تبليغاتX
Guney Sesi

Səttarxan mərasiminə hücum

Amerikanın Səsi ▪ Azerbaijani.14/11/2008

Noyabrın 14-də Səttarxanın Tehranın Şah Əbduləzim Ziyarətgahındakı məzarı üstünə toplaşan azərbaycanlı fəallar, İran təhlükəsizlik orqanlarının əməkdaşlarının hücumuna məruz qalıblar. “İnsan Haqları Komitəsi”, “ Bizim Sulduz”, “Azad Təbriz” kimi mənbələrin yaydığı xəbərlərə görə, təhlükəsizlik orqanlarının əməkdaşları bir neçə azərbaycanlını o, cümlədən Tehranın Rəcai Universitetinin müəllimi, Abdulla Abbasi Cavan, hərəkatçılar - Hüseyn Məhəmmədi, Firuz Hüseynpur və başqa bir neçə tədbir iştirakçısını həbs ediblər. 

Xatıqladaq ki, cənab Abbası keçən il həbs olunaraq, 130 gün müddətinə Tehranın “Evin” həbsxanasında Ettelatın nəzarətində olan 209 saylı təcridxanada saxlanmışdır. Daha sonra, o, Tehranın  İslam İnqilabı Məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Hər il noyabrın 13-14-də Milli Sərdar Səttarxanın vəfatının ildönünmü  münasibəti ilə onun məzarı üstündə mərasim keçirilir. İran təhlükəsizlik orqanları isə “qanunsuz toplaşma”  və “milli təhlükəsizliyin pozulması” iddiaları ilə bu kimi tədbirlərin keçirilməsinə mane olurlar.

Səttarxan, Qacar sülaləsinin hakimiyyəti dövründə, Məşrutəçilik-konstitutsiyalı dövlət üsuli idarəsinin yaranması uğrunda 1900-cü illərdə gedən mübarizənin rəhbərlərindən olub. Təbriz başda olmaqla Azərbaycanın Rus və İran orduları qarşısında silahlı müqavimət hərəkatına və nəhayət hərəkatın qələbəsinə başçılıq edib. Daha sonra silahdaşı Bağırxanla birliklə Tehrana dəvət edilən Səttarxan və onun silahdaşları daha sonra puskuya salınıb.

Hökümət qüvvələrinin hücumu nəticəsində Səttarxanın 300 silahdaşı öldürülüb. Səttarxanın özü isə yaralı olaraq ələ keçirilib. Tehrandan çıxmasına icazə verilməyən Səttarxan 3 il yataq rejimində olub. O, 1914-cü il noyabrın 13-də baxımsızlıqdan həyatını itirib.

yazilib گونئی سسی GuneySesi Sat 15 Nov 2008 saat 0:50 | link |

İranda 1 azərbaycanlı fəal yoxa çıxıb

Amerikanın Səsi ▪ Azerbaijani.14/11/2008


Yaşar Güneyli İran Azərbaycanının Kərəc şəhərində Yaşar Güneyli kimi tanınan, Haşım Bərzgər adlı bir azərbaycanlı fəal yoxa çıxıb. Onun noyabrın 10-dan bəri görülmədiyi və böyük ehtimalla İran Ettelaatının əməkdaşları tərəfindən həbs olunduğu söylənilir. Haşım Bərzgərin yoxa çıxmasından 2 gün öncə  Tehranda təhlükəsizlik əməkdaşları olduğu güman edilən naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyü bəyan edilir.

Bundan başqa qeyri-rəsmi mənbələr İbrahim Nuri adlı azərbaycanlı yeniyetmənin Əhər Şəhəri İslam İnqilabı Məhkəməsinə çağrıldığını bildirirlər. Bir il öncə, o, öz ana dilində təhsil almaq istəyini açıq  şəkildə bəyan etdiyinə görə təhsil aldığı orta məktəbdən qovulmuşdu. Daha sonra isə təhlükəsizlik orqanları tərəfindən həbs olunan yeniyetməyə həbsxanada ağır təzyiqlər göstərilmişdir.

Yerli mənbələrin və İnsan haqlarını müdafiə təşkilatlarının bildirdiyinə görə, Fars dilinin yeganə dövlət dili olaraq  tanındığı İranda, öz ana dilində təhsil haqqının təmin olunmasını istəyən azərbaycanlılar bu və ya digər şəkildə təzyiqlərə məruz qalırlar.

yazilib گونئی سسی GuneySesi Sat 15 Nov 2008 saat 0:47 | link |

Jurnalistin nəyə görə həbs olunduğu bəlli deyil

Azadlıq Radiosu .Xədicə İsmayılova .11.11.2008

Şahnaz Qulami İranda azərbaycanlıların milli hüquqları və qadın haqları uğrunda hərəkatların fəalı, jurnalist Şahnaz Qulami noyabrın 9-dan 10-a keçən gecə həbs olunub. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası jurnalistin ailəsinə istinadən bildirir ki, Qulami həbs olunarkən evində axtarış aparılıb. Həbsxanaya salındıqdan sonra isə ona qohumları və vəkillə görüş imkanı verilməyib.

Qulaminin hansı ittihamla həbs olunduğu da bəlli deyil. İki ay əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Qulamiyə dövlət quruluşuna qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzası vermişdi. Qulami hökmdən apellyasiya şikayəti verib. Hökmün qüvvəyə minməsi üçün ona apellyasiya məhkəməsində baxış başa çatmalıdır. Bunları «Azadlıq» radiosuna Təbrizli jurnalist Həsən Ərk deyib:

«Əgər qərar olsa bu hökmə görə tutardılar, bu cür getməzdilər. Ehtimal etmək olar onu başqa bir ittihamla həbsə salıblar».

Həsən Ərk deyir ki, Şahnaz Qulaminin həbsinə səbəb onun son zamanlar milli hüquqlar uğrunda hərəkatın fəalı Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimallar ola bilər:

«Xanım Şahnaz Qulami belə düşünürdü ki, mühəndis Qulaminin düşdüyü avtomobil qəzası xüsusi adamlar, ehtimal ki, dövlət adamları tərəfindən təşkil olunub. Bizim də hökumətin nəzərincə, belə fikirlər söyləmək iğtişaş salmaq, ictimai fikrdə təşviş yaratmaq sayılır. Ola bilsin ki, Şahnaz Qulamini bu fikirlərinə görə həbs ediblər».

Şahnaz Qulami bu ehtimalları müəllifi olduğu «azarwomen» bloqunda da dərc edib.

Həsən Ərkin sözlərinə görə, ümumiyyətlə, Şahnaz Qulami fəal qadın olduğu üçün təzyiqlərə məruz qalır:

«Qadınların haqları uğrunda çalışır. Azərbaycan milli hərəkatı - bizim hürriyyətimiz, dilimiz, mədəni haqlarımızla bağlı yazılar yazır. Əsasən, jurnalist kimi fəaldır. Qadın məsələləri ilə bağlı bir veb-səhifəsi vardı, orda və müxtəlif qəzetlərdə yazır. Ümumiyyətlə çox çalışqan bir xanımdır. Ona görə də fəaliyyəti nəzərə tez çarpır».

