تبليغاتX
Guney Sesi

İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasınınİranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının(ADAPP)(ADAPP) sözçüsü Vahid Qarabağlı səs raporu

GUNAZ TV yə həftəlik İnsan Haqlari Raporu:

25 sentiyabr, 2008 - ci il: yükləyin.

18 sentiyabr, 2008 - ci il: yükləyin.

yazilib گونئی سسی GuneySesi Wed 17 Sep 2008 saat 21:27 | link |
İftar süfrəsində tutulanların 9-u hələ də buraxılmayıb

Səadət Akifqızı -Təbriz Ekspress - Azadlıq Radiosu

Evin-HebsxanasiSentyabrın 10-da Tehranda İran azərbaycanlılarından birinin evində həbs edilənlərdən 9-u hələ də buraxılmayıb. Bunu «Azadlıq» radiosuna İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının təmsilçisi Vahid Qarabağlı deyib.
 
Onun sözlərinə görə, həbs olunan tanınmış yazarlar, jurnalistlər və fəallar Tehranda Evin həbsxanasının 209-cu bölməsində - ETTELAT-ın təcridxanasında təkadamlıq kamerada saxlanırlar. Onlara hələ də ittiham elan edilməyib. V.Qarabağlı deyir ki, saxlanan azərbaycanlılar vəkil də tuta bilmirlər.
 
Onun sözlərinə görə, həbsdən buraxılan 10 nəfər də rəsmi ittihamla tanış ola bilməyib. Cənab Qarabağlı deyir ki, həsbdə fəallara təzyiq göstərilib. Bildirilib ki, sentyabrın 10-da onlar Səid Bəhməniyanın evinə siyasi məqsədlərlə yığışıblar.
 
20 nəfərə yaxın İran azərbaycanlısı Tehranda mədəni fəal kimi tanınan Səid Bəhməniyanın evində həbs olunublar. Onların arasında siyasi məhbus kimi tanınan Abbas Lisaninin həyat yoldaşı və uşaqları da olub. Onlar sonradan azadlığa buraxılıblar. 

http://www.azadliq.org/content/Article/1200437.html
yazilib گونئی سسی GuneySesi Wed 17 Sep 2008 saat 21:13 | link |

İFTARDA TUTULAN AZƏRBAYCANLILARIN EVİN HƏBSXANASININ 209-cu KORPUSUNA KÖÇÜRÜLDÜYÜ BİLDİRİLİR

İFTARDA TUTULAN AZƏRBAYCANLILARBeş gün əvvəl Tehranda bir iftar mərasimində tutulan 15-ə yaxın azərbaycanlı Tehranın Evin həbsxanasının 209-cu korpusuna köçürülüb. Məlumatı Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi yayıb.

«Media forum» saytı bildirir ki, komitənin məlumatında məhbuslardan heç birinə öz ailəsinə zəng vurub tutulduğunu deməyə icazə verilməyib. Onların hazırkı vəziyyəti və səhhəti barədə də konkret xəbərin olmadığı vurğulanır.

Azərbaycanlı fəallar sentyabrın 10-da Tehranın Nəvvab küçəsində Səyyad Məhəmmədiyan adlı bir güneyli fəalın iftar qonaqlığında tutulublar. Həbs edilənlər arasında məhbus Abbas Lisaninin həyat yoldaşı Rüqiyyə Lisani və üç uşağı (Sevda, Atilla, Oqtay) da vardı, onlar bir neçə saat sonra azadlığa buraxılıblar.

Bu gün bir sıra mənbələr tutulanlardan Məhəmmed Abbaspur, Yusif Huşyar və Şahbaz İbrahim Nejadın da azad edildiyini xəbər verib. Bu məlumat doğrudursa, onda həbsdə qalanlar «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı, çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarları Əkbər Azad və Həsən Raşedi, Fərhad Rzai, Rubab Əzimi, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Əkrəm Nəccari və başqalarıdır.

yazilib گونئی سسی GuneySesi Mon 15 Sep 2008 saat 21:43 | link |

İFTARDA TUTULAN AZƏRBAYCANLILARIN YERİ BİLİNMİR. LİSANİNİN XANIMI və UŞAQLARI SƏRBƏST BURAXILIB

Hebs Edilen Guney Azerbaycanli JournalistlerSentyabrın 10-da Tehranın Nəvvab küçəsində bir güneyli fəalın iftar qonaqlığında bir sıra azərbaycanlı fəallarla birlikdə həbs edilən məhbus Abbas Lisaninin həyat yoldaşı Rüqiyyə Lisani və üç uşağı (Sevda, Atilla, Oqtay) bir neçə saat sonra azadlığa buraxılıblar.

«Media forum» saytının məlumatına görə, iftar qonaqlığını vərən güneyli fəal Səyyad Məhəmmədiyan da iftara gələn digər 20-yə yaxın şair, yazıçı, jurnalist və fəalla birlikdə həbs edilib. Tutulanların hazırda harda saxlandığı bilinmir.

Tutulanlar arasında «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı, çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarları Əkbər Azad və Həsən Raşedi, mühəndis Məhəmməd Abbaspur, Şahbaz İbrahim Nejad, Yusif Huşyar, Fərhad Rzai, Rubab Əzimi, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Əkrəm Nəccari və başqaları var.

