تبليغاتX
Guney Sesi

Bir fatihə, iki ay həbs…

Azadlıq Radiosu ©Xədicə İsmayılova - 23.01.2009

Adama məgər bir fatihə vermək üstündə iki ay həbs verərlər?

Baxır fatihəni harda verirsən...İranda Tehran Şəhid Rəcai Universitetində memarlıq dərsi deyən Abdullah Abbasi Cavanı da, qardaşının sözlərinə görə, Səttarxanın qəbrini ziyarət edib orada fatihə verdiyi üçün həbs ediblər.

Abbasi Cavan və onun bacısı oğlu Ərdəbildəki Razi Universitetinin memarlıq fakültəsinin tələbəsi Hüseyn Hüseyni, ötən il noyabrın 13-də Rey şəhərində tutulublar. Onlar 1906-1914-cü illər konstitusiya hərəkatının lideri Səttarxanı anma mərasiminə qatılarkən tutulub. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Tehranın Evin həbsxanasının İran təhlükəsizliyinə aid olan 209 nömrəli bölümdə saxlanılırdılar.

İki gün əvvəl Hüseyn Hüseyni azadlığa buraxılıb, onun dayısının taleyi isə hələ qaranlıqdır.

Abbasi Cavana rəsmən hansı ittihamın irəli sürüldüyü hələ bəlli deyil. Məhbusa qohumları və vəkili ilə görüşə də imkan verilmir:

«Təqribən 70 gündür mənim qardaşımı tutublar. İki dəfə getmişəm Tehranda İnqilab Məhkəməsinə, demişəm, ağa, mənim qardaşımı niyə tutmusuz? Nə iş görüb, gedib Səttarxanın qəbrinin üstünə fatihə verib. Heç görüş də verməyiblər. Özü də təkadamlıq kamerada saxlayıblar».

Qohumlarının təkadamlıq kamerada saxlandığını deyən Yədulla Abbasi Cavan qardaşına işgəncə verildiyindən narahatdır. Dediyinə görə, Hüseyn Hüseyniyə də işgəncə verilib:

«Ona çoxlu işgəncə veriblər. Evin zindanı işgəncəsiz olmaz ki…Vurublar, əziyyət veriblər. Onu da təkadamlıq kamerada saxlayıblar, iki ay qalıb orda. Keçən dəfə Abdullah bəyi tutmuşdular. O qədər işgəncə vermişdilər ki, dörd ayda!..Əl-üzünü yumağa belə icazə yox idi».

Abbasi Cavan 2007-ci ildə də Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zindanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə beynəlxalq təşkilatlar onun fiziki və mənəvi işgəncələrə məruz qaldığını bildirmişdilər.

Daha sonra o, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 5 il ərzində gerçəkləşmək şərtilə bir illik həbs cəzasına məhkum olundu.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının məlumatına görə, Hüseyn Hüseyni də əvvəllər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, fiziki və mənəvi işgəncələrlə müşayiət olunan istintaqa məruz qalmışdır.

Bu il iyun ayının axırlarında o, həbs olunaraq, bir ay müddətində Nəqədə (Sulduz) və Ərdəbil şəhərləri Təhlükəsizlik İdarələrinin təcridxanalarında saxlanmış, sonra isə təqribən 10 min dollarlıq girov müqabilində azadlığa buraxılmışdı. Buna qədər Abbasi Cavanı pantürkizmdə, İran təhlükəsizliyinin əleyhinə işləməkdə, qanunsuz qruplarda iştirakda günahlandırıblar.

Abdulla Abbasi CavanYədullah Abbasi Cavan qardaşının Səttarxan mərasiminə nə üçün qatıldığı barədə sualı təəccüblə qarşılayır:

- Səttarxanın tərəfdarıdırlar da...Azərbaycançıdırlar.

- Məgər Səttarxanın tərəfdarı, azərbaycançı olmaq günahdır?

- Bəli, bunların nəzərində günah olmasa, niyə iki ay qardaşımı zindanda saxlayırlar. Keçən dəfə də deyirdilər ki, sən azərbaycançısan, türkü istəyirsən. Bunlar o cür deyirlər.

Cənab Abbasi Cavan həbs olunan qohumlarının milli-mədəni hüquqları uğrunda mübarizə apardığını deyir:

«Əvvəl-axır gərək bu məmləkətdə haqq-ədalət ola da…Heç nəyimiz yoxdur. İndi mənə türkcə bir yazı versəniz oxuya bilmərəm. Dərslərin içində gərək türk dili də ola. Türkcə tədris ola. 30-40 milyon türk var İranda. Yoxsa mənim qardaşımın ayrı müxalifliyi yoxdur ki, hökumətlə».

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası bildirir ki, Abdullah Abbasi Cavan da, Hüseyn Hüseyni də vicdan məhbuslarıdır.

İran Konstitusiyası bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Amma İran əhalisinin üçdə birindən çoxunu təşkil edən azərbaycanlıların öz dilində təhsil tələbləri təmin olunmur. İran hökuməti belə tələblərlə çıxış edən fəalları separatçılıqda və pantürkizmdə günahlandırır.

yazilib گونئی سسی GuneySesi Mon 19 Jan 2009 saat 15:7 | link |

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı , Dekabr 2008 -ci il

ADAPPİran İslam Cumhuriyyəti təhlükəsizlik güclərinin, dinc yollarla ayrı-seçkiliyə qarşı çıxan və milli kimliklerini qorumaq üçün çalışan Azərbaycanlı aktivistlərə olan basqılar artaraq davam edir.Öz xoşuna həbslərlə qarşı-qarşıya qalan bu aktivistlər mühakimə olmadan, və ittihamları rəsmi olaraq bildirilmədən həbsdə saxlanılırlar. Vəkillə təmin olmayıb və ailələriylə görüşdürülməyən məhbuslar işgəncə və çeşidli əziyyətlərə məruz qalma təhlükəsi altındadırlar.

Keçici Olaraq həbsdə olanlar (Nəzarətə Alınanlar)

2 Azərbaycan aktivisti, Tehran’da “Şəhid Rəcayi” Üniversitəsi memarlıq müəllimi mühendis Abdullah Abbasi Cavan və Ərdəbil’də Üniversitəsi İslami Əncüməninin əski sədri Hüseyn Hüseyni, 2008 Noyabrın 13-də Rey şəhərində tutulublar. Bu aktivistlər Səttarxan'ı (1906-1914 illərindəki məşrutə hərəkatının Azərbaycanlı lideri) anma mərasiminə qatılarkən tutulub və Tehranın Evin Həbsxanasının İran təhlükəsizliyinə aid olan 209 nömrəli bölümdə saxlanılırlar.

Aile üzvlərinin aktivistlerin harada saxlandığını bilmək üçün olan çabaları sonucsuz qalmış və təhlükəsizlik gücləri tərəfindən təhdid edilərək bir daha başvurmamaları söylənmişdir. Noyabrın 13-dən bəri bu məhbusların ailələriylə qura bildiyi tək əlaqə, onların 2-3 dəfə qıssa müddətli telefon danışıqları olub.

Evin həbsxanasının 209 nömrəli bölümündən keçmiş həftələrdə sərbəst buraxılan iki aktivistin verdiyi bilgiyə görə mühəndis Abdullah Abbasi Cavan, qanunsuzca tutulmasına və təməl hüquqlarının tapdalanmasına etiraz olaraq 2008 Dekabrın 12-də (hənsə alınmasının 23-cü günü) aclıq aksiyasına başlayıb.

2008 Noyabrın 9-da Təbriz'də tutulan Azərbaycanlı qadın hüquqları müdafiəçisi jurnalist Şahnaz Qulami hələ də xəbərsiz bir halda həbsdədir. Qulami, nəzarət zamanının uzadılmasına və sorğu-sualın davam etməsinə etiraz olaraq 2008 Noyabrın 21-dən başlayan 8 günlük aclığa getmişdi.

Keçən günlərdə onunla görüşə bilən ailəsinin bildirdiklərinə görə Qulami'nin sağlıq durumu pisləşərək, müalicə və dərman məsələsində də sıxıntılar və sınırlamalarla üzləşib.

Təbriz həbsxanasının qadınlar bölümündə tutulan Şahnaz Qulami'nin həbs qərarı Təbriz İnqilab məhkəməsi Sorğulama dairəsinin 2-ci Şöbəsinin Qazısı Haşimzadə tərəfindən verilib. Araraşdırmanın bitməməsi nədəni ilə sorğulama davam etməkdədir və haqqındakı günahlandırmalar isə hələ bilinməyir. "Azerwomen" weblogunun yazıçısı olan jurnalist Şahnaz Qulami keçən il Avqust ayında da Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən "nizam əleyhinə təbliğat" ittihamıyla 6 ay həbs cəzasına məhkum olmuşdu. Bu jurnalist daha öncə 1989-1994 illəri arasında siyasi məhbus olaraq 5 il və 2007-ci ilin Avqust ayında isə 1 ay boyunca həbsdə qalmışdı.

Yeni Həbslər

12 dekabr (21 Azar) günü, İranda Azərbaycan Hökümətinin qurulması və Türk dilinin rəsmiləşməsinin 66-cı ildönümündə Urmiya şəhərində ən az 7 adam təhlükəsizlik gücləri tərəfindən həbs olunmuşdur.

Nəvid Sultani, Səid Məhmudi, Hüccət Mahmudi, Sitarə (Ulduz) Qasımi və Rəhman Qasımi, 3 həftə nəzarətə alındıqdam sonra 4 Yanvar 2009 tarixində zəmanətlə sərbəst buraxılıblar.

Bu aktivistlər 2008 Dekabrın 10 və12-də evlərində tutulmuşdular. Təhlükəsizlik gücləri onların evlərini axtarıb bilgisayarlarına, CD-lerine, kitab və sənədlərinə əl qoymuşlar.

Aktivistlərin hamısı 3 həftə boyunca Ettelaat mərkəzində və Urmiya Həbsxanasında məhbus olaraq sorğulanmışlar. Bu müddətdə onlar vəkillə təmin olmamış və çoxuna ailələriylə görüşmə izni verilməmişdir. Ailələrinin dediyinə görə onlar "Urmiya şəhərinin Ettelaat mərkəzində sorğulandıqları müddətdə işgəncə və əziyyətlərə məruz qaldıblar".

27 yaşındakı Azərbaycan Milli Hərəkəti fəalı Tövhid Hüseynpur, 2008 Noyabrın 6-da Urmiya şəhərinin küçələrində vərəqə dağıdarkən həbs olunmuş və 2008 Dekabrın 14-də 10 milyon tümən zəmanət qarşılığında məhbus olduğu Urmiya Ettelaat mərkəzindən müvəqqəti sərbəst buraxılmışdır.

Hər il 12 dekabr (21 Azər) tarixində, 1945-də Azərbaycan Milli Hökümətinin quruluşu və Azərbaycan Türkcəsinin rəsmi dil olmasının ildönümü səbəbiylə Urmiya və başqa Azərbaycan şəhərlərində atəş havalandırma nümayişləri keçirilib və bildirilər dağıdılar.

Vəhid Şıxbəyli (Şeyxbeyglu), Təbriz Azad Universiteti İqtisad öyrəncisi və "Arman" öyrənci təşkilatının keçmiş üzvü, 2008 Dekabrın 24-də Çərşənbə axşamı Təbrizdəki evində həbs olunub Ettelaat mərkəzinə aparılmışdır. Bu müddətdə Şıxbəyli, ailəsiylə yalnız bir telefon görüşməsi edə bilmiş və həbs olunma səbəbi hələ bəlli olmayıb.

Vəhid Şıxbəyli, daha əvvəl 2008 Noyabrın 28-də Tebriz həbsxanasından aylar sonra sərbəst buraxılan 9 Tebrizli öyrıncini qarşılama mərasimində iştirak etdiyi üçün bir neçə adamla birlikdə həbs olunmuş və bir neçə saat sonra sərbəst buraxılmışdı. Həbs olunanlar arasında olan Tebrizli aktivist Cəmşid Zareyi, 18 Noyabr günü işyerində təkrar həbs olunmuş və 9 gün nəzarətdə saxlandıqdan sonra 20 milyon tümən zəmanət qarşılığında Təbriz Həbsxanasından sərbəst buraxılmışdır. Vəhid Şıxbəyli, 2006 May ayında Azərbaycan Türklərinin İran qəzetinin təhqir məzmunlu karikaturasına qarşı keçirilən etirazlara qatıldığı üçün Təbrizdə həbs olunmuş və 50 gün məhbus qaldıqdan sonra zəmanətlə sərbəst buraxılmışdı. O, daha sonra 91 gün şərtli həbs cəzasına məhkum oldu.