Şahnaz Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə o, «İran» qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılmışdı. Şahnaz Qulami «azarwomen» bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının («Roza») üzvüdür.

yazilib گونئی سسی GuneySesi Sat 15 Nov 2008 saat 0:35 | link |

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) aylıq Hesabatı - Oktyabir 2008



Tehranda iftar mərasimində tutulmuş Azərbaycanlı mədəni fəalların durumu
 

 Noyabrın 8-də azərbaycanlı fəallardan dördü – nəşri dayandırılmış «Dilmac» dərgisinin baş redaktoru Əlirza Sərrafi, «Yarpaq» və «Varlıq» jurnallarının əməkdaşı, yazıçı Həsən Raşidi, «Yaşmaq» ədəbi dərgisinin baş yazarı Səid Məhəmmədi (Muğanlı) və mədəni fəal Mehdi Nəimi 50 milyon tümənlik ağır girov müqabilində Evin zindanından azad edilmişlər.

Bununla belə həmin azərbaycanlı hüquq fəalları «milli təhlükəsizlik əleyhinə toplaşma və əlbirlik» ittihamı ilə məhkəmə istintaqı altındadırlar.

müddətində onlar etiraflarda bulunmaq üçün təzyiqlərə məruz qalmış və dindirmələr onlara elan edilən ittiham ətrafında aparılmamışdır.

Onlar demək olar ki, bütün həbs müddətini Evin zindanının Təhlükəsizlik Nazirliyi tərəfindən idarə edilən 209-cu korpusunda təkadamlıq kameralarda saxlanaraq, fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar. Həbsdə olduqları dövrdə onlara vəkil tutmağa icazə verilməmiş və onlar bir aydan da artıq müddətdə ailə üzvləri ilə görüşdən məhrum edilmişlər.

Bu şəxslər həbsdə saxlanmalarına və onlarla qanunsuz davranışa etiraz əlaməti olaraq, 11 gün ərzində aclıq aksiyası keçirmişlər. Ağır şərait nəticəsində onların sağlamlığı təhlükəyə düşmüşdür və hazırda onlar həkim nəzarəti altındadırlar.

Sentyabrın 10-da təhlükəsizlik məmurları Tehrandakı bir evdə iftar mərasiminə toplaşmış 19 azərbaycanlını – jurnalist, universitet müəllimi və şairi – həbs etdilər. Azərbaycanın tanınmış siyasi məhbuslarından Abbas Lisaninin həyat yoldaşı və uşaqları da onların arasında idi.

Onlardan bəziləri, o cümlədən, Abbas Lisaninin həyat yoldaşı Ruqəyyə Əlizadə və onun üç uşağı, Əkrəm Nəccari, Rübab ƏzimiFərhad Rzayi 9 saatdan sonra azad edildilər. Sentyabrın 14-də Yusif Huşyar, Şahbaz İbrahimzadəMəhəmməd Abbaspur azadlığa buraxıldılar. Oktyabrın əvvəllərində isə daha beş nəfər, cənablar Əkbər Azad, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Hüseyn HeydəriHəsən Rəhimi 50 milyon tümənlik (50000 $) girov müqabilində Tehrandakı Evin zindanının 209-cu korpusundan azad olundular. Onların hamısı azadlığa çıxdıqdan sonra bildirmişlər ki, həbs olunmalarının ardınca özlərinin əsas hüquqlarından məhrum edilmiş və demək olar ki, bütün həbs müddətində Evin zindanının 209-cu korpusundakı təkadamlıq kameralarda fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar. 

Həbs olunmuş kimlikçi azərbaycanlı tələbələrin vəziyyəti 

Nəhayət, oktyabrın 28-də Təbriz universitetinin yeddi və İsfahan universitetinin bir tələbəsi girov müqabilində müvəqqəti olaraq, Təbriz həbsxanasından azadlığa buraxıldılar.

İyunun 17-də Təbriz universitetinin qarşısında tutulmuş Səccad Radmehr, Aydın Xacei Fəraz Zehtab avqustun 13-də həbs olunmuş Əmir Mərdani, avqustun 31-dən həbsdə saxlanan Məcid Makuyizadə və sentyabrın 30-da həbs edilmiş Ehsan Nəcəfi ilə birlikdə 50 milyon tümənlik girov müqabilində, həmçinin Təbriz universitetinin avqustun 20-də həbs olunmuş daha iki fəal tələbəsi Mənsur ƏminiyanMaqsud Əhdi 20 milyon tümənlik girovla Təbriz zindanından azad edilmişlər.

Bu azərbaycanlı tələbə hərəkatı fəallarının həbs olunmasının ardınca onların evlərində axtarış aparılmış və onlara məxsus kompüterlər, CD-lər, sənədlər və kitablar müsadirə edilmişdir. Sentyabrın 30-də həbs olunmuş Nəcəfi istisna edilməklə, qalanları üç ay müddətində məhkəməsiz və ittiham elan olunmadan Təbriz Təhlükəsizlik İdarəsinin kamerasında saxlanaraq, təzyiqlərə və sorğu-suala məruz qalmış, vəkil tutmaq və görüş hüququndan məhrum edilmişlər.

Bu tələbələrin ailə üzvlərinin söylədiyinə görə, «Təhlükəsizlik Nazirliyinin kamerasında saxlandıqları müddətdə onlara işgəncə verilmiş, rəsmi orqanlar onları 24 saatlıq dindirməyə, yuxusuzluğa, döyülməyə, alçaltma və təhqirə məruz qoymuşlar». Bu şəxslərə «milli təhlükəsizliyə xələl gətirmək üçün qanunsuz dəstələr və qruplarda üzvlük» və «dövlət quruluşu əleyhinə təbliğat» kimi ittihamlar irəli sürülmüşdür.

Həmin tələbələrin dostu, zabit Dariyuş Hatəminin azadlığa buraxılması da girov qoyulmasından sonrakı günlərə saxlanmışdır. O da iyunun 17-dən bəri müvəqqəti həbsdədir. Bu arada oktyabrın 6-da təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş Şəbüstər Azad universitetinin tələbəsi Səməd Mövlaqulu da 10 milyon tümənlik girov müqabilində azadlığa buraxılmışdır. Ona qarşı ölkə xaricindəki qruplarla internet əlaqəsi saxlamaq ittihamı irəli sürülmüşdür. 

Əhli-həqq məzhəbindən olan məhbusların durumu 

Əhli-həqq məzhəbindən olan və 5 ildən artıq bir müddətdə Urmiya zindanında məhkumluq çəkən məhbusların beş nəfəri – Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi, İbadulah Qasımzadə, Mehdi QasımzadəYunis Ağayan işlərinə baxılması zamanı hüquqi prosedurların pozulmasına, həbsxana məmurlarının alçaldıcı davranışına, onların məzhəbini təhqir etməsinə etiraz əlaməti olaraq, cari ilin sentyabr ayının 15-dən etibarən aclıq aksiyasına başlamış və bu zaman sözügedən zindanın təkadamlıq kameralarına köçürülmüşlər. Buna baxmayaraq, adı çəkilən şəxslər aclığı davam etdirirlər və əvvəlki 25 günlük aclıqdan sonra onların həzm orqanlarında yaranmış xəstəliklər, eləcə də Urmiya zindanının rütubətli və qeyri-gigiyenik təkadamlıq kameralarında saxlanma nəticəsində onların fiziki durumu təhlükəli həddə çatmışdır. Belə ki, onlar bir neçə dəfə qan qusmuşlar və yarıhuşsuz haldadırlar.  