Sentyabrın 10-da ETTELAAT əməkdaşları İranın Kərəc şəhərində də həbs həyata keçiriblər. Miyanalı fəal, hüquq müdafiəçisi Həsən Rəhimi Bayatı bilinməz istiqamətə aparılıb. H.R.Bayatın indiyədək İranda tutulmuş azərbaycanlı siyasi məhbuslarla bağlı bir neçə dəfə xarici KİV-ə müsahibə verdiyi bildirilir.

yazilib گونئی سسی GuneySesi Fri 12 Sep 2008 saat 16:37 | link |

«İran insan haqlarına sayğıyla yanaşmır»

Azadlıq Radiosu .Təbriz Ekspress .Aygün Muradxanlı .Dinlə

Abbas LisaniSentyabrın 10-da Tehranda İran azərbaycanlılarından birinin evində iftar süfrəsinə toplaşan 20 nəfər ETTELAAT-ın həbsxanasına aparılıb. Xəbəri «Azadlıq» radiosuna İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlı verib. Onun sözlərinə görə, həbs edilənlər İran Azərbaycanında tanınan simalar – yazarlar, jurnalistlər və mühəndislərdir.
 
Vahid Qarabağlı: «Həbs edilənlərin içərisində tanınmış siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Ruqəyya xanım və üç övladı da var. İran dövləti dildə müsəlman ölkəsi olduğunu, islamı təbliğ etdiyini deyir, ancaq iftar süfrəsinə toplaşan insanları heç bir səbəb olmadan həbsxanalara aparır. Heç onlara oruclarını açmağa da imkan verilmir».
 
V.Qarabağlının fikrincə, heç bir günahı olmayan insanların, xüsusən qadınların, uşaqların həbsxanaya salınması, onların ailələrilə əlaqə yaratmalarına imkan verilməməsi həm beynəlxalq, həm də İran dövlətinin qanunlarının kobud şəkildə pozulmasıdır.
 
Həbs edilənlərdən bir neçəsinin ailələrilə əlaqə yarada bilsək də, onlar təzyiqlərdən qorxduqları üçün açıq müsahibə verə bilməyəcəklərini dedilər. Yaxınlarının həbs edilməsi xəbərini isə iftar mərasiminə qatılan, ancaq ETTELAAT-ın gözlənilməz hücumu zamanı evdən çıxmağı bacaran bir şəxsdən aldıqlarını bildirdilər. Qohumlarının harada, hansı şəraitdə saxlanması, onlara hansı ittihamın irəli sürülməsindən isə xəbər tuta bilməyiblər.
 
Həbs edilənlərdən yalnız birinin ailə üzvü adının çəkilməməsi şərtilə «Azadlıq» radiosuna müsahibə verib. Müsahibim xarici dövlətlərdən birində təhsil alır. Dediyinə görə, bu, atasının birinci həbsi deyil. Beynəlxalq birliyin İrana təsir imkanlarının olmaması isə onun fikrincə, Tehrana insan haqlarını istədiyi kimi pozmağa imkan verir:
 
«İki il əvvəl də atamı tutmuşdular. Mən təzyiqlərlə üzləşəcəyimdən ehtiyatlanıb İrana gedə bilmədim. Qardaşım işdən ayrılmaq zorunda qaldı. Hər anlamda bizim ailəyə basqı göstərildi. O zaman Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik. Ordan bildirdilər ki, İran Avropa İnsan Haqları Konvensiyasının yurisdiksiyasında olmadığından bizim müraciətimizə baxa bilməyəcəklər. Ona görə də İran heç zaman insan haqlarına sayğıyla yanaşmır».
 
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlının sözlərinə görə, İran Azərbaycanında həbs edilən tələbələrdən 8-i hələ də azadlığa buraxılmayıb. Bəzilərinin həbsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq heç birinə ittiham elan edilməyib. V.Qarabağlı deyir ki, onların tək günahı hökumətin İran Konstitusiyasının 15-ci maddəsinə əməl etməsini istəmələridir. Bu maddə hər bir vətəndaşa öz dilində təhsil almaqla yanaşı, başqa mədəni haqlar da verir: 
 
«Həbs edilənlərin ailələri rəsmi qurumlara müraciət edəndə onlara yalnız bir söz deyilir - sizin övladlarınız bizimlə işbirliyi qurmur, ona görə onları cəzalandırırıq. Onlar ETTELAAT-ın həbsxanalarında təkadamlıq kameralarda saxlanır».
 
Bu arada həbsdə saxlanan 8 tələbənin ailələri İran Ali Məhkəməsinin rəhbərinə müraciət ünvanlayıb. Sənəddə tutulanların hüquqlarına sayğı ilə yanaşılması tələb edilir. Belçikada yaşayan bir qrup azərbaycanlı da Avropa Parlamentinin qarşısında İranda insan haqlarının kobud şəkildə pozulmasına, rəsmi Tehranın İran Azərbaycanında apardığı repressiv tədbirlərə etirazlarını bildiriblər.

http://www.azadliq.org/content/Article/1199278.html
yazilib گونئی سسی GuneySesi Thu 11 Sep 2008 saat 22:9 | link |

TEHRANDA İFTAR HƏBSLƏRİ. TUTULANLAR ARASINDA JURNALİSTLƏR DƏ VAR

Guney Azerbaycanli Siyasi Mehbuslarin Mudafiee AssosiyasiTehranda bir güneyli fəalın iftar süfrəsinə dəvət olunmuş qonaqların əksəri həbs edilib.

«Media forum» saytı xəbər verir ki, dünən ETTELAAT əməkdaşları adı hələlik bilinməyən güneyli fəalın evinə gələrək iftar süfrəsində oturan 20-dən çox qonağı tutaraq özləri ilə aparıblar.

