələrinin ildönümü günləri Urmiyə və Sulduz həbsxanasında aksiyaya başlayan milli hərəkatçı məhbuslar həbsxana məmurları tərəfindən təzyiq və işgəncələrə məruz qalmışdır. Bəzi məhbuslara əlavə cəza olaraq təknəfərlik kamera və şallaq zərbələri nəzərdə tutulubdur.

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 17:5 | link |

May olayları ilə bağlı hesabat hazırlanır

HesabatGüney Azərbaycanda 2006-ci ildə baş vermiş may olaylarının ikinci ildöünümü mərasimlərində həbs edilən, təzyiqlərə məruz qalan soydaşlarımızla bağlı məlumatlar toplanır. Ayrı-ayrı təşkilatlardan, tələbə dərnəklərindən, ailələrdən toplanan məlumatlar ümumiləşdirilərək hesabat şəklində hüquq müdafiə qurumlarına və beynəlxalq təşkilatlara göndəriləcək. İlkin məlumatlara görə, may olaylarnının anım mərasimləri ərəfəsində və aksiyalardan sonra həbs edilən, təzyiqlərə məruz qalan, təhdid olunan, xəbərdarlıq alan, sorğu-suala cəlb edilən soydaşlarımızın say 4 minə yaxın olub ("OLAYLAR"İA)

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 17:0 | link |

1200 TƏLƏBƏ OTURAQ AKSİYA, 90 TƏLƏBƏ ACLIQ KEÇİRİR

Oyrencilerİranın Kərəc şəhərinin Pərdis Pedaqoji Universiteti tələbələri aksiya keçirir. 1200 tələbə bir həftə əvvəl oturaq aksiyaya, 90 tələbə isə 5 gün əvvəl aclıq aksiyasına başlayıb.

Tələbələr universitet rəhbərliyi müavinlərinin işdən çıxarılmasını, tələbələrin hər bir hərəkətini nəzarətdə saxlayan inzibati komitələrin ləğvini, tələbə yeməkxanasının işinin yaxşılaşdırılmasını, kitabxananın bərpasını və universitet rektorunun müxtəlif bəhanələrlə təzyiqə məruz qoyduğu tələbələrdən üzr istəməsini tələb edirlər.

«Media forum» saytının məlumatına görə, aksiyanı yaxından izləyən tələbə fəalı Məhdiyyə Gülru «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında aksiyaçıların hökumətin böyük təzyiqinə məruz qaldığını deyib: «Hökumət qüvvələri universitetin ətrafını mühasirəyə alıb. Hökumət bir neçə gün əvvəldən tələbələri aksiyanı dayandırmağa vadar etmək üçün universitetin suyunu kəsib».

Aclıq aksiyasına qatılan tələbələrin 30-u səhhəti pisləşdiyi üçün artıq xəstəxanaya aparılıb. Oturaq aksiyanı davam etdirən 1200 tələbə isə universitet rəhbərliyi tələbləri ödənməyincə geri çəkilməyəcəklərini bildiriblər.

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 16:56 | link |

GÜNEY AZƏRBAYCAN XƏBƏRLƏRI

Guney AzerbaycanGüney Azərbaycan Milli Hərəkat fəalı, 25 yaşlı təbrizli Fərhad Möhsüninin harada olduğunu dəqiqləşdirmək mümkün olmur. Bir neçə gün öncə itkin düşdüyü xəbər verilən hərəkatçının harada saxlanıldığı barədə ailəsi də məlumatsızdır. Bununla yanaşı hərəkatçının ailəsinə də F.Möhsüni ilə bağlı məlumatları mətbuata ötürməmək barədə xəbərdarlıq edilib. Məlumat üçün bildirək ki, 2006-cı ilin may hadisələri zamanı aksiyalarda iştirak edən F.Möhsüni yaralananlar arasında olub.

Qadir Sadiqi şəhid olub

Güney Azərbaycan Milli Hərəkatı fəallarının müəmmalı qətlləri davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, təbrizli hərəkatçı Qadir Sadiqi şəhid olub. Onun avtoqəzaya salındığı bildirilir. Məlumata görə, onu intizam qüvvələrinə məxsus "Səmənd" markalı maşınla vurub öldürüblər.

Səxavət İzzəti həbs edilib

Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycan Milli Hərəkatın fəallarına qarşı təzyiqlər davam edir.

Məlumata görə, Azərbaycan ədəbiyyatının təbliği ilə məşğul olan ziyalılar təqiblərə məruz qalır. Belə ki, Azərbaycan şairi Zəlimxan Yaqubun şeirlərini əski əlifbaya çevirmiş tanınmış şair Səxavət İzzəti həbs edilib.

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 16:51 | link |

GÜNEY AZƏRBAYCANIN MUĞAN BÖLGƏSINDƏ QANLI QARŞIDURMA BAŞ VERIB

SepahGüneydən daxil olan məlumata əsasən bir ay öncə Muğan mahalında olan Böyükxanlı kəndindəki hadisələrdən bəzi məlumatlar mətbuata vermişdik. Həmin məlumatda fars molla hakimiyyətinin Sepahe-pasdaran polis və təhlükəsizlik qüvvələrinin Araz ətrafında olan kəndlərin əhaliyə məxsus olan əsas əkin yerlərinin zəbt edilməsi diqqətə çatdırlımışdır.

Son məlumata görə yenə də İran Təhlükəsizlik Qüvvələri Muğan şəhərinin 10 km-də Oltan bölgəsi yaxınlığında yerləşən Ayaz kəndində Təhlükəsizlik qüvvələrilə əhali arasında qanlı qarşıdurma baş verib.

Bizə daxil olan məlumata görə iyun ayının 2-də günorta saat 4 radələrində təhlükəsizlik və çevik polis qüvvələri əhalinin torpaqlarını zəbt etmək üçün hücumlar təşkil edib. Yerli əhalinin müqaviməti ilə üzləşən təhlükəsizlik və polis qüvvələri günahsız və dinc əhaliyə avtomat silahlardan atəş açılıb, həmin hadisədə iki nəfər əkinçi həlak olub. Bunlarla yanaşı onlarla silahsız və dinc əhali güllə yaraları alaraq ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Çoxlu sayda yerli əhali həbs edilib. Həbs edilən, yaralanan və həlak olanların adları yaxın günlərdə diqqətinizə çatdırılacaq. Həlak olanların birinin adı Dərqahi olduğu təsdiqlənib.

Qarşıdurmada çevik polis qüüvələrindən və təhlükəsizlik məmurlarından da yaralananlar olduğu bildirilir.

Məlumatda əlavə edilir ki, hal hazırda Muğan bölgəsində fövqəladə polis rejimi hökm sürür. Dövlət binaları, banklar, xəstəxanalar, şəhərin mərkəzi küçələri təhlükəsizlik və polis məmurları ilə doludur.

hakimiyyət əhalinin səsini boğmaq üçün Muğana yaxın bölgələrdən polis və təhlükəsizlik qüvvələri cəlb edib. Deyilənə görə Pirevatlı, Ayaz kəndi, Qaradağlı kəndi, Böyükxanlı və hətta Məmmədrzalı kəndlərindən yüzə yaxın yerli əhali həbs edilib. Demək olar ki, faşist molla hakimiyyətinin güc strukturları nəyin bahasına olursa-olsun yerli əhalinin əkin sahələrini ələ keçirmək istəyir. Fars şovinistlərin asimilyasiya və represiya siyasəti Güney Azərbaycanın bütün bölgələrində həyata keçirilməkdədir. Əhalinin iqtisadi və maddi vəziyyətinə ağırlaşdırmaq və bölgələri yerli əhalidən təmziləmək məqsədilə işğalçı Ermənistan dövləti ilə əməkdaşlığı gücləndirmək və həmin bölgədə erməni şirkətlərini yerləşdirmək məqsədi daşıyır. Yerli əhali dəfələrlə bəyan edib ki, öz ata-baba yurdlarını son nəfəsə qədər qoruyacaqlarını bildiriblər.

Təhlükəsizlik qüvvələri həmin qarşıdurmada bir əsgərin öldüyünü bəhanə edərək dinc əhaliyə qarşı hərbi əməliyyatlar hazırlamaqdadırlar. Cinayətkar ETTELAAT məmurları öncədən hazırlanmış təxribatlarla dinc əhalinin evlərinə silah-sursat yerləşdirərək hərbi əməliyyat keçirməyə şərait yaradırlar. Muğan əhalisi bütün beynəlxalq insan haqları təşkilatlarına və Güney Azərbaycanın hüquqlarını müdafiə edən təşkilatlara müraciət edərək bildirir ki, məzlum və günahsız Muğanlıları faşist molla hakimiyyətinin qəsbkarlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görsünlər və muğanlıların öz haqlarını əldə etmək üçün onların səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa yardım etsinlər.

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 16:47 | link |

Güney Azərbaycan milli fəalları ağır durumda saxlanılırlar

Firidun MehdipourHal – hazırda Urmiya həbsxanasının 12-ci  bölməsində  saxlanılan Güney Azərbaycan milli fəalı Firidun Mehdipurun  dürümü  təhlülə altındadır. 

Urmiya həbsxanasında siyasi məhbusların  ağır vəziyyətinə ,  həmçinin müvəqqəti azadlığa buraxılması ilə bağlı etdiyi müraciətə cavab verilməməsinə, ailəsi ilə görüşməsinə qoyulan məhdudiyyətlərə  etiraz  olaraq F.Mehdipur mayın 21 – dən aclıq aksiyasına başlamış və bu onun səhhətində ciddi problemlər yaratmışdır. Keçirdiyi aclıqdan fiziki durumu ağırlaşdığından o, qan kusur.  Buna baxmayaq, həbsxana rəhbərliyi ona hər hansı  tibbi yardımın gösətilməsinə icazə vermir.

Xatırladaq ki, güneyli milli fəal F.Mehdipur birinci dəfə  2006 – cı il mayın 21 – də  tutularaq, 2 həftə Urmiya Ettelat həbsxanasında ağır   işgəncələr  altında saxlanılmış, 20 min ABŞ dolları məbləğində girov qoyduqdan sonra  müvəqqəti azadlığa buraxılmışdı. Həmin vaxt Urmiya İnqilab Məhkəməsinin III şöbəsinin hakimi Hüseynzadənin çıxardığı hökmə əsasən, F.Mehdipur 39 ay 1 gün (9 ay qəti, 4 il müddətinə icra edilməklə  30 ay 1 gün şərti ) azadlıqdan məhrum edilmişdi (Qeyd edək ki, İran qanunlarına görə əfv  qanunu  həbs müddətinə 1 gün  əlavə olunan şəxslərə şamil olunmur ). O,  ölkə təhlükəsizliyinə qarşı fəaliyyətdə, İran əleyhinə olan təşkilatlarla iş birliyində suçlandırılmışdı. Həmçinin, Appelyasiya məhkəməsinə müraciət etdiyi müddətdə o, ikinci dəfə 2007 – ci il mayın 25 – də tutularaq 39 gün olmaqla,  18 gün Urmiya Ettelaat həbsxanasında, 21 gün isə Urmiya mərkəzi həbsxanasında həbsdə saxlanılıb. Sənəd girov qoyaraq  müvəqqəti azadlığa buraxıldıqdan bir neçə gün sonra Urmiya İnqilab Məhkəməsinin I şöbəsinin hakimi Yəhyəvi   F.Mehdipur haqqında 4 ay həbs qərarı  çıxarıb. Bu dəfə o, may hadisələri ərəfəsində təbliğat aparmaq, elanlar yapışdırmaqda ittiham olunub. Appelyasiya məhməkəsinə müraciətdən  sonra bu müddət 3 ay 1 günlə əvəz edilib. Hazırda o,  Urmiya mərkəzi həbsxanasının 12 – ci bölməsində  saxlanılır.

GAİP

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 16:44 | link |

ETTELAAT məmurları Güney Azərbaycan Milli hərəkat fəalı Həsən Əsədini öldürmək istəyirlər

Hesen AsadiMəlum may hadisələrinin ikinci ildönümü ərəfəsində mayın 17 – də İran Ettelaat tərəfindən tutulan tanınmış milli hərəkat fəalı Həsən Əsədinin vəziyyəti də  olduqca ağırdır.