Azərbaycanlı mədəni fəal və siyasi məhbus Abbas Lisaninin vəziyyəti        

Azərbaycanın tanınmış mədəni fəalı Abbas Lisani oktyabrın 29-da çərşənbə günü 30 aylıq məhkumluq müddətini başa vurduqdan sonra Yəzd həbsxanasından azadlığa çıxmışdır.

Azərbaycandakı 2006-cı ilin May etirazları ilə əlaqədar 18 ay Ərdəbil zindanında saxlanan Abbas Lisani dövlət quruluşu əleyhinə təbliğat ittihamı ilə doğma şəhərinin (Ərdəbilin) 112 kilometrliyində yerləşən Əhərdə 12 aylıq həbsdə olarkən, 2008-ci ilin fevral ayında qanunsuz şəkildə vətənindən 2000 kilometr məsafədə olan Yəzd mərkəzi həbsxanasına köçürülmüşdür.

Bu mədəni fəal zindanda bir neçə dəfə təhlükəsizilik və həbsxana məmurlarının ayrı-seçkilik səciyyəli davranışına etiraz olaraq, aclıq etmiş və ona heç vaxt məzuniyyət icazəsi verilməmişdir.

Oktyabrın 16-da Lisani Təhlükəsizlik Nazirliyinin Yəzd şöbəsinə köçürülmüş və 10 saat sorğu-suala tutulmuşdur. Ərdəbildən gəlmiş təhlükəsizlik məmurlarının da iştirak etdiyi həmin dindirmə zamanı ona zindandan azad olduqdan və Ərdəbilə qayıtdıqdan sonrakı planları barədə suallar verilmişdir.

Bundan öncə isə Ərdəbil prokuroru və Təhlükəsizlik İdarəsi Lisaninin ailəsinə təzyiq etmişdir ki, Lisani gərək Yəzd zindanından azad olduqdan sonra farsların yaşadığı bir şəhərə köçsün; onlar hədələmişlər ki, əks təqdirdə Ərdəbildə və Azərbaycanın digər şəhərlərində hər hansı hadisə olduqda, biz onu həbs edəcəyik.

Sentyabrın 10-da təhlükəsizlik məmurları Tehrandakı bir evdə iftar mərasiminə toplaşmış 19 azərbaycanlını – jurnalist, universitet müəllimi və şairi – həbs etmişdilər. Abbas Lisaninin həyat yoldaşı və uşaqları da onların arasında idi. 

Həbs olunmuş digər Azərbaycan mədəni fəallarının durumu 

Mötəbər qaynaqlardan alınan bilgilərə görə, Urmiya mərkəzi həbsxanasındakı azərbaycanlı siyasi və vicdan məhbusları daim həbsxana rəhbərliyi və təhlükəsizlik qurumlarının müxtəlif təzyiqlərinə məruz qalır və yararsız şəraitdə saxlanılırlar.

Bahadurinin zindandakı şəraiti tam yararsızdır. Onlar həbs ediləndən bəri narkomanlar, cinayətkarlar və dələduzlarla bir yerdə, özü də gigiyenik baxımdın əlverişsiz şəraitdə saxlanılırlar, onlara ailə üzvləri müntəzəm görüşmək imkanı da verilmir. Bu fəallar Urmiyada Beynəlxalq Ana Dili Günü tədbirlərində iştirak etdiklərinə görə tutulmuş və məhkum edilmişlər.

Ərdəbildə milli fəallardan Rəhim Hacızadə hələ də həbsdə saxlanmaqdadır. O, cari ilin sentyabr ayının 25-də Ərdəbil şəhər təhlükəsizlik quvvələri tərəfindən həbs edilmiş və üç gün Təhlükəsizlik İdarəsinin kamerasında saxlandıqdan sonra Ərdəbil mərkəzi həbsxanasının 7-ci korpusuna köçürülmüşdür. Ona qarşı quruluş əleyhinə təbliğat aparmaq və millətçiliyi yaymaq ittihamı irəli sürülmüşdür.

Bu il avqustun 5-dən Urmiya həbsxanasında olan azərbaycanlı gənc şair və yazar İbrahim Rəşidi 5 aylıq məhkumluq müddətini başa vurduqdan sonra noyabrın 5-də çərşənbə günü azadlığa çıxmışdır. Rəşidi zindanda pis bir şəraitdə saxlanmış, ona hər hansı kitab və dərgi oxumaq qadağan edilmiş, həbsxana məmurları və təhlükəsizlik orqanları çeşidli təzyiqlər göstərmişlər.

Nəhayət, Azərbaycan milli fəallarından Əbdülhüccət Tarıverdiyan Təbrizdə «qanunsuz yığıncaqlarda iştirak yolu ilə ictimai asayişi pozmaq» ittihamına əsasən altı aylıq şərti həbs və 40 şallaq cəzasına məhkum edilmişdir. Əvvəllər məhkum olunmadığına görə, hakim bu hökmün icrasını 2 illiyə təxirə salmışdır. Tarıverdiyan 2008-ci il mayın 21-də Azərbaycandakı 2006-cı il May nümayişlərinin ikinci ildönümündə Təbrizdə tutulmuş və iki həftə müvəqqəti həbsdə saxlandıqdan sonra girov müqabilində azadlığa buraxılmışdı. 

yazilib گونئی سسی GuneySesi Fri 14 Nov 2008 saat 19:27 | link |

29 universitetin tələbəsi fəalların müdafiəsinə qalxıb

İranın 29 universitetinin islami tələbə qurumları birgə bəyanat yayaraq milli kimlik uğrunda dinc mübarizə aparan azərbaycanlı fəallara qarşı təzyiqlərin aradan qaldırılmasını tələb ediblər. Bəyanatda həbsdə saxlanan azərbaycanlı fəallara qarşı psixi və fiziki təzyiqlər pislənir, milli azlıqların, o cümlədən azərbaycanlıların milli hüquqlarının tanınması tələb olunur.

Bəyanatda deyilir: «Bu ölkənin rəhbərləri hər yerə car çəkərək ədalət və azadlıqdan dəm vururlar. Ancaq milli kimlik uğrunda dinc fəaliyyət aparan azərbaycanlı fəallar hər gün müxtəlif təqib və təzyiqlərə məruz qalır, tapdanırlar. Bu fəallar yalnız ana dillərini və milli mədəniyyətlərini tələb etdikləri üçün dəstə-dəstə tutulub həbsə salınır. Biz qanunsuz həbsdə saxlandığı üçün 10 gündən çoxdur aclıq aksiyasına başlamış 4 azərbaycanlı fəala qarşı tətbiq edilən işgəncələrə son qoyulmasını və onların dərhal azadlığa buraxılmasını tələb edirik».