Tutulanlar arasında tanınan yazarlar, o cümlədən «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı, çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarları Əkbər Azad və Həsən Raşedi, mühəndis Məhəmməd Abbaspur, Şahbaz İbrahim Nejad, Yusif Huşyar, Fərhad Rzai, Rubab Əzimi, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Əkrəm Nəccari da var. Hətta hazırda həbsdə olan azərbaycanlı siyasi fəal Abbas Lisaninin xanımı Ruqiyyə Lisaninin və üç uşağının da tutulduğu bildirilir.

 «Media forum»

yazilib گونئی سسی GuneySesi Thu 11 Sep 2008 saat 21:56 | link |

İftar məclisində 20 azərbaycanlı fəalı həbs ediblər

Azadlıq Radiosu .Təbriz Ekspress

Said MuganliSentyabrın 10-da Tehranda bir iftar məclisində 20 azərbaycanlı fəalı həbs ediblər. Tutulanlar arasında tanınan yazarlar, fəallardan Abbas Lisaninin xanımı Ruqiyyə Lisani də var. 
 
İftar məclisində həbs edilənlərdən biri də «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlıdır. O, bir müddət öncə «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olmuşdu.

Fəalların həbsinin səbəbi, saxlandığı yer barədə məlumat yoxdur.

Azərbaycanlı fəalların həbsi xəbərini Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assossasiyasının sözçüsü Vahid Qaradağlı verib.

http://www.azadliq.org/content/Article/1198008.html
yazilib گونئی سسی GuneySesi Thu 11 Sep 2008 saat 21:51 | link |

GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKAT FƏALI ƏHMƏD HÜSEYNPUR HƏBS EDILIB

ƏHMƏD HÜSEYNPUR dünən 9 sentyabr 2008-ci il tarixində Güney Azərbaycan milli hərəkat fəallarından olan Əhməd Hüseynpur Təbriz şəhərində ETTELAAT məmurları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. Həbs olunandan indiyə qədər onun harada və hansı durumda olduğu bəlli deyil.

Soydaşımızın ailəsi övladlarının harda saxlanmasından və hansı ittihamla həbs olunmasından xəbər tutmaq üçün İran təhlükəsizlik və məhkəmə orqanlarına müraciət etsələr də heç bir nəticə əldə edə bilməyiblər.

Ehtimal olunur ki, Əhməd Hüseynpur Təbriz ETTELAAT-nın təcridxanasında saxlanılır. Onun işgəncə olunması güman edilir.

yazilib گونئی سسی GuneySesi Tue 9 Sep 2008 saat 23:16 | link |

Təbriz ETTELAAT-ında saxlanılan tələbələrin ailələri inqilab məhkəməsi qarşısına toplaşıblar

Guney Azerbaycanli Oyrencilersentyabr 2008-ci il tarixində Güney Azərbaycanda özəlliklə Təbrizdə iki aya yaxın müddətdə qanunsuz olaraq həbs edilən Güney Azərbaycanın milli fəalları Təbriz Universitetinin tələbələri Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Daryuş Hatəmi onların ardınca Əmir Mərdani, Məqsud Əhdi, Mənsur Əminyan və Məcid Makuyi həbs edilərək ETTELAAT təcridxanasında işgəncə və təzyiq altındadırlar.

Soydaşlarımızın ailələri övladlarından nigarançılıq keçirərək son günlərdə bir yerə toplaşaraq 50 nəfərə yaxın həbsdə olan soydaşlarımızın ailə üzvləri və yaxınları Təbriz İnqilab məhkəməsinin qarşısına toplaşaraq övladlarının günahsız olduqlarını bəyan etmiş və onların dərhal azadlığa buraxılmasını tələb etmişlər.

Ilk öncə məhkəmə rəhbərliyi məhkəmənin qarşısına toplaşanları etinasız yanaşaraq belə bir haldan xəbərsiz olduqlarını bildirsələrdə ailələlərin israrı və vəziyyətin ağırlaşdığını müşahidə edən inqilab məhkəməsinin hakimləri onlarla müzakirəyə keçmiş və bildirmişlər ki, bunlardan başqa hələ azadlıqda gəzən çoxlu şəxslər var ki, tezliklə həbs ediləcəklər. İnqilab məhkəməsinin hakimi Əmir Mərdaninin ailəsini əsəbi şəkildə bildirib ki, sizin övladınız məhkəmə məmurlarını və təhlükəsizlik məmurlarını məsxərə edərək onların suallarına gülməklə cavab verir. Belə hallar da məhkəmənin gedişatını və istintaqın aparılmasına əngəllər törədir.

 Həbsdə olan övladlarımız müstəntiqlərlə əməkdaşlıq etməsələr bu məsələ daha da uzanacaq. Bunlardan başqa azadlıqda gəzən hakimiyyət düşmənləri həbs edilməli, istintaq aparılmalı, mühakimə edilməli və qərar çıxarılmalıdır.

Xatırladaq ki, iki aya yaxındır Təbriz Universitetində təhsil alan tələbələr həbs olduqları müddətdən bəri ailələrilə bir dəfə də olsun yaxından görüşə bilməyiblər.

Fəraz Zehtabın anası nigarançılıqdan ürək xəstəliyinə tutularaq hal hazırda vəziyyəti ağır olaraq həkim nəzarətində saxlanılır.

Məhkəmə qarşısına toplaşan ailə üzvləri övladlarının haqq yolda olduqlarını və heç bir cinayət törətmədiklərini, universitetdə təhsil müddətində yüksək qiymətlərlə fərqlənən tələbələr olduqlarını bildirmiş və bu haqsızlıqlar heç bir qanunda və heç bir dində öz əksini tapmayan zorakılıqdan başqa bir şey deyil.

