TƏBRİZDƏ DÖRD FƏAL TUTULUB
İyulun 17-də saat 12 radələrində ETTELAAT əməkdaşları üç təbrizli fəalı (Səccad Radmehr, Aydın Xacei və Fəraz Zehtab) həbs edərək naməlum istiqamətə aparıblar.
«Media forum» saytının məlumatına görə, fəallar Təbriz Universitetinin qapısında tutulublar. Bir saat sonra isə onların evində axtarış olub.
Hər üç şəxs 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq may-iyun aylarında keçirilən aksiyalara qatıldıqları üçün dəfələrlə xəbərdarlıq almış, bir neçə semestr təhsildən məhrum edilmişdilər.
İyulun 17-də Azərbaycan milli hərəkatının fəal üzvü, ixtisasca mühəndis olan Daryuş Hatəmi də naməlum şəxslər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. D.Hatəmi milli zəmində göstərdiyi fəaliyyətə görə əvvəllər bir neçə dəfə həbsə olub.
Sözügedən dörd təbrizli fəalın harda saxlandığı bilinmir.
TƏBRİZLİ FƏAL HƏBS EDİLİB
İfadə verməsi üçün iyulun 15-də ETTELAAT-ın Təbrizdəki idarəsinə çağırılan milli fəal Həmid Valayi həbs edilib.
«Media forum» saytının məlumatına görə, Azərbaycanlı Tələbə və Müəllimlər Birliyinin üzvü, Təbriz Universitetinin hüquq fakültəsinin məzunu olan 27 yaşlı H.Valayi bu günə qədər azərbaycanlı tələbələrin buraxdığı bir sıra nəşrlərdə məqalələrə çıxış edib.
Təbrizli fəalın ailəsi və digər yaxın adamları onun harda saxlandığı barədə məlumatsız olduqlarını deyiblər.
Güney Azərbaycanın milli hərəkat fəalı Vəhid Bahadiri həbs cəzasını başa vurdu
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 23 yaşlı milli fəal Vəhid Bahadiri keçən il Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək bir müddət ağır işgəncəyə məruz qaldıqdan sonra qondarma İnqilab məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Ona qarşı irəli sürülən ittihamlar İranın ərazi bütövlüyünü parçalamaq, pantürkist hakimiyyətini qurmaq, islam hakimiyyəti əleyhinə təbliğ etmək ittihamları verilmişdir. Xatırladaq ki, Urmiyə həbsxanasının 13-cü bəndində saxlanılan soydaşımız həbsxana məmurları tərəfindən təzyiqlərə məruz qalmış və qəhrəmancasına 4 ay həbs cəzasını başa vurmuş, dünən 15 iyul 2008-ci il tarixində Urmiyə həbsxanasından azadlığa buraxılmışdır.
Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Öyrənci Hərəkatı və Milli Hərəkatı soydaşımızın azadlığı münasbiətilə onun ailəsini və bütün milli hərəkat fəallarını təbrik edir.
İranda azərbaycanlı fəallara yeni təzyiq dalğası
Azadlıq Radiosu .Çərşənbə axşamı, 15 iyul 2008
İrandan Azərbaycan fəallarına qarşı təzyiqlərin şiddətlənməsi xəbərləri gəlir. Son günlər Azərbaycan dilində nəşr olunan iki qəzetin qapadıldığı, beş tələbənin təhsilinə qadağa qoyulduğu, bir nəfərin həbs edildiyi, bir müəllimin işdən çıxarıldığı, bir jurnalistin isə Təbriz məhkəməsinə çağırıldığı bildirilir. «Media forum» saytının məlumatına görə, son günlər Ərdəbilin «Pəyami-nur» Universitetində tələbə fəalı Əsgər Əkbərzadənin baş redaktorluğu ilə nəşr olunan «Sayan» qəzetinin fəaliyyətinə qadağa qoyulub. Binab şəhərində isə ETTELAAT əməkdaşları Binab Azad Universitetinin nəşriyyatında «Aydın gələcək» tələbə qəzetinin nəşrinə mane olublar və bu qəzetin işıq üzü görmüş bütün nüsxələrini müsadirə ediblər.