əldə etdiyimiz məlumata görə,  Ettelaat məmurlarının işgəncəsi altında saxlanılan H.Əsədinin anası Ettelaat idarəsinə müraciət edərək, oğlunun heç bir qanuni əsas olmadan tutulmasına kəskin etirazını bildirib və onun azad olunmasını tələb edib.

O, Ettelaat məmurlarına deyib ki. Ya oğlumu azad edeceksiniz, ya da bizi də tutacaqsınız. Onun belə kəskin etirazından sonra o, oğlu Həsən Əsədi ilə qısa müddətli telefon əlaqəsi saxlaya bilib. H.Əsədi telefonda zəif və batıq səslə danışıb. Məlumatlara görə, H. Əsədi ağır işgəncə altındadır. Hətta, ona elektroşok tətbiq edilir.  Xatırladaq ki, bir müddət öncə də milli hərəkatda fəaliyyətinə görə Həsən Əsədi ETTELAAT məmurları tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmış, sonra Təbriz İnqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilmişdir.

Güney Azərbaycan İstiqlal Partiyası
Araşdırma və İnformasiya Mərkəzinin sədri 
Sadiq İsabəyli

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 16:41 | link |

İranda yaşayan qeyi-Farslar

İranda Yaşanan Etnik Goruplarin Xeritesi ve Sayiİstər şah rejimi, istərsə də 1979-cu il inqilabından sonrakı dövrdə İran ərazisində yaşayan qeyri-fars xalqları ölkədə hakim mövqe tutan farslar tərəfindən həmişə ciddi təzyiqlərə məruz qalmışlar. Ölkədə əhalinin etnik və dini tərkibinin mürəkkəbliliyinə baxmayaraq, yalnız farsların hakim mövqe tutması (digər millətlərin hakim mövqe tutması üçün fars dili və mədəniyyətinə yiyələnməsi vacibdir) tarix boyu narazılıqlarla qarşılanmışdır. Hökumətin qeyri-fars etnoslarına qarşı tutduğu mövqeyə görə etnik məsələnin həlli İİR üçün çox böyük və həll olunmaz bir problem kimi görünməklədir.

 Əsas qeyri-Fars etnosların (Azərbaycanlılar, Kürdlər, Ərəblər, Bəluclar, Türkmənlər) İİR-in sərhəd zonalarıhda məskunlaşması (Azərbaycanlılar- Azərbaycan, Türkiyə və İraq, Kürdlər- Türkiyə və İraq, Ərəblər- İraq, Bəluclar- Əfqanıstan və Pakistan, Türkmənlər-Türkmənistan ilə sərhəddə yaşayırlar) və Azərbaycanlılar istisna olmaqla onlarının hamısının Sünni məzhəbinin nümayəndəsi olması İranın narahatçılığının özəyini təşkil edən amillərdəndir.

Qeyri-Fars xalqlarının dillərinin sıxışdırılması nəticəsində hazırda Fars dili ölkədə vahid dil olmuşdur. Apardıqları mübarizə müqabilində 1979-cu ildəki İslam İnqilabından sonra yeni yaradılmış hökumətdən çox şey gözləmələrinə rəğmən hökumətin qeyri-Fars xalqlara qarşı tutduğu mövqedə heç bir dəyişiklik nəzərə çarpmamış, əksinə güclü Fars mərkəzləşdirlməsi aparılmışdır. Yeni qəbul olunmuş konstitusiyada ölkədə yaşayan bütün etnik və əksər dini azlıqların hüquqlarının təmin olunması barədə müddəalar öz əksini tapsa da (13-cü maddədə Xristianlar, Yəhudilər və Zərdüştlər dini azlıq kimi tanınır, onlara parlamentdə cəmi 5 nəfər olmaqla təmsil olunmaq hüququ və dini sahədə qanun çərçivəsində fəaliyyət göstərmək izni verilir, 15-ci maddədə hər bir yerli xalqın Fars dili ilə bərabər öz doğma dilində sərbəst danışmaq, təhsil almaq və nəşrlər etmək hüququ, 19-cu maddədə isə dinindən, milliyətindən və s. asılı olmayaraq bütün xalqların hüquq bərabərliyi göstərilmişdir) hökumət tərəfindən bu öhdəliklərin yerinə yetirilməməsi açıq-aydın nəzərə çarpır. Əvəzində bu xalqların öz konstitusiya hüquqlarının təmin olunması uğrunda apardıqları mübariəzə hökumət tərəfindən separatçı xarakterli hərəkət kimi qiymətləndirilir. Hətta İran rəsmiləri belə hərəkatların həmin xalqların öz iradələri ilə yox, onun ölkəsinin yürütdüyü siyasətlə razılaşmayan bəzi dövlətlərin dəstəyi ilə təşkil olunduğunu vurğulayırlar. Əslində isə problemin kökündə İranın həmin xalqlara qarşı tutduğu milliyətçi fars mövqeyi durur. Faktlara əsasən bu fikrin doğruluğunu təsdiqləmək olar.

1997-2007-ci illərdə 200-dən çox nəşr bağlanılmış, radio və televiziya verilişlərinə birbaşa dövlət nəzarət etməyə başlamışdır. Qeyri-Farslara qarşı yürüdülən dövlət siyasətinin başında Azərbaycanlılara münasibət xüsusi yer tutmaqdadır. Bunun isə özünəməxsus tarixi kökləri vardır. İranın narahatçılığının əsas səbəbi kimi Kürd, Ərəb və Bəluclardan fərqli olaraq Azərbaycanlıların şimalda müstəqil dövlətlərinin olmasını və onların bundan mənəvi qidalanmasını, vaxtilə İran ilə Rusiya arasında bölündüklərinin hələ də unutmamasını, müstəqillik üçün tarixboyu mübarizə aparmasını və bu millətin yüksək özünüdərketmə təfəkkürünün olmasını göstərmək olar. Buna görə də Azərbaycan dili və mədəniyyəti, onların kimliyi sıxışdırılmış, qadağan olunmuş vəziyyətə salınmışdır. Azərbaycanlıların assimilyasiyası dövlət siyasətinə çevrilmişdir. Azərbaycan xalqının yüksək milli özünüdərk hissini zəiflətmək məqsədilə İran hökuməti həmin ərazələrdə olan tarixi və mədəni abidələri bərpa adı altında məhv edir, Azərbaycan xalqının azadlıq simvolu olan Babəkin mübarizə apardığı Bəzz qalasına hər il təşkil olunan və bir milyondan çox insanın iştirak etdiyi yürüşün qarşısını hər vəchlə almağa çalışır. Azərbaycan dilində nəşr olunan qəzet və jurnalların sayı hədsiz dərəcədə məhdudlaşdırılmış, onların fəal ictimai-siyasi nümayəndələri təqiblərə məruz qalmışdır. İqtisadi cəhətdən də bu ərazilər digər milli azlıqların yaşadığı yerlərdə olduğu kimi məhrumiyyətlərə məruz qalmışdır. İranın keçmiş prezidenti H. Rəfsəncaninin 8 illik hakimiyyəti dövründə onun anadan olduğu Kerman əyalətinə Cənubi Azərbaycan əyalətindən 300 dəfə çox sərmayə qoyulması faktı sadalanan fikri təsdiqləməyə əsas verə bilər.

Kürdlər, Ərəblər, Bəluclar və Türkmənlərə qarşı da İran hökuməti eyni mövqe tutmuşdur. Həmin ərazilərdə də sosial-iqtisadi vəziyyətin səviyyəsinin aşağı olması, yerli idarəetmə orqanlarında Farsların çalışması hamıya məlumdur. Əhalisinin sayına görə İranda 6-cı olan Əhvaz şəhərində yaşayanların 70 %-i Ərəbcə danışsa da orada Ərəb dilində heç bir nəşrə icazə verilmir. İran-İraq müharibəsindən sonra Ərəblərin kompakt yaşadıqları Xuzestan ostanlığında heç bir bərpa işləri aparılmamış, işsizlik və yoxsulluğun aşağı səviyyəsi yerli əhalini qaçaqmalçılıqla (xüsusən də narkotika qaçaqmalçılığı ilə) məşğul olmağa və cinayətkarlığa sövq etmişdir. Sistan və Bəlucistan ostanlığında yaşayan Bəluclar da eyni aqibətlə üzləşmişlər. Həmin ostanlığın inzibati mərkəzi olan Zahedan şəhərindəki Universitetdə oxuyan 2000 tələbənin cəmi 7-8 nəfəri milliyyətcə Bəlucdur.

Son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda İranda yaşayan qeyri-Fars xalqların siyasi fəallaşması diqqəti cəlb etmişdir. Qeyd etmək lazımdır ki, artıq bu xalqlar da onların müqəddəratlarının ədalətli şəkildə həll edilməsi üçün tarixi vaxtın yetişdiyini düşünürlər. Təbii ki, hər şeydən əvvəl belə bir “şəraiti” onlar üçün İran hökuməti yaratmışdır. Uzun illərdir yürüdülən şovinizm siyasətinin sonu gec-tez çatacaqdır. Məlumdur ki, heç bir imperiya ömürlük mövcud olmur. Belə bir aqibətin İranı da gözlədyini söyləmək olar. Maraqlıdır ki, ölkədə yaşayan qeyri-Fars xalqlarının yalnız konstitutsiya hüquqlarını təmin etməklə belə bir təhlükədən qaçma ehtimalı olan İİR bu addımı atmır.

ARAZ TƏDQİQATLAR MƏRKƏZİ

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 16:39 | link |

Tehranda 11 milli hərəkat fəalının qapalı məhkəməsi keçiri

Guneyli FeallarGüney Azərbaycandan daxil olan məlumata əsasən Tehran İnqilab məhkəməsi 15-ci şöbəsində 31 may 2008-ci il tarixində 11 nəfər Güney Azərbaycanın milli hərəkat fəalı və bu yaxınlarda müvəqqəti azadlığa buraxılmış Abdul Abbasi Cavan, İlqar Mərəndli, Məhəmməd Nüsrəti, Qasım Seyyidinzadə, Leyla Heydəri, Behruz Səfəri, Cəlil Qənilu, Saleh Kamrani, doktor Heydəri və onların hüquqlarını müdafiə edən Nemət Əhmədi, doktor Məhəmmədəli Dadxah, vəkil Məhəmmədi və Abbas Camalı qapalı inqilab məhkəməsində mühakimə ediliblər.

Bu məhkəmə istintaq sənədləri əsasında ittihamların araşdırmaq məqsədilə həyata keçirilir. Bir müddət öncə eyni qapalı məhkəmə Əlirza Mətinpur və Səid Mətinpur qardaşlarına da şamil edilmişdir.

Hələlik məhkəmə onların barəsində heç bir qərar qəbul etməyib. Lakin külli miqdarda məhkəməyə girov qoyulan pullar və ya sənədlər milli fəallara qaytarılmır.

Xatırladaq ki, adları çəkilən Güney Azərbaycan milli hərəkat fəalları uzun müddətli həbs və həbs zamanı ağır işgəncələrə məruz qalmış, onlara qarşı İranın ərazi bütövlüyünü parçalamaq və pantürkist təfəkkürünü yaymaq, ölkədə ixtişaşlar yaratmaq ittihamları verilmişdir.

Həmin ittihamlar bu gün də öz qüvvəsində qalmaqdadır.

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 15:47 | link |

SON GÜNLƏRDƏ GÜNEY AZƏRBAYCANDA HƏBS OLUNANLARIN VƏZIYYƏTI AĞIRDIR

hebs xanaGüneydən daxil olan məlumata əsasən may hadisələrinin ildönümü ərəfəsində minlərlə Güney Azərbaycan milli hərəkat fəalı həbs edilmiş və sonradan bəziləri azadlığa buraxılmış, bəzilərinin isə bu günə qədər harada olduqları və hansı durumda olduqları naməlum olaraq qalmaqdadır.