Biz övladlarımızın dərhal azadlığa buraxılmasını tələb edərək İranın yüksək rütbəli məmurlarından tutmuş beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının diqqətinə çatdıracayıq ki, öz milli və sinifi haqlarını tələb edən və ölkənin gələcəyini çiyinlərində daşıyan gənc tələbələrə qarşı hansı səbəbdən təzyiq və işgəncələr, təhsildən məhrum edilmələr və yüzlərlə belə zorakılıqlar olmalıdır.

yazilib گونئی سسی GuneySesi Tue 9 Sep 2008 saat 23:11 | link |

Güney Azərbaycanın tanınmış milli fəalı və hüquq müdafiəçisi Həmid Valayinin əleyhinə olan qondarma sənədlər Təbriz İnqilab məhkəməsinə verilib 

Həmid Valayi son günlərdə Təbrizin ETTELAAT idarəsinin əməkdaşları Güney Azərbaycanın milli haqlarını və hüquqlarını müdafiə edən hüquqşünas Həmid Valayinin əleyhinə qondarma sənədlər hazırlayaraq Təbriz İnqilab məhkəməsinə göndərilib.

Həmid Valayi bir müddət öncə qanunsuz olaraq ETTELAAT məmurları tərəfindən həbs edilərək 13 gün müddətinə Təbriz ETTELAAT təcridxanasında ağır fiziki və ruhi işgəncələrə məruz qoyulmuş, işgəncə nəticəsində soydaşımızın ayağı və ağzında çoxlu sayda dişləri sındırılmışdır.

Həmid Valayinin vəkili Məhmudi neçə gün öncə müdafiə etdiyi Həmid Valayinin işi ilə bağlı inqilab məhkəməsinə müraciət etmiş, məhkəmədə ona bildirmişlər ki, onun ittihamı islam hakimiyyəti əleyhinə təbliğ və hakimiyyət əleyhinə ixtişaşlar yaratmaqla bağlı cinayət işi açılıb. Bununla yanaşı Həmid Valayi heç bir fakt olmadan qanunsuz ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qaldığını və onu həbs edən ETTELAAT məmurlarını məhkəməyə vermiş, lakin bugünə qədər onun müraciətinə heç bir münasibət bildirilməmişdir.

Məlum olur ki, hakimiyyət orqanları Həmid Valayinin ağır işgəncəyə məruz qoyulduğunu inkar etmək fikrindədir. Lakin hər şey göz qabağında bəllidir ki, Həmid Valayi neçə müddətdir ağır işgəncələr nəticəsində xəstəxanada və evdə həkimlər nəzarətində sındırılmış ayağı və dişləri fakt olaraq qalmaqdadır.

yazilib گونئی سسی GuneySesi Tue 9 Sep 2008 saat 23:6 | link |

EDAMA MƏHKUM EDILMIŞ GÜNAHSIZ GƏNC BEYNƏLXALQ TƏŞKILATLARA MÜRACIƏT EDIB

EdamƏrdəbil kəndlərinin birində əkinçiliklə məşğul olan gənc günahsız olaraq edama məhkum edilib. Öz günahsızlığını məhkəmə orqanlarına sübut etdirmək üçün beynəlxalq təşkilatlara müraciət edib.

– Mən Səlman Əkbəri İsfəndiyar oğlu 1984-cü ildə Ərdəbilin Rəzi bölgəsinin Purlu kənd sakiniyəm. O vaxta qədərki polis və məhkəmə məmurları məni həbs etdilər, mən heç bir şəhər görməmişdim, qalmışdı ki həbsxananı. Amma indi etmədiyim bir cinayət ittihamı ilə 7 ildir ki, yəni 17 yaşımdan Ərdəbil həbsxanasında öz günahsızlığımı sübut etmək üçün bütün imkanlar əlimdən alınaraq azyaşlılar həbsxanasından tutmuş gənclər həbsxanasına və hal hazırda ağır cinayətlər törətmiş məhbuslarla bir həbsxanada saxlanılır. Kənd uşağı olduğumu üçün yalan, hiylə və kələklərdən xəbərsiz idim. Məni həbs edən zaman polis və müstəntiqlər tərəfindən ağıla gəlməz işgəncə, təzyiq və təhqirlərə məruz qoyularaq kabel və şallaqla bədənimin bütün orqanları döyülərək sıradan çıxmaq ərəfəsindədir. Ağır işgəncələr nəticəsində və dözülməz təhqirlərlə yanaşı mənə təlqin olunurdu ki, mən qatiləm. Başqa məhbusları mənim gözümün qarşısında çılpaq şəkildə ağır işgəncələrə məruz qoyub, mənə psixoloji təsir göstərirdilər. Bu 7 il içərisində dözülməz işgəncələrə davam gətirməyib, etmədiyim cinayəti qəbul etməyə məcbur oldum.

Indi 17 yaşdan 24 yaşıma çatmışam. Atam bu çətinliklərə dözməyib, rəhmətə getdi. Anam iki bacımla bərabər başsız qalaraq əkinçiliklə gün çörəklərini çətinliklə qazanıb, həyatlarını mənə həsr etdilər.