Sentyabrın 10-da Tehranda fəal Səyyad Məhəmmədiyanın verdiyi iftar qonaqlığında 20-yə yaxın azərbaycanlı fəalla birlikdə tutularaq ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, şair Mehdi Nəimi, «Varlıq» jurnalının yazarı Həsən Raşedi və jurnalist Səid Məhəmmədi (Muğanlı) həbsxanada məruz qaldıqları psixi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər. /
Media forum / 10.11.2008

yazilib گونئی سسی GuneySesi Mon 10 Nov 2008 saat 23:32 | link |

Bəzi milli fəallar Evin həbsxanasından azad olunub

Amerikanın Səsi ▪ Azerbaijani -08/11/2008

Qeyri-rəsmi mənbələrin yaydığı məlumata görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar azadlığa buraxılıb. “Öyrənci”, “Azad Təbriz” və başqa mənbələrin bildirdiyinə görə, Evin həbsxanasının 209 saylı qapalı təcridxanasında saxlanılan azərbaycanlı ziyalılar, Həsən Raşidi, Əlirza Sərrafi, Səid Muğanlı və Mehdi Nəimi, hər biri 250 min dollar dəyərində girov qoyduqdan sonra müvəqqəti azadlığını əldə edə bilib.  

Qanunsuz saxlanmalarına qarşı etiraz əlaməti olaraq iki həftə öncədən aclıq aksiyasına başlayan  4 məhbusun sağlamlıq durumunun ağır olduğu bildirilir.   Təxminən 2 ay öncə, Tehranın Ettelaat İdarəsinin əməkdaşları Tehranda keçirilən bir iftar mərasiminə hücum edərək, 20-yə yaxın azərbaycanlını, o, cümlədən yuxarıda adı çəkilən ziyalıları həbs etmişdi. Bununla da, “İranın milli təhlükəsizliyini pozmağa cəhd”də ittiham olunaraq iftar qonaqlığında tutulanların hamısı nə zaman keçiriləcəyi bəlli olmayan məhkəməyədək sərbəst buraxılıb.

yazilib گونئی سسی GuneySesi Mon 10 Nov 2008 saat 4:2 | link |

İranda insan haqlarının durumu pisləşir

Amerikanın Səsi ▪ Azerbaijani - 08/11/2008

Bir neçə insan haqları təşkilatının birləşdiyi İnsan Haqları Ferdrasiyası (FIDH) və İranın İnsan Haqlarını Müdafiə Təşkilatı (LDDHI)Birləşmiş Milllətlər Təşkilatına birgə müraciət edərək, BMT-yə üzv olan ölkələri İranda insan haqlarının pozulması ilə bağlı qətnamə çıxarmağa çağırıb. İnsan haqlarını müdafiə təşkilatlarının BMT-yə ünvanladığı müraciətdə İranda insan haqlarının vəziyyəti ilə bağə geniş məlumat dərc edilib. Onların bildirdiyinə görə bu ölkədə insan haqlarının durumu getdikcə pisləşir.

Mənbələrin bildirdiyinə görə, İranda qeyri-insani cəza növlərinin tətbiqi davam etdirirlir. Buna misal olaraq deyilir ki, İranda bədən orqanlarının amputasiyası, o, cümlədən insanların əlinin, qolunu və ayağını kəsməklə cəzalandırılması, eləcə də məhkumların daşqalaq edilməsi kimi dəhşətlı cəza növləri hələ də həyata keçirilir. İnsan haqlarını müdafiə qurumlarının birgə müraciətində qeyd edilir ki, İranda yeniyetmə çağlarında cinayət törətmiş adamların edam edilməsi halları davam edir. İranın Ali Məhkəməsi yeniyetmələrin edamının dayandırılmasına qərar versə də bu qərar, qətl kimi cinayətlərə görə edama məhkum edilən azyaşlılara şamil edilmir.

İnsan haqları müdafiəçiləri İran qanunlarında qadınlara qarşı kəskin ayrıseçkiliklərin mövcud olmasından şikayətlənirlər. Ailə üzvləri arasında var-dövlətın bölünməsi zamanı oğlana qızdan 2 dəfə çox pay ayrılması, qadının qan qiymətinin kişidən ikiqat az olması kimi ədalətsizliklərin qanuniləşdirildiyi söylənilir.

Bir qayda olaraq milli və dini azlıqlara qarşı ayrıseçkiliklərdən söz açan insan haqları qurumları, həm də düşüncəsinə, əqidəsinə və siyasi mənsubiyyətinə görə insanların təqib edilməsinin baş alıb getdiyini bəyan edirlər.  Bundan əlavə, ölkədə müxtəlif azlıqlar arasında siyasi, iqtisadi və ictimai hüquq bərabərliyinin təmin edilmədiyi vurğulanır və insan haqları ilə bağlı İrana qarşı qətnamə çıxarılması istənilir.  

yazilib گونئی سسی GuneySesi Mon 10 Nov 2008 saat 3:58 | link |

TƏBRİZLİ FƏAL HƏBSXANADAKI İŞGƏNCƏLƏRDƏN DANIŞIB

2008-11-11

Azərbaycanlı Tələbə və Müəllimlər Birliyinin üzvü Həmid Valayi Şərqi Azərbaycan əyaləti Vəkillər Birliyinin insan hüquqları üzrə komissiyasına yazdığı məktubda Təbriz ETTELAAT-nın həbsxanasında saxlandığı müddətdə ağır işgəncələrə məruz qaldığını bildirib. İfadə vermək üçün bu il iyulun 15-də ETTELAAT-ın Təbriz idarəsinə çağırılan milli fəal Həmid Valayi 13 gün müddətinə həbsdə saxlanmışdı.

«Media forum» saytının məlumatına görə, fəalın məktubunda deyilir: «Təbriz ETTELAAT idarəsinin həbsxanasında təkadamlıq kamerada qanunsuz olaraq saxlandığım 13 gün ərzində dəfələrlə ağır psixi və fiziki təzyiqlər altında dindirildim. Müstəntiq etiraf almaq üçün məni döyür, müxtəlif işgəncələr verirdi. Onun zərbələri nəticəsində bir neçə dişim sınıb. Sağ ayağımdan da ağır xəsarət aldım».

Güneyli fəal işgəncələr zamanı bir neçə dəfə huşunu itirdiyini də vurğulayıb: «Kəskin başgicəllənmələr və baş ağrıları indi də davam edir. İşgəncə dolu dindirmələrdən sonra ciddi müalicəyə ehiyacım olsa da, həbsxanada mənim həkimə müraciətimə imkan vermirdilər».

Təbrizli fəal azərbaycanlı tələbələrin buraxdığı bir sıra nəşrlərdə çıxan məqalələriylə tanınır.

yazilib گونئی سسی GuneySesi Mon 10 Nov 2008 saat 1:10 | link |

Milli fəal İbrahım Rəşidi azadlığa çıxdı

Thursday, 06 November 2008

Güney Azərbaycan Milli Hərəkatının fəalı, mühəndis İbrahim Rəşidi (Savalan) azadlığa çıxıb.

Rəşidi 5 ay həbs cəzasını çəkdikdən və 500 min rial cərimə ödədidkdən sonra sərbəst buraxılıb. Xatırladaq ki, avqustun 5-dən Urmiya həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı İbrahim Rəşidi (Savalan) milli fəaliyyətinə görə ali təhsildən məhrum edilib. O, 2006-ci ilin may aksiyalarına qatıldığından mayın 28-də Urmiya şəhərində həbs olunub, 68 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra 5 ay həbs və 20 zərbə şallaq cəzasına məruz qalıb.