İrandakı mənbələr xəbər verirlər ki, bir neçə gün əvvəl Təbriz ETTELAAT idarəsinin əməkdaşları fəal Qulam Nəcəfinin mağazasına gələrək hər hansı izahat vermədən onu aparıblar. Q.Nəcəfinin mağazadakı bir sıra kitab və qəzetləri, həmçinin evindəki əşyaları müsadirə olunub.
Məlumatda həmçinin Tehran Universitetinin tələbəsi Qadir Kəyani, Əmin İmami, Nadir Məhd Qarabağ, Nahid Babazadə və Səməd Paşayinin təhsildən məhrum edildiyi bildirilir. Azərbaycanlı müəllim Hüseyn İqbalinin isə işdən çıxarıldığı vurğulanır.
Son vaxtlar bir neçə fəalın şübhəli ölümü barədə məlumatlar yaymış təbrizli müstəqil jurnalist Şahnaz Qulaminin izahat vermək üçün Təbriz məhkəməsinə çağırıldığı da gələn xəbərlər arasındadır.
«İranda yaşayan jurnalistlər öz həyatları ilə oynayırlar»
Azadlıq Radiosu.10 iyul 2008 .Fərəh Sabirqızı .Dinləyin: ![]()
«İranda yaşayan azad jurnalistlər öz həyatları ilə oynayırlar». Bunu «Can Bakı»nın qonağı olan İran azərbaycanlısı, «Yaşmaq» dərgisinin baş yazarı Səid Muğanlı deyib: «İranda jurnalistlər çox çətinlik şəkirlər. Həyatları uğrunda daim mübarizədədirlər. Jurnalist elə bir divar üstündədir ki, hansı tərəfə yıxılsa, öləcək. O cür qıl körpüsünün üstündə dayana bilmək üçün qəhrəman olmaq lazımdır».
«Yaşmaq» İranda tam Azərbaycan dilində çıxan yeganə dərgidir.
Səid Muğanlı Muğanda anadan olub və hazırda Tehranda yaşayır. O, jurnalistika təhsili almayıb. Deyir ki, ümumiyyətlə, İranda jurnalistlərin normal yaşaya bilməsi üçün mütləq başqa peşələri də olmalıdır. Çünki iqtidara bağlı olmayan media nümayəndələrinin maddi vəziyyəti çox pisdir.
Səid Muğanlı deyir ki, İranda Azərbaycan dilində kitablar daim çap olunur və yaxşı satılır. Məsələn, Ramiz Rövşənin «Göy üzü daş saxlamaz» adlı şeir kitabını hətta ikinci dəfə təkrar çap etmək məcburiyyətində qalıblar. Rasim Qaraca, Vaqib Bayatlı, Rüstəm Behrudinin kitabları da yaxşı satılır.
Təbrizli milli hərəkat fəalı Qulam Nəcəfi həbs edildi
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 12 iyul 2008-cil il tarixində Güney Azərbaycanın Təbriz şəhərinin milli hərəkat fəallarından olan Qulam Nəcəfi Təbriz bazarında yerləşən iş yerində ETTELAAT məmurları tərəfindən heç bir məhkəmə qərarı olmadan həbs edilərək naməlum istiqamətə aparılıb.
Soydaşımız həbs olunan zaman mağazasını təftiş edən ETTELAAT məmurları Təbrizdə qanuni nəşr olunan bir neçə dərgini özlərilə bərabər aparıblar.
Məlumatda bildirilir ki, həmin günün axaşmı Qulam Nəcəfinin evinə hücum edən ETTELAAT məmurları milli fəalın evini təftiş edərək onun ailəsini və yaxınlarını ruhi təzyiqlərə məruz qoymuş və “övladımızdan əlinizi üzün” demişlər. Bu günə qədər onun hansı durumda olduğu heç kimə bəlli deyil.
DAHA IKI MILLI HƏRƏKAT FƏALINA MAKI ŞƏHƏRINDƏ HƏBS CƏZASI TƏTBIQ EDILDI
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın Maki şəhərinin iki milli fəalı Əli Hüseyn Nejad Əsl və Məhəmməd Nəsiri həbsə məhkum edildilər. İyun ayının 23-də Xoy inqilab məhkəməsi Əli Hüseyn Nejad Əsli hakimiyyət əleyhinə mübarizə ittihamı ilə İran cinayət məcəlləsinin 500-cü maddəsinə əsasən bir il həbsə məhkum etdi.