Verilən Hökümlər:

Ərdəbil şəhərindən Azərbaycanlı tələbə aktivist Əsgər Əkbərzadə, "ölkə təhlükəsizliyini pozmaq" ittihamı ilə 5 il Zahidan Həbsxanasına sürgün cəzasına məhkum oldu.

Esger Ekberzadenin hökmü, 2008 Dekabrın 10-da məhkəmənin ilk iclasında Ərdəbil İnqilab Məhkəməsinin qazısı Hüseynzadə tərəfindən verildi. Əkbərzadənin dediyinə görə 10 dəqiqə sürən məhkəmədə ona özünü müdafiə etmə izni verilməmiş və qazı yalnız iki sual soruşaraq hökmü vermişdi.

Qazının qərarda yazdığı günahlandırmaların bəzisi bunlardır: Azərbaycan Milli Hərəkəti birliyini qurmaq, Pantürkist (Türkçü) yazar Məhəmməd Əli Fərzanənin cənazə mərasimində iştirak etmək, öyrənci yığıncaqlarına qatılmaq, Azərbaycan ənənəvi rəqsləri kursuna getmək və etnik bir simvol olaraq əliylə Bozkurt simvolunu göstərmək, beynəlxalq quruluşlara, birliklərə və "Savalan Səsi" internet saytına xəbərlər göndərmə, CD, bildiri və elanlar çoxaldıb paylamaq, separatçı və milliyyətçi düşüncələri yaymaq.

Əkbərzadənin mühakimə olunduğu məhkəmə vəkilsiz və bağlı olaraq keçirilib.

23 yaşındakı Ərdəbil "Pəyam-i Nur" universiteti kimya öyrəncisi Əsgər Əkbərzadə, 2008 İyunun 9-da universitet çıxışında təhlükəsizlik gücləri tərəfindən həbs olunmuş və 28 gün sonra 30 milyon tümən zəmanətlə sərbəst buraxılmışdı.

Bu müddət içində onun ailəsi, 20 gün boyunca onun tutulduğu yerdən və vəziyyətindən tamamilə xəbərsiz qalmışdı. Sərbəst buraxıldıqdan sonra dediyinə görə həbs müddətində doğru olmayan günahlandırmaları etiraf etməsi üçün fiziki və ruhi işgəncəyə məruz qalmışdır.

Əsgər, bu qərardan bir neçə gün sonra, təkrar Ərdəbil Cəza Məhkəməsi 105-ci Şöbə Başçısı Qazı Hüseyiniyan tərəfindən "nizam əleyhinə çalışan təşkilatların təbliğatını etmək" və "xalqı qiyama təşviq etmək" ittihamlarıyla 6 ay şərtli həbs cəzasına məhkum edilmişdir.

Əkbərzadə daha öncə ana dildə təhsil haqqı üçün keçirilən aksiyalara və 2006 May ayında Azərbaycan şəhərlərindəki etirazlara iştirakı səbəbiylə həbs olunmuş və "Milli təhlükəsizliyə qarşı çıxmaq", "Nizam əleyhinə təbliğat" ittihamlarıyla bağlı məhkəmədə mühakimə olunub həbs və pul cəzasına məhkum olmuşdu. Beynəlxalq Əfv Təşkilatı 2006 Noyabr və 2007 Fevral aylarında nəşr etdiyi hesabatlarla Əkbərzadə-nin vəziyyətiylə bağlı narahatlıqlarını bildirmişdi.

Azərbaycanlı mədəni aktivistlər Əli Sədiqi, Həmid Rızainiya və Əkbər Hüseynnijad, " Nizam əleyhinə təbliğat" və "Milli təhlükəsizliyə qarşı fəaliyyət" ittihamlarıyla bir il həbs cəzasına məhkum olublar. 2006-cı ilin May ayında Azərbaycanlılar tərəfindən İran qəzetinin təhqir məzmunlu karikaturasına qarşı etirazların göstərilərinin 2-ci ildönümü səbəbiylə basılan elanlar və CD-lər bu ittihamların səbəbləri olaraq göstərilmişdir.

Bu aktivistlərin mühakiməsi Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən vəkilsiz və bağlı olaraq keçirilmişdir. Aktivistlər 2008 Mayın 15-də, Azərbaycan şəhərlərindəki May ayı etirazlarının 2-ci ildönümündə həbs olunub təxminən bir ay qədər nəzarətdə saxlanılıb, daha sonra zəmanətlə Təbriz həbsxanasından sərbəst buraxılmışdılar.

2008 Mayın 15-də təhlükəsizlik gücləri tərəfindən Xoy şəhərində həbs olunan və 7 gün nəzarətdə saxlandıqdan sonra zəmanətlə sərbəst buraxılan Azərbaycanlı mədəni aktivistlər Süleyman İraqi (Peyam-i Nur universiteti Azərbaycan Ocağının keçniş sədr köməkçisi və Xoyda "Əvrin" NGO quruluşu mərkəzi şuranın üzvü ), Salar İraqi (Urmiya universiteti mekanik mühəndisliyi öyrəncisi), Hüccət İraqi (Urmiya fən fakültəsi mekanik öyrəncisi), Pəyam Elm Qulu (Qəzvin Azad universitetinin əkinçilik mühəndisliyi öyrəncisi) və Əli Əkbər Abdullahı (Urmiya fən fakültəsimekanik öyrəncisi) Xoy İnqilab Məhkəməsinin 1-ci şöbəsindən qazı Novruzi tərəfindən 2 il boyunca təxirə salınacaq olan 1 il şərtli həbsə məhkum oldular. Aktivistlərin ittihamları "Nizam əleyhinə təbliğat -Türkçülük fəaliyyətlərinə qatılmaq" (May ayındakı Azərbaycan etirazlarıyla əlaqədar bildirilər yaymaq) olaraq ifadə edilmişdir.

Bu aktivistlərin hamısı Xoy şəhərində Əvrin NGO quruluşunun üzvləridirlər. Daha öncə bu quruluşun keçmiş sədrləri İbrahim Cəferzadə 1 il həbs ilə Borazcan şəhərinə 2 il sürgün və Şirzad Hacılı 3 ay həbs cəzasına məhkum olmuşdular.

Batı Azərbaycanın Makı şəhərinin aktivistlərindən İbrahim Abdullahnijad, Əli Hilmi, Möhsün Hüseynzadə, Sabir Beytullahi və Bəhmən Nəsirzadə, 2006 May ayı etirazlarıyla əlaqəli olaraq 1 il və 10 ay arasında dəyişən həbs cəzalarına məhkum olmuşdular.

Xoy İnqilab məhkəməsinin 1-ci şöbəsindən qazı Novruzi, 22 yaşındakı İbrahim Abdullahnijad-a 1 il həbs, 35 yaşındakı Əli Hilmi-yə 2 il boyunca təxirə salınacaq olan 1 il şərtli həbs, 35 yaşındakı Əli Hüseynnijad Əsl ilə 40 yaşındakı Möhsün Hüseynzadeyə 10 ay həbs cəzasının bədəli olan 500,000 tümən para cəzası vermişdir. Aktivistlərə istiqamətli ittihamlar "Nizam əleyhinə fəaliyyət göstərən pantürkist (Türkçü) hərəkətlərin (Güney Azərbaycan Milli Hərəkəti) təbliğatını etmək" olaraq ifadə edilmişdir.

Xoy İnqilab Məhkəməsi tərəfindən 1 il həbsə məhkum edilən və qərara etiraz edən 35 yaşındakı müəllim Sabir Beytullahi və 37 yaşındakı şair Bəhmən Nəsirzadə, 30 Noyabr günü yenidən məhkəməyə çağırılmış və özlərini müdafiə edəndən sonra məhkəmə qərarını gözləyirlər.

Adı çəkilən aktivistlərin bütünü 2006 İyunun 17-də İran qəzetinin təhqir məzmunlu karikaturası əleyhinə keçirilən etirazlarda qatılarkən tutulub 27 gün nəzarətdə tutulduqdan sonra zəmanətlə sərbəst buraxılmışlar.

Başqa Aktivistlerin Durumundan:

2008 Noyabrın 21-də Əhər şəhərinin Xoca qəsəbəsində Ettelaat məmurları tərəfindən həbs olunub Təbriz Ettelaat mərkəzinə aparılan jurnalist, yazar və şair Məhəmməd Rıza Ləvayi, 23 gün həbsdən sonra14 Dekabrda sərbəst buraxılıb. Levayinin dediyinə görə, ürək xəstəliyi üzündən məhbus həbsə alındıqdan 11 gün sonra, durumu pisləşmiş və xəstəxanasına aparılıb 12 gün orada qalmışdır. Ləvayinin ailəsi, bu müddətdə onun həbs olunma səbəbi və harada olduğu ilə bağlı məlumat ala bilməmişlər. Levayi, haqqındakı ittihamların və həbs olunmasının səbəbinin İranda Azərbaycanlı ziyalılara istiqamətli basqının izah edildiyi "Mədəni Müstəmləkə və Müstəmləkə Mədəniyyəti" adlı məqaləsi olduğunu bildirib. Məhəmməd Rıza Ləvayinin gələcək günlərdə məhkəməyə çıxması gözlənilməkdədir.

Ərdəbil şəhərinin mədəni aktivistlərindən mühəndis Rəhim Hacızadə, 2008 Sentyabrın 25-də həbs olunmuş və 61 gün sonra 80 milyon tümən zəmanət qarşılığında Ərdəbil həbsxanasından sərbəst buraxılmışdır.

Hacızadenin ailəsinin bildirdiyinə görə, ona verilən ittihamlar "nizam əleyhinə təbliğat" və qanuni olaraq nəşr olunan "Savalan Tayfaları" adlı kitabının 2-ci cildində "müqəddəs dəyərləri aşağılamaq" olmuşdur.

Təbrizli Azərbaycan Milli Hərəkəti fəalı Əmir Əli Zəbihi, təxminən 2 ay öncə 8 aylıq həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına aparılmışdır. Təbriz Azad Universiteti inşaat mühəndisliyi məzunu olan bu fəal, 2006 May ayı etirazlarında həbs olunub 45 gün məhbus qaldıqdan sonra zəmanət qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.

Tələbə Dərgilərinin Bağlanılması

2008 Dekabrın 13-də Mahabad (Soyuqbulaq) şəhərinin Azad universitetinin mədəniyyət şurası, Farsca-Türkcə ikidilli olaraq nəşr olunan Bulud dərgisinin bağlanılması qərarını vermişdir.

Jurnalın öncəki nəşr müdirinin məzuniyyətindən sonra, yeni nəşr müdirini qəbul etmək üçün dərgini işləyən tələbələrdən Ettelaat (kəşfiyyat və təhlükəsizlik təşkilatı) formalarını doldurub imzalamalarını tələb edilmişdir. Öyrəncilər isə bunu rədd edincə universitet məsulları nəşri dayandırıb dərgini bağlamağa qərar vermiş və bu bağlama qərarı, hüquqi mərhələ təqib edilmədən, hətta dərgini işləyənləri qərar yığıncağına çağırılmadan verilmişdir.

Yeni tədris ilində universitetlərin mədəniyyət şura məsulları Azərbaycanlı öyrənci dərgilərini böyük təzyiqlərə məruz qoyublar.

Ulus, Nəsim, Araz, Özlük, Oyanış, Səttarxan, Kimlik, Yoldaş, Yağış, Aydın Gələcək, Qıpçaq, Günəş, Yarpaq, Telenger, Çənlibel, Yaşıl Yol, Ana Yurdu, Səhər, Açıq Söz və Sayan, keçən aylarda bağlanılan öyrənci dərgilərindən bəziləridir.

yazilib گونئی سسی GuneySesi Mon 19 Jan 2009 saat 14:55 | link |

Turkiyenin Cumhuriyet Qazetesinin İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası ( ADAPP) üzvü ile Musahibəsi

CUMHURİYET PAZAR EKİ (Cumhuriyet Dergi) 11 Ocak 2009 Pazar


İran'da kadınlar iktidarın bütün baskılarına rağmen eşitlik kavgalarını sürdürüyor. Şehnaz Gulami de bu kavganın içinde. İran'da yaygın olan web blog üzerinden gazetecilik yapıyor. Kadın sorunlarının yanı sıra kimlik mücadelesi de veriyor. İran Azerilerinin yaşadığı engellemeleri, cinayetleri yazıyor ve hesap soruyor...Gulami şimdi nedensiz ve sorgusuz hapiste. Türkiye'deki İranlılar onun serbest bırakılmasını istiyor. 