İbrahim Savalan rejimə qarşı təbliğat aparmaqda, pantürkizm və qanunsuz aksiyalarda iştirakda günahlandırılıb. Milli fəalın apellyasiya şikayəti nəticəsində 5 ay həbs cəzası qalmaqla 20 zərbə şallaq 50 min tümən (500 min rial) pul cəriməsinə dəyişdirilib.

Qeyd edək ki, İbrahim Savalan 2000, 2001, 2003 və 2005-ci illərdə də dəfələrlə həbs olunub. O, vaxtilə "Baxış", “Oyanış”, “Ulus”, “Ölkə” və "Öyrənci" dərgilərinin redaksiya heyətinin fəal üzvü olub. Eyni zamanda “Ulduz” tələbə dərgisinin və “Ustad Şəhriyar” dərnəyinin nəşr etdirdiyi “Bulud” dərgisinin baş redaktoru olub. Bundan əlavə, “Azər Torpaq” qeyri-hokumət təşkilatının və Urmiya Universitetinin “Ustad Şəhriyar” dərnəyi və “Mədəniyyətlər Ocağı” qurumunun yaradıcısıdır. Urmiya Universitetində Azərbaycan türkcəsindən dərs deyib. 1998-ci ildə “İran millətləri və etniklərinin dilləri” və “Səttarxa”n adlı komitələrdə katib işləyib. İbrahim Savalan 2005-ci ildə Əhər şəhərində həbs olunaraq bir ay müddətinə təkadamlıq kamerada saxlanılıb. Bu məsələylə bağlı "Amnesty İnternational" bəyanat yayaraq onun azadlığını tələb edib. Mühəndis İbrahim Rəşidinin üzv olduğu və ya rəhbərlik etdiyi dərgilərin hamısı qapadılıb.

yazilib گونئی سسی GuneySesi Sat 8 Nov 2008 saat 3:28 | link |

Hüquq müdafiəçisi azadlıqdan məhrum edilib

Amerikanın Səsi ▪ Azerbaijani - 06/11/2008

Solmaz İğdırıİranda qadın və uşaq hüquqlarının müdafıəsçisi kimi tanınan Solmaz İğdırın 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqda qərar qəbul edilib.

“İran Qadınlar Birliyi”, “Əmir Kəbir” və “Gooya” xəbər saytlarının məlumatına görə, Solmaz Iğdırın azadlıqdan məhrum edilməsi barədə ona İslam İnqilab Məhkəməsi tərəfindən şifahi bildirilib.

Solmaz Iğdır onun üzərində çıxarılmış həbs qərarını qanunsuz hesab edir. Tehranın Xavəran Qəbristanlığında keçirilın siyasi məhbusların kütləvi edamının 20-cı ildönümü mərasimində həbs olunan hüquq müdafiəçısı 12 gün saxlandıqdan sonra 100 milyon tümən girov qoymaqla azadlığa buraxılmışdı.

yazilib گونئی سسی GuneySesi Sat 8 Nov 2008 saat 3:2 | link |

Əsgər Əkbərzadə Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb

Thursday, 06 November 2008

Güney Azərbaycan Milli Hərəkatının fəalı Əsgər Əkbərzadə Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb. məlumata görə, Ərdəbil şəhərinin Pəyami-Nur Universitetinin Kimya fakültəsinin tələbəsi olan Əkbərzadə noyabrın 10-da məhkəmənin 12-ci şöbəsində olmalıdır.

Əsgər Əkbərzadə milli təhlükəsizliyə xələl gətirməkdə, pantürkizmdə və separatçılıqda ittiham olunur. Qeyd edək ki, milli fəal Ərdəbil şəhərinin Pəyami-Nur Universitetinin tələbələrinin nəşr etdirdiyi və çapına qadağa qoyulmuş “Sayan” dərgisinin baş redaktoru olub. O, milli fəaliyyətinə görə dəfələrlə həbs edilib. “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) Əsgər Ərbərzadə ilə bir neçə dəfə bəyanat verib.
 

yazilib گونئی سسی GuneySesi Fri 7 Nov 2008 saat 3:31 | link |
4 nəfərin azadlığı üçün 1 milyon dollar girov tələb edilir

Aygün Muradxanlı .Azadlıq Radiosu - 04.11.2008

Sentyabrın 10-da Tehranda iftar süfrəsinə toplaşarkən həbs edilən və hazırda Evin həbsxanasında saxlanan İran azərbaycanlıları aclıq aksiyasını davam etdirirlər. Oktyabrın 25-dən başlanan aksiya ilə onlar əsassız həbs edildiklərinə, təkadamlıq kamerada saxlandıqlarına və ailə üzvlərinə olan təhdidlərə etiraz edirlər. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlı:

«Əlirza Sərrafi ona görə aclığa başladı ki, onu həyat yoldaşının və başqa ailə üzvlərinin həbsi ilə təhdid ediblər. Son xəbərlər budur ki, Evin həbsxanasında olanların hər birinin 250 min dollar girov qarşılığında azad edilməsi ilə bağlı razılaşma əldə edilib».

Məhbuslardan biri - Həsən Raşidinin qızı Sanay Raşidinin «Azadlıq» radiosuna dediyinə görə, noyabrın 4-də hökumət Evin həbsxanasında saxlanan 4 nəfərin - jurnalist Əlirza Sərrafinin, müəllim Mehdi Nəiminin, şair Səid Muğanlının, yazıçı Həsən Raşidinin azadlığa buraxılması üçün toplam 1 milyon dollar girov tələb edib.

S.Raşidi deyir ki, indi tutulan şəxslərin yaxınlarından pul toplanır:

«İran dövləti onları girov qarşılığında buraxacağını bildirib. Ancaq hələ istənilən 250 min dolları toplamaq mümkün olmayıb. Qohumlardan, dostlardan pul yığılır».

Vahid Qarabağlının sözlərinə görəsə, tutulanlara qarşı heç bir konkret ittiham irəli sürülməyib. İftar mərasimində saxlanan 17 nəfərdən azadlığa buraxılanlar ETTELAAT-da xarici ölkələrlə işbirliyi qurmaları ilə bağlı dəfələrlə sorğulandıqlarını bildirirlər. V.Qarabağlı deyir ki, ötən il İranda həbs edilən azərbaycanlı fəallar məhz xarici dövlətlərlə işbirliyi ittihamları ilə həbsxanada cəza çəkməkdədirlər.

yazilib گونئی سسی GuneySesi Fri 7 Nov 2008 saat 2:50 | link |

TEHRANIN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ BƏYANAT YAYARAQ İRAN HAKİMİYYƏTİNİ FAŞİST REJİMİ ADLANDIRIB

2008-11-04

Tehranın Əllamə Təbatəbai Universitetinin azərbaycanlı tələbələri paytaxtın Evin həbsxanasının 209-cu korpusunda saxlanan 4 azərbaycanlı fəalın aclıq aksiyasına başlaması barədə bəyanat yayaraq onları müdafiə edib.

Sentyabrın 10-da Tehranda güneyli fəal Səyyad Məhəmmədiyanın verdiyi iftar qonaqlığında 20-yə yaxın azərbaycanlı fəalla birlikdə tutularaq ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, şair Mehdi Nəimi, «Varlıq» jurnalının yazarı Həsən Raşedi və jurnalist Səid Məhəmmədi (Muğanlı) həbsxanada məruz qaldıqları psixi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq bir həftədən çoxdur aclıq aksiyasına başlayıblar.