Yaxın mənbələrdən alınan məlumata əsasən Təbriz şəhərində həbs edilən 55 yaşlı Kamal Əşrəfi, 22 yaşlı Əhəd Rəzəvi, Höccət Vəlipur, Mehdi Nəccari Əmir Məhəmməd Binayi, Fərşid Mustafayi, Nadir Məhəmmədpur, Höccət Tarıverdilər o cümlə həbs olunanlardandırlar ki, ETTELAAT orqanlarında ağır işgəncələr təhlükəsindədirlər. Bu günə qədər onlarla görüşmək, əlaqə saxlamaq mümkün olmayıb. Rəsmi oraqanlar tərəfindən onlardan xəbərsiz olduqları bildirilir.

On gün bundan öncə isə həbs edilən Maşallah Rəzmi, Ramin Rəzmi və Əkbər Hüseynzadə həbs edilərək naməlum istqimatə aparılıb.

Bu günə qədər onlar haqqında heç bir məlumat yoxdur.

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 15:42 | link |

Güney Azərbaycanda milli fəallar naməlum şəkildə qətlə yetirilir

GuneyGüney Azərbaycandan  daxil olan məlumata əsasən dünən 29 may 2008-ci il tarixində Təbrizdə 3 nəfər milli hərəkat fəalı motoskeletlə gəzdikləri zaman polislər tərəfindən şübhəli bilinərək onların üzərinə polis maşınını sürərək hadisə törədiblər. Belə ki, ağır bədən xəsarəti alan milli hərəkat fəalları Qadir Sədiqi – çoxlu qan itirərək dərhal həlak olub. Başqa iki nəfər əhali tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstəxanada olanların vəziyyəti qənaətbəxş deyil. Polis maşını hadisəni törətdikdən sonra dəhral həmin yeri tərk edib.

Şahidlərin verdiyi məlumata əsasən polis maşınının nömrəsi götürülüb, həmin maşın Təbrizin 18-ci polis bölməsinə aid olduğu və mayor Şəfiyi adlı polis məmurunun əməkdaşları ilə birgə bu cinayət törədilib.

Xatırladaq ki, belə şübhəli qətillər xeyli müddətdir ara-sıra Güney Azərbaycan milli hərəkat fəallarına qarşı həyata keçirilir.

Əvvəlcə bir neçə nəfər milli hərəkat fəalına qarşı şübhəli ölüm faktları aşkarlanıbdır. Onlardan şərqin ən tanınmış türkoloq, tarixçi, professor Məhəmmədtağı Zehdabi neçə il bundan öncə İran təhlükəsizlik qüvvələri tərəfindən naməlum şəkildə qətlə yetirildi.

Mirkazım Musəvi Güney Azərbaycanın tanınmış musiqişünaslarından olan Kərəc yolunda dörd il bundan öncə qondarma avtomobil qəzasında qətlə yetirildi.

Səhənd Əfşari – Təbrizin məşhur gənc şairi 3 il bundan öncə Təbriz Ərdəbil yolunda naməlum şəkildə avomobil qəzası ilə yanaşı boğazı kəsilmiş formada qətlə yetirilmişdir. Bunlarla yanaşı indiyə qədər onlarla milli hərəkat fəalı başqa ittihamlar altında edam edilir. May hadisələrinin ildönümü ərəfəsində də həsb edilən və müvəqqəti azadlığa buraxılan milli hərəkat fəallarına ETTELAAT məmurları tərəfindən təhdidlər olunub ki, milli fəaliyyətlərindən əl çəkməsələr radikal ETTELAAT məmurları tərəfindən istənilən yerdə qətlə yetiriləcəklər. Bu informasiyanın bəzi fakt və sənədləri, hətta video görüntüləri də milli hərəkat fəallarında, o cümlədən xanım Şahnaz Qulamidə də vardır.(vhp)

yazilib گونئی سسی GuneySesi Fri 6 Jun 2008 saat 15:29 | link |

TƏBRIZ UNIVERSITETI TƏLƏBƏLƏRINƏ TƏZYIQLƏR ARTIB

Guney Azerbaycan Oyrenci HerekatiDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Təbriz Universitetinin tələbələri hər gün təzyqilərə məruz qalmaqdadır. Milli ayrıseçkiliyi özlərinə hədəf edən fars şovinist qüvvələri Güney Azərbaycanın bütün universitetlərində, hətta fars vilayətlərində, universitetlərdə türklərə və qeyri-farslara qarşı təzyiqlər günü-gündən artmaqdadır.

Təbriz Universitetinin tələbələri milli haqlarını və insani hüquqlarını tələb etdiklərinə görə fars hakimiyyəti tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalırlar. Təbriz Universitetinin 4 tələbəsi Nadir Məhd Qarabağ – elektrik mühəndisi, Nahid Babazadə, Səməd Paşayi, Əmin İmami.

Neçə müddətdir ki, Universitetin Təhlükəsizlik komitəsi tərəfindən təzyiqlərə məruz qoyulan tələbələrə təhsil haqda şəadətnamələri verməkdən imtina edirlər. Soydaşlarımıza qarşı ittihamlar irəli sürülərək onları universitet daxilində milli haqlar yönündə aksiyalar keçirməkdə ittiham edirlər.

yazilib گونئی سسی GuneySesi Fri 30 May 2008 saat 15:41 | link |

Təbrizli hərəkatçı itkin düşüb

İtibDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycan milli hərəkat fəalı 25 yaşlı təbrizli Fərhad Möhsüni itkin düşüb.

Xatırladaq ki, may hadisələri zamanı ETTELAAT tərəfindən oğurlanmış Fərhad Möhsüninin ailəsi də təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, milli hərəkat fəalı 2006-cı il may hadisələri zamanı güllə yarası almışdı.

yazilib گونئی سسی GuneySesi Fri 30 May 2008 saat 15:37 | link |

Qərbdə Güney Azərbaycana laqeyd münasibətin səbəbləri

South Azerbaijan - Tabriz - 22 May 2006ABŞ başda olmaqla Qərb dünyası İranın nüvə məsələsinə günümüzdə əsas problem kimi xüsusi diqqət ayırırlar. Beynəlxalq təşkilatların toplantılarında da fars-molla rejimi məhz bununla bağlı tənqid olunur, Tehranı nüvə fəaliyyətindən çəkindirmək üçün müxtəlif yolların arayışına çıxılır.

Ancaq o da bəllidir ki, nüvə silahına yiyələnmək arzusu İrandakı rejimin mahiyyətindən doğur. Başqa sözlə, rejimin mahiyyəti əsas hədəf kimi götürülürsə və mahiyyətin dəyişməsinə nail olunarsa, nüvə məsələsi da avtomatik həllini tapacaq. Rejimin mahiyyətinin əsasında isə milli və insan hüquqlarını sıxışdırmaq, millətləri və insanları əsarət altında saxlamaq durur...


>>>>>>
yazilib گونئی سسی GuneySesi Fri 30 May 2008 saat 15:21 | link |

MİLLİ HƏRƏKAT DAHA BİR ŞƏHİD VERDİ

Guney Azerbaycan oyrenci HerakatiMay hadisələrinin ildönümü ilə əlaqədar Güney Azərbaycanda gərginlik davam edir. Mayın 22-də Xoy şəhərində baş verən qarşıdurma nəticəsində bir gənc tələbə şəhid olub.

GAMOH-dan aldığımız məlumata görə, soydaşımız odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hakimiyyət qüvvələrinin təxribat törətmək niyyətinə baxmayaraq, milli hərəkatçılar silahlı qüvvələrə əlavə qətllər törətmək üçün bəhanə verməyiblər
.

Hərəkat fəalları xalqı sakitliyə çağırıb və dinc aksiyalar davam edib. Məlumata görə, rejim insanların qəzəbini daşırıb bankları, dükanları yandırmağa sövq etmək, partlayışlar törətmək və milli hərəkata ləkə yaxmaq istəyirmiş. Təbriz, Urmiya, Ərdəbildə keçirilən etiraz aksiyalarında hərəkatçılar qatillərin cəzalandırılmasını, həmçinin Azərbaycan türklərinin haqlarının tanınmasını tələb ediblər.

Dünən Mərənd şəhərində də hökumət qüvvələri ilə ciddi qarşıdurma baş verib. Dinc aksiyalara izn verilməməsinə etiraz edən hərəkatçıların şəhərin girəcəyində Yumrutəpə adlanan ərazidə Güney Azərbaycanın bayrağını asması insidentə səbəb olub. Təqribən iki saat ərzində Mərənd şəhər camaatının bayrağın dalğalanmasına tamaşa etməsi ETTELAAT-ı qəzəbləndirib. Silahlı qüvvələr şəhərdəki millətçilərin üstünə hücum edib. Qarşıdurma zamanı bir neçə nəfər yaralanıb. Həbs edilənlər var.

2006-cı ilin mayında ən çox şəhid verən Sulduz şəhərində isə şəhidlərin ildönümü sakit keçib. Şəhidlərin dəfn edildiyi qəbiristanlıq əvvəlcədən kapitan Novruzpur adlı ETTELAAT məsulunun rəhbərliyi ilə polis tərəfindən mühasirəyə alınsa da, milli hərəkatçılar qarşıdurma üçün heç bir bəhanə verməyiblər. A.Qaradağlı bildirdi ki, Güneydə etiraz tədbirləri hələ də davam edir. İran hakimiyyəti ölkədə baş verənlərlə bağlı xəbərlərin kənara çıxmamasından ötrü telefon və internet əlaqələrini məhdudlaşdırıb.(vhp)

yazilib گونئی سسی GuneySesi Fri 30 May 2008 saat 15:15 | link |

Ərdəbil stadionunda milli şüarlar

İstadioumƏrdəbildə İran futbol yığmasının türk əsilli sabiq hücumçusu Əli Dayeyi adına stadionun açılış mərasimi keçirilib.

GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən  daxil olan məlumata görə, açılış münasibətilə futbol turniri keçirilib. Kərəc şəhərinin yığması ilə İran milli komandası qarşı-qarşıya gəliblər.

Məlumata görə, stadionda milli şüarlar səsləndirilib. Əli Dayeyinin iştirak etdiyi oyunda tamaşaçılar "Unutmayaq qiyamı", "Əli Dayı var olsun, şovinizm xar olsun!", "Yaşasın Azərbaycan, Ərdəbilim oyaqdır, Lisaniyə dayaqdır" şüarlarını qışqırıblar. Mayın 25-dən etibarən Ərbədildə gərginlik hökm sürür.(vhp)

yazilib گونئی سسی GuneySesi Fri 30 May 2008 saat 15:10 | link |

Təbriz hərəkatçılarına işgəncə verilir

Guney Azerbaycanli Siyasi MehbuslarGüney Azərbaycanın başkəndi Təbriz şəhərində tutulan hərəkat fəallarının sayı mətbuata açıqlanandan daha çoxdur. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən daxil olan məlumata görə, həbs edilən hərəkatçıların bir qismi gizli şəkildə ETTELAAT-da saxlanılırlar.

Onlara işgəncə verildiyi bildirilir. Təcridxanada saxlanan Rəhman Qasimi, İsmayıl Fəthi, Əmir Məhəmmədbənnayi, Əhəd Qəzəvi və daha 16 hərəkat fəalı may hadisələri zamanı yaxalanmışdılar.

Əli Sədiqi və Cəmşid Zareyi adlı iki hərəkatçının vəziyyəti daha ağırdır. Onlara amansız işgəncə verilir.(vhp)

yazilib گونئی سسی GuneySesi Fri 30 May 2008 saat 15:6 | link |

GAİP Böyük Britaniya parlamenti qarşısında piket keçirilib

Guney Azerbaycan İstiqlal Partiasi ( GaİP)Güney Azərbaycanda 2006-cı ildə baş verən qanlı may hadisələrinin ildönümü ilə əlaqədar Böyük Britaniyanın paytaxtı Londonda bu ölkə parlamentinin binası qarşısında piket keçirilib.

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Araşdırma və İnformasiya Mərkəzindən “VH”-yə verilən məlumata görə, piketdə İranda insan haqları ilə bağlı vəziyyət pislənib, beynəlxalq təşkilatlardan tələb olunub ki, bu ölkədə qeyri-farslara qarşı aparılan diskriminasiya siyasətinin qarşısının alınması üçün ciddi addımlar atılsın.