Xoy inqilab məhkəməsinin hakimi Novruzi tərəfindən keçirilən qondarma məhkəmədə Əli Hüseyn Nejada məxsus olan komputer, CD-lər, kitablar mağazasını axtaran zaman ETTELAAT tərəfindən müsadirə edilib. Bununla yanaşı Məhəmməd Nəsiri milli fəaliyyətinə görə 6 ay müddətinə həbsə məhkum edilib.
Xatırladaq ki, adları çəkilən milli hərəkat fəalları beynəlxalq Ana dili günündə və may hadisələrinin ildönümündə dinc aksiya keçirmək istədikləri vaxtda ETTELAAT tərəfindən həbs edilmiş və uzun müddət ETTELAAT təcridxanasında fiziki və ruhi işgəncəyə məruz qaldıqdan sonra girov müqabilində müvəqqəti azadlığa buraxılmışdılar. Hal hazırda soydaşlarımız Xoy həbsxanasında saxlanılırlar.
Güney Azərbaycanın milli fəalı Əli Abbasi Ərdəbil həbsxanasına göndərilib
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən yaxın günlərdə Güney Azərbaycanın milli hərəkat fəalı Əli Abbasi həbs olunaraq 5 il müddətinə Ərdəbil həbsxanasına yerləşdirilib.
Hal hazırda Ərdəbil həbsxanasının 7-ci bəndində saxlanılır. Iki il öncə Əli Abbasi Ərdəbil İnqilab məhkəməsinin 1-ci şöbəsinin hakimi Həsənzadə tərəfindən casusluq ittihamı ilə 11 il həbsə məhkum edilmişdir. Ittihamlarla razılaşmayan milli hərəkat fəalı apelyasiya məhkəməsinə şikayət etdikdən sonra 11 il həbs 5 il həbslə əvəz edildi.
Əli Abbasinin qardaşının dediyinə görə o iki il öncə sentyabr ayında ETTELAAT məmurları tərəfindən həbs edilərək 38 gün ETTELAAT-ın təcridxanasında ağır işəncələrə məruz qoyularaq uydurma ittihamlarla yəni casusluq və hakimiyyətə qarşı mübarizə ittihamı verilmiş və ağır işgəncələr nəticəsində bu ittihamlar ona zorla qəbul etdirilmişdir.
Əli Abbasinin günahı Güney Azərbaycan türklərinin öz milli və mədəni haqlarının əldə etmək üçün etdiyi fəaliyyətlərindən ibarətdir. Faşist molla hakimiyyəti Güney Azərbaycan Milli Azadlıq Hərəkatının hər zaman xarici qüvvələrə bağlamaqla məsələnin mahiyyətini ictimaiyyətin diqqətindən yayındırmağa çalışır. Lakin bütün bunlara baxmayaraq Güney Azərbaycan Milli Azadlıq Hərəkatı tam müstəqil olaraq öz mücadiləsini aparmaqdadır.
Ərdəbil Universitetində nəşr olunan mədəni ictimai “Sayan” dərgisi qapadıldı
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Ərdəbil Universitetinin tələbələrinin hazırlayıb və nəşr etdiyi “Sayan” dərgisi Güney Azərbaycanın tarixi və mədəniyyətini, ictimai problemlərini əks etdirən tələbə dərgilərindən hesab olunur.
Əvvəlki müddətdə həmin dərgiyə milli hərəkat fəalı Əsgər Əkbərzadə rəhbərlik edirdi. Əsgər Əkbərzadə təhsilini bitirdikdən sonra və şovinist hakimiyyətin Əsgər Əkbərzadəni milli hərəkat fəalı olduğuna görə həbs etdikdən sonra hakimiyyət qüvvələri həmin dərginin Azərbaycanlı tələbələrin arasında milli oyanışa təsir göstərdiyini başa düşərək həmin dərgini universitetlərdə nəşr olunan Dərgilərə Nəzarət Şurası tərəfindən qapadılmasını tələb etmiş və həmin dərgi dünən qapadılmışdır.