Berat Günçıkan 

Çığlık, Karanlık ve Şehnaz

Şehnaz Gulami, kilometrelerce uzakta genç bir kadının kendisini kurtarmak için nasıl çırpındığını görmüyor. İhtimal, dünyanın bir yerlerinde özgür bırakılması için çabalayanlar, özellikle de kadınlar olduğunu biliyor, ama onlar kim, tanımıyor. Gulami İran Azerisi, kırk beş yaşında bir gazeteci. Kadın.En çok da kadın sorunları ve hakları üzerine yazıyor, Azerilerin İran'da yaşadığı varlık ve kimlik sorunları da konuları arasında. Bu da onu sık sık İran polisiyle karşı karşıya getiriyor. Şimdi yine cezaevinde, açlık grevinde ve avukatının İran Azerbaycanı Siyasi Mahpuslarını Savunma Birliği "ne bildirdiğine göre durumu pek de iç açıcı değil. 

Bu röportaj, Şehnaz'ın yukarıdaki durumunu anlatan ve destek isteyen bir mailden doğdu. Maili yollayan kendisini Türkiye'de yaşayan, on sekiz yaşındaki İran Azerbaycanlısı olarak tanıtıyordu. Ayrıca İran Azerbaycanı Siyasi Mahpuslarını Savunma Birliği(ADAPP) üyesiydi. Adını da yazmıştı.Ancak konu röportaj yapmaya gelince tek bir talebi oldu, gizlilik. Ne ismi olacaktı, ne fotoğrafı. Evet,yüz yüze görüşebilirdik, ama gizliliğine sadakat sözüyle. Bütün gizli servisler gibi İran gizli servisinin kollarının da nereye kadar uzanabileceğini kestiremediğim için söz verdim. Sonra anlaşıldı ki onun bu talebinin altında gizli servisten çok ailesinden duyduğu tedirginlik saklı. Ailesi, öğretmen babası ve ev kadını annesi onun adına gizli servisten duydukları korkuyla etrafında bir kalkan örüyor. O bu kalkanı deliyor ama gizli saklı...Onların üzülmesini, daha gerçeği korkmasını hiç istemiyor...Korku öylesine derin ki bugün pek çok aile İran Konsolosluğu'na gitmek istemiyor, sırf bu yüzden sıradan bir işlem bile sürekli erteleniyor. 

Tahran'dan Türkiye'ye geldiklerinde beş yaşındaymış. Yolculuk nedeni Irak-İran savaşı sonrası yaşanan siyasi ve ekonomik sıkıntılar ve baskı. Siyasi yapı derken, ailesinin siyasetle bir ilgisi yok, onların Tahran'daki çoğu Azerbaycanlı gibi "asimilasyon"a uğradıklarını düşünüyor. Babasının ailesi çoğu Azeri gibi Sovyet devriminden sonra Bakü'den Tebriz'e göç etmiş, Şah döneminde de Tebriz'den Tahran'a gidilmiş. Devrimden sonra göçenlerin sayısı artmış, Azeri nüfus neredeyse Tahran nüfusunun yarısıyla kendini eşitlemiş. Ancak çoğu onun tanımıyla "Farsize" olmuş, yani Farslaşmış. İran'da "Turk-e her/ eşek-aptal Azeri" fıkralarının çok yaygın olmasının nedeni de bu."Sanki üstlerinden Azeri olmanın yükünü atmak istermiş gibiler" diyor. Bir de sınırla bölünen kentler var, Culfa'nın yarısı İran'da yarısı Azerbaycan'da, Astara'nın hem İran'da hem de Azerbaycan'da toprağı var.Arada Araz nehri sınır olmuş, Araz da ayrılığın sembolü olarak Azerbaycan şiirine sızmış...Babası uzun yıllar İngiltere'de yaşamış, sadece evlenmek için ülkesine dönmüş. Evlenip çocuğu olduktan sonra da bu kez Türkiye'ye doğru yola çıkmış. O liseyi bitirmiş, üniversiteye hazırlanıyor, uluslararası ilişkiler okumak istiyor.  

İki üç yılda bir kez İran'a gidiyor, neredeyse bütün akrabaları Tebriz ve Tahran'da. Ona kalsa daha sık gidecekler ama olmuyor. Akrabaları da pek sık gelemiyor, biraz gündelik hayatın çelme takması, en çok da parasızlık yüzünden...Önümüzdeki ay teyzesinin geleceğini umuyor...

Şehnaz, Tutuklu bir gazeteci... 

Şehnaz Gulami İranlı bir gazeteci. Kimliğinin iki parçası İran yönetimiyle onu karşı karşıya getiriyor, kadınlığı ve Azeriliği. İkisi için de kavga veren Gulami şimdi cezaevinde. Suçu henüz belli değil, ihtimal milli güvenlik aleyhine çalışmaktan yargılanacak...İranlı kadınlar dünyanın dikkatini Gulami'ye çekmeye çalışıyor...

-İran'la bağınızı bu kadar diri tutan ne?

Oradan hiç kopamam,bu mümkün değil.Gerçi orada akrabalarım bana "Türkiyeli" gözüyle bakıyorlar ama İran siyasetine dair bilgim olduğunu,olayları takip ettiğimi görünce şaşıyorlar.Tabii Türkiye'deki meseleleri de takip ediyorum ama İran Azerbaycanlısı gözüyle...

-O gözle Türkiye nasıl görünüyor?

En son hatırladığım, televizyonda Humeyni'yi seviyorum diyen iki kız.Sözleri beni çok acıtmıştı.Sonra da arkadaşlarım bana Humeyni kim, ne yaptı, diye sormuşlardı. Ben de Humeyni'nin dışarıdan İran devrimine nasıl yön verdiğini, bu devrimin sonra nasıl hayal kırıklığına dönüştüğünü anlattım, elimden geldiğinice...İran'ın yakın tarihi karanlık ve acı verici olaylarla dolu, belki Türkiye'nin tarihinden daha acı verici. 

Türkiye tarihi denilince aklına gelen 68 olayları, Deniz Gezmiş ve arkadaşlarının idamları, cezaevleri, işkenceler...Türklerin bu tarihi göremediklerini düşünüyor ama ona göre yine de İran'da bu şiddetin birkaç katı yaşandı, yaşanıyor.

Türkiye'de acı acı da olsa gülümseten durumlar da yok değil, tabii bu durumlar da İran'la ilgili. 

-Ahmedinejad'ın son Türkiye ziyaretinde, Türkiyeli hayranlarını görüp üzülmüştüm gerçekten. Galiba biz Azeriler Türkiye'ye çok anlam yüklüyoruz, çok büyük beklentilerimiz var...Savaşta her evden bir cenaze çıktı derler ya da devrimde.Peki,neden Türkiye İran olmayacak sloganları atılıyor? Kendimi bildim bileli hep bunları öğrenmeye çalıştım, televizyonlardan,gazetelerden. Bunlar İranlı bir genç kız için uzak kalınamayacak konular...

Farsça,Türkçe,İngilizce, bir de Azerbaycan Türkçesi biliyor. Ailesi Farsçada kullanıldığı şekliyle Arap alfabesini de öğretmiş. 

-Kendinizi en iyi hangi dilde ifade edebiliyorsunuz?

-Kesinlikle Türkçe.

Konu dile gelince, televizyona da kayıyor. Son günlerin konularından Türk dizilerinin Arap ülkelerinde izlenmesinin, İran'da çok daha yaygın olduğunu söylüyor, üstelik yasak olmasına rağmen. Farslar Türkiye Türkçesini anlayamıyor, bu yüzden izleyicinin çoğu Azeri. Farslar dizi ve filmleri izlerken Azeriler en koyu siyasi tartışma programlarını bile kaçırmıyor. Bu sayede Ahmedinejad'ın Türkiye ziyaretinde anneannesi "Bu Türkiyeliler niye böyle yaptılar, bizimkilerden beterler" diyor. 

-Ahmedinejad'a sıcak bakanlar sadece Türkiye'de değil, Avrupa solunda bile anti emperyalist bir tavrı olduğunu düşünerek kavgalarının bir parçası görenler var. Sizce neden?

-Haklısınız, benim de bildiğim kadarıyla Avrupa solcularıyla da arası iyi, ama Türkiye farklı. Türkiye bizim komşumuz, bizim yaşadığımız acılara Avrupalılardan daha yakından şahit olmuş bir ülke. Yine de sanırım Türkiye'de Avrupa'dakinden çok daha fazla seviliyor. 

-Tek neden din mi?

-Hayır, sanmıyorum. İki ülke arasında dini açıdan büyük farklar var. Anti emperyalist görünmesi olabilir.Görünmesi diyorum, çünkü İran'da halk buna da inanmıyor.Ortada bir danışıklı dövüş var, altında ne yattığını bilmem mümkün değil ama sadece herşeyin göründüğü kadar net olmadığını anlatmaya çalışıyorum.İran'da çoğunluk Ahmedinejad'ın Gazze'de ve Irak'ta ölen masum ve Müslüman sivilleri göründüğü kadar umursamadığını düşünüyor. 19-20 yaşlarındaki İranlı gençlere kıyan nasıl Gazzeli insanlar için üzülebilir? Vicdan her yerde vicdan, şefkat herkese şefkat, öyle değil mi? 

-Biraz önce, Türkiye bizim komşumuz dediniz, oysa kendinizi en iyi ifade ettiğiniz dil Türkçe. İki ülke arasında bilinç ve kimlik yarılması yaşadığınızı hissediyor musunuz?

-Hayır, tam tersine çok büyük bir zenginlik hissediyorum çünkü iki ülkenin kültürünü, toplum yapısını, siyasetini karşılaştırma imkanım oluyor. Bu çok büyük bir imkan, insan birçok şeyi daha iyi görüyor.

Türkiye'deki İranlılarla pek görüşmüyor, o da ailesi de.Bunun nedeni iki tarafın baştan aşağı birbirinden farklı olabilmesi.Türkiye'dekilerin çoğu Şah yanlısı, Azeriler onlara antipatiyle yaklaşıyor. Bu farkı yaratan da İran'ın "çok tabakalı" bir ülke olması."Türkiye'de de var bu ama İran'da daha yüksek. Elbette ortak noktalar da bulunuyor ama yeterliler mi? Hayır,asla!" 

ÇOK CESUR BİR KADIN...

Onunla beni bir araya getiren Şehnaz Gulami'yle bir akrabalığı yok, ilgisi İran Azerbaycanı Siyasi Mahpuslarını Savunma Birliği üyeliğinden kaynaklanıyor. Ama çırpınmaları gösteriyor ki bu akrabalıktan çok daha güçlü ve sıkı bir bağ. Gulami'nin avukatıyla son yaptıkları konuşma umutsuzluğa sürüklese de vazgeçmiyor. Şehnaz'ın açlık grevi yapmasını, bırakmasını yakından izliyor, sağlık yardımının olmadığını, ısınması için bir battaniyeden fazlasının verilmediğini..."En kötüsü" diyor "durumunun belirsiz tutulması,bu ruhi bir işkence gibi."Üstelik neyle suçlandığı da bilinmiyor, ihtimal Şehnaz da bilmiyor... 

-Ne olabilir peki?

-Milli güvenlik aleyhine çalışmak.İran'da bütün siyasilere ve düşüncesini dillerinderenlere hemen "dine,Allah'a ya da dini lidere hakaret" suçlaması yapılır. 

-En kolay,en ucuz, en bildik yol yani...

-Evet.

Peki Şehnaz Gulami kim? "Çok cesur bir kadın" diye yanıtlamaya başlıyor, "o kadar cesur ki bu yüzden şimdiye kadar iki kez hapis yattı." Şehnaz'ın ilk hapse girdiği tarih, devrimden hemen sonrası, binlerce insanın bir çırpıda toplanıp hapsedildiği sıralarda o da kendini cezaevinde buluyor. 

-İkincisi?

-2007'de, bir yıl önce yapılan protesto gösterilerinin yıldönümünde, devletin gösterileri şiddet kullanarak bastırmasını eleştirmişti, bu yüzden altı ay tutuklandı ama serbest kaldıktan sonra da çalışmalarına hiç ara vermedi. 

-Hani gazetede yazıyordu?

-Gazetede yazmıyor, çünkü bütün gazeteler devlet kontrölünde.Gulami, İran'da yaygın olan bir web blog yazarıydı, Azerwomen'de yazıyordu.

Anlattıklarına göre, İran'da web bloglar Türkiye'deki gibi siyasetten arınmış, kişisel gösteri alanları değil. Özgür gazeteciliğin zemini olarak görülüyor. İran hükümeti de kıyasıya bir blog savaşı yürütüyor, kapatıyor, yazarlarını da cezalandırıyor. "Eşitlik İçin 1 Milyon İmza adlı site peş peşe yedi sekiz kez sansürlendi" diyor. 