Qeyd edək ki, GAİP-in təşəbbüsü ilə keçirilən aksiyada Türk Ülkücü Ocağı, Türkmən İnsan Haqları Müdafiə Komitəsi və Əhvaz Ərəb Demokratik Cəbhəsinin nümayəndələri də iştirak edib.(vhp)

yazilib گونئی سسی GuneySesi Fri 30 May 2008 saat 15:1 | link |

MIYANA ŞƏHƏRINDƏ MILLI HƏRƏKATÇILAR HƏBS EDILIR

İran EttelatiGüneydən daxil olan məlumata əsasən may hadisələrinin ikinci ildönümü ərəfəsində Güney Azərbaycanın Miyana şəhərində milli hərəkat fəalları ETTELAAT idarəsinə çağırılaraq saatlarla dindirilir və təzyiqlərə məruz qalırlar.

Belə ki, Miyana şəhərində özəl musiqi məktəbinə rəhbərlik edən mühəndis Məhəmmədrza Muxtari və çoxlu sayda milli hərəkat fəalı ETTELAAT məmurları tərəfindən çağırılaraq təzyqilərə məruz qalıblar.

Məhəmmədrza Muxtari 6 saat müddətinə Miyana ETTELAAT idarəsində sorğu-suala tutularaq təzyqilərə məruz qalmış və təhdid edildikdən sonra azadlığa buraxılmışdır.

Xatırladaq ki, keçən il musiqi müəssisəsinin adı türkcə olduğuna görə bağlanmışdır. Mühəndis Məhəmmdrza Muxtari Miyanada milli oyanışa xidmət edən ən tanınmış milli hərəkat fəallarındandır. Dəfələrlə ETTELAAT məmurları tərəfindən həbs edilərək işgəncə və təzyiqlərə məruz qalmış, son parlament seçkilərində Miyana şəhərinin namizədlərindən olmuş, lakin milli haqlarını müdafiə edən şəxs olduğuna görə onun namizədliyi ETTELAAT tərəfindən ləğv edilmişdur.(vhp)

yazilib گونئی سسی GuneySesi Mon 26 May 2008 saat 17:1 | link |

GÜNEY AZƏRBAYCAN DA HƏBSLƏR DAVAM EDIR

Güneydən daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycanın bütün bölgələrində hərbi hakimiyyət hökm sürməkdə davam edir.

Bütün şəhərlər xüsusi təyinatlı polis və təhlükəsizlik qüvvələri ilə doludur. Milli hərəkat fəallarının ETTELAAT məmurları tərəfindən həbs edilməsi adi bir hala çevirilib.

Son bir həftə içərisində 4 mindən artıq milli hərəkat fəalı ETTELAAT idarələrinə çağırılaraq sorğu-sual təzyiq və işgəncələrə məruz qoyulurlar. Həbs olunanların əksəriyyəti azadlığa buraxılsada aktiv milli hərəkat fəalları ETTELAAT təcridxanalarında saxlanılır
.

Təkcə Təbrizdə 30 nəfər həbs olunaraq naməlum yerlərdə işgəncələrə məruz qalmaqdadır. Güney Azərbaycanın başqa şəhərlərində də eyni əməliyyatlar həyata keçirilir. (vhp)

yazilib گونئی سسی GuneySesi Mon 26 May 2008 saat 16:58 | link |

MINLƏRLƏ İNSAN SULDUZDA ŞƏHIDLƏRIN ANIM MƏRASIMINI KEÇIRİB

Güney Azərbaycanın Sulduz şəhərindən daxil olan məlumata əsasən iki il öncə fars şovinistləri tərəfindən dinc əhaliyə silahlı basqın edən faşist molla hakimiyyətinin məmurları onlarla soydaşımızı öldürmüş və onların ailələrinə ciddi təzyiqlər göstərmişlər. Həmin hadisələrin ildönümünü qeyd etmək üçün Güney Azərbaycanın əksər şəhərlərindən minlərlə soydaşımız onların məzarını ziyarət etmək üçün və anım mərasimləri keçirmək üçün Təbrizdən, Urmiyədən, Qoşaçaydan, Xoydan, Makidan milli hərəkatçılar Sulduza toplanmış və həmin şəhərin məscidlərində ehsan verərək milli azadlıq uğrunda şəhid olmuş soydaşlarımızı anmış və onların ailələrinə mənəvi dəstək olmuşlar.

 Polis və təhlükəsizlik məmurları bütün güclərini səfərbər edərək bu mərasimin qarşısını almaq istəsələrdə mərasim iştirakçılarının sayı çox olduğundan qorxuya düşərək müdaxilə edə bilməmişlər. Lakin kameralarla başqa şəhərlərdən gələnləri lentə alaraq qorxu yaratmaq istəmişlər. Amma buna baxmayaraq möhtəşəm anım mərasimi keçirilmiş, çoxlu sayda şəhidlərin qəhrəmanlıqlarını əks etdirən şeirlər və məruzələr edilmişdir.

Xatırladaq ki, həmin gün onlarla şəhid və onlarla yaralanmış soydaşlarımızın ailələri Azərbaycan türklərinin öz qəhrəmanlarını unutmayacağına əmin olmuş və onların qanlarının yerdə qalmayacağını bir daha sübut etmişlər.

Tədbirdə iştirak edən həmin hadisələrdə yaralanan Mehdi Əzizadə, Nasir Cahangərd, Mahmud Hacıməhəmmədi, Əlirza Mehran, Mehran Nohəxan, Kamran Nohəxan, İrəc Məhəmmədi, Həbib Rəzəvi, Yəhya Novruzi, Əlirza İbrahimzadə, Hüseyn Muradi və Əli Nuri iştirak edirdilər.(vhp)

yazilib گونئی سسی GuneySesi Mon 26 May 2008 saat 16:52 | link |

ŞOT ŞƏHƏRININ ŞƏHƏR ŞURASININ BAŞÇISI ƏKBƏR LƏKISTANI MILLI FIKIRLƏRINƏ GÖRƏ ÜÇ IL HƏBSƏ MƏHKUM EDILDI

Reza LekestaniGüney Azərbaycanın Maku vilayətinin Şot şəhərinin şəhər şurasının keçmiş sədri milli haqları müdafiə etdiyinə görə mühakimə olunub.

Xatırladaq ki, bir müddət öncə Güney Azərbaycanın qərb vilayətinin Şot şəhərinin şəhər şurasının rəisi işləyən Əkbər Ləkistani həbs edilərək təzyiq və işgəncələrə məruz qalmışdır. Ona qarşı ittihamlar hakimiyyət əleyhinə mübarizə və pantürkist təşkilatlarla əməkdaşlıq iddiaları olunmuş, həbs edilərək bir ay müddətinə həbsdə qaldıqdan sonra 40 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmış, yaxın günlərdə İnqilab məhkəməsi tərəfindən çağırılmış və üç il həbsə məhkum edilmişdir. Lakin bu məhkəməyə etiraz edən Əkbər Ləkistani məhkəmə tərəfindən 20 gün müddətinə vaxt verilmiş, həmin müddətdə apelyasiya məhkəməsinə şikayət edə bilər.

İnqilab məhkəməsinin irəli sürdüyü ittihamlarda göstərilir ki, Əkbər Ləkistani Şot şəhərində Cümə məscidində çıxış edən zaman İranın prezidentini terrorist adlandırararq rəhbərliyin terrorsitləri himayət etməkdə günahlandırıb.

Iran Təhlükəsizlik Nazirliyi Əkbər Ləkistanini Türkiyədə Amerika konsulluğu ilə əlaqəli və Amerikanın Radio-Fərda səsinə İranda insan haqlarının pozulması ilə bağlı müsahibə verdiyini və İran hakimiyyətini faşist və diktator hakimiyyət adlandırdığını bildirib. Inqilab məhkəməsi bu ittihamlar əsasında Əkbər Ləkistaniyə qarşı ümumilikdə üç il həbs cəzası nəzərdə tutulub. Soydaşımızı Amerika və İran hakimiyyətinə qarşı olan dövlətlərlə əlaqəli olduğunu bildirib.(vhp)

yazilib گونئی سسی GuneySesi Mon 26 May 2008 saat 16:46 | link |

GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKAT FƏALI FIRIDUN MEHDIPUR URMIYƏ HƏBSXANASINDA ACLIQ AKSIYASINA BAŞLAYIB

Firidun MehdipourUrmiyadan verilən məlumata görə, Urmiya həbsxanasında saxlanılan Güney Azərbaycan milli hərəkat fəalı Firidun Mehdipur may hadisələrinin ildönümünü aclıq aksiyası ilə qeyd edir.

Xatırladaq ki Firidun Mehdipur Urmiyə İnqilab məhkəməsinin hökmü ilə hakimiyyət əleyhinə mübarizə, İranın ərazi bütövlüyünü parçalamaq, əhalini hakimiyyət əleyhinə aksiyalara dəvət etmək ittihamı ilə 39 ay 1 gün həbsə məhkum edilib. 9 ay 1 gün qəti həbs və 30 ay şərti olaraq azadlıqdan məhrum edilib.

 Həbs olunan zaman neçə müddət ETTELAAT idarəsində ağır işgəncələrə məruz qalmış, sonra Urmiyə həbsxanasına yerləşdirilmişdir.

Hal hazırda Urmiyə həbsxanasının 13-cü bəndində saxlanılır, may hadisələrinin ildönümü ilə bağlı hakimiyyətin Azərbaycan türklərinə qarşı qeyri-insani rəftarlarına etiraz olaraq aclıq aksiyasına başlayıb. (vhp)

yazilib گونئی سسی GuneySesi Mon 26 May 2008 saat 16:40 | link |

Güney Azərbaycanda may hadisələrinin il dönüçünü qeyd etməy istəyənlari kütləvi həbs edirlər

Guney Azerbaycan - TabrizGüney Azərbaycan şəhərlərdə 2006-cı ildə baş verən qanlı may hadisələrinin ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan aksiyaların qarşısının alınması üçün onlarla azərbaycanlı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təkcə mayın 22-də Təbrizdə 12 azərbaycanlı İran xüsusi xidmət orqanı tərəfindən Məhəmməd Fərhadi, Kərim Məhəmmədzadə, Hüseyn Mirzəxani, Firuz Abbasquluzadə, Rza Abbasquluzadə, Səməd Məhəmməd Cəfəri, Əli Xakpur, Yasir Heydərnejat, Höccət Tarıverdiyan, Höccət Muxtarzadə, İbrahim bəy (soyadı məlum deyil), Vəli Abdullahpur, Mürsəl Bəxşi, Mehdi Dehqani və Bəhruz bəy (soyadı məlum deyil) saxlanılıb.

Sonradan onlardan bir neçəsi sərbəst buraxılıb. S. M. Cəfəri və K. Məhəmmədzadənin səhhətində isə problem yaranıb. May hadisələrinin ildönümündən bir neçə gün əvvəl isə Əli Sədiqi, Cəmşid Zareyi, Məhəmməd Yerhun, Əhəd Rəzəvi, Həmid Rzayi
,
və Əkbər Hüseynzadə tutulub. Saxlanılan bu yeddi nəfər haqda isə heç bir məlumat verilməyib.

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Araşdırma və İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, mayın 24-də partiya ilə əlaqədə ittiham olunaraq Təbriz sakini Həsən Əsədi saxlanılıb. Onun Təbriz təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir.

Qeyd edək ki, İran dövlətin rəsmi orqanı olan “İran” qəzetinin 12 may 2006-cı il tarixli sayında azərbaycanlıları tarakan kimi təsvir edən karikatura nəşr edilib. Buna etiraz edən azərbaycanlılar isə yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək, etiraz aksiyalarını dayandırmağa nail olublar. Nəticədə 27 nəfər öldürülüb, yüzlərlə adam isə yaralanıb. Bundan sonra isə İran xüsusi xidmət orqanları kütləvi həbslərə başlayıb. Son 2 ildə aksiyalara qatıldığına görə yüzlərlə adam həbs edilib

Güney Azərbaycanın paytaxtı Təbrizdə yaralanan 2 Milli Hərəkat fəalının adları bəlli olub. GAMOH-un verdiyi məlumata görə, bunlar Kərim Məhəmmədzadə və Məhəmməd Fərhadidir. Onlar mayın 21-də həbs edilmişdilər. Hüseyn Mirzəxanlı, Firuz Abbasquluzadə, Rza Abbasquluzadə, Səməd Məmməd Cəfəri, Əli Xaknur, Yasir Neydərnejad da yaralı vəziyyətdə yaxalanıblar.