Güney Azərbaycanın Binab şəhərinin Universitetində nəşr edilən “Aydın gələcəck” dərgisi qadağan edil
Güney Azərbaycanın Binab şəhərinin Universitetində nəşr edilən “Aydın gələcəck” dərgisi qadağan edildi
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın Binab şəhərinin Universitet tələbələrinin hazırladığı “Aydın gələcək” dərgisi ETTELAAT məmurları tərəfindən qarşısı alınaraq onun nəşri ləğv edilib.
19 səhifədən ibarət olan bu dərginin son nömrəsi Binab şəhərində nəşriyyatda olarkən ETTELAAT məmurları tərəfindən nəşriyyata hücum nəticəsində yeni çapdan çıxmış dərginin bütün tirajı müsadirə olunaraq ETTELAAT idarəsinə aparılıb. Nəşriyyata müraicət edən tələbələrə nəşriyyat məsulları bildiriblər ki, ETTELAAT məmurları həmin dərgiləri qanunsuz hesab edərək dərgidə dərc edilən yazılar İran hakimiyyətininn əleyhinə və İranın ərazi bütövlüyünü parçalayan məqalələrlə dolu olduğundan bu dərgi qanunsuz hesab olunur.
Təbriz-Səhənd Universitetinin tələbələri Təbriz Universitetindəki 37 tələbəsinə qarşı haqsızlığa öz etirazını bildirib
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Təbriz-Səhənd Universitetinin tələbələri son illərdə Güney Azərbaycan universitetlərində Azərbaycanlı tələbələrə qarşı ayrıseçilik edən şovinist siyasətə etiraz olaraq universitetlərin rəhbərlərinə bir daha xəbərdarlıq ediblər. Onlar bəyan edirlər ki, universitetlərin təhlükəsizlik komitələri tərəfindən siyasi və milli fəaliyytlərinə görə universitet tələbələri günü-gündən ağır təzyiq və təhdidlərə məruz qalmaqdadır. Onlar xəbərdarlıq edirlər ki, son günlərdə Təbriz Universitetində Nadir Məhdi Qarabağ, Əmin İmani, Səməd Paşayi və Nahid Babazadənin təhlükəsizlik komitəsi tərəfindən təhsilərinin ləğv edilməsi son dərəcə haqsızlıq və qanunsuz bir hərəkətdir. Bununla yanaşı Təbriz universitetinin 37 tələbəsinə qarşı irəli sürülən cəza üsulları heç bir qanunlara uyğun gəlməyən qərarlardan ibarətdir. Günü-gündən şiddətlənən tələbələrə qarşı təzyiqlər İran hakimiyyətinin xeyrinə qurtarmayacağını bir daha bəyan edirik və tələb edirik ki, Güney Azərbaycan tələblərinə qarşı bütün ayrıseçkiliklər təzyiq və təhdidlərə son qoyulsun. Əks təqdirdə qarşıya gələn bütün problemlər hakimiyyətin üzərinə düşəcək.
Təbriz Universitetinin 37 tələbəsi Təhlükəsizlik Komitəsi tərəfindən ağır cəzalara məruz qaldılar
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son zamanlarda Güney Azərbaycan universitetlərində özəlliklə Təbriz universitetində türk tələbələrlə başqa tələbələr arasında Türkiyə futbolu ilə bağlı qarşıdurmaların yaranması Təbriz Universitet tələbələrinin şovinist hakimiyyət tərəfindən təzyiq və təhqirlərə məruz qalması, milli haqlarını tələb edən tələbələrə Təhlükəsizlik Komitəsi tərəfindən həbs və cəza tətbiq edilməsi Güney Azərbaycan tələbələrinin etirazına səbəb olmuş və ardıcıl universitetlər daxilində etiraz aksiyaları keçirmişlər. Bunun qarşısını almaq üçün faşist molla hakimiyyətinin məmurları Təbriz universitetində öncül milli hərəkat fəalları olan 37 tələbəyə Təhlükəsizlik Komitəsi tərəfindən cəzalar verilmişdir.
Beynəlxalq Ana dili günündə öz ana dilində təhsil almaq üçün tələbələri etiraz aksiyasına dəvət edən Nadir Məhd Qarabağ bir il təhsildən məhrum edilmək cəzasına məhkum edilmiş, 36 nəfər isə tələbə yataqxanasından qovularaq tələbələrə nəzərdə tutulan kompensasiyalardan məhrum edilmişlər.