«Media forum» saytının məlumatına görə, bəyanatda deyilir: «Uzun illərdir həmvətənlərimizin ardıcıl həbs edilərək işgəncələrə məruz qalması xəbərlərinə öyrəşmişik. Lakin indi bu faşist rejimi işi elə bir yerə çatdırıb ki, bu dörd fəalın həbsindən 50 gün keçməsinə baxmayaraq hökumətin heç bir qurumu onların ağır vəziyyəti ilə bağlı məsuliyyət götürmür və onların həbsinin səbəbi barədə izahat vermir».

Bəyanatda fəalların həbsdə saxlanmasının Azərbaycan xalqının narahatlığına səbəb olduğu vurğulanır: «Bu fəallar qanunsuz həbsə və saxlandıqları qeyri-insani ağır şəraitə etiraz əlaməti olaraq aclığa başlayıblar. Azərbaycanlı tələbələr olaraq milli kimlik uğrunda dinc fəaliyyət aparan fəallara qarşı həyata keçirilən bu kimi terrorçu hərəkətləri məhkum edir, bunun sonrakı xoşagəlməz nəticələri qarşısında məhz mövcud totalitar islam respublikasının məsuliyyət daşıdığını bildiririk. Biz həbsdə saxlanan bütün azərbaycanlı məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik».

yazilib گونئی سسی GuneySesi Fri 7 Nov 2008 saat 2:50 | link |

Azərbaycanlı məhbusların aclıq aksiyası davam edir

Amerikanın Səsi ▪ Azerbaijani-04.11.2008

Evin Hebs XanasiTehranın “Evin” həbsxanasında saxlanılan azərbaycanlı ziyalı, jurnalist Əlirza Sərrafinin ötən həftədən etibarən aclıq aksiyası davam edir. Müstəqil mənbələr Sərrafi ilə birlikdə həbs edilən başqa fəallar, şair Səid Muğanlı, yazıçı Həsən Raşidi və Azərbaycan Dili və Ədəbiyyatı müəllimi Mehdi Nəiminin  də qanunsuz saxlanmalarına etiraz olaraq aclıq aksiyasına qoşulduqlarını bildirirlər. Etiraz aksiyasının “Aban” ayının 4-ü, oktyabrın 26-dan başlandığı bildirilir.

Sentyabrın 10-da Tehranda iftar qonaqlığında həbs olunan azərbaycanlı fəallın qanunsuz dindirmə üsulların, o cümlədən psixoloji və fiziki işgəncələrdən istifadə edilməsindən ehtiyat edilir.

Məhbuslardan ikisi-Həsən Raşidinin mədə yarası və Səid Muğanlının astmadan əziyyət çəkdiyi deyilir. Qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, aclıq aksiyası cənab Raşidi və cənab Muğanlının səhhətini ağırlaşdıra bilər.

Sentyabrın 10-da Tehranda 20-yə yaxın azərbaycanlı həbs olunmuşdu. Onlar arasında tanınmış hərəkat fəalı Abbas lisaninin həyat yoldaşı və azyaşlı övladları da var idi. Tutulanların böyük əksəriyyəti azadlığa buraxılsalar da, 4 fəalın həbsi davam edir. Fəallar Tehranın “Evin” həbsxanasının 209 saylı təcridxanasında saxlanılır. Qapalı rejimli bu təcridxanaya Ettelaat nəzarət edir.

yazilib گونئی سسی GuneySesi Fri 7 Nov 2008 saat 2:45 | link |

İran azərbaycanlılıarının tələbə jurnalları bağlanıb

04/11/2008.Amerikanın Səsi ▪ Azerbaijani

Qeyri rəsmi mənbələrini yaydığı məlumata görə, Zəncan Universitetinin azərbaycanlı tələbələri tərəfindən nəşr edilən “Yoldaş” və “Kimlik”  dərgiləri bağlanıb. “Oyreni”, “Armanazer” və “Roshengeri” kimi saytlarının bildirdiyinə görə, bu jurnalların fəaliyyətinə qadağa qoyulması haqda həmin jurnalların baş yazarlarına universitetin Mədəniyyət Məsələləri üzrə direktorluğu tərəfindən bildirilib. Jurnalların nəşrinə qadağa qoyulmasının səbəbi barədə hər hansı məlumat verilməyib. Həmin mənbələr “Yoldaş” və “Kimlik”jurnallarının bağlanmasından daha öncə Zəncan Universitetinin İslami Tələbə Cəmiyətinin də yasaqlandığını xəbər vermişdi. 

Tələbə jurnallarının çoxu azərbaycanlı tələbələrin öz maliyyə imkanları hesabına ayda bir dəfə dərc edilir.  Bu jurnallar adətən iki dildə, Azərbaycan Türkcəsi və Fars dillərində nəşr olunur. Jurnallarda İranda insan haqlarının vəziyyəti və İran Azərbaycanındakı siyasi-ictimai vəziyyət barədə yazı və xəbərlərə yer verilir. Bu jurnallar adətən iki dildə, Azərbaycan Türkcəsi və Fars dillərində nəşr olunur. Jurnallarda İranda insan haqlarının vəziyyəti və İran Azərbaycanındakı siyasi-ictimai vəziyyət barədə yazı və xəbərlərə yer verilir.

yazilib گونئی سسی GuneySesi Fri 7 Nov 2008 saat 1:33 | link |

Abbas Lisani azadlığa çıxdı

Azadlıq Radiosu.30.10.2008 

Abbas Lisaniİranda azərbaycanlıların hüquqlarının fəal müdafiəçilərindən biri Abbas Lisani azadlığa buraxılıb. Lisani 30 ay idi həbsdə saxlanılırdı. O, 2006-cı ildə Babək qalasına yürüşün, azərbaycanlıların mitinqlərinin təşkilində, İran Milli təhlükəsizliyinə zərbə vurmaqda günahlandırılırdı.
 

Abbas Lisani Ərdəbil və Əhər zindanlarında saxlanılıb, bu ilin martından İran Azərbaycanından 1000 kilometr uzaqda yerləşən Yəzd vilayətinə sürgün olunub.

Beynəlxalq «Amnesty International» təşkilatı Abbas Lisanini vicdan məhbusu hesab edir, onun işgəncələrə məruz qalması ehtimalından narahatlığını bildirirdi.

Lisani İranda azərbaycanlılarının ana dilində təhsil almasını istəyir. İranda 20 milyondan çox, bəzi mənbələrə görə 35 milyon azərbaycanlı var, amma Azərbaycan dilində təhsil verən məktəb yoxdur.
yazilib گونئی سسی GuneySesi Thu 30 Oct 2008 saat 16:43 | link |

Azərbaycanlı məhbusları azadlığa ağır şərtlərlə buraxdılar

Azadlıq Radiosu.Təbriz Ekspress .29.10.2008 

Mehbus TelebelerMilli zəmində apardıqları dinc fəaliyyətə görə, dörd aya yaxındır həbsdə saxlanan 8 azərbaycanlı tələbə oktyabrın 28-də mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıblar. Tələbələr azadlığa buraxıldıqdan sonra həbs müddətində ağır psixi və fiziki təzyiqlərə məruz qaldıqlarını bildiriblər.
 