Şehnaz bir kez evlenmiş, kocası ölünce kızı Aynaz'ı tek başına büyütmüş. O şimdi dokuz yaşında ve anneannesiyle kalıyor. Geceleri uykuları annesine dair gördüğü karabasanlarla bölünüyor. Anneannesi ise kendisine bakamayacak kadar yaşlı ve hasta. Kızının bile sadece ismini hatırlıyor. Şehnaz'ın iki de kardeşi var, ama ikisi de korkuyor, Şehnaz'a da avukatına da yaklaşmıyor. "Yani Şehnaz Hanım, biraz kimsesiz biri" diyor. 

-Şehnaz hangi konularda yazıyor?

-Daha çok kadın hakları konusunda yazıyor, boşanmakta hukuki zorluk çeken, çocuklarından ayrı kalan ya da uyuşturucu bağımlısı, seks işçiliği yapan kadınlar...Ne yazık ki bu kadınların sayısı İran'da giderek artıyor... 

-Azerbaycanlıların sorunları?... 

-Bu konuda da çok duyarlı.Geçen aylarda anadilde eğitim hakkıyla ilgili çalışmalar yaptığı için tutuklanan, sonra da işkence edilmiş cesedi Tebriz gölüne atılan 26 yaşındaki bir gençle ilgili röportaj vermişti Avrupa basınına. Son yazısında ise muhalifliğiyle bilinen, 24 Ekim'de şüpheli bir trafik kazasında ölen Azerbaycanlı mühendis Gulamrıza Emani hakkında yazmıştı. Bu olayın aydınlatılmasını istemişti. Tutuklanmasının nedeninin de bu olduğu sanılıyor. 

İlk kez Cinayete tanık oldum!

Şehnaz Gulami'nin Almanya'dan yayın yapan Radio Beraberi'ye 2 Haziran 2008 tarihinde "araba kazası"nda öldürülen 21 yaşındaki Kadir Sadigi'yle ilgili söylediklerinden bir bölüm: "Güvenlik görevlileri, Semend markalı (İran emniyet güçlerinin kullandığı araba markası) arabayla şiddetle çarpması soncu üç arkadaşımız motordan düştü, Kadir Sadigi başının betona çarpması sonucu olay anında öldü. Bir arkadaşımız ise şu anda hastanede, komada ve felç riski var. Ne ailesine ne de gazeteci olarak bizim yanına girmemize izin verildi. Bu üç kişinin aileleriyle görüştük. Kadir Sadigi'nin annesi ve kardeşi doğal olarak çok üzgündü. Annesi bize 21 yıl boyunca büyüttüğü, geleceğini görmek istediği oğlunu toplumsal ve siyasi güvensizliklerden dolayı yitirdiğini söyledi. Kadir Sadigi bir aktivistti ve bizimle aynı mahallede yaşıyordu, yakın dostlarımızdandı. Sonuçta bu, hepimiz için dayanılmaz ve tahammül edilemez bir hadise. Ayrıca ben hayatımda ilk defa bir cinayete böyle tanık oldum. O cadde, Sadigi'nin öldürülme biçimi, yerdeki kanları, insanların toplanması...İnanın o günden sonra psikolojik olarak rahatsızlandım.Dün yeniden Sadigi'nin evine gittim, annesi önceden bir kalp krizi geçirmişti, oğlunun acısına dayanamayıp bir kez daha geçirdi. Kız kardeşi üzüntüden bayıldı...Yani nasıl olur, insan taş değil, robot değil, bu inanılmaz, çok üzücü..."

yazilib گونئی سسی GuneySesi Mon 12 Jan 2009 saat 4:50 | link |

"Vankuverli qadın İran azərbaycanlılarının irqçiliyə məruz qaldıqlarını ifşa etməklə həyatı ilə risk edir"

Kanadanın “The Vancouver Sun” qəzetində Faxtə Zamani adlı Cənubi Azərbaycanlı qadın barəsində yazılan məqalə belə adlanır

"Vankuverli qadın İran azərbaycanlılarının irqçiliyə məruz qaldıqlarını ifşa etməklə həyatı ilə risk edir". Kanadanın British Columbia əyalətinin ən böyük gündəlik qəzeti “The Vancouver Sun” qəzetinin 2009-cu il 3 yanvar tarixli nömrəsində müəllif Tara Karmanın Faxtə Zamani adlı Cənubi Azərbaycanlı qadın barəsində yazdığı məqalə belə adlanır. Məqaləni olduğu kimi təqdim edirik:

"Vankuverli Faxtə Zamani, İranda farsca yerinə öz dilləri, Azərbaycan türkcəsini işlətmə haqqını istədiyinə görə işgəncəyə məruz qalan, öldürülən onlarla etirazçının haqlarını müdafiə edən hüquq müdafiəçisidir. Şəkilin ortasındakı etirazçının üzünə İran polisi tərəfindən atəş açılıb.

Faxtə Zamaninin gözlərində İranlı aktivist Vəhid Davərpənahı İtaliyanın Turin şəhəri küçələrində gəzdirdiyini xatırladığı zaman, qəribə bir baxış var. O Zamanidən ətrafdakı binalar haqqında danışmasını istədiyində Zamani binaları anlatmaq üçün lazım olan kəlmələri tapa bilməmişdi, o mənzərələrin, Vəhidin öz ölkəsində görə bildiyi mənzərələr ilə heç bir oxşarlığı yoxuydu. Vəhid öz gözləri ilə o binaları görə bilməzdi. İran polisinin silahlarından onun bədəninə dəyən 90 qəlpə Vəhidin gözlərini kor etmişdi.

Onun günahı dövlət qəzetində nəşr edilən və onun millətini – İran azərbaycanlılarını – hamamböcəyinə bənzədən karikaturaya etiraz etməsi idi. O vaxt Davərpənah 20 yaşına yeni girmiş bir gənc idi və heç bir silahı yox idi.

Zamani, Vəhiddən, "bu işi yenə də görərsənmi", deyə soruşanda, “o mənim yaşamımın ən gözəl günü idi, biz birinci dəfə olaraq küçəyə çıxıb haqlarımızı istəyə bilmişdik,” deyə cavab vermişdi.

2006-cı il may etirazlarından sonra Vəhid müalicə üçün İtaliyaya qaçdı. İran səfirliyinin məmurları onu axtarmaq üçün xəstəxanaya gəldiklərində, o İsveçrəyə qaçdı, orada mühacir statusu almaq üçün verdiyi ərizə hələ də cavabsız qalıb. Vəhid hüquqi bir statusu olmadan mənzilini tərk etməsi təhlükəli, gözləri görməyən yalnız birisi kimi o ölkədə yaşayır.

İran Azərbaycanlıları türk etnikindən olub və Mərkəzi Kəşfiyyat İdarəsinin Factbookuna görə (Ölkələr haqqında məlumat) 66 milyonluq İran əhalisinin təqribən dörddə birini təşkil edirlər. Farslar əhalinin ancaq yarısıdırlar və qalan 25 faiz isə kürd, ərəb və türk (Azərbaycanlı olmayan türklər red.) kimi başqa azlıqlardır. İran azərbaycanlıları İranın şimal qərbində, Azərbaycan, Ermənistan və Türkiyə ölkələri ilə sərhəd bölgədə yaşayırlar. Azərbaycanlılar bir çox iranlılar kimi şiədirlər, ancaq onlar farsca yerinə Azərbaycan türkcəsində danışırlar.

Artıq Zamaninin bütün yaşamı azərbaycanlılar və İrandakı başqa azlıqların ağır durumları ilə maraqlanmaqdır. O, şəhər mərkəzində olan mənzilindən İrandakı əlaqə şəbəkəsi ilə təmas qurur. Onlar – özlərini təhlükəyə ataraq – azərbaycanlı aktivistlərin, dil haqlarını istədikləri üçün İran polisi tərəfindən həbs və işgəncə edilmələri və ya öldürülmələri ilə bağlı xəbərləri Zamaniyə ötürürlər. Onlar hər zaman “İranı yıxmaq istəyən separatçı” olaraq ittiham edilirlər. Özü də İran azərbaycanlısı olan Zamani onların xəbərlərini qeydə alıb və tərcümə etdikdən sonra Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) Londondakı ofisinə göndərir və Amnesty International olaylar haqqında bəyanat yayır. O, bundan başqa Vankuverdə Azərbaycan Siyasi MəhbuslarınI Müdafiə Əncüməni, ADAPP, adında gəlirsiz bir təşkilat formalaşdırıb və onun pul ehtiyaclarının böyük qismını özü qarşılayır.

Zamani İranda böyüyən hər bir azərbaycanlı kimi bəzi ayrı-seçkiliklər yaşadığını deyir. Ancaq Zamaninin cəmiyyətdə tanınmış ailəsi onu ayrı-seçkiliklərin ən pisindən qoruyurdu. O, Azərbaycanın ən böyük şəhəri olan Təbrizdə böyüyüb. Ata tərəfi nəsillərdən bəri torpaq sahibi idilər, ancaq İranın 1979-cu il inqilabından sonra onların torpaqlarına və sərvətlərinə əl qoyulub, evləri tamamən yandırılıb, atası isə həbs edilib və edamla təhdid edilib.

Məktəbdə Zamani və onun sınıf yoldaşları Azərbaycanlı olub və çoxunun danışdığı dil sadəcə Azərbaycan dili olmasına baxmayaraq, farsca danışmağa məcbur edilirDİlər. İnqilabdan sonra hökumət azlıq dillər və mədəniyyətləri qorumaq üçün konstitusiyaya dəyişiklik etdi, ancaq heç zaman icra olunmadı. Zamani sinif yoldaşlarının ana dillərində danışdıqları üçün cəzalanaraq döyüldüklərini xatırlayaraq deyir.
“Bir hekayə var dostlarımızın birinin uşağı barədə; o xərcliyini toplayıb və onu müəlliminə verərək demişdi, bu 20 dənə Azərbaycan kəlməsi qədərdir, bu cəriməni öncədən nəğd sənə verdiyim üçün mən onları danışa bilərəm” deyə xatırlayır Zamani.

Bir çox İran azərbaycanlısı xəyal qırıqlığına uğrayıb dərsi buraxırdılar, bu məsələ isə daha sonralar onların yaşamaq üçün seçimlərini azaldırdı və bəziləri öz etniklərindən utanmış olurdular, deyə Zamani xatırlayır.
“Eşşək və hamam böcəyi adlandırmaq kimi təhqiredici "joke"lar (zarafat) söyləyib və təhqiredici şeylər çap etmək, artıq İran mədəniyyətinin bir parçası olub. Onlar joke deyir və sən “bunlar təhqiredicidir”, desən, dönüb “Sən xoşa gələn (cool) deyilsən, Sən niyə zarafatdan anlamırsan?’ deyəcəklər”.

Zamani orta məktəbi bitirdikdən sonra Ankaraya gedib. O orada gələcək həyat yoldaşı Şəhruz Torfəx ilə tanış olub. İran Azərbaycanlısı olan Şəhruz Torfəx orta məktəbdə oxuyarkən qadağan olunmuş kitablar saxladığı üçün həbs edilib, daha sonra Danimarkaya qaçmışdı. O sonralar Kanadada sığınacaq almışdı. Zamani, indiki fəaliyyətlərinin səbəblərindən biri kimi həyat yoldaşının yaşadıqları olduğunu deyir.

“Həyat yoldaşım mənə həbsdə olduğu vaxtları anlatdı. Sadəcə kitab saxlamaq üçün, onun bütün qabırğaları əzilmiş və beli kəsilmişdi”.

Zamani həyat yoldaşına qoşulmaq üçün Ottavaya gedib. O, riyaziyyatdan aldığı yüksək balla Ottava universitetinə qəbul olub, topladığı yüksək bal isə ona dövlət hesabına oxumağa imkan verib. Kanadaya gələdən ingiliscə bilmədiyinə baxmayaraq, fizika və sonra mikrodalğalar bölümündə ixtisasını bitirib və bir professor ilə British Columbia universitetində fövqəladə hazırlıq dərəcəsi layihəsini çalışmaq üçün Vankuverə köçüb.

Ancaq yeni şəhərdə yerləşməyə başlayınca, o İranda neçə azərbaycanlı yeniyetmə gəncin həbsə düşdüyünü eşidib. “Onlardan biri bir illik universitet tələbəsi idi. Onun saxlandığı həbsxana həyat yoldaşımın yeniyetmə gənc ikən saxlandığı ilə eyni idi. O, memarlıq oxuyurdu və mənim həyat yoldaşım isə bir memardır. Belə düşündüm ki, o zaman həyat yoldaşımın orada olub və bir uşaq kimi əzab çəkdiyi anlarda başqalarının onun üçün nələr etmələrini bilmək istərdim? Buna görə də o məhbuslara yardım etməyə fikirləşdim. Zəng etdiyimdə bəzi gənclərin aylarca yoxa çıxmalarını eşitmək məni heyrətləndirdi”.