Hal hazırda bacılarım və anamın ağır iqtisadi və ruhi çətinlikdə olduqları hamı üçün bəllidir. Bizim yaşadığımız bölgənin yəni Ərdəbilin Rəzi bölgəsinin məhkəməsinin bir şöbəsi var. O şöbənin ədalətsiz məmurlarının göstərişilə mənə qarşı ağır işgəncələr verilmiş, lakin mən bütün məhkəmlərdə etmədiyim cinayəti boynuma aldığımın səbəbini işgəncələr nəticəsində ifadə verdiymi bildirmişəm. Amma buna baxmayaraq yerli məhkəmə 5-6 nəfərin əlinin altında olduğu üçün məni edama məhkum etmiş və bu edam qisas yolu ilə həyata keçiriləcəyinə ölkənin baş prokurorluğu tərəfindən də təsdiq edilmişdir. Lakin qazilər şurasına göndərilən edam hökmü xoşbəxtlikdən təsdiq edilməmiş və işin araşdırılmasını təşkil etmişdir. Buna baxmayaraq 7 il müddətində mənim gəncliyimin həbsxanada ağıla gəlməz təhqiredici və işgəncələrlə dolu ömrüm keçməkdədir. Yerli məhkəmə verdiyi edam cəzasını həyata keçirilməsində israrlıdır.

 Indi 7 il sonra mən tək tənha öz günahsızlığımı və həbsxanalarda, məhkəmələrdə ədalətsizliyin baş alıb getdiyini bütün haqq və ədalət tərəfdarı olan insanlara beynəlxalq insan haqları təşkilatlarına üzümü tutub acizanə xahiş edirəm ki, məni bu cani qaniçənlərin əlindən xilas etsinlər, qoymasınlar. Törətmədiyim cinayətin günahı mənim üzərimdə qalaraq məni edam etsinlər.

Ümid edirəm ki, Beynəlxalq İnsan Haqları təşkilatları ədalət və azadlığın bərqərar olunması üçün məni tənha qoymayacaqlar. Mən ailəmin yanına qayıtmaq, qoca anamın və bacılarımın qayğılarına və çətinliklərinə kömək etmək istəyirəm. Günahsız bir gənc olaraq azad yaşamaq istəyirəm. Bütün azadlıqda olan haqq və ədalət sevən insanlara mənə yardım etmələrini xahiş edirəm.

Sabahın ümidilə Ərdəbil mərkəzi həbsxana

4 sentyabr 2008-ci il

 Hörmətlə, Səlman Əkbəri

yazilib گونئی سسی GuneySesi Tue 9 Sep 2008 saat 23:2 | link |

GÜNEYLİ JURNALİSTİN MƏHKƏMƏSİ KEÇİRİLİB

Şahnaz QulamiÖtən həftə Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində azərbaycanlı jurnalist, hüquq müdafiəçsi Şahnaz Qulaminin məhkəməsi keçirilib.

«Media forum» saytının məlumatına görə, məhkəmədə güneyli fəala qarşı ittihamlar səslənib. O, dövlət quruluşuna qarşı təbliğat aparmaqda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırılıb. Ş.Qulami ittihamları rədd edib.

Qapalı keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsi vəkil Məhəmmədəli Dadxah müdafiə edib.

Ş. Qulami siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə isə o, «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.

yazilib گونئی سسی GuneySesi Tue 9 Sep 2008 saat 12:48 | link |

İnsan haqları müdafiəçilərinə İranda monitorinq aparamağa icazə verilmir

08/09/2008
Novella Cəfəroğlunun müsahibəsi - Yükləmək audio clip

Novella Jafaroglu"Azərbaycana İrandan gələn tələbələr, jurnalistlər - hamı cəmiyyətimizdə yer tapıb". Bu sözləri Dilarə Əliyeva adına qadın hüquqları cəmiyyətinin sədri Novella Cəfəroğlu Amerikanın səsinə müsahibəsində deyib. Onun sözlərinə görə,  rəhbəri olduğu cəmiyyət İranda azərbaycanlıların başına gəlməsi barədə məlumatları dünyaya çatdırıb. İranda insan haqlarının pozulması ilə bağlı xanım Cəfəroğlunun müsahibəsini dinləmək üçün səs faylı yükləyə bilərsiniz.(voa azeri)

yazilib گونئی سسی GuneySesi Tue 9 Sep 2008 saat 12:42 | link |

BMT İnsan haqları Ali Komissiyası İranı tənqid edib

BMT İnsan haqları Ali KomissiyasıBMT İnsan haqları idarəsi bildirir ki, Rza Hecazinin avqustun 19-da, Behman Zaarenin isə bir həftə sonra avqust 26-da edam edilməsi ehtimal olunur. Məlumata görə, onlar həbs olunan zaman 15 və 16 yaşlarında idilər. Human Rights VVatch deyir ki, həm Hecazi həm də Zaare ölüm hökmünə bir neçə il əvvəl məhkum olunublar. Hökm icra olunan zaman isə Zaare 19, Hecazi isə 20 yaşında olub.

BMT-nin insan haqları sözçüsü Rupert Kolvil deyir ki, bu hökmlərin icrası yeniyetmələrin ölüm hökmünə məhkum olunmasını qadağan edən Beynəlxalq qanunları aydın şəkildə pozur:"İran Mülki vətəndaşlar və siyasi hüquqlar üzrə Beynəlxalq Konvensiya, Uşaq haqları barədə konvensiyanı ratifikasiya edən zaman yeniyetmələri ölüm hökmünə məhkum etməmək haqda öhdəlik götürüb. Bu konvensiyalara əsasən 18 yaşından aşağı uşaqlar öldürülə bilməz."

Kolvil deyir ki, İran dünyada yeniyetmələri ölüm hökmünə məhkum edən azsaylı ölkələrdən biridir. Onun sözlərinə görə, bir çox ölkələr ya gənclərin ölüm hökmünü ləğv edib ya da bu praktikaya maratorium qoyub. Sözçü bildirir ki, BMT insan haqları rəsmiləri narahatdırlar ki, İran hökuməti digər iki nəfəri də eyni yolla cəzalandıra bilər.