Xoylu tələbələr azadlığa buraxılıb

Xoy şəhərində həbs edilən 6 tələbədən 5-i azadlığa buraxılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "Olaylar"a daxil olan məlumata görə, onlar 6 min ABŞ dolları məbləğində girov qoyublar. Həbsdə saxlanan 1 hərəkat fəalının hazırda harada olduğu bəlli deyil. Onun hələ də ETTELAAT-ın zindanında saxlanıldığı güman olunur.(vhp)

yazilib گونئی سسی GuneySesi Mon 26 May 2008 saat 16:32 | link |

SULDUZ ŞƏHIDLƏRININ ILDÖNÜMÜ ANILDI

Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın qəhrəmanlar şəhəri olan Sulduz şəhərində şəhid olmuş milli hərəkatçıların ailələri və Sulduz milli hərəkat fəalları şəhidlər məzarlığında toplaşaraq anım mərasimi keçiriblər.

Anım mərasimi zamanı günahsız xalqın qanına əli bulaşmış təhlükəsizlik qüvvələri və əli dəyənəkli silaha sarılmış polis qüvvələri məzarlığı mühasirəyə almış, anım mərasimini genişlənməyə imkan verməmiş, məzarlığa toplaşan şəhid ailələrini və Sulduz əhalisini tezliklə oranı tərk etməyi və evlərini getməyi tələb etmişlər. Əks təqdirdə onlara tərəf atəş açacaqlarını bildirmişlər.

Təhlükəsizlik qüvvələri kamera və fotoaparatla mərasim iştirakçılarını lentə almış və Sulduz şəhərinin ETTELAAT rəisi yüksək rütbəli polis və hərbiçilər əhalinin toplandığı şəhid məzarlığına gəlmişlər. Bütün göstərişləri əhalini məzarlıqdan uzaqlaşdırmaq üçün onlar verirmişlər. (vhp)

yazilib گونئی سسی GuneySesi Mon 26 May 2008 saat 16:24 | link |

Milli hərəkat fəalı Həsən Əsədi naməlum şəkildə yoxa çıxıb

Hesen AsadiDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən may hadisələrinin ikinci ildönümünü yaxınlaşdığı günlərdə Güney Azərbaycanın milli hərəkat fəalı Həsən Əsədi naməlum şəkildə yoxa çıxıb. Milli hərəkatdan verilən məlumata görə ehtimal olunur ki, Həsən Əsədi ETTELAAT məmurları tərəfindən oğrulanıb və naməlum yerdə saxlanılır.

Xatırladaq ki, Həsən Əsədi bir müddət öncə milli hərəkatda fəaliyyət göstərdiyinə görə ETTELAAT məmurları tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmış, sonra inqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilmiş, 70 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. May hadisələrinin ildönümü ərəfəsində Həsən Əsədi ilə yanaşı çoxlu sayda tanınmış milli hərəkat fəalları ETTELAAT məmurları tərəfindən həbs edilmişdir.

yazilib گونئی سسی GuneySesi Sat 24 May 2008 saat 18:4 | link |

Təbrizdə daha 16 nəfər milli hərəkat fəalı həbs edildi

HebsDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən faşist molla hakimiyyətinin məmurları may hadisələrinin ildönümünü keçirmək istəyən Güney Azərbaycan milli hərəkat fəallarını həbs etməkdə davam edir.

Dünən 22 may 2008-ci il tarixində Güney Aəzərbaycanın əksər şəhərlərində may hadisələrinin ildönümünü keçirmək istəyən milli hərəkat fəallarının qəddarcasına qarşısı alınaraq çoxlu sayda milli hərəkat fəalı əliçomaqlı və silahlanmış məmurlar tərəfindən hücuma məruz qalaraq bədən xəsarətləri alıblar. Təbriz şəhərində çoxlu sayda milli hərəkat fəalı həbs edilərək naməlum istiqamətə aparılıblar. Onların bəzilərinin adlarını sizin diqqətinizə çatdırırıq.

1. Məhəmməd Fərhadi 2. Kərim Məhəmmədzadə 3. Hüseyn Mirzəxani 4. Firuz Abbasquluzadə 5. Rza Abbasquluzadə 6. Səməd Məhəmməd Cəfəri 7. Əli Xakpur 8. Yasir Heydərnejat 9. Höccət Tarıverdiyan 10. Höccət Muxtarzadə 11. İbarhim ..... 12.Vəli Abdullahpur 13. Mürsəl Bəxşi 14. Mehdi Dehqan 15. Behruz ...

Xatırladaq ki, bəzi həbs olunan soydaşlarımız girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar. Onlardan Səməd Məhəmməd Cəfəri və Kərim Məhəmmədzadənin vəziyyəti ağır olduğu bildirilir.

Ildönümündən öncə həbs olunanlar

1. Əli Sədiqi  2. Cəmşid Zareyi 3. Məhəmməd Yerhun 4. Əhəd Rəzəvi 5. Həmid Rzayi 6. Həsən Ərk 7. Əkbər Hüseynzadə

Xatırladaq ki, həbs olunanlar ciddi bədən xəsarəti alaraq naməlum istiqamətə aparılıb. Bu günə qədər onların harda olması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

yazilib گونئی سسی GuneySesi Sat 24 May 2008 saat 17:54 | link |

SULDUZ ŞƏHIDLƏRININ ILDÖNÜMÜ ANILDI

Sulduz ŞehidleriDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın qəhrəmanlar şəhəri olan Sulduz şəhərində şəhid olmuş milli hərəkatçıların ailələri və Sulduz milli hərəkat fəalları şəhidlər məzarlığında toplaşaraq anım mərasimi keçiriblər.

Anım mərasimi zamanı günahsız xalqın qanına əli bulaşmış təhlükəsizlik qüvvələri və əli dəyənəkli silaha sarılmış polis qüvvələri məzarlığı mühasirəyə almış, anım mərasimini genişlənməyə imkan verməmiş, məzarlığa toplaşan şəhid ailələrini və Sulduz əhalisini tezliklə oranı tərk etməyi və evlərini getməyi tələb etmişlər. Əks təqdirdə onlara tərəf atəş açacaqlarını bildirmişlər.

Təhlükəsizlik qüvvələri kamera və fotoaparatla mərasim iştirakçılarını lentə almış və Sulduz şəhərinin ETTELAAT rəisi yüksək rütbəli polis və hərbiçilər əhalinin toplandığı şəhid məzarlığına gəlmişlər. Bütün göstərişləri əhalini məzarlıqdan uzaqlaşdırmaq üçün onlar verirmişlər.

yazilib گونئی سسی GuneySesi Sat 24 May 2008 saat 17:50 | link |

Güney Azərbaycan türklərinə Açıq Məktub

MektubAzərbaycan Respublikasından İran adlanan xalqlar həbsxanasına və əks istiqamətə ünvanlanan müxtəlif ittiham, qınaq və yumşaq hədələrlə müşaiyət olunan "açıq məktub"lar bir-birini əvəz edir. Bu yazışmalar bizə artıq tarixin arxivinə gömülmüş Sovet İmperiyasının can üstə olduğu illərdə baş verən prosesləri xatırlatsa da (Qorbaçova, Zorri Balayana, Silva Kaputikyana və başqalarına ünvanlanan açıq məktubları nəzərdə tuturuq), düşüncələrimizin ifadəsi üçün məhz bu janrdan istifadə etmək qərarına gəldik...


>>>>>>
yazilib گونئی سسی GuneySesi Sat 24 May 2008 saat 17:38 | link |

İranda türklərin təhqir olunması siyasəti davam etdirilir- hüquq müdafiəçisi

Alireza Javanbakhteh QuluncuAzərbaycan, Bakı, 22 may / Trend News , müxbir D.Xatınoğlu/ İranda əhalinin təxminən yarısını türk əsilli vətəndaşlar (azərbaycanlılar) təşkil etsə də, hakimiyyət onların ən bəsit mədəni-siyasi hüquqlarını tanımır. «İranda türklərin təhqir olunması, siyasi təzyiqlərə, ayrı -seçkiliyə məruz qalması halları davam edir» - deyə iranlı hüquq müdafiəçisi Əlirza Cavanbəxt Trend News-a bildirib.

2006-ci il mayın 22-də rəsmi «İran» qəzetində dərc olunmuş karikaturada, ölkə türklərinin tarakana bənzədilməsinə etiraz olaraq, İranın bir çox şəhərlərində aksiyalar keçirildi. Hüquq- müdafiə təşkilatlarının verdiyi məlumata əsasən, hər il bu hadisənin ildönümü münasibətilə İranda yaşayan azərbaycanlılar dinc aksiyalar keçirməyə hazırlaşsalar da, hakimiyyət buna icazə vermir.

«Hakmiyyət türklərin mədəni haqlarını bərpa edəcəyi barədə dəfələrlə verdiyi vədlərə əməl etmədiyi üçün, bu il də İrandakı milli hərəkat fəalları «fars şovinist düşüncəsinə» etiraz olaraq aksiyaya hazırlaşıblar » - deyə, Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMEK) baş katibi Cavanbəxt bildirib.

Onun dediyinə görə, Güney Azərbaycanın (İranın şimal hissəsi) bir çox şəhərlərində qeyri-rəsmi şəkildə komendant saatı tətbiq edilib. «Milli hərəkat fəallarına təhlükəsizlik orqanları tərəfindən zənglər edilir, onlardan mayın 22 - də evdən çıxmamaları tələb olunur. Həmçinin, polis orqanları Güney Azərbaycanın şəhərlərində hazırlıq vəziyyətinə gətirilib və artıq əhali arasında qorxu yaratmağa başlayıblar» - deyə hüquq müdafiəçisi cümə axşamı Ankaradan elektron poçt vasitəsilə bildirib.

Son günlərdə hətta, Cavanbəxtin sözlərinə görə, mədəni və siyasi fəaliyyət göstərən bəzi hərəkat fəalları həbs olunublar. «Əli Sədiqi, Cəmşid Zarei, Hüccət İraqi, Salman İraqi, Salar İraqi, Əkbər Abdullahi və Həmid Rüstəminin həbsi barədə dəqiq məlumatımız var. Təhlükəsizlik orqanları bir çox fəalları telefon vasitəsilə hədələyib və aksiyalara çıxmamağı tələb edib»- deyə, ASMEK-in baş katibi bildirib.

Qeyri-rəsmi məlumata əsasən, hazırda İran əhalisinin 35 milyonu türk əsilli azərbaycanlılardır. İran azərbaycanlılarının ana dilində təhsil almaq, müstəqil mətbuat və digər media orqanlarını yaratmaq haqları yoxdur. Hazırda milli hərəkatın onlarla azərbaycanlı fəalı həbsxanada saxlanılır.

yazilib گونئی سسی GuneySesi Fri 23 May 2008 saat 20:34 | link |

GÜNEY AZƏRBAYCAN BLOKADADA

TebrizGüney Azərbaycandan daxil olan məlumata əsasən may hadisələrinin ildönümü Güney Azərbaycanın bütünü vilayətlərində keçirilməsi nəzərdə tutulub.

Fars hakimiyyəti
isə bütün şərərlərə hərbi və təhlükəsizlik qüvvələrini yeridərək şəhərləri mühasirəyə alaraq dinc əhaliyə qarşı zor tətbiq edir.

Güneyliləri toparlanmağa qoymur
. Keçirilməsi nəzərdə tutulan aksiyalarını qarşısını almağa çalışır. Son məlumatlara görə, dünən Təbriz bazarı ətrafında təhlükəsizlik və polis məmurları dinc əhaliyə qarşı hücumlar təşkil edərək dinc sakinlərə dəyənəklərlə ağır bədən xəsarətləri yetirmiş və həbs edilən
bir neçə nəfəri
naməlum istiqamətə aparmışlar.