“Mən yardım almaq üçün İran insan haqları müdafiəçi qruplarını tapmağa çalışsam da onların əsasən bu işdə maraqsız olduqlarını gördüyümə təəccübləndim”.

Zamani universitet çalışmalarının nəzarətçisi olan professora “mən toplumum üçün bir işlər görmək üçün bir həftəliyə gedirəm”, dedi. O bu məsələ ilə maraqlanan insan haqları cəmiyyətlərini axtarırdı. Tanınmış beynəlxalq bir qrupun məsullarından biri, həbsə alınmış şəxsin ailəsi ilə əlaqə qurmaq istəsə, bu İranın rəsmi dili, farsca ilə olmalıdır deyə Zamaniyə bildirib. Beynəlxalq Əfv Təşkilatı daha anlayışlı idi. Onların təmsilçisi Zamaniyə, olayı sənədləşdirib və onlara tərcümə etməsi şərti ilə məhbuslar haqqında bəyanat verəcəklərini bildirmişdi.

Sonra 2006-cı il mayın 12-də, Hamamböcəyi Karikaturası İranın milli qəzetində yayıldı və minlərlə azərbaycanlı küçələrə töküldü. Əsasən silahsız olan etirazçılar polis vasitəsiylə amansızcasına yatırıldılar. 2007-ci ildə Beynəlxalq Əfv Təşkilatı, İranla bağlı insan haqları məruzəsində, “minlər olmasa da yüzlər nəfər həbs edildi və bir çox qaynaqlara görə polis vasitəsi ilə öldürüldü”, şəklində olayları dəyərləndirib.

Zamani həbsə alınmış aktivistlərin ailələrinin yardım tələbləri çoxalınca nə edəcəyini bilmirdi. O, telefon vasitəsi ilə ailələrlə əlaqəyə keçdi, amma gizli servis tanınmış aktivistlərin telefon danışıqlarını qeyd edirdi və bu onları internetlə yazışmağa məcbur etdi.

“Belə dəvam etdikcə biz bir az tanındıq və mən bəzilərinin mənimlə danışdıqları üçün həbsə alınmalarına dair məlumatlar almağa başladım. Öncə İran hökumətinin mənim adımı məhkəmə hökmlərində yazacağına inanmadım. Mən onlardan (aktivistlərdən) məhkəmə hökmünü scan edib mənə göndərmələrini rica etdim. Sonra biz internet vasitəsiylə əlaqəyə keçdik və mən adımı məhkəmə hökmlərində gördüm, məsələn “Faxtə Zamani ilə danışmağa görə”.

Buraya qədər, Zamani ilə danışmaqla ilə ittiham edilən aktivistlər 6 ay həbsə məhkum edilmişlər. Bəzilərinə işgəncə edilib, deyir Zamani, amma bu məlumatları yayılmayanların işgəncə olduqları qədər deyil.

Zamani peyk vasitəsi ilə İranda yayımlanan TV və radiolara çıxıb azlıqların haqlarını qoeuduğu zaman ölüm təhdidləri almağa başladı. Onun ata-anası İranda yaşayır və İranın gizli servis məmurları tərəfindən mütəmadi olaraq sorğu-suala çəkilirlər. Zamani deyir ki, atası o məmurlara deyir ki, qızlarının üstündə nəzarətləri yoxdur və o etdikləri ilə bağlı onları dinləmir. Hökumət orqanları onların torpaqları, evləri və sərvətlərinə onsuz da daha öncələr əl qoyub.

“Onlar bir növ güvəndədirlər” gərgin bir gülüşlə Zamani deyir. “Onların canlarından başqa uduzmağa çox şeyləri qalmayıb. … Telefonda onlara məni qorxutmağın mümkün olmadığını dedim”.

Zamani bu işdə beynəlxalq şöhrətindən faydalanır. O, 2008-ci ilin mart ayında Amerika Konqresində İran üzrə işçi qrupu ilə danışıq aparmaq üçün çağrılıb. Bu görüşü təşkil edən İnsan Haqları üçün Liderlik Şurasından (the Leadership Council for Human Rights) Kütrin Kameron Porter Zamaninin danışığı haqqında belə deyir; "O İrandakı azlıqlardan danışmağa başlayanda başqa iranlılar onu sıxışdırmağa, danışığını kəsməyə və demək olar ki, ona fiziki hücum etməyə başladılar".
Baxmayaraq ki, Vankuver polisi onun əleyhinə olan təhdidləri qaldırmaqla birlikdə onu qorumaq üçün ciddi olaraq çalışıb, ancaq Zamani həmişə keşikdə olduğunu deyir.

“Mən həmişə nigaranam. …sadə şeylər sənin yaşamında dəyişir. Mən uçmağı və səyahəti səbirsizliklə gözlərdim, ancaq mən səyahət öncəsi rahatsız oluram … özəlliklə Konqresdə təhdid edildikdən sonra , bu nigarançılıq təhdidin haradan gəldiyini bilmədiyim üçündür”.

“Mən səhərləri qaçmaq üçün küçəyə çıxardım. İlk təhdid telefonu aldıqdan sonra daha çıxmadım”.

“Etdiyim çox sadə işləri, daha etmirəm”./ANS PRESS/

yazilib گونئی سسی GuneySesi Mon 12 Jan 2009 saat 4:41 | link |

İKİ AY QABAQ TUTULMUŞ İKİ MİLLİ FƏALDAN HEÇ BİR XƏBƏR YOXDUR

Media forum.2009-01-08

İki ay öncə tutulmuş milli fəallar Abdulla Abbasi Cavan və Hüseyn Hüseynidən heç bir xəbər olmaması hüquq müdafiəçilərini və məhbus ailələrini ciddi narahat edir. «Media forum» saytı xatırladır ki, Tehranın Evin zindanında saxlanan Şəhid Rəcayi Universitetinin müəllimi A.Cavan və onun bacısı oğlu H.Hüseyni 2008-ci il noyabrın 13-də Rey (Şah Əbdüləzim) şəhərində Məşrutə hərəkatının öndəri Səttarxanın məzarı üstündə düzənlənən anım mərasimində həbs edilmişdilər.

A.Cavanın qardaşı Yədulla Abbasi Cavan güney mənbələrinə açıqlamasında deyib ki, nə qədər çalışsalar, hansı hökumət orqanına müraciət etsələr də, bu iki fəaldan xəbər tuta bilmirlər. Y.Cavan fəalların zindanda işgəncələrə qala bilməsindən narahat olduqlarını vurğulayıb.

A.Cavan və H.Hüseynpur Azərbaycan milli kimliyi uğrunda dinc mübarizəyə görə əvvəllər də həbsdə yatıblar.

yazilib گونئی سسی GuneySesi Fri 9 Jan 2009 saat 3:43 | link |

Şahnaz Qulami 6 ay azadlıqdan məhrum edildi

Azadlıq Radiosu.04.01.2009 

Təbriz İnqilab Məhkəməsi İranda insan haqlarının müdafiəçisi kimi tanınan Şahnaz Qulami haqqında 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarıb. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının üzvü Vahid Qarabağlının «Azadlıq» radiosuna verdiyi xəbərə görə, Ş.Qulami milli bölücülüklə məşğul olduğu üçün azadlıqdan məhrum edilib.

V.Qarabağlı eyni zamanda jurnalist fəaliyyətilə məşğul olan Şahnaz Qulaminin artıq bir neçə dəfədir İran Azərbaycanında milli və qadın haqlarını tələb etdiyinə görə, həbs edildiyini deyir. Sonuncu həbsindən təxminən 20 gün öncə isə Şahnaz Qulami öz bloqunda İran Azərbaycanında milli fəal Əmaninin iki qardaşı ilə birgə avtomobil qəzasında həlak olmasında müəmmalı məqamlar olduğu ilə bağlı yazı yazmış, hökumətdən baş verən olayla bağlı xüsusi araşdırma aparılmasını istəmişdi.

Şahnaz Qulaminin vəkili Məhəmmədəli Dadğah da müdafiə etdiyi şəxsə qarşı elan edilən hökmün heç bir fakta əsaslanmadığını bildirir.

                                                        ***

İranda qadınlara bərabər hüquq tələb edən azərbaycanlı jurnalist Şahnaz Qulaminin apellyasiya şikayətinə nə zaman baxılacağı bəlli deyil. Şikayət İnqilab Məhkəməsinə daxil olsa da, mühakimə gününün dəqiq vaxtı müəyyənləşməyib. Bunu «Azadlıq» radiosuna onun vəkili Neqi Mahmudi deyib. Vəkil deyir ki, azərbaycanlı jurnalist Şahnaz Qulami İran əleyhinə cinayətə görə, mühakimə olunur. Bir neçə ay bundan əvvəlsə, Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Qulamiyə dövlət quruluşuna qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzası vermişdi. Qulami bu hökmdən də apellyasiya şikayəti verib. Hələ ki, həmin şikayətə də baxılmayıb.
 
Şahnaz Qulaminin həbsinə səbəb kimi onun son zamanlar milli hüquqlar uğrunda hərəkatın fəalı Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimalların da durduğu bildirilir.
 
Vəkil Neqi Mahmudi: «Şahnaz Qulami deyirdi ki, Əmanini və digərlərini polis öldürüb, sənədlərdə də bu göstərilirdi. Polis tərəfdən də şikayət olmuşdu ki, xanım Qulami saxta xəbərlər yayıb. Saxta olub, olmasa da, məncə, bir jurnalisti buna görə sorğu-suala çəkmək və həbs etmək doğru deyil. Jurnalistlər dünyanın hər yerində öz fikirlərini azad yayırlar».
 
Şahnaz Qulami bu ehtimalları müəllifi olduğu «azarwomen» bloqunda da dərc edib.
Şahnaz Qulami ötən il noyabrın 9-dan 10-a keçən gecə həbs olunub. 
 
O, Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə, 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılıb. Şahnaz Qulami «azarwomen» bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının («Roza») üzvüdür.
yazilib گونئی سسی GuneySesi Thu 8 Jan 2009 saat 19:40 | link |

İranda Azərbaycan dilində olan ticarət obyektlərinin adları dəyişdirilir

Amerikanın Səsi-29/12/2008

İranın Ərdəbil vilayətinə daxil olan Germi şəhərində müəssisə sahiblərindən biri İslam İnqılabı Məhkəməsinə çağırılıb. Yerli mənbələrin bildirdiyinə görə, “Çənlibel” müəssisəsinin sahibi Şəhruz Əsədi, sahib olduğu müəssisənin adına görə “İran dövlətçiliyinə qarşı fəaliyyətdə” ittiham olunaraq, təhlükəsizlik organları tərəfindən məhkəməyə verilib.

Germi Şəhəri təhlükəsizlik idarəsi əvvəllər də Əsədidən müəssisəsinin adını dəyişdirməyi tələb edibmiş. Bunun ardınca iş adamının ofisinə basqın edən Ettelaat əməkdaşları onun mağazasının Azərbaycan türkcəsində olan reklam lövhələrini sökmüş, bəzi avadanlıqları götürmüş, Əsədinin özünü isə həbs etmişdilər. Sonralar iş adamı təcridxanada dindirildilərək müvəqqəti zaminə buraxılmışdı.

İrandakı mənbələrin məlumatına görə, son vaxtlar ölkənin Təbriz və başqa şəhərlərində adı Azərbaycan türkcəsində olan 600-ə yaxın ticarət obyekti, şirkət, mağaza və müssisənin adlarının dəyişdirilməsinə məcbur edilib. Hakimiyyət nümayəndələri azərbaycanlı dükan, şirkət və müəssisə sahiblərinə xəbərdarlıq edərək, farsca olmayan adları dəyişdirməyəcəkləri təqdirdə, şirkətlərin fəaliyyətlərinin dayandırılacağını bildirib. “Azad Təbriz”in verdiyi məlumata görə, “Ana”, “İlqar”, “Sarı tel”, “Ayatay”, “Türk” və bu kimi adları daşıyan ticarət obyektləri və müəssisələrinin adları artıq dəyişdirilib.

yazilib گونئی سسی GuneySesi Sun 4 Jan 2009 saat 1:43 | link |

İran məhkəmələri daha bir qrup azərbaycanlının həbsi haqda qərar çıxarıb

Amerikanın Səsi-03/01/2009

Təbrizdəki mənbələrin verdiyi məlumatlara görə, İran İslam İnqılabı Məhkəmələri daha bir grup azərbaycanlı fəal haqda həbs qərarları verib. Təbrizin Baş İslam İnqılabı Məhkəməsi azərbaycanlı fəal Əli Rubaini 18 ay müddətinə azadlıqdan məhrum edib. Əli Rubai 2006-cı ilin May Üsyanları zamanı həbs olunmuşdu. İlkin məhkəmə onu 18 ay müddətinə azadlıqdan şərti məhrum etmə cəzasına məhkum etmişdi. Qərara etiraz edən fəalın işinə yuxarı məhkəmə sayılan Təbrizin Baş İslam İnqılabı Məhkəməsi baxıb. İşə yenidən baxılması zamanı yuxarı məhkəmə azərbaycanlı fəal haqda gözlənilməz olaraq 18 ay azadlıqdan məhrum etmə qərarı çıxararaq cənab Rubaini məhkəmə iclasından birbaşa həbsxanaya göndərib. Məhkəmənin qərarının qəti olduğu və bu rəyə etiraz hüququnun verilmədiyi bildirilib.