Xatırladaq ki, faşist molla hakimiyyəti İran adlanan ölkədə türk tələbələrə qarşı şər-böhtan atmaqla milli haqlarını tələb edən tələbələrə separatcı Amerika, İsrail, Türkiyə və Azərbaycan casusları ittihamı verərək onlara qarşı bütün təzyiq vasitələrinə əl atmaqdadır.
Milli haqlarını tələb edən tələbələr diplom işlərini və təhsil müddətlərini başa çatdırmaqda olan soydaşlarımız Təbriz Universitetində və Güney Azərbaycanın başqa universitetlərində təhsildən məhrum edilir, bəzi hallarda diplomları qanunsuz olaraq ləğv edilir və təzyiqlərə məruz qalırlar.
Güney Azərbaycanın milli hərəkat fəalları Əsgər Əkbərzadə və Hüseyn Hüseyni müvəqqəti azadlığa burax
Güney Azərbaycanın milli hərəkat fəalları Əsgər Əkbərzadə və Hüseyn Hüseyni müvəqqəti azadlığa buraxıldı
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsaəsn bir müddət öncə Güney Azərbaycanın milli hərəkat fəalları Əsgər Əkbərzadə və Hüseyn Hüseyni İran Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil ETTELAAT-nın təcridxanasında saxlanılaraq ağır işgəncə və təzyiqlərə məruz qoyulmuş və ailələrilə heç cür görüşməyə imkan verilməmişdir.
Son günlərdə milli hərəkat fəalları Ərdəbil həbsxanasına yerləşdirilmiş və onların bədənlərində işgəncə əlamətləri açıq şəkildə görünmüşdür.
Soydaşlarımızın ailələrindən verilən məlumata əsasən övladlarının ETTELAAT orqanlarında işgəncə olduqları təsdiqlənmişdir.
Dünən 9 iyul 2008-ci il tarixində Ərdəbil İniqlab məhkəməsi Əsgər Əkbərzadəyə 30 min dollar, Hüseyn Hüseyniyə 10 min dollar dəyərində girov alaraq müvəqqəti azadlığa buraxmışlar.
Faşist molla hakimiyyətinin İnqilab məhkəməsi soydaşlarımıza qarşı İranın ərazi bütövlüyünü parçalamaq və ölkə daxilində ixtişaşlar yaratmaq ittihamı irəli sürmüşdür.
Güney Azərbaycanın milli fəalı xanım Şəhnaz Qulami Təbriz İnqilab məhkəməsinə çağırılıb
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən dünən 9 iyul 2008-ci il tarixində Təbriz İnqilab məhkəməsi Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının fəalı jurnalist, Qadın Hüquqları müdafiəçisi xanım Şahnaz Qulami rəsmi çağırılışla Təbriz İnqilab məhkəməsinə çağırılıb.
Çağırışda İran hakimiyyəti əleyhinə təbliğ ittihamı irəli sürülüb.
Xatırladaq ki, xanım Şahnaz Qulami Güney Azərbaycanın milli haqlarını və qadın haqlarını müdafiə etdiyinə görə dəfələrlə Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək ağır işgəncə və təzyiqlərə məruz qalıbdır. Beynəlxalq Əfv Təşkilatı bununla bağlı İran dövlətinə bəyanatlar veribdir.
GÜNEY AZƏRBAYCANIN RUHANI MILLI FƏALI ƏZIMI QƏDIM HƏBSXANADA TƏZYIQLƏR ALTINDADIR
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən təxminən üç ay bundan öncə həbs edilən, hal hazırda Qum həbsxanasında təzyiqlər altında həbs cəzası çəkən Güney Azərbaycanın ruhani milli fəalı Əzimi Qədim son günlərdə təzyiqlərin artdığını bildirib.
Ailəsindən verilən məlumatda bildirilir ki, Qum həbsxanasında Əzimi Qədim şəxsiyyətini təhqiredici davranışlar nə islam qanunlarına, nə də beynəlxalq qanunlara heç uyğun deyil. Qum şəhərində yaşadıqlarına baxmayaraq həbsxana məmurları şovinist münasibətlə Əzimi Qədimin ailəsini soydaşımızla görüşünə əngəllər yaradaraq psixoloji təzyiqlər edirlər.