Təbriz bazarı dünən demək olar ki, tətil vəziyyətdə olub. Güney Azərbaycanın hüquq müdafiəçiləri və azad jurnalistlərin verdiyi məlumata əsasən silahlanmış anti askiya məmurları, maşınlar, motorsikletlər, hərbi texnikalar Təbriz şəhərinin əsas küçə və məhəllərində reydlər apararaq bir nəfərdən dayanan insanlara hücum edərək onları pərakəndə edirlər. Təbriz şəhəri və Güney Azərbaycanın əksər şəhərləri hərbi qardizona bənzəyir.

Yerli polislərlər yanaşı minlərlə milləti və mənşəyi bəlli olmayan əli dəyənklilər silahlanmış hərbi geyimli maskalılar İranın bütün bölgələrində Güney Azərbaycan ərazilərinə səfərbər edilib. Dəmiryolu və hava yolları ilə Azərbaycanın şəhərlərinə ordu yeridilir. Təbriz şəhərində son bir həftə içərisində üç mindən artıq milli hərəkat fəalı ETTELAAT orqanlarına çağırılıb. Onların əksəriyyəti təhdid və təzyiqlərə məruz qaldıqdan sonra azadlığa buraxılsada dünən həbs edilən hərəkatçılar həbs olunaraq naməlum yerdə saxlanılır və heç kimdə əlaqə saxlaya bilməyirlər.

Başqa şəhərlərdə də həmin durum davam etməkdədir. Son günlərdə Urmiyədə 700-ə yaxın milli hərəkat fəalı ETTELLAT orqanlarına çağırılıb və təzyiqlərə məruz qalıblar. Milli hərəkat fəalı yeni həbsdən buraxılmış Elyaz Yekanlı həbs olunduğu bildirilir.

Sulduz şəhəri Güney Azərbaycanın qəhrəmanlar şəhəri adı aldığına görə və orada iki il öncə çoxlu sayda şəhid verdiyinə əsasən faşist molla hakimiyyətinin məmurları bu şəhəri tam mühasirəyə alaraq əhaliyə qarşı qəddarcasına təzyiqlər və təhdidlər həyata keçirərək aksiyaların qarşısını almaq istəyirlər. Yerli polislərdən başqa bu şəhərə əfqan mənşəli terrorçu qruplardan da istifadə edirlər.

Xoy şəhərində dünən 21 may 2008c- il tarixində keçirilən aksiyalar zamanı polis və təhlükəsizlik qüvvələri ilə milli hərəkat fəalları arasında toqquşma baş verib. Odlu silahdan atəş açan təhlükəsizlik qüvvələri bir nəfər milli hərəkat fəalı şəhid olub. Çoxlu sayda hərəkatçı həbs edilib.

Güney Azərbaycanda fəaliyyət göstərən internet saytları və veblagları rejim tərəfindən filter olunub və informasiya blokadası yaradılıb. Lakin buna baxmayaraq sms vasitəsilə milli hərəkat fəalları lazım olan yerlərə toplaşa bilirlər. demək olar ki, Güney Azərbaycanın bütün şəhərlərində hətta Tehranda vəziyyət həddindən artıq gərginləşib.

Qeyd edək ki, Güney Azərbaycan blokadaya alındığl üçün dəqiq heç bir məlumat əldə oluna bilmir. Güneylə telefon və internet əlaqəsi kəsilib.

yazilib گونئی سسی GuneySesi Fri 23 May 2008 saat 2:8 | link |

“Güney Azərbaycanda insan haqları problemi artıq gündəmin mövzusuna çevrilib”

Fakhteh ZamaniFaxtə Zamani: “İranda yaşayan azərbaycanlıların beynəlхalq dəstəyə çoх ehtiyacı var, çünki onlar haqlıdırlar, öz haqlarını tələb edirlər, dünya haqqını tələb edən, beynəlхalq hüquq normaları əsasında fəaliyyət göstərənlərdən diqqətini əsirgəməməlidir

Müsahibimiz Faxtə Zamani Təbriz şəhərində anadan olub. Orta məktəbi burada bitirdikdən sonra Kanadaya mühacirət edib Ottava Universitetində fizika sahəsində təhsil alıb. Fizika üzrə bakalavr pilləsini bitirəndən sonra isə Mikrodalğalı və Naqilsiz rabitə üzrə elektronika mühəndisliyi fakültəsinə daxil olub və həmin universitetdən məzun olub. Təhsilini başa vurduqdan sonra araşdırıcı mühəndis kimi çoxsaylı tədqiqat mərkəzlərində, o cümlədən, Ottava Universitetində çalışıb. Hazırda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının (ADAPP) sədridir

- Mənim Azərbaycanda insan haqları ilə məşğul olmağımın və bizim ADAPP-ı yaratmağımızın səbəbi bu olub ki, İranin tanınmış hüquq müdafiə təşkilatları nəinki azərbaycanlıların və digər qeyri-fars millətlərin haqlarını gündəmə gətirmirdilər, hətta müəyyən məqamlarda işi pozurdular və indi də pozmaqda davam edirlər. İranda Azərbaycanlıların hüquqlarının sistemli şəkildə pozulmasına baxmayaraq, bu hallar barədə dünya insan haqları mərkəzlərinə, beynəlxalq təşkilatlara lazımınca məlumat çatmırdı. Qeyri-fars millətlərə qarşı törədilən haqsızlıqlar fars hüquq müdafiəçiləri tərəfindən ört-basdır edilirdi. Biz də dünyanı bu informasiya blokadasından azad etmək qərarına gəldik. Bütün problemlərə və maneələrə  baxmayaraq, təşkilatlandıq və indi də insan haqları mərkəzləri və beynəlxalq qurumlarla birbaşa əlaqələr yaratmışıq, onları məlumatlandırırıq.


- Faxtə xanım, maraqlıdır, siz ixtisasca texniki sahənin nümayəndəsisiz. Belə olan halda sizi nə vadar etdi ki, insan haqlarının müdafiəsi ilə məşğul oldunuz?


- Bəli, Təqribən iki il yarim bundan əvvələ kimi mən öz peşə fəaliyyətimlə məşğul idim. Amma sonra azərbaycanli fəalların hüquqlarının pozulduğunu və onlardan beynalxalq insan haqlari təşkilatlarinin xəbəri olmadığını nəzərə alaraq, bəzi azərbaycanlı məhbuslara kömək məqsədilə beynəlxalq insan haqları mərkəzləri ilə əlaqəyə girdim. 2006-cı ilin may etirazlarından sonra işin həcmi artdığına görə bütünlüklə diqqətimi Güney Azərbaycanda insan haqları məsələsinə yönəltməyə məcbur oldum.


- Bu gün Irandakı azərbaycanlılara beynalxalq dəstək hansı formadadır?

- Son vaxtlara qədər beynəlxalq insan haqları təşkilatları İranda etnik azlıqların, o cümlədən də azərbaycanlıların vəziyyəti haqda az bilirdilər. Bu barədə kifayət qədər sənəd toplanmamışdı. Bunun səbəblərindən biri də bizim xaricdə yaşayan nümayəndələrimizin effektiv fəaliyyət göstərməməsi idi.

2006-cı ilin kütləvi etirazları xaricdəki azərbaycanlılara da təkan verdi: biz doğurdan da bu boşluğu hiss etdik. Ona görə ki, İran kimi qeyri-demokratik ölkədə milyonlarla azərbaycanlının bir həftə boyu küçələrdə yürüş keçirməsi xarici mətbuatda əks etdirilmədi. Həlak olanlar, xəsarət alanlar və  yüzlərlə həbs edilənlər barədə xəbər yayılmadı. Elə buna görə də humanitar təşkilatlar və hökumətlər vəziyyətdən xəbərsiz qaldı.

Bu iki il ərzində bütün məhdudiyyətlərə, imkansızlığa və çoxlu çətinliklərə baxmayaraq, digər azərbaycanlı fəalların köməyilə müəyyən dərəcədə Azərbaycanın səsinin boğulmasına, boykot edilməsinə son qoymağa və orada insan haqlarının pozulduğunu müxtəlif beynəlxalq qurumlara çatdırmağa nail ola bilmişik. Belə ki, Güney Azərbaycanda insan haqları problemi artıq gündəmin mövzusuna çevrilib. Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının birbaşa əlaqələri nəticəsində bu iki il ərzində BMT, Beynəlxalq Amnistiya Təşkilatı, "Frontlayn", ABŞ Xarici İşlər Nazirliyi və s. kimi beynəlxalq qurumlar və hüquq müdafiə təşkilatları tərəfindən azərbaycanlı fəalların hüquqlarının pozulması ilə bağlı yüzdən çox bəyanat verilmişdir.

Bu gün bu təşkilatın İrandakı müxtəlif millətlərin əllərindən alınmış hüquqlarına diqqət yetirməsi nəticəsində biz beynəlxalq səviyyədə arzuladığımız dərəcədən çoz uzaq olsa da, müəyyən həddə görünə bilmişik.

Ümumiyyətlə, Azərbaycan Milli Hərəkatı günbəgün beynəlxalq səviyyədə tanınmaqdadır və ümidvarıq ki, dünya ictimaiyyətinin hərəkata daha çox diqqət yetirməsinə və dəstək verməsinə nail olacağıq.

Yenə də hər şey daxildəki hərəkatdan asılıdır. İranda azərbaycanlıların milli şüurunun yüksəlməsilə onların xaricdəki nümayəndələrinin də fəaliyyəti artır. Onlar insan haqları təşkilatlarına müraciət edir. Beynəlxalq təşkilatların bu haqda verdiyi bəyanat insan haqlarını müdafiə etməyi özünə borc bilən hökumətləri də maraqlandırır.


- Irandakı həmvətənlərimizin hüquqlarının tapdanılması ilə bağlı gördüyünüz işlərin hansısa nəticəsi varmı. Yəni bu işlərələ Iranı az da olsa "yumşalda" bilibsinizmi?

- Bu suala tam dəqiqliklə cavab vermək çətindir. Amma qeyd etmək lazımdır ki, bu təzyiqlər şübhəsiz ki, təsirsiz qalmayacaq. Təcrübələr bunu göstərir ki, beynəlхalq təzyiqlər hətta İran kimi bir rejimə də təsirini göstərib. Məsələn, adları hesabatlar, beynəlхalq təşkilatların müraciətlərində qeyd olunan və ya barəsində mətbuatda daha çoх yazılan şəхslərlə davranışlarda dəyişiklik baş verir. Belələri ilə müqayisədə adları heç bir yerdə çəkilməyən hərəkatçıların vəziyyəti daha ağır olur.

Hətta diktator hakimiyyətləri də üzdə belə olsa, insan haqları meyarlarına riayət etməli olduqlarını bilirlər və İran da o ölkələrin biri kimi beynalxalq dunya qarşısında cavabdehlik daşıyır. Hər halda taleyi dünyanın insan hüquqları təşkilatlarının diqqət mərkəzində olan adamlara işgəncə tətbiq etmək olduqca çətindir və bizim məqsədimiz hər bir işgəncə faktını dünya ictimaiyyətinin gündəminə gətirməkdir.


- Bu gün Azərbaycan diasporunun təşkilatlanma prosesini necə qiymətləndirisiniz?

- Qeyd etməliyəm ki, xarici ölkələrdə haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün tələb edilən qədər fəaliyyət göstərilməyib.

Bunun səbəbi isə, Azərbaycan təşkilatlarının beynəlxalq standartlara uyğun şəkildə qurulmaması və sistemli fəaliyyət göstərməməsidir. Onların işinin səmərəsi çox zəifdir və özlərini dünyanın müasir standartlarına daha yaxşı uyğunlaşdırmaq əvəzinə, bəzən enerjilərini mənfi hərəkətlərə, daxili çəkişmələrə, təşkilatlar və şəxslər arasındakı ixtilaflara sərf edirlər.

İşdə çevikliyin olmaması, fəaliyyət qanunlarına riayət olunmaması, mənfi əməllərin çoxluğu ucbatından müsbət işlərin təsirsiz qalması, layihənin verəcəyi nəticə və səmərəni nəzərdə tutmadan enerji sərfi, məhdud mövzular üzərində tükənməz və nəticəsiz müzakirələr – geri saymağımızın səbəbləridir.