Qərbi Azərbaycan Vilayətinin Makı şəhərində isə İslam İnqılabı Məhkəməsi  “Milli təhlükəsizliyi pozmağa cəhdi”ndə ittiham olunan bir qrup azərbaycanlı fəal haqda qərar çıxarıb. Makının İslam İnqılabı Məhkəməsinin qərarına görə, 22 yaşlı fəal İbrahim Abdullanəjad 1 il müddətinə azadlıqdan məhrum edilib, 35 yaşlı  fəal Əli Helmi  isə 1 il şərti həbsə məhkum edilib. Əli Hüseynnəjad və Mohsün Hüseynzadə 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin qərarına görə, bu iki şəxsin haqqında verilmiş həbs cəzaları 500 min tümən pul cərimələri ilə əvəzlənib. Bundan öncə Makının İslam İnqılabı Məhkəməsi Sabir Beytullahi və Bəhmən Nəsirzadə adlı iki fəalı 1 il həbsə məhkum etmişdi.

Barələrində qərar çıxarılan azərbaycanlı fəallar 2006-cı ilin May Üsyanları zamanı həbs olunaraq, təxminən bir ay qapalı təcridxanalarda saxlanmış daha sonra isə hər biri 50 milyon tümən girov qoymaqla zaminə buraxılmışdılar.

yazilib گونئی سسی GuneySesi Sun 4 Jan 2009 saat 1:31 | link |

İRAN UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALAN 261 AZƏRBAYCANLI TƏLƏBƏ BİRGƏ BƏYANATLA ÇIXIŞ EDİB

İran universitetlərində təhsil alan 261 azərbaycanlı tələbənin birgə bəyanatı yayılıb.

«Media forum» saytının məlumatına görə, bəyanatda milli kimlik uğrunda dinc mübarizə aparan yazarlara, ziyalılara qarşı təzyiqlərə etiraz bildirilib. Azərbaycanlı fəallara qarşı həbs, işgəncə, sürgün və başqa cəzaların dayandırılmasını tələb edən tələbələr bəyanatda hökumətdən azərbaycanlıların ana dilində təhsil almaq hüququna riayət olunmasını istəyiblər.

«Biz azərbaycanlıların mədəni və sivil hüquqları uğrunda dinc fəaliyyət göstərdikləri üçün həbs edilən fəalların dərhal azadlığa buraxılmasını, onların öz ana dillərində təhsil almasına şərait yaradılmasını və Azərbaycana qarşı tətbiq olunan istənilən mədəni, siyasi və iqtisadi ayrı-seçkiliyə son qoyulmasını tələb edirik» deyə bəyanatda vurğulanır.

«Media forum»


Azərbaycanlı tələbələr etnik ayrıseçkiliyin aradan qaldırılmasına çağırır

Tehran universitetlərinin azərbaycanlı tələbələri azərbaycanlı fəallara qarşı təqib və təzyiqlərin dayandırılmasına və həbs olunmuş azərbaycanlı fəalların dərhal azad olunmasına çağıran bəyanatla çıxış ediblər. Tehranın müxtəlif universitelərində təhsil alan yüzlərlə azərbaycanlı tələbənin imzaladığı bu bəyanatda Azərbaycanın  milli-mədəni hüquqları uğrunda mübarizə aparan insanların həbsinə kəskin etiraz edilir. Bəyanat müəllifləri həm də İranın azərbaycanlılar yaşayan vilayətlərinin hazırkı vəziyyətinin narahatlıq doğurduğunu bildirirlər. Onlar Azərbaycana qarşı siyasi, iqtisadi ayrıseçkiliklərin aradan qaldırılması və Azərbaycanın milli-mədəni haqlarının təmin olunması məqsədi ilə İran konstitutsiyasının 15 –ci və 19-cü maddələrinin icrasına çağırırlar.

İran konstitutsiyasının 15-ci maddəsinə görə  İranın rəsmi dilinin Fars dili olmasına baxmayaraq, ölkə məktəblərində etnik azlıqların da ana dilləri Fars dili ilə yanaşı tədris oluna bilər. Konstitusiyanın 19-cü maddəsində isə, ölkədə yaşayan bütün etnik qrupların hüquq bərabərliyinin tam təmin olunması göstərilir.

Bəyanata imza atan tələbələr  həmçinin təxminən ay yarım əvvəl həbs olunan Tehranın Şəhid Rəcai Universitetinin Memarlıq Fakültəsinin müəllimi Abdulla Abbasinin də dərhal azad olmasını tələb ediblər. Müxtəlif mənbələrin verdiyi məlumata görə, Abdulla Abbasi və onun bacısı oğlu ərdəbilli fəal Hüseyn Hüseyninin həbs olunması faktı nəhayət ki,  İslam İnqılabı Məhkəməsi tərəfindən təsdiqlənib. Rey şəhərinin İslam İnqılabı Məhkəməsinin 11-ci şöbəsinin hakimi, cənab Mufərəsti azərbaycanlı fəal Abdulla Abbasinin qardaşı cənab Yədulla Abbasiyə onların həbs olunmasını və işlərinin artıq Tehranın Baş İslam İnqilabı Məhkəməsinin Təhlükəsizlik İdarəsinə göndərildiyini təsdiq edib. “İnsan Haqları Reportiyorları Komitəsi”nin bildirdiyinə görə, “Evin” həbsxanasının 209 saylıq qapalı təcridxanasında saxlanılan Abdulla Abbasi, qanunsuz həbsinə qarşı 2 həftə öncədən başladığı aclıq aksıyasını davam etdirir. Onun səhhəti ilə bağlı hər-hansı məlumat verilmir.

Abdulla Abbasi və Hüseyn Hüseyni Noyabrın 14 –də Səttarxanın məzarı üstündə keçirilən anım mərasimi zamanı həbs olunublar. Rəsmi dairələr son günlərədək onların  həbs edildiklərini inkar edirdi.

Bu arada, Dekabrıb 24-də Təbrizdəkı şəxsi mənzilinin önündən naməlum şəxslər tərəfindən oğurlanan azərbaycanlı fəal Vəhid Şıxbəylinin Ettelaat tərəfindən həbs olunduğu  təsdiqlənib. O, Təbriz Ettelaatının təcridxanasından ailəsinə zəng edərək həbs olunduğunu bildirirb.
yazilib گونئی سسی GuneySesi Sun 4 Jan 2009 saat 0:49 | link |

ADAPP fəallar Abdullah Abbasi Cavan və Hüseyn Hüseyni barəsində beynəlxalq insan haqları təşkilatlarına müraciət ünvanlayıb

İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Assosiasiyası (ADAPP) İranda Azərbaycan Milli Hərəkat fəalları Abdullah Abbasi Cavan və Hüseyn Hüseyni barəsində beynəlxalq insan haqları təşkilatlarına müraciət ünvanlayıb.

məlumata gِrə, sənəddə bildirilir ki, İranda Azərbaycan türkləri Milli Munasibətlərini Qeyd Edərkən təhlükəsizlik Quvveler Tərəfindən qanunsuz həbslərlə ozləşirlər. Onlar həbsdə saxlanıldıqları müddət ərzində adətən işgəncəyə məruz qalırlar və "milli təhlükəsizliyə xələl yetirmək” kimi ittihamdan dolayı vəkil hüququndan məhrum olunurlar.

Müraciətdə qeyd olunur ki, Tehranın şəhid Rəcai Universitetinin müəllimi Abdullah Abbasi Cavan və onun bacısı oğlu, Ərdəbilin Razi Universitetinin Tələbələr Birliyinin sabiq sədri Hüseyn Huseyni bu il noyabrın 14-də Rey şəhərində həbs ediliblər. Onlar 8 milli fəalla birlikdə 1906-14-ci illərdəki İranda Azərbaycan Məşrutə Hərəkatının lideri, milli sərdar Səttarxanın vəfatının ildönümündə iştirak etdiklərinə görə “Etteleaat”ın həbsinə məruz qalaraq Tehrandakı Evin həbsxanasının 209-cu bölməsinə götürülüblər. Onların ailə üzvlərinin bütün səyləri boşa çıxıb. Əvəzində təhlükəsizlik qüvvələri onları hədələyiblər və ədalətin bərpası üçün məhkəməyə müraciət etmələrinə maneçilik törədilir. Noyabrın 14-dən bəri Abdullah Abbasi Cavan yalnız qardaşına bir dəqiqəlik telefon zəngi edə bilib. Eyni zamanda Bu fəal qeyri-qanuni həbsinə etiraz əlaməti olaraq dekabrın 12-də aclıq aksiyasına başlayıb. Sənəddə vurğulanır ki, onların həbsi əsassızdır. Onların insan hüquqlarını bərpa etmək üçün daxili kanallar tükənib. Çünki məhkəmə orqanları onların ailə üzvlərinə cavab vermir. Bu baxımdan beynəlxalq insan haqları təşkilatları Abdullah Abbasi Cavan və onun bacısı oğlu Hüseyn Huseyninin azadlığa buraxılması oçun İran  Devletinə təzyiqlər artırılmalıdır.

yazilib گونئی سسی GuneySesi Sun 28 Dec 2008 saat 17:57 | link |

İranda geyim qadağası

Azadlıq Radiosu.Ruzanna Rəşidqızı .29.12.2008 

«Vaşinqton Taymz» yazır ki, nüvə məsələsi, iqtisadi böhran, inflyasiya nə qədər ciddi problem olsa da, İran hökuməti başqa şeylərlə də məşğul olur. Və bu başqa şey əhalinin geyim məsələsidir.
 
Bu yaxında İran polisi 50-yə qədər adamı Qərblilər kimi geyindiyi üçün həbs edib. Qaemşəhr şəhərinin polis rəisi Mahmud Rəhmaninin diliylə desək, «polis küçəyə şeytan görkəmində çıxmış, yaramaz paltarı geymiş dələduzları» tutub. Polis rəisi bildirib ki, İranın düşmənləri gəncləri yoldan çıxarmaq üçün xarici mədəniyyəti yaymağa çalışırlar.
 
Keçən il də İranda qadınlara uzunboğaz çəkmə geyməyi qadağan etmişdilər. Qadağanı elan edən polis rəisi bildirmişdi ki, qadınlar çəkməni yalnız şalvarın balağının altında gizlətsələr, geyinə bilərlər. Hətta şalvarın balağı çəkməni topuğa qədər örtməlidir, yoxsa qadının bədəninin forması görünür, bu isə islama uyğun deyil.
 
Bu yaxınlarda İranda 24 yaşlı bir qızı ağ palto geyindiyi üçün tutublar. İranda «əxlaq polisi» adlandırılan polis qıza, paltosunun rənginin münasib olmadığını deyib. 24 yaşlı Neda «Azadlıq» radiosunun İran xidmətinə müsahibəsində deyib ki, əslində polis zabitləri hər şeydən narazıdırlar. Neda da, «Vaşinqton Taymz»dakı məqalənin müəllifi də sual verir: Doğrudanmı İran polisinin paltardan vacib işi yoxdur?
 
İranda geyim xofu təzə yaranmayıb. 1979-cu ildən – «İslam inqilabı»ndan bu yana İranda bütün qadınlar başlarını bağlamağa, bədənlərini başdan-ayağa örtən paltar geyinməyə məcburdular. Kişilər də Qərbdəkilər kimi köynək geyə bilməz, saçı qeyri-adi formada kəsdirmək qadağandır. Odur ki, inqilabdan bəri geyim məsələsi İranda daimi gərginliyə səbəb olub. Geyim qaydalarına riayət etməmək rejimə tabe olmamaq kimi qiymətləndirilib.
 
Polis geyim tərziylə vuruşmaqda ikən gənclər bir az da irəli gedib, tələbə gününü qeyd ediblər. Təxminən 50 il qabaq İranda tələbələr yürüş edib, polis onların qarşısını alıb. Keçən həftə İranın hər yerində tələbələr həmin günü qeyd edib. Polisin və təhlükəsizlik qüvvələrinin çoxluğuna baxmayaraq, Tehranda tələbələr barrikadaları dağıdıb, başqalarının da universitet daxilində keçirilən aksiyaya qoşulmasına imkan veriblər. Üç mindən çox tələbə «Diktatora ölüm!», «İrana demokratiya, beynəlxalq sülh» şüarları səsləndirib. Nəticədə ali lider Ayatullah Xamenenin universitetə səfəri təxirə salınıb.
 