Cənab Kolvilin sözlərinə görə, onun idarəsi İranı beynəlxalq insan haqları öhdəliklərinə riayət etməyə və mühakimələri dayandırmağa çağırıb. O bildirib ki, İran habelə gələcəkdə də bu kimi əməllərindən əl çəkməlidir:"İdarəmiz habelə ümumilikdə İranda son zamanlar ölüm hökmünə məhkum olanların sayının artmasından narahatdır. Misal üçün iyulun 27-də 29 nəfərin ölüm hökmü icra olunub. Bir ay sonra avqustun 28-də isə bir qadın da daxil olmaqla 5 nəfər eyni cəzaya məhkum olunub. Bu il 6-sı yeniyetmə olmaqla 220-dən çox insanın ölüm hökmünə məhkum olunduğu ehtimal edilir."

Kolvilin sözlərinə görə, İran yeniyetmələri ölüm hökmü ilə qatilliyə, zorlamaya və narkotik trafikinqinə görə cəzalandırılır. O bildirib ki, dünya ölkələrində ölüm hökmünün ləğvi tendensiyası mövcud olduğu bir vaxt, İranda hökmlərin sayını çoxaldır.

"Human Rights Watch"-un hesabata görə, bu onillikdə İrandan başqa ABŞ, Çin, Konqo və Pakistan da yeniyetmələri ölüm hökmünə məhkum edib. 2005-ci ildə ABŞ Ali Məhkəməsi yeniyetmələrin edamını ləğv edib.(VOA AZERİ)

yazilib گونئی سسی GuneySesi Tue 9 Sep 2008 saat 12:38 | link |
Son üç ayda 6-cı azərbaycanlı tələbə həbs edilib

Aygün Muradxanlı .Azadlıq Radiosu

İranda Azərbaycan mədəniyyətini təbliğ edən milli dərnəklər qurduğuna və türkcə dərgi buraxdığına görə, daha bir tələbə həbs edilib. Bu İsfahan Universitetinin gəmiçilik fakultəsinin tələbəsi Məcid Makuidir. Urmiyə şəhərindən jurnalist İsmayıl Cavadi «Azadlıq» radiosuna deyib ki, Makuini üç gün əvvəl İranın əmniyyət qüvvələri həbs edib:

«İndiyə qədər onun taleyi lə bağlı heç bir bilgi yoxdur. Bir neçə ay öncə onu may hərəkatının ildönümü ilə bağlı, ana dilində təhsil tələblərinə görə həbs edib ETTELAAT-a aparmışdılar. İndi gələn xəbərə görə, ETTELAAT-ın Urmiya bölməsində saxlanır».

İsmayıl Cavadinin sözlərinə görə, bu, son üç ayda İranda həbs edilən altıncı azərbaycanlı tələbədir. İndiyə qədər tutulan tələbələrin heç birinin taleyi ilə bağlı dəqiq bilgi yoxdur:

«Mənsur Əminiyan, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Əmir Əhdidir isə Təbrizdə saxlanır».

Həbs ediləndən sonra onların heç birinə ailələrilə əlaqə saxlamaq imkanı verilməyib. Tələbələrin vəkili də yoxdur.

İsmayıl Cavadi deyir ki, belə ittihamlarla həbs edilənlərə yalnız məhkəmədə vəkildən yararlanmaq hüququ verilir. Bu isə tələbələrin hüquq və azadlıqlarının kobud şəkildə tapdanmasına səbəb olur:

«Mənsur Əminiyan Xoy şəhərində həbsdədir. Ailəsi böyük təzyiqlər altındadır. Eşitdiklərimizə görə, özünün durumu da yaxşı deyil. Onların hamısının suçu universitetlərdə milli dərnəklər qurmaq, ana dilində dərgilər hazırlamaqdır».
Mənsur Əminiyan universitetdə doktorluq mərhələsini başa vurub. Onun yalnız doktorluq diplomu alması üçün bir imtahan qalıb ki, həbs edildiyindən indi bu mümkün deyil.

Son aylarda həbs edilən İbrahim Rəşidinin isə təhsil almaq hüququ bütünlüklə əlindən alınıb. Bunu İran Azərbaycanlılarının Siyasi Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir. Onun sözlərinə görə, İranda türk tələbələr arasında tanınan şair, eyni zamanda insan haqlarının müdafiəçisi İ.Rəşidi ali təhsilini başa vurduqdan sonra doktoranturaya qəbul olmaq istəsə də, hökumət buna imkan verməyib.

İranın Təhsil Nazirliyində Rəşidiyə bildiriblər ki, o, təhsil hüququndan məhrum edilib. Vahid Qarabağlının sözlərinə görə, son bir neçə ayda həbs edilən tələbələrin də bütün haqları əllərindən alınır:

«Onların ittihamı açıqlanmayıb, qohumlarıyla görüşmək imkanları yoxdur, vəkil tutma haqqı verilməyib, ailələrini bilərəkdən nigaran saxlayırlar. Ailələr bu işin arxasınca gedəndə isə onları təhdid edirlər. Bu yaxınlarda Səccad Rabmehrin anasına ETTELAAT-dan telefon açıb xəbərdarlıq ediblər ki, əgər oğlu ilə bağlı xəbərləri mediaya çıxarsa, oğlu daha çox işgəncələrlə üzləşəcək».