«Media forum» saytı Dünya Azərbaycanlıları Konqresinin saytına istinadla xəbər verir ki, Təbriz İnqilab Məhkəməsi fəallara çox ağır mülk girovu qoyub: Səccad Radmehr (50 milyon tümən), Aydın Xacei (20 milyon tümən), Fəraz Zehtab (20 milyon tümən), Elçin (Daryuş) Hatəmi (50 milyon tümən), Mənsur Əminiyan (20 milyon tümən), Məcid Makuizad (20 milyon tümən) və Ehsan Nəcəfinəsəb (20 milyon tümən) və Maqsud Əhdi (20 milyon tümən).
 
Məlumatda o da vurğulanır ki, Təbriz həbsxanasının qarşısında toplaşan məhbus tələbələrin valideynləri övladlarının ağır mülk girovu müqabilində azadlığa buraxılmasına etiraz edərək zindan məmurları ilə qarşı-qarşıya gəliblər. Nəticədə valideynlərdən 4 nəfər bir neçə saatlığa saxlanıb.
yazilib گونئی سسی GuneySesi Wed 29 Oct 2008 saat 21:35 | link |

İranda Azərbaycan dilində çıxan nəşrlərə qadağa

Azadlıq Radiosu .Təbriz Ekspress.28.10.2008 

Turkce İranda Çixmiş Kitablardanİran Azərbaycanın Zəncan şəhərində bir həftədir keçirilən kitab sərgisində azərbaycandilli nəşrlərin sərgilənməsinə qadağa qoyulub. Sərgidə yalnız fars dili və ədəbiyyatını təbliğ edən və bir sıra dini məzmunlu kitablar sərgilənir.
 
«Media forum» saytının məlumatına görə, islami irşad və mədəniyyət naziri kitab sərgisinə qatılan azərbaycanlı naşirlərə Azərbaycan dilində çıxmış kitab, qəzet və jurnalları sərgiləməmək barədə xəbərdarlıq edib. Əks halda onlar cərimə olunacaq və ya onların sərgidəki pavilyonları bağlanacaq.

Məlumatda vurğulanır ki, Zəncanda Azərbaycan dilində çıxan və geniş oxucu kütləsinin rəğbətini qazanmış «Bayram» jurnalı, eləcə də İranda yaşayan azərbaycanlıların milli və mədəni kimliyi, tarixi barədə yazılar dərc edən «Varlıq» jurnalı və bir sıra tanınmış yazıçı və şairlərin əsərlərinin sərgilənməməsi barədə xüsusi tapşırıq verilib.
yazilib گونئی سسی GuneySesi Wed 29 Oct 2008 saat 21:29 | link |

URMİYA ZİNDANINDA 44 GÜNDÜR ACLIQ EDƏN AZƏRBAYCANLI ƏLALLAHILAR QAN QUSUR

2008-10-30

əhli-həqq, ələviUrmiya zindanında 44 gündür aclıq edən, əlallahı (əhli-həqq, ələvi) təriqətindən olan beş azərbaycanlı məhbusun - Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Yunis Ağayanın həyatı ciddi təhlükə altındadır.

«Media forum» saytının məlumatına görə, oktyabrın 29-dan onlar qan qusmağa başlayıblar.

Məhbusların ciddi müalicəyə ehtiyacı olsa da, həbsxana rəhbərliyi onlara tibbi yardım göstərilməsinə mane olur.

Adı çəkilən məhbusların hamısı İranın Qərbi Azərbaycan əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndindəndirlər.

Onlar 4 il əvvəl Qoşaçayda hökumətlə əhli-həqq tərəfdarları arasında baş verən qarşıdurmada hökumət qüvvələrinə silahlı müqavimət göstərdikləri üçün həbs ediliblər. Məhkəmə əvvəlcə onlara edam hökmü çıxarsa da, sonradan üçünün cəzası 13 illik həbslə əvəzlənib, Mehdi Qasımzadə və Yunis Ağayana çıxarılan edam hökmü isə qüvvədə saxlanıb.

Məhbuslar bu ilin aprel ayında da zindanda məruz qaldıqları mənəvi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq 25 gün müddətinə aclıq aksiyası keçirmişdilər.

yazilib گونئی سسی GuneySesi Wed 29 Oct 2008 saat 20:38 | link |

QULAMRZA ƏMANİNİN VƏ ONUN QARDAŞLARI CƏFƏR VƏ KƏRİM ƏMANİLƏRİN ÖLÜMÜ İLƏ ƏLAQƏDAR ADAPP -in BAŞSAĞLIĞI

ADAPP LOGOİranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) adından mən, Qulamrza Əmaninin və onun iki qardaşı Cəfər və Kərim Əmanilərin 24 oktyabr 2008-ci il tarixində səhər çağı İran Azərbaycanında həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.

Əmani Azərbaycan milli fəallarının yeni nəslinə mənsub bənzərsiz bir fəal idi ki, çoxillik məhbusluğu dövründə inanılmaz çətinliklərə və işgəncələrə məruz qalmış, amma bütün bunlara baxmayaraq, öz fəaliyyətini davam etdirmişdi. Onun yorulmaz çalışmaları daha gənc nəsildən olan bir çoxlarını milli, mədəni və insani haqlar uğrunda dinc mübarizəyə ruhlandırmışdı.

Qulamrza Əmani 1996-cı ildə Təbriz Universitetinin mühəndislik fakültəsindən kənd təsərrüfatı sahəsində bakalavr dərəcəsi almışdı. Hökumət heç vaxt ona öz ixtisası üzrə işləmək imkanı verməmişdi, odur ki, o bütün vaxtını və səyini Azərbaycanlıların və İrandakı digər qeyri-fars azlıqların dil, mədəni və insani hüquqlarının müdafiəsinə sərf etmişdi. Öz fəliyyətinə görə o, dəfələrlə tutulmuş və 5 ildən də artıq bir müddətdə həbsxanada saxlanmışdı. Hörmətli bir fəal, ictimai natiq və yığıncaqların təşkilatçısı olaraq, o hər şeyə dözdü, amma heç vaxt təslim olmadı.

Əmaninin ölümü onun ailəsi, milləti və Azərbaycan fəalları üçün böyük bir itkidir. Biz, ADAPP-da və onun dışında olan Azərbaycanlı hüquq müdafiəçıləri, bu xəbərdən sarsıntı və kədər içindəyik. Azərbaycan milli hərəkatı igid bir oğlunu və Azərbaycan tarixinin sonsuz üfüqlərində bir ulduzu itirdi. Onun şücaəti, sədaqəti və arzuları daim qəlbimizdə yaşayacaq və bizim hamımızı demokratiya, söz azadlığı və insan haqları uğrunda çalışmalarımızı davam etdirməyə ruhlandıracaq.

O, aramızdan getsə də, onun nuru parlamaqda davam edəcək.