Hansısa təşkilatda vəzifələri bölüşdürməzdən əvvəl iş görmək haqda düşünən insanlara ehtiyacı var millətimizin. Xaricdəki təşkilat “fəalları” içəridə repressiyalara baxmayaraq, təhlükələr qarşısında çəkilməyən fəallarımızın göstərdiyi əzmkarlığın heç olmasa yüzdə biri qədər təpər göstərə bilsəydilər, şəxsi maraqları unudub, birgə mübarizəyə qoşulsaydılar daha böyük nəticələr əldə etmək olardı. Hətta birləşmək bu qədər çətinsə, hərə olduğu yerdə, bacardığı qədər çalışsa, başqalarına mane olmasa, nə qədər irəli gedərdik.

İranda azərbaycanlıların elementar haqlarının pozulması, Azərbaycan fəallarının qeyri-insani repressiyalara məruz qalması faktını yaymağı başlıca hədəf seçərək daha güclü addımlar atmaq mümkündür.

İnsan haqlarının müdafiəsi təşkilatları ilə həqiqətlərimizi təbliğ etməyə böyük imkanlar var. Bu üzdən хaricdə yaşayan soydaşlarımız bu təşkilatlarla daha çoх əlaqə yaratmalıdırlar. Həmin təşkilatlar vasitəsilə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, bəzi tədbirlər həyata keçirmək mümkündür.

Хaricdə yaşayan soydaşlarımıza bir iradım var. Düşünürəm ki, onlar öz vətəndaşlıq borclarını ödəməlidirlər. O da həqiqətdir ki, хarici ölkələrdəki azərbaycanlıların çoхu ölkədə baş verən hadisələrlə maraqlanmır. Çoх təəssüf ki, хaricdə yaşayan soydaşlarımızın ancaq bir qismi bu işdə fəaldır. Bu gün Azərbaycan türklərinin bütün təbəqələrindən olan insanların, media nümayəndələrinin hüquqlarının pozulması barədə məlumatların хaricə çatdırılmasına böyük ehtiyac var. Əgər biz bu gün bunu edə bilməsək, İran rejimi daha da azğınlaşaraq güneyli fəallarımızı daha çoх incidəcək. Buna imkan verməmək üçün hamımız çalışmalıyıq.

Biz Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının (ADAPP) işini sistemli şəklə salmağa çalışırıq və ölkə daxili və xaricində müxtəlif fəalların bizimlə əməkdaşlıq etməsinə baxmayaraq, ixtisaslı kadr sarıdan kəskin çatışmazlıq hiss edirik. Biz illərlə fikir verilməyən bir çox zəruri məqamlarla, məsələn, insan haqları mərkəzlərinə dəqiq hesabatların verilməsi və Azərbaycan Hərəkatının beynəlxalq ictimaiyyətə tanıdılması ilə məşğul olduqdan sonra axır aylarda səylərimizi müasir dünya standartlarına cavab verən bir insan haqları təşkilatının yaradılması üzərində cəmləşdirmişik. Və bir neçə xarici hüquq müdafiəçisini əməkdaşlığa cəlb etməklə onların yardımından da faydalanırıq.

İranda yaşayan azərbaycanlıların beynəlхalq dəstəyə çoх ehtiyacı var, çünki onlar haqlıdırlar, öz haqlarını tələb edirlər, dünya haqqını tələb edən, beynəlхalq hüquq normaları əsasında fəaliyyət göstərənlərdən diqqətini əsirgəməməlidir.

-Deyərdim ki, diasporumuz da Şimal və Cənuba "parçalanıb". Bir-birlərinin tədbirlərinə soyuq münasibət göstərirlər. Diaspor olaraq onların "birləşməsinə" nə mane olur? Məgər burada da sərhəd var?

- Diasporada problemler var. Yəni əslində Azerbaycanı təmsil edən, olsun güneyli ve ya qüzeyli, bir güclu diaspora təşkilatı yoxdur. Bir çox təşkilat adı daşıyan qruplarınsa iş prinsipləri yoxdur. Onların aktiv olmaması – cılız maraqların təmin olunması ilə məşğul olmalari elə bizi buraya gətirib çıxarıb. O üzdən mən deyərdim, bizim çox ciddi problemlərimiz var. Düşünmürəm ki, söhbət quzey və güneylilər arasında birləşə bilməmək kimi problemdən gedir. Məncə söhbət fərdi maraqların milli maraqlardan üstün tutulmasından gedir. Mən bilmirəm və heç zaman maraqlanmamışam ki, bu təşkilatlarda kimlərin hansı maliyyə maraqları təmin olunur. Amma onu bilirəm ki, İranda hərəkat fəallarının ailələri olmazın əziyyətlərlə üzləşdiyi zaman, işgəncələrdən sonra səhhəti pisləşən insanların müalicəsi üçün imkan çatmadığı halda, qəzet, kitab çapı üçün insanlar çörək pulunu sərf etdiyi zaman pul mübahisələri etmək sadəcə günahdır. Bütün resursları cəmləşdirib bir hədəfə vurmaq lazımdır, bir birimizə güllə atmaq deyil.

- Siz siyasi məhbusları müdafiə edirsiz. Olubmu ki, Iranın xaricdəki "əlləri" sizi həbs etməklə hədələsin?

- Kanada vətəndaşı olduğum üçun İran tərəfi məni  həbs edə  bilməz. Amma İran Ettelaat adamları müxtəlif  telefonlarla məni dəfələrlə ölumlə hədələyiblər. Onlar məndən istəyiblər ki, mən fəaliyətimi dayandıram. Əlbəttə, mən bu barədə Kanada hüquq mühafizə təşkilatlarına xəbər vermişəm və onlar xəbərdardırlar.


- Sonuncu dəfə Iranda nə vaxt olubsunuz.Yəni bilmək istəyirəm Irana maneəsiz şəkildə gedib-gələ bilirsinizmi?

- Men İrandan normal olaraq qanuni xaricə çıxdım və heç problemim də yox idi. Heç siyasi fəaliyətdə iştirak etməmişdim. Və hər iki ildən bir İrana gedirdim. Son dəfə ise dörd il bundan öncə Guney Azərbaycanda olmuşam. Amma son iki il yarımdakı fəaliyətimdən sonra Güneyə getməyim daha imkansız hala gəlibdir. Bir neçə fəalın hökmündə mənimlə təmasda olduqları üçün mühakimə olunduqları yazılıb. Dəfələrlə mənimlə birbaşa, yaxud dolayısı ilə əlaqə saxlayan fəalları təhdid ediblər. Mənə telefon açan evlərin sahibləri Ettelaata aparılır və sorğu suala çəkilir. Odur ki, mən dəqiq bilirəm ki, İrana getsəm, nəinki özüm həbs olunacağam, hətta mənimlə təmasda olan hər bir kəsi təhlükəyə atacağam.

Fuad

yazilib گونئی سسی GuneySesi Fri 23 May 2008 saat 2:3 | link |
İranda Azerbaycanli Siyasi Məhbusların Hüquqlarını Müdafiə Assosiyasiyası növbəti bəyanatla çıxış etdi

Bəyanatda: “Azərbaycan Türklərinin 2006-cı il May nümayişlərinin ildönümünü qeyd etdiyi zaman İran rəsmilərini Sərbəst Toplaşma Azadlığını pozduğu bildirilir”

ADAPPVANKUVER, KANADA: İranda Azərbaycanlıları millət olaraq təhqir və təhdid edən karikaturlara qarşı 2006-cı ilin May etirazlarının ildönümündə İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) İran rəsmilərini bütün vətəndaşlarının Konstitusion hüquqlarına hörmətlə yanaşmağa, Azərbaycanlı fəalların həbsinə və onlara qarşı işgəncələrə son qoymağa, Azərbaycanlı vicdan məhbuslarını azad etməyə çağırır. Assosiasiya həmçinin insan hüquqlarını müdafiə edən təşkilatları və demokratik dövlətləri toplaşma azadlığını hörmət etməsi üçün İrana təzyiqləri gücləndirməyə çağırır.

2006-cı il mayın 16-da rəsmi dövlət qəzeti olan gündəlik İran nəşri Azərbaycanlıları tarakan kimi təsvir edən, və bu həşəratın kökünü kəsməyin on üsulunu öyrədən bir karikatura dərc etdi. Əsasən Azərbaycanlıların yaşadığı şimal-qərb bölgələrində yüz minlərlə adam karikaturaya, eləcə də dövlət tərəfindən onilliklər boyu məruz qaldıqları diskriminasiya və aşağılamaya etirazını bildirmək üçün nümayişlər keçirdi. Nümayişlərin dinc və nəzəri cəhətdən Konstitusiyaya uyğun olmasına (İran Konstitusiyasının 17-ci maddəsində deyilir ki “İslamın əsaslarının pozulması ilə müşayiət olunmayan silahsız mitinq və yürüşlər azad keçirilə bilər.) baxmayaraq, onlar zorla dağıdıldı. Nümayişlərin dağıdılması zamanı tətbiq olunan zorakılıq nəticəsində azı 27 nəfər öldürüldü və yüzlərlə adam yaralandı, çoxlu sayda adam həbsə atıldı. Həbs olunan fəalların bir çoxuna işgəncə verib, daha nümayiş etməkdə iştirak etməyəcəkləri və başqalarını etiraz aksiyalarında iştiraka çağırmayacaqları haqda iltizam imzalamağa məcbur etdilər. 2006-cı ilin mayından bəri Azərbaycanlı fəalların həbsi davam edib.

Səksən ildən çoxdur ki, Pəhləvi sülaləsi və İslam hakimiyyəti dövründə Azərbaycanlılar və İranın digər qeyri-fars etnik qrupları sistemli assimilyasiya siyasəti ilə üz-üzədir. Qeyri-fars İranlıların ən adi hüquqları pozulur. Qeyri-farsların İran əhalisinin əlli faizindən çoxunu təşkil etməsinə, habelə İran Konstitusiyasının milli hüquqları nəzərdə tutmasına baxmayaraq, onlar təmsilçilik və ana dilində təhsil hüququndan məhrumdurlar. Milli mədəni hüquqlar üçün mübarizə aparanların həbsi bu günədək davam edir.

Assosiasiya dünya ictimaiyyətini Azərbaycanlıların 2006-cı il May nümayişlərinin ildönümünü keçirməsi zamanı baş verənlərə şahid olmağa çağırır. Biz İran hökumətini ifadə azadlığına hörmət etməyə, zorakı təzyiqlərdən istifadə etməməyə çağırırıq.

İranda Azerbaycanli Siyasi
Məhbusların Hüquqlarını

Müdafiə Assosiyasiyası

yazilib گونئی سسی GuneySesi Thu 22 May 2008 saat 18:22 | link |

TƏBRİZDƏ BAZAR BAĞLANIB. XOYDA GÜLLƏ SƏSİ EŞİDİLİB. TUTULANLAR VAR

Tabriz -22 may 20062006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq mayın 22-də Təbrizdə və başqa şəhərlərdə keçirilmiş, qanlı qarşıdurma ilə nəticələnmiş aksiyaların ildönümü ilə əlaqədar 2008-ci il mayın 21-də İranda azərbaycanlıların keçirmək istədiyi aksiyaların baş tutub-tutmaması barədə hələ ətraflı məlumat olmasa da, «Media forum» saytı güney mənbələrindən bir sıra informasiyalar toplaya bilib.

Saytın əldə etdiyi məlumata görə, mayın 21-də Təbrizin ən böyük bazarında (köhnə bazarda) əksər ticarət obyektləri bağlı olub. Bazarın qızıl satılan hissəsi - zərgərlər bazarı tam bağlı olub.

Qeyd edək ki, köhnə bazarın üstü büsbütün örtülüdür. Bu səbəbdən bazarda güngüzlər də işıq yanır. Mayın 21-də bazarın içinə demək olar qaranlıq çöküb. Bu təkcə ticarət obyektlərinin işləməməsi ilə əlaqədar olmayıb. Obyektlərin sahibləri həm də iki il əvvəl Təbriz aksiyaları dağıdılarkən öldürülmüş azərbaycanlıların xatirəsini anmaq məqsədilə işıqları söndürüblər.

Hökumət qüvvələrinin bütün təzyiq və maneələrinə baxmayaraq şəhərin bir sıra yerlərində aksiyaların baş tutduğu bildirilir.