Bir tərəfdən neftin qiymətinin düşməsi, işsizliyin artması, inflyasiya, büdcə kəsirləri, o biri tərəfdən narahat gənclər, iqtisadi sanksiyalar, beynəlxalq aləmin təcrid siyasəti…
 
İrana yəqin kimsə kömək edə bilməz, amma İranın belə vaxtda paltarla, camaatın geyim tərziylə mübarizəsi yəqin hər kəsə qəribə görünər. «Vaşinqton Taymz» yazır ki, bunu əhalinin diqqətini başqa səmtə yönəltmək, ya da inqilab ruhunu möhkəmlətmək cəhdi kimi qiymətləndirmək olar. Amma aksiya keçirən İran gəncləri göstərir ki, belə cəhdlərin xeyri yoxdur. Müəllif Albert Eynşteynin axmaqlıq barədə dediyini xatırladır: Axmaqlıq bir şeyi təkrar-təkrar etmək və hər dəfə fərqli nəticə gözləməkdir. 
yazilib گونئی سسی GuneySesi Fri 26 Dec 2008 saat 1:4 | link |

TƏBRİZLİ FƏALI OĞURLAYIBLAR

2008-12-25

Vəhid Şeyxbəyli Dekabrın 24-ü axşam saatlarında azərbaycanlı milli fəal, Təbriz Azad Universitetinin məzunu Vəhid Şeyxbəyli yaşadığı evin qarşısından oğurlanıb.

«Media forum» saytının məlumatına görə, naməlum şəxslər avtomobilinin küçədə yolu kəsdiyini bildirərək fəalı eşiyə çağırıblar. V.Şeyxbəyli evdən çıxandan sonra naməlum şəxslər onu oğurlayıb.

V.Şeyxbəylinin iki ay əvvəl azadlığa çıxmış bir neçə azərbaycanlı fəalın qarşılanma mərasimində iştirak etdiyi üçün ETTELAAT əməkdaşları tərəfindən tutularaq 9 gün həbsdə saxlandığı, 20 min dollarlıq mülk girovu müqabilində buraxıldığı vurğulanır.

yazilib گونئی سسی GuneySesi Thu 25 Dec 2008 saat 18:35 | link |

Güney Azərbaycanın 5 milli fəalı hər biri bir il şərti həbsə məhkum edildi

Güney Azərbaycan milli hərəkat fəalları Səlman Əraqi, Salar Əraqi, Höccət Əraqi, Pəyam Elmqulilu və Əliəkbər Əbdullahi Xoy inqilab məhkəməsi tərəfindən çıxarılan hökmdə hər biri bir il müddətinə şərti olaraq həbsə məhkum edilib.

Milli hərəkat fəalları İran hakimiyyəti əleyhinə mubarizə, pantürkist təşkilatlarla əməkdaşlıq və əhalini ixtişaşlara dəvət edən elanlar yaymaqda ittiham olunurlar.

Bu fəallar Evrin qeyri-hökümət təşkilatının Ozvudırlar.Həmin təşkilatın qurucularından olan İbrahim Cəfərzadə və Şirzad Hacilu bir müddət öncə Xoy inqilab məhkəməsi tərəfindən milli fəaliyyətlərinə görə bir il həbsə və iki il sürgünə məhkum ediliblər.

yazilib گونئی سسی GuneySesi Wed 24 Dec 2008 saat 20:44 | link |

URMIYƏ HƏBSXANASINDA SAXLANINAN FƏAL NƏVID SULTANININ DURUMU NIGƏRANLIQ DOĞURUR

Nevid Sultaniməlumata əsasən son günlərdə 21 Azər hərəkatının il dönümündə Urmiyədə evlərindən ETTELAAT məmurları tərəfindən həbs edilən Güneyli milli fəal Nəvid Sultanını hansı durumda olduğunda heç bir məlumat əldə etmək mümkün olmayıb.

20 yaşlı Nəvid Sultaninin ailəsindən verilən məlumata əsasən Nəvid hər zaman əsəb xəstəliyindən əziyyət çəkir, onun durumu çox nigəranlıq doğurur. Bu yaxınlarda atası onunla Sepahe-Pasdaranın təcridxanasında qısa müddətli görüşüb. O atasına əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirib, amma məmurlar onu heç bir vəkil olmadan Urmiyə inqilab məhkəməsinə aprıblar.

Şahidlərin dediyinə əsasən Nəvid məhkəmədə xəstəliyinin artdığını hiss edib və bədəninin əsməsinə kontrol edə bilmədiyi muşahidə olunurdu.

yazilib گونئی سسی GuneySesi Wed 24 Dec 2008 saat 20:34 | link |

İRANDA 80 İLDƏN ÇOXDUR AZƏRBAYCAN DİLİNDƏ TƏHSİLƏ QOYULAN QADAĞANIN LƏĞVİ UĞRUNDA MÜBARİZƏ GEDİR

2008-12-22

İranda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Birliyinin rəhbəri Faxtə Zamani BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Cenevrədə keçirdiyi forumda İran İslam Respublikasında milli azlıqların, o cümlədən azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasından, onlara öz ana dilində təhsil almağa imkan verilməməsindən danışıb.

«Media forum» saytının məlumatına görə, dekabrın 15-16-da keçirilən, müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi forumda F.Zamani deyib ki, İran əhalisinin 37 faizi azərbaycanlılardan ibarətdir: «İranda yaşayan azərbaycanlılar 1925-ci ildən bəri (Pəhləvi rejimi hakimiyyətə gələndən sonra) Azərbaycan dilində təhsilə qoyula qadağanın ləğvi uğrunda dinc mübarizə aparırlar. Onlar bu ədalətli tələblərinə görə istər keçmiş şah rejimi dövründə, istərsə də islam respublikasının hakimiyyətində vəhşicəsinə təzyiqlərə məruz qalıblar».

F.Zamani vurğulayıb ki, hazırda bu məsələdə vəziyyət ağır olaraq qalır, ana dilində təhsil almaq hüququnu tələb edən azərbaycanlılar təqib edilir, həbsə atılır.

yazilib گونئی سسی GuneySesi Tue 23 Dec 2008 saat 5:51 | link |

İran'da Azerbaycan Türkçesindeki öğrenci Dergileri Kapatılıyor !

Son aylarda İran'da Azerbaycanlılara yönelik yayın yapan dergilere karşı baskı giderek artıyor ve üniversitelerde Azerbaycan Türkçesinde yayın yapan öğrenci dergilerinin çoğu kapatılıyor.

14 Aralık'ta İran'ın Batı Azerbaycan eyaletinde, Kürt nüfusun yoğun olduğu Mahabad şehrinde Azerbaycanlı öğrenciler tarafından Farsça ve Azerbaycan Türkçesinde yayınlanan "Bulud" dergisi kapatıldı.

Yerel kaynaklardan alınan bilgiye göre dergiyi yayınlayan öğrenciler, üniversite yönetimi tarafından daha önce "dergiyi yayınlamaya devam ederlerse polisle karşı karşıya gelecekleri" şeklinde tehdit edildiklerini belirttiler.

Bu yılın Ekim ayında İran'ın Zencan üniversitesinde "Kimlik" ve "Yoldaş" adlı öğrenci dergilerinin yayını, üniversite yönetimi tarafından durdurulmuştu. Son olarak aynı üniversitede yayınlanan "Yaşıl Yarpak" (Yeşil Yaprak) adlı öğrenci dergisinin ismi, "Berg-i Sebz" (asıl ismin Farsça çevirisi) olarak değiştirildi.

Erdebil şehrinde yayınlanan öğrenci dergisi "Görüş"ün son sayısının yayınlanması ise dergi basım aşamasındayken engellendi ve yerel kaynaklardan alınan bilgiye göre yazarlar disiplin komitesine çağrıldı.

Bölgenin en büyük üniversitelerinden olan Tebriz üniversitesi'nde Azerbaycan Türkçesi ve Farsça olarak iki dilde yayın yapan bütün öğrenci dergileri üniversite yönetimi tarafından kapatıldı.

Aynı şekilde İran'ın Batı Azerbaycan eyaletinin başkenti Urumiye'de, Urumiye üniversitesinin yetkilileri "yakın zamanda üniversitenin öğrencilerinin yayınladığı bütün Azerbaycan Türkçesindeki dergi ve yayınları kapatacaklarını" belirtti. Bu yılın Ekim ayında, Urumiye üniversitesinde kültürel yayın yapan "Yağış" adlı dergi kapatılmıştı.

Araz, ülker, Uyanış, Aydın Gelecek, Kıpçak, Güneş, çanlıbel, Yeşil Yol, Ana Yurd, Seher, Açık Söz ve Sayan adlı dergiler, geçtiğimiz aylarda durdurulan diğer yayınlardan bazılarıdır.

Mahmud Ahmedinejad'ın İran'da cumhurbaşkanlığına gelmesinden itibaren, özellikle 2006 yılının Mayıs ayında ülke genelindeki protesto gösterilerinden sonra İran'da Azerbaycanlıların kültürel faaliyetlerine karşı baskının arttığı biliniyor.

ülkede Farsça ve Arapça dışındaki yerel dillerin kullanımı basın yayın organlarında sınırlanıyor ve üniversite öğrencileri ile aydınların kişisel çabalarla yayınladıkları dergiler dışında Azerbaycan Türkçesine yer verilmiyor.

yazilib گونئی سسی GuneySesi Mon 22 Dec 2008 saat 5:56 | link |

İranda daha 3 azərbaycanlı fəal haqda azadlıqdan məhrum etmə qərarı verilib

Amerikanın Səsi ▪ Azerbaijani.22/12/2008

Mehkemeİran Azərbaycanından gələn məlumatlara görə, Təbrizin İslam İnqılabı Məhkəməsi  3 azərbaycanlı fəalın azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. “Savalan Səsi”  və başqa mənbələrin yaydığı xəbərə əsasən, azərbaycanlıların mədəni haqları uğrunda fəaliyyət göstərən Əli Sədiqi, Həmid Vəhi Rizai və Əkbər Hüseynzadə Təbrizin İslam İnqılabı Məhkəməsinin 2-ci şöbəsi tərəfindən hər biri 1 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər.

Barələrində həbs qərarı çıxarılan fəallar “milli təhlükəsizliyin pozulmasına cəhd”də təqsirli bilinir. Onların 22 may Təbriz Qiyamının ildönümü öncəsi  kütləvi etirazlara çağıran disklər, elanlar və çağırış vərəqələri yaydıqları iddia olunur. Yerli mənbələr bildirir ki, qapalı keçirilən məhkəmə iclasında müttəhimlərin evlərindən götürülən komputerlər, şəkilər, kesetlər və elanlar, danılmaz dəlil kimi göstərilib. Məhkəmə qərarlarına etiraz edən azərbaycanlı fəallar vəkil müdafiəsi ilə təmin olunmayıblar.  

Təbriz bazarında öz şəxsi biznesi olan Əli Sədiqi və Təbrizin “Məskən Mehr” müəssisəsinin işçisi Həmid Vəhi Rizai bu ilin mayında tutularaq 2 ay müddətinə Ettelaatın qapalı təcridxansında saxlandıqdan sonra zaminə buraxılıblar. Elektronika mühəndisi olan Əkbər Hüseynzadə isə “İran” qəzetinin azərbaycanlıları təhqir edən yazı və karikaturasına qarşı 2006-cı ilin mayında keçirilən kütləvi etirazlar zamanı həbs olunmuş və daha sonra müvəqqəti azadlığa buraxılmışdı. “Amnisty International” daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar, adı çəkilən fəallara, o cümlədən Əli Sədiqiyə saxlandıqları qapalı təcridxanada işgəncə verilməsi ilə bağlı narahatlığını bildirən bəyanatla yaymışdı.

yazilib گونئی سسی GuneySesi Mon 22 Dec 2008 saat 5:46 | link |

ŞAHNAZ QULAMİNİN MÜDDƏTLİ, YOXSA MÜDDƏTSİZ ACLIQ ETDİYİ HAQDA MƏLUMAT YOXDUR

2008-12-22 - 15:12:00

Şahnaz qulami Ötən aydan Təbriz həbsxanasında saxlanılan hüquq müdafiəçisi Şahnaz Qulami aclıq aksiyası keçirir. «Turan» Dünya Azərbaycanlıları Konqresinə istinadla xəbər verir ki, aksiya dekabrın 19-dan başlayıb. Qanunsuz həbsinə etiraz edən hüquq müdafiəçisilə əlaqə saxlamaq çətin olduğundan aksiyanın müddətli və ya müddətsiz olması barədə informasiya yoxdur.