Vahid Qarabağlı deyir ki, indi İran Azərbaycanında bütün universitetlərə ETTELAAT-ın nəzarəti gücləndirilib:

«Türk dilində təhsil hüququnu tələb edən, bu məqsədlə vərəqələr yayan, dərgilər çap edən bütün tələbələr xüsusi xidmət orqanının bölmələrinə aparılır».

Hüquq müdafiəçiləri baş verənləri insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirirlər.

http://www.azadliq.org/content/Article/1196112.html

yazilib گونئی سسی GuneySesi Sat 6 Sep 2008 saat 22:21 | link |

İRANNIN 31 UNIVERSITET ISLAMİ TƏLƏBƏ BIRLIKLƏRININ BƏYANATI

Beyanatİranın 31 Universitet Islami tələbə birlikləri İran hakimiyyətinin siyasətini pisləyərək Güney Azərbaycan tələbələrinin özəlliklə Təbriz Universitetinin milli fəalların həbs edilib işgəncə və təzyiqlərə məruz qoyulmaqlarına qarşı bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, hakimiyyəti universitetlərin yay tətilindən istifadə edərək Universitet daxilindəki sinfi və milli haqlarını müdafiə edən tələbələri təhsildən məhrum və əksər hallarda həbs edərək işgəncə və təzyiqlərə məruz qoymağa başlayıb. Keçən təhsil ilində təkcə Təbriz universitetindən Nadir Mehdi Qarabağ, Nahid Babazadə, Əmin İmani və Səməd Paşayi diplom işlərini müdafiələrinin qarşısı alınaraq onları təhsildən məhrum edib və Səccad Radmehri və onunla yanaşı çoxlu sayda tələbəni Azərbaycanda və İranın başqa şəhərlərində həbs və təhdidlərlə onları öz haq yollarından döndərməyə cəhd ediblər.

 Iran təhlükəsizlik məmurlarının özbaşınalığı nəticəsində Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Əmir Mərdani, Mənsur Əminyan və Məqsud Əhdi həbs edilərək ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar.

Biz İranın bütün universitetlərinin tələbə dərnəklərini və tələbə hərəkatının üzvləri olaraq həbs edilən günahsız tələbələrin dərhal azadlığını və toxunulmazlığını tələb edirik.

yazilib گونئی سسی GuneySesi Sat 6 Sep 2008 saat 22:15 | link |

TƏBRIZDƏ QADINLARIN QAZLARIN KƏSILMƏSI ILƏ BAĞLI ETIRAZ AKSIYASI ZORLA YATIRILIB

tƏbrizdƏ qadinlarin etiraz aksiyasi 31 avqust 2008-ci il tarixində Təbrizin mərkəzində yerləşən Saat meydanı qarşısında Təbrizin əksər məhəllələrində qazların uzun müddətdən bəri kəsilməsinə etiraz olaraq minlərlə qadın həmin gün Təbriz şəhərinin Saat meydanına doğru gedən yolları günortaya qədər bağlayaraq öz etirazlarını bildiriblər.

etiraz aksiyası keçirən qadınlar İran polisi tərəfindən əl dəyənəklərilə döyülərək etiraz aksiyasını dayandırmağa məcbur edilmişlər. Həmin aksiya zamanı gənclərin, qadınların müdafiə etdiyini görən təhlükəsizlik və polis məmurları neçə nəfər gənci döyərək maşınlara yerləşdirib naməlum istiqamətə aparıblar.

Aksiyadan çəkilmiş videogörüntüyə aşağıdakı linkdən baxa bilərsiz.

http://www.tebriztube.com/medyaizle.php?haber_id=12613  

yazilib گونئی سسی GuneySesi Tue 2 Sep 2008 saat 13:7 | link |

DAHA BIR GÜNEY AZƏRBAYCAN MILLI FƏALI HƏBS EDILDI

Hebs XanaGüney Azərbaycanın milli hərəkat fəalı İsfahan Malik Əştər Universitetinin tələbəsi Məcid Makuyi (Elyar) dünən 31 avqust 2008-ci il tarixində saat 11 radələrində Təbriz ETTELAAT məmurları tərəfindən həbs edilərək ETTELAAT təcridxanasına aparılıb.

 Məlumatda bildirilir ki, Məcid Makuyi heç bir ittiham və məhkəmə qərarı olmadan qanusuz olaraq həbs edilibdir. Hal hazırda soydaşımızın harada və hansı durumda olduğu bəlli deyil. 

Xatırladaq ki, Məcid Makuyi (Elyar) 2006-cı il may hadisələri zamanı ETTELAAT tərəfindən həbs edilərək 20 gün müddətinə ağır işgəncə və təzyiqlərə məruz qalmışdır. Həmin vaxtda girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. 

Bildiyiniz kimi son aylarda universitetlərin tətil olmasından sui-istifadə edərək faşist molla hakimiyəti Güney Azərbaycanın milli haqlarını müdafiə edən tələbə və milli fəallara qarşı kütləvi surətdə həbsləri davam etməkdədir.

Hal hazırda 20-yə yaxın tələbə İran həbsxanalarında və ETTELAAT təcridxanalarında fiziki və ruhi işgəncələrə məruz qalmaqdadırlar.

yazilib گونئی سسی GuneySesi Mon 1 Sep 2008 saat 13:26 | link |

Təbriz ETTELAAT-da saxlanılan Fəraz Zehtabın vəziyyəti nigaranlıq doğurur

təxminən 50 gün bundan öncə Təbriz Universitetinin qarşısında həbs olunan Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Daryuş Hatəmi və 22 gün öncə Əmir Mərdani, 15 gün öncə Mənsur Əminyan və Məqsud Əhdi bunlardan başqa İran adlanan ölkənin başqa şəhərlərində təhsil alan Güney Azərbaycanlı tələbələr hər gün həbs olunur. Təhdid və təzyiqlərə məruz qalmaqdadırlar. Bu tələbələrdən sonuncusu Məcid Makuyi İsfahan Gəmiqayırma Universitetinin tələbəsidir.