Aksiyaçılar arasında tutulanlar var. Onlardan bəzilərinin adları bəllidir. Təbrizdə Həmid Rzai, Məhəmməd Yərhun (sürücüdür), Höccət Tarıverdiyan (Təbriz bazarında zərgər işləyir), Cəmşid Zarei, Əhəd Rəzəvi və Əkbər Hüseynzadə mülki geyimli ETTELAAT əməkdaşları və polis qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıblar.

Xoyda hökumət qüvvələri dəyənəklərlə aksiyaçıları dağıtmağa cəhd göstəriblər. Şəhərin bir neçə məntəqəsində güllə səsləri eşidilib. Şəhərdə aksiyaçılardan birinin gülləyə tuş gəldiyi haqda təsdiqlənməmiş xəbərlər yayılıb.

Zəncanda dörd aksiyaçının tutulduğu təsdiqlənsə də, onların adları hələ məlum deyil.

Miyana, Muğan, Əhər və Xiyav (indiki adı Meşkinşəhr) şəhərlərində də fövqəladə vəziyyət hökm sürür.

Güney mənbələri yaxın günlərdə aksiyalarla bağlı ətraflı məlumat və şəkillər yayacaqlarını bildirir.

«Media forum»

yazilib گونئی سسی GuneySesi Thu 22 May 2008 saat 18:15 | link |

GÜNEY AZƏRBAYCANDA HƏR AN VƏZIYYƏT AĞIRLAŞMAĞA DOĞRU GEDIR

EmniyetDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən may hadisələrinin ildönümü Güney Azərbaycanın bütünü vilayətlərində keçirilməsi nəzərdə tutulub.

Faşist molla hakimiyyətinin hərbi və təhlükəsizlik qüvvələri Güney Azərbaycanın bütün şəhərlərini mühasirəyə alaraq min bir bəhanə ilə dinc əhaliyə qarşı zor tətbiq edərək etiraz aksiyalarını qarşısını almağa çalışır. Son məlumatlara görə dünən Təbrizin bazarı ətrafında təhlükəsizlik və polis məmurları neçə nəfər dinc əhaliyə qarşı hücumlar təşkil edərək onları dəyənəklərlə ağır bədən xəsarətləri yetirərək həbs edib naməlum istiqamətə aparıblar.

Təbriz bazarı dünən demək olar ki, tətil vəziyyətdə olub. Güney Azərbaycanın hüquq müdafiəçiləri və azad jurnalistlərin verdiyi məlumata əsasən silahlanmış anti askiya məmurları, maşınlar, motorsikletlər, hərbi texnikalar Təbriz şəhərinin əsas küçə və məhəllərində reydlər apararaq bir nəfərdən dayanan insanlara hücum edərək onları pərakəndə edirlər. Təbriz şəhəri və Güney Azərbaycanın əksər şəhərləri hərbi qardizona bənzəyir.

 Yerli polislərlər yanaşı minlərlə milləti və mənşəyi bəlli olmayan əli dəyənklilər silahlanmış hərbi geyimli maskalılar İranın bütün bölgələrində Güney Azərbaycan ərazilərinə səfərbər edilib. Dəmiryolu və hava yolları ilə Azərbaycanın şəhərlərinə ordu yeridilir. Təbriz şəhərində son bir həftə içərisində üç mindən artıq milli hərəkat fəalı ETTELAAT orqanlarına çağırılıb. Onların əksəriyyəti təhdid və təzyiqlərə məruz qaldıqdan sonra azadlığa buraxılsada dünən həbs edilən Həsən Ərk, Cəmşid Zareyi, Həmid Rzayi, Höccət Tanrıverdilər, Əhəd Rəzəvi, Əkbər Hüseynzadə, Hüseyn Mirzəxani və Əli Sədiqi həbs olunaraq naməlum yerdə saxlanılır və heç kimdə əlaqə saxlaya bilməyirlər.

Başqa şəhərlərdə də həmin durum davam etməkdədir. Son günlərdə Urmiyədə 700-ə yaxın milli hərəkat fəalı ETTELLAT orqanlarına çağırılıb və təzyiqlərə məruz qalıblar. Milli hərəkat fəalı yeni həbsdən buraxılmış Elyaz Yekanlı həbs olunduğu bildirilir.

Sulduz şəhəri Güney Azərbaycanın qəhrəmanlar şəhəri adı aldığına görə və orada iki il öncə çoxlu sayda şəhid verdiyinə əsasən faşist molla hakimiyyətinin məmurları bu şəhəri tam mühasirəyə alaraq əhaliyə qarşı qəddarcasına təzyiqlər və təhdidlər həyata keçirərək aksiyaların qarşısını almaq istəyirlər. Yerli polislərdən başqa bu şəhərə əfqan mənşəli terrorçu qruplardan da istifadə edirlər.

Xoy şəhərində dünən 21 may 2008c- il tarixində keçirilən aksiyalar zamanı polis və təhlükəsizlik qüvvələri ilə milli hərəkat fəalları arasında toqquşma baş verib. Odlu silahdan atəş açan təhlükəsizlik qüvvələri bir nəfər milli hərəkat fəalı şəhid olub. Çoxlu sayda hərəkatçı həbs edilib.

Güney Azərbaycanda fəaliyyət göstərən internet saytları və veblagları rejim tərəfindən filter olunub və informasiya blokadası yaradılıb. Lakin buna baxmayaraq sms vasitəsilə milli hərəkat fəalları lazım olan yerlərə toplaşa bilirlər. demək olar ki, Güney Azərbaycanın bütün şəhərlərində hətta Tehranda vəziyyət həddindən artıq gərginləşib.

yazilib گونئی سسی GuneySesi Thu 22 May 2008 saat 1:57 | link |

Urmiyə həbsxanasında fövqəladə vəziyyət elan olunub

Hebs XanaDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən bu gün səhərdən Urmiyənin mərkəzi həbsxanasında siyasi məhbusların saxlanıldığı 13-cü bənd bütün texniki və lazım olan imkanlardan məhrum edilərək 13-cü bəndin qapıları bağladılıb.

Orda saxlanılan milli hərəkat fəallarına həbsxanadan xaric bütün əlaqələr dayandırılıb.

Həbsxana məmurlarına yaxın mənbələrdən bildirilib ki,bu fövqəladə vəziyyət yalnız siyasi məhbuslar üçün nəzərdə tutulub. May ayının 24-nə qədər davam edəcəyini bildirib. O əlavə edib ki, Urmiyə həbsxanasında yeni məhbsuların gətirilməsi ehtimalına hazırlıq işləri görülür. Ümumilikdə fövqəladə vəziyyətin Güney Azərbaycanın bütün şəhərlərində və həbsxanalarında həyata keçirilməsi may hadisələrinin ikinici ildönümü ilə əlaqəlidir.

Xatırladaq ki, Urmiyə həbsxanasında saxlanılan çoxlu sayda milli hərəkat fəalının ikisi Vəhid Bahadiri və Firidun Mehdipur həbsxana məmurlarına müqavimət göstərdiklərinə görə təknəfərlik kameralara yerləşdirilib.

yazilib گونئی سسی GuneySesi Thu 22 May 2008 saat 1:45 | link |

Güney Azərbaycanda hərb rejimi başlayıb

PoliceDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son bir ayda İran Təhlükəsizlik Nazirliyinin göstərişilə Güney Azərbaycanın vilayətlərinə xüsusi təyinatlı təhlükəsizlik, polis, bəsici və çoxlu sayda antiaksiya texnikaları gətirilərək may ayında baş verəcək aksiyaları qarşısını almaq üçün bütün tədbirlər həyata keçirilir.

Güney Azərbaycanın Təbriz, Urmiyə, Sulduz, Soyuqbulaq, Qoşaçay, Bicar, Zəncan, Miyana, Kərəc, Qəzvin, Həmədan, Marağa, Mərənd, Xoy, Salmaz, Maki, Ərdəbil, Sarab, Meşkin şəhərlərində çoxlu sayda polis və xüsusi təyinatlılar müşahidə olunmaqdadır.

Tam silahlanmış polis və xüsusi təyinatlılar, fövqalədə hal əməliyyatları həyata keçirərək universitetlərdə, tələbə yataqxanalarında, şəhərin giriş-çıxışları və daxilində postlar qoyaraq şəxsi maşınları və nəqliyyat vasitələrini tam nəzarətə götürərək əhaliyə təzyiqləri artırmaqda davam edirlər.

 Polisə və xüsusi təyinatlılara yaxın mənbələrdən alınan məlumata əsasən aksiya zamanı odlu silahdan, gözyaşardıcı qazlardan və bütün vasitələrdən istifadə edərək aksiyaların qarşısını almaq əmri verilib.

Həmin günlərdə kütləvi informasiya vasitələrini, mobil telefonları tam nəzarətə götürmək və SMS sistemini dayandırmaq tapşırığı verilib.

yazilib گونئی سسی GuneySesi Thu 22 May 2008 saat 1:42 | link |

QOŞAÇAYDA SON GÜNLƏRDƏ 50 NƏFƏRDƏN ARTIQ ETTELAAT-A APARILIB

EhzarDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycanın Qoşaçay şəhərində milli hərəkat fəallarına qarşı təzyiqlər və təhdidlər gücləndirilib. Belə ki, may hadisələrinin ikinci ildönümü keçirilməsindən qorxuya düşən şovinist fars hakimiyyətinin ETTELAAT məmurları Qoşaçayda mili hərəkat fəallarını ETTELAAT idarəsinə çağıraraq onların dilindən iltizam alaraq may hadisələrinin ildönümündə iştirak etməməyi tələb edirlər. Əks təqdirdə onlara qarşı ağır cəzaların olacağını bildirirlər.

Yaxın günlərdə 50-dən artıq milli hərəkat fəalı Qoşaçay ETTELAAT-na çağırılıb. Onlardan yaxın günlərdə milli hərəkat fəaliyyətlərinə görə cərimə və işgəncə olunan Qoşaçay sakinləri Behbud Qulizadə, Cəlal Kudrilu, Daryuş Əndəlibiyan və Əli Sultani, ETTELAAT-ın iltizamına qol çəkməyiblər.

Xatırladaq ki, Şahin Həsəni, Şahrux Fəramərzi, Eynulla Ahəngəri, Mustafa Dövlətxah, Əmir Ağazadə, Murtəza Lək, Behqam Məhəmmədi, Vəliyullah Zöhrabı da keçən gün ETTELAAT-a çağırılaraq təzyiqlərə və təhdidlərə məruz qalıblar. Buna baxmayaraq Qoşaçay milli hərəkat fəalları may hadisələrinin ildönümünü keçirməkdə israrlıdırlar.

yazilib گونئی سسی GuneySesi Thu 22 May 2008 saat 1:38 | link |

Milli hərəkat fəalları son günlərdə həbs olmuş Əli Sədiqinin durumundan nigarandırlar

Ali - SediqiDAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən yaxın günlərdə Təbrizin Ərk küçəsində şəxsi mağazasından həbs edilən Güney Azərbaycanın milli hərəkat fəalı Əli Sədiqinin vəziyyətindən heç bir xəbər yoxdur.

Təbriz ETTELAAT məmurları Əli Sədiqini öz mağzasında həbs edən zaman onun dükanından çoxlu sayda may hadisələrini əks etdirən, may hadisələrinin ildönümünün keçirilməsilə əlaqədar əvvəlcədən hazırlanmış bəyanatlar taparaq onu həbs edərək naməlum istiqamətə aparıblar. Həbsdən dərhal sonra Əli Sədiqinin evinə çoxlu sayda ETTELAAT məmurları silahlanmış formada hücum edərək onun ailəsini və yaxınlarını qorxuya salmış və ona məxsus olan şəxsi komputer, CD, videokasetlər və albomları aparmışlar. Evi təftiş edən zaman ev əşyalarını da yararsız hala gətirən məmurlar onun ailəsini küçə söyüşlərilə təhqir etmiş və hədələmişlər.

Hal hazırda Əli Sədiqinin ETTELAAT məmurları tərəfindən işgəncə və təzyiqlərə məruz qalacağından ailə üzvləri və milli hərəkat fəalları nigaranlıqlarını bildiriblər.

yazilib گونئی سسی GuneySesi Thu 22 May 2008 saat 1:0 | link |
 
offshore