Faxtə Zamani,
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sədri

26 oktyabr 2008-ci il


>>>>>>
yazilib گونئی سسی GuneySesi Sun 26 Oct 2008 saat 14:41 | link |

İranda tanınmış fəal Qulamrza Əmani həlak olub

Azadlıq Radiosu .24 Oktyabr 2008

Qulamrza Əmani İranda azərbaycanlıların hüquqları uğrunda mübarizənin tanınmış simalarından biri Qulamrza Əmani oktyabrın 23-ü axşam saatlarında avtomobil qəzasında həlak olub.

GAMOH Bakıdakı nümayəndəsi Ağrı Qaradağlı «Azadlıq» radiosuna bildirib ki, qəza Təbriz yaxınlığında baş verib: «Avtomobil böyük tutumlu yük maşını ilə toqquşub. Onunla birgə maşında olan dörd nəfərin hamısı ağır yaralanıb. Onları Təbrizin mərkəzindəki İmam Rza xəstəxanasına çatdırsalar da, Qulamrza Əmani və qardaşının həyatını xilas etmək mümkün olmayıb».

Ağrı Qaradağlı onu da deyib ki, qəzada xəsarət alan digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilməyib və hazırkı durumları barədə məlumat yoxdur.

Qulamrza Əmani 2003-cü ildə Bəz qalasına yürüşün əsas təşkilatçılarından biri olub, son on il ərzində Milli hüquqları müdafiə etdiyinə görə dəfələrlə həbslərdə olub.

Əmani və digər fəallar İranda azərbaycanlılara ana dilində təhsil hüququnun verilməsini tələb eldirlər. 

yazilib گونئی سسی GuneySesi Sat 25 Oct 2008 saat 11:38 | link |

Fəallar hələ də Evin həbsxanasındadır

Azadlıq Radiosu . Gülnur Raqifqızı .24.10.2008  

beynəlxalq amnistiya təşkilatı Tehranda iftar süfrəsində həbs olunanlardan dördü hələ də Evin həbsxanasındadır.

Beynəlxalq Amnistiya Təşkilatının oktyabrın 24-də yaydığı bəyanatda belə deyilir. Sentyabrın 10-da Tehranda bir azərbaycanlının evində verilən iftar süfrəsində saxlanılanlardan doqquzu Evin zindanında həbs çəkirdi. Onlardan beşi bir aydan sonra azadlığa buraxılıb.

Bəyanatda deyilir ki, haqqında həbs cəzası kəsilənlərdən beşi zəmanət haqqı ödənilməklə azadlığa buraxılsa da, jurnalistlər Səid Muğanlı və Əlirza Sərrafi, universitet müəllimi Mehdi Nəimi və azərbaycanlıların haqları uğrunda mübarizənin tanınmış simalarından olan Həsən Raşidi indiyə kimi həbsdədir.

Həbsdəki dörd nəfəri indi təkadamlıq kamerada saxlayırlar. Onlara ailələri ilə görüşməyə tutulandan bir ay sonra icazə veriblər. «Amnesty İnternational» deyir ki, onlar indiyə kimi vəkillə təmin olunmayıb.

Bəyanatda o da vurğulanır ki, fəallar milli təhlükəsizlik əleyhinə fəaliyyətdə günahlandırıb tutublar. «Amnesty İnternational» Beynəlxalq İnsan haqları təşkilatı hesab edir ki, hökumət bu həbslərlə etirazların qarşısını almaq istəyir. Təşkilat deyir ki, azərbaycanlı fəallar vicdan məhbuslarıdır. Onların fəaliyyəti milli təhlükəsizliyin əleyhinə yönəlməyib, onlar söz azadlığı və birləşmə azadlığından istifadə ediblər.

Hələ də həbsdə olan fəallardan biri Səid Muğanlı «Azadlıq» Radiosunun «Can Bakı» verilişinə bu ilin iyulunda müsahibəsi zamanı da elə bu hüquqlarından danışmışdı: «Yeni nəsil bir daha Güneydə oyanıb və öz kimliyini araşdırmaq istəyir. Yeni nəsil təhqir olmaq istəmi. İranda ömür boyu ərəblər, türkmənlər, kürdlər təhqir olublar yeni nəsil isə bunu istəmir. İstəyir vətənində insan kimi yaşasın. Bizdə bəzən belə şüarlar da delir ki, Azərbaycan dili türk dili dünyanın 3-cü dilidir. Mən deyirəm lap üçüncü də yox mininci dil olsun mən bu dildə təhsil alım, mən bu dildə məktəbə gedim. Uşaqlarımız məktəbə getsin televiziyalarımız olsun. Ən azı bizim musiqilərimizin səslənməsinə icazə verilsin. Yeni nəsil istəyir ki, öz hürriyyəti ilə kimliyi ilə yaşasın. 1 il, 2 il, 10 il, 100 il bunu sıxma-boğmada saxlaya bilərlər amma partlayış halına gəlib çıxacaq».
 
Beynəlxalq Amnistiya təşkilatı həbsdən azad olunmuş beş fəala qarşı qanunsuz davranıldığını da bəyan edir.

Buraxılan beş nəfəri - Əkbər Azadı, Hüseyn Heydari, Abbas Naimini, Səyyad Məhəmmədiəni Həsən Rahimi Bayatı zaminə buraxıblar. Onlar hərəsi təqribən 51 min dollar girov qoymalıdırlar. Zaminə götürən adamın məsuliyyəti var ki, fəallar ölkəni tərk etməsinlər. Fəallara deyiblər ki, tələb olunan pulu gətirə bilməsələr, həbsxanaya qayıdacaqlar. Akbər Azadı bir dəfə çağırıb pul istəyiblər, amma o hələ də nə zamin duracaq adam, nə də lazım olan pulu tapa bilməyib.

Əkbər Azad «Amnesty İnternational»a deyib ki, onu həbsdə ikən açıq havaya buraxmırdılar, axır iki gündə yarım saatlıq hava almağa icazə veriblər. Mədəsinin ağrımasına baxmayaraq, həkim çağırmayıblar. Bir dəfə kəskin ağrıları tutubmuş deyə, tibb bacısı göndəriblər. Əkbər Azad deyib ki, onu bəzən gecəyarısına qədər sorğu –sual ediblər. İstintaq vaxtı onu da, ailəsini də hədələyiblər. Azadlığa çıxandan sonra da hədələyici telefon zəngləri alır.

Beynəlxalq Amnistiyanın bəyanatında deyilir ki, bundan qabaq İrandakı azərbaycanlılar yeni dərs ilini boykot etmişdilər, nümayişlər keçirmişdilər ki, uşaqlarına ana dilində təhsil almağa imkan yaratsınlar. İranda dərs ili mehr ayının 1-ci günü, sentyabrın 23-ü başlayır. Fəalları da sentyabrın 10-da tutublar. Azərbaycanlılar İranda ən böyük etnik qrupdur. Onlar əsasən İranın şimalında yaşayırlar. Axır illərdə azərbaycanlılar ana dilində təhsil tələb edirlər. Səid Muğanlı da «Azadlıq» Radiosuna bu haqları alacaqlarına ümid etdiyini bildirmişdi:

«İranda da belə olmalıdır biz demokratiyaya inanmalıyıq. İnsanları azad buraxmalıyıq. Biz öz dilimizdə danışmaq, azad yaşamaq istəyirik».
yazilib گونئی سسی GuneySesi Fri 24 Oct 2008 saat 23:16 | link |
 
offshore