Mənbə Ş.Qulaminin Təbriz həbsxanasında fiziki və mənəvi zorakılıqlara məruz qaldığını, milli fəalın öncə narkomanlarla, daha sonra qatillərlə, hazırda isə əxlaqsız qadınlarla eyni kamerda saxlandığını bildirir.

Ş.Qulami noybarın 9-da həbs edilib. Həbsə səbəb oktyabrın sonunda milli hərəkatın rəhbərlərindən Qulamrza Əmaninin qardaşları Səfər və Kərimlə birgə İran xüsusi xidmət orqanlarının sui-qəsdi nəticəsində avtoqəzada həlak olması barədə məlumat yaymasıdır.

Hüquq müdafiəçisi siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.

Qeyri-rəsmi mənbələr Ş.Qulaminin bu dəfə dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıla biləcəyi ehtimalını irəli sürür.

yazilib گونئی سسی GuneySesi Sun 21 Dec 2008 saat 5:41 | link |

Rəsmi Tehran Təbrizdə azərbaycanca olan elanlara qarşı mübarizə aparacaq

Amerikanın Səsi ▪ Azerbaijani.22/12/2008

TebrizŞərqi Azərbaycan Vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəis müavininin bildirdiyinə görə, “Fars dilinin əsilliyi və gücünü qorumaq” məqsədi ilə Azərbaycanın Təbriz, Miyana və Marağa və başqa yaşayış məntəqələrində fars dilində olmayan elanlar, lövhələr və reklamlara qarşı mübarizə aparılacaq.

“Fars” Xəbər Agentliyinə açıqlamasında Şərqi Azərbaycan Vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəsmisi Nasir Vəhidi Mehr deyib: “Fars dili iranlıların milli kimliyinin əsası və İslam dünyasının ikinci dilidir”. Onun bildirdiyinə görə, dövlətin “İkinci İnkişaf Planının” 22-ci əlavəsinə görə, ölkədə bütün rəsmi yazışmalar yalnız fars dilində aparılmalı, bütün təşkilatlar, şirkətlər və obyektlərin, eləcə də bütün istehsal məhsullarının reklam və adlarının fars dilində olması təmin olunmalıdır.  

Hökümət nümayəndəsi qeyd edib ki,  2005-ci ildə qəbul olunan “ əcnəbi adlar və ünvanlardan istifadənin qadağan edilməsi” barədə qanunun bu ildən tam  icrasına başlanıb. Mədəniyyət İdarəsinin rəsmisi onu da deyir ki, reklam materialları, dükan adları və bütün məhsulların adlarının farslaşdırılması planının icrasına şəhər bələdiyyələri, polis və  “Fars Dili Qurumu” birgə nəzərət edəcək. Nasir Vahidi Mehrin dediyinə görə, hər-hansı sözün əsil fars dilində olub-olmaması ilə bağlı mübahisələr “Fars Dili Qurumu”nun rəyi ilə öz həllini tapacaq. Nəşriyyat və reklam agentliklərinə əcnəbi  adlar və sözlərin dərc edilməməsi barədə xəbərdarlıq edilib.

“Fars Dili Qurumu” Fars dilinin Farsca olmayan sözlərdən təmizlənməsinə nəzarət edən dövlət orqanıdır. Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəis müavini onu da etiraf edib ki, indiyədək 200-dən çox dükan və ticarət müəssisəsi adlarını və reklam lövhələrini dəyişdirməyə məcbur edilib.

 Müxtəlif mənbələrin bildirdiyinə görə, İran rəsmisi “əcnəbi  adlar və sözlərin” dedikdə İranda milyonlarla azərbaycanlının ana dili olan Azərbaycan türkcəsində olan adlar və  sözləri nəzərdə tutur. İranın “Şərqi Azərbaycan”, “Qərbi Azərbaycan”, “Ərdəbil”, “Zəncan” və başqa bir neçə viləyətində hətta paytaxt Tehranda yaşayan yerli azərbaycanlılar öz ana dilinə sevgi nümayiş etdirmək məqsədi ilə öz dükan və mağazalarına, şəxsi obyektkərinə, ticarət müəssisələri və şirkətlərinə ana dillərində adlar verirlər.  Yerli mənbələrə görə, öz övladlarına öz ana dillərində adlar  verən İran azərbaycanlıları bu adların rəsmiləşdirilməsi və qeydiyyatdan keçirilməsi zamanı çox ağır manelərlə  üzləşirlər.

yazilib گونئی سسی GuneySesi Sun 21 Dec 2008 saat 5:38 | link |

GÜNEYLİ FƏALI TƏBRİZ ZİNDANINA KÖÇÜRÜBLƏR

2008-12-22

«Media forum» saytının məlumatına görə, Tehran İnqilab Məhkəməsinin 8 aylıq həbsə məhkum etdiyi təbrizli fəal Əmirəli Zəbihinin şəhər zindanına köçürüldüyü xəbəri yayılıb. Ə.Zəbihinin həbsdə müxtəlif psixi və fiziki təzyiqlərə məruz qaldığı bildirilir.

Təbriz Azad Universitetinin məzunu olan mühəndis Ə.Zəbihi 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə qarşı düzənlənən etiraz aksiyalarına qoşulduğu üçün 45 gün həbsdə saxlanmış, sonra müvəqqəti zaminə buraxılmışdı.

«Media forum»

yazilib گونئی سسی GuneySesi Sun 21 Dec 2008 saat 5:33 | link |

Bir rəqs, 10 dəqiqəlik məhkəmə və 5 il həbs…

Azadlıq Radiosu.Xədicə İsmayılova.11.12.2008

Əsgər Əkbərzadə«Bigünah, bu cür. Bu səfər elə tutublar ki, belə məni yandırırlar. Mənim cigərimi yandırırlar».

23 yaşlı Əsgər Əkbərzadənin anası Həmayil Əzizi «Azadlıq» radiosuna belə deyir. Onun oğlu, Ərdəbil Pəyame Nur Universitetinin kimya fakültəsinin tələbəsi Əsgər Əkbərzadə dekabrın 10-da 10 dəqiqəlik məhkəmədən sonra 5 il həbs cəzasına məhkum olunub. Bu sözləri isə Həmayil Əzizi iyun ayında, oğlu, imtahanların qızğın çağında həbs olunanda demişdi. 28 gün sonra Əsgəri 30 milyon tümən - təqribən 30 min dollar cərimə müqabilində azadlığa buraxmışdılar ki, məhkəməsini gözləsin.

Dekabrın 10-da isə ona oxunan hökmdə deyilir ki, Əsgər Əkbərzadəni nəinki həbsə, hətta 5 illik həbsini çəkmək üçün elə gözdən-könüldən uzaq yerə göndərmək lazımdır ki, bu tələbə İslam inqilabının əsaslarına və İran dövlətinin təhlükəsizliyinə zərbə vura bilməsin.

Əkbərzadənin hökmdən apellyasiya şikayəti vermək üçün 20 gün vaxtı var.

Bəs görəsən, Əkbərzadə nə edib?

Hökmdə yazılanlara görə, iş polisin raportu əsasında açılıb. İddiaya görə, Əkbərzadənin günahı budur ki, 23 yaşlı Ərdəbil sakini ölkənin təhlükəsizliyinə zərbə vurmaq məqsədilə yaranan «Azərbaycan Milli Hərəkatı» adı altında tanınan qanunsuz qruplara üzv olub. Hökmdə yazılıb ki, «Ettelaatın verdiyi məlumatlara əsasən, müttəhim təkcə həmin qrupa üzv olmayıbmış, hətta bu təşkilatın rəhbərinin Ərdəbil əyalətindən xaric bir yerdə həbsdə olduğu vaxt həmin qrupu idarə edib, onun iclaslarını təşkil edib və orada gənclər arasında mövcud nizama qarşı şüarlar, milliyyətçilik və separatizm ideyaları yayıb».

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlının verdiyi məlumata görə, bu adda təşkilat yoxdur:

«Azərbaycan Milli Hərəkatı» - struktursuz bir hərəkatdır. Onun nə üzvlüyü, nə də rəhbər orqanları var. Bu, sadəcə, İranın ayrı-ayrı şəhərlərində milli haqları pozulan azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsinə verilən addır».

V.Qarabağlı deyir ki, Əsgər Əkbərzadə bir tələbədir və ana dilində təhsil tələb etməsi ilə tanınır.

Amma İran məhkəməsi bu fikirdədir ki, Əkbərzadənin fəaliyyəti siyasidir və o, bu fəaliyyətə 2004-cü ildən müxtəlif mərasimlərdə iştirak etməklə başlayıb. Hökmdə onun günahını sübut edən bu dəlillər gətirilib:

1. «Azərbaycan Milli Hərəkatı»nın rəhbəri ilə birgə bu qurumu yaratmaq;
2. Pantürkist məzmunlu CD, bəyanatlar, elanlar hazırlayıb və yaymaq;
3. Milliyyətçi toplantılarda iştirak etmək;
4. Pantürkist fəal Məhəmmədəli Fərzanənin yas mərasimində, tələbə yığıncaqlarında, Babək qalasına yürüş və 21 Azər Günü ilə bağlı keçirilən mərasimlərdə iştirak etmək;
5. Azərbaycan rəqsləri kursuna gedib, rəqs etdiyi zaman bozqurd işarəsi etmək.

Sonuncu ittihamla bağlı məhkəmənin əşyayi-dəlili də var. Rəqs edən Əsgər Əkbərzadənin şəkli müttəhimin dosyesinin 56-cı səhifəsində yer alır.

Məhkəmənin fikrincə, onun digər qanunsuz fəaliyyəti Ərdəbil şəhərində divarlara şüarlar yazmaq, xarici media və təşkilatlara yalan məlumat vermək, «Savalansəsi» veb səhifəsinə xəbər və şəkillər göndərməkdən ibarətdir.

«Savalansəsi» veb səhifəsinin redaktoru olan Vahid Qarabağlı deyir ki, bu ittihamın heç bir əsası yoxdur:

«Əsgər Əkbərzadə bizə məlumatlar göndərməyib. Amma «Savalansəsi» dəfələrlə onun həbsi barədə məlumatlar yayıb, necə ki, İranda digər haqqı pozulan insanlar barədə məlumat yaymışıq. Çünki bu, bizim görəvimizdir».

«Azərbaycan Milli Hərəkatı» qrupunun adı çəkilməyən «başqa üzvlərinin etirafları»na istinad edən məhkəmə bildirir ki, Əkbərzadə onları mövcud rejimə qarşı fəaliyyətə təşviq edən əsas ünsür olub.

Amma Əsgərin anası Həmayil Əzizinin fikrincə, onun oğlunun yeganə günahı ana dilində təhsil istəməsi olub:

«Biz ana dili, bircə türk dili istəyirik ki, biz türk deyək, türk yazaq. Əsgər bir tələbədir. Məgər ana dili demək sizə günahdır? Dövlətimizə söyüb, başqa bir iş görüb? Hamısını çox istəyir. Əsgərin dərdi bir ana dilidir. Qaziyə də dedim. Dedim ağa qazi, sən də türk balasısan, mən də. Əsgər bir söz deyib? İki kəlmə söz deyib. Universitetdə deyib ki, ağa biz azərbaycanlıyıq, türkük. Bunu deyib. Əsgərin günahı budur, ondan oyana günahı yoxdur».

Hökmdə deyilir ki, müttəhimin özünü müdafiə üçün gətirdiyi dəlillər qəbul olunmayıb və buna görə də İslam Cəza Qanununun 499-cu maddəsinə əsasən o, beş il müddətinə həbsə məhkum olunur. Amma onun qanunsuz qrupun əsas üzvlərindən, banilərindən və idarəçilərindən biri olması nəzərə alınaraq, Ərdəbil vilayətində həbsdə olması məsləhət görülmür, çünki, o, həbsxananda da digər insanları təşviq edə, təbliğat apara bilər və bununla da Ərdəbil ostanının təhlükəsizliyinə zərbə vura bilər. Odur ki, hakim Həsənzadə belə qərar verib ki, İslam Cəza Qanununun 20 və 19-cu maddələrinə görə, başqa gənclərin də həmin təşkilata üzv olmaması, ostanın təhlükəsizliyi, asayişi və əmin-amanlığı naminə Əsgər Əkbərzadə həbsini Zahidan həbsxanasında çəkməlidir. Əsgərin anası Həmayil xanım hər dəfə oğlunu görmək üçün Ərdəbil məhkəməsindən yazılı icazə istəməli, sonra isə ölkənin şimal şəhəri Ərdəbildən cənub şəhəri Zahidana 30 saatlıq yol qət etməlidir.

yazilib گونئی سسی GuneySesi Sun 21 Dec 2008 saat 0:58 | link |
 
offshore