Adları qeyd olunan Güney Azərbaycanın milli fəalları ETTELAAT təcridxanalarında təknəfərlik kameralarda ağır şəraitdə saxlanılaraq fiziki və ruhi işgəncələrə məruz qalmaqdadırlar. 50 gün öncə həbs edilən Fəraz Zehtab son günlərdə ailəsilə telefon əlaqəsi yaradaraq çox ağır durumda olduğunu bildirmişdir. Belə ki, pis şəraitdə və işgəncə nəticəsində ağır xəstəliklərə tutulmuş, nəfəs sistemində, səsində, böyrəklərində və qara ciyərində dözülməz ağrılar başlamış, lakin ETTELAAT məmurları onun müalicəsi üçün heç bir şərait yaratmayırlar.

Fəraz Zehtabın ailəsi dəfələrlə ETTELAAT-a övladlarının müalicəsi üçün müraciət etsələrdə bu günəqədər heç bir nəticə verməyibdir. ETTELAAT məmurları Fəraz Zehtabın ailəsinə bildiriblər ki, “oğlunuz bizimlə əməkdaşlıq etməsindən boyun qaçırdığına görə cəzalandırılır.

Başqa məhbuslardan biri Məqsud Əhdi ailələrinə zəng edərək ağır tənəffüslə danışdığı və bədənində çoxlu ağrılar olduğunu bildirmişdir. Həmin ağrılar ETTELAAT məmurları tərəfindən işgəncələrin nəticəsini göstərən faktlardandır. Hal hazırda adları çəkilən soydaşlarımız Təbrizin ETTELAAT təcridxanasında təknəfərlik kameralarda ayrı-ayrılıqda saxlanılaraq ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar.

Xüsusilə Fəraz Zehtabın vəziyyəti həddindən nigaranlıq doğurur.

yazilib گونئی سسی GuneySesi Thu 28 Aug 2008 saat 12:54 | link |

Həbsxanada olan Güney Azərbaycanın milli fəalı İbrahim Rəşidinin yüksək təhsil almağına qadağa qoyulub

İbrahim Rəşidi Güney Azərbaycanın milli haqları uğrunda mübarizə aparan Evrin qeyri hökümət təşkilatının təsisçisi, Urmiyə Universitetinin ustad Şəhriyar dərnəyinin Ulduz, Bulud, Baxış və Oyanış dərgilərinin redaktoru və yazarlarından olan Urmiyə Universitetinin mexanika mühəndisliyi fakültəsinin məzunu İbarhim Rəşidi dəfələrlə İran ETTELAAT-ı tərəfindən milli fəaliyyətinə görə həbs edilərək Tehran “Evin” həbsxanasında Urmiyə, Əhər və Ərdəbil ETTELAT-ın təcridxanalarında ağır işgəncə və təzyiqlərə məruz qoyulub.

Hal hazırda Urmiyə həbsxanasında 5 ay həbs cəzasını çəkmək üçün saxlanmaqdadır. Yüksək ali təhsilini davam etdirmək üçün bütün sənədlərini və imtahanlarını verdikdən sonra hakimiyətinin təhsilə nəzarət komitəsinin rəyi əsasında İbrahim Rəşidi ömürlük təhsildən məhrum edilib.

yazilib گونئی سسی GuneySesi Mon 25 Aug 2008 saat 13:17 | link |

Təbriz həbsxanasında saxlanılan milli fəal Cəmşid Zare azadlığa buraxıldı

hebsden azadliq Güney Azərbaycanın milli fəallarından olan Cəmşid Zare 90 gün həbsdən sonra azadlığa buraxıldı.

Təbriz həbsxanasında saxlanılan soydaşımız üç ay öncə milli fəaliyyətlərinə görə ETTELAAT məmurları tərəfindən həbs edilərərk işgəncə və təzyiqlərə məruz qalmış, inqilab məhkəməsi tərəfindən 90 gün müddətinə azadlıqdan məhrum edilmişdir.

yazilib گونئی سسی GuneySesi Sun 24 Aug 2008 saat 13:1 | link |

Milli fəal Vədud Əsədi azadlığa buraxılıb

Təbriz Ekspress .Azadlıq Radiosu. 24.08.2008 

V.Asadiİran azərbaycanlılarının milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədi avqustun 24-də azadlığa buraxılıb. Əsədinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onu dövlətə qarşı çıxmaqda ittiham ediblər.
 
Vədud Əsədi deyir ki, ona həbsdə olduğu zaman işgəncə verilməsə də, ailəsi ilə görüşməyə icazə verməyiblər.
 
V.Əsədi bu il iyulun 22-də İranın Rəşt şəhərində həbs olunmuşdu. İyulun 23-ü isə onu Rəşt İnqilab Məhkəməsinə aparmışdılar. 
 
Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır.
 
Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində azərbaycanlıları tarakana bənzədən karikaturanın çapından sonra da həbs olunmuşdu.

Həmin vaxt universitetdə təşkil olunan etiraz tədbirinə və diskriminasiya əleyhinə aclıq aksiyasına qatılan Vədud Əsədini dörd aya yaxın həbsdə saxlasalar da, ona qarşı heç bir ittiham irəli sürməmişdilər.

yazilib گونئی سسی GuneySesi Fri 22 Aug 2008 saat 22:4 | link |
 
offshore