Belə ki, ETTELAAT-ın sifarişi ilə həftədə bir dəfə məhbusla görüş Əzimi Qədim üçün 3 həftədən bir təyin edilir. Həmin vaxtda da görüşə əngəllər törədilir.
Xatırladaq ki, Güney Azərbaycanın milli haqlarını müdafiə etdiyinə görə Əzimi Qədim dəfələrlə faşist hakimiyyətin məmurları tərəfindən həbs edilir, işgəncə və təzyiqlərə məruz qalır. Sürgün və ağır cəzalara məhrum edilibdir.
Beynəlxalq Əfv Təşkilatı Əzimi Qədimin milli haqlarını müdafiə etdiyinə görə İran hakimiyyəti tərəfindən həbsini qəti şəkildə pisləyir və bununla bağlı dəfələrlə İran dövlətinə bəyanatlar vermişdir. Qeyd edək ki, hal hazırda İran həbsxanalarında Güney Azərbaycanın Mili Azadlıq Hərəkatının çoxlu sayda fəalı qanunsuz saxlanılaraq ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadır.
«İran qəzetləri Azərbaycan problemlərinə layiqincə yer ayırmır»
İranın Şərqi Azərbaycan əyalətinin ostandarı Məhəmməd Memarzadə əyalətin media təmsilçiləri ilə görüşündə Azərbaycanın son yüz ildə İranın ictimai və siyasi həyatında çox böyük rol oynadığını vurğulayaraq ölkə mətbuatında Azərbaycan problemlərinə layiqincə yer ayrılmamasından gileylənib.
«Media forum» saytının məlumatına görə, görüş iyulun 2-də keçirilib. M.Memarzadə islami irşad və mədəniyyət nazirindən, həmçinin ölkənin aparıcı mətbuat orqanlarının baş redaktorlarından Şərqi Azərbaycanın problemlərinə lazımınca yer vermələrini tələb edib: «Ölkə qəzetləri şərait yaratsın, Azərbaycanın hər sahədən danışmağa sözü var. Heç kəs Azərbaycanı olduğu kimi tanıya bilməyib və bu yurdun potensialı hələ kəşf olunmayıb».
Azərbaycanı İranın «ilk qəzet, çap və nəşr beşiyi» adlandıran M.Memarzadə hazırda ölkə mətbuatında Azərbaycanın özünə layiq, nüfuzlu bir qəzetə malik olmamasından narahatlığını ifadə edib.(Azadlıq Radiosu)
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏSİ İRANDA HƏBS EDİLİB
«Media forum» saytının məlumatına görə, ETTELAAT Naxçıvan Dövlət Universitetinin memarlıq fakültəsinin tələbəsi olan urmiyalı fəal Arif Ulufini həbs edib. Milli fəalın həbs olunduğu gün - iyunun 30-da Urmiya zindanına aparıldığı vurğulanır.
2006-cı il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə düzənlənən etiraz aksiyalarında tutulan A.Ulufi bir müddət sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmışdı. Bir il əvvəl Urmiya İnqilab Məhkəməsi onu milli təhlükəsizliyə qarşı çıxmaqda günahlandıraraq 4 ay şərti həbsə məhkum etmişdi.
Milli haqlarını tələb edən Güney Azərbaycan türklərinin həbsi davam etməkdədir
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın tanınmış ziyalılarından olan Xoy şəhərindəki Qeyri-Hokümət Təşkilatının qurucularından biri İbrahim Cəfərzadə 2006-cı il fevral ayının 21-də Beynəlxalq Ana dili günündə həbs edilmişdir. Bu günlərdə isə Xoy İnqilab məhkəməsi ona qarşı hökm çıxarıb.
Son zamanlar Tehran hakimiyyəti Güney Azərbaycan türklərini milli haqlarının təmin olunması uğrunda mübarizəsinin qarşısını sərt üsullarla almaqdadır. Islam Respublikası altında həbs etdiyi hərəkat fəallarını ağır fiziki və mənəvi igəncələrə məruz qoyur, şübhəli şəkildə milli hərəkat fəallarını qətlə yetirərək şəhərin müəyyən yerlərinə ataraq günahı öz üzərindən atmaq istəyirlər. Amma faşist Tehran hakimiyyəti törətdiyi bu cinayətlərdən həmdə narahatdır. Ona görə ki, uzun illərdən bəri milli hərəkatı ləkələmək istiqamətində etdiyi cəhdlər uğursuz olmuşdur.
Güney Azərbaycan milli hərəkatı sübut edib ki, onun irəli sürdüyü siyasi, sosial və iqtisadi tələblərin xarici qüvvələrlə heç bir əlaqəsi yoxdur. Güney Azərbaycan Milli Azadlıq Hərəkatı tam müstəqil və sivil qaydada öz mübarizəsini davam etdirir, günü-gündən də milli hərəkatın sıralarına kütləvi şəkildə qoşulanlar var. Faşist İran hakimiyyətinin həbsxanalarında hələ də yüzlərlə Güney Azərbaycan milli fəalları qalmaqdadır. Bununla yanaşı İranda qeyri-fars millətlərə qraşıda ciddi təzyiq və repressiyalar həyata keçirməkdədir.
Iran adlanan ərazidə Güney Azərbaycan türkləri başda olmaqla türkmənlər, bəluclar, ərəblər və başqa qeyri-fars millətlər hakimiyyət tərəfindən qeyri-insani təzyqilərə məruz qalmaqdadır.
Güney Azərbaycanın milli hərəkat fəalı Sulduzlu Əli Hacıməhəmmədiyə məhkəmə qərarı icra olundu
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Güney Azərbaycanın Sulduz şəhərinin milli fəallarından olan Əli Hacıməhəmmədi Sulduz İniqilab məhkəməsinin qərarı ilə hakimiyyətin müqəddəs “şəxsiyyətlərinə” təhqir ittihamı ilə nəğd pul cəriməsi qərarı verilib.
Xatırladaq ki, Əli Hacıməhəmmədi Sulduz şəhərinin Yadigarlı kənd sakinidir.
Iki il bundan öncə may hadisələrinin yaxın iştirakçısı olduğuna görə bu günə qədər dəfələrlə həbs edilərək ağır işgəncələrə, təzyiq və təhdidlərə, cərimələrə məruz qalaraq öz iradəsinin əldən verməmiş və milli mücadiləni şovinist hakimiyyətə qarşı davam etdirəcəyini bildirmişdir.
GÜNEYLİ FƏALIN SAXLANDIĞI YER BİLDİRİLMİR
Ərdəbil Rzai Universiteti islami birliyinin keçmiş rəhbəri Hüseyn Hüseyni həbs edilib. Güney mənbələrinin yaydığı məlumata görə, ETTELAAT əməkdaşları H.Hüseynini iyunun 21-də Sulduz (Nəqədə) şəhərində tutaraq naməlum istiqamətə aparıblar.
Ərdəbil Rzai Universiteti memarlıq fakültəsindən yenicə məzun olmuş H.Hüseyni milli fəaliyyətlərinə görə bundan əvvəl dəfələrlə Ərdəbilin ETTELAAT idarəsinə çağırılaraq dindirilmişdi. Fəalın harada saxlanması barədə hələlik hər hansı bir məlumat yoxdur.
həbsdə Olan Əsgər Əkbərzadə Telefonla Danişmağa Çalişib
İran Azərbaycanlı İnsan Haqlari fəali Vahid Qarabağlı ilə müsahibə - Yükləmək
Amerikanın səsi:Ərdəbilli tələbə Əsgər Əkbərzadə hələ də həbsdədir. Əvvəllər də siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs edilmiş Ə.Əkbərzadənin ailəsinin axtarışları haqqında məlumat vermişdik. İran Azərbaycanlı fəal Vahid Qarabağlının redaksiyamıza verdiyi məlumata görə o, ailəsi ilə telefon əlaqəsi saxlasa da, danışmağa gücü çatmayıb və təhlükəsizlik nümayəndələri Amerikanın səsi və başqa radio stansiyalara müsahibə verdiklərinə görə, onun ailəsini hədələyib. Bulud Mehmandarlının məsələ barədə Vahid Qarabağlı ilə müsahibəsini təqdim edirik. Səsli faylı yükləyin.


